AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ (1918-1920-ci illər)

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi və onun Azərbaycanın bütün ərazisində bərqərar olması.

Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu. Azərbaycan parlamenti və onun fəaliyyəti.

 Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti. 4. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və tarixdə yeri.

 Erməni təcavüzünə qarşı mübarizə.

 Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi və onun Azərbaycanın bütün ərazisində bərqərar olması Fevral inqilabının qələbəsindən sonra “Müsavat” partiyası gizli iş şəraitindən çıxaraq ilk dəfə olaraq açıq fəaliyyətə başladı. 1917-ci il oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilərdə Bakıda “Müsavat” səslərin 40% topladı və qələbə qazandı (9, s. 243). Ümumrusiya Müəssisələr Məclisi bolşeviklər tərəfindən qovulandan sonra, onun Cənubi Qafqazdan olan üzvləri Zaqafqaziya Seymini yaratmaq qərarına gəldilər. 1918-ci il fevralın 23-də yaradılmış Seym Cənubi Qafqazın ali hakimiyyət orqanı kimi düşünülmüşdü. Zaqafqaziya Seymi öz fəaliyyətinə Türkiyə ilə sülh danışıqlarının müzakirəsi ilə başladı. Mart ayının 3-də Sovet Rusiyası Almaniya ilə Brest-Litovsk sülh müqaviləsini imzaladı. Müqavilənin şərtlərinə görə:1)1877-1878-ci illər rus-türk müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli idi; 2)Qars, Ərdəhan və Batum vilayətləri Türkiyəyə verilməli idi; 3)rus əsgərləri türk ərazilərində və sərhəddə yerləşən erməni silahlı birləşmələrini tərk-silah etməli idilər. 1918-ci il mart ayında fəaliyyətə başlayan və bir ay davam edən Trabzon konfransında Cənubi Qafqaz nümayəndə heyəti 244 Brest-Litovsk müqaviləsinin Qafqaza aid olan maddələrinə etiraz etdi. Türkiyə hökuməti isə bu etiraza münasibətini bildirərək qeyd etdi ki, əgər Cənubi Qafqaz hökuməti müstəqil dövlət kimi tanınmaq istəyirsə, ilk növbədə Rusiyadan ayrıldığını rəsmən bildirməli və öz istiqlaliyyətini elan etməlidir. Aprelin 13-də Azərbaycan fraksiyasının etirazına baxmayaraq erməni və gürcü fraksiyasının tələbi ilə Seym Türkiyə ilə müharibə haqqında qərar qəbul etdi. Lakin son nəticədə Seym Türkiyənin tələbinə əsasən Brest-Litovsk müqaviləsinin şərtlərini qəbul etdi. Yarandığı andan Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında mövcud olan ciddi fikir ixtilaflarını 1918-ci il aprelin 22-də Cənubi Qafqazın müstəqil federativ respublika elan edilməsi də yumşalda bilmədi. Seymin fəaliyyəti iflic vəziyyətinə düşdü. Gürcülər Cənubi Qafqaz federasiyasının tərkibindən çıxıb Gürcüstanın müstəqilliyini elan etmək qərarına gəldilər. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxıldığını elan etdi və elə həmin gün də Gürcüstanın müstəqilliyi bəyan edildi. Ertəsi gün, mayın 27-də yaranmış vəziyyətlə əlaqədar olaraq keçmiş Seymin Azərbaycan fraksiyasının fövqəladə iclası keçirildi və Azərbaycan Milli Şurasının yaradılması haqqında qərar qəbul edildu. Milli Şura Azərbaycanın idarə olunmasının tam məsuliyyətini öz üzərinə götürdüyünü bildirdi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov onun müavinləri seçildilər. Daha sonra Milli Şuranın icra orqanı-9 nəfərdən ibarət İdarə Heyətinin təşkil olunmasına başlandı. F.X.Xoyskinin yekdilliklə sədr seçildiyi icra orqanına aşağıdakı partiyaların nümayəndələri daxil oldular:-“Müsavat” partiyasından M.H.Hacınski, N.Usubbəyov, X.Xasməmmədov, M.Y.Cəfərov;-“Müsəlman sosialist bloku”ndan X.Məlikaslanov, C.Hacınski;-“Hümmət”dən Ə.Şeyxülislamov; -“İttihad” partiyasından X.Sultanov. Mayın 28-də Azərbaycan Milli Şurasının ilk iclası oldu. X.Xasməmmədovun Azərbaycanın müstəqilliyinin elan edilməsi təklifinə tərəfdar çıxanlar olsa da, F.X.Xoyski yerlərdə vəziyyət aydınlaşmayana kimi Azərbaycanın istiqlaliyyətinin elan olunması məsələsində tələsməməyi və hələlik, yalnız tamhüquqlu Azərbaycan hökumətinin 245 yaradılması ilə kifayətlənməyi təklif etdi. Mübahisələrdən sonra Milli Şura 24 səslə (2 nəfər-S.M.Qəniyev və C.Axundov bitərəf qaldılar) Azərbaycanın dövlət müstəqilliyinin elan olunması haqqında qərar qəbul etdi və “İstiqlal bəyannaməsi”nin mətnini təsdiqlədi. Daha sonra Milli Şura Azərbaycan Demokratik Respublikasının ilk hökumətini təşkil etməyi F.X.Xoyskiyə tapşırdı. Müstəqil Azərbaycanın I hökumətinin tərkibi: Nazirlər Şurasının sədri və daxili işlər naziri-F.X.Xoyski; Hərbi nazir-X.Sultanov; Maliyyə və xalq maarifi naziri-N.Usubbəyov; Xarici işlər naziriM.H.Hacınski; Yollar, poçt və teleqraf naziri -X.Məlikaslanov; Ədliyyə naziri-X.Xasməmmədov; Əkinçilik və əmək naziriƏ.Şeyxülislamov; Ticarət və sənaye naziri-M.Y.Cəfərov; Dövlət nəzarəti naziri-C.Hacınski. 1918-ci il mayın 30-da böyük dünya dövlətlərinin xarici işlər nazirlərinə Azərbaycan istiqlaliyyətinin elan olunması haqqında F.X.Xoyskinin imzası ilə teleqram göndərildi. İyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında Batumda Sülh və dostluq müqaviləsi imzalandı. Müqavilənin 4-cü bəndinə görə Türkiyə hökuməti Azərbaycana hərbi yardım göstərməyi öz öhdəsinə götürdü. İyunun ortalarında Tiflisdən Gəncəyə köçən Azərbaycan hökuməti ciddi daxili və xarici problemlərlə üzləşdi. Bu vaxt artıq Nuru paşanın hərbi diviziyası Gəncədə idi. Gəncədə Milli Şura güclü müxalifətlə rastlaşdı. “İlhaq”-Azərbaycanın Türkiyəyə birləşdirilməsini istəyən bu dairələr Nuru paşanı öz tərəflərinə çəkərək onun nüfuzundan Milli Şuraya qarşı mübarizədə istifadə edirdilər. Məhz onların təkidi ilə Nuru paşa Milli Şura üzvlərini qəbul etmədi. Həmin günlərdə Azərbaycanın istiqlaliyyətinin müqəddəratı həll olunurdu, çünki “ilhaqçı”lar ictimaiyyət arasında nüfuza malik idilər. Yalnız M.Ə.Rəsulzadənin başçılıq etdiyi Milli Şuranın qətiyyətli mövqeyi kompromis əldə etməyə imkan verdi. 1918-ci il iyunun 17-də toplanmış Milli Şura 2 qətnamə qəbul etdi: 1.“Müvəqqəti hökumətin hüquq və vəzifələri haqqında”; 2.“Milli Şuranın buraxılması haqqında” (9, s. 247). M.Ə.Rəsulzadə Şuranın buraxılmasını demokratiyanın geri çəkilməsi və irticanın müvəffəqiyyəti kimi qiy- 246 mətləndirdi. İyun hadisələri Azərbaycanın siyasi həyatında sağa dönüşün başlanğıcı demək idi. Bu hadisələrdən sonra sol partiyalar, “Müsavat” da öz fəaliyyətlərini faktiki olaraq dayandırmalı oldular. M.Ə.Rəsulzadə, X.Xasməmmədov, A.Səfikürdski və b. siyasi fəaliyyətdən uzaqlaşdırılaraq danışıqlar bəhanəsi ilə İstanbula göndərildilər. Lakin irtica Milli Şuranın buraxılmasına nail olsa da, demokratik qüvvələr Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlaya bildilər. 1918-ci il iyunun 12-də S.Q.Şaumyanın əmri ilə Bakı Soveti hərbi qüvvələri Gəncə üzərinə hücuma başladı. Yalnız 1918 il 4 iyun tarixli Azərbaycan-türk müqaviləsinin 4-cü bəndinə əsasən birləşmiş Azərbaycan-türk qüvvələri Göyçay ətrafında iyunun 27-dən iyulun 1-dək davam etmiş 4 günlük döyüşdə Bakı Sovetinin qoşunlarını ağır məğlubiyyətə uğradaraq, onların Gəncə üzərinə yürüşünün qarşısını almaq mümkün oldu. Lakin Bakını azad etmək üçün ordunun yaradılmasında hərbi səriştəli adamların və zabitlərin çox az olması çətinlik törətsə də, hökumət müəyyən tədbirlər görürdü: iyunun 26-da keçmiş müsəlman korpusu “Əlahiddə Azərbaycan korpus”una çevrildi, avqustun 11-də ümumi hərbi səfərbərlik elan olundu və 1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Sentyabrın 1-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul olundu. Baş nazir F.X.Xoyski həm də müdafiə naziri, general Mehmandarov isə onun müavini təyin olundu. İyulun 31-də Bakı XKS-nin istefasından sonra şəhərdə hakimiyyəti “Sentrokaspi diktaturası” ələ keçirmişdi. Azərbaycan-türk qoşunları sentyabrın 15-də Bakını azad etdilər. Sentyabrın 17-də Milli hökumət Gəncədən Bakıya köçdü. 1919-cu ildə Cənub bölgəsində də separatçı qüvvələrin müqaviməti qırıldı. Hələ, 1918-ci ilin aprelindən etibarən burada rus zabitləri və bolşevik-daşnak qüvvələri ağalıq edirdilər. Hətta, 1919- cu ilin mayında bölgədə mərkəzi Lənkəran şəhəri olmaqla “Muğan Sovet Respublikası” yaradılmışdı. 1919-cu ilin avqustunda general H.Səlimovun başçılığı ilə keçirilən hərbi əməliyyatlar nəticəsində bu qondarma respublika da ləğv olundu və nəzarət AXC-nin əlinə keçdi. 247 Şimal bölgəsində də mübahisəli ərazi məsələləri həll olundu. Gürcüstan Respublikası ilə razılıq (1919-cu il 16 iyun müqaviləsi) 91,9 % müsəlmanlardan ibarət olan Zaqatala-Balakən ərazisi Xalq Cümhuriyyətinin tərkibinə daxil edildi. Zaqatala, Qax və Balakən ərazisini əhatə edən Zaqatala quberniyası təsis olundu. Məmmədağa Şahmalıyev qubernator təyin edildi. Quba-Xaçmaz bolgəsində separatçiliq meyllərinə son qoyuldu. Bununla da Azərbaycan Cümhuriyyəti öz hakimiyyətini bütün respublika ərazisində bərqərar etdi. Demək olar ki, Azərbaycan ərazisinin azad olunmasında Qafqaz və İslam ordusunun 2 min əsgəri və zabiti şəhid olmuşdu. 2. Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu. Azərbaycan parlamenti və onun fəaliyyəti Azərbaycan Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. “İstiqlal Bəyannaməsi”nə görə, Azərbaycanda ali hakimiyyət xalqa məxsus idi. Qanunverici hakimiyyət-parlamentə, icraedici hakimiyyət isə parlament qarşısında məsuliyyət daşıyan hökumətə məxsus idi. Hərbi quruculuqdan başqa, 1918-ci il 17 iyun tarixli intibahnaməsinə görə dövlət idarələri, məhkəmə və məktəb sisteminin milliliəşdirilməsi əsas vəzifələrdən biri idi. İyunun 26-da Azərbaycan Milli ordusunun yaradılması haqqında fərman verildi. İyunun 27-də Azərbaycan dili dövlət dili elan edildi. 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Noyabrın 9-da isə həmin bayraq üçrəngli-yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz olundu. M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi Azərbaycanın dövlət bayrağındakı bu 3 rəng “türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur” (9, s. 248). I dünya müharibəsində məğlub olmuş Türkiyə ilə Böyük Britaniya arasında 1918-ci il oktyabrın 30-da bağlanmış Mudros barışığına görə Türkiyə Cənubi Qafqaz, o cümlədən Azərbaycandan 248 hərbi hissələrini çıxarmalı idi, Cənubi Qafqaz Böyük Britaniyanın nüfuz dairəsi elan olunur və Bakıya ingilis qoşunları yeridilir. M.Ə.Rəsulzadənin təsvirinə görə 1500 əsgərlik Azərbaycan ordusu ölkənin müxtəlif yerlərinə səpələndiyinə və Bakıda 500 nəfər milis (polis) qaldığına görə məsələ yalnız diplomatik yolla həll olunmalıydı. N.Usubbəyov, Ə.Ağayev və M.Rəfiyevdən ibarət Azərbaycan nümayəndə heyətinin İrandakı ingilis qoşunlarının komandanı general Tomsonla Ənzəlidə apardığı danışıqlar səmərəsiz oldu. General Tomson Ənzəlidən Bakıya yola düşməzdən əvvəl bəyənnamə ilə çıxış etdi: “I. Noyabrın 17-si saat 10-na kimi Bakı həm türk, həm də Azərbaycan qoşunlarından təmizlənməlidir; II. Bakı şəhəri neft mədənləri ilə birlikdə işğal olunacaq, ölkənin qalan hissəsi isə Azərbaycan hökuməti və qoşunlarının nəzarəti altında qalacaqdır; III. Azərbaycan Respublikası rəsmi olaraq tanınmır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri Azərbaycan hökuməti ilə de-fakto (faktik surətdə, işdə, həqiqətdə) əlaqələr yaradacaqlar; IV. Aşağıdakı dəyişikliklər istisna olmaqla bütün müəssisə və təşkilatlar öz adi fəaliyyətlərini davam etdirirlər: A) general Tomson Bakının general-qubernatoru təyin olunur; B) şəhər polisinə ingilis komandanlığının nümayəndəsi başçılıq edir; V) şəhər Dumasına yenidən əvvəlki fəaliyyət sərbəstliyi verilir; Q) Paris sülh konfransında millətlərin öz müqəddəratini təyinetmə prinsipi ətrafında gedən diskussiyalardan Azərbaycan kənarlaşdırılmayacaq; D) silahlı ermənilər Bakıya buraxılmırlar” (95, v. 1). 1918-ci il noyabrın 17-də ingilis qoşunları Biçeraxovun dəstələri ilə birlikdə Bakıya daxil oldular. Noyabrın 16-da Azərbaycan Milli Şurası 5 aylıq fasilədən sonra Bakıda yenidən fəaliyyətə başladı. Noyabrın 19-da Milli Şura ikinci iclasında “Azərbaycan parlamentinin yaradılması haqqında qanun” qəbul etdi. Yaranmış 249 fövqəladə şəraitdə Ümumazərbaycan Müəssisələr Məclisini çağırmaq mümkün olmadığı üçün Milli Şuranı ali qanunvericilik orqanına-Azərbaycan Parlamentinə çevirmək qərara alındı (64, s. 13- 16). Qanuna əsasən Azərbaycanda yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdırlar. 120 nəfərdən ibarət olan Azərbaycan parlamentində Azərbaycan türklərinə-80, etmənilərə-21, ruslara-10, alman, yəhudi, gürcü və polyakların hərəsinə 1 yer ayrılmışdı. Qalan 5 yerdən 3-ü Bakı həmkarlar təşkilatı, 2-si isə Bakı neft sənayeçiləri şurası və Ticarət-sənaye ittifaqı üçün nəzərdə tutulmuşdu (5, s. 377). Azərbaycan Milli Şurası Rus Milli Şurasının nümayəndələrini parlamentin işinə cəlb etmək məqsədi ilə kompromis variant irəli sürdü. 1918-ci il noyabrın 24-də Azərbaycan Milli Şurası bildirdi ki, 28 may tarixli “İstiqlal bəyənnaməsinin” mövcudluğuna baxmayaraq, o, Azərbaycanın müstəqilliyinin Rus Milli Şurası tərəfindən dərhal tanınmasını tələb etmir. Lakin Azərbaycanı Rusiyanın mülkiyyəti hesab edən və buna görə də Azərbaycan xalqının öz müqəddəratını təyin etmək hüququnu inkar edən Rus Milli Şurası parlamentə nümayəndələrini göndərməkdən imtina etdi. Rus Milli Şurası Azərbaycan hökumətindən tələb etdi ki, ağqvardiyaçıların təşkil etdikləri Ufa direktoriyasının ali hakimiyyətini tanısın. Hətta general Tomson belə bu tələbin əsassız olduğunu bildirdi. Bu hadisələr ingilis komandanlığı ilə Azərbaycan hökuməti arasında yaxınlaşma prosesinə təkan vermiş oldu. Azərbaycanın dövlət müstəqilliyinin müdafiəsində “Müsavat” partiyası və digər sol təşkilatların göstərdikləri qətiyyət Rus Milli Şurası daxilində ziddiyyətlərin yaranmasına və son nəticədə bu təşkilatın parçalanmasına gətirib çıxardı. Rus Milli Şurası üzvlərinin bir hissəsi olnun tərkibindən çıxaraq “Rus-Slavyan cəmiyyəti” adlı təşkilat yaratdılar. Bu təşkilat Azərbaycan parlamenti və hökumətinin işində iştirak etməyə hazır olduğunu bildirdi. Bunun ardınca Azərbaycanın erməni icması və “Daşnaksütyun” partiyası da öz nümayəndələrini parlamentə göndərməyə razılıq verdilər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təsis iclası oldu. Əli Mərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy 250 Ağayev onun birinci müavini seçildi. Daha sonra baş nazir F.X.Xoyski söz alaraq hökumətin öz səlahiyyətlərini yerə qoyduğunu və bütün hakimiyyəti parlamentə təhvil verdiyini elan etdi. Fikir rəngarəngliyinə baxmayaraq bütün fraksiyalar bir məsələdə yekdil idilər: parlamentin fəaliyyətinin əsas məqsədi-Azərbaycanın müstəqilliyini, onun milli-siyasi hüquqlarının müdafiə olunması, Azərbaycanla digər Qafqaz xalqları arasında həmrəylik münasibətlərinin yaradılması, ölkə daxilində demokratik quruluşun bərqərar edilməsindən ibarət olmalıdır və həmin məqsədlər ətrafında bütün parlament fraksiyaları sıx birləşməlidirlər. Azərbaycan parlamentinin 97 üzvü var idi və bunlar 10 fraksiyada birləşmişdilər. “Müsavat” partiyasının nümayəndələri bitərəf demokratlar qrupu ilə birləşərək ən böyük parlament fraksiyasını təşkil edirdilər. 38 parlament üzvündən ibarət olan bu fraksiyanın lideri M.Ə.Rəsulzadə idi. Parlamentdə “İttihad” partiyasının-13, “Əhrar”ın-7, “Hümmət” və müsəlman sosialist blokunun üzvlərindən ibarət olan sosialistlər fraksiyasının 13, Rus-Slavyan cəmiyyəti”nin4, “Daşnaksütyun”-7, erməni icması və milli azlıqlar fraksiyalarının hər birinin-4 nümayəndəsi vardı. Bundan əlavə parlamentdə “bitərəflər” və “müstəqillər” (Ə.M.Topçubaşov, S.Mehmandarov, X.Məlikaslanov) fraksiyaları fəaliyyət göstərirdilər. A.Əfəndiyev heç bir fraksiyaya daxil deyildi. Yeni hökumət kabinetinin təşkili F.X.Xoyskiyə həvalə olundu. 1918-ci il dekabrın 26-da Azərbaycan Respublikasının yeni, 3-cü hökumətin tərkibi parlamentə təqdim olundu (9, s. 253). 3. Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti Yeni Azərbaycan hökumətinin təşkili ilə əlaqədar olaraq general Tomson dekabrın 28-də bəyanat verdi. Bu bəyanat “vahid və bölünməz Rusiya” bayrağı altında çıxış edən qüvvələrə ayıldıcı təsir göstərsə də, Azərbaycanda hakimiyyəti ələ keçirmək məqsədi ilə onlar 1919-cu il yanvarın əvvəllərində “Qafqaz-Kaspi hökuməti” 251 deyilən oyuncaq bir qurum yaratdılar. Lakin ingilis komandanlığı bunu qəbul etmədi, əksinə, 1919-cu il yanvarın 22-də Bakıya gəlmiş Cənubi Qafqazdakı müttəfiq qoşunlarının baş komandanı general C.Milton Nazirlər Şurasının sədri F.X.Xoyski ilə görüşü zamanı bir daha bildirdi ki, ingilislər Azərbaycan hökumətini Azərbaycan Respublikası ərazisində yeganə leqal hakimiyyət kimi qəbul edir və ona müttəfiq komandanlığı tərəfindən hərtərəfli yardım göstəriləcəkdir və müttəfiq komandanlığı yenicə yaradılmış Cənubi Qafqaz dövlətlərinin daxili işlərinə qarışmayacaqdır. 1919-cu il fevralın 28- də Azərbaycan hökuməti müttəfiq komandanlığına təqdim etdiyi notada tələb olunurdu ki, Bakıda asayişin bərqərar edilməsinə mane olan L.Biçeraxovun qoşunları şəhərdən çıxarılsın və erməni silahlı birləşmələri tərk-silah edilsin. İngilislər bu tələbi müdafiə etdilər və 24 saat ərzində Biçeraxovun qoşunları Bakıdan çıxarıldı, erməni dəstələri isə tərk-silah olundu. Azərbaycan hökumətinin polis, maliyyə idarələri, mətbuat, Bakı dəniz limanının fəaliyyəti üzərində tam nəzarəti bərpa edildi. General Tomsonun tutduğu Bakı generalqubernatoru vəzifəsi ləğv olundu. General Tomsonun noyabr bəyənnaməsinə əsasən Azərbaycan hökumətinə Bakıda ordu saxlamaq qadağasına görə 1918-ci ilin noyabrından 1919-cu ilin aprelinədək Azərbaycan Respublikasının hərbi nazirliyinin Gəncədəki fəaliyyəti ləğv edildi və ordu Bakıya daxil oldu. M.Ə.Rəsulzadə göstərirdi ki, “burada siyasi və iqtisadi mənfəətlər vardır. Bakı neftinin müstəqil Qafqasiyalı bir hökumət əlində olması və ümumiyyətlə, Qafqasiyanın Rusiyadan ayrılması ingilislərə sərfəli idi. Azərbaycan da bu keyfiyyətdən istifadə etməliydi” (57, s. 50). “İstiqlal bəyənnaməsi”nin qəti olaraq həyata keçirilməsi xeyli dərəcədə Azərbaycan Respublikasının dünya dövlətləri tərəfindən hüquqi cəhətdən tanınmasından asılı idi. Paris sülh konfransında Azərbaycanın taleyi həll olunmalı idi. 1919-cu il yanvarın 8-də Bakıdan yola düşən və İstanbulda bir qədər ləngidikdən sonra mayın əvvələrində Parisə gəlib çıxan Azərbaycan nümayəndə heyətinin məqsədi Paris sülh konfransı tərəfindən Azərbaycanın istiqlaliyyətinin tamamilə və qeyd-şərtsiz tanınmasına nail olmaqdı. 252 1919-cu ilin martında Xoyski hökuməti istefa verdi və aprelin 14-də N.Usubbəyovun başçılığı ilə yeni hökumət kabinetinin tərkibi parlament tərəfindən təsdiq edildi. 1919-cü il aprelin 25-də Tiflisdə siyasi, iqtisadi, maliyyə və ərazi mübahisələrini həll etmək üçün Cənubi Qafqaz dövlətlərinin konfransı açıldı. Konfransda Ermənistan ilk növbədə ərazi mübahisələrinin həll edilməsini tələb edirdi. Denikin ordusunun Dağıstan və Gürcüstan üzərinə hücumunun başlanması ilə əlaqədar olaraq konfransın işi yarımçıq qaldı. Bununla əlaqədar olaraq, mayın 26-sı və iyunun 5-də parlamentin fövqəladə iclasları keçirildi. Fövqəladə səlahiyyətlərə malik olan xüsusi orqan-Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı. DMK 1919-cu il iyunun 11-də Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan etdi. 1919-cu il iyunun 11-də ingilis qoşunlarının komandanı vəzifəsində Tomsonu əvəz etmiş general Kori N.Usubbəyova məlumat verdi ki, Azərbaycanla Denikin qüvvələri arasında Petrovskin beş mil cənubundan keçən demarkasiya xətti (sərhəd çəkilməsi, təyin edilməsi) müəyyən edilmiş və Denikinə bu xətti keçmək qadağan olunmuşdur. 1919-cu il iyunun 27-də 3 il müddətinə Azərbaycan-Gürcüstan hərbi-müdafiə paktının imzalanmasına cavab olaraq Denikin hər iki respublikaya qarşı iqtisadi blokada elan etdi. Daşnak hökuməti açıqca bildirdi ki, Azərbaycana qarşı mübarizədə Ermənistan və onun ordusu Denikin qoşunlarının avanqardı rolunu oynayır. Türkmənçay müqaviləsinin 8-ci bəndini (yalnız Rusiyanın Xəzər dənizində hərbi donanma saxlamaq hüququ var) bəhanə edən Denikin Azərbaycan donanmasının milli dövlət bayrağı altında Xəzər dənizində üzməsinin qarşısını almağa cəhd etdi. Azərbaycan xarici işlər naziri M.Y.Cəfərov Denikinə göndərdiyi notada bunu rədd etdi: “1828-ci il Türkmənçay müqaviləsi Rusiya ilə İran arasında bağlanmışdər və Azərbaycan üçün heç bir qüvvəyə malik deyildir. Nəzərinizə çatdırmaq lazım bilirəm ki, Azərbaycan donanması indiyə qədər olduğu kimi bundan sonra da öz milli bayrağı altında üzəcəkdir” (94, s. 6). 253 İstiqlal günü, 1919-cu il mayın 28-də Paris sülh konfransındakı Azərbaycan nümayəndə heyətini ABŞ prezidenti V.Vilson qəbul etdi. Azərbaycan Respublikasının bütün ərazisinə qarşı iddia irəli sürmüş İranın Paris konfransındakı mövqeyi gözlənilməz oldu. 1919-cu il 9 avqust tarixli ingilis-İran sazişinin imzalanmasından sonra iranlılar konfransın işindən uzaqlaşdırıldılar. 1919-cu il avqustun 2-ci yarısında ingilis qoşunları Azərbaycan ərazisini tamamilə tərk etdilər və Azərbaycan tam müstəqil dövlət kimi yaşamağa başladı. 1919-cu il iyulun 21-də parlament “Azərbaycan Respublikasının Müəssisələr Məclisinə seçkilər haqqında Əsasnamə”ni təsdiq etdi. 1919-cu il avqustun 11-də “Azərbaycan vətəndaşlığı haqqında Qanun”, 1919-cu il sentyabrın 30-da “Mətbuat haqqında Nizamnamə” qəbul olundu. Ümumiyyətlə, Azərbaycan parlamenti fəaliyyət göstərdiyi 17 ay ərzində 134 iclas keçirmişdi. Parlamentə 270-dən çox qanun layihəsi təqdim olunmuşdu. Onlardan 230-a yaxını müzakirə edilib təsdiq olunmuşdu. Müzakirə olunan qanun layihələrinin üçdə ikisi maliyyə, ədliyyə, daxili və hərbi, 30-dan çoxu xalq maarifi, səhiyyə və əmək, 12-si əkinçilik məsələlərinə həsr olunmuşdu. 1919-cu il dekabrın 2-dən 11-dək Bakıda “Müsavat” partiyasının II qurultayı keçirildi. Qurultay partiyanın Mərkəzi Komitəsinin yeni tərkibini seçdi: M.Ə.Rəsulzadə, N.Usubbəyov, M.H.Hacınski, H.Ağayev, Ş.Rüstəmbəyov, M.Vəkilov və M.Hacınski. 1920-ci il yanvarın 11-də Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. RSFSR xarici işlər naziri Q.V.Çiçerin 1920-ci il yanvarın əvvəllərində Azərbaycan hökumətinə göndərdiyi notada Sovet Resiyasının xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət etməsindən dəm vurur və Azərbaycana Denikin əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi. Azərbaycan hökuməti başa düşürdü ki, bu təklifdə əsas məqsəd Azərbaycanı Denikinlə qeyri-bərabər hərbi münaqişəyə cəlb edib zəiflətmək, sonra isə onun istiqlaliyyətinə son qoymaqdır. Azərbaycanın xarici işlər naziri F.X.Xoyski cavab notasında göstərirdi ki, Denikinlə Sovet höku- 254 məti arasında mübarizə rus xalqının daxili işidir və Azərbaycan hökuməti Rusiyanın daxili işlərinə qarışmaq niyyətində deyil. Q.V.Çiçerin 1920-ci il 23 yanvar tarixli II notasında Azərbaycan hökumətini Denikinə qarşı mübarizə aparmaqdan imtina etməkdə günahlandırdı.F.X.Xoyski bir daha təsdiq etdi ki, Azərbaycan ilə Sovet Rusiyası arasında hər hansı danışıqlar yalnız Azərbaycanın istiqlaliyyətinin Sovet hökuməti tərəfindən qeyd-şərtsiz tanınmasından sonra başlaya bilər. 1920-ci il martın 7-də Azərbaycan hökumətinə göndərdiyi notada Q.V.Çiçerin bildirirdi ki, “Azərbaycanın istiqlaliyyəti yalnız Sovet Rusiyası ilə Azərbaycan arasında münasibətlər kompleksinə daxil olan müxtəlif məsələlər barəsində mürəkkəb danışıqların nəticəsi olaraq tanına bilər” (9, s. 261). Q.V.Çiçerin Azərbaycan hökumətinin təkliflərinə konkret cavab verməyərək, bilərəkdən F.X.Xoyski ilə yazışmanı uzadırdı. Rusiyanın bu diplomatik manevrləri Azərbaycana qarşı hazırlanan hərbi müdaxiləni pərdələmək və Azərbaycan hökumətinin sayıqlığını azaltmaq məqsədi güdür. V.İ.Leninin 1920-ci il martın 17-də İ.T.Smilqa və Q.K.Orconikidzeyə göndərdiyi teleqram bunu təsdiq edirdi: “Bakını tutmaq olduqca və olduqca zəruridir. Bütün qüvvələri buna yönəldin” (47, s. 16). 4. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və tarixdə yeri Bolşeviklər 2 dəfə-1918-ci ilin dekabrında və 1919-cu ilin mayında Bakıda siyasi tətillər təşkil etməyə cəhd göstərdilər. Lakin azərbaycanlı fəhlələrin həmin tətilləri boykot etməsi nəticəsində onlar tam iflasa uğradılar. Bakı bolşevikləri gözdən pərdə asmaq məqsədilə “müstəqil” Azərbaycan Kommunist Partiyasının yaradılması ideyasını irəli sürdülər. Bu RK(b)P-nin yerli təşkilatı olaraq onun bütün qərarlarını yerinə yetirməli idi. Uzun sürən mübahisələrdən sonra RK(b)P Siyasi bürosu 1920-ci il yanvarın 3-də “müstəqil” Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının yaradılmasına icazə verdi və fevralın 11-12-də AK(b)P-nin təsis qurultayı 255 keçirildi. M.D.Hüseynov AK(b)P Rəyasət Heyətinin sədri seçilsə də, “partiya”nın faktiki rəhbəri A.İ.Mikoyan idi. AK(b)P Sovet Rusiyasının Azərbaycandakı “beşinci kolonnası” idi. Azərbaycan tarixinin belə məsuliyyətli dövründə hökumət daxilində birliyi qoruyub saxlamaq mümkün olmadı. Sovet Rusiyasına münasibət məsələsində F.X.Xoyski ilə M.H.Hacınski arasında qızğın mübarizə başladı. F.X.Xoyski Rusiyaya münasibətdə sərt xətt tərəfdarı idi. F.X.Xoyski və tərəfdarları M.H.Hacınskinin daxili işlər naziri vəzifəsindən istefasına nail olsalar da,o, ticarət naziri kimi hökumətin tərkibində qala bildi və cavab zərbəsi üçün əlverişli imkan gözləməyə başladı. Qarabağdakı daşnak qiyamından istifadə edən Rusiya təmayüllü qüvvələr N.Usubbəyov hökumətini ölkədə qayda-qanun yaratmaq iqtidarında olmamaqda günahlandıraraq, onu istefa verməyə məcbur etdilər. Yeni hökumət kabinetinin təşkili M.H.Hacınskiyə tapşırıldı. Dərhal M.H.Hacınski öz şəxsi təhlükəsizliyini təmin etmək üçün bolşeviklərə öz hökumətində nazir vəzifələri təklif etdi və hətta, bolşeviklər partiyasına daxil olmağa hazır olduğunu bildirdi. Bolşeviklər M.H.Hacınskinin təşkil etdiyi hökumətə daxil olmaqdaq imtina etsələr də, ona bildirdilər ki, əgər Azərbaycandakı kommunist təşkilatlarına loyal münasibət bəsləsəniz, yaxın müddətdə sizin kabinetə qarşı çıxış etməyəcəyik. Mövcud hakimiyyətə qarşı daimi müxalifətdə olan və nəyin bahasına olursa-olsun “Müsavat”ın başçılıq etdiyi hökuməti devirməyə çalışan “İttihad” Rusiya ilə hərbi ittifaqa girməyi tələb edirdi. Moskvanın təhriki ilə daşnaklar 1920-ci il martın sonunda Qarabağ və Gəncəbasarda qiyam qaldırdılar. Bu qiyam 2 məqsədə xidmət edirdi: I, Azərbaycan hökuməti özünün bütün qüvvələrini qiyamçılara qarşı göndərməli oldu ki, bununla da XI Qızıl Ordunun hücumu ərəfəsində Azərbaycanın şimal sərhədləri demək olar ki, müdafiəsiz qaldı. Digər tərəfdən isə, bolşeviklər daşnak qiyamından istifadə edərək ölkənin daxilində Azərbaycan hökumətinə qarşı düşmənçilik təbliğatını daha da gücləndirir və hökuməti Qarabağda milli münaqişəni həll etməkdə acizlikdə günahlandırırdılar. Bolşeviklər guya ölkədə qayda-qanun yaratmaq məqsədi ilə XI Qızıl Ordunu Azərbaycana dəvət 256 etməyə çağırırdılar. 1920-ci ilin aprelində Denikin qoşunlarının törtöküntülərini darmadağın edən XI Qızıl Ordu hissələri bilavasitə Azərbaycan sərhədlərinə çıxdılar. A.İ.Mikoyan başçılıq etdiyi Bakı bolşevikləri Azərbaycan xalqı adından XI Qızıl Ordunu Azərbaycana dəvət etmişdi. XI Qızıl Ordu plana görə Bakıda bolşevik qiyamından 1-2 gün sonra Azərbaycana soxulmalı idi və beləliklə, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlamamışdı və aprelin 27-də XI Qızıl Ordu hissələri Azərbaycana daxil olub Bakıya doğru irəliləməyə başladılar. XI Qızıl Ordunun hücumu ilə eyni vaxtda, aprelin 27-si gündüz saat 12-də Azərbaycan parlamentinə AK(b)P MK və RK(b)P-nin Qafqaz Ölkə Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında ultimatum verildi. Qan tökülməsinə yol verməmək üçün Azərbaycan parlamenti həmin gün axşam saat 11-də hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi barədə qərar çıxardı. Bu şərtlə ki: 1) rus ordusu Bakıya daxil olmadan dəmiryolu ilə birbaşa Anadolunun köməyinə gedəcək; 2) Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq; 3) Azərbaycan ordusu olduğu kimi saxlanacaq; 4) Azərbaycan siyasi partiyaları üçün fəaliyyət sərbəstliyi təmin olunacaq; 5) keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri saxlanılacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək; 6) azad həraitdə toplanacaq Azərbaycan şuraları hakimiyyətin idarə şəklini təyin edəcək (9, s. 265). Yalnız aprelin 29-da Azərbaycan İnqilab Komitəsi hərbi yardım göstərmək xahişi ilə Sovet hökumətinə rəsmi surətdə müraciət etdi. Bu xahişə ehtiyac yox idi, çünki artıq 2 gün idi ki, rus ordusu Azərbaycanın hüdudları daxilində idi. Bu sübut edirdi ki, Azərbaycan Demokratik Respublikasının qanuni hökuməti Rusi- 257 yanın hərbi təcavüzü nəticəsində devrilmişdir. Digər tərəfdən, beynəlxalq hüquq normalarına görə xaricdən hərbi kömək göstərilməsi xahişi ilə yalnız ölkənin qanuni hökuməti çıxış edə bilər. Nə Azərbaycan parlamenti, nə də Azərbaycan hökuməti belə bir xahişlə müraciət etməmişdi. 5. Erməni təcavüzünə qarşı mübarizə Cənubi Qafqaz Seymi dağıldıqdan sonra yeni yaranmış dövlətlərin sərhədlərini müəyyənləşdirmək zərurəti yaranmışdı. Erməni numayəndəliyi Azərbaycan şəhəri olan İrəvanın Ermənistanın paytaxtına çevrilməsinə razılıq verilməsi üçün Azərbaycan hökumətinə müraciət etdi. 1918-ci il may ayının 29-da Milli Şura uzun müzakirələrdən sonra güzəştə getdi. Batumda tərəflər arasında olan razılığa görə, İrəvan şəhəri ermənilərə o şərtlə güzəştə gedildi ki, onlar Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəksinlər (93, v. 51). Bu güzəşt böyük bir səhv idi. 1918-ci ilin yayında Andranik 8 min nəfərlik hərbi qüvvə ilə Zəngəzura soxuldu. Daşnaklar Azərbaycanın digər bölgələrindən ayrı salınmış Zəngəzurda 115 (25, s. 151), Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini dağıtdılar. Andranikin dəstələrinin Zəngəzur və Qarabağda quldurluq hərəkətinin qarşısını almaq üçün 1919-cu ilin yanvarın 15-də Qarabağ general-qubernatorluğu yaradıldı. Xosrovpaşa bəy Sultanov Qarabağ general-qubernatoru təyin edildi (98, v. 27). Nəticədə Şuşanı tutmağa çalışan Andranikin quldur dəstələri darmadağın edildi. X.Sultanov erməni milli şurası üzvlərinin Azərbaycanı tərk etməsinə nail oldu. Avqust ayında Qarabağ erməniləri Azərbaycanın suverenliyini qəbul etməyə razılıq verdilər. 1918-ci il may-avqust aylarında Andranik 8 min nəfərlik silahlı dəstə ilə Naxçıvana soxulub, “etnik təmizləmə” adı ilə yerli əhalini vəhşicəsinə qətlə yetirdi. K.Qarabəkir paşanın başçılığı ilə türk ordusunun Naxçıvana daxil olması Andranikin vəhşiliklərinin qarşısını aldı. Türkiyə I Dünya müharibəsində məğlub olduğuna görə noyab- 258 rın 1-də türk qoşunları Naxçıvanı tərk etdilər. 1918-ci il noyabr ayında Naxçıvan bölgəsində Araz-Türk Respublikası yaradıldı. Ölkəni ermənilərdən müdafiə etmək üçün silahlı qüvvələr təşkil edildi. 1918-ci il noyabr ayından 1919-cu ilin mart ayınadək fəaliyyət göstərmiş Araz-Türk Respublikası bu bölgənin ermənilərin əlinə keçməsinə imkan vermədi, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Azərbaycan hökuməti Naxçıvanın müdafiəsini təmin etmək üçün 1919-cu ilin fevralında Naxçıvan general-qubernatorluğunu yaratdı (99, v. 2). Bəhram xan Naxçıvanski general-qubernator təyin edildi. 1919-cu ilin may-iyul aylarında Naxçıvan bölgəsində ingilislərin iştirakı ilə yaradılan “erməni idarəçiliyi” yerli əhalinin ciddi müqaviməti nəticəsində iflasa uğradı, erməni qoşunları Naxçıvandan çıxmağa məcbur oldu. 1919-cu il noyabrın 23-də Tiflisdə Azərbaycanla Ermənistan arasında silahlı toqquşmanı dayandırmaq, mübahisələri dinc yolla həll etmək haqqında saziş imzalandı. Lakin sazişin şərtlərini pozan ermənilər yenidən hücuma keçərək 50-dən çox Azərbaycan kəndini dağıtdılar. 1920-ci ilin fevralında Zəngəzurda qısamuddətli saziş əldə edildi. Ərazi məsələlərinin qalib dövlətlərin köməyi ilə həll ediləcəyinə ümid bəsləyən erməni rəhbərliyinin Paris sülh konfransında Türkiyənin 7 vilayətinə, Azərbaycanın Zəngəzur və Naxçıvan bölgələrinə, Qarabağın dağlıq hissəsinə ərazi iddiaları Azərbaycan nümayəndəliyi tərəfindən qətiyyətlə rədd edildi və ermənilərin planları iflasa uğradı. 259 XVI FƏSİL AZƏRBAYCAN SOVET REJİMİ ŞƏRAİTİNDƏ (1920-1939-cu illər) Plan: 1. Azərbaycan sovet rejiminin bərqərar olması və ona qarşı üsyanlar. 2. Azərbaycanda sovet milli siyasəti. DQMV-nin və Naxçıvan MSSR-in təşkili. 3. Azərbaycanda sosialist yenidənqurmaları və onların nəticələri. Kütləvi siyasi represiyalar. 4. Azərbaycanda mədəni quruculuq. 1. Azərbaycan sovet rejiminin bərqərar olması və ona qarşı üsyanlar 1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edildi. Hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə verildi və Azərbaycan SSR Xalq Komissarları Soveti yaradıldı (N.Nərimanov-sədr, H.Sultanov, Ə.H.Qarayev, Q.Musabəyov, M.D.Hüseynov, Ç.İldırım, D.Bünyadzadə, Ç.Vəzirov). Qırmızı ordu hissələri aprelin 28-30-da Lənkəranı, Salyanı, Şuşanı, Ağdamı və b., mayın əvvəllərində Gəncəni, Şamaxını, Goyçayı, Şəkini, Zaqatalanı və Balakəni zəbt etdilər, mayın ortalarında isə Qarabağ bölgəsini öz nəzarətləri altına aldılar. Rusiyanın hərbi donanması Lənkəran və Astaraya desant çıxardı. İnqilab Komitəsinin 1920-ci il 3 may tarixli dekreti ilə yerlərdə qəza, mahal və kənd inqilab komitələri yaradıldı, polis ləğv edildi, fəhlə-kəndli milisi təşkil olundu. Torpaq haqqında 1920-ci il 5 may tarixli dekreti ilə bütün xan, bəy torpaqları müsadirə edildi və ödənişsiz kəndlilərin istifadəsinə verildi (6, s. 18). 1920-ci il mayın 7-də ordu və donanmanın yenidən təşkili barədə dekret verildi. Digər bir dekretlə isə Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı sərvətlər 260 milliləşdirilərək, dövlət mülkiyyətinə verildi. 1920-ci il 12 may tarixli dekreti ilə silki və mülki rütbələr (zadəgan, kəndli, bəy, xan, knyaz və s.) ləğv edildi. Xalq Maarif Komissarlığının 15 may tarixli qərarı ilə vicdan azadlığı elan olundu, hər cür dini ayinlərin icra olunması qadağan edildi, din dövlətdən və məktəbdən ayrıldı. Fövqəladə Komissiya (ÇK) və Ali İnqilabi Tribunal təşkil olundu (12, s. 119-120). 1920-ci il sentyabr tarixli fərman ilə kəndlərdə yaradılan yoxsul komitələri 1921-ci ilin yayından etibarən kənd sovetləri ilə əvəz olundu. 1920-ci il 24 may tarixli dekret ilə neft sənayesi milliləşdirildi, onu idarə etmək üçün V.İ.Lenin tərəfindən göndərilmiş A.P.Serebrovskinin başçılığı ilə Azərbaycan Neft Komitəsi (sonralar “Azneft”) təşkil olundu və neft faktiki olaraq Sovet Rusiyasının ixtiyarına keçdi. 1920-ci ilin iyununda Xəzər Ticarət Donanması, banklar və balıq sənayesi milliləşdirildi. 1920-ci ilən sonuna kimi Azərbaycandan Rusiyaya 3 mln. ton neft daşınmışdı, bu da Bakıda istehsal olunan neftin 90%-dən çoxu idi. 1921-ci il mayın 6-da Bakıda keçirilən Azərbaycan SSR-in I sovetlər qurultayı Azərbaycan SSRin ilk Konstitusiyasını qəbul etdi. Azərbaycan İnqilab Komitəsi ləğv edildi və qurultaylararası dövrlərdə respublikada ali qanunverici orqan olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (Az. MİK) seçildi. MİK sədri Muxtar Hacıyev, sədrin müavini Səmədağa Ağamalıoğlu seçildilər. Az. MİK qarşısında məsuliyyət daşıyan ali icraedici hakimiyyət orqanı-Azərbaycan SSR Xalq Komissarları Soveti (sədri N.Nərimanov) yenidən təşkil olundu. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər ziyalıları, din xadimlərini, Azərbaycan ordusunun yüksək rütbəli hərbiçilərini həbs edərək Nargin adasında güllələdilər. 1920- 1921-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin keçmiş sədrləri F.X.Xoyski və N.Yusifbəyli, parlamentin sədr müavini H.Ağayev, hökumət üzvləri X.Rəfibəyli, İ.Ziyadxanlı və b. öldürüldülər. 1920-ci il aprelin 28-dən-1921-ci ilin avqustunadək Azərbaycanda 48 min adam öldürüldü. M.Ə.Rəsulzadə Şamaxı qəzasında həbs edilərək Bakıya gətirilmiş, lakin Stalin tərəfindən 261 azad edilərək Moskvaya aparılmış və 1922-ci ildə Finlandiyaya, oradan Türkiyəyə mühacirət etmişdir. 1921-ci ildə “Müsavat”, “İttihad”, “Əhrar” partiyalarının qanundankənar olması və fəaliyyətlərinin qadağan olunması barədə rəsmi qərar verildi. Xalqın Sovet rejimindən narazılığı getdikcə artırdı. İlk güclü silahlı çıxış 1920-ci il may ayının 25-26-da Gəncədə Azərbaycan Milli Ordusunun bölmələri tərəfindən baş verdi, üsyançıların sayı 10-12 minə çatırdı. Üsyana general Cavad bəy Şıxlinski, general Məmməd Mirzə Qacar, polkovnik Cahangir bəy Kazımbəyov və b. ibarət Hərbi Şura rəhbərlik edirdi. Mayın 26-da üsyançılar dəmiryol stansiyasını ələ keçirdilər. Bolşevik hökuməti Gəncə üzərinə güclü hərbi qüvvə göndərdi, erməni əhalisi isə arxadan zərbə vuraraq, Qırmızı orduya köməklik göstərirdi. Mayın 31-də şəhər XI Qırmızı ordu hissələrinin nəzarətinə keçdi. Üsyançılardan 13 min nəfər həlak oldu, 76 nəfər zabit və əsgər Nargin adasında güllələndi. Türk generalı Nuru paşanın başçılıq etdiyi və 1920-ci il iyunun əvvəllərində başlamış Qarabağ üsyanının başlıca qüvvəsini Azərbaycan Milli Ordusunun Qarabağın müxtəlif yerlərində yerləşən hissələri, Şəki, Cavanşir, Ağdam süvari, Bakı piyada alayları, 2 topçu diviziyası təşkil edirdi. İlk hərbi toqquşma Ehsan xan Naxçıvanskinin komandanlıq etdiyi Şəki alayı arasında olmuşdu. Bu döyüşdə Naxçıvanski və onu müşaiyət edən bir qrup hərbiçi ələ keçirilib XI Qırmızı ordu qərargahında güllələndilər. Qarabağ üsyanı amansızlıqla yatirildi. 2. Azərbaycanda sovet milli siyasəti. DQMV-nin və Naxçıvan MSSR-in təşkili 1920-ci il iyunun 6-da Zaqatalada güclü üsyan baş verdi. Bu üsyanın əsas qüvvəsini dinc əhali təşkil edirdi. Üsyana keçmiş Xalq Cümhuriyyətinin xadimlərindən biri, peşəkar hərbiçi Əhmədiyev və Molla Hafiz Əfəndi başçılıq edirdilər. Amansızlıqla yatırılan üsyanın sağ qalan hissələri Gürcüstanda sığınacaq tapmalı oldular. 1920- 262 ci ilin yayında Şəmkir qəzasının Müşkürlü kəndi ətrafında, avqustda Quba qəzasının Dəvəçi və Qusar dairələrində kəndlilərin silahlı dəstəsi ilə Qırmızı ordu hissələri arasında toqquşmalar baş verdi. 1920- 1924-cü illərdə Lənkəran, Cavanşir, Ordubad və Şərur qəzalarında, Qəbələ və Xaçmazda da sovet rejimi əleyhinə kütləvi çıxışlar baş vermişdi. “İttihad” partiyasının Sovet hakimiyyətini devirmək üçün hazırladıqları üsyan planı baş tutmadı. Beləki, partiyanın sədri Qarabəy Qarabəyov başda olmaqla 155 nəfər üzvü xüsusi şöbə tərəfindən həbs olunmuşdu. 1920-ci il aprel çevrilişindən sonra da Ermənistan Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ və Şərur-Dərələyəz torpaqlarını ələ keçirmək niyyətində idi. Erməni hərbi hissələri 1920-ci ilin yayında Zərgəzuru dağıdıb Naxçıvana hücum etdilər. Əhalinin tələbi ilə Naxçıvanı müdafiə etmək üçün Veysəl bəyin başçılığı ilə köməyə gələn türk qoşun hissələri Naxçıvanı nəzarət altına aldılar. 1920-ci ilin iyulunda XI Qırmızı ordu hissələri də Naxçıvana girdi. 1920-ci ilin avqustunda Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış müvəqqəti sazişə görə, Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana verilir, rus qoşunlarının zəbt etdiyi Qarabağ, Zərgəzur və Naxçıvan mübahisəli ərazilər elan olunur. 1920-ci il oktyabrın əvvəllərində təcili olaraq Naxçıvanda fövqəladə komissarlığın yaradılması faktiki olaraq Naxçıvanı Ermənistan idarəçiliyinə vermək məqsədi güdürdü. Ermənistan sovetləşdikdən (29 noyabr 1920) sonra AK(b)P MK Siyasi və Təşkilat bürolarının 1920-ci il 30 noyabr tarixli qərarına müvafiq olaraq dekabrın 1-də Nərimanovun “…Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir…” bəyanatı erməniləri Azərbaycandan yeni ərazilər qoparmaq iddialarını daha da artırdı (12, s. 133). 1921-ci il fevral-mart aylarında keçirilən Moskva danışıqlarının əsas obyektlərindən biri Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvanın statusu məsələsi idi. Türkiyə nümayəndəsi bildirdi ki, Azərbaycanın Naxçıvan üzərində himayəsi o zaman təmin olunar ki, o bu himayəni 3-cü bir dövlətə güzəştə getməyəcəyinə dair öhdəlik götürsün. Rusiya isə Azərbaycanın himayəsi altında 263 Naxçıvana muxtariyyət verilməsini və onun sərhədlərinin müəyyənləşdirilməsini ön plana çəkirdi. 1921-ci il martın 16-da RSFSR ilə Türkiyə arasında Moskvada müqavilə imzalandı. Müqavilənin 3- cü maddəsində göstərilirdi ki, tərəflər müqaviləyə əlavədə nəzərdə tutulan sərhədləri ilə Azərbaycanın himayəçiliyi altında Naxçıvanın muxtar ərazi olmasına razılıq verirlər və Azərbaycan onu 3-cü dövlətə güzəştə getməməlidir (73, s. 598-599). 1921-ci il oktyabrın 13-də Qarsda imzalanmış müqavilədə Naxçıvanın Azərbaycan ərazisi olması bir daha təsdiqləndi, onun sərhədləri və gələcək statusu qəti olaraq müəyyənləşdirildi (49, s. 35). 1929-1931-ci illərdə Ordubad və Zəngilan rayonlarının bir sıra kəndləri Ermənistana verildi və bu ərazi Mehri rayonu adlandırıldı. Nəticədə Naxçıvanla Azərbaycanın digər torpaqları arasında olan sərhəd bağlandı. Naxçıvan barədə 1922-ci ilin yazında təsdiq olunmuş Əsasnamədə Naxçıvan Sovet Sosialist Respublikası (NSSR) adı ilə Azərbaycan SSR himaysində muxtar respublika elan olundu. 1923-cü ilin fevralından dekabrına kimi o, Azərbaycan SSR tərkibinə muxtar ölkə kimi, dekabrın 31-də qəbul olunmuş qərara görə Naxçıvan ölkəsi Naxçıvan SSR, 1924-cü il fevralın 9-da Naxçıvan MSSR kimi daxil oldu (6, s. 194-199; 40, s. 135). 1921-ci ilin yayında Əlahiddə Qafqaz ordusunun hissələri hücum etdi və Yuxarı Zəngəzur Ermənistana birləşdirildi. 1921-ci ilin yayında Ermənistan SSR XKS sədri A.Myasnikov tərəfindən Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsi elan olundu. Dağlıq Qarabağda fövqəladə nümayəndə təyin olunan A.Mravyan N.Nərimanovun təkidi ilə iyunun 27-də geri çağırıldı. 1920-ci ilin dekabrında Türkiyə ilə Ermənistan arasında imzalanmış Gümrü (Aleksandropol) sülh müqaviləsinə görə, İrəvan bölgəsi və Göyçə gölü istisna olmaqla, bütün Ermənistan ərazisi təxminən 10 min kv.km hüdudlarında müəyyənləşdirilmişdi. Lakin Rusiya bir müddətdən sonra Gümrü sülh müqaviləsini tanımaqdan imtina etdi. RK(b)P-nin Qafqaz bürosu 1921-ci il iyulun 4-də toplanmış plenumunda Qarabağ məsələsini müzakirə etdi. Müzakirələrdə 2 fikir irəli sürüldü: I, Qarabağın Azərbaycanın tərkibində saxlanıl- 264 ması və bütün əhalisi arasında rəy sorğusu keçirilməsi; II, Qarabağın dağlıq hissəsinin Ermənistanın tərkibinə qatılması və rəy sorğusunun yalnız ermənilər arasında keçirilməsi. İclasda əksəriyyət (Orcanikidze, Myasnikov, Kirov) 2-ci təklifə səs verdi (41, s. 171). Lakin N.Nərimanovun qəti etirazı, kəskin narazılıq yarandığını nəzərə alaraq Qafqaz Bürosu son qərar üçün məsələni RK(b)P MKnın müzakirəsinə verməyi tövsiyə etdi. Məsələ iyulun 5-də Qafqaz bürosunun plenumunda yenidən müzakirə olundu (40, s. 125- 126). Plenum RK(b)P MK-nın rəyini nəzərə alaraq Dağlıq Qarabağın Azəraycan SSR-in tərkibində saxlanılması qərarını qəbul etdi, paytaxtı Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi bəndi salında (41, s. 176). Bu məsələdə Stalinin, Çiçerinin, Orconikidzenin və Kirovun həlledici rolu olmuşdu. Lakin bu qərar Azərbaycan rəhbərliyini qane etmirdi. Buna baxmayaraq, 1923-cü il iyunun 27-də RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin plenumunda bu qərar təsdiq olundu (100, v. 110). S.Orconikidzenin təkidi ilə Azərbaycan MİK-i 1923-cü il 7 iyul tarixli qərarı ilə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığını elin etdi (6, s. 213). “RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında” 1920 il sentyabrın 30-da bağlanmış müqavilə, Cənubi Qafqaz respublikalarını Federativ Respublika kimi birləşdirmək siyasəti və 1921-ci ilin noyabrında RP(b)P MK Qafqaz bürosu və RK(b)P MK-nın Siyasi Bürosu tərəfindən Zaqafqaziya Federasiyasının yaradılması barədə qərarlar qəbul etməsi Azərbaycanın formal müstəqilliyinin ləğv olunması demək idi. 1922-ci ilin martında Azərbaycan, Gürcüstan və Ermənistan Mərkəzi İcraiyyə Komitələrinin səlahiyyətli nümayəndələri müqaviləni təsdiq etdilər və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası - ZSFSR yaradıldı. Cənubi Qafqaz Respublikalarının 1922-ci il dekabrın 10-da toplanmış I Sovetlər qurultayında Ali orqan-Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi seçildi. Bununla Azərbaycanın bütün yeraltı və yerüstü sərvətləri, xüsusən nefti digər Cənubi Qafqaz respublikalarının ixtiyarına verildi. 1922-ci il fevralın 22-də Sovet respublikalarının 265 RSFSR ilə bağladıqları sazişə görə bütün respublikalar, o cümlədən Azərbaycan beynəlxalq münasibətlərdə öz mənafeyini təmsil və müdafiə etməyi RSFSR-ə tapşırırdılar. 1922-ci il dekabrın 30-da I Sovetlər qurultayı SSRİ-nin yaradılmasına nail oldu. SSRİ-nin tərkibinə 4 respublika-RSFSR, Ukrayna, Belorusiya və ZSFSR daxil idi. Qurultayda sədrlərindən biri N.Nərimanov olan SSRİ-nin ali orqanı-Mərkəzi İcraiyyə Komitəsi seçildi. 1924-cü ilin yanvarında SSRİ-nin ilk Konstitusiyası qəbul edildi. Azəraycanda sovet milli siyasətinin bir istiqaməti milli adətənənələri yasaq etmək, İslam dininə, İslam mədəniyyətinə qadağa qoymaq, məscidləri dağıtmaq, rus dilini dövlət dili səviyyəsinə çatdırmaq, milli kadr qıtlığı bəhanəsilə qeyri millətlərin nümayəndələrini Azərbaycana gətirmək, “beynəlmiləl” şəhər elan edilən Bakıda əhalinin milli tərkibinin köklü surətdə dəyişdirmək, rəhbərlikdə olan milli kadrlar arasında süni olaraq qarşıdurma yaratmaq, Azərbaycanın milli sərvətlərini hərraca qoymaq, onun əzəli torpaqlarını zaman-zaman qonşulara bəxşiş etmək idi. “Sağlar” və “sollar”, “qocalar və cavanlar” arasında aparılan bu qarşıdurmalar N.Nərimanovun Azərbaycan rəhbərliyindən uzaqlaşdırılması ilə nəticələndi. Sovet milli siyasətində Azərbaycanın müsəlman Şərqinə, Türk dünyasına nüfuzedici amil olması kimi baxılması da mühüm yer tuturdu. Təsadüfi deyildi ki, bu dövrdə Şərq xalqlarının və türkoloqların nüfuzlu yığıncaqları məhz Azərbaycanda-Bakıda keçirilmişdi-1920-ci il sentyabrın 1-7-də Şərq xalqlarının nümayəndələrinin birinci qurultayı. Qurultayda 37 millətin nümayəndəsi iştirak etmişdi. 3. Azərbaycanda sosialist yenidənqurmaları və onların nəticələri. Kütləvi siyasi represiyalar 1920-ci ilin yayında Azərbaycanda hərbi kommunizm siyasəti tətbiq olundu. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 26 avqust tarixli fərmanı ilə taxıl ticarəti inhisara alındı, sentyabrda ərzaq sapalağı tətbiq olundu, bunun üçün ərzaq dəstələri kəndlərə göndə- 266 rildi, “İşləməyən dişləməz” prinsipi həyata keçirilməyə başladı, kartoçka sistemi yaradıldı. Sovet ordusu hissələrinin ərzaqla təmin edilməsi kəndlilərin vəziyyətini ağırlaşdırdığına görə hökumət Quba və Cavad qəzaları müstəsna olmaqla, Azərbaycanın bütün bölgələrində taxıl tədarükünü dayandırdı. “Bütün növ ərzaq inhisarının ləğv edilməsi haqqında” 1921-ci il 17 may tarixli dekreti ilə ərzaq sapalağı ləğv olundu. Onun əvəzinə könüllü məhsul rüsumu - “çanaq” (20 girvənkə) vergisi qoyuldu. 1922-ci ilin yazından etibarən ərzaq vergisi tətbiq olunmağa başlandı (6, s. 101). Yeni iqtisadi siyasət dövründə neft sənayesini öz himayəsində saxlayan mərkəz onun inkişafı naminə respublika orqanlarına xarici şirkətlər ilə əlaqə yaratmaq səlahiyyətləri vermişdi. Bu, neft sənayesini yeni texnika ilə təmin olunmasına kömək edirdi. ABŞ-ın “Standart-Oyl” şirkəti ilə bağlanmış müqaviləyə görə “Azərneft” texniki avadanlıq və s., “Gikkers Limited” ingilis firması ilə bağlanmış müqaviləyə görə Azərbaycan ilk krekinq qurğuşununun texniki avadanlığını istehsal etmək üçün lisenziya aldı. “Azərneft” London, Paris, Berlin, Nyu-York və s. şəhərlərdə öz nümayəndəliklərini açdı. 1924-cü ildə Suraxanıda turbobur vasitəsilə ilk quyu qazıldı. BalaxanıSabunçu, Bayıl buxtasında neft mədənləri aşkar edildi və işə salındı. 1925-ci ildə neft hasilatı 1921-ci ilə nisbətən 2 dəfə artdı. Neftmaşınqayırma sənayesi inkişaf etməyə başladı (leytenant Şmidtindiki Səttarxan zavodu). 1925-ci ildə Bakıda və Tovuzda sement, Gədəbəydə misəritmə zavodları, Gəncədə mahud favriki işə salındı, Şərur və Yevlaxda yeni pambıqtəmizləmə zavodları tikildi, Şəkidə, Ordubadda və Dağlıq Qarabağda baramaaçan fabrikləri fəaliyyətə başladı. Kənd təsərrüfatında da əkin sahələri artdı, sosial təbəqələşmə gücləndi, 1925- ci ildə ortabablar 54% təşkil edirdi. 1925-ci ildə Azərbaycanın iqtisadiyyatında canlanma başlanmışdı, lakin 1926-cı ildən etibarən YİS prinsiplərindən imtina etməyə başlandı və iqtisadiyyatda inzibati amirlik metodlarının tətbiq edilməsinə keçildi. XX əsrin 20-ci illərinin ikinci yarısından etibarən Azərbaycanda da xalq təsərrüfatının bütün sahələrinin sosialistcəsinə yeni- 267 dən qurulmasına başlanıldı. Onun əsas istiqamətləri: sosialist sənayeləşdirilməsi, kənd təsərrüfatlarının kollektivləşdirilməsi, bolşevik ideologiyasına xidmət edən mədəni quruculuq, kommunist partiyasının bölünməz və şəriksiz ağalığının təmin olunması, planlaşmada və idarəçilikdə sərt mərkəzləşmə təşkil edirdi. 1925-ci ilin dekabrında ölkənin sosialist sənayeləşdirilməsi xətti irəli sürüldü. Azərbaycanda əsas üstünlük neft sənayesinin inkişafına və elektrik istehsalına yönəldilmişdi. Yüngül sənaye müəssisələrinin və ilkin xammal emalı (pambıqtəmizləmə, ipəkçilik və s.) obyektlərinin yaradılması da Azərbaycanda sənayeləşdirmənin tərkib hissələrindən idi. Sənayeləşdirmə xalqın, xüsusən o zaman əhalinin əksəriyyətini təşkil edən kəndlilərin istismarı, ağır vergilər qoymaq, müsadirələr, “sənayeləşdirmə istiqrazları” yolu ilə toplanan kapitalı hesabına aparılırdı. Sənayeləşdirmə illərində Bakıda neftayırma və neftmaşınqayırma zavodları (İ.Şmidt, Suraxanı mexaniki zavodu), ilk krekinq qurğusu, sürtkü yağları, ağ neft, benzin, gəmi təmiri, karbid zavodları, Gəncədə əyirici-toxuculuq kombinatı, Gəncə, Ucar və Yevlaxda pambıqtəmizləmə zavodları, Lənkəranda və Ordubadda konserv zavodları, Şəkidə, Xankəndində, Zaqatalada, Salyanda və Füzulidə istilik və su-elektrik stansiyaları tikilib işə salındı. 1937-ci ildə SSRİ-də hasil edilən neftin 76%-ni Azərbaycan verirdi və dünyada 2-ci yerə çıxmışdı. Bu illərdə 822 km. Bakı-Batum neft kəmərinin, Ələt-Culfa dəmiryol xəttinin çəkilməsi başa çatdırıldı. İlk dəfə Azərbaycanda elektrik dəmir yolu xətti istifadəyə verildi. Sənayeləşdirmə öz çətinlikləri və mənfi nəticələri ilə bərabər Azərbaycanın ümumi inkişafına xeyli təkan verdi. Onun həyata keçirilməsi sayəsində Azərbaycan aqrar-sənaye ölkəsinə çevrildi. Kənd təsərrüfatının kollektivləşdirilməsi siyasəti 1929-cu ilin ikinci yarısından etibarən Azərbaycanda həyata keçirilməyə başlandı. Bu məqsədlə inzibati və zorakılıq yolu ilə kəndliləri kolxozlara yazmağa başlamışdılar. 1928-ci ildən sonra qolçomaqları məhdudlaşdırmaq və sıxışdırmaq siyasəti yürüdülürdü: onlara yüksək vergilər qoyulur, artıq taxılları zorla müsadirə edilir, muzdur 268 saxlamaq, torpağını və texnikasını icarəyə vermək məhdudlaşdırılırdı, bir sinif kimi ləğv etmək siyasəti keçirildi, Sibir və Qazaxıstanın şaxtalı ərazilərinə sürgün olundu. 1930-cu ildə kütləvi olaraq kəndlilər kolxozlardan çıxmağa başladılar, lakin 1930-cu ilin sonu1931-ci ilin əvvələrindən etibarən kolletivləşmə dalğası yüksəlməyə başladı. 1937-ci ildə bütün kəndli təsərrüfatının 86,5%-i kolxozlarda birləşdirilmişdi. 1930-cu ilin birinci yarısında Şəki-Zaqatala mahalında, Naxçıvan MSSR-in Keçili kəndində, Xızı dairəsinin Ağdərə kəndində, Şəmkirin Bitdili kəndində, Cəbrayıl qəzasının Sirik kəndində və s. yerlərdə kəndli üsyanları baş vermişdi. Təkcə 1931-ci ildə kollektivləşdirməyə qarşı çıxan 132 qaçaq dəstəsi fəaliyyət göstərmişdi. Bu siyasətin zorakılıqla yerinə yetirilməsi nəticəsində kollektivləşdirmənin 4 ilində ona qarşı 400-dən çox silahlı qaçaq dəstəsi mübarizə aparmışdı. Bu siyasət sanki çarizmin ənənəvi təhkimçilik qayda-qanunlarının bərpası demək idi. Belə ki, 1950-ci illərin sonuna kimi pasportu olmayan kolxozçu icazəsiz mənsub olduğu kolxozun hüdudlarından kənara gedə bilməzdi və ya istədiyi təsərrüfata keçmək hüququ da yox idi, kolxozlar sanki əmək düşərgələrini xatırladırdı. Totalitar sosializm cəmiyyətinin qurulması. Kütləvi repressiyalar. Sovet rejimi proletar diktaturası adlandırılırdı. Ölkədə qanunlar deyil, partiya qərarları işləyirdi. AK(b)P yaranandan 30-cu illərin ortalarına kimi Azərbaycanda partiya rəhbərliyi çox tez-tez dəyişirdi. Ona əvvəllər V.Noneyşvili, Y.Stasova, V.Dumbadze, Q.Kaminski, S.M.Kirov başçılıq etmişdi. Sonra Mirzoyan-QarayevAğaverdiyev birliyi, N.Giqalo, V.Polonski, Ruben və nəhayət, 1934-cü ildə M.C.Bağırov gətirilmişdi və 1953-cü ilədək sabitlik olmuşdu. 20-ci illərin ortalarından başlanan sosialist yenidənqurmalarının başlıca nəticəsi olaraq Azərbaycandan da Stalin modelli totalitar sosializm cəmiyyəti quruldu. İstehsal vasitələri ictimai mülkiyyət adı ilə dövlətin əlində cəmləşdi. Respublika əhalisinin sosial tərkibində ancaq fəhlələr, kolxozçu kəndlilər və onların arasından çıxan ziyalılar qaldılar – 86% dövlət sosializm təsərrüfatında əhatə olunmuşdu. 1936-cı il dekabrın 5-də qəbul olunmuş yeni 269 Konstitusiyaya görə Azərbaycanın daxil olduğu Zaqafqaziya Federasiyası ləğv olündu. Azərbaycan birbaşa SSRİ tərkibinə daxil edildi. 1937-ci il martın 10-da Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul olundu (49, s. 60). Kütləvi repressiyalar başlandı. 1937-ci ildə xalqa “xəyanətdə”, “əksinqilabi” və “casusluq” damğaları ilə partiya rəhbərləriR.Axundov, Ə.Qarayev, S.M.Əfəndiyev, Q.Musabəyov, Q.Vəzirov, D.Bünyadzadə güllələndi. Təkcə 1937-ci ildə Azərbaycanda 29 min “xalq düşməni” gullələndi və ya Sibirə sürgün edildi. 1937-38-ci illərdə Azərbaycanın məşhur ziyalılarından H.Cavid, M.Müşfiq, Ə.Nəzmi, Ə.Cavad, T.Şahbazi, S.Mümtaz, S.Hüseyn, B.Talıblı və s. repressiya qurbanları oldular. Kütləvi repressiyaların təşkilində türklərin genetik düşmənləri olan ermənilər, xüsusən Daxili İşlər orqanlarında rəhbər vəzifə tutan Sumbatov-Topuridze, Qriqoryan, Markaryan və b. mühüm rol oynamışdılar (40, s. 83). Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığının rayon şöbələrinin rəisləri erməni idi (6, s. 419). 1938-40-cı illərdə vaxtilə Azərbaycanın Cənub hissəsindən gəlmiş azərbaycanlıların zorla deportasiya olunması idi. Siyasi mühacirət. XX əsrin 20-30-cu illərində minlərlə adam siyasi motivlər üzündən xaricə getməyə məcbur olmuşdu. Onların əksəriyyəti 1920-ci il aprel işğalından sonra, dəhşətli kollektivləşmə illəri və 1937-1940-cı illərdəki kütləvi repressiyalar zamanı xaricə pənah aparmışdılar. 1919-cu ildə başda Ə.M.Topçubaşov olmaqla Paris sülh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin üzvləri-M.Ə.Mehdiyev, C.Hacıbəyov, M.Məhərrəmov, Ə.Şeyxülislamov, A.Ataməlibəyov Avropada qalmışdılar. Təqribi hesablamalara görə II Dünya müharibəsinə kimi müəyyən vaxtlarda Azərbaycandan 50 mindən çox siyasi mühacir olmuşdu (49, s. 44). Çoxu Türkiyədə məskunlaşmışdı. M.Ə.Rəsulzadənin təşəbbüsü ilə 1923-cü ildə “Müsavat” partiyasının Xarici Bürosu yaradılmışdı. Onun işində X.Xasməmmədov və M.S.Axundzadə fəal iştirak etmişdilər. M.Ə.Rəsulzadənin başçılığı ilə bütün müsəlmanları birləşdirmək məqsədilə 1924-cü ildə İstanbulda gizli fəaliyyət göstərən 270 Azərbaycan Milli Mərkəzi yaradılmışdı. Azərbaycan mühacirləri Avropada fəaliyyət göstərmək məqsədilə 1924-cü ildə “Azərbaycan İstiqlal Komitəsi” təşkilatını yaratmışdı. Onların başlıca amalı Azərbaycanın müstəqilliyini bərpa etmək, vahid müstəqil Azərbaycan yaratmaq idi. 4. Azərbaycanda mədəni quruculuq 1923-cü ildə savadsızlıqla mübarizə üçün Xüsusi Komitə yaradılmışdı. 30-cu illərin sonlarında Azərbaycanda 4500-ə qədər ümumtəhsil məktəbi fəaliyyət göstərirdi–695 min şagird təhsil alırdı. 1921-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Politexnik İnstitutu, Şərq dünyasında ilk Konservatoriya, Ali Rəssamlıq Məktəbi, 1929-cu ildən Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu fəaliyyət göstərirdi. 1930-cu ildə Azərbaycan Tibb İnstitutu açıldı. Politexnik İnstitutu Neft İnstutuna çevrildi. 1934-cü ildə Sənaye İnstitutu və Xalq Təsərrüfatı İnstitutu yaradıldı. 1938-ci ildə Gəncədə və Şəkidə müəllimlər institutları işə başladı. 1923-cü ildə “Azərbaycanı Öyrənən Cəmiyyət” yaradıldı, 1929-cu ildə bu Dövlət Elmi Tədqiqat İnstitutuna çevrildi. Sonralar bunun əsasında SSRİ Elmlər Akademiyası Cənubi Qafqaz Filialının Azərbaycan şöbəsi təşkil edildi. 1935-ci ildə bu şöbə SSRİ EA Azərbaycan filialına çevrildi. 1922-ci ildə Azərbaycan Arxeologiya cəmiyyəti yaradıldı, 1923-cü ildə bu cəmiyyət Arxeologiya Komitəsinə, 1927-ci ildə isə Tarix, İncəsənət və Təbiət Abidələrinin Mühafizəsi Komitəsinə çevrildi. 1926-cı ildə Bakıda I Ümumiittifaq Türkoloji qurultayı keçirildi. 20-30-cu illərdə Respublikada “Kommunist”, “Bakinski raboçi” qəzetləri, “Molla Nəsrəddin”, “Şərq qadını” və s. jurnallar nəşr edilirdi. 1924-cü ildə Bakıda ilk dəfə radio qurğusu quraşdırıldı. 1926-cı ildən radiostansiya fəaliyyətə başladı. 1926-cı ildə “Qızıl qələmlər” ittifaqı, 1932-ci ildə Azərbaycan Yazıçılar İttifaqı yaradıldı. 271 1922-ci ildə Azərbaycan Dövlət Dram Teatrı, 1924-cü ildə Azərbaycan Opera və Balet Teatrı açıldı. 1920-ci ildə yaradılmış Rus Azad tənqid və təbliğ teatrı, 1923-cü ildə Bakı işçi teatrına, 1937-ci ildə isə Azərbaycan Dövlət Rus Dram Teatrına çevrildi. 1931-ci ildə Azərbaycan Kukla Teatrı, 1936-cı ildə Gənc Tamaşaçılar Teatrı, 1938-ci ildə Müstəqil Komediya Teatrı yaradıldı, Naxçıvanda, Gəncədə, Xankəndində, Şəkidə dövlət teatrları fəaliyyətə başladı. 1937-ci ildə Ü.Hacıbəyovun “Koroğlu” operası tamaşaya qoyuldu. 1940-cı ildə Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan baletini- “Qız qalası”nı yazdı. 1934-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı yaradıldı. Məşhur xanəndələr S.Qaryağdıoğlu, S.Şuşinski, X.Şuşinski, Z.Adıgözəlov və b. milli musiqimizin inkişafında mühüm rol oynamışdılar. 1926-cı ildə kinostudiya yaradıldı. 1932-ci ildə Azərbaycan Rəssamlıq İttifaqı yaradıldı. 1929-cu ildə ərəb qrafikalı əlifbaya, 1939-cu ilin sonundan isə kirill qrafikasına keçilmişdi.

AZƏRBAYCAN II DÜNYA MÜHARİBƏSİ DÖVRÜNDƏ (1939-1945-ci illər)

II Dünya müharibəsinin başlanması və müharibə edən dövlətlərin Azərbaycana dair planları.

Azərbaycan döyüşçüləri ön cəbhədə, antifaşist Müqavimət və partizan hərəkatında. 3. Faşist Almaniyası üzərində qələbədə Azərbaycan neftinin həlledici rolu.

Cənubi Azərbaycan II dünya müharibəsi illərində.

1. II Dünya müharibəsinin başlanması və müharibə edən dövlətlərin Azərbaycana dair planları 1939-cu il sentyabrın 1-də Almaniya Polşa üzərinə hücum etdi. Bir gün sonra İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. II Dünya müharibəsi başlandı. “Barbarossa” planına əsasən 1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə hücum etdi. Rozenberqin “Qafqazın idarə olunması planı”na görə ilk vaxtlar Azərbaycanda komissarlıq adlanan idarə forması yaradılmalı və iqamətgahı Tiflisdə yerləşən Qafqaz reyxskomissarlığına tabe edilməli (55, s. 12), digər plana görə türk xalqları yaşayan ərazilərdən ibarət “Böyük Türküstan” dövləti yaratmaq idi (85, s. 33). Hitler hələ 1941-ci ilin martında Bakı zəbt edildikdən sonra neftin hasil edilməsi, emalı və daşınmasını Almaniyanın “Kontinental neft cəmiyyəti”nə tapşırmaq göstərişini vermişdi. Hitlerin “Edelveys” planına görə Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı idi. ABŞ və Böyük Britaniya da Qafqaza, xüsusilə də Azərbaycana sahib olmaq istəyirdilər. “Vilvet” planında Sovet ordusunun Qafqazdan çıxarılıb Stalinqrada aparılması, burada ABŞ və Böyük 273 Britaniya hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulurdu. Onlar bu üsulla Qafqazı, xüsusilə Azərbaycanı SSRİ-dən ayırmaq istəyirdilər. SSRİ rəhbərliyinin planına görə isə Azərbaycan əhalisi Mərkəzi Asiya və Qazaxıstana köçürülməli idi. Lakin M.C.Bağırov gətirdiyi tutarlı dəlillərlə Stalini bu fikirdən daşıdıra bildi. 2. Azərbaycan döyüşçüləri ön cəbhədə, antifaşist Müqavimət və partizan hərəkatında Müharibənin ilk günlərində 40 mindən çox oğlan və qız cəbhəyə könüllü getmək üçün icazə istədi. Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabrda 271-ci milli atıcı diviziyalar yaradıldı. Krımın müdafiəsində şəxsi heyətinin çoxunu itirmiş 77-ci diviziya 1942-ci ilin mayında respublikada yenidən yığıldı (101. s. 12). Ümumiyyətlə, sovet ordusuna 640 minə yaxın azərbaycanlı, o cümlədən 10 min qadın səfərbərliyə alınmşdı. 1941-ci ilin dekabrında Novqorod yaxınlığında Pustinka kəndi uğrunda gedən döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adı aldı. Moskva ətrafında döyüşlərdə Həzi Aslanov “Qırmızı ulduz” medalı ilə, Borodino çölündəki döyüşlərdə pulemyotçu İdris Vəliyev (50 nəfərdən çox düşmən məhv etmiş) , təyyarəçi Hüseynbala Əliyev Leninqrad səmasında (6 düşmən təyyarəsi vurub), Mozdok rayonu uğrunda 402, 416, 223-cü Azərbaycan diviziyaları, Kerç, Rostov, Stavropol və Mozdok uğrunda 77-ci diviziya, Tuapse uğrunda Qafur Məmmədov, və b. igidlikləri ilə fərqlənmişlər. Polşa və Çexoslovakiya uğrunda 271-ci diviziyadan Ziya Bünyadov və 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər. 1942-ci ilin dekabrında Stalinqrad uğrunda döyüşdə qəhrəmanlıq göstərdiyinə görə H.Aslanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 1944-cü ildə H.Aslanov ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adı ilə təltif olundu, lakin bu haqda fərman onun ölümündən 47 il sonra, 1991-ci ildə həyata keçirildi. H.Aslanov 1945- 274 ci il yanvarın 24-də döyüş əməliyyatları getməyən bir yerdə müəmmalı şəkildə həlak oldu (7, s. 63). 1943-cü ilin yayında H.Əjdərov Oryol şəhəri üzərinə qələbə bayrağını sancdı. Hərbi təyyarəçilər Adil Quliyev və Züleyxa Seyidməmmədova da fərqlənirdilər. 416-cı diviziya mayın 2-də Berlinin Brandenburq darvazası üzərinə qələbə bayrağı sancmışdı. Reyxstaqın alınmasında göstərdiyi rəşadətə görə Yusif Sadıqov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Mehdi Hüseynzadə Mixaylo ləqəbi ilə Yuqoslaviyada partizan dəstəsinin kəşfiyyatçı-təxribat qrupuna rəhbərlik etmişdi və 1944-cü ildə qeyri-bərabər döyüşdə son gülləni özünə vuraraq 26 yaşında həlak olur. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi. Smolenskidə İsmayıl Əliyev, Belorusiyanın Borisov şəhərində Ələkbər Əliyev, Polşada Hadı Qiyasbəyov və Mirzəxan Məmmədov, İtaliyada Əli Babayev, Vilayət Hüseynov, Əkbər Ağayev kimi qəhrəmanlarımız partizan hərəkatlarında şücaətlə vuruşmuşlar. Azərbaycandan 121 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 30 nəfər “Şöhrət” ordeninin hər 3 dərəcəsi ilə, 175 min nəfər isə müxtəlif orden və medallarla təltif edildi (12, s. 170-171). Azərbaycan siyasi mühacirəti. Sovet rejimi yarandıqdan sonra xarici ölkələrə mühacirətə getmiş azərbaycanlılardan çoxu Almaniyanın Sovet imperiyasına qalib gəldiyi təqdirdə Azərbaycanın milli istiqlal qazanacağına ümid bəsləyirdilər. Mayor Əbdürrəhman Fətəlibəyli-Düdənginski Baltikyanı ərazilərdə almanlara əsir düşmüş, 1941-ci ildə Hitlerə azərbaycanlılardan ibarət hərbi hissə yaratmaq haqqında müraciət etmiş, 1941-ci ildə M.Ə.Rəsulzadə Almaniyaya dəvət olundu. Hitler 1941-ci il dekabrın 22-də Qafqaz müsəlmanlarından ibarət xüsusi milli hərbi hissələr yaradılması haqqında sərəncam verdi. 1943-cü ildə Azad türk diviziyası yaradıldı. Azərbaycanlılardan təşkil olunmuş legion da onun tərkibinə daxil olundu. 1943-cü ilin yazında Berlində Milli Azərbaycan Komitəsi təşkil olundu. Faşistlərin planına görə Guzey və Güney Azərbaycan Almaniyanın gələcəkdə yaratmaq istədiyi “Böyük Türküstan” dövlətinin 275 əyaləti olmalı idi. M.Ə.Rəsulzadə Hitlerin Azərbaycan haqqında niyyətlərini başa düşdükdən sonra onu öz çıxışlarında ifşa etdi. Antifaşist çıxışlarına görə M.Ə.Rəsulzadə Almaniyadan getməyə məcbur oldu. Lakin bəziləri hələ də Almaniyaya inanırdı. 1943-cü il noyabrın 6-da Berlində azərbaycanlıların milli qurultayı keçirildi. 1943-cü ilin payızında Berlində mühacir Azərbaycan Parlamenti və hökuməti yaradıldı. Başçı Ə.Fətəlibəyli-Düdənginski idi. Alman hökuməti “Mühacir Azərbaycan hökuməti”ni tanıdı. Bu “hökumət” 1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi. Azərbaycan milli legionu Fransanın cənubunda almanlarla birlikdə müttəfiqlərin qoşunlarına qarşı vuruşurdular. Məğlub olaraq İtaliyanın şimalına çəkildi. Mühaibə qurtarandan sonra bitərəf ölkələrin ərazilərinə köçdülər. Çox hissəsi Türkiyədə məskunlaşdı. Vətənə qayıdanlar isə təqib və sürgünə məruz qaldılar. 3. Faşist Almaniyası üzərində qələbədə Azərbaycan neftinin həlledici rolu 1942-ci il sentyabrın 9-da Cənubi Qafqaz respublikalarında, o cümlədən Azərbaycanda hərbi vəziyyət elan edildi. 1941-ci il iyunun 28-dən etibarən Azərbaycanda bütün işlər müharibənin tələblərinə uyğun quruldu. İş günü 11 saat, özbaşına işdən getmək 5-8 il həbs cəzası ilə müəyyən edildi. Məzuniyyətlər ləğv edildi. Ərzaq və sənaye məhsullarınin satışı üzrə kartoçka sistemi tətbiq edildi. Azərbaycan müharibə dövründə ölkəyə 75 mln. ton neft, 22 mln.ton benzin vermişdir. Bakı ölkə neftinin 70-75%-ni, benzinin 85-90%- ni vermişdi (102, v. 5). Azərbaycanın neft emalçıları 1941-ci ildə neft emalı planını 102,4 faiz, yeni növ benzin istehsalını 118 faiz yerinə yetirmişdilər. Cəbhə 1339 cəbhəyə min ton benzin, o cümlədən 218169 ton B-78, 203996 ton B-74, 325148 ton B-70 markalı benzin almışdır (102, v. 1-4). 1942-ci ildə Bakı neft emalçıları aviabenzin planını 114,4 faiz odənilmişdir. Cəbhəyə 340,1 min ton aviabenzin gondərilmişdi (102, v. 1-4). 1943-cü ildə hasil olunmuş 11839 min ton neftdən 5 milyon ton neft məhsulları, o cümlədən 276 795 min ton benzin, 3332 min ton liqroin, ağ neft, dizel yanacağı, 640 min ton donanma mazutu və solyar yağı, 420 min ton aviayağ və avtol alınmışdı. 1944-cü ildə plandan əlavə 450 ton neft məhsulları istehsal olunmuşdu. 1941-1945-ci illərdə Bakının neft emalı zavodları bir milyon ton və ya 20540-dan çox sistern B-78 aviabenzini göndərmişdir. Demək olar ki, müharibədə ordunun döyüş texnikasının 75-80 faizi Azərbaycan neftçilərinin qəhrəman əməyi nəticəsində hərəkətə gətirilmişdir (7, s. 19-20). Bakıda “Katyuşa” raketi, “Şnakin” pulemyotu, “YAK-3” qırıcı təyyarəsi, 130-dan çox silah növü və hərbi sursat hazırlanırdı (103, v. 181). 1941-ci ildə böyük hərbi və təsərrüfat əhəmiyyəti olan Culfa-Mincivan, SalyanNeftçala, Papanin-Hacıqabul və s. dəmir yolu xətləri istifadəyə verildi. Bakı avtomobil zavodunun əsası qoyuldu. Kənd əməkçiləri 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər. Azərbaycan xalqı 1941-43-cü illərdə müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 311 mln. manatlıq istiqraz verdi, cəbhəyə 1,6 mln. ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərdi. 1943-cü ilin payızında yaradılan Respublika Yardım Komitəsi 1943-44-cü illərdə işğaldan azad olmuş rayonlarda təsərrüfatın bərpasına kömək etməli idi. Beləliklə, Azərbaycan döyüşərək və arxa cəbhələrdə fəal istirak edərək faşizm üzərində qələbənin əldə edilməsinə yaxından kömək etmişdi. Mədəniyyət xadimləri bütün qüvvələrini qələbə naminə xalqın mənəvi cəhətdən səfərbər edilməsinə yönəltdi. Alimlər hərbi sifarişləri yerinə yetirmək üçün gecə-gündüz çalışırdılar. 1945-ci ilin maptında Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı. Azərbaycan ədəbiyyatı xalqın coşğun qəzəb və həyəcanını düşmənin məhv edilməsinə yönəldirdi. Azərbaycan bəstəkarları müharibə dövründə onlarla yeni marş, simfoniya, mahnı, opera və s. yaratmışdılar. Cəbhəyə xidmət üçün konsert briqadaları yaradılıb göndərilirdi. Azərbaycan artistləri hərbi hissələrdə 35 min konsert vermişdilər. SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 aprel 1944-cü il tarixli qərarı ilə Cənubi Qafqaz müsəlmanlarının Ruhani İdarəsi yaradıldı. Müharibə illərində Cənubi Azərbaycanda baş vermiş milli 277 oyanış və aşkar mədəni dirçəliş 1946-cı ildə Milli hökumətin qısamüddətli fəaliyyəti dövründə milli mədəniyyətin tərəqqisinə möhkəm zəmin vermişdi. 4. Cənubi Azərbaycan II Dünya müharibəsi illərində Müharibənin əvvəllərində İran hökuməti öz bitərəfliyini elan etsə də, Rza şah və onun dairələri açıq nasistpərəst mövqe tutmuş, ölkəni Almaniya kəşfiyyatının fəaliyyət meydanına çevirmişdilər. Buna görə də 1921-ci il Sovet-İran müqaviləsinin 6-cı maddəsinə görə, 1941-ci il avqustun 25-də SSRİ, az sonra Böyük Britaniya, 1942-ci ilin dekabrında ABŞ İrana qoşun yeritdilər. Bütövlükdə İran, habelə Cənubi Azərbaycan, müttəfiqlərin Sovet İttifaqını hərbi sursat və texnika, ərzaqla təmin edən ən mühüm nəqliyyat arteriyasına çevrildi. Rza şahın hərbi-polis rejimi iflasa uğradı. 1941-ci ilin sentyabr-oktyabr aylarından burada geniş xalq kütlələrinin mitinq və nümayişləri genişləndi. Demokratik hərəkatın 1941-1945-ci illəri əhatə edən I mərhələsində dərketmənin, milli şüurun misilsiz inkişafı oldu. Xalq kütlələri ana dilində danışmağa, yazıb-oxumağa, yaratmağa başladılar. 1945-ci ilin yayından başlayan II mərhələdə İranın hakim təbəqələri demokratik hərəkatın qarşısını almaq üçün vəziyyəti hər vasitə ilə gərginləşdirməyə, etnik toqquşmaları qızışdırmağa çalışır, vətəndaş müharibəsi salmaqdan çəkinmirdilər.

MÜHARİBƏDƏN SONRA AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ VƏ SİYASİ İNKİŞAFI (1945-1991-ci illər) I BƏND: XX əsrin 40-60-cı illərində Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyət. Milli meyllərin güclənməsi

 40-60-cı illərdə Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyət.

Azərbaycanlıların Ermənistandan-tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası.

Cənubi Azərbaycanda 21 Azər hərəkatı. Milli hökumətin yaradılması.

40-60-cı illərdə Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyət Müharibədən sonra Sovet rejimi dünyada öz nüfuzunu daha da artırdı. Mərkəzdə bütün siyasi hakimiyyət Stalinin, respublikalarda isə Kommunist Partiyası Mərkəzi Komitələri Birinci katiblərinin əlində cəmləşdirildi. Azərbaycanda totalitar rejimin təmin olunmasında M.C.Bağırovun şəxsi nəzarəti altında işləyən Dövlət Təhlükəsizlik və Daxili İşlər Nazirliyinin rolu gücləndi. Müharibədən sonrakı dövrdə Azərbaycan xalqının tarixinin saxtalaşdırılması, xalqın soykökünün öyrənilməsində qəsdən dolaşıqlıq yaradılması, Şimali Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi, Azərbaycan Cümhuriyyəti tarixinin və digər tarixi proseslərin ciddi təhrif olunması ən yüksək mərhələyə çatdı. 1949-cu ildə “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsərində Şeyx Şamil hərəkatını Rusiyanın müstəmkəkəçilik siyasətinə qarşı mübarizə 279 kimi qiymətləndirdiyinə görə görkəmli filosof, akademik Heydər Hüseynov ona verilən “Stalin” mükafatının geri alınmasına və haqsız təzyiqlərə məruz qalmasına dözməyərək intihar etdi. Bu dövrdə bir çox Azərbaycan alimləri və ədəbiyyat xadimləri də haqsız təqiblərin qurbanı oldular. İnzibati amirlik idarə forması mövcud quruluşa qarşı gizli siyasi mübarizə cəhdlərinə gətirib çıxarmışdı. Ali məktəb tələbələrindən Gülhüseyn Hüseynoğlu, İsmixan Rəhimov, Hacı Zeynalovun başçılığı ilə “İldırım” adlı gənclər təşkilatı yaradılmışdı. 1945-1954-cü illərdə Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən “Azadlıq” radiosunda Azərbaycan şöbəsinin redaktoru Əbdürəhman Fətəlibəyli-Düdənginski də sovet rejiminə qarşı ideoloji mübarizə aparmışdı. O, 1954-cü ildə Sovet casusu tərəfindən öldürülmüşdü. Daxildə Sovet hakimiyyətinə qarşı “gizli” mübarizə cəhdləri göstərilsə də, heç bir nəticə verməmişdi. Xaricdə isə azərbaycanlı mühacirlər Sovet rejimi əleyhinə ideoloji mübarizəni maarifçilik vasitəsilə davam etdirdilər. M.Ə.Rəsulzadə 1949-cu ildə Ankarada istiqlal ideyalarını təbliğ edən “Azərbaycan Kültür dərnəyi”ni yaratmışdı-əsas məqsəd xalqı maarifləndirmək idi. İqtisadi və sosial həyat. Müharibə Azərbaycana, onun təsərrüfatına ciddi ziyan vurmuşdu. İndi vəzifə təsərrüfatı bərpa və inkişaf etdirməkdən ibarətdir. Son 10 ildə 108 yeni sənaye müəssisəsi tikildi. 1948-ci ildə dünyada ilk dəfə açıq dənizə neft-mədən estakadaları quruldu. Neft daşlarında 1949-cu il noyabrın 7-də ilk dəniz neft quyusu fontan vurdu. 50-60-cı illərdə Yeni Bakı Neftayırma, 1961-ci ildə Qaz emalı zavodları isə salındı. Sumqayıtda kimya, boru prokatı, sintetik kauçuk zavodları istifadəyə verildi. 1945- 1950-ci illərdə ölkədə 7 istilik və su-elektrik stansiyaları inşa olundu. 1954-cü ildə Abşeron DRES (Dövlət rayon elektrik stansiyası) və Mingəçevir su-elektrik stansiyası, Daşkəsəndə dəmir filizi üçün saflaşdırma kombinatı istifadəyə verildi. 1951-ci ildə Qaradağ sement zavodu işə düşdü. 1958-1966-cı illərdə Mingəçevirdə kabel, Bakıda poladəritmə, soyuducu və şin, Sumqayıtda super fosfat və kimya kombinatı, Gəncədə alüminium zavodları işə salındı. 60-cı 280 illərdə Əli Bayramlı istilik-elektrik stansiyası işə düşdü. 1964-cü ildə Naxçıvanda Bakı radio zavodunun filialı açıldı. 50-60-cı illərdə Azərbaycanda onlarla yeni yüngül sənaye müəssisələri yaradıldı. 1962-ci ildə Bakı-Krasnovodsk gəmi-bərə yolu istifadəyə verilmişdi. 1967-ci ildə Yevlax-Bərdə-Ağdam dəmir yolu işə salındı. Bu dövrdə Yuxarı Qarabağ, Samur-Abşeron kanalları işə salındı. 50-60-cı illərdə Azərbaycan SSR-in iqtisadiyyatında müəyyən irəliləyiş baş versə də, xalq təsərrüfatında mövcud olan mənfi proseslər getdikcə dərinləşirdi, dövlətin keçirdiyi iqtisadi islahatlar səmərə vermirdi. 1947-ci ildə kartoçka sistemi ləğv edildi. 1947- 1952-ci illərdə istehlak mallarının satış qiyməti aşağı endirilsə də, əhalinin alıcılıq qabiliyyəti aşağı idi. Kəndlilərin maddi vəziyyəti daha pis, kənd təsərrüfatı məhsullarının qiyməti ucuz, kənddə satılan malların qiyməti isə baha idi. 50-ci illərin sonlarında respublikada əhalinin sayı müharibədən əvvəlki səviyyəyə çatmışdı. 60-cı illərin sonunda isə 5 milyonu ötüb keçmişdi. 1961-ci ildə növbəti pul islahatı keçirildi. 50-60-cı illərdə respublika əhalisinin məişət şəraitində müəyyən dəyişiklik baş verdi. Mənzil tikintisi xeyli genişləndirildi. Bakıda indiki Şəhriyar adına klub, Hökumət evi, Respublika stadionu, Akademiya şəhərciyi, Bakı hava limanı, Dövlət sirki və s. tikildi. 1956-cı il fevralın 14-də Azərbaycan televiziyası fəaliyyətə başladı. 1967-ci ildə Bakı metropoliteninin 6 stansiyası istifadəyə verildi. 1945-ci ildə ümumtəhsil məktəblərində buraxılış imtahanları müəyyən olundu. Ən yaxşı şagirdlərə qızıl və gümüş medalları təsis edildi. 1959-cu ildən icbari səkkizillik təhsil müəyyən edildi. 1966- cı ildə məcburi onillik təhsilə keçildi. Texniki peşə məktəblərinin şəbəkəsi genişləndirildi. Teatr, Xarici dillər, Politexnik və Rus Dili və Ədəbiyyatı institutları bu dövrdə açılmışdı. Azərbaycan SSR-in güclü elmi patensialı var idi. Akademiyada onun ilk prezidenti Mirəsədulla Mirqasımov, M.Topçubaşov, Y.Məmmmədəliyev kimi görkəmli alimlər çalışırdı. Ü.Hacıbayovun, Heydər Hüseynovun, Əbülfəz Dəmirçizadənin, Feyzulla Qasımzadənin, Həmid Araslının, Ziya Bünyadovun tariximizə dair qiymətli tədqiqatları xalqın mənə- 281 vi sərvətinə çevrildi. Qobustan qayaüstü təsvirlərinin, Azıx mağarasında qədim insan izlərinin aşkar və tətdiq edilməsi tarix elminə ən dəyərli töhfə idi. Müharibədən sonrakı illərdə Respublikada 100- dən çox qəzet və jurnal nəşr edilirdi. Bu illərdə Azərbaycan musiqisi də xeyli inkişaf etmişdi. Ü.Hacıbəyovun, Q.Qarayevin, A.Məlikovun, C.Cahangirovun, Niyazinin musiqimizin inkişafında mühüm rolu olmuşdu. Xan Şuşinskinin, Bülbülün, Rəşid Behbudovun, Sara Qədimovanın, Şövkət Ələkbərovanın ifaçılıq sənətinin yüksəlməsində boyük rolu olmuşdur. Teatr sənəti, Azərbaycan kinosu, rəssamlıq, heykəltəraşlıq və s. yüksəliş dövrünü keçirirdi. Görkəmli aktyorlardan Ələsgər Ələkbərov, Mərziyə Davudova, Leyla Bədirbəyli, Möhsün Sənani, Nəsibə Zeynalova və b. Azərbaycan səhnəsində yadda qalan obrazlar yaratmışlar. 1945-ci ildə çəkilmiş “Arşın mal alan”, 1956-cı ildə “O olmasın, bu olsun”, 1958-ci ildə “Uzaq sahillərdə” filmləri kino sənətimizin uğurlu əsərləri idi. Məşhur rəssamlardan Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, xalçaçı rəssam Lətif Kərimov və b., heykəltəraşlardan Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı oğlu, Ömər Eldarov və Tokay Məmmədov öz möhtəşəm əsərlərini yaratmışlar. 2. Azərbaycanlıların Ermənistandan-tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası Sovet dövlətinin xalqlar arasında münaqişə ocaqlarını saxlamaq siyasəti çar Rusiyasının uzun illər yeritdiyi müstəmləkəçilik siyasətinin davamı idi. Münaqişə ocaqlarından ən ziddiyyətlisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində idi. Hələ 40-cı illərin ortalarında Moskvadakı erməni lobbisinin başçısı A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ komitəsi” yaradılmışdı. 1945-ci ilin payızında Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə Dağlıq Qarabağı onlara vermək haqqında Sovet hökuməti qarşısında məsələ qaldırıldı. M.C.Bağırov əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Şuşa rayonundan 282 başqa, Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsinə bu şərtlə razılığını bildirdi ki, müxtəlif dövlərdə Ermənistana və digər qonşu respublikalara verilmiş tarixi Azərbaycan torpaqları Azərbaycana qaytarılsın. Buna heç kəs razı olmadı, çünki Türkiyə ilə Azərbaycanın arasında yaradılmış “erməni ərazisi” bununla ləğv edilərdi. Bu problem bütün ölkə üçün fəlakət gətirə bilər. Ona görə də ermənilərin ərazi iddiaları rədd edildi (7, s. 135). Moskva əks tədbirlər görməyə başladı. 1946-cı ilin oktyabrında xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi haqqında qərar qəbul etdi (17, s. 42). Bu köçürmə azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması hesabına həyata keçirilməli idi. Buna görə də SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etdi (7, s. 135). 1948-ci il 10 mart tarixli daha bir qərarla bu işi həyata keçirmək üçün tədbirlər planı müəyyən olundu. 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan 300 min azərbaycanlı zorla Saatlı, İmişli, Göyçay, Kürdəmir, Sabirabad kimi aran rayonlarına köçürüldü. Minlərlə adam kəskin iqlim dəyişikliyinə dözməyərək həlak oldular. Stalin-Beriya-Mikoyan üçlüyünün siyasəti nəticəsində Ermənistanda azəbaycanlıların sayı azaldı, Azərbaycanda isə ermənilərin sayı artırıldı. Yeni yaradılan sənaye mərkəzlərində-Sumqayıt, Əli Bayramlı, Mingəçevir, Daşkəsən və b. şəhərlərə minlərlə erməni köçürüldü. Yuxarı Qarabağda, Gəncədə, Bakıda erməni lobbisi gücləndi. 40 il sonra 80-ci illərin sonunda isə azərbaycanlılar Ermənistandan zorla çıxarıldı. Demək olar ki, azərbaycanlıların Ermənistan ərazisindən məqsədyönlü, kütləvi şəkildə deportasiyası prosesı 1980-ci illərin sonunda başa çatdırıldı. Bütün bunlara real siyasi qiymət ilk dəfə Azərbaycan Respublikası Prezidenti H.Əliyev tərəfindən 1997-ci il dekabrın 18-də imzaladığı “1948-53-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanla verdi. Bu sənədlə son iki əsr ərzində azərbaycanlılara qarşı tətbiq 283 edilən etnik təmizləmə və soyqırım siyasətinin mürtəce mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cü il mayın 7-də sərhəd rayonlarında 2 min ha çox Azərbaycan torpağının Ermənistana verilməsi haqqında hələ 1938-ci il mayın 5-də verilmiş qərarı təsdiq etdi. Lakin 1969-cu ilin iyulunda hakimiyyətə gələn Heydər Əliyev bu qərarın icrasına imkan vermədi. 1953-cü il martın 5-də İ.V.Stalin vəfat etdi və 1953-cü ilin sentyabrında N.S.Xruşşov Sov. İKP MK-nın Birinci katibi seçildi. Xruşşov Stalinin yaxın adamlarını, o cümlədən M.C.Bağırovu da 1953-cü ilin iyulunda vəzifədən azad etdi. M.C.Bağırov 1956-cı ilin aprelində xalq düşməni kimi ölüm cəzasına məhkum edildi. 1954- cü ildə Azərbaycan KP Mk-nın Birinci katibi İmam Mustafayev oldu. O, respublikanın iqtisadi müstəqilliyinin təmin olunmasına çalışdı. Sənayenin sürətli inkişafı nəticəsində Bakıda azərbaycanlıların sayı xeyli artdı. Xruşşovun Bakını Azərbaycanın tərkibindən çıxarıb birbaşa Moskvaya tabe etmək planı pozuldu. İ.Mustafayev Azərbaycan dilinin rəsmi dövlət dili statusu almasına çalışdı, kargüzarlıq işlərinin ana dilində aparılması üçün tədbirlər gördü. 1956-cı ildə Konstitusiyaya dövlət dilinin Azərbaycan dili olması haqqında yeni maddə əlavə edildi (123, v. 12). 1956- cı ilin mayından məhkəmə quruculuğu, mülki sinayət və məhkəmə məcəllələrinin qəbulu Respublikanın ixtiyarına verildi. Siyasi məhbus saxlanılan düşərgələrə rəhbərlik edən İslak Əmək Düşərgələri Baş İdarəsi (QULAQ) ləğv edildi. Repressiyaya məruz qalmış yüzlərlə azərbaycanlıya bəraət verildi. Onların üzərindən “xalq düşməni” damğası götürüldü. Lakin xaricə mühacirət etməyə məcbur olmuş azərbaycanlılara bəraət verilmədi (7, s. 142). 50-ci illərin ortalarında imperiyada nisbətən siyasi yumşalma Azərbaycanda milli dirçəliş meyllərini oyatdı. Bundan təşvişə düşən mərkəz Azərbaycanı qorxu altında saxlamaq üçün A.Mikoyan və Mixail Suslovun təşəbbüsü ilə növbəti dəfə Dağlıq Qarabağı Ermənistana vermək məsələsini qaldırdı. Ermənistanda antitürk təbliğatı yenidən qızışdırıldı. İrəvandakı Azərbaycan Pedaqoji Tex- 284 nikumu Azərbaycanın Xanlar rayonuna köçürüldü. Erməni Pedaqoji İnstitutundakı Azərbaycan şöbəsi bağlandı. Ermənistanda Azərbaycan dilində çıxan qəzetlər, C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrı bağlandı. 1958-ci ildə bütün ermənilərin katalikosu II Vazgen Bakıya səfər edərək Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda erməni ruhani seminariyasının açılmasını, Bakıdakı erməni kilsəsindən hər səhər zəng vurulmasını təklif etdi. Lakin rədd cavabı aldı. 1959-cu ildə İ.Mustafayev millətçilikdə təqsirləndirilərək vəzifədən azad edildi, onun yerinə Vəli Axundov təyin edildi (12, s. 203). 1962-ci ildə gizli yığıncaqda “Milli Azərbaycan Qərargahı” (MAQ) yaradıldı. Oqtay Rəfili onun sədri, Xudu Məmmədov isə sədr müavini seçildi. Onlar bir neçə mühüm vəzifəyə milli kadrların təyin edilməsinə nail oldular. 1965-ci ildə uydurma “erməni soyqırımı”nın 50 illiyi qeyd edildi. “Qarabağ Komitəsi” açıq fəaliyyətə başladı. 1967-ci ildə Xankəndində bir neçə azərbaycanlı qətlə yetirildi. Respublika rəhbərliyi isə seyrçi mövqe tuturdu. 3. Cənubi Azərbaycanda 21 Azər hərəkatı. Milli hökumətin yaradılması 1945-ci ilin iyun-sentyabr aylarında silahlı fədai dəstələri yaranmağa başladı. 1945-ci ilin sentyabrda bir qrup demokatlar başda Seyid Cəfər Pişəvəri olmaqla, Azərbaycan Demokratik Firqəsinin (ADF) yaradılması haqqında bəyanat verdi. Sentyabrın 13-də ADF təsisçilərin ilk konfransı keçirildi. Konfrans 11 nəfərdən ibarət Müvəqqəti Komitə seçdi. 1945-ci il oktyabrın 2-4-də ADF I qurultayı keçirildi. Qurultay 3 sentyabr tarixli bəyanatın əsas müddəalarını partiyanın proqram və nizamnaməsi kimi qəbul etdi və başda S.C.Pişəvəri olmaqla, partiyanın Mərkəzi Komitəsini seçdi (58, s. 92-93). Noyabrın 21-də Azərbaycan Xalq Konqresi çağırıldı və özünü Müəssislər Məclisi elan etdi. Müəssislər Məclisinin qərarında deyi- 285 lirdi ki, Milli hökumət İran dövlətçiliyi çərçivəsində fəaliyyət göstərərək Azərbaycanın milli-mədəni muxtariyyətini təmin etməlidir. Noyabrın 27-dən dekabryn 1-dək Azərbaycanın hər yerində seçkilər keçirildi. Dekabrın 12-də toplanmış Milli Məclis Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli hökumət yaratdı. Hökumət 10 nazirlik, ali məhkəmə və baş prokurorluqdan ibarət idi. Bu 21 Azər hərəkatı adlanırdı. 1946-cı ilin yanvar-fevral aylarında seçkilər keçirildi və müvafiq strukturların yaradılmasına başlandı. Milli hökumət 1946-cı ilin fevralında aqrar qanun verdi. Qanuna görə mülkədarların və digər sahibkarların torpaqları kəndlilər arasında bölüşdürülürdü. Mayın 12-də “Əmək haqqında qanun” verildi. 1946-cı il yanvarın 6-da Milli Məclis “Dil haqqında” qanun qəbul etdi. 1946-cı ilin iyununda Təbriz Universiteti təsis olundu (35, s. 44; 12, s. 197). Cənubi Azərbaycanda milli-demokratik hərəkatın uğurları Tehranın hakim dairələrini təşvişə saldı. Yanvar ayından hökumətə başçılıq edən Əhməd Qəvam ən əvvəl xalqı aldatmaq məqsədilə Milli Hökumətlə danışıqlara başladı. 1946-cı ilin iyununda Təbrizdə onların arasında müqavilə imzalandı. O, ABŞ, İngiltərə və SSRİ arasındakı ziddiyyətlərdən istifadə edərək “İran məsələsi”nin BMTdə baxılmasına nail oldu. ABŞ və İngiltərənin İrana siyasi-hərbi yardım göstərmələri razılığını aldı. Sovet hökumətinin “bitərəfliyini” əldə etmək üçün Əhməd Qəvam Moskvaya gedərək Stalinlə görüşdü. Bunun ardınca Sovet dövləti BMT TŞ-nin tələbi ilə hərbi hissələrinin İrandan çıxarılmasını sürətləndirdi və mayın 8-də başa çatdırdı. İran hökuməti parlamentı seçkilərə nəzarət bəhanəsi ilə Azərbaycana qoşun hissələri yeritdi. Dekabrın 1-dən hökumət qoşunları ilə fədailər arasında qanlı döyüşlər başlandı. Milli hökumət vətəndaş müharibəsi baş verməməsi üçün döyüşləri dayandırmaq göstərişi verdi. İran qoşunları dekabrın 12-də Təbrizə daxil oldular. ADF və Milli hökumətin rəhbərləri güllələndilər, dar ağacından asıldılar. 10 minlərlə vətəndaşlar mühacirət etməyə məcbur oldu (12, s. 200-201). 286 1946-cı il dekabrın 11-də səhər xalqa “Öldü var, döndü yox” deyə müraciət edən Pişəvəri axşamüstü yaxın silahdaşları ilə birlikdə zor gücünə Sovet İttifaqına gətirildi. İrana qayıtmaqda israrlı olan Pişəvəri 1947-ci il iyulun 12-də Azərbaycanda avtomobil qəzasında həlak oldu. II BƏND: Azərbaycanda sosial-iqtisad və siyasi inkişafında yeni mərhələ Plan: 1. XX əsrin 70-80-ci illərində Azərbaycanda sosial-iqtisadi və mədəni inkişaf. 2. Azərbaycan “yenidənqurma” şəraitində. Milli münasibətlərin kəskinləşməsi. 3. Güney Azərbaycanı İran İslam inqilabı və ondan sonrakı dövrdə. 1. XX əsrin 70-80-ci illərində Azərbaycanda social-iqtisadi və mədəni inkişaf Respublikada idarəçiliyin gücləndirilməsi. İqtisadi və sosial yüksəliş. Azərbaycan SSR-ə rəhbərlik 1969-cu ilin iyulunda Heydər Əlirza oğlu Əliyevə tapşırıldı. H.Əliyev 1923-cü ilin mayın 10-da Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdu. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər və Xalq Komissarları Sovetində şöbə müdiri, 1944-cü ildən Dövlət Təhlükəsizlik Komitəsində işləməyə başlamışdı. 1964-cü ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri təyin edilmişdir. 1976-cı ildə Sov. İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçildi. H.Əliyevin 1969-1982-ci illərdə Respublikaya birinci rəhbərliyi dövründə 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə verildi, 630 min nəfərlik yeni iş yerləri açıldı. H.Əliyev 1975-ci ildə 287 Bakıda Məişət Kondisionerlər zavodunun tikilməsinə nail oldu. 1973-cü ildə Xankəndində Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında müstəqil pedaqoji institut açıldı. 1979-cü ildə Ağdamdan bura dəmiryolu çəkildi. Əsgəran rayonu təşkil olundu. 1977-ci ildə Dağlıq Qarabağ məsələsini yenidən qaldırmaq cəhdinin qarşısı alındı. 70-ci illərdə mərkəz, ermənilərin təhriki ilə Kəlbəcər rayonunun perspektivsizliyi bəhanəsi ilə oradan əhalinin köçürülməsi və rayon ərazisinin yaylaq kimi respublikalar arasında bölüşdürülməsi haqqında məsələ qaldırdı. Lakin H.Əliyev bölgənin iqtisadiyyatını qısa müddətdə canlandırmaqla mərkəzin və erməni millətçilərinin niyyətlərini puça çıxardı. Kəlbəcərə “Muğan yolu” çəkildi. 60-cı illərdə Azərbaycan Dövlət Universitetinin bir qrup tələbəsi Ə.Əliyevin (Elçibəy) rəhbərliyi ilə gənclər arasında siyasitəbliğat işi aparmaqla onlarda milli şüurun oyanmasına xidmət göstərmişdi. 1978-ci ilin aprelində Azərbaycan SSR-in, mayında isə Naxçıvan MSSR-in yeni Konstitusiyası qəbul edildi. Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması öz əksini tapdı. H.Əliyev 1982-ci ilin dekabrında Sov. İKP MK Siyasi Bürosuna üzv seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi və bu imkanlardan da Azərbaycanın inkişafı naminə istifadə etdi. 70-ci illərdə Respublikada idarəçiliyin güclənməsi, tələbkarlığın artırılması nəticəsində xalq təsərrüfatında mühüm irəliləyişlər əldə olundu. Neft sənayesində tənəzzülü aradan qaldırmaq üçün kəşfiyyat işləri genişləndirildi. 1970-ci ildə neft hasilatı 17,3 mln. ton, 1972-ci ilin əvvələrinədək isə bir milyard ton neft çıxarılmışdı. 90 adda müxtəlif neft məhsullarının istehsalına imkan yarandı. 70-ci illərdə Cənubi Qafqazda ən iri poladtökmə zavodu tikildi və istifadəyə verildi. 1985-ci ildə Dərin Dəniz özülləri zavodu ilk məhsulunu istehsal etdi. 90-cı illərin əvvəllərində SSRİ-də istehsal olunan neftçıxarma texnikasının 2/3 Azərbaycan verirdi (12, s. 211). Neftmaşınqayırma sahəsində Azərbaycan ABŞ-dan sonra II yeri tuturdu. 1983-cü ildə Qroznı-Bakı neft kəmərinin istifadəyə verilməsi ilə 288 Azərbaycan SSRİ-nin vahid neft kəmərinə qoşuldu. Bakıda “Ulduz” elektrik cihazqayırma, “Ozon”, Sumqayıtda məişət kompressorları zavodları istifadəyə verildi. Bakıda 2 evtikmə kombinatı, Sumqayıt və Mingəçevirdə evtikmə zavodları, Sumqayıtda şüşə zavodu, Ələt ağac emalı kombinatı və s. işə düşdü. 1971-ci ildə Naxçıvan MSSR-də Araz, 70-ci illərin ortalarında Tərtər, 1981-1984-cü illərdə Şəmkir su-elektrik stansiyaları işə salındı. Respublikada kənd təsərrüfatının, pambıqçılığın, tərəvəzçiliyin, tütünçülüyün, 70-ci illərin sonlarından isə həm də üzümçülüyün inkişafına diqqət artırılmışdı. Lakin 80-ci illərin II yarısında Sovet imperiyasında alkoqolizmə qarşı mübarizə komponiyası başlanandan sonra 100 min ha çox üzümlük məhv edilmişdi. 70-ci illərdə Bakıda Dəniz vağzalı, indiki H.Əliyev adına Respublika sarayı, “Moskva” mehmanxanası, 80-ci illərdə Gülüstan sarayı, yeni zoopark, örtülü idman kompleksi tikilmişdi. 1990-cı ildə əhaliyə 18 metro stansiyası xidmət göstərirdi (12, s. 211). 1971- ci ilin sentyabrında Kür su kəməri işə salınmış, Kür suyu Bakıya gətirilmişdi. 1982-ci ildə Sabirabadda iri su təchizatı kompleksi istifadəyə verildi. 1990-cı ildə Respublikada 150-ə qədər telestansiya, 846 xəstəxana fəaliyyət göstərirdi. 90-cı iilərin əvvəllərində Azərbaycanda 17 ali, 77 orta ixtisas məktəbi var idi. 1970-1982-ci illərdə SSRİ-nin ən mühüm ali məktəblərində 17 mindən çox azərbaycanlı mütəxəssis hazırlanmışdı. 1990-cı ildə 4500-dən artıq ümumtəhsil məktəbi, 182 texniki-peşə məktəbi var idi. 1971-ci ildə C.Naxçıvanski adına Respublika orta ixtisaslaşdırılmış internat məktəbi açıldı. 1990-cı ildə respublikada 23 mindən çox elmi işçi çalışırdı. 1987-ci ildə Bakıda Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyi fəaliyyətə başladı. Lakin elmlərin, xüsusən ictimai elmlərin inkişafına kommunist ideologiyasının güclü təzyiqi ləngidici təsir göstərirdi. 1990-cı ildə 168 qəzet, 91 jurnal çap olunurdu. 289 2. Azərbaycan “yenidənqurma” şəraitində. Milli münasibətlərin kəskinləşməsi 80-ci illərin ortalarında sovet cəmiyyətinin iqtisadi, siyasi və mənəvi həyatında böhran qabağı vəziyyət yaranmışdı. KP ölkəni iflasdan qurtarmaq məqsədilə 1985-ci ildə “sürətləndirmə konsepsiyası” irəli sürdü (42). ‘Yenidənqurma” xətti müəyyən edildi. 1989-cu ildə ilk dəfə olaraq çoxmandatlı sistem əsasında xalq deputatları seçkiləri keçirildi. “Yenidənqurma” və “aşkarlıq” Azərbaycanda da demokratik hərəkatın inkişafına təkan verdi (43). Bundan ehtiyat edən Sovet rəhbərliyi Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində milli münaqişə ocağını alovlandırdı. Daxildən və xaricdən dəstək alan ermənilər açıq ərazi iddiaları ilə çıxış etməyə başladılar. Hətta Qazax və Gədəbəy rayonlarında min hektarlarla torpaq sahəsinin Ermənistana verilməsinə razılıq verilmişdi. Bu vaxt yerli əhalinin narazılığı qüvvə tətbiq etməklə yatırıldı. Ermənistanda dövlət səviyyəsində gizli silahlı dəstələr yaradılır və azərbaycanlıları zorla qovub çıxarmaq istiqamətində iş aparılırdı. 1988-ci il yanvarında Qafan və Mehri rayonlarından ilk qaçqınlar Azərbaycana gəldilər. Fevralın 19-da İrəvanda “Ermənistanı türklərdən təmizləməli!” və b. millətçi şüarlarla mitinqlər keçirildi. Bundan ruhlanan Dağlıq Qarabağ erməniləri Stepanakertdə (Xankəndi) mitinq və nümayişlərə başladılar. Fevralın 24- də Əsgəran rayonunda emənilər 2 gənci qətlə yetirdilər və 19 nəfəri yaraladılar. Fevralın 28-də Sumqayıtda ilk cinayət hərəkətini özünü azərbaycanlı kimi qələmə verən “paşa” ləqəbli erməni E.Qriqoryan törətdi. Şəxsən 9 erməni, ümumiyyətlə 32 nəfər (6 azərbaycanlı) öldürüldü (104, v. 25; 92, s. 4), 200 mənzil qarət edilmiş, onlarca ictimai bina, avtobus, şəxsi maşınlar yandırılmışdı. Sumqayıt hadisələrindən sonra qanlı antitürk hərəkatı daha da genişləndi. Ermənilər Ermənistanın Quqark rayonunda 14 nəfəri ağaca sarıyıb yandırdılar. Leninakan uşaq evində yaşayan 70 nəfər 290 azərbaycanlı uşağı Spitakda diri-diri borunun içinə doldurub ağzını qaynaqladılar. 1988-ci ilin dekabrın 11-də Azərbaycandan Ermənistana zəlzələ zonasına köməyə gedən 78 nəfərlik İL-76 təyyarəsi ermənilər tərəfindən vuruldu (67). 1991-ci il avqustun 8- də Ermənistan SSR-də sonuncu azərbaycanlı kəndi olan Nüvədi (Mehri rayonu) kəndi rus əsgərlərinin köməyi ilə boşaldıldı. Ermənistandakı 185 azərbaycanlı kəndindən 230 min nəfər azərbaycanlı qovuldu. 1988-ci ilin iyununda Ermənistan SSR Ali Soveti DQMV xalq deputatları sovetinin Emənistana birləşmək haqqında qərarına razılıq verdi. Sentyabrda ermənilər Xocalıda qanlı cinayət törətdilər. 1989-cu ilin yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar verdi. A.Volskinin rəhbərliyi ilə Moskvaya tabe olan Xüsusi İdarə Komitəsi (XİK) yaradıldı (12, s. 237). DQMV əməli olaraq Azərbaycana tabeçilikdən çıxarıldı. Azərbaycanın demokratik qüvvələrinin tələbi ilə SSRİ Ali Soveti 1989-cu il noyabrın 28-də XİK-i ləğv etdi. Ermənistan SSR Ali Soveti dekabrın 1-də “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında qərar” qəbul etdi (12, s. 237). Ermənistanda yaşayan azərbaycanlının kütləvi şəkildə deportasiyası və Dağlıq Qarabağda separatçılıq meyllərinə mərkəzin xeyir-dua verməsi Azərbaycanda xalq hərəkatının başlanmasına səbəb oldu. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda keçirildi. Xalq Moskvadan asılı olan Ə.Vəzirovdan Ermənistanda və Dağlıq Qarabağda baş verən hadisələrə qarşı qəti mövqe tutmağı tələb edirdi. Lakin Vəzirov xalqın diqqətini yayındırmaq siyasəti yürüdürdü. Dağlıq Qarabağda Topxana meşəsində ermənilərin sənaye obyekti tikməsi xəbəri xalqı hərəkətə gətirdi. Noyabrın 15-16-da Bakıda mitinqlər keçirildi. Noyabrın 17-də “Azadlıq” meydanında mitinqdə yarım milyondan çox adam iştirak etmişdi. Hökumət hərəkatın gedişindən qorxub Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq etdi, küçələrə tanklar yeritdi. Dekabrın 4-də çoxlu adam həbs edildi. 291 Belə bir şəraitdə AXC-nin təsis konfransı 1989-cü ilin iyununda Bakıda keçirildi. Cəbhənin proqram və nizamnaməsi qəbul edildi. Elçibəy onun sədri seçildi. Xalq Ə.Vəzirovun istefasını tələb edirdi. Xalqın təzyiqi altında sentyabrın 23-də Ali Sovetin növbədənkənar sessiyası “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya Qanununu qəbul etdi. Respublikada hakimiyyət böhranı mövcud idi. Dekabrın 31- də Naxçıvan MSSR-də Araz çayı boyu Sovet-İran sərhəd qurğuları dağıdıldı. Yanvarın 12-də 500 nəfər silahlı erməni qulduru Xanlar rayonunun Quşçu kəndinə hücum etdi. Belə vəziyyətdə AXC Milli Müdafiə Şurası (MMŞ) yaratdı. Yanvarın 15-də SSR Ali Soveti Rəyasət Heyəti rəhbərliyinin müraciəti əsasında SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında” fərman verdi (91, s. 37, 40). Bakı və ətraf rayonlara əlavə qüvvələr gətirildi. Sovet ordusunun dəstəyi ilə erməni hərbi hissələri əvvəl Naxçıvanda hücuma keçdilər. Xalqın tələbi ilə yanvarın 19-da Naxçıvan MSSR-in Ali Soveti Muxtar Respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul etdi. SSRİ Ali Sovetinin Rəyasəti Heyəti yanvarın 20-də saat 00- dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi (91, s. 82). Lakin fərman xalqdan gizlədildi. Əhaliyə məlumat verilməsin deyə, yanvarın 19-da axşam saat 20- yə qalmış dövlət televiziyasının enerji bloku partladıldı. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya hücum edib, qanlı qırğın törətdi. Bakıda və digər rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu, 4 nəfər itkin düşdü (58, s. 303; 60). “Qanlı yanvar”a etiraz olaraq 40 günlük ümummilli tətil başlandı. H.Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək imperiyanın Azərbaycana qoşun yeritdiyini, günahsız əhaliyə divan tutulduğunu bütün dünyaya bəyan etdi. Gizlincə respublikadan qaçmış Vəzirovun yerinə Moskva 292 A.Mütəllibovu təyin etdi. Tarixin bu məsuliyyətli dövründə AXC artıq xalqa rəhbərlik edə bilmədi. Azərbaycan SSR Ali Sovetinin sessiyası mayın 19-da prezident vəzifəsi təsis etdi və A.Mütəllibovu bu vəzifəyə seçdi. AXC-nin qeyri-ardıcıl mövqeyini görən xalq bu təşkilatdan uzaqlaşmağa başladı. H.Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. İqtidar onun Bakıda qalmasına imkan vermədi və o, Naxçıvana getdi. Sentyabrda H.Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. 1990-cı il noyabr sessiyasında Muxtar Respublika adından “Sovet sosialist” sözü götürüldü. Muxtar Respublika Ali Soveti Ali Məclis adlandırıldı. Noyabrın 21-də Ali Məclis 20 yanvar hadisələrinə düzgün siyasi qiymət verdi, günahkarlar ifşa edildi (45, s. 86-88). 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti sessiyasının qərarı ilə ölkə “Azərbaycan Respublikası” adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq olundu. SSRİ-nin saxlanılması referenduma çıxarıldığı zaman H.Əliyev onun əleyhinə çıxdı. 1991-ci il martın 17-də SSRİ-nin saxlanılması ilə əlaqədar referendum keçirildi. Səsvermə saxtalaşdırıldı. Naxçıvan MR əhalisi referendumda iştirak etmədi. Sentyabrın 8-də Respublikada keçiriləcək prezident seçkilərində H.Əliyevin qələbə çalacağından ehtiyatlanan A.Mütəllibov konstitusiyaya prezidentliyə namizəd üçün maksimum yaş senzi daxil etdi və bu səbəbdən seçkilərdə öz qələbəsini təmin etdi. 3. Güney Azərbaycanı İran İslam inqilabı və ondan sonrakı dövrdə 1977-ci ilin payızından etibarən Cənubi Azərbaycanda bir sıra çıxışlar başladı. Ən iri tələbə çıxışı Cənubi Azərbaycanda Milli hökumətin yaranmasının ildönümü günü münasibətilə olmuşdu. 1978-ci ilin yanvarında Qum şəhərində Konstitusiya prinsiplərinə, qaydalarına riayət olunması, şahlığın ləğv edilməsi tələbi ilə nümayiş keçirilmişdi. Qumdakı hadisələrin 40-cı günü, fevralın 18-də 293 Təbriz şəhərinin din başçılarının əhaliyə müraciəti təbrizliləri ayağa qaldırdı. 100 min nəfərin iştirak etdiyi çıxış baş verdi. Hökumət nümayişçilərin üzərinə nizami ordu hissələri göndərdi. Dinc etiraz nümayişi mövcud quruluşa qarşı üsyana çevrildi. Bunu 29 bəhmən üsyanı adlandırırlar. Şah fevralın 19-da Təbrizə başqa şəhərlərdən əlavə nizami hərbi dəstələr göndərdi. Lakin qüvvələr bərabər olmadığından üsyan qəddarlıqla yatırıldı (35, s. 58-59). Antişah və antiimperialist hərəkat olan 1978-1979-cu illər İran inqilabının sosial-siyasi mahiyyətini əslində elə 18 fevral Təbriz üsyanı müəyyən etmişdi. Təbriz üsyanı Pəhləvi monarxiyasına zərbə vuran ilk xalq çıxışı idi. Təbriz üsyanından sonra mart ayının 29-30-da Tehran, İsfahan, Məşhəd, Əraq, Qum, Təbriz, Zəncan və b. şəhərlərdə, may ayında baş vermiş çıxışlar İranın 20-dən çox şəhərini əhatə etmişdi. Həmin ilin sentyabrından inqilabın II mərhələsi başlandı. İlk çıxışlar sentyabrın 7-də ölkənin 12 şəhərində, o cümlədən Təbrizdə kütləvi xarakter aldı. Sentyabrın 8-də, cümə günü hakimiyyətin nümayiş iştirakçılarını gülləbaran etməsi onları öz yolundan döndərə bilmədi. “Qanlı cümə günü” adını almış həmin gün əhalinin şaha qarşı qəzəb və nifrətini daha da artırdı (12, s. 219). Neftçilərin noyabr ayında həftəlik, daha sonra isə 1978-ci ilin dekabrından 1979-cu il fevralın əvvəllərinədək davam etmiş aramsız ümumi tətili şah hakimiyyətinə ağır zərbə vurdu və inqilabın taleyini həll etdi. Şah 1979-cu il yanvarın 16-da İrandan qaçdı. Fevralın 16-da şahpərəstlərin son tör-töküntüləri Təbrizdə və Cənubi Azərbaycanın başqa şəhərlərində də tamamilə zərərsizləşdirildi, nəzarət xalqın əlinə keçidi. Beləliklə, 1979-cu il fevralın 11-də Tehranda qələbə çalan inqilab fevralın 16-da Cənubi Azərbaycanda başa çatdırıldı. 1978-1979-cu illərin İran inqilabı dövründə azərbaycanlılar 25 min nəfərə yaxın qurban verdilər (12, s. 220). Antişah və antiimperialist inqilab 1979-cu il fevralın 11-də qələbə ilə başa çatdıqdan sonra həmin millətlər milli muxtariyyət alacaqlarını gözləyirdilər. Lakin qələbənin ilk günündən hakimiyyət 294 sükanını ələ alan Ayətullah Xomeyni tərəfdarları ümumxalq rəy sorğusu ilə 1979-cu il aprelin 1-də İran İslam Respublikası (İİR) elan etməyə nail oldular. Yeni hökumət torpaq, işsizlik məsələsini həll edə bilmədi. İran İslam Məclisi torpaq islahatı haqqında qanunu qəbul etsə də (sentyabr 1981), dövlət bu qanunu həyata keçirməkdə aciz oldu. Çünki islahata şamil olunan torpaq sahələrinin çoxu varlı ruhanilərin, Məclis vəkillərinin, yüksək vəzifə sahiblərinin mülkiyyətində idi. Elə bu səbəbdən İİR rəhbərliyi işsizlik problemini də həll edə bilmədi. Ölkə yavaş-yavaş bu vəziyyətdən çıxdı və İran-İraq müharibəsinin (1980-1988) vurduğu iqtisadi yaraları sağaltmağa başladı. Azərbaycan türkləri üçün ən ağrılı məsələ milli dilin statusunu müəyyən edən Əsas Qanunun 15-ci maddəsi idi. Yerli və etnik dillərin fars dili ilə yanaşı mətbuatda, kütləvi informasiya vasitələrində və məktəblərdə milli ədəbiyyatın tədrisində işlənməsi azad elan edilsə də, Azərbaycan məktəblərində buna nail olmaq öz həllini tapmadı. Az bir zamanda azərbaycanlılar nisbi milli dirçəlişə nail oldular. Cənubi Azərbaycanda, xüsusən Təbrizdə və Tehranda Azərbaycan türkcəsində qəzet və jurnallar nəşr edilməyə başladı. Cənubi Azərbaycanda və Tehranda yaranmış bir sıra mədəniyyət ocaqları vahid Azərbaycan mədəniyyəti ideyası istiqamətində fəaliyyət göstərirdilər. Bu cəmiyyətlərdə təmsil olunan ziyalılar aşağıdakı tələbləri irəli sürürdülər: 1) Azərbaycan dilinin bu xalqın rəsmi dili kimi tanınması; 2) Azərbaycanda tədrisin ana dilində aparılmasını; 3) Tehranda ikidilli məktəblərin yaradılmasını və s. Müxtəlif mədəniyyət ocaqlarının nəşr etdirdikləri qəzet və jurnallar İranda azərbaycanlıların milli şüurunun inkişafına təkan verdi. Lakin mətbuat azadlığı olsa da, mədəniyyətin ruhanilər tərəfindən “şeytan əməli” adlandırılan aşıq müsiqisi və teatr sənəti kimi sahələri inqilabın ilk dövrlərindən daim müxtəlif növ təqiblərə məruz qalırdı. Şimali Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi Cənubda da milli təfəkkürdə yeni bir canlanma yaratdı.