AZƏRBAYCAN XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ. İCTİMAİ-SİYASİ VƏ DEMOKRATİK HƏRƏKATLAR

XX əsrin əvvəllərində Şimali Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyət. 1901-1904-cü illərdə fəhlə hərəkatı.

  1905-1907-ci illər birinci rus inqilabı və onun Azərbaycanın siyasi durumuna təsiri. Siyasi partiya və təşkilatların yaranması.

 Cənubi Azərbaycanda demokratik və milli-azadlıq hərəkatı.

 XX əsrin əvvəllərində Şimali Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyət. 1901-1904-cü illərdə fəhlə hərəkatı 1900-1903-cü illər dünya iqtisadi böhranı Rusiyaya da öz təsirini göstərdi. Böhran neft sənayesinin bütün sahələrinə-neft çıxarılmasına, onun emalına, yeni quyuların qazılmasına, neftin və neft məhsullarının ixracına, kəşfiyyat işlərinin aparılmasına ağır zərbə endirdi. Böhran illərində xirda və orta müəssisələrin iflasa uğraması nəticəsində istehsalın təmərküzləşməsi xeyli güclənmişdi. Təkcə 1899-1900-cü ildə Bakıda olan 208 şirkətdən 90-nı iflasa uğradı, iri inhisarların ixtiyarına keçdi. İnhisarlar neftin istehsalı, emalı, daşınması və satışını öz əllərində cəmləşdirirdi.Neft ixracı Nobel qardaşları, Rotşild kimi inhisarçıların əllərində cəmləşdi. Bakıda 20 iri neft sənayesi şirkəti sırasına Azərbaycan kapitalının nümayəndələri Musa Nağıyev və Şəmsi Əsədullayevin şirkətləri də daxil idilər. 1903-cü ilədək ingilis kompaniyaları Bakının neft müəssisələrinə 60 mln. manat kapital qoymuşdular. İngiltərə, Fransa və ABŞ ağ neftə olan tələbatlarının xeyli hissəsini Bakının hesabına ödəyirdi. İnhisarçılar texniki geriliyin qarşısını almaq üçün tədbirlər görmür, süni surətdə inkişafın qarşısını alır, neftin qiymətini qal- 214 dırırdılar. 1912-ci ildə yaradılmış “Oyl”inhisarının tərkibində 1913- cü ildə “Tovuz” portland sementi və digər tikinti materialları istehsalı səhmdar cəmiyyəti təsis edildi. I Dünya müharibəsi ərəfəsində İngiltərə, Fransa, Almaniya inhisarları arasında mübarizə daha da gücləndi. XX əsrin əvvəlində kapitalist münasibətləri təkcə Bakıda deyil, Azərbaycanın qəzalarında da inkişaf edirdi. Ölkə sənayesi təkcə neft hasilatından ibarət olmayıb, sənayenin digər sahələri-dağmədən, mexaniki istehsal, energetika, toxuculuq, pambıqtəmizləmə, ipək emalı, yeyinti sənayesi, nəqliyyat, rabitə, bank-kredit sistemı və ticarət də inkişaf edirdi. Neft sənayesi ilə yanaşı, Azərbaycanda əlvan metallurgiya sənayesi də inkişaf edirdi. Gəncə quberniyasındakı 8 mis zavodu içərisində Gədəbəydəki “Simens qardaşları”səhmdar cəmiyyətinə məxsus olan zavodlar fərqlənirdi. Gədəbəy misi dünyada ən təmiz və qiymətli mis hesab edilirdi. XX əsrin əvvəlində Azərbaycanda yeni mis filizi ehtiyatları aşkar edildikdən sonra Qalakənd çayı üzərində ikiturbinli elektrik stansiyasıilk su-elektrik stansiyası tikildi. Moskvada yeni zavodlar tikildiyi üçün 1906-cı ildə Qalakənd missaflaşdırma zavodu istehsalı dayandırmışdı. Mis sənayesində 1900-cü ildə başlanan inhisarlaşma prosesi 1913-cü ildə başa çatdı. “Simens qardaşları və K`” 1914-cü ildə Almaniyanın 6 nəhəng metallurgiya zavodunu xammalla təmin edən “Ştuden Gezelşaft” inhisarı ilə 30 il müddətinə müqavilə bağlamışdı. İpək sənayesi ölkəmizin şimal-qərb və cənub-qərb hissəsində yayilmışdı. Cənubi Qafqazda ipək emalı sənayesinin mərkəzi Nuxa şəhəri idi. 1900-cü ildə xırda müəssisələr nəzərə alınmasa, NuxaZaqatalada 46 fabrik var idi. Qarabağda və Naxçıvanda xeyli ipək fabriki işləyirdi. Nuxada istehsal edilən xam ipək beynəlxalq sərgilərdə qızıl və gümüş medallar almışdı. XX əsrin əvvəllərində pambıqçılığın inkişafı ilə əlaqədar pambıqtəmizləmə sənayesi də inkişaf edirdi. Bu dövrdə 100-dən çox pambıqtəmizləmə zavodu vardı. Bu sahədə Gəncə quberniyası birinci yerdə idi. Pambıqtəmizləmə sənayesinə qoyulan sərmayənin 80 %-i milli kapitalaH.Z.Tağıyev, Mahmudbəyov qardaşları və Məstanzadəyə məxsus 215 idi. Azərbaycanda maldarlığın geniş yayılması gön-dəri istehsalı üçün əlverişli şərait yaradırdı. Azərbaycanın yeyinti sənayesinin mühüm sahələrini şərabçılıq, spirt, konyak istehsalı təşkil edirdi. Tütünçülük Zaqatala dairəsində, Nuxa, Cavanşir, Şamaxı qəzalarında yayılmışdı. Azərbaycanda ilk tənbəki fabriki XIX əsrin ikinci yarısında Nuxada fəaliyyətə başlamışdı. XX əsrin əvvəllərində Azərbaycanın 7 qəzasında balıqçılıqla məşğul olurdular. Xəzər dənizində siyənək ovlanırdı. Kür çayı boyunca yerləşmiş iri vətəgələrdə ovlanmış balıqlar duzlanır, konservləşdirilirdi. Balıq sənayesində də milli kapital-H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov və b. üstünlük təşkil edirdi. Şimali Azərbaycanda istehsal olunan məhsulların ümumi dəyəri və fəhlələrin sayına görə balıq sənayesi neft sənayesindən sonra 2-ci yerdə dururdu. XX əsrin əvvəllərində Azərbaycanda biyan köku istehsalının inkişafı ingilis kapitalı ilə bağlı idi. Gəncə, Kürdəmir, Ucar və Ləkidə biyan emalı zavodları var idi. Emal prosesində alınan maye-cövhər əsasən yeyinti sənayesində istifadə olunurdu. 1902-ci ildə Şəkidə çiyid yağı zavodu tikildi. 1906-cı ildə bu müəssisənin əsasinda “Qafqaz yağ zavodu” səhmdar cəmiyyəti təsis edilmişdi. Daşduz Naxçıvan qəzasında, şor duz Abşeronda və Cavad qəzasında çıxarılırdı. “Kəlbalıxanov qardaşları və K`” şirkətinin Sust mədənlərində daş duz əldə edilirdi. XX əsrin əvvəllərində Azərbaycanda kapitalist münasibətlərinin inkişafı şəhər təsərrüfatının, ticarətin, nəqliyyatın, rabitənin inkişafına güclü təsir göstərdi. Nuxa ölkədə 2-ci sənaye və ticarət mərkəzi, Bakı isə yük dövriyyəsinə görə Rusiyada 1-ci liman şəhəri idi. Bakıdakı iri ticarət səhmdar banklarının sahibləri arasında H.Z.Tağıyev, M.Nağıyev kimi milli burjuaziyanın nümayəndələri var idi. Kənd təsərrüfatı. XX əsrin əvvəllərində kənd təsərrüfatında kapitalizmin inkişafı əkinçilikdə təkmil alətlərin tətbiqini xeyli genişləndirmişdi. Kapitalistcəsinə təşkil edilmiş qolçomaq və mülkədar təsərrüfatlarında taxılın müəyyən bir hissəsi bazar üçün istehsal edilirdi. Kəndlilərin bir hissəsinin torpağı yox idi, əksəriyyəti isə az torpaqlı idi. Kənd təsərrüfatında texnika ləng tətbiq edilirdi. Əsas səbəbləri aşağıdakılardır: 1)Azərbaycanın özündə kənd təsərrüfatı 216 alətləri və maşınları istehsal edən zavodların olmaması; 2)ixtisaslı mütəxəssislərin az olması. Taxıl və texniki bitkilərə tələbatın artması suvarılan torpaq sahələrinin genişləndirilməsini tələb edirdi. Əsrin əvvəllərində Kür və Araz çayları sahilində 150-yə qədər suvuran qurğu qurulmuşdu. Azərbaycanda texniki bitkilər əkini xeyli genişlənmişdi. Taxılçılıq sahəsində Lənkəran, Gəncə, Nuxa, Ərəş, Şuşa qəzaları daha çox fərqlənirdi. Azərbaycanda texniki bitkilər əkini xeyli genişlənmişdi. Onların içərisində sənaye pambıqçılığı xüsusilə fərqlənirdi. Pambıq əkinində kotanla bərabər traktordan da istifadə olunurdu. 1913-cü ildə Rusiyada əkinçilikdə istifadə edilən 152 traktordan 6-sı Azərbaycanda idi. Cənubi Qafqazdakı pambıq əkin sahələrinin 70%-dən çoxu Azərbaycanın payına düşürdü. Pambıqçılıq təsərrüfatlarında cərgəli əkin üsulu üstünlük təşkil edirdi. 1909-cu ildən etibarən Azərbaycanda borc-kredit şirkətlərinin təşkili bu sahədə möhtəkirliyə mane olurdu. 1913-cü ildə burada 129-dan artıq kredit şirkəti və borc-əmanət kassaları fəaliyyət göstərirdi. Bunlar kəndlilərə əlverişli şərtlərlə kredit verirdilər. XX əsrin əvvəllərində Azərbaycanda ipəkçılıklə-kümdarlıqla məşğul olan kəndlilərin sayı artır, çəkil plantasiyalarının ümumi sahələri genişlənirdi. İpəkçılık kapitalist əmtəə istehsalının inkişaf etdiyi kənd təsərrüfatı sahələrindən birinə çevrilmişdi. 1914- cü ildə Cənubi Qafqazda əldə edilən baramanın 81%-i Azərbaycanın payına düşürdü. Azərbaycanda becərilən baramanın hamısı yerli ipək fabriklərində emaldan keçirilirdi. İpək fabriklərindəki mövcud texnika aşağı növ baramanı emal etməyə imkan vermədiyinə görə onu İtaliya və Fransanın Milan, Marsel, Lion şəhərlərinə ixrac edirdilər. Sənaye tütünçülüyü XX əsrin əvvəllərində geniş vüsət almışdı. Tütünçülük ən çox Zaqatala dairəsində, Nuxa, Cavanşir, Şuşa, Quba və Şamaxı qəzalarında intişar tapmışdı. Zaqatalada sarı Trabzon və Samsun tütün növləri yetişdirilirdi. Cənubi Qafqazda ən böyük tütün plantasiyası (40 desyatin) Zaqatalada yerləşirdi. Azərbaycanda yığılan tütün yarpağı əsasən yerli fabriklərdə emal edilir, az bir qismi İrana ixrac olunurdu. 1902-ci ildə ixraca göndərilən tütünə yüksək gömrük haqqının tətbiq edilməsi və 217 istehsal üzərinə yüksək aksiz vergisi qoyulmsı tütünçülüyün inkişafına əngəl törədirdi. Azərbaycanda üzümçülük də geniş yayılmışdı. Onun böyük hissəsi mülkədarların, qolçomaqların və ayrı-ayrı şirkətlərin əlində cəmlənmişdi. İri şirkətlər üzüm və şərab istehsalında həlledici rol oynayırdılar. Məhsulun bir hissəsi yeyinti məhsulu kimi satışa çıxarılır, digər hissəsi isə ölkədəki çoxsaylı şərab zavodlarına satılırdı. Azərbaycan ərazilərində maldarlıq bu və ya digər dərəcədə inkişaf etmişdi. Maldarlıqla müntəzəm məşğul olanlar üçün əmtəə maldarlığı xüsusi əhəmiyyətə malik idi. İri maldarlıq təsərrüfatında əmtəə südçülüyü və əmtəə mal-qara bəslənməsi geniş miqyas almışdı. Yenə də köçmə maldarlığı maldarların əsas məşğuliyyəti olaraq qalırdı. Yundan toxunan Azərbaycan xalçaları, gəbələri dünya bazarlarında məşhur idi. Azərbaycanda meyvəçilik də inkişaf etmişdi. Rusiyanın daxili bazarlarında quru meyvəyə olan tələbat bu sahənin inkişafına şərait yaradırdı. Azərbaycanda kəndlilərin aztorpaqlı olmasına baxmayaraq Rusiyadan buraya köçürülənlərin sayı getdikcə artırdı. 1905-ci ildən etibarən ruslar Muğanda məskunlaşmağa başladılar. Hesablamalara görə, XX əsrin əvvəllərində təkcə Bakı quberniyasına köçürülənlər üçün 44 min desyatin yararlı torpaq sahəsi ayrılmışdı. 1908-1910- cu illərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana 3 mindən artıq kəndli ailəsi köçürülmüşdü. 1912-ci ildə Bakı quberniyasında 60, Gəncə quberniyasında 29 rus kəndi salınmışdı. Şimalı Azərbaycanda aqrar qanunlar. 1870-ci il kəndli islahatı Azərbaycanda aqrar məsələni yarımçıq həll etdi. Kəndlilərə pay torpağı verilməsi məsələsi həll edilmədi. 1882-ci ildə kəndli torpaq bankı təşkil edildikdən sonra kəndlilərin az-çox bir qismi müəyyən qədər torpaq payı almağa müvəffəq oldu. Kəndlilərin öz pay torpaqlarını satın almasını çətinləşdirən amillərdən biri də Azərbaycanda pay torpaqlarının satınalma qiymətinin Rusiyadakından dəfələrlə yüksək olması idi. İslahatdan sonra kəndlilər istifadə etdikləri pay torpağı əvəzində islahataqədərki vergiləri verməyə və mükəlləfiyyətləri daşımağa məcbur idilər. Başqa sözlə, Azər- 218 baycanda “müvəqqəti mükəlləfiyyətli” münasibətlər 40 ildən çox davam etdi. Kənd təsərrüfatında kapitalist əmtəə istehsalı artdıqca torpağın qiyməti də sürətlə yüksəlirdi. Torpağın çox hissəsi dövlətin əlində idi. Kəndlilərin 68%-ni dövlət kəndlisi təşkil edirdi. 1900- cü il mayın 1-də hökümət dövlət kəndlilərinin torpaq münasibətlərini qaydaya salmaq üçün qanun verdi. “Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu” haqqında bu qanun (63, s. 18-23) dövlət kəndlilərinə kənd icması yığıncaqlarının razılığı ilə icma torpaqlarından nəsli istifadə hüququ verirdi (109, v. 64). Qanun bu maddəsi icma torpaq mülkiyyətinə çox ağır zərbə vurdu. ‘Cənubi Qafqazın beş quberniyasında pay torpaqlarını müəyyənləşdirmək və torpaq quruluşu işini aparmaq qaydası haqqında” əsasnamə 1903-cü il aprelin 21-də qüvvəyə mindi. Qanuna görə, pay torpaqlarının planı hazırlanarkən istsfadə edilən mövcud sərhədlər əsas götürülməli idi. Əsasnamədəki yenilik kəndlilərə əlavə pay torpağının verilməsi, çəmən, otlaq və meşələrdən pay ayrılması qaydalarından ibarət idi. Lakin nə qanun, nə də əsasnəmə dövlət kəndlilərinin torpaq quruluşu məsələsini tam həll etmədi. Kəndlilərin istifadəsində olan pay torpaqları əsasən yenə də dövlət mülkiyyətində idi. 1912-ci il dekabrın 20-də “Cənubi Qafqaz quberniyasında torpaqların məcburi surətdə satın alınması haqqında” qanun verildi. Qanunla birlikdə onun həyata keçirilməsi üçün “Qaydalar” təsdiq edildi. “Qaydalara” görə, Azərbaycandakı sahibkar kəndliləri 1913-cü il yanvarın 1-dən mükəlləfiyyət daşımaqdan azad olunurdular. Kəndlilər pay torpaqlarını məcburi şəkildə satın almalı idilər. Onlar yalnız torpaq nizamnaməsində göstərilən torpağı öz mülkiyyətinə keçirə bilərdi. İcarəyə verilən torpaqlar mülkədarın mülkiyyətində qalırdı. Kəndli çəmən, otlaq və meşə sahələrini satın ala bilməzdi. O, həmin yerlərdən yalnız torpaq sahibinin razılığı ilə istifadə edə bilərdi. Su arxları mülkədarların xüsusi mülkiyyəti olaraq qalırdı. Dövlət xəzinəsi torpağın haqqını 20 il ərzində kəndlilərdən toplamalı idi, mülkədarlar isə torpaq üçün əvəz haqqını dövlət xəzinəsindən alırdı. 1912-ci il aqrar qanunu Zaqatala dairəsi 219 kəndlilərinə şamil edilmədi. 1913-cü il iyulun 7-də hökumət Dağıstan və Zaqatala dairəsində feodal-asılı münasibətlərinin ləğv olunması haqqında qanun qəbul etdi. 1912-1913-cü illər aqrar qanunları pay torpaqlarının sahibkar kəndlilərinin xüsusi mülkiyyətinə çevrilmısinə, onların “müvəqqəti mülkiyyətli” münasibətlərdən azad edilməsinə imkan verdi. Azərbaycan kəndində kapitalist münasibətlərinin inkişafı və ictimai təbəqələşmə getdikcə sürətlənirdi (5, s. 66-67). XX əsrin əvvəllərində çarizmin milli müstəmləkə zülmü və kapitalist münasibətlərinin inkişafı Şımali Azərbaycanda əhalinin sosial tərkibinə ciddi təsir göstərmişdi. Sənaye və ticarət burjuaziyasının xüsusi çəkisi artırdı. Əsrin əvvəllərində Azərbaycan tədricən aqrar-sənaye ölkəsinə çevrilmərdə idi. Kənddə sosial təbəqələşmə kəndlilərin içərisindən kənd varlılarının və qolçomaqların ayrılmasına gətirib çıxardı. Mülkədarların bir hussəsi çarizmin müstəmləkə əsarətinə nifrət edir, xalqın sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün yollar axtarırdılar. Mülkədarlardan Allahyar bəy Zülqədərov,Fərrux bəy Vəzirov və b. da yoxsullara kömək edirdilər. Lakin ümumilikdə Şimali Azərbaycan kəndlərində sosial münasibətlər kəskin idi. Azərbaycan şəhərlərində isə fəhlələrlə sahibkarlar arasında ziddiyyətlər getdikcə kəskinləşirdi. Milli burjuaziyanın H.Z.Tağıyev, Ş.Əsədullayev, M.Səlimxanov, M.C.Əliyev kimi nümayəndələri müsəlman fəhlələrinin qayğısına qalırdı. XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Fətəli xan Xoyski, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov və b. yüzlərcə ziyalı milli şüurun, milli özünüdərkin formalaşmasında mühüm rol oynayırdı. Böhran illərində sənayenin, xüsusən neft sənayesinin geriləməsi böyük işsizlər ordusunun yaranmasına səbəb oldu. Azərbaycan neft sənayesində fəhlələrin sayı on minə qədər azalıb, 27 min nəfərə endi. Azərbaycan kəndliləri mülkədarların ağır istismarına məruz qalırdılar. Böhran illərində fəhlələrin vəziyyətinin son dərəcədə ağırlaşması, fəhlələr arasında siyasi təşviqatın genişlənməsinə 220 şərait yaratdı. Məhz bu dövrün başlanğıcında, 1900-cü ilin sonlarında Bakıda sosial-demokratiya hərəkatı genişlənməyə başladı. 1901-ci ildə Bakıda RSDFP-nin təşkilatı artıq formalaşmaqda idi, Bakı və onun rayonlarında 15 dərnək fəaliyyət göstərirdi. 1901-ci ilin yazında RSDFP-nin Bakı Komitəsi yaradıldı. 1901-ci ilin martinda Bakıda Sabunçu “Remont” mexaniki və b. emalatxanaların fəhlələri tətil etdilər. 1902-ci ilin aprelində Bakıda 5 min fəhlənin iştirakı ilə ilk dəfə açıq nümayiş keçirildi. 1903-cü il martın 2-də Bakıda fəhlələrin açıq küçə nümayişi keçirildi. 1903-cü il iyulun 1- dən 22-nə qədər Bakıda ilk ümumi siyasi tətil keçirilmişdi. Tətilçilər əsasən iqtisadi tələblər irəli sürürdülər. Azərbaycan kəndində sinfi mübarizənin kəskinləşməsi, kəndli çıxışlarının artması müşaiyət olunurdu. Milli-azadlıq hərəkatına tələbələr və ziyalılar da qoşulurdular: N.Nərimanov, M.Ə.Rəsulzadə, S.M.Əfəndiyev, Ə.Ağayev, M.Əzizbəyov, C.Məmmədquluzadə, M.Ə.Sabir və b. 1904-cü ilin yanvarında başlanmış rus-yapon müharibəsi fəhlə və kəndlilərin həyat şəraitini daha da ağırlaşdırdı. Bu isə zəhmətkeş kütlələri mübarizəyə sövq edirdi, onları müharibə əleyhinə çıxışlara qaldırırdı. Əvvəllər dərnək tipli olan sosial-demokratların azərbaycanlı fəhlələr arasında iş aparan özəyi 1904-cü ildə “Hümmət”adlı qəzet buraxmağa başladı. Qəzet zəhmətkeşləri mütləqiyyətə, sosial ədalətsizliyə qarşı mübarizəyə çağırırdı. Tezliklə “Hümmət” adlı sosail-demokrat təşkilatının əsası qoyuldu. Bu təşkilat azərbaycanlı fəhlələr arasında geniş inqilabi iş görür, vərəqələr nəşr edir, “Hümmət” qəzetinin nəşrini davam etdirirdi. 1904-cü ilin dekabrın 13-də “Xəzər-Qara dənizi cəmiyyəti” zavodu, sonra isə bir sıra başqa sənaye müəssisələrin, fabrik və zavodlarının fəhlələri tətil etdilər. Tətil neft mədənlərini bürüdü. Şəhərdə hərbi vəziyyət elan olundu. Tətil komitəsi ilə aparılan ilk danışıqlar nəticəsiz oldu. Nəhayət, dekabrın 30-da fəhlələrin “Mazut Konstitusiyası” adlandırdığı müştərək müqavilə imzalandı. Müqavilənin əsas müddəaları bunlar idi: 9 saatlıq iş günü, ayda 4 dəfə istirahət günü və ildə bir dəfə məzuniyyət verilməsi; orta əmək haqqının 20-25 % artırılması, xəstəlik üzündən işləyə bilməyən fəhlələrə əmək haqqının verilməsi 221 və s. göstərilən bu güzəştlər ancaq neft sənayesində çalışan fəhlələrə aid idi (84; 65, s. 71, 79). Dekabrın 31-də tətil qalibiyyətlə başa çatdı. Bu Bakı fəhlələrinin neft sənayeçiləri və çarizm üzərində ilk qələbəsi idi. 1905-ci il yanvarın 3-də Peterburqda Putilov zavodu fəhlələri, yanvarın 8-də isə bütün Peterburq tətil etdi. Yanvarın 9-da öz tələbləri ilə Qış Sarayına doğru gedən tətilçilər çarın əmri ilə gülləbaran edildilər. Bu qanlı hadisə Bakıda fəhlələri ayağa qaldırdı, müəssisələrin çoxu, nəqliyyat öz işini dayandırdı. Bakıda zəhmətkeşlərin çıxışlarının böyük vüsət aldığını görən çar hökuməti dairələri burada azərbaycanlılarla ermənilər arasında milli nifaq salmağı qət etdi və buna nail oldu. Hökumətin milli qırğın siyasətinin həyata keçirilməsində Daşnaksütyun Partiyası və erməni quldurları həlledici rol oynadı. Milli qırğın nəticəsində 158 müsəlman kəndi dağıdılmışdı (12, s. 32). “Böyük Ermənistan”xülyasına düşən ermənilər Rusiyanın köməyi ilə Cənubi Qafqazda muxtariyyət almağa ümid edirdilər. Ermənilərin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri cinayətlərdən aşağıdakıları göstərmək olar: 1.Fevralın 6- dan 10-dək davam edən qırğında Bakıda 2 mindən çox azərbaycanlı öldürüldü (12, s. 32). 2. Mayın 24-də İrəvanda 11 nəfər qətlə yetirildi. 3. Yayda Məngüş, Güllücə, Şeyxəli, Xırmancıq kəndlərində erməni quldur dəstələrinin hücumlarının qarşısı alınmış, əhali onları geri çəkilməyə məcbur etmişdi. Avqust ayında Şuşada törədilən milli qırğının qarşısı alındı və döyüş azərbaycanlıların qələbəsi ilə başa çatdı. Bakıda fevralın 6-dən 9-na kimi davam etmiş erməniazərbaycanlı qırğınının qarşısını almaqda “Hümmət” təşkilatı xüsusi fəaliyyət göstərirdi. Milli qırğının qarşısını almaqda H.Z.Tağıyevin rolunu xüsusi qeyd etmək olar. Çaizm qırğınla bərabər, inzibati tədbirlərə də əl atdı. Fevralın 15-də Bakıda general-qubernator vəzifəsi təsis edildi. Fevralın 18-də isə Bakı quberniyasında hərbi vəziyyət elan edildi. Fevralın 26-da Qafqazın baş rəisi vəzifəsi ləğv edildi və hələ 1883-cü ildə ləğv edilmiş Qafqaz canişinliyi bərpa olundu və qraf Vorontsov-Daşkov fövqəladə səlahiyyətlə canişin təyin edildi. Vorontsov-Daşkov təkcə zorla inqilabi hərəkatı boğmağın 222 qeyri-mümkünlüyünü nəzərə alaraq yerli burjuaziya ilə itttifaq bağlamağı qət etdi. Bunun üçün bir sıra liberal vədlər verdi. Azərbaycan burjuaziyası nümayəndələri bundan istifadə edərək bir sıra tələblər, o cümlədən Zemstvo idarələrinin yaradılması, məhkəmə iclasçıları hüququnun Azərbaycana tətbiq edilməsi, azərbaycanlıların bütün qulluq işlərinə qəbul edilməsi, uşaqlara məktəblərdə ana dilində təhsil almasına icazə verilməsini, kəndlilərin torpaqla təmin olunmasını və s. irəli sürdülər. Oktyabrın 17-də çarın bəyənnaməsi elan edildi. Bəyənnamədə qanunverici və əhalinin bütün təbəqələrinin iştirakı ilə seçiləcək Dövlət Dumasını çağırmaq vəd olundu. İnqilabi çıxışların gedişində Moskva, Peterburq şəhərlərində fəhlə deputatları Sovetləri yarandı. Sovetlər silahlı inqilabi çıxışların təşkili qərargahı rolunu oynayırdı. Bakı Soveti noyabrın 25-də fəaliyyətə başladı. 1906-cı il mayın 31-də Azərbaycanda I Dövlət Dumasına keçirilən seçkilərdə Əlimərdan bəy Topçubaşov, Abdulla bəy Muradxanov, Məmmədtağı Əliyev, İsmayıl xan Ziyadxanov, yazıçı Əbdürrəhim bəy Haqverdiyev və həkim X.İ.Bahadurov seçildilər. 1906-cı ilin aprelində işə başlayan və cəmi 72 gün fəaliyyət göstərən I Duma iyulun 7-də buraxıldı. 1907-ci il yanvarın 14-də II Dumaya keçirilmiş seçkilərdə Bakı fəhlələri özlərinin 116 sosial-demokrat vəkillərini seçdilər. Fəhlələr Dumaya hümmətçi Z.Zeynalovu seçdilər. Ondan başqa Yelizavetpol quberniyasından Dumaya Xəlil bəy Xasməmmədov və Fətəli xan Xoyski, Naxçıvandan “Şərqi-Rus” qəzetinin redaktoru Məmmədağa Şaxtaxtinski seçildilər. Çar hökuməti 1907-ci il iyulun 3-də II Dövlət Dumasını qovaraq dövlət çevrilişi etdi. Rusiyada irtica dövrü başlandı. Yeni qanunla Rusiyanın bir çox şəhərləri, o cümlədən Bakı Dumaya müstəqil nümayəndə seçmək hüququndan məhrum edildi. Əgər Bakı şəhərinin, Bakı və Yelizavetpol quberniyalarının 3 deputat seçmək hüququ var idisə, yeni qanuna görə hər iki quberniya İrəvan quberniyası ilə birləşdirilib bir seçki dairəsi yaradıldı və bu dairədən 2 deputat-biri azərbaycanlı, digəri isə başqa millətlərin nümayəndəsi 223 seçilə bilərdi. Zaqafqaziyada yaşayan rus əhalisinin özünə ayrıca deputat seçmək hüququ verilmişdir. Okyabrın 14-də keçirilmiş seçkilərdə müsəlman əhalisindən Xəlil bəy Xasməmmədov III Dumaya deputat seçildi. İrtica bütün cəbhə boyu hücuma keçdi. 2. 1905-1907-ci illər birinci rus inqilabı və onun Azərbaycanın siyasi durumuna təsiri. Siyasi partiya və təşkilatların yaranması İmperiyanın və dünyanın müxtəlif elm ocaqlarında təhsillərini başa vurub qayıdan gənclər milli-demokratik hərəkatın yaranmasında və inkişafında böyük rol oynayırdılar. Milli hərəkatda “millət və hürriyyət” və s. ideyalar geniş vüsət almışdı. Milli ziyalıların qabaqcıl nümayəndələri Həsənbəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev,Firudin bəy Köçərli, Məmməd Əmin Rəsulzadə və b. obyektiv olaraq Azərbaycanın milli müstəqilliyini ümumtürk azadlığının tərkib hissəsi kimi qarşıya qoyurdular. Milli hərəkatın əsas aparıcı qüvvəsi milli burjuaziya və demokratik ziyalılar idi. 1905-ci ilin yaz-yay aylarında Əlimərdan bəy Topçubaşovun bilavasitə rəhbərliyi ilə hazırlanmış və Nazirlər Kabinetinə verilmiş ərz-hallar Azərbaycanın çar hökumətinə təqdim etdiyi ilk program sənədi idi. Bu ərz-hallarda Qafqazda, o cümlədən Azərbaycanda islahatların keçirilməsi tələb edilirdi. 1905-ci il avqustun 15-də Nijni-Novqorodda keçirilən Ümumrusiya Müsəlmanlarının I qurultayı “İttifaqi-müslimin” (“Müsəlman ittifaqı”) adlı təşkilat yaratmağı qərara aldı. Çarizmin 1905-ci il 17 Oktyabr manifestindən sonra Ə.Topçubaşov və Ə.Ağayev Peterburqda yaşayan tatar Əbdürrəşid İbrahimovla birlikdə “Müsəlman ittifaqı”nın nizamnaməsini və proqramını hazırladılar (5, s. 154). 1906-cı il yanvarın 15-25-də Peterburqda keçirilən Ümumrusiya müsəlmanlarının II qurultayında bu nizamnamə və proqram bəyənildi. Proqramda Ümumrusiya türklərini birləşdirmək və çarizmə qarşı cəbhədə mübarizə aparmaq vəzifəsi qoyulmuşdu. 1906-cı il avqustun 16-23-də Nijni-Novqorodda keçirilən Ümumrusiya müsəlmanlarının III qurultayında 224 “Müsəlman ittifaqı”na rəhbərlik etmək üçün daimi yeri Bakı olan Mərkəzi Komitə yaratmaq qərara alındı. Qurultayda siyasi problemlərlə yanaşı, türklər yaşayan bölgələrdə yeni tipli məktəblərin yaradılması, ibtidai icbari təhsilə keçirilməsi, təhsilin ana dilində aparılması, milli kadrların hazırlanması üçün Bakıda, Kazanda, Baxçasarayda pedaqoji institutların açılması qərara alındı. Məhz bu qurultayın təsiri ilə sonralar türklərin yaşadığı bölgələrdə məktəblər şəbəkəsi genişləndirildi. Milli mətbuat çoxaldı. Milli burjuaziyanın H.Z.Tağıyev kimi nümayəndələri öz xərcləri hesabına istedadlı gəncləri Rusiya və Avropanın ali məktəblərinə oxumağa göndərdilər. 1905-ci ilin payızında “Müsəlman cəmiyyəti xeyriy-yəsi”, ”Müdafiə və müsəlman kadrları və ziyalılarının ittifaqı cəmiyyəti” (83, s. 116), 1906-cı ildə “Nəşri maarif” və “Nicat” cəmiyyətləri (H.Z.Tağıyevin və M.Muxtarovun xeyriyyəçiliyi ilə) təşkil edildi. 1906-cı ilin avqustunda keçirilən Azərbaycan müəllimlərinin I qurultayının əsas qayəsini milli dilin azad inkişafı və təhsilin ana dilində olması təşkil edirdi. Şimali Azərbaycanda milli partiyaların yaradılması. XX əsrin əvvəllərində Azərbaycanda müxtəlif təşkilat və partiyalar yaradılmışdı: 1.1902-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə ilk gizli təşkilat olan “Müsəlman gənclik təşkilatı” yaradıldı. 2.1904-cü ilin payızında Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə “Hümmət” təşkilatı yaradıldı. Bu təşkilat RSDFP Bakı Kömitəsinin nəzdində fəaliyyət göstərirdi. 1904-1905-ci iilərdə “Hümmət” təşkilatının “Hümmət” adlı qəzeti nəşrə başladı. Tədricən bolşeviklərin təsiri altına keçən bu təşkilat əvvəlki qayəsini itirdi. M.Ə.Rəsulzadə və onun ideya dostları tədricən bu təşkilatdan uzaqlaşdılar. M.Ə.Rəsulzadə Rusiyanın müstəmləkə idarə üsuluna qarşı Azərbaycan istiqlal hərəkatının təməlini qoydu. 3.1906-ci ildə Əhməd bəy Ağayev vahid milli təşkilat-“Difai” (“Müdafiə”) Partiyasını yaratdı (77). Partiyanın yaradılmasında əsas məqsəd azərbaycanlılara qarşı törədilən milli qırğınların qarşısını 225 almaq, maarifçiliyi genişləndirmək və s. idi. “Difai”nin Qarabağ şöbəsinin 400 nəfərlik hərbi dəstəsi var idi (97, v. 81-110). 4.1907-ci ildə Gəncədə İsmayıl xan Ziyadxanlının rəhbərliyi ilə yaradılan “Müdafifə” təşkilatının (122) qarşısında duran əsas məqsəd əhali içərisində maarifi yaymaq, onların hüquq və mənafelərini qorumaq idi (5, s. 157). 5.1907-ci ildə Bakıda Şərifzadə və Cuvarlinskinin rəhbərliyi ilə yaradılan “İttifaq” təşkilatının qarşıya qoyduğu əsas məqsəd müsəlman əhalini erməni-rus silahlı birləşmələrinin soyqırımından qorumaq idi. 6.1911-ci ildə “Müsavat” (“Bərabərlik”) Partiyası yaradıldı. Onun 1912-ci ildə çap edilmiş proqramında müsəlman xalqlarının birliyinə, müstəqilliyinə və dövlətçiliyinin bərpasına nail olmaq əsas vəzifə kimi irəli sürülürdü. Partiyanın əsas şüarı “türkləşmək, islamlaşmaq və müasirləşmək” idi (12, s. 39). 1913-cü ildə fəaliyyətini dayandıran bu siyasi təşkilat 1917-ci ildə fəaliyyətini bərpa etdi. “Müsavat” Partiyası Azərbaycan Cümhuriyyətinin yaranmasında mühüm rol oynadı. Fəhlələrin ağır vəziyyəti 1910-1911-ci illərdə Bakida bir sıra pərakəndə çıxışların baş verməsinə səbəb oldu. 1912-ci il aprelin 4- də Sibirdə Lena mədənlərində fəhlələrin dinc nümayişinin gülləbəran edilməsi Azərbaycanda tətil hərəkatına təkan verdi. Mayın 7- də Nuxada başlayan tətil ayın 12-də ümumi xarakter aldı. Bu tətil mayın 15-də sahibkarlarla fəhlələr arasında müştərək müqavilənin bağlanması ilə nəticələndi. Müqaviləyə görə, iş günü qısaldıldı, əmək haqqı qismən artırıldı. 1913-1914-cü illərdə tətil və nümayişlərin sayı çoxaldı. 1911- 1912-ci illərdə Azərbaycan qəzalarında çıxışlar da genişləndi, silahlı qaçaq dəstələri təşkil etmiş kəndlilər mülkədar, qolçomaq malikanələrinə basqınlar edirdilər. Yelizavetpol qəzasında bu hərəkat daha güclü idi. Burada Qatır Məmmədin silahlı qaçaq dəstəsi fəaliyyət göstərirdi. O, 1909-cu ildə Goranboy-Əhmədli kəndlilərinin çıxışına başçılıq edirdi. Bu çıxış tezliklə silah gücünə yatırıldı. 1910-cu ildə Rusiyada, o cümlədən Azərbaycanda fəhlə hərə- 226 katı, kəndli çıxışları genişləndi. 1910-cu ildə Yelizavetpol quberniyasında kəndli çıxışlarından birinə başçılıq edən Kərbəlayi Əsgərin silahlı dəstəsi çar hakimiyyət orqanları və mülkədarlara qarşı amansız idi. Digər qaçaq dəstəsinə Məşədi Yolçu başçılıq edirdi. 1912-ci ilin sentyabr-oktyabr aylarında, ölkədə inqilabi yüksəliş dövründə IV Dövlət Dumasına seçkilər keçirildi. Gərgin mübarizədən sonra azərbaycanlı əhali üçün ayrılmış yeganə yerə kadet partiyasının üzvü, hüquqsünas Məmmədyusif Cəfərov deputat seçildi. 1913-cü ilin iyulunda Bakıda tətil hərəkatı xeyli genişlənərək iyulun 25-də ümumi tətilə çevrildi. 1914-cü il iyunun əvvəlində artıq 40 min fəhlə tətilə qoşulmuşdu. Yeni inqilabi yüksəliş illərində Azərbaycanda milli azadlıq hərəkatı da xeyli genişlənmişdi. Azərbaycanda burjua millətinin təşəkkülü, milli mədəni müəssisələrin meydana çıxması, doğma dildə qəzet və jurnalların nəşri və s. xalqın milli şüurunun artmasına və siyasi fəaliyyətinin güclənməsinə, milli azadlıq hərəkatının genişlənməsinə səbəb olurdu. Azərbaycan burjuaziyası Rusiyanın hakim sinifləri ilə bərabər hüquqlar, müxtəlif məhdudiyyətlərin ləğv olunmasını, ana dilində ibtidai təhsilin hər yerdə həyata keçirilməsini, Zemstvo sistemi yaradılması və şəhər özünüidarəsində islahat keçirilməsi qanunu verilməsini və s. tələb edirdi. İri torpaq sahibləri-bəylər də öz sinfi hüquqları və silki üstünlüklərini müdafiəyə qalxırdılar. Azərbaycan burjuaziyasının milli azadlıq ideyaları “Yeni füyuzat”, “Şəlalə” jurnallarında, “İqbal”, “Günəş”, “Yeni Həyat” və b. qəzetlərdə geniş təbdiğ olunurdu. M.Ə.Rəsulzadənin, Q.R.Şərifzadənin, A.K.Kazımzadənin və b. 1911-ci ilin sonunda təsis etdiyi müsəlman demokrat partiyası “Müsavat” yaranandan sonra burjuaziyanı öz ətrafında cəmləşdirmiş bu partiyanın başçılığı altında milli azadlıq hərəkatını istiqamətləndirməyə səy göstərirdi. Bu istiqamətdə “Molla Nəsrəddin” jurnalı və onun naşirləri C.Məmmədquluzadə, M.S.Ordubadi, N.B.Vəzirov, Ə.Haqverdiyev, Ə.Rəhimzadə, F.Köçərli, həmçinin M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və b. mühüm rol oynayırdılar, demokratik ziyalı nümayəndələrindən Q.Mina- 227 sazovu, Ə.Sultanovu, R.Məlikovu və b. qeyd etmək olar. Q.Minasazov yazırdı ki, “Rus bürokratiyası həmişə müsəlman kütlələrinin əsarətdə olmasını rus dövlətinin məqsədləri üçün sərfəli hesab etmişdir”. 3. Cənubi Azərbaycanda demokratik və milli-azadlıq hərəkatı 1905-1911-ci illər Məşrutə inqilabı. XX əsrin başlanğıcında kəndlərdə feodal istismarının şiddətlənməsi, o cümlədən vergilərin çoxalması, ölkənin Rusiya və İngiltərənin yarımmüstəmləkəsinə çevrilməsi ilə əlaqədar sosial tarazlığın pozulması, möhtəkirliyin baş alıb getməsi, maliyyə sisteminin böhranı və s. İranda, o cümlədən Cənubi Azərbaycanda hakim dairələrin daxili və xarici siyasətindən narazı qüvvələrin sayını xeyli artırmışdı. Ticarət-sənaye sahələrində fəaliyyət göstərən burjuaziya ölkədə qayda-qanun yaradılmasını, xüsusi mülkiyyətin toxunulmazlığın təmin olun-masını tələb edirdi. Burjuaziya eyni zamanda yerli sənayenin inkişafına mane olan xarici kapitala, xaricdən sənaye mallarının axınına qarşı mübarizə aparırdı. Təbrizdə yaranan bir sıra gizli təşkilatlar əhalini şah üsuli-idarəsinə qarşı mübarizəyə çağırırdı. 1905-1911-ci illər Məşrutə inqilabı gedişində Cənubi Azərbaycanda sosial ziddiyyətlər, siyasi vəziyyət daha gərgin olmuşdu. Xalq ədalətli quruluş yaradılmasını tələb edirdi. Artmaqda olan hərəkatın təzyiqi altında 1906-cı il avqustun 5-də konstitusiya verilməsi haqqında şah fərmanı elan olundu (24, s. 127). 1906-cı ilin sonunda Təbrizin gizli siyasi qrup və cəmiyyətləri tərəfindən əsası hələ 1904-cü ildən qoyulmuş “İctimaiyyuneamiyyun”, yəni sosial-demokrat partiyası yarandı (24, s. 132). Öz mərkəzini “Mərkəz-e qeybi” (“Gizli mərkəz”) adlandıran Təbriz sosial-demokratik təşkilatının başında Əli Müsyö dururdu. 1906-cı il sentyabrın 9-da Məclisə seçkilər keçirilməsi haqqında əsasnamə imzalandı. Sentyabrın 20-də Təbriz üsyançıları öz tələblərinə saraydan müsbət cavab aldılar. Bu uğur xalqı daha da ruhlandırdı. 228 Hərəkat başçıları içərisindən 20 nəfər ilk rəsmi siyasi əncümənin (şura) əsasını qoydu və həmin əncümən rəsmən “Azərbaycan əyalət əncüməni” adlandırıldı. 1906-cı ilin noyabr-dekabr aylarında əyalət əncüməninin rəhbərliyi ilə Azərbaycanın başqa şəhərlərində vilayət əncümənləri yaradılmağa başladı. 1907-ci ilin fevral ayının 8-də Azərbaycan nümayəndələri Tehrana gəldilər və əyalət əncüməninin saraya verdiyi tələblərin məclisdə müzakirəsi zamanı möhkəm dəlillərlə onların həyata keçirilməsi haqqında razılıq əldə etməyə nail oldular. Bu qələbə şahı qorxuya saldı. Feodalların silahlı dəstələri ölkənin hər tərəfindən əhaliyə qarşı basqınlar etməyə başladılar. Bunun qarşısını almağa çalışan demokratik qüvvələr məclis tərəfindən xalq üçün əhəmiyyətli maddələrin olduğu “Konstitusiyaya əlavələr”in qəbul edilməsini tələb etdilər. Artıq 1907-ci ilin iyun ayında Urmiya şəhərində yüzlərlə silahlı mücahid əncümənin göstərişlərini həyata keçirməyə hazır idi, bu təcrübə Tehranda da tətbiq olunmağa başladı. 1907-ci ilin oktyabrında Konstitusiyaya “Əlavələr” qəbul edildi. 1907-ci ilin noyabrında demokratik hərəkata qarşı hücum hazırlamaq məqsədilə Tehranda “Fetovvat” və “Səadət”, eyni zamanda Təbrizdə “İslamiyyə” adlı irticaçı əncümənlər təşkil edildi. Şah və onun tərəfdaşları tərəfindən hələ 1908-ci ilin aprel-may aylarından hazırlanmaqda olan hökumət çevrilişi həmin il iyun ayının 23-də həyata keçirildi (24, s. 148). Əksinqilab bütün İranda hücuma keçdi. Lakin Təbrizdə inqilabi hərəkat daha ciddi şəkil aldı, inqilabi mübarizənin mərkəzi Tehrandan Təbrizə keçdi. İrticaçılar Əmiraxiz məhəlləsi istisna olmaqla Təbrizin şimali-şərq hissəsini tutdular. Əmiraxiz məhəlləsini Təbriz üsyanının görkəmli rəhbəri Səttar xanın dəstəsi, şəhərin cənub-şərqində yerləşən Xiyaban məhəlləsini isə Bağır xanın başçılıq etdiyi hissələr müdafiə edirdilər. Buna görə də 1908-ci ilin avqustunda buraya 40 min nəfərdən artıq silahlı qüvvə göndərildi. Sentyabrın 25-dən Təbriz üzərinə 2 günə qədər davam edən hücum başlandı, lakin irtica qüvvələri heç bir uğur qazana bilməyərək, oktyabrın 12- də şəhəri tərk edib qaçmağa məcbur oldular. Xalq Səttar xanı 229 “Sərdare-milli”, Bağır xanı “Salare-milli” adlandırdı, sonra isə Azərbaycan əyalət əncüməni bu adları rəsmiləşdirmək üçün qərar qəbul etdi. 1909-cu ilin fevralına qədər Cənubi Azərbaycanın bütün qərb vilayətləri Maku istisna olmaqla inqilabçıların əlinə keçdi. 1908-ci ilin dekabrında əksinqilab yenidən 40 min silahlı adam toplamışdı (24, s. 161). 1909-cu il yanvarın axırlarında Təbriz şəhəri yenidən mühasirəyə alındı. Fevral-mart aylarında Təbriz üzərinə əksinqilabın hücumu başladı, lakin bu hücumlar da inqilabçıların qələbəsilə nəticələndi. Aprelin 14-də uzun müddət Marağa şəhərinin qubernatoru olmuş Səməd xanın qoşunları Təbrizə hücum etdilər və məğlub oldular. Bu halda ingilis və çar Rusiyası açıq müdaxiləyə əl atdılar. Çar Rusiyası xarici konsulluqları və təbəələri müdafiə etmək və guya Təbrizə ərzaq daşınmasını təmin etmək bəhanəsilə 1909-cu il aprelin 29-da öz qoşunlarını Təbrizə yeritdi və Təbriz üsyanı yatırıldı. Təbriz üsyanı Rəşt və İsfahanda üsyanların uğurla başa çatmasına, üsyançıların Tehrana yürüşünə, eyni zamanda Məhəmmədəli şahın hakimiyyətdən devrilməsinə (16 iyul 1909- cu il) və Konstitusiyanın bərpa olunmasına səbəb oldu. Fədailəri tərk-silah etmək məqsədilə Tehranın rəsmi dairələri tərəfindən Səttar xan və Bağır xan 1910-cu il martın 11-də paytaxta dəvət olundular. Tərk-silah haqqında əldə edilmiş razılığa baxmayaraq, Səttar xan və onun ətrafındakılarına Tehranda xaincəsinə basqın edildi. Vuruşma nəticəsində 18 nəfər həlak oldu, 40 nəfər, o cümlədən Səttar xan yaralandı (24, s. 178). Səttar xan və Bağır xana Təbrizə qayıtmağa icazə verilmədi. Bu xəyanət Azərbaycan xalqını hiddətləndirdi, çar hökuməti Təbrizə yeni hərbi qüvvələr göndərməklə, dekabrın 28-dək Təbriz fədailərinin müqavimətini qırdılar (24, s. 183). Ələ keçən fədailər və Təbriz əncüməni rəhbərlərinə divan tutuldu. Bütün Azərbaycanda terror və irtica hökm sürməyə başladı. İnqilab mərkəzləri və vilayət şüarları dağıdıldı. Beləliklə, 1905-1911-ci illər İran İngilabı xarici müdaxiləçilərin ordusu tərəfindən yatırıldı. Bu inqilabın Azərbaycan xalqının ictimai-siyasi və milli şüurunun inkişafına böyük təsiri oldu. 230 XIV FƏSİL I DÜNYA MÜHARİBƏSİ VƏ AZƏRBAYCANDA İCTİMAİ-SİYASİ PROSESLƏR Plan: 1. Azərbaycan I Dünya müharibəsi illərində. 2. 1917-1918-ci ilin əvvəlində Azərbaycanda ictimai-siyasi vəziyyət. Azərbaycanlıların soyqırımı. 3. Bakı Xalq Komissarları Soveti və onun antiazərbaycan siyasəti. 4. XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti. Maarif və elm. 5. Cənubi Azərbaycanda Ş.M.Xiyabani başçılığı ilə demokratik və milli-azadlıq hərəkatı. 1. Azərbaycan I Dünya müharibəsi illərində Dünyanı yenidən bölüşdürmək istəyən “Üçlər ittifaqı” və “Antanta” hərbi-siyasi blokları arasında qarşıdurma I Dünya müharibəsinə gətirib çıxartdı. 1914-cü il iyunun 19-da I Dünya müharibəsi başlandı. Müharibəyə qoşulmuş ölkələrin Azərbaycana münasibətdə də planları var idi. Alman imperializmi Qafqaza can atır, Bakı neftini ələ keçirmək istəyirdi. Almaniya öz məqsədinə çatmaq üçün Türkiyənin iştirakı ilə Qafqazı və Ön Asiyanı nüfuz dairəsinə almaq, türk ordusunun köməyi ilə Hindistana və Əfqanıstana yol açmaqla Rusiyanın və İngiltərənin mövqelərinə zərbə vurmaq niyyətində idi. Almaniyanın Qafqaza dair işğalçılıq planına görə, Rusiyanın müharibədə məğlubiyyətindən sonra Qafqazda Rusiya ilə Türkiyə arasında xristian bufer dövləti, habelə Türkiyə sərhədi yaxınlığında bitərəf Qafqaz müsəlman dövləti yaradılmalı idi. Rusiyanın bu müharibədə əsas məqsədi boğazlara sahib olmaq və Türkiyəni bölüşdürmək idi. Ona görə də Rusiyaya qarşı müharibədə Türkiyənin Almaniya ilə yaxınlaşması təbii idi. Oktyabrın 31-də Rusiya Türkiyəyə müharibə elan etdi (5, s. 179). Batumdan Cənubi Azərbaycanda Urmiya gölünə qədər uzanan 231 Qafqaz cəbhəsi yarandı. Ənvər paşanın və qərargahının hazırladığı hərbi plana görə, Qafqaz cəbhəsində rus qoşunlarına əsas zərbə Sarıqamış əməliyyatında endirilməli idi. Əməliyyata Ənvər paşanın özü rəhbərlik edirdi. Sarıqamış əməliyyatı 1914-cü il dekabrın 4-də başlandı və 1915-ci il yanvarın 18-nə kimi davam etdi (12, s. 53). Türk qoşunları hücuma keçib Batum vilayətinə, həmçinin Cənubi Azərbaycana soxuldular, müvəffəqiyyət də qazandılar. Lakin canlı qüvvənin və hərbi texnikanın çoxluğu, habelə almanların hazırladığı əməliyyat planındakı nöqsanlar rus ordusuna qələbə qazandırdı. Bu döyüşdən sonra Təbrizi tutan çar qoşunları 1916-cı ildə onları sıxışdırdı. Rusiyada yaşayan müsəlman türkləri orduya çağırılmırdılar. Bundan başqa, çar hökuməti Azərbaycan turklərinin cəbhədə Osmanlı ordusuna qarşı vuruşmayacağından, silahı müstəmləkəçilərin özünə qarşı çevrilməyəcəklərindən ehtiyat edərək I Dünya müharibəsi dövründə onları orduya çağırmamışdı. Rus ordusunda xidmətə yalnız ali müsəlman silkinə məxsus olanlar qəbul edilirdi. Rus ordusunda 200 nəfərdən çox azərbaycanlı zabit–Teymur Novruzov, Fərrux ağa Qayıbov, Tərlan Əliyarbəyov, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseynxan Naxçıvanski, İbrahim ağa Vəkilov qulluq edirdi. I Dünya müharibəsi dövründə azərbaycanlılardan təşkil olunmuş əlahiddə “tatar süvari alayı” çar generalları tarafindən “vəhşi diviziya” adlandırılırdı (5, s. 184). Sonralar bu alay Azərbaycan milli ordusunun təşkilində böyük rol oynadı. I Dünya müharibəsi çar Rusiyasının bütün xalq təsərrüfatını yenidən qurmağı, təsərrüfatın bütün ağırlıq mərkəzini müdafiə sənayesinə keçirməyi tələb edirdi: Azərbaycanda bu sahədə neft sənayesi mühüm rol oynayırdı. Müharibə illərində çıxarılan neftin hamısını-80%-ni hökumət alırdı. Neft sənayesinin texniki geriliyə məruz qalması çıxarılan neftin yalnız yarıdan bir qədər çoxunu emal etməyə imkan verirdi. Ümumi təsərrüfat düşgünlüyü xalq təsərrüfatının digər sahələrinə: dağ-mədən, ipəkçilik və s. təsir etmişdi. Gədəbəydə mis çıxarılması 1913 ildə 1,8 mln. puddan 1915 ildə 105 min puda, mis emalı 49,2 min puddan 2,5 min puda endi (5, s. 196). 232 Gədəbəydəki misəritmə zavodu hərbi sifarişlər yerinə yetirməyə cəlb olunduğuna görə müharibə vaxtı orada çalışan qeyri-müsəlman fəhlələrə möhlət verilmişdi və onlar orduya çağırılmırdı. Ölkədə istehsal olunan strateji məhsullardan biri pambıq idi. Cəbhə üçün 1915-ci ildə işləyən pambıq-parça fabriklərini xammalla təchiz etmək üçün dövlət komitəsi yaradılmışdı. Müharibə yeyinti, tikinti və b. sənaye sahələrinə də təsir etmişdi. Müharibə ərəfəsində Bakıda 1897-ci ildə fəhlələrin sayı 100 mindən, bütün Azərbaycanda isə 242 minə çatırdı. Kənd təsərrüfatı fəhlələri də nəzərə alınsa, onların ümumi sayı yarım mln.-a çatırdı. Çar hökuməti müsəlman və türk xalqları nümayəndələrini orduya çağırmasada, müharibə zamanı 1915-ci il iyunun 25-də “Özgə xalqlardan” olan 18 yaşından 43 yaşına kimi şəxslərin (50 mindən çox) müharibə ilə əlaqədar işlərə səfərbərliyə alınması haqqında fərman verildi (12, s. 56). Bu tədbir Qafqazın müsəlman əhalisinin güclü müqavimətinə rast gəldi. Ümumi narazılıqdan ehtiyat edən Qafqaz hökumət orqanları II Nikolaydan “25 iyun” fərmanının ləğv edilməsini xahiş etməyə məcbur oldular. Çar arxa cəbhə işlərinə məcburi səfərbərliyi “könüllü” səfərbərliklə əvəz etməyə razılıq verdi. “Könüllü” səfərbərlik “məcburi”dən heç də fərqlənmirdi. “Könüllü” səfərbərlik nəticəsində Azərbaycanın əmək qabiliyyətli kənd əhalisinin kişilərinin xeyli hissəsi təsərrüfatdan ayrılaraq cəbhə arxasında, xüsusən cəbhə və cəbhəyə yaxın yerlərdə istehkam tikmək, yol düzəltmək, körpülər salmaq və s. işlərdə işlədilirdi. İmperialist müharibəsi Azərbaycan kəndini təsərrüfat pozğunluğu və iqtisadi fəlakət həddinə çatdırmışdı. Fəhlələrin iş, məişət şəraiti daha da pisləşmişdi. Bu isə fəhlə çıxışlarına, tətillərə səbəb olurdu. Bu tətillər 1916-cı ilin payızında geniş inqilabi vüsət alaraq 1917-ci ilin yanvarında daha da genişləndi. “Proqressiv blok” bütün gücünü mütləqiyyətin müdafiəsinə yönəltmişdisə, liberal burjua nümayəndələri çarizmdən güzəştlər gözləyir, ölkənin siyasi həyatında öz mövqelərini möhkəmlətməyə çalışırdılar. Onlar yenə ana dilində məktəblər açmaq və s. kimi qabaqlar irəli sürdükləri tələbləri təkrar edirdilər. 233 2. 1917-1918-ci ilin əvvəlində Azərbaycanda ictimai-siyasi vəziyyət. Azərbaycanlıların soyqırımı 1916-cı ilin sonu-1917-ci ilin əvvəllərində Rusiyada inqilabi şərait yetişdi. Burjuaziyanın çar II Nikolayla uzun-uzadı danışıqları nəticə vermədi. Bolşeviklər zəhmətkeşləri çarizmə qarşı silahlı üsyana çağırırdılar. Petroqrad fəhlələrinin üsyanı fevralın 27-də qələbə çaldı, çar hökuməti devrildi. Çarizmin yıxılması xəbəri Bakıya martın 2-də çatdı, şəhərdə, mədən rayonlarında çoxminli mitinqlər keçirildi. Martın 7-də 52 nəfərdən ibarət Bakı Soveti yaradıldı, çoxluğu menşeviklər və eserlər təşkil edirdilər. Martın 17- də Müvəqqəti hökumətin orqanı olan İctimai Təşkilatların İcrayə Komitəsi təşkil edildi. Tərkibi burjuaziyadan ibarət idi. Bu orqan 1917-ci ilin martında Müvəqqəti hökumətin yaratdığı Xüsusi Cənubi Qafqaz Komitəsinə tabe edildi. Beləliklə, Bakıda 2 hakimiyyət orqanı yaradıldı: bir tərəfdən fəhlə deputatları Soveti, digər tərəfdən isə Ictimai Təşkilatların Icraiyyə Komitəsi. Azərbaycanın qəza və şəhərlərinin bir çoxunda ikihakimiyyətlilik meydana çıxsa da, bəzilərində fəhlə və əsgər deputatları Sovetləri yaradıldı. 1917- ci il martın 9-da RSDFP-nin 5 nəfərdən ibarət Xüsusi Cənubi Qafqaz Komitəsi (2 bolşevik və 3 menşevik) və “Hümmət”in müvəqqəti Komitəsi seçildi. Martın 27-də müsəlman ictimai təşkilatlarının yığıncağında Bakı müsəlman ictimai təşkilatları Sovetinin müvəqqəti Komitəsi təşkil edildi (neft sənayeçisi Ş.Əsədullayev, müsavatçıların rəhbərlərindən M.Ə.Rəsulzadə və b.). Cənubi Qafqazdakı milli şuralar içərisində ən nüfuzlusu Bakı Müsəlman Milli Şurası idi. Fevral inqilabından sonra Azərbaycanda başlanan milliazadlıq hərəkatının əsas cəhətləri: 1) milli hərəkatın daha kütləvi səciyyə alması, 2) hərakata milli ziyalıların rəhbərlik etməsi; 234 3) əhalinin bütün təbəqələrinin milli dövlətçilik ideyası ətrafında birləşməsi (5, s. 311). 1917-ci il aprelin 15-20-də Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayı Rusiya müsəlmanlarının birləşdirilməsi şüarı altında keçdi. Bu qurultayda yaranmış zəmin əsasında 1917-ci ilin iyun ayının ikinci yarısında federalistlər (Türk Ədəmi Mərkəziyyət Partiyası) Müsavatla birləşdi və Türk Federalist Müsavat Partiyası adlandı. 1917-ci il mayın 1-də Ümumrusiya müsəlmanlarının qurultayı Şəmsi Əsədullayevin Moskvada tikdirdiyi və müsəlmanların sərəncamına verdiyi binada açıldı. Qurultayın gündəliyinə milli-məhəlli muxtariyyət, maarif, mədəniyyət, müəssislər məclisi, siyasi təşkilatlar və s. məsələlər daxil edilmişdi (44). 1917- ci ilin martında Bakıda bolşeviklərin “Ədalət” təşkilatı yaradıldı. Bu təşkilat Azərbaycanın cənubundan şimala kəsbkarlığa gəlmiş fəhlələr arasında inqilabi iş görmək və İranın inqilabi-demokratik qüvvələri ilə əlaqə yaratmaq məramına xidmət edirdi. 1917-ci ilin avqustunda “Birlik” təşkilatı yaradıldı. 1917-ci il oktyabrın 26-da Müsavat Partiyasının I qurultayı oldu. 1917-ci ildə Azərbaycanda milli-azadlıq uğrunda mübarizə 3 istiqamətdə aparılırdı: 1) müvəqqəti hökumətin əsarət altında olan xalqlar barəsində yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı; 2) Sovetlərə qarşı; 3)ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın qarşısının alınması. 1917-ci il oktyabrın 25-də Petroqradda bolşevik çevrilişi nəticəsində Müvəqqəti hökumət devrildi. Oktyabrın 25-26-da V.İ.Lenin başda olmaqla sovet diktaturasının əsası qoyuldu (5, s. 312). Bundan sonra Azərbaycanda başlayan istiqlaliyyət uğrunda mübarizə 1918-ci ilin may ayında milli dövlətçiliyin bərpası ilə nəticələndi. 1918-ci il mart soyqırımı. Müsavatın sosial bazasını məhv etmək, Azərbaycan milli hərəkatına divan tutmaq üçün bolşeviklər milli qırğından istifadə etdilər. Bakı Sovetinin 1918-ci il martın 15- də keçirilən iclasında S.Şaumyan azərbaycanlıların soyqırımına 235 göstəriş verdi. Şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin tərk-silah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Daşnaksütyun Partiyası və erməni milli şurası bolşeviklərin tərəfinə keçdi. Müsəlmanlara ilk atəş 1918-ci il martın 30-da saat 16:00-da erməni kilsəsinin yanında açıldı. Müsəlmanların guya İçərişəhərdə rusları qırması barədə ermənilərin fitvasına inanan rus matrosları da azərbaycanlılara qarşı çıxaraq onları atəşə tutdular. Martın 31-də “Kərpicxana”, “Məmmədli” və s. azərbaycanlı məhəllələrinə bolşevik-erməni hərbi dəstələrinin hücumları başladı. - Qeyri-bərabər döyüşdə soyqırıma məruz qalan müsəlmanlar martın 31-də müqaviməti dayandırdılar. Şəhərin dinc, silahsız müsəlman əhalisinə qanlı divan tutuldu. Aprelin 2-də gecə keçənədək minlərlə azərbaycanlı öldürüldü. Mart soyqırımında təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi (16, s. 173). Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında azərbaycanlı əhaliyə qanlı divan tutuldu. Şamaxıda 7 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 72 kənd dağıdılmışdı (31). Quba qəzasında 122 kənd yandırılmışdı (96, v. 5-8). 1918-ci ilin sentyabrınadək Bakı quberniyasında 20 mindən çox azərbaycanlı öldürülmüşdü. Ümumiyyətlə bu soyqırım zamanı Azərbaycanda 50 minə qədər azərbaycanlı qətlə yetirilmişdir. 3. Bakı Xalq Komissarları Soveti və onun antiazərbaycan siyasəti Mart soyqırımı Baki Sovetinin antiazərbaycan siyasətini xalqa göstərdi. Mart faciəsindən sonra bolşeviklər Bakıda siyasi hakimiyyətlərini möhkəmləndirmək üçün: 1) azərbaycanlılara məxsus bütün qəzet və jurnalları bağladılar; 2) şəhər təsərrüfatını Bakı Sovetinin-bolşeviklərin ixtiyarına keçirdilər; 3) aprelin 20-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Bakı şəhər Dumasını buraxdılar; 236 4) erməni milli şurasından başqa, bütün milli şuraların fəaliyyətini qadağan etdilər. 1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti deyilən qurum yaradıldı. Əslində “Erməni sovet hökuməti” olan bu qurumun tərkibində cəmi 3 azərbaycanlı var idi. XKS-ə S.Şaumyan sədrlik edirdi. Bakı XKS-nin rəhbərliyi Azərbaycanı Sovet Rusiyasının ayrılmaz tərkib hissəsi hesab edir, muxtariyyət ideyasının qəti əleyhinə çıxaraq bunu Azərbaycan millətçilərinin xam xəyalı sayırdı. May ayında bütün köhnə hakimiyyət orqanları ləğv edildi. Fəhlə-kəndli milisi, şəhər, qəza, mahal xalq məhkəmələri yaradıldı, hərbi tribunal təsis olundu, fövqəladə komissiya yaradıldı. Bakı XKS-i Sosialist tədbirləri adı altında neft sənayesini və Xəzər Ticarət Donanmasını milliləşdirdi. Bolşeviklərin milliləşdirmə siyasəti nəticəsində 1918-ci ilin avqust ayınadək “qardaşlıq yardımı” adı ilə əvəzi ödənilmədən Azərbaycandan Sovet Rusiyasına 1 mln. 300 min ton neft və neft məhsulları göndərildi (74, s. 112- 113). Bakını hərbi cəhətdən möhkəmləndirmək məqsədilə V.İ.Leninin göstərişi ilə şəhərə 4 zirehli avtomobil, 13 təyyarə və bir çox hərbi dəstələr göndərildi. 1918-ci ildə Bakı XKS əsgərlərinin sayı 18 min nəfərə şatdırıldı ki, bunların da 13 min nəfəri erməni idi. 4. XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti. Maarif və elm XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti inkişaf etməyə başladı. Azərbaycanın demokratik ictimaiyyəti “rus-tatar” məktəbləri şəbəkəsini genişləndirmək uğrunda mübarizə aparırdı, çarizmin məktəbləri ruslaşdırma siyasətinə qarşı çıxırdılar. Azərbaycan qadınlarının dini xurafatın hakim olduğu bir şəraitdə savadlandırılması çox mühüm idi. 1901-ci ildə Bakıda H.Z.Tağıyev öz hesabına “Bakı rus-müsəlman qadın məktəbini” açdı. Birsinifli olan bu məktəb 1913-cü ildə ikisinifli, 1916-cı ildə isə ibtidai-ali məktəb oldu. 1916-cı il yanvarın 1-də bu məktəbdə 104 qız təhsil alırdı ki, onların 95 azərbaycanlı idi. 1902-ci ildə Gəncədə, bir 237 qədər sonra Ağdaşda, Qazax qəzasının Salahlı kəndində, Göyçay qəzasının Zəyəlu kəndində, Şuşada, Şamaxıda, Karyagin qəzasında və b. yerlərdə ilk qadın məktəbləri açıldı. Qız məktəblərində işləmiş müəllimlərdən Hənifə xanım Məlikovanın, Xədicə xanım Ağayevanın, Rəhilə xanım Hacıbəyovanın, Sara xanım Vəzirovanın, Şəfiqə xanım Əfəndiyevanın, Ayna Sultanovanın adlarını qeyd etmək olar. Azərbaycan müəlliflərinin qarşısında duran ən mühüm vəzifələrdən biri tədris-metodik vəsait hazırlayıb nəşr etmək idi. Bu yolda Rəşid bəy Əfəndiyevin, S.S.Axundovun, F.Ağazadənin, Abdulla Şaiqin, M.Mahmudbəyovun, A.Səhhətin, A.Əfəndiyevin, Q.N.Nərimanbəyovun, M.Qəmərlinskinin, Ü.Hacıbəyovun, Q.R.Mirzəzadənin, F.Köçərlinin rolu xüsusi qeyd olunmalıdır. Azərbaycanda orta məktəblər, professional-texniki məktəblər də açılmağa başlamışdı, bazar günləri fəaliyyət göstərdiyi üçün Bazar məktəbləri adlanan məktəblərdə yaşlılar təhsil alırdılar. Azərbaycanda xeyli mədəni-maarif idarələri: kitabxana, xalq evləri, klublar və s. fəaliyyət göstərirdi. Bakıda 4 kitabxana, Şuşada, Nuxada, Gəncədə, Qubada da açılmışdı. 1902-ci ildə Qara şəhərdə və 1906-cı ildə Bayılda açılmış xalq evlərində-mədəni-maarif ocaqlarında görkəmli mədəniyyət xadimləri mühazirələr oxuyurdular. Bakıda yaranmış “Nicat” cəmiyyətinin ətrafında inqilabidemokratik ziyalılar toplaşmış, “Nəşr maarif” cəmiyyətinin başlıca vəzifəsi əhali arasında savadsızlığı ləğv etmək idi. H.Z.Tağıyev və M.Muxtarov bu cəmiyyətin fəxri üzvləri idilər. I dünya müharibəsi illərində Quba, Ağdam, Şuşa və Gəncədə cəmiyyətin filialları açıldı. 1907-ci ildə Bakıda ruhanilərin yaratdıqları müsəlman mədənimaarif cəmiyyəti-“Səadət” qarşısına savad yaymağı qoymuşdu. 1910-cu ildə yaranmış müsəlman mədəni-maarif cəmiyyəti- “Səfa”nın vəzifəsi kişi və qadın peşə məktəblərini açmaq idi. I rus inqilabı illərində Bakıda 13 gizli partiya mətbəəsi fəaliyyət göstərirdi. Gəncə və Şuşada da var idi. Bu dövrdə azərbaycanca “Hümmət”, “Təkamül”, “Yoldaş” (1907), “Qudok” (1907-1908), “Naşa jizn” (1914), “Bakı həyatı” (1912) qəzetləri, “Volna” (1909), “Sovremennaya jizn” (1911) və s. jurnalları nəşr olunurdu. Bunlarla 238 yanaşı inqilabi-demokratik mətbuat orqanı olan “Molla Nəsrəddin” jurnalı da çap olunurdu. Cəlil Məmmədquluzadənin redaktoru olduğu bu jurnalın ətrafında M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Qəmküsar, Ə.Nəzmi və b. toplaşmışdı. Bu jurnalın ardınca “Bəhlul” (1907), “Zənbur” (1909-1910), Bakıda uşaqlar üçün “Dəbistan” (1906-1908), “Rəhbər” (1906-1907), “Məktəb” (1911-1917) jurnalları çıxırdı. Bakıda burjuaziyanın “İrşad” (1905-1908), “Tərəqqi” (1908-1909), “Füyuzat” və “Yeni füyuzat” jurnalları, “Həyat” və “Təzə həyat” qəzetləri, “Raboçi listok”, “Trud”, “Raboçi qolos” və s. qəzet və jurnalları çıxırdı. XX əsrin əvvəllərində coğrafiya, təbii elmlər, ədəbiyyat sahəsində də müəyyən uğurlar qazanıldı. Azərbaycanda tənqidi realizmin inqilabi-demokratik ideyaların carçısı “Molla Nəsrəddin” (1906-1931) jurnalının naşiri və redaktoru C.Məmmədquluzadə, onun əməkdaşı M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Qəmküsar, Ə.Nəzmi, M.Ə.Möcüz, Y.V.Çəmənzəminli kimi görkəmli nümayəndələri var idi. İnqilabi-demokratik publisistikanın fəal nümayəndələrindən biri Ü.Hacıbəyov idi. Mədəni-maarif cəmiyyətlərinin, o cümlədən “Nicat”ın yaradılması Azərbaycanın milli teatr sənətinin inkişafına təkan verdi: 1904-cü ildə “Müsəlman artistləri cəmiyyəti” yaradılmışdı. H.Ərəblinskinin, C.Zeynalovun, Hüseynqulu Sarabskinin, M.A.Əliyevin, Sidqi Ruhullanın incəsənətə gəlmələri bu dövrə aiddir. 1909-cu ildə S.Ruhulla, C.Zeynalov və H.Ərəblinskinin köməyi ilə Təbrizdə teatr təşkil olunmuş, teatr binası isə 1916-cı ildə tikilmişdi. 1916-cı ildə yaradılmış H.Ərəblinski və H.Sarabskinin başçılıq etdiyi “Müsəlman dram cəmiyyəti”, Azərbaycan opera teatrı da teatr sənətinə yeni təkan verdi. XX əsrin əvvəllərində Ü.Hacıbəyov, M.Maqomayev, Z.Hacıbəyov, C.Qaryağdıoğlu, H.Sarabski, Q.Pirimov və b. Azərbaycan musiqisinin inkişafında, xalqın müsiqi irsinin təbliğində, xalq mahnı və muğamlarının yaradılmasında xüsusilə böyük xidmət göstərmişlər. 1908-ci il yanvarın 12-də H.Z.Tağıyev teatrının binasında “Leyli və Məcnun” operasının ilk tamaşası qoyuldu. 1908-1915-ci illərdə Ü.Hacıbəyov “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid Banu”, “Harun və 239 Leyla” kimi bir sıra operalar yaratdı. İlk dəfə 1913-cü il oktyabrın 25-də milli musiqili teatr səhnəsində göstərilən “Arşın mal alan” musiqili komediyası böyük müvəffəqiyyət qazandı. 1916-cı ildə M.Maqomayev Azərbaycan opera sənətinin qızıl fonduna daxil olmuş “Şah İsmayıl” operasını yaratdı. Azərbaycanda ilk film XİX əsrin sonunda çəkilib. 1916-cı ildə isə “Neft və milyonlar səltənətində” adlı Azərbaycan filmi çəkildi, həmin ildə “Ölülər” pyesi, M.Maqomayevin “Şah İsmayıl” operası, Z.Hacıbəyovun “Aşıq Qərib” operası tamaşaya qoyuldu. Rəssam Əzim Əzimzadə, Bəhruz Kəngərli ilk azərbaycanlı rəssamlar idilər. Azərbaycan memarlıq incəsənəti də inkişaf etmişdir. O zaman salınmış ictimai binalar içərisində İsmailiyyə (1910) (indiki Azərbaycan Elmlər Akademiyasının binası), Mayılov qardaşları teatrı (1911) (indiki M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası) xüsusilə seçilirdi. 5. Cənubi Azərbaycanda Ş.M.Xiyabani başçılığı ilə demokratik və milli-azadlıq hərəkatı İran Məşrutə inqilabı məğlub edildikdən sonra, 1912-ci ilin əvvəllərində imperialistlər 1907-ci il ingilis-rus sazişinin İran hökuməti tərəfindən rəsmən qəbul edilməsinə nail oldular. Sazişə əsasən İranın Qəsri-Şirin-İsfahan-Yəzd-Zülfüqar xəttindən şimaldakı 790 min kv. km sahəsi Rusiyanın nüfuz dairəsi, İranın Bəndər Abbas-Kirman-Bircəd-Qazik xəttindən cənub-şərqindəki 355 min kv. km hissəsi İngiltərənin, İranın bu xətlər arasındakı ərazisi isə “bitərəf” zona elan edildi. I dünya müharibəsi başlayanda İranın rəsmi surətdə öz bitərəfliyini kobudcasına pozaraq ərazisində hərbi əməliyyatlıra başladılar. Cənubi Azərbaycan 1914-cü il dekabrın axırlarında türk ordusu, 1915-ci il yanvarın 15-də Rusiya qoşunları tərəfindən işğal edilərək hərb və zorakılıq meydanına çevrildi, yerli əhalinin 15% həlak oldu (68, s. 63). Bu zaman İran Demokrat partiyasının Təbriz təşkilatı xalq kütlələrinin mübarizəsinə başçılıq edirdi. 1917-ci ildə Rusiyada baş verən fevral burjua-demokratik 240 inqilabının təsiri ilə İran Demokrat partiyası (İDP) və onun Azərbaycan əyalət komitəsinin fəaliyyəti xeyli canlandı. Azərbaycan demokratları ölkədə bir sıra dəyişikliklərin yerinə yetirilməsini, o cümlədən məclisə seçkilər keçirilməsini, Azərbaycan əyalətinin irticaçı valisi Sərdar Rəşidin işdən götürülməsini, xarici qoşunların İrandan çıxarılmasını tələb edirdilər, Azərbaycana muxtariyyət almaq uğrunda mübarizəyə çağırırdı. Təbrizdə “Azərbaycan himni” yaradılmışdı. Müharibənin Cənubi Azərbaycanda yaratdığı qarışıqlıqdan istifadə edən erməni silahlı dəstələri aysorlarla birlikdə Xoy, Salmas, Urmiya, Soucbulaq və s. başqa şəhərlərdə azərbaycanlı əhaliyə qarşı görünməmiş vəhşiliklər etdilər. Yalnız türk ordusunun bölgəyə daxil olması Azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin qarşısını aldı. Lakin türk qoşunları bölgəni tərk etdikdən sonra erməni, aysor və kurd hərbi dəstələri azərbaycanlıları yenidən qırmağa başladılar. Bu qırğınlar rus hərbi hissələrinin 1918-ci ilin əvvəllərində İrandan çıxarıldığı vaxt daha faciəli şəkil aldı. 1917-ci ilin mayından başlayaraq Cənubi Azərbaycan Əyalət Komitəsi müstəqil hərəkət etməyi və bir partiya (İran Demokratik Partiyası) halında birləşməyi qərara aldı, bunda “Təcəddüd” qəzetinin mühüm rolu oldu. 1917-ci il avqust ayının 24-də Əyalət Komitəsinin geniş konfransı oldu, Azərbaycan Demokratik Firqəsi (ADF) müstəqil elan edildi və Şeyx Məhəmməd Xiyabani başda olmaqla ADF-nin MK-sı seçildi, qətnamələr qəbul edildi. Rusiyada oktyabr hadisələri İran dövlət müstəqilliyinə və suverenliyinə ciddi dərəcədə ziyan vurdu. 1917-ci il dekabrın 15-də Brestdə Rusiya hökuməti, Kayzer Almaniyası və onun müttəfiqləri arasında İrandan xarici qoşunların çıxarılması barədə sülh müqaviləsi imzalanması haqqında danışıqlar başlandı. 1918-ci il yanvarın 5-də rus qoşunlarının İrandan çıxarılması barədə proqram elan edildi. Bununla belə, 1918-ci ilin yayında ingilis hərbi hissələri Cənubi Azərbaycanın Zəncan, Miyane, Urmiya və Xoy şəhərlərinə daxil oldu. Bu vaxt Cənubi Azərbaycanın şimal-qərbində erməni, aysor və kürd quldur dəstələri azərbaycanlılara qarşı əsl soyqırım törətdilər. Cənubi Azərbaycanın çox hissəsi osmanlı Türkiyəsinin qoşunları tərəfindən 241 işğal edildi. ADF belə vəziyyətdə ingilis və türk qoşunlarına, yerli irtica hökumətinə qarşı mübarizə aparırdı. ADF-nin rəhbərləri, o cümlədən Xiyabani dinc yolla mübarizə taktikasının lazımi nəticə verməyəcəyini yəqin edərək, silahlı üsyana başladılar. Şimaldakı hadisələr cənubda da öz əks-sədasını tapmışdı. Təbriz, Urmiya və Ərdəbildə dövlət məmurlarının özbaşınalığına qarşı çıxışlar baş verirdi. Çıxışlara Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə İran Demokratik Partiyasının (İDP) Azərbaycan Əyalət Komitəsi istiqamət verirdi. 1917-ci ilin payızında Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sərab, Zəncan və b. şəhərlərdə keçirilən mitinqlərdə əhali hökumətin istefa verməsini, İranda demokratik hökumət təşkil olunmasını tələb edirdi. 1917-ci ilin sonunda Vüsuqüddövlə hökuməti istefa verməyə məcbur oldu, lakin o, tezliklə ingilislərin köməyi ilə hakimiyyətə gətirildi. 1919-cu il avqustun 9-da ingilislərin İran hökuməti ilə imzaladıqları saziş İranı siyasi və iqtisadi cəhətdən Böyük Britaniyadan asılı vəziyyətə salırdı. Bu, Cənubi Azərbaycanda genişlənən milli-azadlıq hərəkatına yeni təkan verdi (12, s. 109). İran hökuməti demokratik qüvvələrə qarşı şiddətli tədbirlərə əl atdı. ADF gizli fəaliyyətə keçdi. Lakin, çıxışlar 1920-ci ilin əvvəllərinədək davam etmişdi. Təbrizdəki ingilis komandanlığı nümayişçilərin tələbi ilə hərbi hissələri Təbrizdən çıxarmalı olmuşdu. 1920-ci ilin aprel ayının ilk günlərində ADF-nin üzvlərindən bir neçəsinin həbs edilməsi dinc çıxışların üsyana çevrilməsinə təkan verdi. 1920-ci il aprelin 7-də Təbrizdə üsyanın başlanması ilə Cənubi Azərbaycan milli-azadlıq hərəkatı silahlı üsyan xarakteri aldı. Üsyana rəhbərlik etmək üçün Xiyabaninin başçılığı ilə İctimai İdarə Heyəti (İİH) təşkil olundu. 2 gün müddətində bütün dövlət idarələrini ələ keçirdilər, polis dəstələri şəhəri tərk etməyə məcbur oldular. Üsyan dinc yolla qələbə çaldı. Aprelin 7-də Xiyabani Təbriz əhalisi qarşısında söylədiyi nitqində bildirdi ki, “Azərbaycanın adını Azadıstana dəyişərək, bu gündən bu adı rəsmi ad kimi elan edirik” (12, s. 110). O, bu adın rəsmən tanınmasını İran dövlətindən tələb etdi. Azərbaycan əyalətinə vali göndərilən və Təbrizə gəlməyə cəsarət etməyən Eynüddövlə, İİH-nin 8 maddədən ibarət tələblərini 242 qəbul etdikdən sonra, ona Təbrizə daxil olmağa icazə verildi. O, demokratlara qarşı qiyam təşkil etməyə çalışırdı. Lakin həmin planı həyata keçirməyə çalışan şəxslər demokratlar tərəfindən həbs edildilər. Xoy mahalında, Ərdəbildə, Astarada, Marağada, Əhərdə, Zəncanda da üsyanlar baş verdi. 1920-ci ilin iyunun 23-də ADF İİH əsasında Milli Hökumət (MH) yaratdı. MH–in tələbi ilə vali Eynuddövlə və onun aparatı Təbrizi tərk etdi. Hərəkat rəhbərləri İranda şahlığın ləğvinə və respublika yaradılmasına çalışırdılar. Milli hökumət sənaye, kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə, və s. sahələrdə islahatlar həyata keçirməyə başladı. MH-in bir sıra sahələr üzrə idarə və nazirlikləri yaradılmışdı. Təbrizdə pulsuz qız məktəbi açıldı. Milli müdafiə qüvvələrinin təşkili üçün də layihə hazırlandı. Bu layihəyə əsasən şəhər əhalisində və Təbrizə gəlmiş kəndlilərdən ümumi sayı 12 minə çatdırılacaq milli qvardiya təşkilinə başlanıldı, eyni zamanda şəhər əhalisindən yeni jandarm və polis dəstələri təşkil etdi. Təlim üçün xüsusi polis məktəbləri açıldı. İranın yeni Baş naziri Müşirüddövlə ingilislərin köməyi ilə üsyançılara hücum etmək üçün hazırlığa başladı. Hidayət Müxbirüssəltənə sentyabrın ilk günlərində vali sifətilə Təbrizə gəldi və Baş nazirin məktubunu Xiyabaniyə çatdırıb onunla “danışığa” başladı. O, Təbrizin kənarında düşərgə salaraq, tərk-silah edilməmiş İran kazak briqadası qarnizonunun komanda heyətini öz tərəfinə çəkdi, Təbrizə süvari dəstələr çağırıldı. Jandarm dəstəsinin rəhbəri Mir Hüseyn Haşimi ələ alındı. O ətrafdakı quldur dəstələri ilə mübarizə aparmaq bəhanəsilə MH razılığını almadan silahlı qüvvələri şəhərdən çıxardı. Sentyabrın 12-də əksinqilabi qüvvələr üsyançılar üzərinə hücuma keçdilər. Üsyançılar sentyabrın 14-dək son damla qanlarına qədər vuruşdular, Xiyabani öldürüldü, üsyançılara divan tutduruldu. Beləliklə, bütün Cənubi Azərbaycandakı azadlıq hərəkatı ingilis qüvvələrinin köməyi ilə İran irticası tərəfindən yatırıldı.Təbriz üsyanının nəticəsi olaraq 1920-ci il iyunun 25-də Vüsuquddövlə istefaya çıxdı, 1919-cu ildə imzalanan İngiltərə-İran sazişi 1921-ci ildə ləğv edildi.