AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ                                                                                                                                                                                                                                                                   

Səfəvilər dövlətinin yaranması və Azərbaycan tarixində onun yeri.

 XVI-XVII əsr Səfəvi-Osmanlı müharibələri və onların nəticələri.

 XVI-XVII əsrlərdə Azərbaycanın sosial-iqtisadi və mədəni həyatı.

Şah İsmayıl Xətai 

 

 

 1. Səfəvilər dövlətinin yaranması və Azərbaycan tarixində onun yeri Ağqoyunluların zəiflədiyi bir şəraitdə ölkədəki pərakəndəliyi aradan qaldırmaq və Azərbaycan torpaqlarını siyasi cəhətdən birləşdirmək zərurəti yaranmışdı. Səfəvilər xalqı öz tərəflərinə çəkmək üçün ədalətli qaydalar vəd edirdilər. Xalq şiəlik hərəkatina öz xilaskarı kimi baxır və Səfəvilərin hakimiyyət uğrunda mübərizəsinə yardımçı olurdular. İ.P.Petruşevski Səfəvilərin tarixini dörd dövrə bölür. I dövrXIII əsrin sonlarından 1447-ci ilə qədər davam edir. Bu dövrdə Səfəvilər şiəliyi yayır, xalq kütlələrinin antifeodal hərəkatına başçılıq etməyə çalışırlar. Lakin bu dövrdə Səfəvilərin hakimiyyəti Ərdəbil mahalından kənara çıxmır. II dövr - 1447-1501-ci illər. Bu dövrdə Səfəvilər özlərini müstəqil ruhani feodalları kimi təqdim edir və Azərbaycanın siyasi həyatında mühüm rol oynayırlar. III dövr - 1501-1587-ci illər. Həmin illərdə Səfəvilərin hakimiyyəti yaranır, möhkəmlənir və onlar Azərbaycanın iqtisadi-siyasi və mədəni həyatında mühüm rol oynayırlar. IV dövr isə 1587-1736-cı illəri əhatə edir. Bu dövrdə Səfəvi dövlətinin mərkəzi Təbrizdən İsfahana köçürülür. Dövlətin mahiyyəti dəyişilir. Bu bölgü əsasında belə nəticəyə gəlirik ki,Səfəvilərin Ərdəbil hakimiyyəti dövrü 1501-ci ilə qədər, bütün Azərbaycanda 117 hakimiyyət dövrü isə 1736-cı ilə qədər götürülməlidir. Göründüyü kimi, Səfəvilərin hakimiyyəti Ərdəbil dövründən başlanır. Həmin dövr ona görə maraq döğurur ki, bu kiçik ruhani feodallığı 80 ildən artıq bir dövrdə Azərbaycan feodal dövlətlərinin istinadgahı olmaqla, onların birləşdirilməsində mühüm rol oynamışdır. Məhz Səfəvilərin Ərdəbil hakimiyyəti mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılmasında rüşeym olmuşdur (8, s. 393-394). 1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicandan Ərdəbilə yola düşdü. Onu Səfəvi sərkərdələri müşayiət edirdi. İsmayıl ilk növbədə Şirvanşahlar dövlətinə zərbə vurmaq istəyirdi, çünki Təbrizə hücum etməklə dərhal 3 düşmənlə-Ağqoyunlu Əlvənd Mirzə və Muradla, onları müdafiə edən Fərrux Yasarla toqquşmalı olardı. Bu halda qələbə şübhəli idi. 1500-cü ilin payızında qızılbaş qoşunu Kürü keçib, Şirvan ərazisinə daxil oldu. Fərrux Yasar Şirvanı müdafiə etməkdə acizlik göstərərək Qəbələyə qaçdı. 1500-cü ilin sonunda, Gülüstan qalasından bir qədər aralı, Cabanı adlı yerdə döyüşdə Şirvanşahlar məğlub oldu, Fərrux Yasar öldürüldü. Döyüşdən sağ çıxan oğlu İbrahim Şeyx Şah isə Gilana qaçdı. Şirvanşahlar xəzinəsi və möhtəşəm Şirvanşahlar sarayı Bakıda yerləşirdi. Qala (İçərişəhər) 4 tərəfdən xarici aləmlə bağlı idi. 3-ü dənizə, 1-i isə quruya çıxırdı. Qalanı dərin xəndəklər müdafiə edirdi. 1501-ci ilin yazında İsmayıl Bakı qalasını ələ keçirmək üçün sərkərdələri Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu ora göndərdi. Onlar qalanın təslim olmasını tələb etdilər. Fərrux Yasarın oğlu Qazı bəy Şirvanın dağlıq yerlərində müqavimət göstərdiyi üçün qalanı onun arvadı müdafiə edirdi. O verilən təklifi rədd etdi, hətta, gələn elçiləri və şəhəri təslim etməyi məsləhət görən Bakı darğası Əbdül Fəttahı edam etdirdi. Müqaviməti görən İsmayıl 1501-ci ilin yazında ən yaxşı sərkərdəsi Hadim bəyi Bakıya göndərdi. Sonda özü gəldi və onun əmri ilə qızılbaşlar qala divarları altından lağım atıb bürclərdən birini uçurduqdan sonra şəhərə daxil oldular. İsmayıl buradan Gülüstan qalasına doğru irəlilədi. Qala güclü müdafiə olunurdu. İsmayıl qoşunu geri çəkdi. O, Ağqoyunlu Əlvəndin Təbrizdən güclü qüvvə 118 ilə yürüşə başlaması xəbərini almışdı. İsmayıl və əyanlar Təbriz taxtını Ağqoyunlulardan geri alıb Azərbaycanda öz hakimiyyətini qurmağı başlıca vəzifə hesab edirdilər. 1501-ci ilin ortalarında Şərur düzündə həlledici döyüş oldu. Əlvənd sayca üstün olan qoşununun qaçmaması üçün dəvələri bir-birinə zəncirləyərək bir dairə yaradıb qızılbaşları ora salıb əzmək istəyirdi, lakin bu tədbir özünə qarşı çevrildi. Əlvənd Ərzincana qaçmaqla xilas oldu. Bundan sonra 1501-ci ilin payızında İsmayıl təntənə ilə Təbrizə daxil oldu və özünü şah elan etdi (1501-1524), adına xütbə oxutdurdu, sikkə zərb etdirdi və Azərbaycan taxt-tacına yiyələndi. Beləliklə, paytaxtı Təbriz olmaqla Azərbaycan Səfəvi dövlətinin əsası qoyuldu. Əhalinin etnik çoxluğunu Azərbaycan türkləri təşkil edirdi. Azərbaycan etnik ünsürü dövlətin siyasi həyatında rəhbər rol oynayırdı. Ordu əsasən Azərbaycan tayfalarından təşkil olunurdu. Şahın sarayında, qoşun içərisində və qismən diplomatik yazışmada Azərbaycan dili işlədilirdi (8, s. 403). Azərbaycan ədəbi dilinin inkişafında Şah İsmayılın rolu müstəsnadır. 1503-cü ilin yazında Şah İsmayıl öz müridi Qənbər ağanı Muradın yanına göndərib Səfəvilərlə Ağqoyunluların qohum olduğunu xatırlatdı və tabe olmasını tələb etdi və ona Əcəm İraqını vəd etdi. Lakin rədd cavabı aldı. İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq Qızılüzən çayını keçdi və Həmədan yaxınlığında Almaqulağı adlı yerə çatdı. 1503-cü il iyunun 21-də baş vermiş döyüşdə 70 minlik qoşunu olan Ağqoyunlular məğlub oldular. Şiraza qaçan Muradı Şah İsmayıl təqib edərək İranın içərilərinə doğru irəlilədi, Şirazı müqavimətsiz ələ keçirdi. Ağqoyunlu dövlətinin 2-ci qoluna son qoyuldu. İsmayıl İran və Əcəm İraqının xeyli hissəsinə yiyələndi. Həmin ildə Şah İsmayıl Qumu, Kaşanı və İsfahanı tutdu, 1504-cü ildə Yəzdə və Kirmana yiyələndi, 1508-1510-cu illərdə Şah İsmayıl, Xorasan istisna olmaqla, bütün İranı və Ərəb İraqını tabe edərək öz hakimiyyəti altında birləşdirdi (3, s. 208). Səfəvi dövləti şərqdə Şeybanilər dövləti, qərbdə isə Osmanlı imperatorluğu ilə həmsərhəd oldu. 1507-1508-ci illərdə Şeybani xan Xorasanı tutmuş və İsmayıla göndərdiyi məktubda tabe olmasını, hakimiy- 119 yətdən əl çəkməsini tələb etdi. Şah İsmayıl Xorasana doğru hərəkət etdi. Şeybani xan Heratdan Mərvə çəkildi və Mərv qalasını möhkəmləndirib müdafiəyə hazırlaşdı. Şah İsmayıl 1 həftə uğursuz həmlədən sonra hiylə işlətdi-Şeybani xanın qoşununu qaladan çıxarıb döyüşü səhrada keçirmək üçün ağıllı tatika etdi. Hiyləni başa düşən özbək sərkərdələri Şeybani xanın Mərvdən çıxmasını məsləhət görmədilər, lakin Şeybani xan məsləhətə qulaq asmayaraq, qızılbaşları təqib edərək çayı keçdi və İsmayılın əsas qüvvələri ilə üz-üzə gəldi. 1510-cu il dekabrın 1-də baş vermiş bu döyüşdə 10 min nəfər özbək qoşunu qırıldı. Şeybani xan özü də öldürüldü. Amudəryadan Fərat çayına qədər geniş ərazi İsmayılın hakimiyyəti altına keçdi. 2. XVI-XVII əsr Səfəvi-Osmanlı müharibələri və onların nəticələri Səfəvi-Osmanlı münasibətləri. Osmanlı sultanı II Bayazid (1481-1512) Şah İsmayıla qarşı mübarizəyə başlamağa cəsarət etmədi, 1504-cü ildə Səfəvi dövlətini tanımalı oldu. 1512-ci ildə I İsmayılın qoşunu Kiçik Asiyada Qarahisar və Malatya şəhərlərinə yiyələndi. Sərkərdə Məhəmməd xan Ustaclı Diyarbəkir şəhərini tutdu və buradan Şah İsmayılın göstərişi ilə I Sultan Səlimə təhqiramiz məktub yazdı. I Sultan Səlim hərbi əməliyyata başlamazdan əvvəl bir sıra tədbirlər gördü-Böyük Moskva knyazlığı, Macarıstan, Venesiya, Moldaviya və Valaxiya ilə sülh müqavilələri bağladı. Qərbdə hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırıldı. Səfəvilərin uğurlarından xəbərdar olan Avropa diplomatiyası Şah İsmayılla hələ hakimiyyət başına keçməzdən əvvəl əlaqə yaratmışdı. Roma papası Almaniya, Fransa, İspaniya, Portuqaliya, Skandinaviya dövlətlərinin başçılarına məktublar yazaraq, Şah İsmayılın hərbi uğurlarını “Allahın xristian dünyası üçün yaratdığı bir fürsət” (Osmanlı imperatorluğuna qarşı) kimi qiymətləndirmiş və bundan dərhal istifadə etməyə çağırmışdı. Avropa diplomatları Səfəvi-Osmanlı münasibətlərini daim müharibə həddində 120 saxlamaq üçün bu silahdan istifadə etməyi məsləhət görürdülər. Əlaqələr qarşılıqlı idi. 1507-1508-ci illərdə Roma papası və Venesiya ilə əlaqə yaradıldı. 1510-cu ildə Səfəvi diplomatı Əli bəy İtaliyaya getdi. Aralıq dənizi vasitəsilə qərbdən silah gətirtdirəcəyinə əmin olmayan şah Portuqaliya ilə əlaqəyə girib İran körfəzi və Hind okeanı vasitəsilə qərbdən silah və artilleriya mütəxəssisləri gətirməyə çalışdı. Məqsədinə yetmək üçün Portuqaliyanın İran körfəzində möhkəmlənməsinə mane olmadı. Bundan istifadə edən Portuqaliya donanması Hörmüzü ələ keçirib Səfəvilərin Hind okeanına çıxış yolunu bağladı (gənc şahın bu səhvini düzəltmək üçün onun varisləri 100 ildən çox vaxt sərf etməli oldular). I Sultan Səlim 1514-cü ilin yazında Ədirnədə fövqəladə divan çağırdı və məclisdə qızılbaşlarla müharibə bütün müsəlmanların müqəddəs vəzifəsi elan olundu. I Sultan Səlim 100 min nəfərlik avropasayağı təşkil olunmuş qoşuna baxış keçirdi. Onun topxanası da var idi. Qızılbaşların isə 40 min nəfər döyüşçüsü vardı. I Sultan Səlim Çaysu çayını keçib Ərzincana daxil oldu. İsmayılın göstərişi ilə qızılbaşlar Azərbaycana geri çəkildilər. I Sultan Səlim Şah İsmayıla məktub göndərib döyüşə girmək niyyətində olduğunu bildirdi. Şah İsmayıl onu sultan və padşah kimi tanımadığını bildirdi. Sultan başa düşdü ki, I Şah İsmayılın geri çəkilməsi düşünülmüş taktikadır. İsmayıl qışa qədər döyüşü yubatmaq, qışda sultan qoşununun xeyli hissəsini aclıqdan ölümə düçar etmək fikrində idi. Sultan Səlim Şah İsmayılın döyüşə girmək fikrini biləndən sonra Maku yaxınlığındakı Çaldıran düzünə doğru hərəkət etdi. Hücuma gecə keçməyi təklif edəndə Şah İsmayıl “Mən karvanbasan quldur deyiləm, qoy Allah bilən kimi olsun” - dedi (8, s. 407). 1514-cü il avqustun 23-də Çaldıran düzündə qanlı döyüş oldu (3, s. 212). Üz-üzə gələn ordu ən ifrat din düşmənçiliyi ruhunda tərbiyə edilib bir-birinə qarşı qoyulan və şəhid olmağa hazır olan silahlı fanatiklər idilər. Çaldıran döyüşü tarixin ən qanlı qardaş qırğını idi, türk dünyasının ümumi faciəsi, Qərb diplomatiyasının isə qələbəsi oldu. Səfəvilər 3 min itki verdilər, yaralanmış Şah İsmayıl ordunun salamat qalan hissəsi ilə mühasirə həlqəsini yarıb-Təbrizə döğru 121 çəkildi. I Sultan Səlim onu təqib etdi və sentyabrın 6-da Təbrizi tutdu, lakin Şah İsmayılın hiyləsindən ehtiyat edərək geri çəkildi. Çaldıran döyüşü nəticəsində Osmanlı dövləti Ərzurum şəhəri ilə birlikdə Şərqi Anadoluya və Şimali İraqa yiyələndi. Bağdad daxil olmaqla Ərəb İraqı Səfəvilərdə qaldı. 1514-1515-ci illərin qışını Amasyada keçirən I Sultan Səlim İstanbula doğru irəlilədi. Osmanlılar Ərzincanı işğal etdilər. Diyabəkir Səlimə təslim oldu. Şah İsmayıl şəhəri geri almaq üçün Qara xanı göndərdi. Mühasirə bir ildən artıq davam etdi. 1516-cı ilin əvvəllərində Mardinin cənubunda Qoçhisarda həlledici döyüş Osmanlıların qələbəsi ilə qurtardı. Şimalda Xarput və Bitlisdən Rakkiyə qədər, cənubda isə Mosul Osmanlıların əlinə keçdi. Təbriz alındıqdan sonra Osmanlılar burada 6 gün qala bildilər. Geri çəkilərkən bir neçə min sənətkar ailəsi İstanbula köçürüldü. I Sultan Səlim Azərbaycanı zəbt etmək cəhdi baş tutmadı. Şah İsmayılın ölümündən sonra oğlu I Təhmasib taxta çıxdı (1524-1576). Qızılbaş əmirləri mərkəzi hakimiyyətə itaətdən boyun qaçırırdılar. Osmanlılar bu vəziyyətdən istifadə etdilər. I Sultan Süleyman Qanuninin (1520-1266) hakimiyyəti dövründə Azərbaycana dörd yürüş edildi. 1534-cü ilin yayında I Sultan Süleyman 100 min nəfərlik qoşunla Azərbaycana yürüş etdi. Təbriz işğal olundu. Sərt qış, ərzaq çatışmamazlığı osmanlıları ölkəni tərk etməyə vadar etdi. I Süleyman 1535-ci ilin yazında II dəfə Təbrizə yürüş etdi. Şah Təhmasib təbrizliləri ölkənin içərilərinə köçürdü, düşmən əlinə keçməmək üçün ot-ələfə od vurdular, mal-qara məhv edildi, şah özü isə Sultaniyyəyə çəkildi. Osmanlılar Təbrizə daxil oldular. Şah 2 dəfə danışıq üçün cəhd etdi. Lakin rədd edildi. Aclıq və səfalət osmanlıları geri çəkilməyə məcbur etdi. Şirvanşah II Xəlilullahın dövründə (1524- 1535) Şirvan hələ də Səfəvilərdən asılı idi. 1535-ci ildə II Xəlilullahın ölümündən sonra Şirvan əyanları onun yaxın qohumu Şeyxşahın oğlu Şahruxu taxta çıxardılar (1535-1538). Şahruxun gəncliyindən istifadə edən əyanlar Hüseyn bəy başda olmaqla hakimiyyəti əllərində cəmləşdirdilər. 1537-ci ilin sonlarında özünü Şivanşahın qardaşı Məhəmməd Amin kimi tanıdan Kələntərin 122 başçılığı ilə üsyan qalxdı. Üsyançılar Salyan və Şamaxını ələ keçirdilər. Şahrux saray əyanları ilə birlikdə Buğurd qalasına qaçdı. Lakin Salyan yaxınlığında Şirvan qoşunu üsyançıları darmadağın etdi. I Təhmasib 1538-ci ilin yayında başda qardaşı Əlqas Mirzə olmaqla 20 minlik qoşun, habelə Qarabağ və Muğandan yığılmış dəstələri Şirvana göndərdi. 4 aylıq mühasirədən sonra Buğurd qalası tabe edildi. Şahrux Təbrizdə gizli edam edildi. I Təhmasib Şirvanı idarə etmək üçün Əlqas Mirzəni ilk bəylərbəyi təyin etdi. Şirvan ərazisi bəylərbəyiliyə çevrilərək Səfəvi dövlətinin tərkibinə qatıldı. Əlqas Mirzə özünü müstəqil hakim elan etməyi qərara aldı və 1547-ci ili əvvəlləridə Səfəvi hakimiyyətinə qarşı qiyam qaldırdı (10, s. 386). Krım xanı Sahib Gərayın köməyinə baxmayaraq, Əlqas Mirzə məğlub olub İstanbula qaçdı. Şirvan 2-ci dəfə I Təhmasibin yürüşünə məruz qaldı. Onun oğlu İsmayıl Mirzə (II Şah İsmayıl, 1546-1577) Şirvana bəylərbəyi təyin edildi. O, 1547-1554-cü illərdə Şirvanda 3 feodal qiyamını qətiyyətlə yatırtdı. 1548-ci ildə I Sultan Süleyman 3-cü dəfə Azərbaycana yürüş etdi və Təbrizi tutdu. Şirvanda Bürhan Mirzə qiyam qaldırmışdı. Sonralar I Təhmasib öz paytaxtını Qəzvin şəhərinə köçürdü. Sultan qoşunlarının hərəkətini Azərbaycanda çətinləşdirmək üçün I Təhmasibin əmri ilə Təbrizə qədər bütün yerlər xarabazarlığa çevrilmişdi. Ələ keçəcək 1 çəngə ot belə qalmamışdı. Əhali kəhrizləri doldurur, ərzağı gizlədirdi. Osmanlılar böyük tələfatdan sonra Vana çəkildilər. Əlqas Mirzənin qoşunu Həmədan tərəfdə darmadağın edildi, özü isə ömürlük Qəhqəhə qalasındakı zindana salındı və 1549-cu ildə öldürüldü. Abdulla xan Ustaclı Şirvan bəylərbəyisi təyin edildi və 1549-cu ildə Əlişaban adlı yerdə baş vermiş döyüşdə qiyamçılar məğlubiyyətə uğradılar. Müstəqil Azərbaycan dövləti-Şəki hakimiyyətinin tənəzzülü Səfəvi dövrünə təsadüf edir. Şah I Təhmasib 1538-ci ildə Şirvana yürüş edəndə Şəki hakimi Dərviş Məhəmməd xan qoşunla Buğurd qalasında sığınan Şahruxa köməyə gəldi. 1551- ci ildə Təhmasib Şəkinin müstəqilliyinə son qoymağı qərara aldı. Azərbaycan ərazilərinin birləşdirilməsini başa çatdırdıqdan sonra 1552-ci ilin yayında I Təhmasib Osmanlılara qarşı 4 istiqamətdə 123 yürüşə başladı. Hilat qalası, Van ərazisi, Bitlis, Vostan, Ərçis yerlə yeksan edildi. 1554-cü ilin yazında I Sultan Süleyman 4-cü dəfə Azərbaycana hücum etdi. Ərzaq qıtlığından Sultan Naxçıvanı tərk edib Ərzuruma çəkildi. Onları təqib edən qızılbaşlar Osmanlı ərazisinə daxil oldular. I Süleyman Osmanlıların tərəfinə keçmiş Qasım Mirzəyə kömək üçün Krım türklərindən ibarət süvari dəstə göndərdi. Osmanlılar Şirvana yenidən hücum etdilər və məğlub oldular. Şirvan bəylərbəyi Abdulla xan Qasım Mirzənin tərəfdarlarını əzdi. Qasım Mirzə Dağıstana qaçdı. Sultan Süleyman Səfəvilərlə danışıqlara başlamağı lazım bildi. 1555-ci il mayın 29-da Amasyada Səfəvi-Osmanlı müharibələrinin 1-ci mərhələsini başa çatdıran sülh müqaviləsi imzalandı-Qərbi Gürcüstan Osmanlıların, Gürcüstanın şərq vilayətləri Səfəvilərin ixtiyarına keçdi. Lakin XVI əsrin 70-ci illərindən etibarən Osmanlı işğalının yeni dövrü başlandı (3, s. 225). İctimai-iqtisadi həyat. I Şah İsmayılın daxili siyasəti-mərkəzləşdirilmiş dövlət yaratmaq idi. Dövlətin başında Şah-eyni zamanda şiələrin başçısı dururdu. Şahın yanında Ali məclis fəaliyyət göstərirdi. Şahın dünyəvi və dini müavini vəkil ilk Səfəvilər dövründə dövlətdə 2-ci şəxs idi. Bu məsul vəzifə ilk dəfə olaraq I Şah İsmayılın tərbiyəçisi Hüseyn bəy Şamlıya həvalə olunmuşdu. Səfəvi dövlətində baş komandan əmir-ül-üməra adlanırdı. Dövlətin hərbi qüvvələrinin əsasını Azərbaycan tayfalarından ibarət çərik adlandırılan xüsusi hərbi dəstələr təşkil edirdi. Onlara qorçu başı rəhbərlik edirdi. Mülki işlərə vəzir başçılıq edirdi. Dini idarələrə sədr başçılıq edirdi. Səfəvi dövlətinin ərazisi inzibati cəhətdən bəylərbəyiliklərə, onlar da mahallara bölünürdü. Bəylərbəyilər şah tərəfindən yalnız Azərbaycan hərbi əyanlarından təyin edilirdi. XVI əsrin birinci yarısında Azərbaycan 3 bəylərbəyilikdən ibarət idi: mərkəzi Şamaxı şəhəri olan Şirvan, mərkəzi Gəncə olan Qarabağ, mərkəzi Təbriz olan cənub torpaqları. Mahalları bəylərbəyiliklər tərəfindən təyin edilmiş naiblər idarə edirdilər. Kəndlərə kətxudalar, şəhərlərə kələntərlər başçılıq edirdilər. Şəhərdə asayişin qorunmasına başçılıq edən darğa kələntərə tabe 124 idi. Ölkədə 5 torpaq mülkiyyət forması: dövlət torpaqları (divan), şah ailəsi torpaqları (xass), feodal torpaqları (tiyul), feodalların şəxsi torpaqları (mülk) və dini idarələrin torpaqları (vəqf) var idi. Soyurqal torpaq sahibliyi sıxışdırılır və tiyul torpaqlar paylanırdı. Tiyul sahibi-tiyuldar dövlətə xidmət etməyə borclu idi; tiyuldar ona verilən torpaqdan gələn gəlirin müəyyən hissəsini götürmək hüququna malik idi. Tiyul şərti mülk sayılır və yalnız şahın icazəsi ilə irsi keçə bilərdi. Əhalidən 35 növ vergi alınır və çoxlu mükəlləfiyyətlər yerinə yetirildi. Otlaqlardan istifadə üçün çobanbəyi, bağlar üçün bağbaşı və s. vergilər verirdilər. Səfəvi dövləti XVI əsrin 2-ci yarısı-XVII əsrin 1-ci yarısında. 1576-cı ilin mayında I Təhmasibin vəfatından sonra hərbi feodallar arasında çəkişmələr yenidən başlandı. Şahın oğulları Məhəmməd Mirzə, İsmayıl Mirzə və Heydər Mirzə arasında taxttac üstündə mübarizə qızışdı. İsmayıl Mirzə bu mübarizədə qalib gələrək, II İsmayıl adı ilə özünü şah elan etdi. Lakin saray çevrilişi nəticəsində İsmayıl Mirzə 1577-ci ildə öldürüldü. Ölkədə ikihakimiyyətlilik yarandı. Qəzvində I Təhmasibin qızı Pərixan xanım hakimiyyəti ələ aldı. Qızılbaş əmirləri Pərixan xanımı təkr edib, Məhəmməd Mirzənin tərəfinə keçdilər. 1578-ci il fevralın 13- də Məhəmməd Mirzə (Xudabəndə) Qəzvində müqavimətsiz taxta sahib oldu. Məhəmməd Xudabəndə (1578-1587) Pərixan xanımı edam etdirdi, arvadı Məhdi Ulya “dövlət işlərini” öz əlinə aldı. O, ali divanın vəkili vəzifəsinə qədər yüksəldi. Əslində ölkə qızılbaş tayfaları arasında bölünmüşdü. Məhəmməd Xudabəndinin yalnız şahlıq adı qalmışdı. 1577-ci ildə Van hakimi Xosrov paşa Səfəvilərə qarşı kürd tayfalarının qiyamını təşkil etdi. 1555-ci il sülhünü pozaraq, kürdlərlə birlikdə Xoy üzərinə hücum etdi. Xoy və Salmas hakimi Mahmud Sultan Rumlu inadlı müqavimət göstərdi, lakin həlak oldu. Kürdlər Urmiyanı tutdular. Xoy, Salmas, Urmiya üsyançıların əlində qaldı. Sultan III Murad (1575-1595) yaranmış vəzəiyyətdən istifadə etdi. Osmanlı ordusunun baş komandanı Mustafa Lələ paşa Ərzuruma 100 min nəfərlik qoşun topladı. Sultan vassalı Krım xanı II Məhəmməd Gəraydan (1577-1584) bu 125 yürüşdə iştirakını tələb etdi. Mustafa Lələ Qars qalasını bərpa edib, oraya qoşun yeritdi. 1578-ci il avqustun 9-da Çıldırda qızılbaşlar məğlub oldular (3, s. 228). Mustafa Lələ paşanın göndərdiyi 20-30 min nəfərlik qoşun hissələri Ahalsıxı ələ keçirib Kaxetiyaya daxil oldular. Səfəvi ordusunun rəhbərliyində birliyin olmaması, qızılbaş əmirlərinin həddindən artıq özlərinə arxayın olmaları, Osmanlılarla döyüşə o qədər də əhəmiyyət verməmələri, qüvvələr fərqi-bütün bunlar nəticədə Çıldır döyüşündə məğlubiyyətə gətirib çıxartdı. Çıldır döyüşündən sonra Mustafa Lələ Paşa Şirvanı, 1578-ci ilin avqustunda Tiflisi, az sonra Qorini tutdu. 1578-ci il sentyabrında Qanıx (Alazan) çayı sahilindəki döyüşdə Osmanlı ordusu böyük itki verdi. Səfəvi ordusu Qarabağa, oradan da Təbrizə qayıtdı. Mustafa Lələ paşa sentyabrın ortasında Ərəşə daxil oldu. Osmanlı ordusu Ərəş, Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad və Salyanı müqavimətsiz tutdu. 1578-ci ilin sentyabrında Məhəmməd Xudabəndənin oğlu Həmzə Mirzə 30 minlik qoşunla Qarabağa gəldi. Əmirlərin və vəzir Mirzə Salmanın qoşunları ilə birləşərək Şamaxı qalasında Osman paşanı mühasirəyə aldılar. 1578-ci ildə Krım xanı Adil Gərayın 12 minlik qoşunu məğlub oldu və Adil Gəray əsir alındı. Mirzə Salman təcili Şamaxıya gəldi. Osman paşa Dərbəndə qaçdı. Şirvan Osmanlılardan azad olsa da, Dərbənd tutulmadı. Səfəvilər Şirvanı Osmanlılara güzəştə vermək istəmirdilər. 1580-ci ilin əvvəllərində qızılbaş qoşunu Təbrizdən Şirvana hərəkət etdi. Ordunun komandanı Sinan paşa Ərzurumdan Səfəvi sarayına hədələyici məktubla elçi göndərdi. Şahrux xan möhrdar Sinan paşanın iddialarına sərt cavab verdi. Sinan paşanın təklifi ilə həmin qış hərə öz yerində qaldı. Lakin Şirvan Krım türklərinin 3-cü basqınına məruz qaldı. Osman paşa Krım türklərinin köməyi ilə Bakıya daxil oldu. Məhəmməd Xudabəndə təcili əmirləri qoşunla Mollahəsənli qəsəbəsinə göndərdi, Osmanlılar geri çəkildilər və Dərbənddə möhkəmləndilər. 1581-ci ilin yazında Qazı Gəray və Səfi Gərayın rəhbərliyi ilə Krım türkləri 4-cü dəfə Şirvana hücum etdilər. İmamqulu xan Qacar qızılbaş dəstəsini Şirvan hakimi Peykər xanın köməyinə göndərdi. Şamaxı ilə Şabran 126 arasında baş vermiş döyüşdə Qazı Gəray əsir alındı, Krım türkləri və Osmanlı birləşmiş qoşunu məğlub oldu. Qarabağdan Xorasana yürüş etdikdən sonra qızılbaş əmirlərinin Şirvana qayıda bilməməsindən istifadə edən Osman paşa yenidən Dərbənddən Şamaxıya gəldi. Şirvanda Osmanlı hakimiyyəti bərpa edildi. 1583-cü ilin yazında Qarabağ hakimi İmamqulu xan Qacar yeni qüvvə ilə Kürü keçib Şirvana daxil oldu. O, Rüstəm xanı öz dəstəsi ilə Osmanlılara qarşı döyüşə göndərdi. Bu döyüşdə Osmanlılar darmadağın oldular. Samur çayı sahilində 1583-cü ildə tarixdə “Məşəl savaşı” adlanan döyüş isə Osmanlı qüvvələrinin üstünlüyü ilə qurtardı, qızılbaşlar meydanı tərk etdilər (8, s. 432). 1582-ci ilin əvvəllərində Sinan paşa sülh bağlamaq məqsədi ilə Səfəvi səfiri İbrahim xan Tərxanla birlikdə Ərzurumdan İstanbula gəldi. Lakin Qızılbaş əmirləri bildirdilər ki, Şirvanı heç bir vəchlə güzəştə getməyəcəklər. Əgər sultan 1555-ci il sülhünün şərtlərinə razı deyilsə, onda müharibəni davam etdirəcəklər. 1585-ci il avqustun 12-də osmanlı qoşunu Pasinabad-Çaldıran-Xoy-Mərənd-Sufiyan-Təbriz istiqamətində yürüşə başladı. Məhəmməd Xudabəndə Həmzə Mirzənin başçılığı altında onlara qarşı 20 min nəfərlik qoşun göndərdi. 1585-ci ilin sentyabrında Məhəmməd xan Toxmağın başçılığı ilə qızılbaşların əsas dəstələri Sufiyan ərazisində döyüşdə əvvəlcə qızılbaşlar Osmanlılara ağır zərbə vursa da, onların sayca üstünlüyü qızılbaşları geri çəkilməyə məcbur etdi. Bir gün sonra Osman paşa Təbriz üzərinə hücuma başladı. Müdafiəsiz qalan Təbriz təslim oldu. Osman paşa 1 aydan artıq Təbrizdə qaldı. 1586- 1589-cu illərdə tədricən bütün Azərbaycan Sultan III Muradın ordusu tərəfindən işğal olundu. Səfəvilər ərazinin qalan hissəsini itirməmək üçün ağır sülh şərtləri ilə razılaşdılar. I Şah Abbasın islahatları. 1587-ci ildə Mürşüdqulu xan, xüsusilə ustaclı və şamlı tayfalarından qızılbaşların Xorasan qrupu Qəzvində 16 yaşlı Abbası şah elan etdilər. Bu vaxta qədər Qarabağ, Ərdəbil, Lənkəran istisna olmaqla, Azərbaycanın bütün vilayətləri Osmanlılar tərəfindən tutulmuşdu. XVI əsrdə feodal zümrəsinin daxilində 2 qrup-əsasən, Azərbaycan (türk) və fars 127 (İran) etnik ünsürləri təmsil edən qruplar bir-biri ilə mübarizə aparırdılar. Ümumən, fars etnik ünsürləri 2-ci dərəcəli yer tuturdu. Kəndlilərdən sənətkarlardın toplanan ağır vergi narazılığı artırır və dövlətin bünövrəsini laxladırdı. Şah Abbas hakimiyyətə gələndən sonra hərbi-inzibati islahat keçirdi. Qızılbaşların təkbaşına silah gəzdirmək hüquqları ləğv edildi. Başqa tayfalara da qoşuna daxil olmaq hüququ verildi. Şah tərəfindən qoşun tayfa müxtəlifliyi prinsipi əsasında təşkil edildi. Müxtəlif dərəcəli qoşun növləri yaradı: 1. Qızılbaşlar-süvarilərdir, sayı 200 min nəfər, yalnız 60 min nəfəri döyüşə gedirdi. 2. Qulamlar-xüsusi qvardiyadır-gürcü, çərkəz, osetin və b. xristian ailələrinin uşaqları, zorla islamlaşdırılıb sarayda xüsusi rejimlə tərbiyə olunurdular. Onlardan görkəmli sərkərdələr çıxırdı. 3. Tüfəngçilər-yoxsul təbəqədən seçilir, sayı 12 min nəfərə çatırdı. 4. Artilleriya-topçular. I Şah Abbasın 500 səhra topu vardı (8, s. 462-463). 1598-ci ildə paytaxtın Qəzvindən İsfahana köçürülməsi nəticəsində Qarabağadan, Qəzvindən Azərbaycan türkləri köçüb gəldi. Burada onlar üçün və Şah Abbasın şərəfinə “Abbasabad” adlı xüsusui məhəllə salındı. Qızılbaşlar Səfəvi imperatorluğunun idarə olunmasında xüsusi yer tuturdular. Azərbaycan dili orduda və şah sarayında üstünlük təşkil edirdi. Səfəvi şahları və saray xidmətçiləri Azərbaycan dilində danışırdılar. 1578-1590-cı illərdə Səfəvi-Osmanlı müharibələrində ağır məğlubiyyətə uğramış Səfəvi dövləti vacib hərbi islahatlar keçiməyə məcbur oldu. I Şah Abbas hərbi-köçmə qızılbaş əyanlarının müqavimətini qırdı. O, 44 min nəfərlik güclü nizami ordu yaratdı. Azərbaycan türklərindən ibarət qızılbaş süvari dəstələri yenidən bərpa edildi. Ölkə daxilində siyasi sabitlik bərpa edildi. Məhsuldar qüvvələr canlandı. Dövlət iqtisadi və hərbi-siyasi baxımdan möhkəmləndi. Beləliklə, Şah Abbas islahatları nəticəsində mərkəzi hakimiyyət xeyli qüvvətləndi. Şah Abbas Səfəvi dövlətinin keçmiş qüdrətini bərpa edə bildi. O, Azər- 128 baycan dövlətinin müstəqillik ənənlərini qoruyub saxlamaqla mərkəzi aparatı möhkəmləndirdi, İngiltərə, Fransa, İspaniya, Roma papası, Rusiya ilə diplomatik əlaqələr yaratmaq məqsədi ilə danışıqlara başladı. Səfəvi-Osmanlı müharibəsinin II mərhələsi 1590-cı il İstanbul sülh müqaviləsi ilə qurtardı. Sülh müqaviləsi Azərbaycanı Səfəvi və Osmanlı dövlətləri arasında böldü, Şirvan, Qarabağ, Təbriz, Sərab, Marağa və onların qərbində yerləşən digər torpaqlar Osmanlı hakimiyyəti altına düşdü. Xalxal, Ərdəbil, Qaracadağ və Lənkəran Səfəvilərin əlində qaldı. Azərbaycan torpaqları ilə yanaşı, Səfəvi imperatorluğuna daxil olan Şərqi Gürcüstan, habelə İranın qərb vilayətləri də Osmanlı imperatorluğunun tərkibinə qatıldı. Azərbaycanın cənub-şərq vilayətləri Qəzvinə tabe idi. Ərdəbil xüsusi idarəetmə hüququ daşıyırdı. 1593- cü ildən qızılbaşlara tabe edilən Azərbaycanın-Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Qızılağac, Lənkəran vilayətləri, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazi vahid Azərbaycan bəylərbəyiliyində birləşdirildi. 1595-ci ilə qədər bəylərbəyiliyin qoşunu 10 min idi və Azərbaycan qoşunu adlanırdı. XVI əsrin sonuna yaxın Səfəvi dövlətinin qarşısında 3 vacib məsələ dururdu: 1) şimal-şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Şeybanilər dövlətini əzmək və Xorasanı geri almaq; 2) 1578- 1590-cı illərin müharibələrində Osmanlılar tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarını geri qaytarmaq; 3) İran körfəzində Portuqaliyanın hegemonluğuna son qoymaq və Hind okeanına çıxış əldə etmək. I Şah Abbas 1599-cu ildə Şeybaniləri məğlub etdi və Xorasanı yenidən Səfəvi dövlətinin tərkibinə qaytardı, öz təsirini Mavəraənnəhrə yaydı. Avropa dövlətləri Səfəvilərin Osmanlı imperatoluğu ilə toqquşmasına maraq göstərirdilər. Osmanlıların Azərbaycandan çıxarılmasında Rusiya da maraqlı idi. Çünki Osmanlılar Azərbaycanın Xəzəryanı bölgələrini əldə saxlayır, bu da Volqa-Xəzər yolu ilə ticarətdə müəyyən əngəl törədirdi. 1603-cü il sentyabrın 14-də I Şah Abas Azərbaycana yürüşə başladı. 1603-cü il oktyabrın 21-də Təbriz tutuldu. Səfəvi ordusu 129 Azərbaycanın şimalına irəlilədi. Ordubad əhalisi üsyan qaldırmışdı. Ordubadlı Hacı Qəssab şahın göstərişi ilə, əhalinin köməyi ilə Ordubad qalasını tutdu. Culfa və Naxçıvan tutulduqdan sonra 1603-cü ilin noyabrında İrəvan qalası mühasirəyə alındı və 1604- cü ilin avqustunda tutuldu. İrəvanın idarə edilməsi Əmirgünə xan Qacara, Naxçıvan isə Maqsud Sultan Kəngərliyə tapşırıldı. I Şah Abbas Osmanlı qoşununa qarşı ənənəvi “yandırılmış torpaq” taktikasını tətbiq etdi: Arazın sol sahili dağıdıldı, əhali köçürüldü, daşınması mümkün olmayan hər şey məhv edildi. Bununla da Cənubi Qafqazda yaşayan əhalinin köçürülməsinə başlandı. Əhali zorla İsfahana, Mazandarana və b. vilayətlərə köçürüldü. Bu köçürmə “böyük sürgün” adını aldı (3, s. 279-280). Şahın əmri ilə yaşayış məntəqələri dağıdıldı. Culfa tranzit ticarət yolundan Avropaya gedən karvan yolu Osmanlı imperatorluğundan keçirdi. Ona görə də I Şah Abbas Avropa-Asiya ipək ticarəti yolunu cənuba, İran körfəzi limanlarına köçürmək və qızılbaş ipəyini Afrika ətrafından dənizlə Avropaya daşımağı qərara aldı. Məhz İraningilis tacirlərinin mənafeyi üçün Culfanın əhalsini İsfahana, Naxçıvan əhalisi isə Dizağa (Qarabağa) köçürüldü. Naxçıvan və İrəvan talan edildiyindən, Osmanlı qoşunu qışlamaq üçün Vana qayıtmağa məcbur oldu. 1605-ci ilin yazında Şirvanın xeyli hissəsini Səfəvi və gürcü birləşmiş qüvvələri tutdu. I Şah Abbas Vanda olan türk qüvvələrini dəf etmək üçün Təbrizdə yeni qala tikdirdi. 1605-ci ildə Allahverdi xanın başçılığı ilə Vana 30 minlik qoşun göndərdi. Osmanlılar darmadağın edildilər. I Şah Abbas yeni hücumlarını dəf etmək üçün onların yolu üzərindəki bütün yaşayış məntəqələrinin dağıdılmasını, sakinlərinin uzağa köçürülməsini, ərzağın, alafın, yanacağın yandırılmasını əmr etdi. Osmanlı paşası Ciqaloğlu II dəfə Azərbaycana daxil oldu. 1605-ci ilin noyabrındakı döyüşdə sayca üstün olan Osmanlılar məğlub oldular. I Şah Abbas 1605-1606-cı ilin sərt qışında Gəncəni 4 ay mühasirədə saxladıqdan sonra 1606- cı ilin iyununda Gəncə tutuldu. Müharibələr nəticəsində əkibbecərmək mümkün deyildi və I Şah Abbas qoşunu ərzaqla təmin etmək üçün Qarabağa başqa yerlərdən 20 min xalvar (7 min ton) 130 taxıl gətirilməsi barədə fərman verdi. I Şah Abbas sülh yolu ilə Şamaxını təhvil verməyi təklif etdi, lakin rədd edildi. 1607-ci ilin iyununda Şirvan azad edildi, Zülfüqar xan Şirvana, Çıraq Sultan Ustaclı isə Dərbənd və Şabrana hakim təyin edildi. Səfəvi-Osmanlı müharibələrinin nəticələri. 1607-ci ilin yanvarında Bakıda üsyan baş verdi. Şah bu münasibətlə osmanlılardan ələ keçirdiyi qənimətləri üsyançılara verdi. 1607-ci il martın əvvəllərində Dərbənd qalası əhali tərəfindən tutuldu və Şah onları bütün vergilərdən azad etdi. Beləliklə, 1603-1612-ci illərin Səfəvi-Osmanlı müharibələrinin I mərhələsi Səfəvilərin tam qələbəsi ilə başa çatdı. Bütün Azərbaycan, Şərqi Gürcüstan, qismən də Dağıstan yenidən Səfəvi dövlətinin tərki binə qatıldı. 1612-ci il oktyabrın 17-də Sərab şəhərində Osmanlı dövləti ilə müqavilə bağlandı-1555-ci ilin sülhü bərpa edildi. Lakin osmanlılar bir sıra şərtlər irəli sürdülər-Səfəvilər rusların tikdiyi Terek (Tərki) qalasının dağıdılması barədə sultanın əmrinə mane olmamalı idilər. Bu Səfəvi və Rusiya ittifaqına mane olmaq üçün irəli sürülürdü. Osmanlı dövləti Azərbaycanın, Şərqi Gürcüstanın, habelə Şərqi Anadolunun Səfəvi dövlətinə mənsub olmasını rəsmən tanıdı. Tezliklə 1612-ci il sülhü pozuldu. Şah Abbas 1613-cü ilin oktyabrında Azərbaycanın şimal vilayətlərinə və Gürcüstana yürüşə başladı. Sultan I Əhməd 1612-ci il müqaviləsini pozaraq 1616-cı ilin yazında yenidən Səfəvilərlə müharibəyə başladı (3, s. 285). Osmanlı ordusu Təbrizə hücum etdi, İrəvanı mühasirəyə aldı, lakin sərt qış, xəstəlik və ərzaq qıtlığı onları geri çəkilməyə məcbur etdi. 1618-ci ilin yazında osmanlılar Diyarbəkirdən Azərbaycana, osmanlılarla birlikdə Krım xanı Canıbəy Gəray xanın başçılığı altında Krım türklərinin 15 minlik qoşunu da hərəkət etdi. Sərab vilayətində, Sınıq körpü adlı yerdə döyüş baş verdi. Osmanlılar ağır zərbə aldılar. Onlar sülh danışığına başladılar. 1618-ci ilin sentyabrında Mərənddə I Şah Abbasla Osmanlı Xəlil paşa arasında sülh müqaviləsi imzalandı. Mərənd sülhü tezliklə Səfəvilər tərəfindən pozuldu. Şah Abbas 1622-1623-cü illərdə Bağdadla birlikdə İraqı ələ keçirdi. 131 I Şah Abbasın nəvəsi I Şah Səfi (1629-1642) Səfəvi Rüstəm xanı Azərbaycan bəylərbəyi və Təbrizin hakimi təyin etdi. 1634-cü ilin yayında Sultan IV Murad böyük qoşunla hücum edərək İrəvanı və Təbrizi ələ keçirdi. Lakin ərzağın və yemin çatışmaması, qışın yaxınlaşması, Səfəvi qoşununun hücum təhlükəsi Osmanlıları Təbrizdən çıxmağa məcbur etdi. Şah 1635-ci ilin aprelində İrəvan qalasını azad etdi. 1637-1638-ci illərdə Səfəvi-Osmanlı müharibəsi İraqda davam etdi. 1638-ci ilin dekabrında Bağdad tutuldu. 1639- cu il mayın 17-də Qəsri-Şirində Osmanlı imperatorluğu ilə Səfəvi dövləti arasında 1555-ci il Amasiya sülhünün şərtlərini təsdiq edən sülh müqaviləsi imzalandı və XVIII əsrin I rübünə kimi qüvvədə qaldı (3, s. 288-289). Cəlalilər hərəkatı. Koroğlu. Osmanlılara qarşı yeni mübarizə dalğası-Cəlalilər hərəkatı XVI əsrin 90-cı illərində Şərqi Anadoluda başlandı. İştirakçılar Qərbi Azərbaycan kəndlilərindən, Osmanlı, Şərqi Anadolu və İraq qaçqınlarından təşkil olunmuşdu. I Şah Abbas onların gücündən istifadə etmək istəyirdi, həm də cəlalilərdən ehtiyat edirdi. Cəlalilər və onların başçıları şahdan gözlədikləri imtiyazı əldə edə bilmədilər. Ona görə də onların bir hissəsi 1610-cu ilin ortalarında Anadolu cəlalilərinin hamısı Hacı Məhəmmədin və Qara Səidin başçılığı ilə Səfəvilər dövlətini tərk etdilər. Qalan dəstə I Şah Abbasa sadiq qaldı, bir qismi isə Böyük Divanın şəxsi xidmətçi korpusu ilə birləşdi. Cəlali dəstə başçılarından ən məşhuru Azərbaycan türkü Koroğlu idi. Salmas yaxınlığındakı Xarabaqala Koroğlu tərəfindən tikdirilmişdi. Naxçıvan ərazisi, Salmas və Xoy Koroğlunun ən çox fəaliyyət göstərdiyi yerlər kimi təsvir olunur. Koroğlunun məskəni olan Çənlibel qalasının Naxçıvanda və Makuda yerləşdiyi göstərilir. Cəlalilərin ayrı-ayrı dəstə başçıları-Dəli Həsən, Gizir oğlu Mustafa bəy, Kosa Səfər, Tanrı Tanımaz və Abaza paşa xüsusilə fərqlənirdilər. 60 nəfərin içərisində Gizir oğlu adı şərəfli yer tutur. 132 3. XVI-XVII əsrlərdə Azərbaycanın sosial-iqtisadi və mədəni həyatı İqtisadi həyat. Kənd təsərrüfatı. Şəhərlər. Əhalinin əsas məşğuliyyəti əkinçilik idi. Oturaq maldarlıq, bağçılıq və bostançılıq da mühüm yer tuturdu. Azərbaycanda 7 növ pambıq yetişdirilirdi. 5 torpaq mülkiyyət forması və əlavə kənd icmasının (camaatın) istifadə etdiyi torpaq-camaat torpağı var idi. Torpaqlar xəzinənin və feodallların ixtiyarında idi. İcmanın başçısı ağsaqqal hesab olunurdu. Təbriz ustalarının toxuduqları gözəl xalçalar və bəzəkli parçalar indi də dünya muzeylərində saxlanılır. 1565-ci ildə I Təhmasib vilayətlərin hər birindən alınan təqribən 80 min tümənlik tamğa vergisini ləğv etdi. Bu dövrdə Təbriz, Gəncə, Ərəş, Ərdəbil, Culfa, Bərdə, Naxçıvan, Marağa, Dəpbənd şəhərləri iqtisadi və siyasi-inzibati mərkəz idilər. Təbrizdə 300 min nəfər əhali var idi. Səfəvi dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi şəhərin iqtisadiyyatını zəiflətdi. Şamaxı Şirvanın iqtisadi və siyasi mərkəzi idi. XVI əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarətinin hamısı Şamaxı və Ərəşdə mərkəzləşmişdi. 25 min nəfər əhalisi var idi. Bakıdan bir sıra ölkələrə dəniz yolu ilə müxtəlif mallar və neft göndərilirdi. Ətrafında 500-ə qədər neft quyusu var. Ərdəbildə tikilmiş Şeyx Səfi məqbərəsinə ölkənin hər yerindən ibadətə gəlirdilər. I Şah Təhmasibin 1536-cı ildə toxutdurduğu “Şeyx Səfi xalçası” hazırda Londonun “Viktoriya və Albert” muzeyində saxlanılır. Ərəş Cənubi Qafqazda ipəkçiliyin iri mərkəzlərindən biri idi. XVI əsrin II və XVII əsrin I yarısında Gulfa beynəlxalq ipək ticarəti yolunun üstündə yerləşirdi. Culfa tacirləri ipəyi Şamaxıdan, Ərəşdən və Gilandan alır, Venesiyada Amsterdamda, Marseldə, Suriya, Türkiyə və Hindistanda satırdılar. 1581-ci ildə Culfada 3000 ev vardı, 1520 min nəfər əhali yaşayırdı. Odubad, Naxçıvan, Əylis kimi şəhərlərin mühüm ticarət əhəmiyyəti var idi. Gəncə Qarabağ bəylərbəyiliyinin mərkəzi idi. Don Juan adı ilə Avropada yaşayan 133 tarixi-coğrafi əsərlər müəllifi Oruc bəy Bayat burada 50 min ailənin (225 min nəfər) yaşadığını qeyd edirdi. Xəzər-Volqa yolu ilə XVI əsrin ortalarından etibarən Rusiya dövlətinin Avropa və Asiya ölkələri ilə münasibətdə əsas ticarət arteriyası rolunu oynamağa başladı. 1562-ci ildə Moskva şirkəti kəşfiyyatçı və tacir Antoni Cenkinsonu Səfəvi dövlətinin ərazisinə göndərdi. O, Şirvan bəylərbəyi Abdulla xan Ustaclıdan gömrüksüz və maneəsiz ticarət etmək imtiyazı ala bildi. İngilis tacirlərinin Azərbaycan bazarlarında möhkəmlənmək cəhdləri iflasa uğradı. Çünki rus tacirləri Rusiya çarından ingilislərin Volqa-Xəzər yolundan istifadə etmələrinə son qoyulmasını və onların ticarət imtiyazlarının ləğv edilməsini tələb edirdilər. Bu arzu həyata keçirildi. Bu dövrdə Azərbaycanda 5 feodal zümrəsi var idi: şah və hakim sülalə üzvləri, yarımköçmə qızılbaş hərbi əyanları, ali şiə ruhaniləri, mülki bürokratiyanın yuxarı təbəqəsi, qədim oturaq əyanlar. Şah Səfəvi dövlətinin ən iri torpaq sahibi idi. O, dövləti idarə edirdi. Qızılbaş tayfa əyanları həm mərkəzdə, həm də ucqarlarda yüksək yer tuturdular. Siyasi və hərbi işləri onlar idarə edirdilər. Xalq 50-yə qədər vergi verməli və mükəlləfiyyət daşımalı idilər. I Təhmasibin və feodalların zülmündən narazılığı 1572-1573- cü illərdə Təbrizdə üsyanla nəticələndi. Təbrizin yeni hakimi Yusif bəy Ustaclı şəhər kubarları ilə danışığa başladı, razılıq andla rəsmiləşdirildi, lakin yoxsul sakinlər bu sazişdən narazı qaldılar və üsyan yenidən başlandı. Qarabağın irsi hakiminin oğlu Söhrab bəy şahın əmrinə əsasən, hərbi hissə ilə Təbrizə daxil oldu. Təbriz üsyanı 1573-cü ildə yatırıldı. Şah təbrizlilərə bəzi güzəştlərə getdi, sənətkarlardan alınan verginin məbləğini bağışladı. Təbrizi bütün divan vergilərindən azad etdi. Şəhər vergi toxunulmazlığı hüququ qazandı. 1615-1616-cı illərdə Dəli Məlik təxəllüslü Məlik Pirinin başçılığı ilə Şirvanda böyük üsyan oldu. Az sonra Gəncə yaxınlığındakı Dəngi vilayətinin əhalisi də mübarizəyə qoşuldu. Dəli Məlik müvəffəqiyyətsizliyini görərək 1616-cı ildə Gürcüstanda gizləndi. 134 Mədəniyyət. XVI əsrin II-XVII əsrin I yarısında Azərbaycan bir sıra şəhərlərində geniş məktəb və mədrəsə şəbəkəsi var idi. XVI əsrdə Təbrizdə böyük bir kitabxana açılmışdı. I Şah İsmayıl Marağa rəsədxanasını bərpa etmək üçün məşhur riyaziyyatçı və astronom Qiyasəddini Marağaya göndərmiş və bərpa işlərinə başlanmışdı. Məhəmməd Füzuli, filosof Həqiri Rəhməti, Həsən bəy Rumlu, tarixçi İsgəndər bəy Münşi və b. XVI-XVII əsrlərin görkəmli elm xadimləri idilər. I Şah İsmayılın sarayında “şairlər şahı” Həbibi başda olmaqla Süruri, Matəmi, Tüfeyli, Qasimidən ibarət ədəbi məclis var idi. Şah İsmayıl Xətai özü Azərbaycan dilində yazan görkəmli şair idi. Məhəmməd Füzulinin (1498-1556) ulu babaları Teymurun yürüşləri zamanı Azərbaycandan İraqa köçürülənlər olmuşlar. Sadıx bəy Əfşar (1533-1612) naturalist rəssam və təzkirəçi idi. Xalq şairlərinin ən görkəmli nümayəndəsi Aşıq Qurbani şifahi xalq yaradıcılığının yeni forması olan dastanlar yaradırdı. Azərbaycanda kitabxanaçılıq da inkişaf etmişdi. Şah İsmayıl 1522- ci ildə görkəmli rəssam Kəmaləddin Behzadi Təbrizdəki saray kitabxanasına rəis təyin etmişdi. Bura “Çiçəklənən kitab evi” adlandırılırdı. Sultan Məhəmmədin miniatürləri Sankt-Peterburq, London, Leypsiq, Venesiya muzeylərində mühafizə olunur. 1544- cü ildə Qusar rayonunun Həzrə kədində tikilən Şeyx Güneyd məqbərəsi, Naxçıvanda Əlincə çayı üzərində tikilmiş körpü, Bakının Şərq darvazalarını, Ərdəbil və Təbriz şəhərlərindəki bir sıra abidələr memarlığın inkişafını göstərirdi. Hafiz Lələ bu dövrün ən məşhur xanəndəsi idi. Azərbaycan XVII əsrin II yarısı-Səfəvi dövlətinin süqutu dövründə. 1639-cu il mayın 17-də Qəsri-Şirində Səfəvi elçisi Sarı xan Osmanlı nümayəndəsi Qara Mustafa paşa ilə sülh sazişi imzaladı. Sazişə görə Ərəb İraqı osmanlılara, Zəncir qalasından şərqdəki torpaqlar Səfəvilərə verildi. Səfəvilər Van və Qars qalalarına, həmçinin Ahalsıxa hücum etməyəcəklərinə dair təminat verdilər. Beləliklə, Səfəvi-Osmanlı sülhü XVIII əsrin II rübünə kimi 2 dövlət arasındakı münasibətləri nizama saldı. XVII əsrin II yarısında Azərbaycan ərazisi inzibati cəhətdən Təbriz, 135 Çuxursəd (mərkəzi İrəvan şəh. idi, Naxçıvan vilayəti də bura daxil edilmişdi), Qarabağ və Şirvan bəylərbəyiliklərinə bölünmüşdü. Bəylərbəyilər yerlərdə ali hakimiyyət nümayəndələri idilər, mahalların hakimləri qolbəyi adlanırdılar. Qolbəyilərə sultanlar (kiçik inzibati bölgə başçısı), bəzən bəylərbəyinə tabe idilər. Xan rütbəsi ali həbi inzibati mövqe tutan şəxsə verilirdi, bəylər və sultanlar da ondan aşağı mövqe tuturdular. Bəylərbəyilik iri inzibati vahid kimi Səfəvi dövlətinin sərhəd zolağında fəaliyyət göstərirdi. Daxili vilayətlər şah sarayının hakimiyyətində idi. Yığılan gəlir birbaşa şah sarayına çatdırılırdı. Bəylərbəyilər və onlara tabe olan hakimlər müəyyən miqdarda silahlı hərbi qulluqçular saxlayırdılar. Qoşun bəylərbəyinin gəliri hesabına saxlanırdı. Toplanan vergilər onların başlıca gəlir mənbəyi idi. Bəylərbəyiliklərin maliyyə işlərini vəzirlər yerinə yetirirdilər. Maliyyə məmurları, vergi yığanlar vəzirlərin etibarlı adamları idilər. Məhkəmə orqanları şeyxülislamın, qazıların və müftilərin başçılığı altında şəriət normaları ilə fəaliyyət göstərirdilər. İri torpaq sahibləri və ailə üzvləri vəzifə ələ keçirmək meyli çox güclü idi. İdarəçilikdə irsilik prinsipi gerçəkləşdirilirdi. İrsi idarəçilik sistemi hakimlərin ölkənin abadlaşdırılmasına, təsərrüfatın inkişaf etdirilməsinə marağını təmin edirdi. Mahal hakimi vəfat etdikdə, yaxud inzibati qaydada vəzifədən kənar edildikdə yeni hakim mərkəzi hökumətin-şahın xüsusi fərmanı ilə vəzifəsinin icrasına başlaya bilərdi. Yerli hakimiyyət orqanları isə irsilik qaydasına əməl olunmasına can atırdılar. Beləliklə, ölkənin vilayətləri illərboyu bəylərbəyilərin yaxın adamları tərfindən idarə olunurdu. Bu Azərbaycan iqtisadi və siyasi həyatına mənfi təsir göstərirdi. Səfəvi dövləti ilə Rusiya arasında olan münasibətlər siyasi marağa və qarşılıqlı iqtisadi əlaqələrə əsaslanırdı. Rusiya dövləti Azərbaycana əlverişli satış bazarı kimi yanaşırdı və digər dövlətlərin Azərbaycanla alver etməməsinə çalışırdı. XVII əsrin ortalarında ruslar Şimali Qafqazda bir sıra qalalar tikməyə başladılar. Bu II Şah Abbasın(1642-1666) sarayında etirazla qarşılandı. Şah imperiyanın şimalında rusların həyata keçirdikləri tədbirlərə mane 136 olmaq məqsədilə xüsusi fərman vermişdi. Nəticədə, 1653-cü ildə Şirvan hakimi Xosrov xanın başçlığı ilə Səfəvi hərbi hissələri və ruslar arasında toqquşma baş verdi. Ruslar Şirvan bəylərbəyi Xosrov xanın vəzifədən kənar edilməsi və edam olunması tələbini irəli sürdülər. Münaqişə 1662-ci ilədək davam etdi. Lakin Rusiya çarı A.M.Ramanov (1645-1676) münaqişənin daha da genişlənməsinə imkan vermədi. Rusiya qızılbaş ipəyini Həştərxan vasitəsilə Moskvaya və Qərbi Avropaya daşımaq hüququnu inhisara almaq üçün Səfəvi dövləti ilə 1667-ci ildə müqavilə imzaladı. Bu müqavilə ruslara gömrüksüz ticarət etmək hüququ, qonaq evlərində və ticarət məntəqələrində imtiyazlar verirdi. Şah Süleymanın (1667- 1694) fərmanında yerli hakimlərə rus tacirlərinə xüsusi ehtiram göstərmək tapşırılmışdı. XVII əsrin II yarısında Xəzəryanı bölgələrə soxulmuş Don kazaklarına qarşı mübarizə Azərbaycanın siyasi həyatında əhəmiyyətli yer tuturdu. Rusiya dövləti də nəyin bahasına olursa-olsun Volqa-Xəzər su yolunu kazakların basqınlarından qorumağa çalışırdı. Donda üsyançı kazaklara başçılıq edən Stepan Razin 1667-ci ilin mayında Volqaya çataraq, həmin il iyulun əvvəllərində Xəzər dənizinə çıxdı. 1668-ci ilin yayında S.Razin kazakların digər atamanı S.Krivoyun dəstəsi ilə birləşərək, 40 qayıqda 2 min nəfərlə Dərbənd sahilinə çıxdı, Niyazabad, Şabran qarət edildi. Bakıya irəliləyərkən yolda müqavimətə rast gəlib, Maştağaya döndü. 150 nəfər əsir götürdülər, 7 min qoyun ələ keçirdilər. Sonra Xəzərin cənub sahillərinə, Gilana, Rəştə basqınlar etdilər. Bütün bunlara baxmayaraq, XVII əsrin 2-ci yarısında Volqa-Xəzər su yolu, həmçinin Azərbaycandan keçən quru ticarət yolu ölkələrarası əhəmiyyətini saxlayırdı. Bu dövrdə Azərbaycanla Rusiya arasında yaranmış qonşuluq münasibətləri, Azərbaycan mallarının Rusiya və Avropa ölkələrinə daşınması, ticarət əlaqələrinin güclənməsi hər 2 tərəfə böyük iqtisadi səmərə verirdi. Moskva hökmdarları İngiltərənin Səfəvilər dövləti hüdudlarında nüfuz qazanmasına qısqanclıqla yanaşır, Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında gərginliyin daim qalmasına can atırdılar. Rusiya çarları Xəzər 137 dənizinə Şərq ölkələrinə müdaxilə üçün əsas vasitə kimi baxırdılar. Ruslar necə olursa-olsun Xəzər hövzəsində möhkəmlənməyə can atırdılar. XVII əsrdə aşağıdakı torpaq mülkiyyəti formaları var idi: 1.Dövlət torpaqları (divan); 2.Şah və onun ailəsinin xüsusi torpaq mülkləri (xalisə); 3.Hərbi və mülki məmurlara məxsus şərti torpaq sahələri (tiyul); 4.Məscidlərə məxsus torpaqlar (vəqf); 5. Xüsusi mülkiyyətdə olan torpaqlar (mülk); 6. İcma torpaqları (camaat). Divan və xalisə aparıcı mülkiyyət formaları idi. Divandan əldə edilmiş bütün gəlirlər dövlət xərclərinin ödənilməsinə sərf olunurdu. Xalisdən əldə edilmiş gəlirlər isə şaha mənsub olsa da xəzinəyə əlavə edilirdi, yaxud şahın razılığı ilə xərclənirdi. Şah üzvlərinə mənsub olan torpaqların gəliri isə həmin torpaq sahiblərinin özlərinə xərclənirdi. Hərbi və mülki şəxslərə xidmət müqabilində (soyurqal, tiyul) torpaqlar verilirdi. Dini idarələrə-məscidlərə məxsus torpaqdan (vəqf) götürülən gəlir məscidlərə və xeyriyyə işlərinə xərclənirdi. Xüsusi torpaq mülkiyyəti olan mülk azad alış və satış obyekti idi. Camaat torpaqları bütün kənd sakinlərinə mənsub idi. Feodallar camaata məxsus torpaqları zəbt edirdilər. XVII əsrin 2-ci yarısında təsərrüfatın əsasını əkinçilik və maldarlıq təşkil edirdi. Azərbaycanda demək olar ki, bütün kənd təsərrüfatı bitkiləri yetişdirilirdi. Təbriz ətrafında buğdanın 7 növü və arpa, Gəncə, Şamaxı, Təbriz, Ərdəbil, Marağa və Naxçıvanda çəltik və paxla, Şirvan, Xoy, Gəncə və Naxçıvan da pambığın 7 növü, Təbrizdə üzümün 60-a qədər növü, Şamaxıda 7 növü yetişdirilirdi. Azərbaycan öz meyvələri ilə məşhur idi. Bağçılıq yüksək inkişaf etmişdi. Tərəvəzçilik və bostançılıq geniş yayılmışdı. İpəkçilik ölkənin şimalında daha çox inkişaf etmişdi. Bakı ətrafında az miqdarda kətan yetişdirilirdi. Azərbaycan boyaqotu (qızılboya) becərilməsi ilə məşhur idi. Boyaqotu Şirvanda, Arazın cənub sahillərində geniş yayılmışdı. Abşeron ərazisində xeyli zəfəran əkib-becərilirdi. Yeni bitki növlərindən biri olan tütün Azərbaycanın əsasən cənub və cənub-qərb torpaqlarında, xüsusilə Marağada 138 becərilirdi. Əkinçilikdə süni suvarma mühüm rol oynayırdı. Süni suvarmada çay və bulaq sularından, eləcə də kəhriz sularından istifadə edilirdi. Təbriz 900 kəhrizin və arxın, 6 dağ çayının suyu ilə təchiz olun muşdur. Əhalinin xeyli hissəsi köçmə maldarlıqla məşğul idi. Səfəvi şahlarının Qarabağ, Mərənd və Marağada xüsusi ilxıları vardı. Dəvədən əsas yük heyvanı kimi istifadə edilmişdi. Təbriz-İstanbul-Hindistan ticarət əlaqələrində at və qatır əsas nəqliyyat vasitəsi idi. Arıçılıq da inkişaf etdirilmişdi. Gəncə və Ərdəbil balı xüsusilə məşhur idi. XVII əsrin II yarısında feodal zümrəsini 4 qrupa bölmək olar: 1. Qızılbaş əyanları və digər tayfaların hərbi zadəganları, şah qvardiyasından çıxmış qulamlar; 2. İri torpaq sahibləri olan şiə təriqətli ali ruhanilər; 3. Mülki əyanlar; 4. Yerli əhəmiyyətli əyanlar. Qızılbaş hərbi-feodal əyanları I qrupda mühüm yer tuturdular. Hərbi-feodal əyanların II təbəqəsi qızılbaş tayfasından olmayan yerli türklərdən ibarət idi. III təbəqəsini şah qulamları içərisindən çıxmış hərbi sərkərdələr təşkil edirdilər. II qrupa ali ruhani təbəqəsinin nümayəndələri daxil idilər və vəqf torpaqlarını idarə edirdilər. Bundan əlavə, ali şiə ruhani nümayəndələri mülki hüquqla xeyli əraziyə malik idilər. Ruhanilərə sədr başçılıq edirdi. O, ölkənin baş ruhanisi hesab edilir, şahın nəvvabı-müavini sayılırdı. Sədrlər vəqf sistemində böyük torpaq sahələri cəmləşdirib, dövlət miqyasındı şiəliyi daha da geniş yaymaqla ölkədə öz təsirini gücləndirir və ictimai-siyasi həyatın inkişafına kömək edirdilər. Mülki işlərə baxılması tamamilə ruhanilərin əlində idi. Onlardan şəriət məhkəmələrini aparan şeyxülislam, qazı təyin olunurdu. III qrupa mülki əyanlar daxil idilər. Onların içərisində yerli türklərin xüsusi yeri vardı. Çoxu sonralar Səfəvi dövlətinin mərkəzi bürokratiyasının sıralarına daxil olmuşdu. IV qrupa yerli torpaq sahibkarları daxil idilər. Qarabağda və Şirvanda əyanların güclü mövqeyi vardı. Onların ali nümayəndələri məlik titulu daşıyırdı. XVII əsrdə Azərbaycanda cəmiyyətin əsas istehsalçısı və istismar olunan təbəqəsi kəndlilər idi. Vergi verən əhali ümumi adla 139 rəiyyət adlanırdı və ayrı-ayrı qruplara bölünürdü. İş heyvanı, istehsal alətləri, toxumu olan, feodaldan aldığı torpağı özü becərən kəndli hampa adlanırdı. Bu kəndlilər cütlərin sayına görə ayrı-ayrı bölgələrdə daha kiçik dərəcələrə bölünürdülər. İstehsal alətləri olmayan kəndlilər II qrupa aid idilər. Təsərrüfatsız və yardımçı kənd təsərrüfatı işlərində çalışanlar (gözətçi, çoban, bağban və s.) və məşğuliyyəti olmayan yoxsul kəndlilər əkər adlanırdı və daha çox istismar olunurdu. Azərbaycanda oturaq təsərrüfatla yanaşı, yaylaq və qışlaqla bağlı olan köçmə təsərrüfatlar da vardı. Bunlar əsasən maldarlıqla məşğul olan elatlar idilər. Köçmə təsərrüfatla məşğul olan əhali patriarxal formada istismar olunurdu. Elatlar orduda qulluq etməli, hərbi yürüş elan edilən vaxt hər tayfa məlum sayda ümumi süvari qoşun verməli idi. Hər tayfanın mövqeyi onun verdiyi döyüşçülərin sayına görə müəyyən edilirdi. Köçmə təsərrüfatlar oturaq təsərrüfatlara nisbətən az miqdarda vergi verirdi. XVII əsrin ortalarından başlayan məhsuldar qüvvələrin inkişafı əsrin sonunda geriləmə ilə əvəz olundu. Azərbaycan kəndlisindən alınan vergilərin sayı 35-ə çatırdı. Onlardan alınan torpaq və gəlir vergisi-malcəhət, bəhrə, xərac verginin əsas hisəsi sayılır, natura ilə ümumi məhsulun 1/5, 1/3 hissəini təşkil edirdi. Bu vergidən 1/10-i torpaq sahibkarlarına, 2/10 dövlətə çatırdı. Bağbaşı-məhsulun 1/10-nə bərabər idi. Çobanbəyi, çöl pulu-örüşdə heyvanların otarılmasına görə alınırdı. Dəhyek (1/10)-bu vergi götürülən gəlirin 10%-i miqdarında alınırdı. Cüftbaşı (cütpulu)-əkib-becərmək üçün 1 cüt qoşqu vasitəsi olanlardan alınırdı. Dəzgahbaşı-hər toxucu dəzgahın istehsal etdiyi məhsuldan alınan vergi idi. İxracat-ümumi və müxtəlif vergi, mükəlləfiyyətlərin məcmusu mənasında işlənirdi. Dövlət canişinlərinin, hərbi xidmətdə olanların və əyanların tələbatını ödəmək üçün alınırdı. Ot-alafa-yük heyvanları, atlar üçün alınırdı. Ulafa bir nəfərin (hərbçi, canişin və b.) dolanışığı üçün alınırdı. Bu 2 vergi bəzən pul ilə alınırdı. Sonralar alafa “at arpası” adlındırılırdı. Künəlgə-əyanların kəndlinin evində qalmaq hüququ idi. Əvrəz-daimi olmayan vergi idi, natura, yaxud mükəlləfiyyət icra etməklə ödənilirdi. Rüsum dövlət canişinləri və ruhanilər üçün 140 natura ilə alınan vergiyə deyilirdi. Səvari-əhalinin hakim sülalənin üzvlərinə, sərkərdələrə, yeni fəth edilmiş yerlərə (ya Novruz bayramı münasibətilə) tanınmış adamlara göndərilən hədiyyə idinövruzi adlanırdı. Tərh-dövlətə və ya feodala lazım olan malın bazar qiymətindən aşağı qiymətə alınması idi. Dəstəndaz-hakimiyyətin nisbətən aşağı pilləsində xidmət edən şəxslər üçün verilən vergi idi. Cizyə-xristianlardan alınırdı. Kəndlinin feodal və ya dövlətin nəfinə zorla, havayı işləməsi biyar adlanırdı. Biyardan suvarma şəbəkəsində və dövlətin digər işlərində geniş istifadə olunurdu. Bütün ailə üzvləri növbə ilə ildə 2 gündən 6 günə qədər biyara getməli idi. Tüstü pulu və s. alınırdı. Bütün bunlar əhali içərisində narazılığa səbəb olmuşdu. XVII əsrin ortalarından başlayaraq şəhərlər yenidən keçmişdə olduğu kimi, sənətkarlıq, ticarət, mədəniyyət mərkəzlərinə çevrilməkdə idi. 60-70-ci illərdə Təbriz öz ərazisinə, zənginliyinə, ticarətinə və əhalisinin sayına görə 2-ci şəhərə çevrilmişdi. Əhalisinin sayı 500 minə çatırdı, 47 mədrəsə, 600-ə qədər ibtidai məktəb, 320 məscid, Əlişah məscidi kompleksi (qacarlar dövründə qalaya çevrildiyindən Ərk adland.), 200-ə yaxın karvansara, 7 min dükan var idi. Gəncə ən iri şəhərlərdən biri sayılırdı. 1667-ci il yanvarın 4-də Şamaxıda baş vermiş zəlzələdə əhalinin 70 mindən çoxu həlak oldu. Lakin şəhər bərpa edildi. Şamaxıda ipək toxuyan emalatxanalar işləməyə başladı. Şəhərin yaxınlığında Mücü kəndində ipəksarıyan və ipəktoxuyan dəzgahlar hazırlanırdı. Bakı şəhər-qala idi. Bakı kvadrat formada olub, iç-içə qaladan ibarət idi. Şəhərin qərbində minarəsiz məscid vardı. 3 yerdən darvazası vardı. Liman şəhər kimi məşhur idi. Tranzit ticarətində mühüm rol oynayırdı. Ərdəbil şəhəri ticarət yolu üzərində yerləşir, külli miqdarda xam ipək istehsal edir, beynəlxalq ticarətdə mühüm yer tuturdu. Dərbənd coğrafi mövqeyinə görə hərbi şəhər idi. Marağa öz meyvələri, üzüm bağları ilə məşhur idi. Müqəddəm tayfası Marağada yerləşəndən sonra əhali vergilərdən azad edilmişdi. Əsrin ortalarında Marağada 7 min ev var idi. Əhər öz təbii zənginliyi və inkişaf etmiş əkinçiliyi ilə tanınırdı. Naxçıvanda 5 karvansara, bir 141 neçə hamam, ticarət mərkəzi, qəhvəxana, 2 min ev vardı. Əsrin sonunda Naxçıvanın iqtisadi, ticarət və mədəni həyatı zəifləmişdi. Ordubadın b. şəhərlərlə, həmçinin xariclə geniş ticarət və digər əlaqələri vardı. Culfanın həyatı XVII əsrdə müharibələr nəticəsində faciəli olmuşdu. Əsrin 60-cı illərində əhali şəhərin yalnız şimal-qərb hissəsində məskunlaşmışdı. 70-ci illərdə cəmi 30 ev qalmışdı. XVII əsrin II yarısında Azərbaycanda şəhər əhalisinin sosial tərkibi aşağıdakı qruplara bölünürdü: 1.Feodal zümrəsi, hərbi feodallar, mülki bürokratiya, ali ruhani, iri, orta və kiçik torpaq sahibləri. 2.Ticarətlə məşğul olan iri, orta və kiçik tacirlər. 3.Sənətkarlar. 4.Şəhərətrafı torpaqların becərilməsi və maldarlıqla məşğul olan əkinçilər. Şəhərlərdə bütün hakimiyyət iri torpaq sahibi olan bəylərbəyinin əlində idi. Hər bir şəhər mərkəzi hakimiyyətin, yerli torpaq sahibliyinin səlahiyyətini öz əlində cəmləşdirən mülki bürokratiya fəaliyyət göstərirdi. Bu 2 təbəqə kübarlar adlanırdı. Ali din xadimlərinin sərəncamında vəqf qəyyumu kimi bütöv kəndlər, su mənbələri və s. vardı. Feodal zümrəsi içərisində say hesabı ilə yerli əyanlar üstünlük təşkil edirdilər. Bu təbəqə ölkənin idarə olunmasında həlledici rol oynayırdılar. Şəhərdə sənətkarlar və tacirlər də mühüm yer tuturdular. Tacirlər həmişə həm mərkəzi, həm də yerli hakimiyyətin möhkəmlənməsini istəyirdilər. Sənətkarlar şəhər əhalisinin təbəqələri içərisində çoxluq təşkil edirdilər. Şəhərlərin əkinçi əhalisi maldarlıqla məşğul olurdu. Şəhərin başında bəylərbəyi, xan və sultan rütbəsi olan hakim, həmçinin məlik dururdu. Maliyyə işlərinin qaydaya salınması, dövlət xəzinəsinin doldurulması vəzirin səlahiyyətinə daxil idi. Vəzir dərəcə etibarılə bəylərbəyidən aşağı olsa da müstəqil fəaliyyət göstərirdi. O, mərkəzi hakimiyyət tərəfindən təyin edilirdi və birbaşa ona tabe idi. Darğa şəhərdə asayişi qoruyur, şəriət normalarına riayət olunmasına nəzarət edir, hakim təbəqələrin göstərişlərinə əməl edirdi. Məhkəmə işlərinə bir qayda olaraq qazı baxırdı. Bəzi şəhərlərdə qazının vəzifəsini rütbəcə ondan yuxarı olan şeyxülislam yerinə yetirirdi. Böyük şəhərlərdə məhkəmə işlərinə hər ikisi baxırdı. Sənətkar və 142 tacir təbəqəsinə vergi qoyulması, daxili problemlərin qaydaya salınması ilə kələntər məşğul olurdu. Sənətkarlıq və ticarətin hər bir sahəsində ona naib kömək edir di. Azərbaycanda ayrı-ayrı sənətkarlıq məmulatlarının hazırlanması üzrə ixtisaslaşma gedirdi. 44- dən çox sənət və peşə növü vardı. Yeni istehsal sahələri-çini qablar və pəncərə şüşəsi istehsalı yaranır, odlu silah istehsalı genişlənirdi. Onlarla müxtəlif növ parçalar toxunurdu. Şirvan xam ipək istehsalında Yaxın və Orta Şərqdə Gilandan sonra II yer tuturdu. Xam ipək Təbrizdə, Naxçıvanda, Marağada, Gəncədə də hasil edilirdi. Ərdəbil, Şamaxı, Gəncə, Naxçıvan, Marağa, Ərəş, Mərənd, Xoy, Ordubad da əhəmiyyətli toxuculuq mərkəzləri hesab olunurdular. Təbriz əsasən qızılı və gümüşü saplarla işlənmiş məxmər, atlaz, nazik ipək parçalar, qumaş, çalma, Ərdəbil tafta, darayı, kələğayı, adi və zərbaf çadralar, Bakı qumaş parçalar hazırlanmasında ixtisaslaşmışdı. Xarici bazarlarda əla Quba xalçalarına tələb vardı. Abşeron, Qarabağ, Naxçıvan da bu sahədə geri qalmırdı. Polad, mis, qızıl, gümüş məmulatı istehsalında Azərbaycan ustaları dünya şöhrəti qazanmışdılar. Şamaxı və Lahıcda mis məmulatı, silah və zirehli geyimlər hazırlanırdı. Ağacişləmədə daha çox nəzərə çarpan nəccarlıq (ərəb. dülgər, xarrat) idi. Ərdəbildə, Şəkidə ipək parçalar, ipək tikmələr, ipək və yun qurşaqlar, mis qablar, ağacdan şəbəkə, əmək alətləri, məişət əşyaları və s. hazırlanırdı. Gəncə yaxınlığında hasil edilən misdən yerli ustalar naxışlı qab-qacaq düzəldirdilər. Sənətkarlar 3 qrupa bölünürdü: 1. Fərdi fəaliyyət göstə rənlər; 2. Xüsusi təşkilatlarda birləşənlər; 3. İri feodal emalatxanalarında işləyənlər. Hər bir sənətkar sənət vergisi ilə yanaşı, şəhər əhalisinin aşağı təbəqəsi kimi vergi verməli, mükəlləfiyyətlər daşımalı idi. Təbrizdə 15 min dükan vardı. Oradakı bazar bütün Asiyada ən böyük bazar idi-“Qeysəriyyə” bazarı. Naxçıvan, Ərdəbil, Bakı, Ordubad şəhərlərində ticarət də müstəsna rol oynayırdı. Həftədə bir dəfə alver həftəbazarda gedir. Böyük hərbi əməliyyatlar aparılan vaxtlarda ordubazarlar təşkil olunurdu. Ordubazarlarda asayişə ordubəyi nəzarət edirdi. Burada malların qiyməti sülh vaxtı başqa bazarlardan yüksək olurdu. Qələbə qaza- 143 nılanda ticarət qarət hesabına varlanır, məğlub olanda isə mallarını itirirdilər. Karvansaralar xarici ticarətin mərkəzləri hesab olunurdu. Burada topdansatış ticarət əməliyyatları aparılırdı. Bu karvansaraydarın icazəsilə aparılır və xüsusi dəftərlərdə qeyd olunurdu. Karvansaraydar ticarətin qayda-qanunla aparılmasına, əmtəənin keyfiyyətinin, onun çəkisinin və miqdarının dürüstlüyünə, razılaşdırılmış qiymətlə rə nəzarət edirdi. Hər ticarət əməliyyatının ümumi məbləğinin 2%-i onun zəhmət haqqını təşkil edirdi. Böyük karvansarada hər bir tacir hücrə adlanan yer və anbar icarəyə götürürdü. Burada qonaq evləri də mövcud idi. İri şəhərlərdə karvansara və qonaq evləri birləşdirilirdi. Xarici tacir öz hücrəsi və anbarla yanaşı yaşaya bilərdi. Osmanlılar Azərbaycandan cins atlar və dəvələr almağa çox maraq göstərirdilər: Marağa, Mərənd, Qarabağ və Muğanda yetişdirilən minik və yük atları. Osmanlılar Azərbaycan ipəyini, boyaq maddələrini, toxuculuq məmulatlarını avropalılara satmaqla xeyli gəlir götürürdülər. Azərbaycan tacirləri İtaliya və b. Avropa ölkələri iqtisadi əlaqələr yaratmaq üçün Osmanlı tranzit ticarət yolundan istifadə edirdilər. Məhsullar İstanbul, İzmir, Hələb şəhərlərinə daşınır, oradan isə dəniz yolu ilə Avropaya çatdırılırdı. Həmin şəhərlər Avropanın Şərq ölkələri ilə tranzit ticarətində “göndərmə məntəqələri” idi. Azərbaycanla Hindistan arasında ticarət əlaqələri yaradığına görə multanı-hind tacirləri ticarət həyatında xüsusi mövqe tuturdular. Abşeronun Suraxanı kəndində hindlilərin xüsusi atəşpərəstlik məbədi vardı. Hind malları Volqa-Xəzər yolu ilə Rusiya və Avropaya aparılırdı. Bakı, Şamaxı, Təbriz, Ərdəbil ticarət daşımalarında mühüm rol oynayırdılar. Həştərxan vasitəsilə Azərbaycanla Şərqi Avropa şəhərləri arasında daimi ticarət əlaqələri yaranmışdı. Şərqi Avropa ölkələrindən tacirlər dəniz yolu ilə Dərbəndə, sonra duz və neft satışında liman şəhəri olan Bakıya yollanırdılar. Sonra İrandan keçib cənuba, oradan da Hindistana gedirdilər. Səfəvi dövlətində 15-20 min hind taciri fəaliyyət göstərirdi. 80-cı illərdə Şamaxıda 200-ə yaxın hind taciri yaşayırdı. Şamaxıdan Hindistana çoxlu xam ipək, ipək parça, Bakıdan qara və ağ neft, Abşeronda yetişdirilən zəfəran aparılırdı. 144 XVII əsrin 2-ci yarısında nominal pul vahidi dinar (tərkib.~2,4 q qızıl) idi. I Şah Abbas dövründə buraxılan və “abbasi” adlandırılan pul vahidi (çəkisi 2 misqal-4,64 q təmiz qızıl, dəyəri 200 dinar-2 misqal təmiz gümüş) dövriyyədə qalmaqda idi. XVII əsrin 2-ci yarısında Azərbaycanda aşağıdakı sikkələr işlənmişdir:1. Abbasi-200 dinar dəyər.; 2.Mahmudi-100 dinar; 3.Şahı-50 dinar; 4.Bisti (fars. “20”, 20 dinara = gümüş sikkə); 5.QazıbəyiŞirvanşah Sultan Məhəmməd Qazinin şərəfinə-mis pul-5 dinar.1-ci 4 sikkə qızıl və gümüşdən, qazıbəyi isə misdən hazırlanırdı. Gümüş pulların üzündə ortada “Allahdan başqa Allah yoxdur. Məhəmməd onun elçisi, Əli isə nümayən dəsidir”sözləri yazılırdı. Bu sözlərin ətrafında 12 imamın adları həkk edilirdi. Pulun arxa üzündə hakimiyyətdə olan şahın adı, sikkənin kəsildiyi yer və tarix göstərilirdi. Xırda mis sikkə lərin üzündə doğan günəş əks olunur, arxa üzündə isə sikkənin kəsildiyi yer, tarix göstərilirdi. XVII əsrin son onilliyində ölkəyə gətirilən xarici ticarət də tənəzzülə uğramışdı. Pul böhranı Səfəvi dövlətini sarsıdan səbəblərdən biri idi. Dövriyyəyə çoxlu qəlp pul daxil olmuş, ölkədə əmtəə mübadiləsi acınacaqlı vəziyyətə düşmüşdü. XVII əsrin sonunda Azərbaycan iqtisadiyyatının bütün sahələri dərin tənəzzül dövrü keçirirdi. Fırıldaqçılıq və dövlət aparatındakı vəzifəli şəxslərin pul hərisliyi, satqınlığı kütləvi hal almışdı. Bu durğunluq və tənəzzül çox uzun çəkmiş və ictimai həyatın bütün sahələrinə mənfi təsir etmişdi. Azərbaycanın cənub torpaqlarında suvarma sisteminin əsas mənbəyi olan yeraltı kanallar şəbəkəsi-kəhrizlər 400 dəfə azalmışdı. Ticarət və sənətkarlıqla məşğul olan əhalinin şəhərlərdən kütləvi surətdə axını iqtisadiyyatın həcminin azalmasına gətirib çıxarmışdı. Sikkələrin xarab olması, qızıl və gümüş pulların dövriyyədən çıxması Səfəvilər dövləti hüdudlarında ticarətin, əmtəə mübadiləsinin inkişafı üçün əngələ çevrilmişdi. Şəhər iqtisadiyyatındakı tənəzzül Azərbaycan ictimai, siyasi həyatında dərin böhrana səbəb olmuş xəzinənin, ayrı-ayrı feodal əyanların gəliri azalmışdı. Hökumət əhalidən yığılan vergiləri 3 qat artırmışdı. XVII əsrdən etibarən Avropanı Asiya ilə birləşdirən və Afrika ətrafından keçən dəniz yolunun kəşfi ilə 145 əlaqədar qədim İpək yolu öz əhəmiyyətini tədricən itirirdi. XVII əsrin 2-ci yarısında istismar olunan xalqın hakim təbəqənin zülmünə qarşı mübarizəsi müxtəlif formalarda özünü göstərirdi. Bəzən mübarizə üsulu dini xarakter daşıyır, xalq azadlıq hərəkatı şəklində cərəyan edirdi, ya da qiyama çevrilirdi. Əhali kəskin ərzaq qıtlığı ilə üzləşmişdi. “Oğurluq” və qarət artmış, varlıların taxıl anbarlarına hücumlar çoxalmışdı. 1667-ci ildə Çuxursəd bəylərbəyiliyində 2 il ərzində maaşları ödənilməmiş Qacar və Bayat tayfalarından olan döyüşçülərin üsyanı baş verdi. Üsyançılara davam gətirə bilməyən bəylərbəyi Səfiqulu xan qalaya sığındı. Lakin şahın təyin etdiyi bəylərbəyi bu üsyanı amansızcasına yatırmağa nail oldu.

 

AZƏRBAYCAN XVIII ƏSRİN BİRİNCİ YARISINDA

Azərbaycan Səfəvilər dövlətinin tənəzzülü və süqutu şəraitində.

 Azərbaycan uğrunda Rusiya, İran və Osmanlı çəkişmələri.

 Azərbaycan Nadir şahın hakimiyyəti dövründə.

Nadir Şah

 XVIII əsrin 30-40-cı illərində Azərbaycanda İran əsarətinə qarşı mübarizə.

 Azərbaycan Səfəvilər dövlətinin tənəzzülü və süqutu şəraitində XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Səfəvi dövləti dərin iqtisadi və siyasi böhran keçirirdi. Bəzi bəylərbəyilər və b. iri feodallar müstəqilliyə can ataraq, şaha tabe olmaqdan imtina edirdilər. Azərbaycan xalq kütlələrinin vəziyyəti xüsusilə ağır idi. Əhalinin və onun əmlakının siyahıya alınması (1699-1702) nəticəsində ölkədə toplanan vergi və mükəlləfiyyətlərin sayı artıtılmış, bu da xalqın var-yoxdan çıxmasına səbəb olmuşdu. Feodal istismarının güclənməsi geniş xalq kütlələrinin müqavimətinə səbəb oludu. Azərbaycanda ilk kütləvi xalq çıxışı 1707-ci ildə Car-Balakən bölgəsində, daha sonra Təbrizdə və Muganda kəndli çıxışları baş verdi. 1711- ci ildə Car camaatı Şamaxı şəhərinə hücum edib Səfəvilər dövlətinin Azərbaycandakı inzibati mərkəzinə od vurmaq qərarına gəldilər. Şirvanlılar da silaha əl atdılar, Muğan əhalisi birinci olaraq mərkəzi hakimiyyətdən üz döndərdi. Azərbaycanın cənubunda və şimal-şərqində, habelə Cənubi Dağıstanda Səfəvi hakimiyyətinə qarşı ciddi çıxışlar oldu. 1709, 1711-ci illlərdə Təbrizdə, 1709- 1715-ci illərdə Soucbulaq və Muğanda da xalq şah zülmünə qarşı çıxdı (8, s. 501). Şirvan mübarizənin mərkəzinə çevrildi. Müşkür mahalının Dəbəli kəndindən olan Hacı Davudun başçılıq etdiyi üsyançılar Dərbənd, Şirvan və Xudata hücum etdilər, lakin 1719- 147 cu ildə xalq hərəkatı yatırıldı və Hacı Davud həbs edildi. 1720- 1721-ci illərdə Azərbaycanda Səfəvi zülmünə qarşı mübarizə yenidən qızışdı (8, s. 501). Həbsdən qaçan Hacı Davudun Şirvanda və Dağıstanda hakimiyyəti ələ almaq üçün bir neçə dəfə Rusiyaya etdiyi müraciəti cavabsız qaldı. Hacı Davud Dağıstan feodalıQazıqumuxlu Surxay xanın köməyi ilə 1720-ci ildə Şabranı və Xudat qalasını tutdu. 1721-ci il avqustun 10-da Şamaxını ələ keçirdi. Şamaxıdakı xarici tacirlərlə yanaşı rus tacirlərinə də zərər dəydi, bəziləri öldürüldü. 1722-ci il martın 8-də əfqanlar İsfahan yaxınlığında şah qoşununu əzərək şəhəri tutdular. Sultan Hüseyn başda olmaqla bütün Səfəvi xanədanı həbsə alındı, şahın böyük oğlu Təhmasib Astarada qaçmağa imkan tapdı və özünü II Təhmasib adı ilə şah elan etdi. Bu vaxt Rusiya və Osmanlı dövlətləri Qafqazda hakimiyyət uğrunda qarşı-qarşıya durmuşdular. 2. Azərbaycan uğrunda Rusiya, İran və Osmanlı çəkişmələri I Pyotrun Xəzəryanı bölgələrə yürüşü. XVIII əsrin əvvəllərinə qədər Rusiya hərbi təcavüz üçün qüvvəsi olmadığından Azərbaycana qarşı yalnız iqtqsadi siyasət yeridirdi. Lakin bu siyasətin az əhəmiyyətli olduğunu başa düşən I Pyotr (1689-1725) Xəzəryanı bölgələri ələ keçirməyi qərara aldı. O, Xəzər-Volqa yolu ilə ŞərqQərb ticarətində Rusiyanın vasitəçiliyinə nail olmağı düşünürdü. I Pyotrun əsas məqsədi Xəzərin qərb hissəsini işğal etmək, Cənubi Qafqazda möhkəmlənmək idi. Ona görə də 1722-1723-cü illər kampaniyasında hətta Təbrizə və Azərbaycanın digər bölgələrinə də yürüş nəzərdə tutulurdu. 1721-ci il avqustda Şirvan üsyanı zamanı Şamaxını ələ keçirən Hacı Davud və Surxay xanın adamlarının rus tacirlərini öldürmələri I Pyotrun qərarını qətiləşdirdi (9, s. 173). I Pyotr onları həm Rusiyanın, həm də Səfəvilərin ümumi düşməni elan etdi. Hacı Davud kömək üçün Osmanlı sultanı III Əhmədə müraciət etdi, sohra isə İstanbula gəlib özünün Şirvan hakimi təsdiq olunması üçün razılıq aldı. Lakin Rusiya işğalçılıq 148 niyatində idi. Əvvəla, Rusiya iqtisadiyyatının Azərbaycan xammalına böyük ehtiyacı vardı. 2, Rusiya osmanlıların Cənubi Qafqazda, Xəzəryanı bölgələrdə möhkəmlənmək cəhdinin qarşısını almağa çalışırdı. 1722-ci ilin martında əfqanlar İsfahanı tutub, şah Sultan Hüseyni taxtdan saldıqdan sonra Rusiya fəallaşdı və iyunun 18-də Həştərxandan quru və dəniz yolu ilə Azərbaycana yürüşə başladı. I Pyotr Cənubi Qafqazın xristian əhalisinə elan etdi ki, bu yürüşdə məqsəd onları müsəlman zülmündən xilas etməkdir. 1722-ci il iyunun 15-də Azərbaycan dilində “Bəyannamə” nəşr etdirib Şirvana göndərdi: 1) Səfəvilərə qarşı qiyam edənləri, rus tacirlərini öldürənləri cəzalandıracaq; 2) Osmanlıların bu bölgəni tutmalarının qarşısını alıb, Səfəvi hakimiyyətini bərpa edəcək (8, s. 503; 10, s. 473)). I Pyotrun bu bəyannaməsi əhalinin bir qisminin Rusiyaya meylinə səbəb oldu. 1722-ci il avqustun 23-də Dərbənd şəhərinin naibi İmamqulu bəy qala açarlarını I Pyotra təqdim etdi. Bu vaxt: 1) Avropada İsveç tərəfindən Rusiyaya qarşı yeni müharibə təhlükəsinin yaranması; 2) Osmanlı dövlətinin rus qoşunlarının Xəzəryanı bölgələrə soxulmasına kəskin etiraz etməsi; 3) dağlarda qoşun toplayan Hacı Davudun rusların irəliləməsinin qarşısını almağa hazırlaşması I Pyotru, Bakının işğalını M.Matyuşkinə tapşıraraq Peterburqa qayıtmağa məcbur oldu (3, s. 394-395). 1722-ci ilin dekabrında ruslar Rəşt şəhərini, 1723-cü ilin iyulunda Bakını işğal etdilər. Knyaz İ.Bayratinski Bakının kamendantı təyin edildi. Sonra Salyan işğal olundu. 1723-cü il sentyabrın 12-də II Təhmasibin elçisi İsmayıl bəy şahdan icazəsiz Dərbənddən Gilana qədər olan Xəzəryanı bölgələrin Rusiyaya verilməsi haqqında Peterburq müqaviləsini imzaladı. Rusiya bunun əvəzində əfqanlarla müharibədə Səfəvi şahına yardım edəcəyini vəd etdi. Beləliklə, 1722- 1723-cü illər Xəzəryanı bölgənin Rusiya tərəfindən işğalının I mərhələsi oldu (8, s. 504). İstanbul müqaviləsi. Cənubi Qafqaz Rusiya, Səfəvi, Osmanlı dövlətləri arasında ziddiyyətlərin düyün nöqtəsinə çevrildi. İngiltərə və Fransa da Rusiyanın Cənubi Qafqazda güclənmə- 149 sindən narazı idilər. Osmanlı Rusiyanın Cənubi Qafqaz, xüsusilə Bakıda möhkəmlənməsinin qarşısını almaq məqsədilə hərəkətə keçdi. 1723-cü ilin oktyabrında türk qoşunu Gəncəyə həmlə etdi, 1724- cü ilin iyununda Osmanlı qoşunları İrəvana daxil oldular. İsveçlə müharibəni təzəcə qurtarmış Rusiya yeni müharibəyə başlaya bilmədiyindən, Osmanlılarla sülh müqaviləsi bağlamağa məcbur oldu. 1724-cü il iyunun 12-də İstanbulda Rusiya-Osmanlı müqaviləsi imzalandı (10, s. 483). Rusiya Peterburq müqaviləsinin şərtlərinin (Dərbənd, Bakı, Lənkəran, Rəşt və Ənzəlinin Rusiyaya keçməsini) Osmanlı tərəfindən təsdiq edilməsinə nail oldu. Xəzəryanı bölgələr istisna olmaqla bütün Azərbaycan isə Osmanlılara keçdi (8, s. 505). Hacı Davud osmanlıların himayəsi altında olan yarımmüstəqil Şirvan xanlığının hakimi təsdiq edildi. Azərbaycanda Osmanlı idarə üsulu. İstanbul müqaviləsini reallaşdırmağa başlayan osmanlılar 1725-ci ilin may-iyulun 27-də Təbrizi, avqustda Gəncəni, 1725-ci ilin sonlarında işğal zonasına daxil olmayan Ərdəbili tutdular. Onlar Azərbaycanı vilayət-sancaqlar-mahallar-nahiyələr şəklində hərbi-inzibati vahidlərə böldülər. Sancaqbəyilər, naiblər və kəndxudalar yerli feodallardan təyin olunurdu. Kürdən şimaldakı torpaqların xüsusi statusu vardı. İstanbul müqaviləsinə dörə, osmanlılar bu ərazilərdə hərbi qüvvə saxlaya bilməzdi. Bu yerlər (Şəki, Ərəş, Qax) yerli hakimlər tərəfindən idarə olunurdu. Osmanlılara müqavimət göstərmiş feodalların mülkləri alınır, dövlət torpaqlarina çevrilirdi. Onlara xidmət edən yerli feodallara isə dövlət torpaqlarından “bəylik” və “ağalıq” adlanan şərti torpaq verilirdi. Bəzən vergilərin toplanmasından müqatiə (dövlətə müəyyən miqdarda pul ödəmək müqabilində ayrıayrı şəxslərə verilən vergi toplama hüququ) tətbiq olunurdu. Osmanlılar Təbriz, Ərdəbil və Gəncə şəhərlərinin bərpasına xüsusi diqqət yetirirdilər. Azərbaycanda Rusiya idarə üsulu. Ruslar ilk əvvəllər kamendant idarə üsulu yaratdılar. Sonra mahal-nahiyə bölgüsü tətbiq etdilər. Mahalları darğalar, nahiyələri yüzbaşılar, kəndləri 150 kəndxuda və kovxalar idarə edirdi. I Pyotr Xəzəzryanı bölgələrin təbii sərvətlərinin öyrənilməsi haqqında fərman verdi. 1724-cü ildə verilən fərmanla I Pyotr erməniləri Xəzəryanı əyalətlərdə tutulan istənilən ərazidə yerləşdirmək göstərişi verdi. Ermənilərin Şirvan bölgəsində məskunlaşması məhz bu dövrə təsadüf edir (3, s. 402- 403). Ruslar Kürün mənsəbində Peterburq kimi şəhər salmaq istəyirdilər. Azərbaycandan Rusiyaya neft, xam ipək, Rusiyadan Azərbaycana kətan, mahud daşınırdı. 3. Azərbaycan Nadir şahın hakimiyyəti dövründə Kirmanşah və Rəşt müqavilələri. Salyanda, Bakıda və b. yerlərdə rus hakimiyyətinə qarşı, 1726-cı ildə Zəngəzurda, Qafanda, Cənubi Qafqazda, xüsusilə Şirvanda, 1729-cu ildə Qarabağda, Şamaxı, Təbriz və b. şəhərlərdə, Azərbaycanın Xaçqala, Marağa, Hərmrud, Ərdəbil və Xalxal bölgələrində də Osmanlılara qarşı üsyanlar baş vermişdi. Bu üsyanlar yalnız Kiçik Asiyadan çoxlu hərbi qüvvə gətirdikdən sonra, 1731-ci ildə yatırıldı. Şah II Təhmasib və yerli feodallar dövlətin taleyi haqqında düşünməli oldular. Düşmənlərə qarşı mübarizədə daxili qüvvələri birləşdirmək lazım idi. Bu məsul vəzifıni Əfşar tayfasından Nadir xan öz üzərinə götürmüşdü. Əfqan tayfalarını İsfahandan qovan Nadir xan Əfşar 1730-cu ildə osmanlılara qarşı hərbi əməliyyata başlayaraq Marağa, Ərdəbil və Təbrizi azad etdi. 1730-cu ildə Nadirin Osmanlı üzərində qələbəsindən sonra Rusiya ehtiyatlı siyasət yeridərək Səfəvilərlə münasibətləri gərginləşdirməmək üçün 1732-ci ilin yanvarında Rəşt şəhərində Səfəvilərlə müqavilə imzaladı: Rusiya Kürdən cənubdakı Xəzəryanı bölgələri Səfəvi dövlətinə qaytardı, Səfəvilər isə osmanlıları bu yerlərə buraxmamağı və rus tacirləri üçün güzəştlər etməyi öhdəsinə götürdü (8, s. 511). Səfəvi şahı II Təhmasib osmanlılara qarşı əməliyyatlara başlayaraq Eçmiədzin yaxınlığında qələbə qazandı. Lakin İrəvan yaxınlığında onu məğlub edən ocmanlılar Urmiya, Təbriz və Ərdəbili ələ keçirdilər. 1732-ci il yanvarda II Təhmasib Kirmanşahda 151 osmanlılarla sülh bağladı: İrəvan, Gəncə, Şamaxı, Şirvan bölgələri Osmanlıda qaldı. Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz isə Səfəvilərə qaytarıldı. Araz çayı 2 dövlət arasında sərhəd olmalı idi (3, s. 413). Xorasandan qayıdan Nadir xan 1732-ci ilin avqustunda II Təhmasibi taxtdan salaraq onun oğlu Abbas Mirzəni III Abbas adı ilə şah elan etdi. Faktiki olaraq III Abbasın qəyyumu olan Nadir xan ilk növbədə Kirmanşah müqaviləsini ləğv edib, 1723-cü ildən sonra osmanlıların tutduğu əraziləri boşaltmağı tələb etdi. Onların rədd cavabı müharibəyə səbəb oldu. 1733-cü ilin yanvarında osmanlıları ağır məğlubiyyətə uğradan Nadir xanın bağladığı Bağdad müqaviləsinə görə, osmanlılar son 10 ildə tutduqları Səfəvi ərazilərini tərk etməli idilər. 1734-cu ildə Şirvan azad edildi. 1735-ci ilin əvvəllərində Nadir xan Gəncəni də osmanlılardan aldı və ruslardan Xəzəryanı bəlgələrdən çıxmalarını tələb etdi. 1735-ci ilin martın 21-də Novruz bayramı günü imzalanan Gəncə müqaviləsinə görə, ruslar Xəzəryanı vilayətləri tamamilə tərk etməli idi. 1735-ci ilin iyununda Eçmiədzinin şimal-şərqində Osmanlı qoşununu tam məğlub edən Nadir xan onları ilin sonuna kimi bütün Cənubi Qafqazdan çıxardı (3, s. 415). 1736-cı ilin martında Suqovuşanda toplanan qurultayda Nadir xan şah elan edildi. Bununla da Səfəvilər sulaləsinin hakimiyyətinə son qoyuldu. Nadirin şah elan olunmasına qarşı çıxan Ziyadoğlular adı ilə məşhur olan Gəncə xanları cəzalandırıldı, Qarabağın 32-lər, Kəbirli və Cavanşir tayfaları Xorasana sürgün edildilər. Qarabağ məliklikləri Gəncə bəylərbəyiliyinə, Qazax və Borçalı mahalları Kartli hakimliyinə tabe edildi (8, s. 514). Nadir şah Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylərbəyiliklərini birləşdirərək Azərbaycan adı altında vanid inzibati bölgü yaratdı. Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Nadir şahın qardaşı İbrahim xan oldu. Nadir şah hakimiyyətinin ilk dövründə vergi toplanması işini qaydaya salmaq üçün yeni vəzifə bölgüsü apardı. Əsasən əfşar-türk tayfalarından olanlar üstünlük təşkil edirdi. Şahın əmri ilə rəiyyətin hərbi xidmətə çağırılması əhalinin vəziyyətini 152 ağırlaşdırdı. 1737-ci ildə Astarada 6 min kəndli zorla səfərbərliyə alındı. Ümumiyyətlə, Nadir şahın ölkədə həyata keçirdiyi siyasət XVIII əsrin 30-40-cı illərində Azərbaycana fəlakət gətirmiş, təsərrüfat həyatı tənəzzülə uğramışdı. Dözülməz həyat şəraiti, səfalət xalqı cana doydurmuşdu. Ona görə də mövcud hakimiyyətə qarşı hiddət və nifrət gündən-günə artmaqda idi. 4. XVIII əsrin 30-40-cı illərində Azərbaycanda İran əsarətinə qarşı mübarizə Ağır vergi siyasəti, yerli feodalların zülmü əhalinin var-yoxdan çıxmasına və onların kəndlərdən qaçmasına səbəb oldu. 1734- cü ildə Astaranın ac-yalavac kəndliləri ayağa qalxdılar. Az sonra Şəkinin Biləcik kəndi, sonra isə qonşu Cənik, Tala və Car kəndləri üsyan etdi. Üsyanı yatırmaq üçün 1735-ci ilin fevralında cəza dəstələri göndərildi. Yerli əhalinin qismən tabe olması ilə kifayətlənən Nadir şah 1737-ci ildə Hindistan və Mərkəzi Asiyaya yürüş etdi. Onun ölkədə olmamasından istifadə edən əhali 1738-ci ildə Azərbaycanın şimal-şərq bölgəsində yenidən üsyan etdi. Ən böyük üsyan Dağıstandan kömək alan Carda oldu. Üsyanı yatırmağa gələn Nadir şahın qardaşı İbrahim xan öldürüldü. 1739-cu ildə Azərbaycanın şimal və şimal-şərq bölgələrində Nadir şaha qarşı çıxışlar özünün ən yüksək mərhələsinə çatdı. Lakin qüvvələr nisbəti bərabər olmadığından yatırıldı. XVIII əsrin 40-cı illərində üsyanmılarin qüvvətlənməsi nəticəsində Cənubi Qafqazı itirməkdən qorxan Nadir şah 100 minlik qoşunla Car vilayətinə və Azərbaycanın şimal-şərq bölgələrinə özü yürüş etdi. 1743-cü ildə üsyanların genişləndiyi bir şəraitdə özlərini Səfəvi şahzadələri kimi qələmə verən yalançı şahzadələr-Sam Mirzələr meydana çıxdı. I Sam Mirzə Avarda peyda olmuş, sonra Şirvana gəlmiş və 20 min tərəfdarları və Qazıqumuxlu Surxay xanin dəstəsi ilə birlikdə Yeni ŞamaxıyaAğsuya hücum etdilər. 1743-cü ildə Nadir şah oğlu Nəsrullah Mirzəni I Şam Mirzəyə qarşı Şamaxıya yolladı. Bundan əlavə, Gən- 153 cə, Qarabağ, Çuxursəd, Əhər, Qaradağ və Muğana 10-20min nəfər əsgər göndərmişdi. Şirvan düzənliyində baş vermiş döyüşdə I Şam Mirzənin qoşunu darmadağın edildi, özü isə edam edildi. 1743-cü ilin son rübündən etibarən xalq hərəkatına Ərdəbildən Şirvana gəlmiş II Sam Mirzə başçılıq edirdi. Hakim dairələr onu təhlükəli düşmən hesab etmədiklərindən yalnız burnunu kəsib buraxdılar, o isə tezliklə Şirvanda Surxay xanın oğlu Məhəmməd xanin yardımı ilə Nadir şahın hakimiyyətini sarsıdan xalq hərəkatının başçısına çevrildi. Şirvan üsyanı geniş vüsət alaraq Xəzər dənizi sahillərindən Gəncəyədək olan bir ərazini əhatə edirdi. 1743- cü ilin noyabrın 9-da Nadir şah oğlu Nəsrullah Mirzəni böyük qoşunla Şirvana göndərdi, lakin məğlub oldular. Buna görə Nadir şah təcili olaraq Osmanlı dövləti ilə sülh müqaviləsi imzalayıb, əsas qüvvələrlə Azərbaycandakı üsyanları yatırmağı qərara aldı. Nəsrullah Mirzənin qoşunu Ağsu yaxınlığındakı Şahdağı adlı yerdə üsyançıların birləşmiş dəstələri ilə üz-üzə gəldi. Ağsu qalası alındı. II Sam Mirzə Gürcüstana qaçdı. Lakin Kaxetiya çarı Teymuraz onu əsir alaraq Nəsrullah Mirzənin düşərgəsinə göndərdi. 1743-cü il dekabrın 29-da Nəsrullah Mirzə onun bir gözünü çıxartdırıb, bir neçə osmanlı əsiri ilə Qarsa “qardaşı” Səfi Mirzə ilə görüşməyə göndərdi. Lakin yolda II Şam Mirzə öldü. Nadir şah xidmətlərinə görə Araqvi vilayətini Teymuraza hədiyyə etmişdi. Şəki üsyanı. 1743-1744-cü illərdə Şirvan, Şəki, Təbriz, Xoy və Salmasda yeni üsyanlar başladı. Şəkidə mübarizə daha kəskin şəkil almışdı. Hələ 1741-ci ildə əhali Şəki hakimi məlik Nəcəfdən Nadir şaha şikayət etmişdi. Odur ki, Nadir şah Hacı Çələbi Qurban oğlunun Şəkidə vəkil seçilməsinə razı olmuşdu. Lakin məlik Nəcəfin şikayətindən sonra Hacı Çələbi Nadir şahın hüzuruna çağırıldı. Şahın hüzurunda özünü mərdliklə aparan Hacı Çələbi məlik Nəcəfi öldürüb hakimiyyəti ələ aldı və 1743-cü ildə Şəkini müstəqil xanlıq elan etdi. Bununla da Azərbaycanda müstəqil xanlıqların yaranmasının əsası qoyuldu. Nadir şah ona qarşı ordu yeritdikdə Hacı Çələbi “Gələrsən-görərsən” qalasına sığındı. Lakin uzun müddət mühasirə nəticəsində ərzaq ehtiyatı tükənən Hacı Çələbi 154 1746-cı ildə Nadir şahın hakimiyyətini tanımağa məcbur oldu. 1747-ci ildə yeni üsyanlar qalxanda Hacı Çələbi özünü yenidən xan elan etdi. 1747-ci ildə Nadir şah əleyhinə Ərdəbil və Təbrizdə yeni üsyanlar baş verdi. Üsyana III Sam Mirzə başçılıq edirdi. O, üsyan üçün Novruz bayramının birinci gününü seçərək, güclü silahlı dəstə ilə inzibati idarə nümayəndələrini qılıncdan keçirdi və Təbrizdə hakimiyyəti ələ aldı. Sonra İrəvana hücum etdi, lakin burada müqavimətə rast gəldiyindən Təbrizə qayıtdı və qətlə yetirildi. Bu dövrün üsyanlarının səciyyəvi cəhəti, onların çoxunun eyni vaxtda başlanması idi. Bu isə şah qüvvələrinin parçalanmasına və maddi ehtiyatların tükənməsinə səbəb olurdu. Lakin üsyanların əksəriyyətinin kortəbiiliyi, aydın məqsədinin olmaması və daxili ziddiyyətlər onların taleyini əvvəlcədən həll edirdi. Bununla belə, həmin üsyanların böyük tarixi əhəmiyyəti var idi. Azərbaycan və əsarətə alınmış digər ölkələrdə azadlıq hərəkatının genişlənməsi üçün əlverişli şərait yaranırdı. Aramsız müharibələr, iqtisadi vəziyyətin ağırlığı, sosial qruplar arasındakı ziddiyyətlər Nadir şah dövlətinin süqutuna doğru aparırdı. 1747-ci il iyunun 19-da suiqəsd nəticəsində Nadir şah öldürüldü, onun silah gücünə yaratdığı dövlət süqut etdi (3, s. 425). Ölkəni feodal ara müharibələri bürüdü.

 

AZƏRBAYCAN XANLIQLAR DÖVRÜNDƏ

Azərbaycan xanlıqlarının yaranması və onların sosial-iqtisadi vəziyyəti.

Azərbaycan xanlıqlarının daxili siyasi həyatı

Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələri. Yadelli işğalçılara qarşı mübarizə

XVIII əsrdə Azərbaycan mədəniyyəti

Azərbaycan xanlıqlarının yaranması və onların sosial-iqtisadi vəziyyəti 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycanda İran əsarəti sona çatdı. İran əsarəti sona çatdıqdan sonra ölkəmizdə Qarabağ, Şəki, Şamaxı, Gəncə, Naxçıvan, Dərbənd, Təbriz, Urmiya, Ərdəbil, Maku, Marağa, Xoy, Quba, Bakı, Lənkəran, İrəvan və s. xanlıqlar meydana gəldi. Bunlardan əlavə, Azərbaycanda daha kiçik feodal qurumları - İlisu, Ərəş, Qəbələ, Qazax və Şəmşəddil sultanlıqları, Qarabağda isə Vərəndə, Crabert, Gülüstan, Dizaq və Xaçın məlikləri var idi. Sultanlıqlar və məliklər, adətən, xanlıqlardan asılı idilər. Məsələn, Qəbələ, Ərəş və İlisu sultanlıqları Şəki xanlığından, məliklər isə Qarabağ xanlığından asılı idilər. Azərbaycanda belə çox xanlıq və digər feodal hökmdarlıqlarının meydana çıxması ölkənin ayrı-ayrı vilayətləri arasında sabit iqtisadi əlaqələrin olmaması, natural təsərrüfatın hökm sürməsi, habelə iri feodalların bu və ya digər ərazi üzərində öz hakimiyyətini qurmaq cəhdləri ilə bağlı idi. Nisbətən kiçik əraziləri əhatə etmələrinə baxmayaraq, Azərbaycan xanlıqlarının əksəriyyəti dövlətə məxsus bütün əlamətlərə malik olub müstəqil daxili və xarici siyasət yeridirdilər. Xanlıqlarda hakimiyyət, əsas etibarı ilə yerli feodalların əlində idi. Məsələn, Gəncə xanlığının Gəncənin irsi hakimi olan Şahverdi xan Ziyad- 156 oğlu, Bakı xanlığının sabiq Bakı hakimi Dərgahqulu bəyin oğlu Mirzə Məhəmməd xan, Dərbənd xanlığını Dərbəndin sabiq naibi İmamqulu bəyin oğlu idarə edirdi. Xanlıqlarda dövlət idarə orqanları İran əsarəti dövrünə nisbətən xeyli sadələşdirilmişdi. Geniş məmurlar aparatı əvəzinə indi sabiq şah məmurlarının vəzifələrini yerinə yetirən bəylər və digər yerli feodallar əsas rol oynayırdılar. Xanlıqlarda ali hakimiyyət xanların əlində cəmləşmişdi. Onlar qeyri-məhdud hakimiyyətə malik olub xanlığın bütün daxili və xarici siyasət məsələlərinə tam nəzarət edirdilər. Hər bir xanlığın özünə məxsus dövlət idarə quruluşu və məhkəmə orqanları var idi. Bəzi xanlıqlarda dövlət idarə quruluşu dövlət şurası, inzibati, vergi və hərbi idarələrdən ibarət idi. Qarabağ xanlığında bu idarələrin başında İbrahimxəlil xanın qohumları və yaxın adamları dururdular. Xanlıqlar inzibati cəhətdən mahallara bölünürdü. Mahalları naiblər idarə edirdilər. Hər bir naibin ixtiyarında darğalar, yüzbaşılar və kəndxudalar olurdu. Məhkəmə işlərinə şəriət, xan tərəfindən çıxarılan ayrı-ayrı qanunlar və yerli adətlər əsasında baxılırdı. Ən mühüm işlərə xanın özü, digər mülki və cinayət işlərinə isə ruhani hakimlər-qazilar baxırdılar. Azərbaycan xanlıqlarında əhalinin sosial tərkibi əvvəlki dövrlərdən fərqlənmirdi. Ən yüksək mövqeyi xanlar, onlardan sonra isə sultanlar, bəylər, ağalar və məliklər tuturdular. Qazax və qonşu yerlərdə bəylərlə bərabər hüquqa malik olan feodal torpaq sahibləri ağalar adlanırdı. Ölkə əhalisinin əsas kütləsini bir neçə qrupa bölünən kəndlilər təşkil edirdi. Onların əksəriyyəti divan, sahibkar və vəqf torpaqlarında sakin olan rəiyyətlərdən ibarət idi. Onların öz təsərrüfatı və torpaq payı var idi. Kəndlilərin sayca az olan digər qrupu rəncbərlər adlanırdı. Onların öz torpaq payı, alətləri və təsərrüfatı yox idi. Maldarlıq təsərrüfatı ilə məşğul olan yarım köçəri elatlar da kəndli ailəsinə aid idi. Şəhər əhalisi daha çox tacir və sənətkarlardan, habelə imtiyazlı təbəqələrin nümayəndələrindən ibarət idi. Ayrı-ayrı şəhərlərdə əhalinin xeyli hissəsini kəndlilər təşkil edirdilər. Torpaq mülkiyyət formalarında da elə bir dəyişiklik baş verməmişdir. Divan, mülk, tiyul, vəqf və camaat torpaqları yenə də 157 qalmaqda davam edirdilər. Lakin divan torpaqları getdikcə daha çox xan hakimiyyətinin əlində cəmləşir, tiyul torpaqları mülk xarakteri alırdı. XVIII əsrin ikinci yarısında Azərbaycanda yenə də məhsul rentası üstün yer tuturdu. Lakin rentanın işlə və pulla ödənilən formaları da var idi. Rəiyyətdən alınan əsas vergi malcəhət adlanırdı. Müxtəlif xanlıqlarda onun həcmi məhsulun 1/10 hissəsi ilə 1/3 hissəsi arasında tərəddüd edirdi. Otlaqlardan istifadə əvəzində rəiyyətlərdən əlavə vergi-çöpbaşı alırdılar. Kəndlilər bunlardan əlavə bağbaşı, bayramlıq, toy pulu, at arpası, mirzəyanə, darğalıq və s. vergilər ödəyirdilər. XVIII əsrin ikinci yarısında Azərbaycanın iqtisadi həyatında ümumi durğunluq hökm sürürdü. Bununla belə, yadellilərin zülmündən xilas olmuş kənd təsərrüfatı, sənətkarlıq və ticarətdə bir qədər canlanma nəzərə çarpırdı. Quba, Qarabağ, Şamaxı, Şəki və Gəncə xanlıqlarında əkinçilik nisbətən yaxşı vəziyyətdə idi. Bütün xanlıqlarda əhali bağçılıq, bostançılıq və arıçılıqla məşğul olurdu. Pambıqçılıq daha çox Şirvan, Gəncə, Qarabağ və Naxçıvan xanlıqlarında yayılımışdı. Dərbənd, Quba və Bakı xanhqlarında qızıl boya və zəfəran becərilirdi. Azərbaycan xanhqlarının iqtisadi həyatında ipəkçilik xüsusi yer tuturdu. İpəkçiliyin əsas mərkəzləri Şamaxı və Şəki xanlıqları idi. Avropa səyyahlarından biri yazırdı ki, hər il «Şirvandan 400 tona qədər ipək ixrac olunur». Bu dövrdə sənətkarlıqda da müəyyən yüksəliş hiss olunurdu. Toxuculuq sənəti xüsusilə geniş yayılmışdı. İstehsal edilən mov, darayi, tafta, zərbaft kimi parçalar xarici ölkələrə də ixrac edilirdi. Quba, Qarabağ və Təbriz öz xalçaları ilə şöhrət qazanmışdılar. Xalq içərisindən çıxmış ustalar bir sıra gözəl məişət avadanlıqları, zərgərlik məmulatları və müxtəlif növ silahlar istehsal edirdilər. Lahıcda mis qablar, tüfəng və xəncər hazırlanırdı. Şəkidə və Gəncədə milli üslubda gözəl şəbəkələr istehsal edilirdi. Bu dövrdə Azərbaycanda təşəkkül tapmış sosial-iqtisadi münasibətlər sənət istehsalına və ticarətin əsas mərkəzləri olan şəhərlərə də ciddi təsir göstərirdi. Əldə olan məlumatlarm təhlili göstərir ki, bəhs edilən dövrdə Azərbaycan şəhərlərinin əksəriyyəti dərin iqtisadi tənəzzül keçirirdi. Bu tənəzzülün daha doğrusu, əsas səbəbi avropa- 158 lıların Hindistana gedən dəniz yollarından daha intensiv istifadə etmələri ilə bağlı idi. Qərblə Şərq ölkələrini birləşdirən tranzit ticarət yolları üzərində yerləşən, iqtisadiyyatı daha çox mal ixracatına köklənən və bunun sayəsində böyük gəlir əldə edən Azərbaycan şəhərləri bütün XVIII əsr ərzində bu üstünlüklərdən məhrum olurdular. Şərq ölkələrində feodal istehsal üsulunun hökmran olaraq qalması fonunda Qərbi Avropada kapitalist istehsalının getdikcə geniş miqyas alması da bu böhranın dərinləşməsində az rol oynamırdı. Şərqin sənətkar emalatxanalarında bəsit üsulla hazırlanan bir sıra sənətkarlıq məhsulları Qərbdə manufaktura və fabriklərdə istehsal edilən daha ucuz və keyfiyyətli eyni məhsullarla rəqabət apara bilmir və nəticədə özlərinin ənənəvi satış bazarlarından məhrum olurdular. Vaxtilə ancaq Şərqin sənətkarlıq mərkəzlərində istehsal olunan və böyük partiyalarla Avropaya ixrac edilən malların bir çoxu artıq bu ölkələrin özlərində istehsal edilərək bu malların ənənəvi istehlakçıları olan ölkələrə, o cümlədən Azərbaycana göndərilirdilər. 1789-1791-ci illərdə Avropa ölkələrindən Azərbaycana çoxlu miqdarda atlas, məxmər, mahud və pambıq parçalar, bəzək və məişət əşyaları gətirilmişdi. Şübhəsiz ki, bu faktlar Azərbaycan şəhərlərinin iqtisadi həyatının əsasını təşkil edən sənət istehsalına mənfi təsir göstərirdi. Xanlıqlar dövründə Azərbaycan şəhərlərinin tənəzzülə uğramasında təbii fəlakətlər, yadelli işğalçıların hücumları və feodal ara müharibələri də az rol oynamışdı. Bütün bunlara baxmayaraq, müstəqil xanlıqların meydana gəlməsinin Azərbaycan şəhərlərinin sosial-iqtisadi həyatına müəyyən müsbət təsirini də göstərmək lazımdır. Ayrı-ayrı xanların iqamətgahalarına çevrilən şəhərlərin hərbi cəhətdən müdafiəsinə daha artıq diqqət verilir, nəticədə belə şəhərlərdə həyat nisbətən təhlükəsiz olurdu. Mövcud siyasi şəraitin mənfi təsirinə baxmayaraq, sənətkarların əsas kütləsi yenə də şəhərlərdə cəmləşmişdi. Əvvəllər olduğu kimi, xanlıqlar dövründə də Azərbaycan şəhərlərinin iqtisadi həyatının əsasını sənətkarlıq, ticarət və kənd təsərrüfatı təşkil edirdi. Şəhərlərin iqtisadi həyatının əsas mərkəzi bazarlar idi. Sənətkar emalatxanalarının və ticarət dükanlarının əksə- 159 riyyəti ya bazarlarda, ya da bazarlara bitişik küçələrdə yerləşirdilər. Adətən, böyük şəhərlərdə eyni sənət növü ilə məşğul olan sənətkarlar ayrıca küçələr yaradır, orta və kiçik şəhərlərdə isə qarışıq şəkildə işləyirdilər. XVIII əsrin sonlarında Azərbaycanda olmuş səyyah M.Biberşteyn yazırdı ki, sənətkar dükanları «hər bir şəhərdə onu bir başdan o biri başa qədər kəsən əsas küçələri yaradırlar». Xanlıqlar dövründə Azərbaycan şəhərlərində yaşayan əhalinin sosial tərkibinin tam və dəqiq mənzərini yaratmaq mümkün olmasa da, ayrı-ayrı şəhərlərə aid olan məlumatlar əsasında bu məsələ haqqında müəyyən fikir söyləmək olar. Mənbələrdən birində göstərildiyi kimi, şəhər əhalisi Hüquq və vəzifələrinə görə imtiyazlı silkə və vergi ödəyənlərə bölünürdülər. Birinci silkə xanlar, bəylər, məliklər, ağalar, axundlar, mollalar, seyidlər, mirzələr və xan nökərləri, ikinci silkə isə tacirlər, sənətkarlar, əkinçilər, şəhər yoxsulları və başqaları daxil idi. Şəhər əhalisinin ümumi sayına nisbətdə imtiyazlı əhalinin sayı 8-15% təşkil etdiyi müxtəlif şəhərlərdə tacir və sənətkarlar təxminən 35-50%-ə bərabər olurdu. 2. Azərbaycan xanlıqlarının daxili siyasi həyatı XVIII əsrin II yarısı-XIX əsrin əvvəllərində mövcud olmuş Azərbaycan xanlıqlarında daxili siyasi həyat olduqca mürəkkəb və gərgin idi. Bu və ya digər bölgədə hakimiyyəti ələ keçirən xanlar öz torpaqlarını daha da genişləndirmək uğrunda mübarizə aparırdılar. Bu xanlıqlardan yalnız bəzilərinin hakimləri bütün Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirməyi öz qarşılarına məqsəd qoymuşdular. Azərbaycanın cənub xanlıqlarında daxili siyasi mübarizə İranda mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda mübarizə ilə çulğalanmışdır. Burada gedən mübarizədə əfqan tayfasından olan Azad xan, Nadir şahın qohumu Fətəli xan Əfşar, Astarabad və Mazandaranda yaşayan Qacarların başçısı Məhəmmədhəsən xan Qacar və zəndlər tayfasının başçısı Kərim xan Zənd fəal iştirak edirdi. İlk dövrlərdə Fətəli xan Əfşar xeyli uğur qazanmışdı. O, Azad xanın 160 köməyilə Urmiya, Təbriz, Xoy, Qaradağ və Mərənd xanlıqlarını özündən asılı vəziyyətə sala bilmişdi. Lakin Fətəli xan bununla kifayətlənməyib öz hakimiyyətini bütün İranda yaymaq niyyətində idi. Onun bu cəhdi Məhəmmədhəsən xanın və Kərim xan Zəndin ciddi müqaviməti ilə rastlaşdı. Bu dövrdə İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Fətəli xana qarşı mübarizəyə başladı. 1752-ci ildə Miyanə və Qəmşə döyüşlərində 1761-ci ildə Qaraçəmən kəndi yaxınlığında baş verən döyüşdə zəndlər məğlub olsalar da sonralar bunun əvəzini çıxdılar. Azərbaycan xanları arasında olan ziddiyyətlərdən məharətlə istifadə edən Kərim xan Zənd 1763-cü ildə 9 aylıq mühasirədən sonra Fətəli xan Əfşarın sonuncu iqamətgahı Urmiya qalasını ələ keçirdi. Bununla da Azərbaycanın cənub xanlıqları Kərim xan Zənddən asılı vəziyyətə düşdülər. Lakin bu asılılıq, əksər hallarda, formal xarakter daşıyırdı. Nadir şahın ölümündən sonra Azərbaycanın şimal xanlıqları arasında Şəki xanlığı xüsusilə fərqlənirdi. Xanlığın banisi Hacı Çələbi öz hakimiyyətini bütün Azərbaycan torpaqlarına yaymağa çalışıdı. Lakin onun 1748-ildə Təbrizə və Qarabağa yürüşü uğursuzluqla nəticələndi. O bu uğursuzluqların əvəzini Ərəş və Qəbələ sultanlıqlarını özünə birləşdirməklə çıxa bildi. Hacı Çələbinin güclənməsi həm qonşu Azərbaycan xanlıqlarını, həm də Kartli-Kaxetiya çarlığını ciddi narahat edirdi. Gürcü çarı Teymuraz və onun oğlu II İrakli Azərbaycan xanlıqları arasında ziddiyyətləri daha da dərinləşdimək və bu yolla Gəncə, Qarabağ xanlıqlarını və Car-Balakən camaatlığını ələ keçirtmək istəyirdilər. 1751-ci ildə gürcü qoşunları Car torpağına hücum etdilər. Lakin ağır məğlubiyyətə uğrayıb geri çəkilməyə məcbur oldular. Gürcü çarları bunun əvəzini Gəncəni tutmaqla çıxmağa çalışırdılar. Onlar bu dəfə Azərbaycan xanları arasında ziddiyyətlərdən faydalanmaq qərarına gəldilər. II İrakli Hacı Çələbiyə qarşı Gəncə, Qaradağ, İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarından ibarət güclü ittifaq yaratmağa nail oldu. 1752-ci il martın 21-də danışıqlar bəhanəsiylə müttəfiqləri Gəncə yaxınlığına toplayan II İrakli qəflətən onların hamısını əsir götürtü (8, s. 524). Bu hadisə tarixə “Qızılqaya xəya- 161 nəti” kimi daxil olub. Bu xəbəri eşidən Hacı Çələbi öz ordusu ilə düşmən üzərinə hərəkət etdi və onu ağır məğlubiyyətə uğratdı. Əsir götürülmüş Azərbaycan xanları azad edildi. Düşmən ordusunu təqib edən Hacı Çələbi Qazax və Borçalı sultanlıqlarını ələ keçirdi. Gürcü çarlarının bu məğlubiyyətin əvəzini Car-Balakəni ələ keçirməklə çıxmaq cəhdləri də onların ağır məğlubiyyəti ilə nəticələndi. 1755- ci ildə Hacı Çələbi böyük qüvvə ilə Şirvana yürüş etdi. Lakin Şamaxı və Quba xanlıqlarının birləşmiş qüvvələri ilə toqquşmada məğlub olub geri çəkildi. Elə həmin il Hacı Çələbi vəfat etdi. Onun ölümündən sonra Şəki xanlığında başlamış hakimiyyət uğrunda mübarizə vəziyyəti xeyli mürəkkəbləşdirdi. Hüseyn xanın və Məhəmmədhəsən xanın hakimiyyətləri dövründə Şəki xanlığı özünün əvvəlki qüdrətini itirdi. Bundan istifadə edən qubalı Fətəli xan 1785-ci ildə Şəki xanlığını özündən asılı vəziyyətə saldı. Qarabağ xanlığı Kür və Araz çayları arasındakı geniş torpaqları əhatə edirdi. Xanlığın banisi Pənahəli xan Qarabağda yaşayan Cavanşirlər tayfasından idi. Vaxtilə Nadir şahın ordusunda xidmət etmiş Pənahəli xan onun ölümündən sonra özünü müstəqil hökmdar elan etdi. O, ilk növbədə xanlığın hərbi qüdrətinin güclənməsinə diqqət verdi. Qarabağ xanlığını İran və qonşu xanlıqların hücumlarından qorumaq məqsədilə 1748-ci ildə Bayat qalasının əsasını qoydu (50, s. 80). Qısa vaxt ərzində qalaya hasar çəkildi, xəndəklər qazıldı, yaşayış evləri, məscid, bazar və hamamlar tikildi. Qarabağ xanlığının güclənməsi bu yerləri ələ keçirmək istəyən Hacı Çələbini və müstəqilliyə can atan Qarabağ məliklərini ciddi narahat edirdi. Elə buna görə də onlar 1748-ci ildə Pənahəli xanın üzərinə hücum edib Bayat qalasını mühasirəyə aldılar. Lakin bir aydan artıq davam etmiş mühasirə heç bir nəticə vermədi. Bununla belə, düşmənlərin hücum təhlükəsi hələ də qalmaqda davam edirdi. Bu Pənahəli xanı daha etibarlı qala tikdirməyə vadar edirdi. 1752-ci ildə Qarabağ xanı yeni bir qalanın - Şahbulaq qalasının əsasını qoydu. Qarabağ tarixçisi Mirzə Camal yazırdı ki, Pənahəli xan 4 il bu qalada yaşadı. Lakin Şahbulaq qalası da kifayət qədər möhəm deyildi. Bu Pənahəli xanı daha möhkəm qala tikdirməyə vadar 162 edirdi. Pənahəli xan 1756-cı ildə üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş hündür dağ yaylasında yeni bir qalanın əsasını qoydu. Qala əvvəllər öz banisinin adı ilə Pənahabad, sonralar isə Şuşa adlandırıldı. Çox əlverişli strateji mövqeyə malik olan Şuşa düşmən hücumu üçün əlçatmaz olan bir qalaya çevrildi. Qala tezliklə bütün Azərbaycanın mühüm ticarət, sənətkarlıq və mədəni mərkəzlərindən birinə çevrildi. Pənahəli xanın fəaliyyətinin mühüm istiqamətlərindən birini onun hakimiyyətini qəbul etmək istəməyən xristian məliklərinə qarşı mübarizə təşkil edirdi. Onu da göstərmək lazımdır ki, XVII əsrdə və XVIII əsrin əvvəllərində formalaşmış bu məliklər Nadir şahın hakimiyyəti dövründə xeyli imtiyazlara malik idilər. Müstəqil Qarabağ xanlığının yaranmasından sonra da onlar özlərini müstəqil aparmağa çalışırdılar. Pənahəli xan müxtəlif yollarla məlikləri özünə tabe etməyə çalışırdı. Onun hakimiyyətini birnci olaraq Vərəndə məliyi Şahnəzər qəbul etdi. Pənahəli xan yerdə qalan məliklər arasındakı ziddiyyətdən istifadə edərək onların hamısını özündən asılı vəziyyətə sala bildi. Lakin bu asılılıq əksər hallarda formal xarakter daşıyırdı. Rusiyanın yardımından istifadə edən məliklər imkan düşən kimi müstəqil olmağa çalışır və hətta Qarabağ ərazisində erməni dövləti yaratmağı planlaşdırırdılar. İranda hakimiyyət uğrunda gedən mübarizədən istifadə edən Pənahəli xan Qarabağ xanlığının ərazisini xeyli genişləndirməyə nail oldu. Əvvəllər Qaradağ, Naxçıvan və İrəvan xanlıqlarına tabe olan Tatev, Sisian, Qafan, Mehri, Güney və Göyçə mahalları Qarabağ xanlığına birləşdirildi. Təbriz, Naxğıvan, Gəncə və Qaradağ xanlıqları müəyyən vaxtlar Qarabağ xanlığından asılı vəziyyətdə olurdular. Pənahəli xan öz xanlığının müstəqilliyini də uğurla qoruyub saxlayırdı. 1757-ci ildə Qarabağ xanlığı Məhəmmədhəsən xan Qacarın hücumuna məruz qaldı. Lakin bir aya qədər Qarabağda qalmasına baxmayaraq düşmən ordusu heç Şuşaya yaxınlaşa bilmədi və geri çəkilməyə məcbur oldu. 1759-cu ildə Urmiya hakimi Fətəli xan Əfşar Qarabağa hücum etdi. Şuşanı 6 ay mühasirədə saxlamasına baxmayaraq, düşmən onu ələ keçirə bilmədi. Lakin uzun sürən mühasirənin şəhərdə vəziyyəti pisləşdirdiyini görən Pənahəli 163 xan oğlu İbrahimxəlil xanı girov verməklə mühasirənin dayandırılmasına nail oldu. İbrahimxəlil xanın hakimiyyəti dövründə (1763- 1806-cı illər) Qarabağ xanlığı daha da gücləndi və nəinki Azərbaycanın, eləcə də bütün Cənubi Qafqazın ən güclü dövlət qurumlarından birinə çevrildi. Yalnız Azərbaycan xanlıqları deyil, həm də Rusiya, İran və Türkiyə kimi dövlətlər Qarabağ xanlığı ilə hesablaşırdılar (50, s. 85). Quba xanlığının əsasını Hüseynəli xan (1726-1758) qoymuşdu. Xanlığın mərkəzi əvvəlcə Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın dövründə 1756-cı ildə Salyan xanlığı Quba xanlığının tərkibinə qatıldı. Fətəli xanın hakimiyyəti dövründə (1758-1789) Quba xanlığı daha da gücləndi. A.Bakıxanov Fətəli xanı öz dövrünün «tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmləkəti idarə etmək işlərində mahir bir adam» kimi xarakterizə edirdi. Güclü dövlət yaratmağa çalışan Fətəli xan özbaşınalıq edən mahal naiblərinin hakimiyyətini məhdudlaşdırmış, vergilərin toplanmasını nizama salmış, ordunun sayını xeyli artırmışdı. Onun fəaliyyətində pərakəndə Azərbaycan torpaqlarını birləşdirmək cəhdi özünü aydın şəkildə göstərirdi. Fətəli xan mühüm strateji əhəmiyyəti olan Dərbənd xanlığını ilhaq etməyə can atırdı. Bu dövrdə Dərbənd xanı Məhəmmədhüseyn xanın yeritdiyi siyasət şəhər əhalisinin ciddi narazılığına səbəb olurdu. Bundan məharətlə istifadə edən Fətəli xan şəhər əhalisinin xeyli hissəsini öz tərəfinə çəkə bilmişdi. Lakin Dərbəndin möhkəm qala divarları ilə əhatə olunduğunu nəzərə alan Fətəli xan planlaşdırılan hücumun uğurla nəticələnməsini təmin etmək üçün bir sıra Cənubi Dağıstan feodalları, o cümlədən Qaraqaytaq usmisi ( hakimi) Əmir Həmzə ilə ittifaqa girdi. Görülən bu tədbirlər öz nəticəsini verdi. 1759-cu ildə Dərbənd xanlığı Quba xanlığına birləşdirildi (8, s. 544). Dərbənd xanlığından sonra Fətəli xan öz diqqətini Bakı xanlığını birləşdirməyə yönəltdi. Bu dövrdə Bakı Xəzər dənizində ən əlverişli liman şəhəri kimi şöhrət qazanmışdı. Bakı xanları duz və neft çıxarılmasından, habelə zəfəran yetişdirilməsindən böyük gəlir götürürdülər. Bütün bu gəlirlərin Quba xanlığının xəzinəsinə daxil olması Fətəli xana öz plan- 164 larını daha uğurla yerinə yetirmək imkanı verərdi. Bu dövrdə Bakı xanlığı hərbi cəhətdən xeyli zəif idi. Bakı xanları onları qonşu xanlıqların hücumlarından qoruya biləcək güclü bir müdafiəçiyə ehtiyac hiss edirdilər. Yaranmış vəziyyəti düzgün qiymətləndirən Fətəli xan «nigah diplomatiyasının» köməyilə öz məqsədinə çatdı. O, 1766-cı ildə bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmməd xana ərə verdi. Zəif iradəli Məlik Məhəmməd xan bütünlüklə Quba xanlığının təsiri altına düşdü. Fətəli xanın Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək siyasətində Şamaxı xanlığı mühüm yer tuturdu. Bəzi məlumatlara görə Fətəli xan bu xanlığı ələ keçirməklə keçmiş Şirvanşahlar dövlətini bərpa etmək, Şamaxı şəhərini isə özünün paytaxtına çevirmək istəyirdi. Şamaxı xanlığının güclü maddi və insan ehtiyyatlarına malik olduğunu nəzərə alan Fətəli xan buraya hücumdan əvvəl ciddi hazırlıq tədbirləri gördü. O, birinci növbədə Şamaxı xanlığı ilə hərbi xarakterli müqavilə bağlamağa nail oldu. Bu müqaviləyə görə Şamaxı xanları öz xanlıqlarının Cənubi Dağıstan feodallarının hücumlarından qorunması müqabilində Quba xanlığına xərac verməyi öhdələrinə götürürdülər. Eyni zamanda Şamaxı xanlıqlarının siyasətindən narazı olan şamaxılılar Quba xanlığı tərəfindən himayə edilməyə başlanıldı. Şamaxı xanlarının tezliklə xərac verməkdən imtina etmələri hərbi əməliyyata başlamaq üçün Fətəli xanın əlində bəhanə oldu. 1768-ci ildə onun ordusu Şamaxı xanlığına qarşı yürüşə başladı (8, s. 547). Bu yürüşdə şəkili Hüseyn xan da iştirak edirdi. Qəfıl yaxalanan Şamaxı xanları təslim oldular. Xanlıq Quba xanlığının tərkibinə qatıldı. Elə həmin il kiçik Cavad xanlığı da Quba xanlığma birləşdirildi. Beləliklə, Fətəli xan bütün Şimal-şərqi Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirməyə nail oldu. Quba xanlığının qüdrətinin artması bir sıra qonşu xanlıqları ciddi narahat edirdi. 1774-cü ildə Qaraqaytaq usmisi Əmir Həmzə və bəzi Azərbaycan xanlarının birləşmiş qüvvələri qəflətən Quba xanlığına hücum etdilər. Xudat yaxınlığında Gavduşan deyilən yerdə baş verən döyüşdə Fətəli xan məğlub oldu və Salyana çəkildi. Əmir Həmzə Şamaxı və Qubanı ələ keçirdi. Lakin tezliklə Dərbən- 165 də qayıdan Fətəli xan 1775-ci ildə rusların köməyilə öz düşmənini məğlubiyyətə uğratdı. Fətəli xan Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək siyasətini davam etdirirdi. O, 1780-1781-ci illərdə Qarabağı ələ keçirməyə çalışsa da buna nail olmadı. 1784-cü ildə Quba xanı Cənubi Azərbaycana hücum edib Ərdəbil və Meşkini ələ keçirdi. Lakin bir tərəfdən Azərbaycan və Dağıstan feodallarının arxadan onu hədələmələri, digər tərəfdən isə Rusiyanın narazılığı Fətəli xanı geri çəkilməyə məcbur etdi. 1785-ci ildə Şəki və Lənkəran xanlıqları Quba xanlığından asılı vəziyyətə salındı. Fətəli xan Cənubi Azərbaycana yeni yürüşə hazırlaşmağa başladı. Lakin 1789-cu ilin martında qəflətən vəfat etdi. Fətəli xanın oğlu Əhməd xan (1789-1791) atasının birləşdirdiyi əraziləri saxlaya bilmədi. Onun ölümündən sonra Qubalı xanı olmuş Şeyxəli xan da xanlığın qüdrətini saxlaya bilmədi. Tezliklə Şəki, Bakı, Şamaxı xanlıqları Quba xanlığının asılılığından çıxdılar. 3. Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələri. Yadelli işğalçılara qarşı mübarizə Azərbaycan xanlıqlarının xarici siyasət əlaqələri bir tərəfdən ölkə daxilində gedən siyasi proseslərlə, digər tərəfdən isə İran, Türkiyə və Rusiya kimi böyük qonşu dövlətlərin bölgədə yeritdikləri siyasətlə sıx bağlı idi. Uzun müddət Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələrində hakimiyyəti qoruyub saxlamaq və qonşu xanlıqlar hesabına öz torpaqlarını genişləndirmək üçün yardım almaq istəyi üstünlük təşkil edirdi. Rusiya və Türkiyə kimi dövlətlər ayrıayrı Azərbaycan xanlarının bu istəyindən bölgənin daxili işlərinə müdaxilə etmək və burada öz mövqelərini möhkəmləndirmək üçün istifadə edirdilər. Lakin bu zaman göstərilən dövlətlərdən hər biri özlərinin hərbi və iqtisadi potensialından çıxış edirdi. Feodal pərakəndəliyi dövrü keçirən İran uzun müddət Azərbaycana təsir göstərmək imkanlarını itirmişdi. Kərim xan Zəndin diplomatik yolla Azərbaycan xanlıqlarını, ilk növbədə Quba xanlığını öz təsiri altına almaq cəhdləri uğursuzluqla nəticələnmişdi. XVIII əsrin ikinci 166 yarısında Rusiya ilə aparılan iki müharibədə ( 1768-1774 və 1781- 1791 illər) ağır məğlubiyyətə uğrayan Türkiyə Azərbaycanda fəal xarici siyasət yeridə bilmirdi. Elə bunun nəticəsi idi ki, sultan höküməti ayrı-ayrı Azərbaycan xanlarının gürcü-rus blokunun təcavüzünə qarşı kömək xahişlərini ya cavabsız qoyur, ya da boş vədlər verməklə kifayətlənirdi. İran və Türkiyədən fərqli olaraq Rusiya Cənubi Qafqazda daha fəal siyasət yeridirdi. XVIII əsrin 70-ci illərində Krımı ilhaq etməyə hazırlaşan Rusiya Cənubi Qafqaza dair geniş işğalçılıq planı hazırlamışdı. Bu planın əsas mahiyyətini Gürcüstanı Cənubi Qafqazda hegemon dövlətə çevirmək və Azərbaycanın Qarabağ, Qaradağ, İrəvan və Naxçıvan xanlıqları hesabına erməni çarlığı yaratmaq təşkil edirdi. Lakin bu planlar olduqca gizli saxlanılırdı. Rusiyanın bu məkrli siyasatindən xəbərsiz olan bir çox Azərbaycan xanları ilk növbədə qubalı Fətəli xan onunla sıx diplomatik əlaqə yaratmağa çalışırdı. Hələ 1775-ci ildə Quba xanı öz elçisi Mirzə bəy Fərhadbəylini Peterburqa göndərmişdi. Quba xanı Əmir Həmzəyə qarşı mübarizədə göstərdiyi köməyə görə rus çarı II Yekaterinaya minnətdarlıq edir və Dərbəndin açarlarını ona göndərirdi. Fətəli xan həm də Quba xanlığının Rusiyanın himayəsinə qəbul edilməsini xahiş edirdi. Lakin Türkiyəni qıcıqlandırmaqdan ehtiyat edən II Yekaterina onun bu xahişini yerinə yetirməkdən imtina etdi və Dərbəndin açarlarını qaytardı. XVIII əsrin 80-ci illərində Rusiya Krımı birləşdirmək üçün hazırlıq işlərini gücləndirdi. Bu məqsədlə Cənubi Qafqaza da ordu göndərmək planlaşdırırdı. Lakin 1783-cü ildə Krımın dinc yolla birləşdirilməsi nəticəsində Cənubi Qafqaza ordu göndərmək zərurəti aradan qalxdı. Bununla belə, Rusiya Azərbaycan ərazisində erməni çarlığı yaratmaq planından imtina etməmişdi. Bu məqsədlə Qarabağın erməni məliklərinə hər cür yardım göstərilir, İbrahimxəlil xanı devirmək üçün planlar işlənilib hazırlanırdı. Rusiya özünün işğallarına hüquqi əsas qazanmaq üçün İrəvan, Qarabağ və Qaradağ xanlıqlarının ona güzəştə gedilməsi barədə İran hakimi Əlimurad xanla danışıqlar aparırdı. Öz hakimiyyəti üçün real təhlükə yaran- 167 dığını görən qarabağlı İbrahimxəlil xan bunun qarşısını diplomatik yolla almaq qərarına gəldi. O, 1784-cü ildə öz nümayəndəsi Musa sultanı Peterburqa göndərdi və Rusiyanın himayəsi altına keçməyə hazır olduğunu bildirdi. II Yekaterina onun bu təklifıni qəbul etməsə də Qarabağda hakimiyyət dəyişikliyi etmək planını təxirə saldı. 1783-cü ildə Kartli-Kaxetiya çarlığının Rusiya himayəsinə keçməsi bir çox Azərbaycan xanlarını da belə addım atmağa həvəsləndirirdi. Qubalı Fətəli xan bu yolla öz hakimiyyətini bütün Azərbaycana yaymağı planlaşdırırdı. O, Rusiya höküməti ilə apardığı diplomatik yazışmalarda özünün bütün Azərbaycanın hökmdarı kimi tanınmasına çalışırdı. Lakin erməni və gürcüləri özünün Cənubi Qafqazda əsas dayağı hesab edən Rusiya Fətəli xanın güclənməsinin qarşısını hər vəchlə alırdı. Elə bunun nəticəsi idi ki, Fətəli xanın 1787-ci ildə Mirzə Sadıq Məhəmmədvəliyevin başçılığı ilə Rusiyaya göndərdiyi nümayəndə heyəti uğursuzluğa düçar oldu. Rusiya bu dəfə də Quba xanlığını öz himayəsinə götürməkdən imtina etdi. XVIII əsrin 80-ci illərində İranda daxili siyasi vəziyyət müəyyən dərəcə sabitləşməyə başladı. Burada uzun müddət davam etmiş daxili siyasi mübarizədə Ağa Məhəmməd xan Qacar üstünlük qazandı. O, 1785-ci ildə Tehranın özünün iqamətgahı seçdi və keçmiş Səfəvilər dövlətinin sərhədlərini bərpa etməyi öz qarşısına məqsəd qoydu. Ağa Məhəmməd xan Qacar 90-cı illərin əvvəllərində özünün əsas rəqibləri olan Zəndləri tamamilə sıradan çıxardı və Cənubi Azərbaycan xanlıqlarının əksəriyyətini asılı vəziyyətə saldı. Bundan sonra o, Cənubi Qafqazı tabe etmək uğrunda mübarizəyə başladı. Ağa Məhəmməd xanın güclənməsi Azərbaycanın şimal torpaqlarının müstəqilliyini ciddi təhlükə qarşısında qoyurdu. Azərbaycan xanlarının əksəriyyəti, o cümlədən, Qarabağ, İrəvan, Naxçıvan və Xoy xanları kömək üçün Türkiyəyə müraciət etdilər. Qubalı Şeyxəli xan isə bu məqsədlə həm Türkiyəyə, həm də Rusiyaya müraciət etmişdi. Qarabağlı İbrahimxəlil xan isə Türkiyədən kömək istəməklə yanaşı özü də müəyyən müdafiə tədbirləri gördü. Onun 168 təşəbbüsü ilə Qarabağ, Lənkəran, İrəvan xanlıqlarından, KartliKaxetiya çarlığından və Avar hakimi Ümmə xandan ibarət ittifaq yaradıldı. Lakin bu tədbirlər Qacarın Cənubi Qafqaza hücumunun qarşısını ala bilmədi. Türkiyə Azərbaycan xanlarına heç bir əməli kömək göstərmədi. Başı Fransa burjua inqilabına qarşı mübarizəyə qarışmış Rusiya da Qacarın Cənubi Qafqaza hücumunun qarşısını almaq üçün heç bir tədbir görmədi. 1795-ci ilin iyununda 85 min nəfərlik İran ordusu Qarabağa soxuldu və Şuşanı mühasirəyə aldı. Lakin 33 gün davam edən mühasirəyə baxmayaraq Ağa Məhəmməd xan Şuşanı ələ keçirə bilmədi (3, s. 468). O, bunun əvəzini Tiflisi ələ keçirib yandırmaqla çıxdı. Ağa Məhəmməd xan Qacarın Şimali Azərbaycana hücumu və Tiflisi yandırması Rusiyanın bu bölgədəki mövqelərinə ağır zərbə oldu. Cənubi Qafqazın İran tərəfındən işğal edilməsinə yol vermək istəməyən Rusiya höküməti ordu göndərmək qərarına gəldi. V. Zubov bu orduya komandan təyin edildi. Bu xəbəri eşidən Ağa Məhəmməd xan tələsik Arazın o tayına çəkildi və tezliklə şah titulunu qəbul etdi. Ölkədə vahid dövlətin olmaması istər İran, istərsə də rus ordusuna güclü müqavimət təşkil etməyə imkan vermirdi. Ayrı-ayrı xanların təkbaşına müqavimət cəhdləri isə uğursuzluqla nəticələnirdi. Qubalı Şeyxəli xan 1796-cı ilin mayında 10 gün ərzində rus qoşunlarını Dərbəndə buraxmaqdan imtina etsə də son nəticədə təslim oldu. 1796-cı ildə rus ordusu Quba, Bakı, Şamaxı, Salyan və Gəncə xanlıqlarını işğal etdi. Növbəti ildə yürüşü İranın içərilərinə doğru davam etdirmək planlaşdırılırdı. Lakin 1796-cı ilin noyabırında II Yekaterinanın vəfat etməsi buna imkan vermədi. Yeni rus çarı I Pavel rus qoşunlarını Cənubi Qafqazdan geri çağırdı. Rus ordusunun Azərbaycanı tərk etməsindən istifadə edən Ağa Məhəmməd şah 1797-ci ilin yazında yenidən böyük ordu ilə Şuşaya yaxınlaşdı. İbrahimxəlil xan ciddi müqavimət göstərsə də uğursuzluğa düçar oldu. Başsız qalan Şuşa şəhəri düşmən ordusu tərəfındən işğal edildi. Lakin bu vəziyyət uzun müddət davam etmədi. 1797-ci il 169 iyulun 4-də Ağa Məhəmməd şah sui-qəsdçilər tərəfındən öldürüldü. Başsız qalan İran ordusu tələsik Qarabağı tərk etdi (3, s. 479). Beləliklə, XVIII əsrin 90-cı illərində Rusiya və İranın Azərbaycan torpaqlarını işğal etmək cəhdləri iflasa uğradı. Lakin bu heç də təhlükənin tamamilə sovuşması demək deyildi. Rusiya və İran Azərbaycan torpaqlarını işğal etmək planlarından imtina etməmişdilər. Azərbaycanda hökm sürən siyasi pərakəndəlik bu planların reallaşması üçün əlverişli şərait yaradırdı. 4. XVIII əsrdə Azərbaycan mədəniyyəti XVIII əsrdə Azərbaycan xalqı azadlıq uğrunda gərgin mübarizə aparmaqla yanaşı öz mədəniyyətini də inkişaf etdirdi. Bu dövrdə ölkədə fəaliyyət göstərən məktəblərdə dərslər, əsasən, ərəb və fars dillərində keçirilirdi. Bu məktəblərdə təhsil almış adamlar məmur, mirzə və ya rühani vəzifələrini tuturdular. Bu dövrdə elm sahəsində ciddi irəliləyiş olmasa da tarix və coğrafıyaya dair bir sıra qiymətli əsərlər yazılımışdı. Görkəmli coğrafıyaşünas Hacı Zeynalabdin Şirvani Qafqaz, İran, Türkiyə və Hindistanı gəzmiş və bu ölkələr haqqında qiymətli məlumatlar toplamışdı. Tarixçi Əbdürrəzzaq bəy Dünbüli özünün «MəasiriSultaniyyə» əsərində İran hökmdarı Fətəli şahın hakimiyyət dövründə baş vermiş hadisələrdən bəhs etmişdi. Azərbaycan ədəbiyyatında realist janr getdikcə üstünlük təşkil edirdi. Poeziyada vətənpərvərlik ideyaları və xalqın düşdüyü ağır vəziyyətə etiraz səsi xeyli güclənmişdi. Nişat Şirvani, Şikəstə Şirin və Nəbi kimi tarixi mövzuda yazan şairlərin əsərlərində ağır həyatdan narazılıq və şikayət üstünlük təşkil edirdi. Şakir Şirvanininn «Şirvan haqqında dastan» adlı müxəmməsində 1743-cü ildə Nadir şahın əleyhinə yönəlmiş Şamaxı üsyanından bəhs edilir. XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələri Molla Pənah Vaqif və Molla Vəli Vidadi olmuşdur. Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuş, Qarabağda, sonra isə gürcü çarı II İraklinin sarayında yaşamışdı. Vidadi yüksək sənətkarlıqla 170 yazdığı şerləri ilə lirik Azərbaycan poeziyasını zənginləşdirmişdi. O, ədəbiyyata qoşma və gəraylılar müəllifı kimi daxil olmuşdur. Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdu. Əvvəllər Qazax mahalında və Gəncədə, sonralar isə Qarabağda yaşamışdı. Zəngin bilikli şair Qarabağ xanının sarayında baş vəzir olmuş və xanlığın idarə edilməsində xüsusi rol oynamışdır. Vaqifın yaradıcılığında məhəbbət mövzusu əsas yer tuturdu. Şairin şerləri xalq dilinin zəngiliyini əks etdirir və realizmi, milli təravəti, orjinallığı, nikbinliyi ilə səciyyələnir. Vaqifın realist yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynamış və Azərbaycan şerlərinin sonrakı nəsillərinə güclü təsir göstərmişdi. XVIII əsrdə Azərbaycanda inşa edilmiş memarlıq abidələri dövrün siyasi həyatı ilə sıx bağlı olmuşdur. Yadelli hücumlarının və ara müharibələrinin mütamadi olaraq davam etdiyi xanhqlar dövründə Azərbaycan xanları düşmən hücumlarına tab gətirə biləcək dərəcədə möhkəmləndirilmiş qalaların, bürc və istehkamların tikintisinə diqqəti artırmağa məcbur idilər. Ərazisində hərbi-müdafıə xarakterli obyektlərin tikildiyi xanlıqlardan biri Qarabağ xanlığı idi. Buna misal olaraq Bayat, Şahbulaq və Şuşa qalalarının qala divarlarını, Əsgəranın qoşa qalalarını göstərmək olar. Müdafıə xarakterli obyektlər Şəki, Şamaxı, Təbriz, Naxçıvan və Ərdəbil xanlıqlarında da tikilmişdi. Azərbaycan memarlığında karvansara tikintisi sahəsində qazanılmış zəngin ənənələr bu dövrdə də davam edirdi. XVIII əsrin ikinci yarısında Şəkidə tikilmiş «Yuxarı» və «Aşağı» karvansaraları müasir dövrümüzədək gəlib çatmışlar. Azərbaycan ərazisində ən böyük karvansara hesab edilən «Yuxarı» karvansarada 300 otaq və zirzəmi var idi. Şuşada, Şəkidə, Qubada, İrəvanda ayrı-ayrı xanlar tərəfindən dəbdəbəli saraylar tikdirilmişdi. Bu dövrdə Azərbaycanda saray tikintisinin ən gözəl nümunəsi şərq memarlığının incilərindən sayılan Şəki xanlarının sarayıdır. Saray 1797-ci ildə Şəki hakimi Məhəmmədhəsən xan tərəfindən tikdirilmişdir. Sarayın fasadı başdanbaşa şəbəkə üslubu ilə bəzədilmişdir. 171 XVIII əsrin ikinci yarısı-XIX əsrin əvvəllərində Azərbaycan siyasi pərakəndəlik dövrü yaşayırdı. Nadir şahın ölümündən sonra yaranmış müstəqil və yarımasılı xanlıqlar orta əsr dövlətlərinə məxsus bütün atributlara malik idilər. Bu dövrün sosial-iqtisadi münasibətləri orta əsrlərin əvvəlki dövrlərinə məxsus sosial-iqtisadi münasibətlərdən elə də fərqlənmirdi. Torpaq mülkiyyət formalarının və vergilərin mahiyyətində elə bir ciddi dəyişiklik baş verməmişdi. Bununla belə, bütün xanlıqlar dovrü üçün xarakterik olan ara müharibələrinin təsiri altında əkinçilikdə, ticarət və sənətkarlıqda dərin tənəzzül müşahidə edilirdi. Azərbaycan şəhərlərinin böyük əksəriyyəti ciddi dağıntılara məruz qalmışdı. XVIII əsrin ikinci yarısında ayrı-ayrı Azərbaycan xanlıqları hakimiyyət və torpaq uğrunda bir-birilə kəskin müharibə aparırdılar. Ölkəni vahid dövlətdə birləşdirməyə çalışan qüvvələr də çox deyildi. Urmiyalı Fətəli xan, Şəkili Hacı Çələbi, Xoylu Əhməd xan və Qubalı Fətəli xan vahid Azərbaycan uğrunda xeyli qüvvə sərf etmişdilər. Qubalı Fətəli xan daha böyük uğurlar qazanmış və bütün şimal-şərqi Azərbaycanı öz hakimiyyəti altında birləşdirməyə nail olmuşdu. Bununla belə, ayrı-ayrı bölgələr arasında iqtisadi əlaqələrin zəifliyi və qonşu dövlətlərin müdaxiləsi son nəticədə vahid Azərbaycan dövlətinin yaranmasına imkan vermədi. Azərbaycanın zəngin təbii ehtiyatları və əlverişli coğrafi mövqeyi qonşu dövlətlərin, ilk növbədə İran və Rusiyanın diqqətini cəlb edirdi. Heç də təsadüfı deyil ki, XVIII əsrin sonuncu onilliyində bu dövlətlər Azərbaycanı işğal etmək üçün hərbi yürüşlər təşkil etmişdilər. Azərbaycan 1795 və 1797-ci illərdə İran hakimi Ağa Məhəmməd şah Qacarın, 1796-cı ildə isə V.Zubovun başçılığı ilə rus ordusunun işğalçı yürüşünə məruz qalmışdı. Doğrudur, bu yürüşlərin hər üçü iflasla nəticələndi. Lakin bu heç də həmin dövlətlərin Azərbaycana dair işğalçılıq planlarından imtina etmələri demək deyildi.