AZƏRBAYCANIN RUSİYA VƏ İRAN ARASINDA BÖLÜŞDÜRÜLMƏSİ VƏ ONUN NƏTİCƏLƏRİ
Azərbaycanda Rusiya işğallarının başlanması.
Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsi.
XIX əsrin 30-40-cı illərində Azərbaycanda sosial-iqtisadi münasibətlər. Rus müstəmləkə zülmünə qarşı üsyanlar.
XIX əsrin birinci yarısında Azərbaycan mədəniyyəti. Türkmənçay müqaviləsi
Gülüstan müqaviləsi
Azərbaycanda Rusiya işğallarının başlanması XVIII-XIX əsrin hüdudlarında Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərinə parçalanmışdı. Xanlar arasında ardı-arası kəsilməyən ara müharibələri, feodallarla kəndlilər arasında sinfi ziddiyyətlərin güclənməsi, iqtisadi tənəzzül Azərbaycanın daxili vəziyyəti üçün səciyyəvi hal idi. Bu gövrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri Cənubi Qafqazın istilasından ibarət idi. Çar Rusiyası Cənubi Qafqazı əlavə gəlir mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsi üzərində Rusiya ağalığına nail olmağa, Xəzəri Rusiyanın daxili dənizinə çevirməyə can atırdı. Cənubi Qafqazın siyasi və hərbistrateji əhəmiyyəti böyük idi. Bu diyarın işğalı ənənəvi rus-türk rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə həll edə bilərdi. Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsirinə, Ost-Hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi. Qərbi Avropa dövlətlərinin də, xüsusilə İngiltərə və Fransanın Cənubi Qafqaz barədə işğalçı planları var idi. 1801-ci ilin əvvəlində İngiltərə ilə İran arasında müqavilə bağladı. İngiltərə hər hansı dövlətin İran üzərinə hücum edəcəyi təqdirdə ona lazımi qədər 173 xidmət heyəti ilə birlikdə tələb olunan miqdarda hərbi xərc verməyi öz üzərinə götürürdü. İngiltərə İranı öz müstəmləkə mülklərini genişdəndirmək uğrunda mübarizədə antirus siyasətinin alətinə, öz müstəmləkəsini-Hindistanı kənar təcavüzlərdən qorumaq, Cənubi Qafqaz barəsində özünün uzağa gedən planlarını həyata keçirmək üçün meydana çevirirdi. 1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti elan olundu. Azərbaycan ərazisinin də bir hissəsi-Kartli-Kaxetiya çarlığının asılılığında olan Qazax, Borçalı, Şəmşəddil onunla birlikdə Rusiyaya birləşdirildi. Beləliklə, Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə Azərbaycan torpaqlarının Rusiya tərəfindən istilasının başlanğıcı qoyuldu (4, s. 15). Rusiya ilk növbədə Azərbaycanın Xəzəryanı vilayətlərini ələ keçirməyə çalışırdı. Bu məqsədlə general Knorrinq 1802-ci ilin sentyabr-dekabr aylarında Şimali Qafqazda, Georgiyevsk şəhərində siyasi və ticarət məsələləri üzrə danışıqlar üçün çar komandanlığının Şimali Azərbaycan xanlarının və Qafqazın digər hakimlərinin nümayəndələri ilə görüşünü keçirdi (70, s. 485). Georgiyevskidə 1802-ci il dekabrın 26-da müqavilə imzalandı. Müqaviləyə görə, onu imzalayanlar İrana hücum edəcəyi təqdirdə ona qarşı çıxmağı öz öhdələrinə götürürdülər (4, s. 16). Azərbaycanın ayrı-ayrı feodal hakimlərinin Rusiya istilasına müqavimət gösətərə biləcəklərindən ehtiyat edən Rusiya 1802-ci ilin sentyabrında Qafqazın baş komandanı təyin edilən general P.D.Sisianovu Cənubi Qafqazda müstəmləkə siyasətinin icraçısı təyin etdi. General Sisianov Car-Balakən camaatının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Çünki bu ərazi rus qoşunlarının Gürcüstandan Azərbaycanın içərilərinə doğru uzanan yolun üstündə idi. 1803-cü ilin martında ruslar Car-Balakənə hücum etdilər. Qanıq (Alazan) çayı sahilində döyüş baş verdi. Müqaviməti qırdıqdan sonra general Qulyakov Balakəni yandırdı. Martın 29-da Car fəth olundu. 1803-cü il aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyyəti Tiflisə general Sisia- 174 novun yanına getdi və burada Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş-“Andlı öhdəlik”bağlandı. Sazişin şərtlərinə görə, carlılar Rusiya xəzinəsinə ipəklə xərac ödəməli, sədaqət əlaməti olaraq əmanətlər (girovlar) verməli, öz ərazilərində rus qoşunlarını yerləşdirməli idilər. Lakin camaatın daxili idarəsinin dəyişməz olaraq qaldığını və əhalinin itaət şərtlərini yerinə yetirmədiyini görən general Qulyakov 1804-cü ilin yanvarında yenidən Cara soxuldu. Car yenidən fəth olundu və yandırıldı. Sonra rus qoşunları Zaqatalaya doğru yeridilər və Zaqatala yaxınlığındakı dərədə carlılar tərəfindən hücuma məruz qaldılar. Carlılar qələbə çaldılar. Rus qoşunlarının sağ qalan hissəsi Muxax kəndinə geri çəkildi, general Qulyakov isə öldürüldü. Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına müqavimət göstərməyi davam etdirməyin qeyri-mümkünlüyünü və faydasızlığını görərək təslim oldular (4, s. 17-18). Car-Balakən camaatının fəthindən sonra qonşu İlisu sultanlığı da Rusiya təbəəliyini qəbul etməli oldu. General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. “Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmrandır. Bax buna görə də bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malikdir” (110, s. 589-590). Gəncə xanlığı XVIII əsrin 90-cı illərindən rus dövləti ilə səmimi diplomatik münasibətlər saxlayırdı. Cavad xan Sisianovun Rusiya himayəsini qəbul etmək təklifinə rədd cavabı vermədi. Lakin general Sisianovun məktublarındakı yekəxanalıq və etinasızlıq, Gəncə xanından Şəki, Şirvan və Qarabağ xanlıqlarından 3 dəfə çox ödənc tələb etməsi qanlı döyüşlərə gətirib çıxardı. Gəncə şəhərinin 2 verstliyindəki Quluqobu adlı yerdə, rus qoşunları ilə gəncəlilər arasında ilk vuruşma baş verdi. Cavad xan bir qədər müqavimətdən sonra qalaya qayıtdı. Rus qoşunları Gəncəni mühasirəyə aldılar. Mühasirədən bir ay sonra 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə rus qoşunları qalaya hücuma başladılar. Onların 2 cəhdi dəf olundu. Cavad xan və onun oğlu Hüseynqulu ağa qəhrəmancasına həlak oldular. Gəncə xanlığı ləğv olundu və dairəyə çevrildi, 175 şəhər isə öz qədim adını itirdi və I Aleksandrın arvadının şərəfinə Yelizavetpol adlandırıldı. “Gəncə” adını çəkmək qadağan olundu. Bu qaydanı pozanlar cərimə edilirdilər (8, s. 572). Gəncənin alınması rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi üçün böyük əhəmiyyət kəsb etdi: 1) digər Azərbaycan xanlıqlarının da taleyi həll olundu; 2) Azərbaycanın cənub bölgələrinə yol açıldı; 3) Gürcüstanın Şərq sərhədlərinin təhlükəsizliyi təmin olundu; 4) rus qoşunlarının Xəzər sahillərinə çıxıb, Həştərxanla əlaqə yaratmasına imkan yarandı. Gəncə xanının vassal asılılığında olan Samux hakimi Şirin bəy də Rusiyanın təbəəliyini qəbul etməyə məcbur oldu. 2. Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsi Gürcüstanın, Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərəfindən işğalı İran və Türkiyənin, habelə onların arxasında duran İngiltərə və Fransanın narahatlığına səbəb oldu. Azərbaycan tarixçisi A.Bakıxanovun yazdığına görə, “İran şahı 70 minlik qoşununu Cənubi Qafqazın sərhədlərində cəmləşdirdi” (23, s. 158). Şah sarayı Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yazından-İngiltərə ilə müqavilə bağladıqdan sonra hazırlaşırdı. 1804-cü ilin mayında Fətəli şah başda olmaqla İranın yuxarı feodal təbəqədəri rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını tələb etdi. Tələb rədd olundu və 1804-cü il iyulun 10-da Rusiya ilə İran arasında diplomatik əlaqələr kəsildi. 10 il davam edən Rus-İran müharibəsi başlandı. İlk döyüş 1804-cü il iyulun 2-də İrəvan xanlığının ərazisində, Eçmiədzin divarları yanında baş verdi. Rus qoşunları gürcü süvari dəstələrinin köməyi ilə üstünlük qazandılar (4, s. 20-21). İkinci döyüş İrəvan yaxınlığında, Qəmərli kəndinin yanında baş verdi. 1804-cü il iyulun 29-dan 30-a keçən gecə rus qoşunları ilə İran qoşunlarının böyük birləşməsi arasında qanlı döyüş oldu. Azuqənin çatışmazlığı, qoşunların azlığı, habelə İran qoşunla- 176 rının kiçik rus dəstəsi yerləşmiş Gəncəyə tərəf irəliləməsi üzündən sentyabrın 4-də rus qoşunları İrəvandan geri çəkildi. General Sisianov hələ 1804-cü ilin əvvəlində mayor Lisaneviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan “Rusiya təbəəliyinə” keçməyi tələb etdi. 1805-ci il mayın 14-də Gəncə yaxınlığında Kürək çayının sahilindəki görüşdə İbrahimxəlil xanla Sisianov arasında imzalanan müqaviləyə (8, s. 572) əsasən xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul olunur, çar isə, öz növbəsində, bu xan sülaləsinin hüquqlarını “bütün zamanlar üçün” təsdiq edirdi, lakin hər dəfə xan varisləri çar tərəfindən təsdiq olunmalı idi. Xanlığın daxili idarəsi xanın ixtiyarında saxlanıldı. Xan rus qarnizonunu Şuşaya buraxmağı və onun zəruri şeylərlə təmin etməyi öz üzərinə götürdü. Xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə 8 min çervon ayırmağı öhdəsinə götürdü (10, s. 590). 1805-ci il mayin 21-dэ eyni şərtlərlə Şəki xanlığı da Rusiyanın himayəsi altına keçdi (25, s. 129-130). 1805-ci il yay kompaniyasının gedişində İran qoşunları iyunun ortalarında Qarabağa soxuldular. Pirqulu xan Əsgəranı tutdu. 1805-ci il iyunun 26-da şah qoşunları rus qarnizonunun yerləşdiyi Şahbulağı mühasirəyə aldılar. Abbas Mirzə qalanın təslim olmasını tələb etdi. Koryagin vəziyyətin çıxılmazlığını görüb, qalanı iyulun 8-də təslim etməyə razılaşdı, özü isə iyulun 7-ə keçən gecə dəstəsi ilə qalanı tərk etdi. İyulda İran qoşunları Qazaxa soxuldular. Koryagin 570 nəfərlik dəstəsi ilə iyulun 27-də Zəyəm yaxınlığındakı İran düşərgəsinə hücum etdi. İran qoşunlarının 1805-ci ilin yay hərbi kompaniyasındakı məğlubiyyəti və bunun ardınca başlamış fasilə Rusiya hökumətinə Azərbaycanda öz mövqeyini daha da möhkəmləndirmək, Şirvan, Bakı və Quba xanlarını tabe etmək imkanı verdi (4, s. 23). General Sisianovun Şirvana doğru hərəkət etdiyini eşidən Mustafa xan Sisiaonovun tələbini qəbul etmək qərarına gəldi, xanlığın xarici əlaqələr hüququnun Rusiyaya verilməsinə, ildə 10 min 177 çervon bac ödəməyə, xanlığın hüdudları daxilində ticarətin təhlükəsizliyini təmin etməyə və s. razılaşdı. Mustafa xan və Sisianov 1805-ci il dekabrın 27-də müqavilə imzaladılar. Azərbaycanın ən iri xanlığı Şamaxı xanlığının tabe edilməsindən sonra Bakıya yol açıq idi. 1805-ci ilin əvvəllərində Qafqazdakı rus qoşunlarının baş komandanı Gilanı tutmaq, geri qayıdarkən isə Bakını ələ keçirmək üçün rus donanmasını Xəzərə göndərməyi qərara aldı. İyunun 23- də donanma Ənzəli limanına çatdı. Desant çıxarmaq və Rəşti tutmaq üçün göstərilən uğursuz cəhddən sonra rus eskadrası avqustun 12-də Bakı rayonuna yaxınlaşdı. Qalanın təslim edilməsi barədə danışıqlar başlandı. Zavalişin rədd cavabı alaraq, avqustun 15-də qalanı atəşə tutmağa, avqustun 22-də isə şəhəri mühasirəyə almağa başladı. Avqustun 29-dək xanlığın mühüm strateji məntəqələri tutuldu. İranla əlaqə saxlayan Bakı hakimi Hüseynqulu xan kömək üçün şah sarayına müraciət etdi. Abbas Mirzə urmiyalı Əsgər xana Bakı xanına kömək qoşunlarla birlikdə dərhal yola düşməyi əmr etdi. Qubalı Şeyxəli xan da Hüseynqulu xana kömək etməyə hazırlaşırdı (88, s. 232). General Zavalişin Bakıya Urmiya və Qubadan köməyin yaxınlaşmasından qorxaraq, qalanı ələ keçirmədən Lənkəran yaxınlığındakı Sara adasına çəkildi. 1806-cı il fevralın əvvəllərində Sisianovun artilleriyası Bakının 2 km-də general Zavalişinin desant təstəsi ilə birləşdi və Naxır bulaqda düşərgə saldı. Sisianov qalanın təslim edilməsini tələb etdi. Fevralın 8-də Sisianov polkovnik Eristavinin müşaiyəti ilə mühafisəsiz şəkildə xanla görüşmək üçün yola düşdü. Görüşdə o, Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürüldü. Bakıda Sisianovun öldürülməsindən sonra rus qoşunlarının vəziyyəti ağırlaşdı. Xanların çoxu tərəddüd etməyə başladı (4, s. 25-26). 1806-cı ilin yazında İran qoşunları Arazı keçərək Qarabağa yeridi. İyunun 8-də rus və İran qoşunları arasında 1806-cı ilin ilk silahlı toqquşması baş verdi. Şahbulaq və Əsgəran arasında, Ağdamda rus dəstəsi 4000 İran sərbazı ilə qarşılaşdı. Rus dəstəsi İran qoşununu sıxışdırdı və Əsgəranı tutaraq, Şuşaya doğru 178 irəlilədi. Abbas Mirzə İdrahimxəlil xanı öz tərəfinə çəkmək üçün elçilərini onun yanına göndərdi. İbrahimxəlil xan xanlığın varyoxdan çıxarılmasına yol verməmək üçün əvvəlcədən Lisaneviçlə razılaşaraq, rus qoşunları gəlib çıxanadək iranlılarla mülayim rəftar etməyi qərara aldı. Rus qoşunlarının gecikməsi İran qoşunlarının lap qalaya yaxınlaşmasına səbəb oldu. İbrahimxəlil xan öz ailəsinin təhlükəsizliyini təmin etmək üçün onu Şuşa qalası yaxınlığındakı Xankəndinə köçürdü. Bədniyyətlilərin xanı mayora şərləmələrinə görə, mayor bir dəstə döyüşçü ilə xanın məskəninə yollandı və İbrahimxəlil xan bəzi ailə üzvləri və yaxın adamları ilə öldürüldü. Bu hadisələrdən dərhal sonra şəkili Səlim xan Rusiya ilə əlaqələri kəsdi, “əhalini üsyana qaldırdı və rus qoşunlarını xanlıqdan getməyə məcbur etdi” (52, s. 96). 1806-cı ilin yayında Abbas Mirzənin qoşunları Qarabağ və Şirvanda idi. Atasının xaincəsinə öldürülməsinə baxmayaraq, Mehdiqulu xan general Nebolsinin komandanlığı altında rus qoşunları yaxınlaşarkən öz süvari dəstəsi ilə qaladan çıxmağa, onun qoşunları ilə birləşməyə məcbur oldu və Əsgəran qalasının yaxınlığında düşərgə saldı. Tezliklə ruslar Xanaşır aşırımında İran qoşunlarını əzdilər və İran qoşunlarının qalıqları Arazın o tayına çəkildi. 1806-cı ilin qışında yeni baş komandan təyin olunmuş general Qudoviç Qarabağın idarə olunması haqqındakı fərmanı Mehdiqulu xana təqdim etdi. Rus komandanlığı Bakı və Dərbənd qalalarının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. İran hökuməti Rusiya və onun planları üçün Bakının əhəmiyyətini aydın başa düşürdü və Qarabağdakı uğursuzluqlardan sonra rus qoşunlarının irəliləməsinin qarşısını almaq məqsədi ilə hərbi əməliyyatları Şamaxı xanlığı istiqamətinə keçirdi. Rus qoşunlarının yaxınlaşmasını eşidən Abbas Mirzə düşərgə saldığı Ağsudan Kür çayına doğru geri çəkildi. Bakı və Dərbəndə doğru irəliləmək üçün əlverişli şərait yarandı. Qubalı Şeyxəli xan Rusiya hakimiyyətini qəbul etmək istəmirdi. 1806-cı ilin iyununda rus qoşunları Quba xanına tabe olan Dərbəndə yaxınlaşdılar və iyunun 22-də onu tutdular. Sonra onlar general 179 Bulqakovun komandanlığı altında Bakıya doğru yönəldilər. General şəhər sakinlərinə müraciət göndərdi. Hüseynqulu xan öz nümayəndə heyətini şəhərin bayrağı, qalanın açarı və duz-çörəklə Bulqakovun yanına göndərdi. Lakin Hüseynqulu xan qisasdan qorxaraq, ailəsi ilə birlikdə Qubaya, oradan da İrana qaçdı (88, s. 258). Beləliklə, 1806-cı il sentyabrın 3-də Bakı xanlığı Rusiyaya tabe edildi. Tezliktə Quba xanı da qaçdı, onun xanlığı da Rusiyaya tabe olundu. Beləliklə, 1806-cı ilin sonunda, Talış, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Şimali Azərbaycan ərazisi Rusiyanın hakimiyyəti altına keçdi. 1806-cı il oktyabrın 22-də Nuxa yaxınlığında həlledici döyüş baş verdi və şəkili Səlim xanın dəstələri məğlubiyyətə uğradı. Rus qoşunları Nuxa şəhərini mühasirəyə aldılar. Nuxalıların müqaviməti qırıldı və rus qoşunları hücum edib, Nuxanı ələ keçirtdilər. Səlim xan İrana qaçdı. Sonra rus qoşunları Car-Balakənə yola düşdü. Rus qoşunları Carda üsyanları və Avar xanının, habelə Dağıstan feodallarının burada olan süvarilərini mühasirəyə aldılar. Tezliklə bu üsyan da yatırıldı. Çar hökuməti Quba və Bakı xanlıqlarını ələ keçirdikdən sonra İranla sülh bağlamağa can atırdı, belə ki, rus komandanlığı Türkiyə ilə müharibənin yaxınlaşdığını qabaqcadan görür və buna görə də əl-qolunu azad etmək, mümkün olarsa, hətta İranı Türkiyəyə qarşı müharibəyə sövq etmək istəyirdi. İran hökuməti də güzəştlərə ümid bəsləyərək, sülh bağlamaq istəyirdi. 1806-cı il sentyabrın ortalarında şah sarayı öz nümayəndəsini sülh bağlamaq təklifi ilə rus qoşunlarının baş komandanı Qudoviçin yanına göndərdi. Çar hökuməti güzəştə getmək fikrində deyildi, əksinə, o, İrandan Naxçıvan və İrəvan xanlıqlarını tələb etdi. Lakin danışıqlar uzandı. İngiltərə və Fransa bu işdə az rol oynamırdı. İngiltərə açıqaşkar, Fransa isə gizlicə İranı müdafiə edir və Türkiyəni Rusiya ilə müharibəyə təhrik edirdilər. Austerlitsdən sonra İran və Türkiyədə Napoleon diplomatiyası daha da fəallaşdı. Napoleon 1806-cı ildə öz nümayəndəsi general Romyeni İrana göndərdi. İranın Fransa ilə danışıqları İngiltərəni təşvişə saldı. Bağdaddakı ingilis səfiri Xar- 180 ford Cons şah nazirinə müraciət edib ona təminat verdi ki, İngiltərə 1801-ci il müqaviləsinin şərtlərinə sadiq qalacaqdır (4, s. 29). 1806-cı ilin sonunda Türkiyə Rusiyaya qarşı müharibəyə başladı. Türkiyənin müharibəyə başlaması rus qoşunlarının Qafqazdakı vəziyyətini ağırlaşdırdı. İndi İranla yanaşı, Türkiyə ilə də müharibə aparmaq lazım idi. Rusiya buna görə də İranla sülh bağlamağa cəhd göstərirdi. Lakin İranla danışıqlar müvəffəqiyyətlə nəticələnmədi. Rus-türk müharibəsinin başlanmasından sonra Qafqazdakı rus qoşunlarının komandanlığı Tərtər çayında istehkam yaratmağı qərara aldı. Baş komandan general Qudoviç rus ordusunun başında Gümrüyə yönəldi. Burada 1807-ci il iyunun 18-də rus və türk qoşunları arasında qanlı döyüş baş verdi. “Qaş qaralana yaxın osmanlılar məğlub edildilər. Ruslar osmanlılardan qənimətlər və çoxlu top ələ keçirdilər” (53, s. 103-110). Napoleon 1807-ci ilin əvvəllərində İran şahını Rusiya ilə mübarizəni gücləndirməyə çağırırdı, Fransa, İran və Türkiyədən ibarət antirusiya blokunu yaratmağı təklif edirdi. Şah hökuməti bu təklifi qəbul etdi. 1807-ci il mayın 4- də Finkenşteyndə Fransa-İran müqaviləsi imzalandı. Müqaviləyə görə İrana hərbi kömək göstərilməsi nəzərdə tutulurdu. İrana general Qardanın başçılıq etdiyi fransız diplomatik nümayəndə heyətinin gəlişi ilə Finkenşteyn müqaviləsi tələm-tələsik təsdiq olundu. 1808-ci il yanvarın 21-də müqavilə bağlandı. Müqaviləyə görə, İran fransız cəbbəxanasından 20 min tüfəng satın ala bilərdi. Fransızlar İran ordusunu yenidən qurmağa başladılar. 1808-ci ilin mayında İran qoşunu İrəvana doğru çəkilirdi. Sentyabrın 4-də Soğanlıq düşərgəsindən rus qoşunları Pəmbəkə döğru yeridi. Ruslar oradan İran qoşunlarına hücum etmək niyyətində idi. Qudoviç Naxçıvanı ələ keçirməyi general Nebolsinə əmr etdi. Sentyabrın 26-da Qudoviç irəvanlı Hüseyn xan üzərində qələbə çaldı. Rus qoşunları yolüstü Eçmiədzini ələ keçirtdi. General Nebolsin Naxçıvana doğru irəliləyərək, oktyabrın sonunda Qarababa kəndi yanında İran qoşunlarını dağıtdı və Naxçıvanı tutdu. Rus qoşunlarının birləşmiş qüvvələri İrəvanın mühasirəsinə başladı 181 və mayın ortalarında qalaya hücuma keçdi. Lakin müvəffəqiyyətsizliyə uğrayaraq geri çəkilən rus qoşunları Naxçıvanı da tərk etməyə məcbur oldular. Abbas Mirzə Naxçıvanı tutaraq, rus qoşunlarını təqib etməyə başladı. Qarababa kəndində döyüşdə Qudoviç yenidən məğlubiyyətə uğradı. 1808-ci il kampaniyası uğursuz başa çatdı və Qudoviç istefaya getdi. 1809-cu ilin Rusiyanın vəziyyəti daha da ağırlaşdı. Sarıqamışda 14 min sərbaz cəmləşdirilmişdir. Qafqazda rus qoşunlarının sayı isə 43,5 min nəfərə çatdığı halda İran 150 min nəfərlik ordu çıxarmaq niyyətində idi (4, s. 33). Yeni baş komandan Tormosov İranla münasibətləri danışıqlarla nizama salmağa ümid edirdi. Lakin 1809-cu ilin iyununda şahın özü Qarabağ və İrəvanla kifayətlənməmək və qüvvələrini Türkiyə ilə birləşdirmək üçün Qərbdə hərbi əməliyyatlar cəbhəsini genişləndirmək niyyəti ilə Cənubi Azərbaycana gəldi. 1809-cu ilin hərbi əməliyyatları iyulda 2 İran qoşununun Qarabağ və Pəmbəkə yürüşləri ilə eyni zamanda başladı. 3-cü qoşun hissəsi Göyçə (Sevan) gölünün yanında dayandı. Onun əməliyyat meydanı Gəncə, Qazax və Şəmşəddil olmalı idi. Lakin İran qoşunları öz planlarını həyata keçirə bilmədilər. Avqustda o, Gəncəyə hücum etdi. Rus qoşunları da oraya tələsdi. Abbas Mirzə yenidən döyüşə girmədən, bir neçə yaşayış məntəqəsini talan edərək, Arazın o tayına çəkildi. 1809-cu ilin sentyabrında 10 minlik İran süvari qoşunu Talış xanlığına soxuldu və Lənkəranı talan etdi. Mir Mustafa xan öz qoşunlarının qalıqları və ailəsi ilə birlikdə yarımadada gizlənməyə məcbur oldu. Həmin günlərdə Əsgəranda İran və Rusiya arasında danışıqlar yenidən başlandı. General Tormosov İran nümayəndəsi Mirzə Bezürkdən Talış xanlığının müstəqilliyini tanımağı tələb etdi. İrandakı ingilis səfiri sülh müqaviləsinin bağlanmasına hər vasitə ilə mane olurdu. O, şahı inandırırdı ki, İranın qarşısında qoyulan şərtlər çar sarayı tərəfindən deyil, Tormosov tərəfindən irəli sürülür. Eyni zamanda İngiltərə İran qoşunlarını silahla təchiz edirdi. 1812-ci ilin əvvəllərində 20 minlik İran ordusu Qarabağa soxuldu. O, Şahbulaq və Sultanbud tərəfə irəlilədi. Şah qoşunları 182 ingilis zabitlərinin komandanlığı altında azsaylı rus qoşularını mühasirəyə aldılar və qələbə çaldılar. 1812-ci il martın 18-də Kotlyarevski iranlıların geriyə çəkilərkən yolunu kəsmək və onları darmadağın etmək üçün öz dəstəsi ilə Araza doğru hərəkət etdi. Lakin Abbas Mirzəyə hələ Kotlyarevski yaxınlaşanadək mühasirədən yaxa qurtarmaq və Arazın o tayına keçmək müyəssər oldu. M.İ.Kutuzovun komandanlığı altında Balkanlardakı qələbə Türkiyəni sülh istəməyə məcbur etdi. 1812-ci il mayın 16-da Buxarestdə Rusiya və Türkiyə arasında sülh müqaviləsi bağlandı. Müqaviləyə görə, Türkiyə Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən işğal olunmasını təsdiq etdi (8, s. 576). İndi İran Rusiyanı müəyyən güzəştlərlə belə bir müqavilə bağlamağa sövq etməyə can atırdı. Rusiya da İranla sülh bağlanılmasında maraqlı idi, çünki Qərbdə Fransa ilə münasibətlər kəskinləşirdi. General Rtişşev 1812-ci il aprelin 20-də İranla sülh bağlamaq göstərişi aldı. İndi Rusiya demarkasiya xəttinin Kür, Araz və Arpaçay çayları boyunca keçməsi barədə əvvəllər irəli sürülən təkliflərdən imtina edir və sərhəddi işğaldan sonra necə varsa elə qurmağa razılaşırdı. Lakin Abbas Mirzə ərazi güzəştləri tələb etdiyinə görə danışıqlar uzandı (4, s. 36). 1812-ci ilin yayında Napoleon Fransası ilə Rusiya arasında müharibə başlandı. 1812-ci il iyulun 8-də İngiltərə ilə Rusiya arasında Fransa əleyhinə yönəlmiş müqavilə imzalanmasına baxmayaraq, Rusiyanın başının Napoleonla müharibəyə qarışmasından istifadə edən İngiltərə İranda fəallaşdı. Abbas Mirzə rus ordusunun əsas qüvvəsinin Napoleona qarşı müharibəyə yönəlməsindən istifadə edərək, öz ordusunu Cənubi Qafqaz üzərinə yeni hücuma hazırlamağa başladı. İran ilk növbədə Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmaq istəyirdi. Bunun üçün o, Mehrini tutmaq istəyirdi. İyulun 12-də İran qoşunları Qarabağa soxuldular, lakin darmadağın edilib Arazın o tayına atıldılar. Avqustda 20 minlik İran qoşunu Lənkəran da daxil olmaqla Talış xanlığı ərazisini ələ keçirdi. İran qoşununun digər hissəsi Ərçivanı tutub, Azərbaycanın içərilərinə doğru yol 183 açdılar. Rus komandanlığı Abbas Mirzənin sülh bağlamaq üçün 40 günlük barışıq barəsində təklifindən istifadə etməyi qərara aldı. Danışıqlar sentyabrın 20-də Aslandüzdə başlandı və oktyabrın 10-dək davam etdi. Tərəflər özlərinin əvvəlki mövqelərindən əl çəkmək istəmədiyinə görə danışıqlar heç bir nəticə vermədi. Abbas Mirzənin komandanlığı altında 30 minlik ordu Aslandüz yaxınlığında Araz sahilində cəmləşdi. O, rus dəstələrinə zərbə endirərək Qarabağa və Yelizavetpola (Gəncəyə), daha sonra isə Gürcüstana irəliləmək niyyətində idi. Abbas Mirzə Pəmbək və Şuragəldəki rus sərhəd məntəqələrinə hücum üçün həm də İrəvan xanının qüvvələrindən istifadə etməyi qərara almışdı. Lakin Abbas Mirzə ilk zərbəni Ağoğlan adlanan yerin yaxınlığında, Araz sahilində aldı. İrəvanlı Hüseynqulu xanın qoşunları isə Pəmbək və Şuragələ soxuldular. Rus qoşunları Dilican dərəsində erməni əhalisinin köməyi ilə qələbə çaldı. Pirqulu xan da Şəkidə darmadağın edildi. Abbas Mirzə Şəkidə Pirqulu xanın qoşunları ilə birləşmək üçün qoşunlarını Arazdakı Aslandüz keçidi qarşısında cəmləşdirdi. Kotlyarevski Abbas Mirzənin niyyətini başa düşdü və o, düşmənin arxasına keçmək və gözlənilmədən arxadan zərbə vurmaq məqsədilə dağlarla 70 km gecə yürüşü etdi. Abbas Mirzə əzilmiş hissələrinin qalıqlarını toplayaraq, səhərisi gün məğlubiyyətinin əvəzini çıxmağı qərara aldı. Lakin Kotlyarevski Aslandüz istehkamlarına hücum edib onun qoşunlarını darmadağın etdi. Tezliklə, Kotlyarevski 1812-ci il dekabrın 17-də təxminən 2000 nəfərlik dəstə ilə Ağoğlandan yola düşərək Arazı keçdi və dekabrın 21-də Lənkəran xanlığına daxil oldu. Xəzər donanması da buraya göndərilmişdi. İranlılar Lənkəran qarnizonunu möhkəmləndirdilər. Lənkəran qarnizonuna 2500 nəfər piyadadan ibarət kömək gəldi (112). Dekabrın 21-də İran qoşunlarının ön hissəsi Muğanda darmadağın edildi. Rus qoşunlarının yaxınlaşdığından xəbər tutan iranlılar Ərçivandan geri çəkildilər. Kotlyarevski Ərçivanda kiçik bir qarnizon qoyaraq, Lənkərana tərəf irəlilədi. Rus qoşunları qalanı dekabrın 30-dək davam edən fasiləsiz artilleriya atəşinə tutdu. Dekabrın 31-də Kotlyarevski qoşunu 3 hissəyə bölərək 184 axşam qala divarlarına yaxınlaşdı və 1813-cü il yanvarın 1-də səhərə yaxın hücuma başladı. Amansız və qanlı çarpışma 3 saatdan çox çəkmədi və qala alındı (8, s. 576). Lənkəranın alınması rusİran müharibəsinin taleyini həll etdi. Aslandüz və Lənkəran qələbələrindən aydın oldu ki, heç bir şey rus qoşunlarının İranın içərilərinə doğru irəliləməsinə mane ola bilməz. İrandakı ingilis səfiri Ouzli Rusiya və İran arasındakı müharibənin dayandırılması haqqında Londondan göstəriş aldı. 1813-cü ilin əvvəllərində Rtişşev və şah sarayı arasında yazışma başlandı. Rtişşev qeyd edirdi ki, tutulmuş bütün torpaqları Rusiya tərkibində saxlamaq şərtilə sülh bağlamağa hazırdır, bu isə şah sarayını razı salmırdı. Buna baxmayaraq, danışıqlar sentyabrın 27-də Qarabağda, Gülüstan kəndində başladı və 1813-cü il oktyabrın 12-də sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Gülüstan müqaviləsinə görə, İran Rusiyanın qələbəsini, Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıqlarının ərazisinin, habelə Şərqi Gürcüstan və Dağıstanın Rusiyanın ixtiyarına keçməsini tanıdı. İrəvan və Naxçıvan xanlıqları İranın hakimiyyəti altında qaldı. İran təkcə Rusiyanın Xəzər dənizində hərbi gəmilər saxlamaq barədə hüququnu tanıdı. Aşağı, 5%-lik kömrük tarifi qoyuldu ki, bu da o demək idi ki, rus tacirləri üçün İrana yol açılırdı. İranın daxilində isə rus tacirləri daxili gömrük rusumlarını ödəməkdən azad olunurdu. Bu, rus-İran ticarətinin inkişafı üçün əlverişli şərait yaradırdı. Gülüstan müqaviləsinin bağlanılması ilə Şimali Azərbaycanın Rusiya tərəfindən istilasının birinci mərhələsi başa çatdı (4, s. 38-39). İkinci Rus-İran müharibəsi və istilanın başa çatması. Gülüstan müqaviləsini özü üçün rüsvayçılıq hesab edən və Cənubi Qafqazı ələ keçirmək üçün yeni planlar hazırlayan İran sarayı Rusiyanın Cənubi Qafqazı zəbt etməsi ilə barışmaq istəmirdi. İranın bu planları İngiltərənin Cənubi Qafqazdakı planlarına tam uyğun idi. 1814-cü il noyabrın 25-də Tehranda İngiltərə ilə İran arasında müqavilə bağlandı. İran şahı İran sərhədləri tərəfindən Hindistanın təhlükəsizliyini təmin etməyi öz öhdəsinə götürür- 185 dü. Böyük Britaniya isə İrana hər il, 1809-cu il müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə maliyyə yardımı göstərmək, ordu və hərbi gəmilər ayırmaq haqqında öz öhdəliyini bir daha təsdiq etdi. İngiltərə ilə yeni müqavilə bağlamaq və ordunu müharibəyə hazırlamaqla yanaşı, İran sarayı eyni zamanda belə hesab edirdi ki, Rusiyadan müəyyən güzəştlərə nail olmaq üçün əlverişli şərait yaranmışdır. 1815-ci ildə Gülüstan müqaviləsinə yenidən baxmağa Rusiyanın razılığını almaq üçün İran tərəfi Peterburqa nümayəndə heyəti göndərdi. Çar hökuməti sərhədlərin müəyyənləşdirilməsində bəzi xırda güzəştlərə getməyi qərara aldı və bu məqsədlə 1817-ci ildə A.P.Yermolovun başçılığı ilə İran arasında möhkəm dostluq və qardaşlıq əlaqələri üçün əsas ola biləcək xüsusi müqavilə bağlamağa səlahiyyət verilmişdi (111, s. 125-126). Tərəflərin elə ilk görüşündə İrandakı ingilis səfirinin iştirakı ilə şah diplomatiyası Gülüstan müqaviləsinə görə Rusiyaya keçmiş torpaqların İrana verilməsini tələb etdi. Rusiyaya qayıtdıqdan sonra Yermolov yazırdı: “vəliəhdin sarayında ingilislərsiz heç bir iş görülmür”. Şah sarayı ingilislərin köməyi ilə öz ordusunun gücünü artırır, gələcək müharibədə Türkiyədən kömək almağa səy göstərirdi. 1823-cü ildə İran və Türkiyə arasında müqavilə bağlandı. 1825-ci ilin payızında Abbas Mirzənin qoşunu üçün İsfahana 200 tay ingilis silahı gətirildi. 1826-cı ildə İngiltərə Hindistandan daha 15 min tüfəng göndərdi. Bu zaman ingilislər şaha bildirdilər ki, kömək yalnız o zaman göstəriləcəkdir ki, İran Rusiyaya qarşı müharibəyə başlasın. Elə həmin il İngiltərə artıq Rusiyaya qarşı müharibəyə başlamağı inadla israr edirdi (76, s. 99). 1826-cı ildə general Menşikovun başçılıq etdiyi rus nümayəndə heyəti İrana gəldi. Çarın sərəncamı ilə Menşikov Qarabağın və Talış xanlığının bir hissəsini güzəşt etməyə hazır idi (76, s. 42). Rusiyanın İranla hərbi münaqişəyə girməmək üçün göstərdiyi bu cəhd müvəffəqiyyətsizliyə uğradı. 1826-cı io mayın 26-da İran qoşunu sərhəd dəstələrinə hücum etdi, 2 aydan sonra isə, iyulun 16-da Abbas Mirzənin 60 minlik ordusu Şimali Azərbaycana soxuldu (8, s. 578). Abbas 186 Mirzənin planı qəflətən Qarabağa soxulmaq, Şuşanı ələ keçirmək və sonra isə Gəncəni tutmaqla Tiflisə hücum etmək idi. Tiflis üzərinə hücum 3 tərəfdən: cənubdan, şərqdən və şimal-şərqdən planlaşdırılmışdı. İrəvan sərdarı Hüseyn xan cənubdan Şuragəl və Pəmbəyə soxulmalı və burada Abbas Mirzənin əsas qüvvələrinin yaxınlaşmasını gözləməli idi. Abbas Mirzənin yanında olan gürcü şahzadəsi Aleksandr isə İran ordusu ilə Kaxetiyaya girməli və burada Car-Balakən dəstələri ilə birləşib şimal-şərqdən Tiflis üzərinə hərəkət etməli idi. Bu dəstələr Tiflis yaxınlığında birləşməli və eyni vaxtda vurulan zərbə ilə onu ələ keçirməli idilər. Sayı 30 min nəfər olan İran ordusuna qarşı 9 rota, 6 yüngül top və çox zəif bir kazak alayı dayanırdı. Əhali Rusiya əleyhinə üsyanlar qaldırdı. İyulun 27-də üsyançılar Gəncədə həbsxananı ələ keçirdilər, iyulun 28-ə keçən gecə isə yerli qarnizonu darmadağın etdilər. Şəhər Abbas Mirzə tərəfindən tutuldu (71, s. 655). Elə bu vaxt İran ordusu bütün Qarabağ mahallarını ələ keçirərək, Şuşa qalasını mühasirəyə aldı. Şuşa qarnizonu 6 rotadan-4 topu olan 1500 adamdan ibarət idi. Qalanın mühasirəsi 48 gün davam etdi. Partlayışlardan sonra gecə vaxtı hücuma keçən İran ordusu heç nəyə nail ola bilmədi və rus qoşunları tərəfindən geri oturduldu (89, s. 117). Şuşa qalasını uzun müddət mühasirədə saxlamaq İran hərbi komandanlığının səhvi idi. İran ordusunun böyük bir hissəsinin diqqətini özünə cəlb edən rus qarnizonu və qalanın erməni əhalisi general Yermolova strateji təşəbbüsü ələ almağa, pərakəndə halda olan qüvvələri zərbə qruplarında cəmləşdirməyə və düşmən üzərinə hücum etməyə şərait yaratdı və bununla da gələcək hərbi əməliyyatları rus ordusunun xeyrinə həll etdi. Yermolov bütün qüvvələri Cənubi Qafqazın hərbi-siyasi mərkəzi olan Tiflisin müdafiəsində cəmləşdirməklə düzgün qərar qəbul etdi. Hüseynqulu xan İran sərbazlarından ibarət bir dəstə ilə Bakı qalasını dənizdən və qurudan mühasirəyə aldı. Bakı körfəzi də dənizdən İranın avarlı donanması tərəfindən mühasirədəydi. Hüseynqulu xanın bütün hücumları dəf edildi. Bakı limanı Həştərxanla daimi əlaqə saxlanılmasında, rus ordusunun döyüş sursatı 187 və ərzaqla təmin edilməsində mühüm rol oynayırdı. Buna görə də Abbas Mirzə tələsik Hüseynqulu xana köməyə yeni qüvvələr göndərdi. Lakin bütün cəhdlər müvəffəqiyyətsizliyə uğradı. Mustafa xan Yeni Şamaxını ələ keçirə bildi, Köhnə Şamaxını isə ələ keçirə bilmədi. Bu vaxt Səlim xanın oğlu Hüseyn xan İran sərbazlarından ibarət dəstə ilə Şəki xanlığına soxuldu (115, v. 5). General Yermolov Dağıstanda yerləşən qoşunu Qubaya göndərdi, oradan iyunun 23-də Köhnə Şamaxıya gəldi. Lakin Qubanın sonuncu hakiminin oğlu Sultan Əhmədin Quba ətrafında peyda olması və ərzağın tükənməsi rus qoşunlarını geri çəkilməyə və Qubaya daxil olmağa məcbur etdi. Şəhər mühasirəyə alındı (116, v. 15). İran ordusunun digər dəstələri Gəncəni ələ keçirdikdən sonra Tiflisə tərəf hərəkət etdilər. Gəncəyə gedən yolun üstündə, Şamxorda İranın böyük hərbi qüvvələri yerləşmişdi. 1826-cı il sentyabrın 3-də səhər tezdən İran ordusu rus qoşunlarının düşərgəsinə doğru hərəkət etdi. Bütün rus qoşunu hücuma keçdi və düşmən geri çəkilməyə məcbur oldu. İran ordusu Şamxorçay yanında möhkəmlənməyi, sonra isə rus qoşunu üzərinə hücum etməyi qərara aldı. Lakin şah qvardiyası qılıncdan keçirildi, sağ qalanlar isə qaçmağa başladılar. Bu süvari qoşun “İran ordularına xeyli zərbə vurdu və çoxlu qənimət ələ keçirdi” (113, s. 373-374). Şamxor məğlubiyyətindən sonra İran ordusu tələsik Gəncədən geri çəkildi. Şamxor məğlubiyyətini eşidən Abbas Mirzə Şuşanın mühasirəsindən əl çəkdi və köməyə getməyə məcbur oldu. Şuşa qalasının rəisi özünün azsaylı qarnizon qüvvələri ilə düşmənə hücum etdi və “qələbə çaldı, iranlılar qaçıb dağıldılar və bütün düşərgə qaliblərin əlinə keçdi” (117, v. 2-3). Sentyabrın 10-da Paskeviç də əlavə qoşunla buraya gəldi. 1826-cı il sentyabrın 13-də İran qoşunları hücuma başladı. Seçmə şah qoşunu darmadağın edildi. Abbas Mirzənin qoşununun qalıqları tələsik Qarabağdan keçərək cənuba, Xudafərin körpüsünə tərəf qaçdı. Sentyabrın 18-də Abbas Mirzə Şuşa altındakı dəstəsini götürərək, Arazın sağ sahilinə keçdi. Gəncə döyüşünün rus-İran müharibəsinin sonrakı gedişində çar 188 Rusiyası üçün çox mühüm əhəmiyyəti oldu və faktiki olaraq, onun müqəddəratını təyin etdi. 1826-cı ilin dekabrında Abbas Mirzə və şahzadə Aleksandr Azərbaycan və Dağıstan hərbi hissələrinin köməyi ilə Dağıstan əhalisinin üsyanını təşkil etdi və Nuxaya böyük dəstə yeritdilər. Dekabrın 9-da Yermolovun başçılığı ilə rus dəstələri Nuxaya gəldi. Müqavimət göstərməyə və müdafiə olunmağa imkanı olmayan Hüseyn xan qaçdı və Araz çayını keçərək İrana getdi (53. s. 122). Sentyabrın 24-də Sultan Əhməd özünün 6 minlik dəstəsi ilə Qubadan geri çəkildi, şirvanlı Mustafa xan isə Şamaxıdan qaçdı. Qubadan rus dəstəsi geri çəkilən İran qoşununu təqib etdi. Başqa xanlar da qaçdılar. 1827-ci ilin əvvəllərində İran sərbazları bütün Şimali Azərbaycan ərazisini tərk etdilər. Yalnız Talışda hələlik Mirhəsən xan qalırdı. İran feodalları Arazın o tayına keçdikdən sonra da Azərbaycan torpaqlarına basqınlar edirdilər. Lakin düşmən itki verərək geri çəkilirdi (118, v. 93). Belə hücumların qarşısını almaq məqsədilə dekabrın 26-da rus qoşunu Araz çayını keçərək Cənubi Azərbaycan ərazisinə, 1827-ci ilin yanvarında isə Meşkin dairəsinə daxil oldu. Lakin rus komandanlığı qarşısına Cənubi Azərbaycanın içərilərinə doğru irəliləmək vəzifəsini qoymamışdı. Hərbi əməliyyatlar 1827-ci ilin yazında yenidən başlandı. Apreldə rus qoşunu 2 istiqamətdə: dəstələrin biri 1827-ci il aprelin 20-də Xudafərin körpüsünü ələ keçirdi. Lakin rus komandanlığı ilk növbədə İrəvan xanlığını ələ keçirməyi qərara aldı. Əlahiddə Qafqaz korpusunun əsas qüvvələri İran qoşunları tərəfindən viran edilmiş Eçmiədzinə daxil oldu və aprelin 23-də İrəvan üzərinə hərəkət etdi və səhərisi gün qalanı mühasirəyə aldı. Mühasirə 2 ay davam etdi. Bu müddətdə düşmən bir neçə dəfə həmlə etdi və dəf edilərək geri çəkildi. Ən böyük həmlə mayın 8-də baş verdi. O, qanlı döyüşlə qurtardı. Düşmən geri çəkilməyə məcbur oldu. Lakin sayca az olan rus qoşunu qalanın mühasirəsinə vaxt itirməməyi qərara alaraq Naxçıvan üzərinə yeridi. 1827-ci il mayın 26-da rus qoşunu Naxçıvanı döyüşsüz əldə etdi və Abbasabad qalasına yaxınlaşdı. Qala strateji əhəmiyyətə malik idi. Belə ki, o, 189 şah hakimiyyətinin Naxçıvan xanlığında dayağı idi və Araz çayı üzərində keçidi təmin edirdi. Abbas Mirzə 16 minlik qoşunla Abbasabad üzərinə hərəkət etdi. 1827-ci il iyunun 5-də Cavanbulaq deyilən yerdə döyüşdə İran qoşununun məğlubiyyəti iyulun 7-də təslim olan Abbasabad qalasının taleyini həll etmiş oldu (114, sənəd 515). Avqustun 13-də Alagöz dağının ətəklərində, avqustun 17-də Uşağanda və b. yerlərdə döyüşlər baş verdi. Rus qoşunu avqustun sonlarında İrəvana yaxınlaşdı. Sentyabrın 20- də Sərdarabad qalası süqut etdi. Sentyabrın 26-da İrəvan qalasının mühasirəsi başlandı. Paskeviçin yazdığı kimi, “İrəvan vilayətində 10 min müsəlman və ancaq 3 min erməni ailəsi var idi” (121, v. 280). Ermənilər qalanın şimal darvazalarını açdılar və oktyabrın 1-də rus qoşununu qalaya buraxdılar. Cənubi Azərbaycanın içərilərinə doğru irəliləyən rus qoşunu oktyabrın 2-də Mərəndi ələ keçirdi. 1827-ci il oktyabrın 13-də rus qoşunu Təbrizə daxil oldu. Təbrizin ələ keçirilməsi ilə Tehrana yol açıldı. Şah sülh xahiş etdi. Cənubi Azərbaycanın feodal hakimləri Paskeviçə cünuba hərəkət etmək, Tehranı tutmaq xahişi ilə müraciət etdilər. Lakin daxili və beynəlxalq vəziyyət Rusiyanı İranla müharibəni başa çatdırmağa sövq edirdi, çünki dağlıların azadlıq hərəkatı geniş vüsət almışdı və Rusiya Türkiyə ilə müharibənin yaxınlaşdığını hiss edirdi. 1827-ci il noyabrın 7-də danışıqlar başlandı. Rusiya İrəvan və Naxçıvan xanlıqlarının ona güzəştə gedilməsini, İran qoşununun Talış xanlığını tərk etməsini və gümüş pulla 30 milyon manat təzminat verilməsini təklif edirdi. Şah sarayı isə rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edirdi. Lakin ingilis diplomatiyasının təhriki və Türkiyənin təzyiqi ilə danışıqlar kəsildi. 1828-ci il yanvarın 24-də Paskeviç rus qoşununa Ərdəbil və Tehran istiqamətində hərəkət etməyi əmr etdi. Rus qoşunları yanvarın 28-də Urmiyanı, fevralın 8-də isə Ərdəbili tutdular. İranın tamamilə darmadağın ediləcəyindən ehtiyat edən Britaniya səfiri Makdonald döyüşən tərəflər arasında vasitəçi kimi çıxış etdi. 1828-ci il fevralın 6-da (18-də) Təbriz yaxınlığındakı Türkmənçay kəndində Abbas Mirzə ilə Paskeviç ara- 190 sında sülh danışıqları yenidən başlandı. Türkiyə ilə müharibə təhlükəsi şəraitində çar hökuməti İranla sülh müqaviləsi bağlamağa tələsdi. Müqavilə 1828-ci il fevralın 10-da (22-də) imzalandı. Türkmənçay sülh müqaviləsinə görə, İran Şimali Azərbaycana olan öz iddialarından əl çəkir, onun üzərində Rusiya hakimiyyətini tanıyırdı (4, s. 50-51). Cənubi Azərbaycan isə İranın himayəsində qaldı. Azərbaycan 2 yerə bölündü. Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. İran və Rusiya arasında sərhəd xəttini 4-cü, İranın Qafqaz dağlarına qədər bütün Cənubi Qafqaz ərazisini, o cümlədən Gülüstan müqaviləsinə əsasən, Rusiyaya keçmiş ərazilərini və “Araz çayının bu və o biri tərəfindəki İrəvan xanlığını və Naxçıvan xanlığını”…Rusiyaya “güzəştə” getdiyini 5- ci maddələr müəyyən edirdi. 8-ci maddəyə görə, İran Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıyırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ ancaq Rusiyaya verilirdi. Bu maddə Xəzər dənizində hərbi donanma yaratmağa can atan İngiltərənin mənafeyinə güclü zərbə idi. 10-cu maddə ilə Rusiyaya İranın istədiyi şəhərində özünün diplomatik nümayəndəliyini açmaq və ticarət etmək hüququ verilirdi. Müqaviləyə əsasən, İran Rusiyaya 20 milyon manat məbləğində hərbi tənzimat ödəməli idi. Müqavilədə Cənubi Azərbaycandan Cənubi Qafqaz ərazisinə köçənlərin hüquqlarını müdafiə edən maddə var idi. Türkmənçay müqaviləsinə əsasən, əhalinin Cənubi Azərbaycandan Cənubi Qafqaz və əksinə sərbəst hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Cənubi Qafqaz, Qarabağ və İrəvan xanlıqlarına köçdülər. Həm 1804-1813-cü və 1826-1828-ci illər rus-İran müharibələrinin gedişində, həm də sonralar ermənilərin böyük kütlələrinin İran, Türkiyə və Cənubi Azərbaycandan Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artırdı. Təkcə 1826-1828-ci illər rus-İran müharibəsinin gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Məlumdur ki, 1826-1828-ci illər rus-İran müharibəsinin Rusiya üçün qalibiy- 191 yətlə başa çatmasından sonra 2 vuruşan dövlət arasında bağlanmış Türkmənçay müqaviləsinə görə, ermənilərin maneəsiz olaraq İran ərazisindən Rusiya ərazisinə köçməsinə icazə verilmişdi. İki il ərzində, 1828-1830-cu ilədək, Cənubi Qafqaza 40 mindən çox İran və 84000 Türkiyə ermənisi köçürüldü və onlar erməni əhalisinin cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirildi, onlara 200000 desyatindən çox xəzinə torpağı ayrıldı (4, s. 52). I Nikolayın da xarici siyasəti Türkiyə ilə müharibəyə başlamaq yolu ilə “Şərq məsələsi”nin həll edilməsinə yönəldilmişdi. Sultan II Mahmud hələ 1826-cı ildə hərbi islahat keçirmiş, ingilis və fransız təlimatçılarının yardımı ilə nizami ordu yaradılmışdı. 1828-ci ilin aprelində Rusiya Türkiyəyə müharibə elan etdi. Rus komandanlığı Soğanlıq sıra dağları və Ermənistan yaylasından sürətli yürüşlə Anadolu içərilərinə daxil olmağı, Ahalkələki, Ahalsıx, Qars, Qanlı çay, Milli düz hüdudlarında türk qoşununun əsas qüvvələrini darmadağın etməyi, Anadolunun paytaxtı Ərzurumu ələ keçirməyi, daha sonra Trapezund üzərinə hücum etməyi və Osmanlı imperiyasının paytaxtı İstanbul üçün təhlükə yaratmağı öz qarşısına başlıca vəzifə kimi qoymuşdu. 1828-ci il iyunun 19-da rus qoşunu Qars qalasına yaxınlaşdı və iyunun 22- də qalanı hücumla ələ keçirdi. Avqustun 9-da Axalsıxı, əvvəl isə Ahalkələkini və Xertsisi, avqustun sonuna Bəyazid qalası, Torpaqqala və Diadil sədləri ilə birlikdə Bəyazid paşalığını tutmuşdu. 1828-ci il rus qoşunu Ərzurumun 90 km-də yerləşirdi. Qara dəniz sahillərində türklər Anapa və Potidən sıxışdırılıb çıxarıldı. Yazda 1829-cu ilin hərbi əməliyyatlarına hazırlıq başlandı. 1829-cu il mayın 1-də Ahalsıx altında Sursqab adlı kəndin yaxınlığında döyüşdə 5 minlik türk dəstəsi məğlub edildi. Bir aydan sonra Diqur rayonunda Posxovçay üzərində, 1829-cu il iyununda isə Soğanlıq rayonunda döyüş baş verdi (90, s. 239- 240). 1829-cu il rus qoşunu Ərzurumu ələ keçirdi və Trapezund üzərinə hücuma hazırlaşmağa başladı. Balkan hərbi əməliyyat meydanında isə rus qoşunu Ədirnəni ələ keçirdi və İstanbula 192 yaxınlaşdı. Sultan sülh xahiş etməyə məcbur oldu. 1829-cu il sentyabrın 2-də (14-də) Ədirnədə bağlanan sülh müqaviləsinə görə, Türkiyə şimalda Anapadan başlayaraq, cənubda Müqəddəs Nikolay limanına qədər Qara dənizin bütün Şərq sahillərini və Ahalsıx paşalığının ərazisinin bir hissəsini Rusiyaya güzəştə getdi. Bosfor və Dardanel boğazları rus və Qərbi Avropa ticarət gəmiləri üçün açıq saxlanılırdı. Moldaviya və Valaxiya rus qoşunu tərəfindən müvəqqəti olaraq işğal edildi və s. (90, s. 230). Ədirnə sülhü Şimali Azərbaycanın, bütün Cənubi Qafqazın Rusiya tərəfindən zəbt olunmasını təsbit etdi, Rusiyanın Orta Şərqdə və Balkanlarda mövqelərini möhkəmləndirdi. Qara dənizdə ticarətin genişlənməsi üçün şərait yarandı. Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail ola bilmədi. Azərbaycan xalqını müharibə nəticəsində zorla 2 hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi. 3. XIX əsrin 30-40-cı illərində Azərbaycanda sosial-iqtisadi münasibətlər. Rus müstəmləkə zülmünə qarşı üsyanlar Azərbaycan çar Rusiyası zadəganlarının və sənaye sahiblərinin xammal bazasına, tacirlərinin isə satış bazarına çevrildi. Azərbaycan iqtisadiyyatı müstəmləkə iqtisadiyyatı xarakteri aldı. O yalnız Rusiya sənayesi üçün xammal istehsal etməli idi. Şimali Azərbaycan Rusiyanın ucqar müstəmləkəsinə çevrildi. Azərbaycanın çar Rusiyası tərəfindən zəbt edilməsi ilə Şimali Azərbaycan Rusiyanın tərkibində kapitalizmin inkişaf yoluna düşdü. Bakı kimi neft mərkəzinin olması Azərbaycanda kapitalist münasibətlərinin XIX əsrdə inkişaf etməsinin əsas amillərindən biri idi. Rusiyanın tərkibində Azərbaycan xalqının dünya mədəniyyəti ilə qovuşması prosesi də sürətləndi. Azərbaycan xanlıqlarında mövcud olan müxtəlif pul sistemləri vahid rus pul sistemi ilə əvəz edildi. Bu tədbir ölkənin ayrı-ayrı rayonları arasında ticarətin və XIX əsrin birinci yarısında əmtəə-pul münasibətlərinin inkişafında mühüm rol oynadı. Azərbaycan Rusiyanın iqtisadi inkişaf axınına cəlb olundu, 193 onun bazarına qoşuldu və bu bazar vasitəsilə dünya əmtəə dövriyyəsində iştirak etməyə başladı. Azərbaycandakı çar ekspansiyası Rusiya hərbi feodal dövlətinin zəif inkişaf etmiş ölkələrin işğalına və bu ölkələrdə yaşayan xalqların əsarət altına alınmasına yönəldilmiş bir siyasəti idi. Çarizm hər vasitə ilə ucqarlarda, o cümlədən Azərbaycanda feodal münasibətlərini, geriliyi qoruyub saxlamağa, rus kapitalı tərəfindən ölkənin müstəmləkə qaydası ilə qarət olunmasına, kapitalizmə qədərki münasibətlərin saxlanılmasına çalışırdı. Ucqarların xalq kütlələri ikiqat zülmə-çarizmin və yerli istismarçıların zülmünə məruz qalırdılar. Yerli mülkədarların və burjuaziyanın bəzilərinin simasında özünə müttəfiq tapan və onlara arxalanan çarizm Azərbaycanda müstəmləkə siyasəti yeridirdi. XIX əsrin 30-cu illərində çar Rusiyası tərəfindən Azərbaycanda aparılan feodal istismari, müstəmləkə zülmü və ağır vergilər xalqın narazılığına səbəb olmuşdur. Ilk çıxışlar 1826-cı ildə Gəncədə, 1830-cu ildə Car-Balakəndə baş versə də, bu üsyanlar çar qoşunları tərəfindən boğulmuşdur. Lənkərandakı üsyan iki ayadək davam etsə də amansızcasına yatırılmışdır. 1837-ci ildə Quba əyalətində Azərbaycan kəndlilərinin ən böyük silahlı üsyanı-kəndli çıxışları alovlandı. 12 mindən çox üsyançının iştirak etdiyi bu böyük hərəkata Quba kəndlərinin kəndxudası Hacı Məhəmməd və camaatın nüfuzunu qazanmış Yarəli başçılıq edirdi. Çar qoşunları tərəfindən üsyan yatırılmış, Hacı Məhəmməd tutulub edam edilmiş, Yarəli qaçıb canını qurtarmışdır (8, s. 587). 1838-ci ildə Şəki əyalətində müstəmləkə zülmünə qarşı qalxmış üsyana İrana qaçmış Şəki xanı Səlim xanın oğlunun göndərdiyi Məşədi Məhəmməd başçılıq edirdi. O, dağıstanlıların köməyi ilə Şəki əyalətinə gələrək əhalini ayağa qaldırmış, lakin üsyan çar qoşunları tərəfindən yatırılmışdır. XIX yüzilliyin 30-cu illərində Azərbaycanın müxtəlif yerlərində müstəmləkə zülmünə və feodal istismarına qarşı silahlı çıxışlar qalxsa da, çar qoşunları tərəfindən amansızcasına boğulmuşdur. 194 4. XIX əsrin birinci yarısında Azərbaycan mədəniyyəti XIX əsrin birinci yarısında müstəmləkə rejiminə baxmayaraq, mədəniyyətin ayrı-ayrı sahələrində müəyyən dəyişikliklər olurdu. Çarizmin maarif sahəsində siyasəti Azərbaycanda ruslaşdırma yolu ilə çarizmə sədaqətli məmurlar hazırlanmasına yönəlmişdi. 1849-cu ildə Şimali Azərbaycanı da əhatə edən Qafqaz Tədris dairəsi yaradıldı. Rusiyanın təhsil sisteminin ilk pilləsi birillik “kənd məktəbləri”, sonrakı pilləsi qəza məktəbləri, gimnaziya, universitet və texniki ali məktəblər idi. Cənubi Qafqaz məktəbləri haqqında 1829-cu il nizamnaməsinə görə Yelizavetpol, Şuşa, Nuxa, Şamaxı, Quba, Bakı, Naxçıvan, Ordubad şəhərlərində və Qazax distansiyasında qəza məktəbləri açılmalı idi. 1830-cu ildə ilk qəza məktəbi Şuşada, Bakıda (1832), Nuxada (1833), Yelizavetpolda (1837), Naxçıvanda (1838) və Şamaxıda (1838) açılmışdı (69). 1853-cü il yeni məktəb nizamnaməsinə görə Quba və Ordubadda (1854), Lənkəranda (1856) birsinifli ibtidai məktəblər açıldı. 1854-cü ildə Şamaxıda ali dördsinifli məktəb təsis olundu. Bu məktəb 1859-cu il Şamaxı zəlzələsindən sonra Bakıya köçürüldü. İlk dərsliklər 30-cu illərin sonlarında yazılmağa başlandı. Onlardan ən mükəmməli Mirzə Kazımbəyin “Türk-tatar dilinin qrammatikası” idi və məşhur Demidov mükafatına layiq görülmüşdü. Dünyəvi müsəlman məktəbləri haqqında ilk əsaslı fikir A.Bakıxanova məxsusdur. O, 1832-ci ildə müsılman məktəbi təsis edilməsi haqqında layihə hazırlamış, lakin Qafqazın baş hakimi baron Rozen bu layihəyə diqqət yetirmədi. İbtidai təhsil yenə də mollaxanalarda cəmlənmişdi. 1801-ci ildə Şuşada İbrahim xan məscidi nəzdində təşkil edilmiş məktəb əsrin ikinci yarısında da fəaliyyət göstərirdi (106, v. 11 ob 12). 30-cu illərdə Bakıda qız məktəbləri də fəaliyyət göstərirdi. Azərbaycanda orta ruhani məktəblərimədrəsələrlə yanaşı xüsusi fərdi məktəblər də fəaliyyət göstərirdi. Müsəlman məktəbləri dövlət məktəbləri kimi Qafqaz təhsil dairəsinə deyil, canişinliyin baş rəisinə tabe idi. 1847-1849-cu 195 illərdə Tiflis və Şamaxıda şiə və sünni müsəlman məktəbləri açılmışdı. Məqsəd əhali arasında dini təfriqə salmaq idi. Həmin məktəblər üzərinə xüsusi nəzarət qoyulmuşdu. Lakin bu məktəblərə şagirdlərin axını hökuməti qane etmədiyinə görə onların fəaliyyəti tədricən dayandırıldı. Yalnız Tiflis müsəlman məktəbi fəaliyyətini davam etdirdi. XIX əsrin birinci yarısında Azərbaycan elminin inkişafında müəyyən nailiyyətlər əldə edilmişdi. Tarixçilərdən Kərim ağa Şəkixanovu (“Şəki xanlarının tarixi”), Mirzə Adıgözəl bəyi (“Qarabağnamə”), Mirzə Camalı (“Qarabağ tarixi”), İsgəndər bəy Hacınskini (“Qubalı Fətəli xanın həyatı”), Abbasqulu ağa Bakıxanovu (“Gülüstani İrəm”) göstərmək olar. A.Bakıxanovun “Gülüstani İrəm” əsərində (1841) Azərbaycan tarixi ilk dəfə bir tam halında nəzərdən keçirilir və tarix dövrləşdirilirdi. Bu əsər ilk dəfə 1923-cü ildə türkcə, 1926-cı ildə isə rus dilində nəşr edilmişdi. A.Bakıxanov və M.Ş.Vazeh Azərbaycanın fəlsəfi fikir tarixində böyük rol oynamışlar. Bu dövrdə Azərbaycan şərqşünaslarından Mirzə Cəfər Topçubaşov və Mirzə Kazımbəy daha çox şöhrət qazanmışlar. Peterburq Universitetinin İran ədəbiyyatı kafedrasının müdiri olmuş M.C.Topçubaşov həm də Asiya departamenti nəzdindəki Şərq Dilləri institutunun professoru idi. O, 15 il (1852- 1867) Rusiya Arxeologiya Cəmiyyətinin Şərq Sikkəşünaslıq şöbəsinə rəhbərlik etmiş, Şərq tarixi və ədəbiyyatına dair elmi əsərlər yazmışdır. “Krım sonataları” poemasını fars dilinə tərcümə etmiş M.C.Topçubaşovun adına ölümündən sonra təsis edilmiş mükafat hər il müsabiqə əsasında yaxşı əsər yazmış universitet məzunlarına və tələbələrə verilirdi. O, Böyük Britaniya Kral Cəmiyyətinin həqiqi üzvü seçilmişdi. Mirzə Kazımbəy də Kazan Universitetinin professoru, kafedra müdiri, dekanı olmuş, 3 Avropa dilini bilirdi, 1849-cu ildən Peterburq Universitetində şərqşunaslıq fakültəsinin açılmasına (1853) nail olmuş, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Böyük Britaniya Kral Cəmiyyətinin həqiqi üzvü seçilmişdi. Azərbaycan türkcəsində ilk qəzet XIX əsrin birinci yarısında çap olunmağa başlamışdı: 1832-ci ildə “Tiflisskiye vedomosti” qəzetinin “Tatar xəbərləri” adlı əlavəsi çıxmışdı; 196 1841-1846-cı illərdə “Zaqafqazski vestnik”in Azərbaycan türkcəsində “Qafqazın bu tərəfinin əxbarı” nəşr olunmuşdu. Bu dövrdə A.Bakıxanov, M.Ş.Vazeh, Q.B.Zakir və İ.B.Qutqaşınlının Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olmuşdu. Azərbaycanda təsviri, dekorativ və tətbiqi incəsənət də inkişaf etmişdi. Mirzə Qədim İrəvani (1825-1879) təsviri incəsənətin, Məhəmməd Rza İrəvani miniatür rəssamlığının, Qarabağlı Qənbər dekorativ incəsənətin görkəmli nümayəndələri idilər.