İKİNCİ QARABAĞ MÜHARİBƏSİ

 

İkinci Qarabağ müharibəsi Vətən müharibəsi və ya "Dəmir Yumruq" əməliyyatı

— Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı münaqişəni kəskin şəkildə qınamış və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. ƏfqanıstanUkraynaPakistanTürkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır.

Dağlıq Qarabağ münaqişəsiQarabağ müharibəsi, və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələri

Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. 2011-ci ildə Rusiyanın təklif etdiyi, Ermənistanın 7 bölgəni Azərbaycana verməyə hazır olduğunu bildirən Kazan sənədini Azərbaycan prezidenti İlham Əliyev imzalamaqdan imtina etdi. Bunun səbəbi isə Azərbaycanın hər şeydən əvvəl Qarabağın statusu, yəni keçmiş DQMV ərazisinin Azərbaycandan kənarda istənilən statusunun istisna etməsi idi. 2013-cü ildə yeni Rusiya təklifləri meydana çıxır və 2015-ci ildə 5 + 2 düsturuna əsasən 7 bölgənin Azərbaycana qaytarılması, qaçqınların geri qaytarılması və Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsini nəzərdə tutan təkliflər meydana çıxır. Təkliflər paketində Dağlıq Qarabağın statusu məsələsinə toxunulmur, o bu məsələdən yan keçir. Bu təkliflər 2016-cı ilin yanvarında Ermənistan tərəfinə təqdim olunur. Erməni tərəfi 7 rayonun qaytarılması əvəzində keçmiş DQMV üçün ayrıca status istəyərək bu təklifləri rədd edir və nəticədə 2016-cı ilin aprelində Aprel müharibəsi baş verir. Formal olaraq, 2016-cı ildən sonrakı danışıqlar prosesi Madrid prinsipləri və ya onların konfiqurasiyaları əsasında davam edir. Rusiya təklifləri əslində ATƏT-in Minsk Qrupunun təklifləri kimi qəbul edilməyə başladı. Azərbaycan öz növbəsində Dağlıq Qarabağın Azərbaycandan kənarda heç bir statusunun müzakirə oluna bilməyəcəyini bəyan etməyə davam edir və Rusiyanın təklifləri ortaya çıxdıqdan sonra mövqeyini sərtləşdirir: bu mərhələdə Dağlıq Qarabağın ümumiyyətlə heç bir statusu müzakirə oluna bilməz. Sülh danışıqları prosesi 2018-ci ildə Ermənistan inqilabı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı.

Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, "yeni torpaqları üçün yeni müharibə" çağırışı etdi. Tonoyanın bəyənatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşaiyət olundu. Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi. 23 iyulda isə Ermənistan Silahlı QüvvələriRusiya ilə ortaq hava hücumundan müdafiə sistemi təlimlərinə başladığını elan etdi.  Bunun ardınca, Azərbaycan ərazisində, Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin birgə iştirakı ilə sentyabr ayının əvvəlinə qədər davam edən bir sıra hərbi təlimlər keçirildi. Avqust ayında, təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupunun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür.

Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPGPKK terrorçularının o cümlədən, Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı. Situasiyanın gərginliyi 2020-ci ilin avqust ayının sonlarında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə pik həddə çatdı.  Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri bir sıra tədqiqatçılar tərəfindən danışıqlar prosesindən tamamilə imtina olaraq qiymətləndirilmişdir.

25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. Sözügedən tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAzərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlar etmişdir.

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi — Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaymışdır.  Həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur.

Döyüşlərin gedişi                                                                                                                                                                                                                                                                                                                                                           İkinci Qarabağ müharibəsinin xronologiyası

Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. Ən yaxın coğrafi yeniləmələr göstərirdi ki, həmin gün Azərbaycan qüvvələri Laçın magistral yolunu kəsmək üçün yalnız 10 km məsafədə idi. Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının qarşısını alacaqdı. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi.

Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 11 dekabrda Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması və Rusiya Federasiyasının sülhməramlı əməliyyatlarının başladığı andan etibarən ilk dəfə atəşkəs pozulub. Hadrutda atəşkəs rejiminin pozulması ilə bağlı bir hal qeydə alınıb. Nəticədə Azərbaycan ordusunun bir hərbçisi yaralanıb.

Atəşkəs danışıqları

Hərbi əməliyyatlar zamanı tərəflər arasında Qarabağla bağlı danışıqlar davam edib. Oktyabrın 19-da "dqr" in rəhbəri Araik Arutyunyan Paşinyana zəng edib. O, nəinki öz fikrini, həm də Qarabağ separatçılarının sabiq liderləri Arkadi Qukasyan və Bako Saakyanın, həmçinin Ermənistanın sabiq prezidentləri Levon Ter-PetrosyanRobert Koçaryan və Serj Sarqsyanın mövqelərini çatdırıb. Bundan sonra Paşinyan, Rusiyanın təkliflərinin məntiqinə uyğun olaraq, hərbi əməliyyatların dayandırılmalı olduğunu deyən Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Təklifə görə Qarabağın statusu məsələsinin həllini təxirə salınır, keçmiş DQMV ətrafındakı rayonlar Azərbaycana təhvil verilir və o vaxt səslənən təklifə görə, keçmiş DQMV-nin sərhədləri boyu və Laçın dəhlizində Rusiya sülhməramlıları yerləşdirilir. Baş nazir Paşinyan bu variantı Qarabağ separatçılarının başçısına çatdırıb və Araik Arutyunyan razılaşdığını bildirib. Bundan sonra Paşinyan parlamentdənkənar qüvvələrin nümayəndələrinin iştirakı ilə müşavirə çağırıb və qəbul etdiyi qərarı təqdim edib. Görüşün bir çox iştirakçıları narazılıqla reaksiya veriblər, müşavirədən sonra isə bəziləri sosial şəbəkələrdə yazıblar ki, Qarabağ uğrunda ümumxalq mübarizəsini əngəlləyənlər xəyanətkardırlar, başqa adları yoxdur. Elə həmin gün Paşinyan parlament fraksiyalarının nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurasının (TŞ) iclasını da toplayıb. İclasda respublikanın prezidenti və bütün ermənilərin katolikosu da iştirak ediblər.

TŞ-nin iclasından sonra Paşinyan Putinə zəng edib və bu təklifə razı olduğunu bildirib. Putin cavab verib ki, bu məsələləri səhərə qədər İlham Əliyevlə müzakirə edib nəticəsini Paşinyana deyəcək. Növbəti gün səhər Bako Saakyan və Arkadi Qukasyan Paşinyanla görüşdə bildiriblər ki, Qarabağın statusu dəqiqləşdirilmədən hər hansı Sazişə qarşı çıxırlar. Paşinyanın fikrincə onlar bunu həm də Ermənistanın keçmiş prezidentlərinin adından bəyan ediblər. Oktyabrın 20-də Rusiya Prezidenti, şərtləşdikləri kimi, zəng edib. O bildirib ki, Əliyev atəşkəsə razıdır, lakin sülhməramlılar keçmiş DQMV — nin sərhədləri boyu deyil, faktiki təmas xəttinin uzunluğu boyu yerləşdirilməlidir, çünki Hadrut və Talış Azərbaycanın nəzarəti altındadır və onlar tutduqları mövqedən geri çəkilməyə razı deyillər. Bundan başqa, Ermənistan tərəfi öhdəlik götürməlidir ki, azərbaycanlılar Şuşaya qayıdacaqlar. Paşinyan bundan imtina edib. O deyib ki, Hadrutla razılaşsa belə, Şuşanın verilməsini təsəvvür edə bilmir. Rusiya Prezidenti təəccübləndi ki, Paşinyan nə üçün azərbaycanlıların qayıtmasının əleyhinədir. Paşinyan öz arqumentlərini təqdim etdi. Onun fikrincə bu halda şəhər əhalisinin əksəriyyəti azərbaycanlılar olardı və Azərbaycan tərəfi Xankəndinə yolu kimin və necə idarə etməsi məsələsini qaldırardı. Paşinyan əmin olduğunu bildirib ki, əgər Şuşa ilə bağlı bu ssenariyə razılıq versəydi, Azərbaycan yeni şərt irəli sürərdi – Şuşadan Qırmızı Bazar kəndinə gedən yola nəzarətlə bağlı. Bununla da atəşkəsə nail olunmadı.

Tərəflərin taktikası

Azərbaycan ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib.[97] Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub. Azərbaycan ordusu pilotsuz aparatlardan müxtəlif məqsədlər üçün istifadə edirdi. Onlar üç-dörd növ olurdu. Biriləri artilleriya atəşlərini yönləndirirdi, PUA-lar gəlirdi və 4 dəqiqə sonra artileriya ermənilərin mövqelərinə dəqiq zərbələr endirirdi. Rus hərbi ekspert Pavel Felqenhauer qeyd edir ki, təxminən bərabər hərbi vəziyyətlərə baxmayaraq, Azərbaycan ordusu qəti keyfiyyət texnoloji üstünlüyünə sahib idi. Bəzi mütəxəssislər isə Ermənistanın məğlub olmasında PUA-ların rolunun çox olmadığını, Ermənistanın itkilərinin əsasən “sehrli texnologiya” deyil, düzgün olmayan təlim və pis ərazi səbəbindən baş verdiyini iddia edirlər.[83]

İtkilər                                                                                                                                                                                                                                                                                                                                                                                 Azərbaycan tərəfi

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçunun tibb müəssisələrində müalicəsi davam edir.

Ermənistan tərəfi                                                                                                                                                                                                                                                                                                                                                           Oktyabrın 6-na Ermənistan tərəfinin məlumatlarına əsasən döyüşlərdə 1120 hərbçi həlak olmuşdur.

Dağlıq Azərbaycan Qarabağ və ətraf ərazilərin xəritəsi (nöqtəli xətt atəşkəs dövründə (1994) Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan ərazinin sərhədini göstərir, nöqtələr atəşkəs dövründə Azərbaycanın nəzarətində olan, lakin Qondarma Dağlıq Azərbaycan Qarabağ Respublikasının özününkü hesab etdiyi ərazilərin sərhədləridir) .

İddialar

Dağlıq Qarabağ münaqişəsinin coğrafiyası, tarixi və həssaslığı səbəbilə üçüncü tərəf və beynəlxalq aparıcı ölkələr tərəfindən, o cümlədən Suriya İnsan Haqları Monitorinq mərkəzi də daxil olmaqla çox sayda media təşkilatları müxtəlif ittihamlar, iddialar və ifadələr irəli sürmüşdür.

İran və Rusiyanın iştirakı

Münaqişə əsnasında Azərbaycan və İran mətbuatı Rusiya silah-sursat və hərbi texnikasının İran üzərindən Ermənistana daşındığını bildirdi. 29 sentyabrda İran Xarici İşlər Nazirliyi bu iddiaları rədd etdi. Ertəsi gün Azərbaycan hökumətinə bağlı KİV-lər hərbi texnikanın İran üzərindən Ermənistana aparıldığını göstərən videogörüntüləri paylaşdı.  Azərbaycanlı millət vəkili Sabir Rüstəmxanlı İranın müxtəlif ölkələrdən Ermənistana silah daşınması ilə məşğul olduğunu bildirdi.[104] Bundan sonra Sabir Rüstəmxanlı Azərbaycan parlamentində İsraildə Azərbaycan səfirliyinin açılmasını təklif etdi. İran Prezidentinin İşlər İdarəsinin rəisi Mahmud VaeziAzərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığında iddiaları rədd etdi və bu şayiələrin iki ölkə arasındaki münasibətləri pozmağa yönəldiyini bildirdi.  Əlavə olaraq, İran dövlətinə bağlı KİV-lər kadrlarda əks olunan yük maşınlarının Ermənistan hökumətinin əvvəllər Rusiyadan aldığı Kamaz yük maşınlarının daşınmalarından ibarət olduğunu bildirdi.

Əcnəbilərin, muzdluların və terror qruplaşmalarının iştirakı                                                                                                                                                                                                                                                                            YPG və PKK

Münaqişədən əvvəl türk mənbələri İraq və Suriyadan bir çox YPG və PKK üzvünün Azərbaycana qarşı erməni milisləri yetişdirmək üçün Dağlıq Qarabağa köçürüldüyünü iddia etmişdir. 30 sentyabrda Türkiyə mənbələri 300-ə yaxın PKK döyüşçüsünün İran vasitəsilə Dağlıq Qarabağa köçürüldüyünü iddia etdi. 28 sentyabrda Azərbaycan Silahlı Qüvvələrindən verilən məlumata görə, erməni itkiləri arasında Suriyadan və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni mənşəli muzdlular var. 30 sentyabr tarixində Hikmət Hacıyev "beynəlxalq ictimaiyyətin Ermənistanın terrorçu qüvvələrini Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməli" olduğunu bildirdi. Lakin Washington Post qəzetinin şərhçisinə görə, Türkiyənin keçmişdə PKK və YPG-nin fəaliyyəti ilə bağlı şübhəli açıqlamaları bu iddiaları da şübhə altında salıb. The Jerusalem Post isə Daily Sabah qəzetinin PKK və YPG-nin Qarabağdakı müdaxiləsinə dair xəbərlərin bəhanə olmasını və Türkiyənin bu bəhanədən istifadə edərək Şimali İraqı və Suriyanı bombalayaraq "zərərsizləşdirəcəyini" iddia etdi.

Erməni diasporu könüllüləri

Müharibənin ilk günlərindən etibarən, bir sıra beynəlxalq mətbuat orqanlarında, dünyanın müxtəlif ölkələrinin vətəndaşları olan ermənilərin Qarabağdakı döyüşlərdə iştirak etmək üçün Ermənistana yollandığına dair məqalələr dərc olundu. Əsasən Livan ,SuriyaFransa və bəzi Latın Amerikası ölkələrində yaşayan erməni əsilli vətəndaşların erməni diasporunun çağırışları ilə beynəlxalq hüquq prinsiplərinə zidd olaraq, döyüşlərdə iştirakı məlum olmuşdur.

Bundan əlavə, 1 oktyabr tarixində Suriya İnsan Haqları Monitorinq mərkəzi erməni əsilli suriyalı döyüşçülərin Suriyadan Ermənistana aparıldığını təsdiqləyib.

Kiber hücumlar

Kiber hücumlar nəticəsində sındırılan saytların interfeysi dəyişdirilərək Mübariz İbrahimovun fotoşəkli və "Qarabağ Azərbaycandır və Nida işarəsi" sözləri istifadə edilmişdir.

Azərbaycan hakerləri tərəfindən bir sıra erməni saytları sındırılaraq Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi "Qarabağ Azərbaycandır və Nida işarəsi", həmçinin "Əgər erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpağından" fikirləri yerləşdirilib. Erməni saytlarında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotoları da yerləşdirilib. 27 sentyabr günorta saatlarında başlayan hücumlarla ümumilikdə 90 erməni saytı sındırılıb. Bu saytlar arasında Ermənistanın ən məşhur xəbər və video portalları da yer alıb. 27 sentyabr axşam saatlarında başlayan hücumlarla birlikdə isə Ermənistanın dövlət strukturlarına məxsus çox sayda məxfi sənədlər azərbaycanlı hakerlər tərəfindən ələ keçirilib. Bu sənədlər arasında Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinə, Ermənistan Prezidentinə, Ermənistanın Xarici İşlər Nazirliyinə aid xeyli məlumatlar var. Həmçinin, mümkün erməni təxribatının qarşısını almaq məqsədilə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, vətəndaşlara sosial mediada, telefon mesaj bölməsində və ya e-poçt adreslərinə daxil olan heç bir linkə daxil olmamağı, heç bir faylı yükləməməyə çağırmışdır. Bu səbəbdən, Azərbaycan sərhədləri daxilində internetin sürəti yavaşladılmış, sosial medialara girişə qadağa qoyulmuşdur. 29 sentyabr tarixində Anti-armenia Team haker qrupu tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus 10 GB həcmində məxfi sənədlər ələ keçirilmişdir. 30 sentyabr tarixində azərbaycanlı hakerlər Ermənistanın ən məşhur restoranlar şəbəkəsinin kameralarını ələ keçirib, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını yayımlayıblar. İlham Əliyevin çıxışını görən ermənilər təlaş və çaşqınlıq içərisində qalıb. 3 oktyabr tarixində Anti-armenia Team haker qrupunun hakerləri tərəfindən keçirilən kiber əməliyyat nəticəsində Ermənistanın Yüksək Texnologiyalar naziri Hakob Arshakyana məxsus kompüter ələ keçirilib. Karabakh Hacking Team qrupundan olan bir neçə haker Ermənistan hökumətinin elektron sənəd dövriyyəsi sistemini sındırıb. Nəticədə 50 TB həcmində sənədlər əldə edilib.

Daxili vəziyyət                                                                                                                                                                                                                                                                                                                                                            Azərbaycan

27 sentyabr səhər saatlarında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən məlumatlara görə Ermənistanın törədə biləcəyi təxribatların qarşısını almaq üçün ölkə üzrə internetin verilişində bir sıra məhdudiyyətlər tətbiq olunmuşdur. Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edərək, sosial şəbəkədə, elektron media və digər kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırmışdır. Hərbi vəziyyətlə əlaqədar Milli Məclisdə keçirilən iclasda 27 sentyabr 00:00-dan etibarən BakıGəncəGöygölYevlax və bir sıra rayonlarda komendant saatı elan olunması qərarı qəbul olunmuşdur. Verilmiş sərəncama əsasən, Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilmişdir. Həmçinin, Azərbaycan Hava Yollarının mətbuat xidməti 30 sentyabr tarixinədək Azərbaycan Respublikasının bütün hava limanlarının müntəzəm sərnişin reysləri üçün bağlanacağını açıqladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Sərəncam 28 sentyabr qüvvəyə minib. Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr Azərbaycan xalqı tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar, eləcə də Türkiyə vətəndaşları bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları göndərib. Azərbaycan PrezidentiAli Baş Komandan İlham Əliyevin ünvanına "ermənilərə qarşı döyüş əmri" gözləyən minlərlə Türkiyə vətəndaşı məktub göndərib, qardaş ölkənin işğalçılardan azad olunması üçün daim hazır olduqlarını bildirib. Həmçinin, 27 sentyabrdan etibarən, Bakı şəhərinin küçələrində, yaşayış binalarının eyvanlarında, mağaza və digər obyektlərin fasadlarında üç rəngli Azərbaycan bayrağı dalğalanır. Əhali, cəbhədə qazanılan uğurlar və bəzi ərazilərin işğaldan azad edilməsinin şərəfinə evlərini bayraqlarla bəzəyir. Eyni zamanda avtomobillərdən də kiçik bayraqlar asılır.

30 sentyabr tarixində Gənclər və İdman NazirliyiAFFA ilə birlikdə "Biz birlikdə güclüyük" adlı bayraq aksiyası təşkil edib. Aksiya könüllüləri paytaxt Bakı şəhərinin 3 fərqli hissəsində yüzlərlə bayraq paylayıb. Müdafiə Nazirliyi tərəfindən verilən məlumatlara görə sentyabrın 1-dən oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 6.691.593 AZN və 5102 ABŞ dolları vəsait daxil olub.

Ermənistan

Ermənistan Mülki Aviasiya Komitəsi 27 sentyabr 2020-ci il tarixdə qəbul edilmiş 1585N qərara uyğun olaraq 55 yaşdan aşağı şəxslər üçün çağırış elan edib. Bu çağırışlarla əlaqədər olaraq Ermənistanda 18 yaşdan 55 yaşınadək kişilər ölkəni yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə tərk edə bilərlər. 29 sentyabr tarixində, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın cəbhə xəttinə getməsi ilə əlaqədər olaraq, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və 2008-ci il seçki sonrası iğtişaş iddiasında ittiham olunan digər keçmiş məmurların məhkəməsini təxirə salındı. 1 oktyabr tarixində Ermənistanda TikTok proqramına giriş qadağan edilib. Elə həmin gün, Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş yüksək rütbəli Ermənistan hərbi məmurunu Azərbaycan kəşfiyyat orqanlarına casusluq etməkdə şübhəli bilinərək həbs olunduğunu və xəyanətdə ittiham olunduğunu bildirdi. 2 oktyabr tarixində Ermənistan Dağlıq Qarabağa gedən bütün avtomobil yollarını bağlamışdır. Yollar sadəcə hərbi yerdəyişmə məqsədilə istifadə ediləcək. Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrinin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsi səbəbilə Ermənistan Müdafiə Nazirliyi ölkə qadınlarına müraciət etməyə başlayıb. 2 oktyabr tarixində Ermənistan Müdafiə Nazirliyi tərəfindən qadın batalyonu yaradılıb və komplektləşdirilməyə başlanılıb.

9 oktyabr tarixindən etibarən Ermənistanda səlahiyyətlilər Dağlıq Qarabağdakı münaqişənin artması səbəbindən sentyabrın 27-də tətbiq olunan hərbi vəziyyəti sərtləşdiriblər və məhdudiyyətlər əlavə ediblər. Ermənistan Nazirlər Kabinetinin qərarına görə, ölkənin müdafiə qabiliyyətinə şübhə yaradan verilişlərin yayımlanması qadağandır. Dövlət və yerli idarəetmə orqanlarının vəzifəli şəxslərinə çıxışlar və nəşrlər də daxil olmaqla hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin qanuni rejiminin təmin edilməsi ilə bağlı fəaliyyətləri tənqid edən, təkzib edən, effektivliyini şübhə ilə qarşılayan və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaq qadağan edilib.

Reaksiyalar                                                                                                                                                                                                                                                                                                                                                            Daxili                                                                                                                                                                                                                                                                                                                                                                          Azərbaycan

Sentyabrın 30-da İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hərbi təxribat zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı.

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İlham Əliyev, öz çıxışında, "Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir. Onu deyə bilərəm ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm! Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik." — ifadələrini dilə gətirmişdir. 29 sentyabr səhər saatlarında Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən Azərbaycan torpaq bütövlüyündən danışıb. Dövlət başçısı bildirib ki, Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı nəinki bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırım da törədiblər. Daha sonra, Almaniya Kansleri Angela Merkel və İlham Əliyev arasında baş tutan telefon zəngində, dövlət başçısı qeyd edib ki, Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı danışıqlar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Dövlət başçısı eyni zamanda vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır. Sentyabrın 29-da Rossiya 1 telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycan Prezidenti İlham Əliyev aparıcıların suallarını cavablandırıb. O öz açıqlamalarında, Türkiyə polemikasına qarşı: "Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır." — deyə cavab verib. Aparıcının Suriya Milli Ordusunun Qarabağda döyüşməsinə dair verdiyi suala isə: "Bu, növbəti feyk-nyusdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur və bunu erməni təbliğatı ortaya atıb. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin." — deyə bildirib və reportaj başa çatıb. Sentyabrın 30-da İlham Əliyev və Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. Hərbçilərlə görüş zamanı, "Mən demişdim ki, əgər bizə qarşı törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük bir daha onu göstərir ki, Azərbaycan əsgəriAzərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir. Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq." — deyə İlham Əliyev bildirib. İlham Əliyev 4 oktyabr xalqa müraciəti zamanı Qarabağdakı separatçıların lideri barədə danışıb: "Qondarma "Dağlıq Qarabağ respublikası"nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir? Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir? O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var? Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara. Məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu? Minsk qrupu bir açıqlama verdimi? Vermədi! Avropa İttifaqı verdimi? Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüşünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Özünə andiçmə mərasimi keçirmişdi. Baxım görüm andiçmə mərasimini harada keçirəcək? Yas mərasimi keçirəcək! İndi qaçıb siçan kimi gizlənib, çıxsın ortalığa! Sentyabr hadisələrindən qabaq demişdim Ermənistana "gəl təkbətək vuruşaq, baxaq kim kimdir". İndi nə oldu? İndi Paşinyan hər gün dünya liderlərinə zəng edir. Mən heç kimə zəng etməmişəm. Heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!" deyə, Prezident əlavə edib.

Ermənistan

27 sentyabr tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan hakimiyyətini geniş miqyaslı bir təxribatda ittiham etmişdir. O bildirdi ki, "Azərbaycan rəhbərliyinin son dövrlərdəki təcavüzkar bəyanatları, Türkiyə ilə geniş miqyaslı birgə hərbi təlimlər, habelə ATƏT-in monitorinq təkliflərini rədd etməsi" bu müharibəyə əvvəldən hazırlaşdığının göstəricisidir. 28 sentyabr tarixində Ermənistan Respublikası Xarici İşlər Nazirliyi müharibə haqqında rəsmən açıqlama vermişdir. Həmçinin, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqyanyan Ermənistanın yeni silah təchizatı üçün Rusiyaya müraciət edəcəyini bildirib. 30 sentyabrda Baş nazir Nikol Paşinyan Ermənistanın rəsmi olaraq Dağlıq Qarabağı müstəqil bir ərazi olaraq tanınmasını düşündüyünü bildirdi. Həmin gün Ermənistan Xarici İşlər Nazirliyi, Türkiyə Hərbi Hava Qüvvələrinin Dağlıq Qarabağ ərazisində cəbhə boyu təxribat xarakterli uçuşlar həyata keçirdiyini bildirdi.

1 oktyabr tarixində Arayik Harutyunyan ermənilərin uzunmüddətli müharibəyə hazırlaşmalarının lazım olduğunu bildirdi. 3 oktyabr tarixində Ermənistan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti "bölgədə sülh və təhlükəsizliyin bərpası" üçün Qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımağa çağırdı. 8 oktyabr tarixində Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin rəisini vəzifəsindən azad etmişdir. 1 oktyabr tarixində İsrailin Azərbaycana silah satışını iddia edən Ermənistan İsraildəki səfirini geri çağırmışdır. 8 oktyabr tarixində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Ermənistan prezidentinin əmri ilə işdən azad olunmuşdur. Elə həmin gün, Ermənistan Müdafiə Nazirliyi Novaya qazeta müxbiri İlya Azarın Dağlıq Qarabağa akkreditasiyasız daxil olaraq Şuşa və Laçında reportaj apardığını bildirərək jurnalın akkreditasiyasını ləğv etmişdir.

Beynəlxalq

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b4/Flag_of_Turkey.svg/22px-Flag_of_Turkey.svg.png Türkiyə — Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycanın tərəfində olduğu bildirib və Ermənistanın mövqeyinin Qafqazda sülh və sabitliyin ən böyük əngəli olduğunu vurğulayıb. Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımda Ermənistanın Azərbaycana qarşı hücumlarını sərt şəkildə qınayıb. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın məsələ ilə bağlı rəsmi "Twitter" səhifəsində Türkiyənin bu hücumlara qarşı Azərbaycanın yanında olduğunu bildirib. "Erməni xalqını onları fəlakətə aparan hökumətlərinə və onları bir kukla kimi oynadanlara qarşı çıxmağa, gələcəklərinə sahib çıxmağa dəvət edirəm. Bütün dünyaya işğala və zülmə qarşı verdikləri mübarizədə Azərbaycanın yanında olmağa çağırıram. 30 ilə yaxındır məsələyə etinasız yanaşan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həll üçün fəaliyyətdən, təəssüf ki, çox uzaqdır. Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır", — deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında vurğulayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfirliyini ziyarət ediblər. onlar Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüblər. Nazir səfirlikdəki çıxışında deyib: "Bu problemin həlli çox sadədir. Bunun üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistan torpaqlardan çəkilməyənədək problem həll olunmayacaq. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT-nin qərarı mövcuddur. ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli üçün heç bir konkret addım atmayıb".

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a4/Flag_of_the_United_States.svg/22px-Flag_of_the_United_States.svg.png ABŞ — ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla əlaqə saxlayaraq hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyəti daha da gərginləşməmək üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa çağırıb. ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland: "Beynəlxalq hüquqa görə, Ermənistan başqa bir suveren dövlət olan Azərbaycanın suveren ərazisinə soxulub və işğal edib". O qeyd edib ki, ABŞ-ın əsas siyasəti bütün millətlərin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqdır.

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f3/Flag_of_Russia.svg/22px-Flag_of_Russia.svg.png Rusiya — Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin tərəflərini dərhal atəşi dayandırmağa çağırıb. "Danışıqlar, ilk növbədə, Ermənistanın təqsiri üzündən pozulduğuna görə müharibənin bərpası labüddür. Ermənistan rəhbərlərinin mövqeyi açıq-aşkar danışıqları pozmağa yönəlmişdi. Hərbi əməliyyatların başlaması yalnız vaxt məsələsidir. Hamının yekdil fikrincə, Dağlıq Qarabağ uğrunda döyüş əməliyyatları aparmaq Azərbaycanın haqqıdır, çünki dünyanın bütün ölkələri Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır, BMT də bu mənada qəti mövqeyini dəfələrlə ifadə edib. Rusiya da dəfələrlə bildirib ki, Ermənistan KTMT çərçivəsində müttəfiqdir, amma Dağlıq Qarabağ Ermənistana aid deyil, odur ki, Qarabağ ərazisindəki hərbi əməliyyatlarla bağlı Rusiya vasitəçilikdən savayı, hər hansı öhdəlik daşımır" — deyə Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Report İnformasiya Agentliyinin Rusiya bürosuna açıqlamasında dilə gətirib.

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c3/Flag_of_France.svg/22px-Flag_of_France.svg.png Fransa — Fransa İrəvan və Bakını hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqları yenidən başlamağa çağırıb. Fransa Xarici İşlər Nazirliyinin sözçüsü etdiyi açıqlamada "Fransa qarşıdurmadan son dərəcə narahatdır" ifadəsini işlətmişdir.

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0f/Flag_of_Georgia.svg/22px-Flag_of_Georgia.svg.png Gürcüstan — Prezident Salome Zurabişvili tərəfləri barışığa çağırmış, bölgədə sülh və əminamanlığın qorunmasını dəstəklədiyini bildirmişdir. Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev öz çıxışında "Azərbaycanın ərazi bütövlüyünün bərpasının tez bir zamanda Gürcüstanın ərazi bütövlüyü məsələsinin həllinə yol açacağına inandığını" bildirmişdir.[213] Gürcüstan Respublikasının 3-cü Prezidenti Mixeil Saakaşvili öz Facebook səhifəsində "Mənim mövqeyim ərazi bütövlüyü prisipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcəyi" fikrini ifadə etmişdir.

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/ba/Flag_of_Germany.svg/22px-Flag_of_Germany.svg.png Almaniya — Almaniya Xarici İşlər naziri Hayko Maas Ermənistan və Azərbaycan detallı danışıqların lehinə güc tətbiqindən dərhal imtina etməli və münaqişənin hər iki tərəfini dərhal bütün hərbi əməliyyatların dayandırılmasına çağırmışdır. Həmçinin kənd və qəsəbələrin atəşə tutulmasından da olduqca narahat olduğunu bildirmişdir.

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/ca/Flag_of_Iran.svg/22px-Flag_of_Iran.svg.png İran — İran Xarici İşlər nazirinin sözçüsü Səid Xətibzadə, İranın hərbi toqquşmaları diqqətlə izlədiyini, Tehranın Azərbaycan və Ermənistan arasında atəşkəs əldə olunması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib. İranın Ali Rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən AmiliAzərbaycan xalqını qələblərlə bağlı təbrik edir, Dağlıq Qarabağın tam azad olunmasını arzulayır. 29 sentyabr tarixində İran rəsmisi vurğulayıb: "Son günlərdə bəzi şəxslər virtual məkanda şəkillər və videolar yayaraq, Şərqi Azərbaycan vilayətinin sərhəd-keçid məntəqələri vasitəsi ilə Rusiya hərbi texnikasının "Kamaz" yük maşınlarında Ermənistana göndərildiyini iddia ediblər, ancaq həqiqət budur ki, bu avtomobillərlə heç bir hərbi texnika daşınmayıb. Sosial şəbəkələrdə yayılan görüntülər Ermənistanın Rusiyadan aldığı və İran ərazisindən keçən yük maşınlarına aiddir. Lakin bir daha qeyd edirəm ki, həmin yük maşınlarında heç bir hərbi texnika yoxdur. Bununla belə, hər hansı anlaşılmazlığın və ya mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə, Rusiyaya məxsus yük maşınlarının Norduz gömrüyündən Ermənistana hərəkəti dayandırılıb. Hazırda həmin yük maşınları müvafiq və dəqiq yoxlamalar aparılması üçün Norduz gömrükxanasının dayanacağına yerləşdirilib".

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/32/Flag_of_Pakistan.svg/22px-Flag_of_Pakistan.svg.png Pakistan — Pakistan Xarici İşlər Nazirliyi: Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatını dayandırmalıdır. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik və bu, yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur. Pakistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Pakistan Senatı erməni qüvvələrinin Azərbaycanın mülki obyektlərinə və hərbi mövqelərinə mənfur və provokativ təcavüzü şiddətli şəkildə pisləndiyini və qınanıldığını bildirib: "Biz Azərbaycanın öz ərazi bütövlüyünü və xalqını süveren bir dövlət olaraq qorumaq haqqını, eləcə də BMT Təhlükəsizlik Şurası səviyyəsində Dağlıq Qarabağla bağlı haqlı mövqeyini tam şəkildə dəstəkləyirik. Beynəlxalq ictimaiyyət və BMT müdaxilə etməli və Ermənistanın regional sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edən gərginliyə əl atmasını dayandırmalıdır. İşğal olunmuş Azərbaycan torpaqlarının azad olunması üçün erməni qüvvələrinin dərhal Dağlıq Qarabağdan çıxması və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində göstərildiyi kimi münaqişənin sülh yolu ilə həll olunması tələb olunur". Senator Sehar Kamran da bu çətin gündə Azərbaycan xalqının yanında olduğunu bildirib: "Təmas xətti boyunca erməni qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin hədəf alınması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təsirləri ola biləcəyi üçün hər hansı bir hərbi gərginliyin qarşısının alınması vacibdir".

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d3/Flag_of_Kazakhstan.svg/22px-Flag_of_Kazakhstan.svg.png Qazaxıstan — Qazaxıstan Xarici İşlər Nazirliyi: Vəziyyəti sabitləşdirmək, güc tətbiqindən imtina etmək və danışıqlara başlamaq üçün bütün tədbirləri görməyə çağıraraq, münaqişənin beynəlxalq təşkilatlar platformasında sülh yolu ilə həll olunmasına köməyini təklif etdiyini bildirib.

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9a/Flag_of_Afghanistan.svg/22px-Flag_of_Afghanistan.svg.png Əfqanıstan — Əfqanıstanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ bölgəsindəki gərginliklə bağlı bəyanat yayıb. "Dağlıq Qarabağ bölgəsi beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınıb. ƏfqanıstanDağlıq Qarabağdakı işğala son qoyulmasını tələb edir və bu baxımdan Azərbaycan xalqı və hökuməti, dünyanın digər dövlətlər tərəfindən göstərilən səyləri dəstəkləyir", — deyə XİN-in bəyanatında vurğulanıb.

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9a/Flag_of_Bulgaria.svg/22px-Flag_of_Bulgaria.svg.png Bolqarıstan — Bolqarıstanın sabiq prezidentiNizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevneliev Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların bərpa olunmasından narahatlığını bildirib: "Mən Ermənistanın Azərbaycana hücumunu pisləyirəm, bu, təxribatdır. Mən tərəfləri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığı əsasında tənzimlənməsinə qayıtmağa çağırıram".

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bf/Flag_of_Bosnia_and_Herzegovina.svg/22px-Flag_of_Bosnia_and_Herzegovina.svg.png Bosniya və Herseqovina — Bosniya və Herseqovinanın Rəyasət Heyətinin boşnak üzvü Şefik Djaferoviç və Demokratik Fəaliyyət Partiyasının lideri Bakir İzetbegoviçAzərbaycana dəstək verdiklərini, Ermənistanı qınadıqlarını və vəziyyəti 1992–1995-ci illər arasında Bosniya müharibəsi ilə müqayisə etdiklərini söylədi. Bakir İzetbegoviç digər bir açıqlamasında: "Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün hər cür haqqı olduğunu və 1990-cı illərdən bəri qovulan azərbaycanlıların öz yurd-yuvalarına qayıtmalarının qarşısını alan Ermənistan silahlı qüvvələrinin həm də mülki əhalisinə qarşı kütləvi cinayətlərin təkrarlanmasına yol verməməsi" üçün bu döyüşün mühüm olduğunu bildirdi.

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/Flag_of_Israel.svg/22px-Flag_of_Israel.svg.png İsrail — Yisrael Beiteinu partiyasının lideri, ölkənin keçmiş xarici işlər və müdafiə naziri Aviqdor Liberman yerli "Vesti" nəşrinə açıqlamasında: "Qarşıduran tərəflərin hər birinin bu çoxdankı münaqişəyə, onun səbəb və hərəkətverici amillərinə dair öz görüşləri olduğunu başa düşürəm. Tarixdən gördüyümüz kimi, hələ Sovet İttifaqı yaranandan əvvəl də Dağlıq Qarabağ əsasən Azərbaycanın tərkibində olub. Ermənistan baş naziri vəzifəsində Dağlıq Qarabağdakı klanlarla bağlı olmayan ilk şəxs olan Nikol Paşinyanın seçilməsindən sonra müsbət dəyişiklik olacağına bəslənən ümidlər özünü doğrultmadı. İrəliləyiş əldə etmək bir kənara, Paşinyan daha da sərt mövqe tutaraq "Dağlıq Qarabağ Ermənistandır və nöqtə deyə məlum bəyanat verdi", — deyən partiya lideri beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu xatırladıb: "Elə buna görə də BMT üzvü olan heç bir dövlət, o cümlədən Ermənistanın özü də Dağlıq Qarabağı suveren qurum kimi tanımayıb. Tarixi gerçəklik, beynəlxalq hüquq, İsrail dövlətinin mənafeyi baxımdan bizim mövqeyimiz tamamilə birmənalıdır. Ötən müddət ərzində İsrail hökumətinin başında kimlərin durmasına, xarici işlər naziri kim olmasına baxmadan bu mövqe ardıcıl olaraq həyata keçirilib. Azərbaycan və ona münasibət məsələsinə dair İsrail siyasi rəhbərliyində yekdillik var. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu ərazi bütövlüyü bərpa olunmadan regionda məsələnin həllinin mümkün olmadığını düşünürük. Azərbaycanın ərazi bütövlüyü tarixi, beynəlxalq, milli mənafe baxımdan İsrailin rəsmi mövqeyidir", — deyə bildirib.

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/66/Flag_of_Malaysia.svg/22px-Flag_of_Malaysia.svg.png Malayziya — "Malayziya sentyabrın 27-dən Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların bərpasından sonra təhlükəsizlik baxımından vəziyyətin gərginləşməsinə görə dərin narahatlığını bildirir. Malayziya hərbi əməliyyatlar nəticəsində həlak olan dinc sakinlərə görə dərin təəssüf hissi keçirir. Malayziya beynəlxalq ictimaiyyətin Ermənistan və Azərbaycanın maksimum dərəcədə təmkinli olmaları və iki qonşu arasında gərginliyin azaltmaq üçün konkret addımlar atması çağırışlarını dəstəkləyir. Malayziya tərəfləri dialoq və diplomatiya yolu ilə münaqişənin sülh yolu ilə həllinə üstünlük verməyə davam etməyə çağırır", — deyə Malayziya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c1/Flag_of_Hungary.svg/22px-Flag_of_Hungary.svg.png Macarıstan — Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin verdiyi bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşir: "Macarıstan beynəlxalq hüququn ümumi prinsipi kimi dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Macarıstan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında eskalasiyanın azaldılması və münaqişənin ATƏT Minsk qrupu həmsədrlərinin məşvərətləri çərçivəsində danışıqlar yolu ilə həllinə çağırışları dəstəkləyir".

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9e/Flag_of_Japan.svg/22px-Flag_of_Japan.svg.png Yaponiya — Yaponiya Xarici İşlər Nazirliyi verdiyi bəyanatda münaqişədən narahat olduğunu bildirib və tərəfləri dialoqa daxil olaraq məsələni sülh yolu ilə həll etməyə çağırıb.

Diasporlar                                                                                                                                                                                                                                                                                                                                                            Azərbaycan diasporu

Oktyabrın 5-dən 13-dək Fransanın Nant, Türkiyənin İstanbul və KonyaKanadanın KalqariGürcüstanın Marneuli, Britaniyanın London, Almaniyanın Nürnberq və Kölnİtaliyanın MilanFinlandiyanın Helsinkiİsrailin Petax-Tıkva şəhərlərində şəhərində fəaliyyət göstərən Azərbaycan diasporu nümayəndələri 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Ermənistanın geniş miqyaslı hərbi təxribatlarına qarşı əks hücum əməliyyatlarına başlayan Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə tədbir keçirilib.

İstanbulun Beyazıt meydanında Azərbaycana dəstək aksiyası

Oktyabrın 17-də Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərində Ermənistan silahlı qüvvələrinin Gəncəyə növbəti raket zərbələri endirməsi nəticəsində mülki şəxslərin, azyaşlı uşaqların həlak olmasına, mülki obyektlərə ciddi ziyan dəyməsinə etiraz olaraq 10 mindən çox azərbaycanlının iştirakı ilə aksiya təşkil edilib. Alman Azərbaycan Dostluq Cəmiyyətininn təşkilatçılığı ilə Almaniyanın Hannover şəhərinin "Kröpcke" meydanında baş tutan Gəncə terrorunda həlak olanların xatirəsini anım mərasimində azərbaycanlı icmanın üzvləri iştirak edib. Oktyabrın 17-də İzmirdə fəaliyyət göstərən Can Azərbaycan Platforması adı altında birləşən qeyri-hökumət təşkilatlarının birgə təşkilatçılığı ilə Fransa Respublikası Konsulluğunun qarşısında Gəncədə törədilən terror aktlarına etiraz keçirib. Avstriyanın Vyana şəhərindəki Azərbaycan diasporu işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Vyananın Helden Platz meydanında icazəli aksiya keçirib.

Oktyabrın 18-də Azərbaycanın Müstəqillik günü münasibətilə ABŞ-da İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağı havaya qaldırılıb. Oktyabrın 18-də Kanadanın Toronto şəhərində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Azərbaycanın mübarizəsini dəstəkləyən həmrəylik yürüşü keçirib. Böyük Britaniyadakı Azərbaycan diasporunun üzvləri London şəhərində 18 oktyabr Azərbaycanın Müstəqillik günü münasibətilə avto-yürüş keçirib. Oktyabrın 18-də Niderlanddakı Azərbaycan diasporu Haaqada Niderland Parlamentinin yaxınlığında icazəli aksiya keçirib. Oktyabrın 18-də Türkiyənin Antalya şəhərində Ermənistan ordusunun Azərbaycanın ikinci şəhəri olan Gəncədə yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına etiraz əlaməti olaraq mitinq keçirilib.

Oktyabrın 20-də Türkiyənin Kastamonu Universitetində təhsil alan azərbaycanlı tələbələr Azərbaycana dəstək olmaq üçün Cümhuriyyət meydanına toplaşıblar.

Oktyabrın 21-də Polşanın Vrotslav şəhərinin azərbaycanlı icmasının təşəbbüsü ilə Vrotslav şəhərinin bələdiyyə binasının qarşısında icazəli etiraz aksiyası keçirilib. Oktyabrın 21-də Qayanada yaşayan yeganə azərbaycanlı Təranə Qədirova ailəsi ilə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünyanın ikili münasibət göstərməsinə etiraz edib.

Oktyabrın 22-də Amerika-Azərbaycan Musiqi Fondunun təşəbbüsü ilə ABŞ-ın Texas ştatının Dallas şəhərinin mərkəzində "Qarabağ Azərbaycandır!" şüarının yazıldığı reklam lövhəsi quraşdırılıb. ABŞ-ın Pensilvaniya ştatında yaşayan azərbaycanlı icmasının təşəbbüsü ilə Prezident Donald Trampın qatıldığı mitinqdə Azərbaycanın mövqeyini dəstəkləyən şüarlar qaldırılıb.

Oktyabrın 23-də azərbaycanlı gənclərin təşəbbüsü ilə Polşanın Katovitse şəhərində Teatr binasının qarşısında erməni təcavüzünü və Gəncə terrorunu pisləyən icazəli aksiya keçirilib.[260] Aksiya yekunlaşan anda ermənilər azərbaycanlılara qarşı təxribat törədib, onlara hücum çəkərək fiziki güc tətbiq ediblər. Yaranmış qarşıdurma zamanı ermənilər azərbaycanlılara pnevmatik silahlardan atəş açıblar. Oktyabrın 23-də Macarıstanda yaşayan azərbaycanlılar Budapeşt şəhərinin mərkəzində yerləşən "Szent İstvan Basilica" kilsəsinin qarşısında icazəli aksiya keçirib.

Oktyabrın 24-də Şotlandiyanın Edinburq şəhərində yerləşən Skot abidəsinin qarşısında Azərbaycana dəstək aksiyası keçirib. Aksiyada Şotlandiyanın Edinburq, Qlazqo və Aberdin şəhərlərində yaşayan azərbaycanlılar iştirak edib. Oktyabrın 24-də Estoniyanın Tallin şəhərində yaşayan soydaşlarımız İRS-Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü ilə Azadlıq meydanında icazəli etiraz aksiyası keçirib.

Oktyabrın 26-da ABŞ-ın MayamiMinneapolisSan-Fransisko və Solt-Leyk-Siti şəhərlərində etiraz aksiyası keçirilib. Oktyabrın 26-da İsveç Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq Stokholm şəhərinin əsas mərkəzi "T-Central"dan (Ahleans) başlayaraq səssiz yürüş keçirilib. Oktyabrın 26-da Danimarkada yaşayan azərbaycanlılar Kopenhagen şəhər bələdiyyəsinin binası qarşısındakı "Radhuspladsen" meydanında icazəli aksiya keçirib.

Oktyabrın 27-də Londonda yaşayan azərbaycanlılar Böyük Britaniyanın baş naziri Boris Consonun ofisinin qarşısında icazəli aksiya keçirib. Oktyabrın 27-də Lüksemburqda yaşayan azərbaycanlılar şəhərin mərkəzində yerləşən Place d'Armes meydanında icazəli aksiya keçirib. Oktyabrın 27-də Kanadanın Edmonton şəhərində Azərbaycan Mədəniyyət Cəmiyyətinin (AzCSE) təşkilatçılığı ilə Gəncə terroru qurbanlarının anım mərasimi keçirilib.

Oktyabrın 28-də Avstraliyanın Sidney və Brisben şəhərlərində Gəncə terroruna etiraz aksiyası keçirilib. Oktyabrın 28-də "Azəri" Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində yerli ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün plakatlar asılıb.

Oktyabrın 29-da İsveçrədə yaşayan Azərbaycan icmasının nümayəndələri erməni təxribatına və Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və rayonlarını ağır artilleriya atəşinə tutmasına etiraz olaraq Cenevrə şəhərində, Millətlər sarayının qarşısında dinc aksiya keçirib. Oktyabrın 29-da ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan azərbaycanlılar Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Hyuston şəhər meriyasının binası qarşısında icazəli aksiya keçirib.

Oktyabrın 30-da İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar, eləcə də türk icmasının nümayəndələri Venesiya şəhərində Gəncə və Bərdədə Ermənistan ordusunun terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini yaşadıqları cəmiyyətə çatdırmaq üçün aksiya keçiriblər.

Noyabrın 1-də İsveçrənin Sürix şəhərində azərbaycanlılar Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi terror aktlarına etiraz olaraq icazəli aksiya keçirib.

Noyabrın 2-də Oslo şəhərində yaşayan azərbaycanlılar Norveç parlamenti — Stortingetin binası qarşısında erməni terrorunu pisləyən icazəli aksiya keçirib. Noyabrın 2-də Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə Kanadanın Kalqari şəhərində Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə yerli ictimaiyyəti məlumatlandırmaq məqsədilə dinc etiraz yürüşü keçirilib.

Noyabrın 3-də Belçikanın Ham şəhərində Azərbaycanın Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində terror qurbanlarının xatirəsi yad edilib.

Noyabrın 4-də İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə Əmman şəhərində Ermənistan ordusunun Azərbaycanın Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan mülki vətəndaşların xatirəsi yad edilib.

Ermənistan diasporu

Oktyabrın 11-də ABŞ-ın Vaşinqton, San-Fransisko, Nyu-YorkBoston və digər yerlərində daha kiçik etirazlarla birlikdə, Los-Anceles şəhərinin erməni icması Türkiyə konsulluğunun önündə 100.000 nəfərlik etiraz yürüşü keçirib.

Oktyabrın 28-də Fransanın cənub qərbində yerləşən İsere şəhərində ermənilər yolu bağlayaraq nəqliyyatın hərəkətini dayandırıblar. Lion və Marsel şəhərlərinə gedən yolda tıxac yaranıb. Tıxacda qalanlarla aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Bununla kifayətlənməyən 300–400 civarında olan erməni aksiyaçıları işə gedən türklərə hücum ediblər. Nəticədə biri ağır olmaqla, dörd nəfər türk əsilli Fransa vətəndaşı yaralanıb.

İdman

UEFA-nın İcraiyyə Komitəsi Azərbaycan və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoydu. Qurum Dağlıq Qarabağda yaranmış vəziyyətlə əlaqədar bu addımı atıb. Hər iki ölkə təmsilçilərinin qeyri-müəyyən müddətə qədər evdə oynamaması qərara alıb. Vəziyyətə nəzarət edən UEFA-nın bu qərarı Avro 2020-nin gələn ilin yayında baş tutacaq final mərhələsi oyunlarının Bakıda keçirilməsinin planlaşdırılmasına təsir etmir.

Məşhur şəxslər

Məşhur şəxslər müharibədə müxtəlif mövqeləri tutublar. Azərbaycan tərəfini futbolçular Məsut Özil və Ronaldinyo, akyorlar Çak NorrisTamər QaradağlıSinan Akçıl və Kənan İmirzaloğlu, aktrisa Bergüzar Korel, aparıcı Acun Ilıcalı, müğənnilər TarkanSerdar Ortaç və Hadisə, biokimyaçısı Əziz Sancar, Ermənistanı isə aktyorlar Şon Penn və Mel Gibson, televiziya şəxsiyyəti Kayli CennerUFC döyüşçüsü Ronda Rauzi və digərləri dəstəkləyib. Müğənni Elton Con və repçi Kardi B isə müharibədə bitərəf olduqlarını qeyd ediblər.

Təşkilatlar

 Avropa İttifaqı — Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi tərəflərini döyüş əməliyyatlarını dayandırmağa, gərginliyi azaltmağa və atəşkəsə ciddi əməl etməyə çağırıb. Həmçinin, Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozef Borrellin bəyanatında ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə heç bir ilkin şərt qoyulmadan danışıqlara dərhal qayıtmağın zəruriliyi vurğulanmışdır.

 BMT — Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş "hər iki tərəf dərhal döyüşləri dayandırmalı, gərginliyi azaltmalı və təxirə salınmadan mənalı danışıqlara qayıtmalıdır" sözləri ilə çıxış edib. Təşkilat 29 sentyabrda vəziyyətlə bağlı qapalı formada təcili müzakirə aparacağını açıqlayıb.

 GUAM — Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa və danışıqlara qayıtmağa çağırdı.

 Türk Şurası — Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki hərbi qarşıdurmadan dərin narahatlığını bildirdi. Türk ŞurasıAzərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qorumağa çağırdı və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etdi.