Azərbaycan Respublikası

                                                           “Resurs” Analitik Informasiya Mərkəzi İB

 

VÖEN 1904152221                                                                            Tel: +99412 375 42 15

Bakı şəh., Suraxanı rayon., Yeni Günəşli qəs.,                                +994 50 612 37 30

D yaşayış massivi, ev 9, mən.159                                                  e-mail: resurs.aim@mail.ru

 

  20                                                                                                 “ 09   ”       Oktyabr                 2020-ci il

 

Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyi tərəfindən ictimai rəyi analiz etmək məqsədilə vətəndaşlar arasında rəy sorğusu keçirilib

Azərbaycan xalqı hər şeyi Ali Baş Komandanın dilindən eşitmək istəyir

“Bizim sözümüz imzamız qədər keçərlidir” - İlham Əliyev

Bakı, Gəncə, Lənkəran və Quba şəhərlərində əhali arasında anonim sorğu keçirilmişdir. Rəy sorğusu könüllülər, müqavilə əsasında cəlb olunan əməkdaşlar və digər şəxslər tərəfindən 1000 nəfər respondent arasında keçirilmişdir. Sorğuda iştirak edən respondentlərin 70%-i 35 yaşa qədər, 30%-i isə 35 yaşdan yuxarı, 58%-i kişi, 42%-i qadın olmaqla Azərbaycan vətəndaşları təşkil etmişdir. Sorğuda iştirak edən qadınların 47,6%-i evdar xanımlar (200 nəfər) 52,4%-i isə (220 nəfər) daimi iş yerlərində çalışan xanımlar təşkil etmişlər. Eyni zamanda 35 yaşa qədər olan kişilərin 406 nəfəri demək olar ki, hamısı daimi və yaxud müvəqqəti işləyənlər, 35 yaşdan yuxarı kişilərin (174 nəfərin) 38%-i (66 nəfər) təqaüdçü olmaqla hamısı ailə başçısı olaraq sorğuda iştirak etmişlər.

            Sorğunun anonim keçirilməsində əsas məqsəd sorğuda iştirak edən respondentlərin cavabları ilə mənəvi, psixoloji və ümummilli-ruhi vəziyyəti düzgün analiz etmək idi. Eyni zamanda sorğu blankında respondentlərin fikirlərini sərbəst ifadə etmələri üçün yaradılmış şərait və yaxud nəzərdə tutulmuş qeydiyyat yeri istənilən düşüncənin ifadə olunması üçün anonimliyi vacib hesab etmişdik.

            Beləliklə sorğunun nəticələrini və bu nəticələrin ümumiləşdirilərək aparılmış təhlili mətbuatın müzakirəsinə təqdim etməyi qərara almışıq. Yeri gəlmişkən qeyd etmək istərdik ki, Resurs Analitik İnformasiya Mərkəzi tərəfindən aparılan sosioloji sorğular, sosial və digər tədqiqatlar sifarişçi qurumlara təqdim edilərkən mətbuata açıqlanmaya da bilər. Bu sosioloji sorğu heç bir sifarişçi qurum tərəfindən maliyyələşdirilmədiyi üçün sırf Resurs AİM İctimai Birliyinin öz vəsaiti hesabına qısa zaman ərzində keçirildiyi və sosial tədqiqat aparıldığı üçün bütün zəhməti olan insanlara və könüllülərə dərin minnətdarlığımızı bildiririk. 50 nəfərlik sorğu qrupu və 7 nəfərlik ekspert qrupuna təşəkkürümüzü bildiririk.

Azərbaycan Respublikasının vətəndaşı ___________

doğum tarixi_____________

cinsi 1.kişi  _____  2. qadın

İş yeri __1. daimi,  2. işləyir __3. müvəqqəti işsiz __4. işləmir __

 

Ailə vəziyyəti: 1. ailəli___, 2. subay___,3. ailə başçısı___

Cavablar:     1. bəli,   2, xeyr, 3. cavab vermək istəmirəm

Sual 1. Sizcə Azərbaycan tərəfi əks hücum əməliyyatını dayandırıb danışıqlara başlamalıdır, yoxsa müharibəni davam etdirməlidir?

a) Müharibəni dayandırıb üstün tərəf kimi danışıqlara başlamalıdır - 17,4%

b) Müharibəni davam etdirməlidir – 82,3%

c) Torpaqlarımızın danışıqlar yolu ilə azad olunacağına inanıram ---

d) Sizin şəxsi fikriniz: Otuz ildir elan olunmamış müharibə gedir, nəticəsiz danışıqları istəmirik.

Sual 2. Müharibə nə qədər zaman davam edə bilər, siz buna hazırsınızmı?

a) Bir ay – 11,8%

b) Altı ay ---

c) Sona qədər – 89,2%

2.1. mən müharibə istəmirəm ---

2.2. Mən müharibəyə hazıram - 97%

qeyd: 2.1 və 2.2  sualları yalnız 35 yaşa qədər olan kişi və qadınlara ünvanlanmışdır.

d) Sizin şəxsi qeydiniz: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu bütün torpaqlarımızı düşmən işğalından azad edəcəyinə əminəm.

3. Dövlət tərəfindən elan olunmuş hərbi vəziyyət və qismən səfərbərlik sizi qane edirmi?

a) Düzgün qərardır – 93,7%

b) Qane etmir ---

c) Qismən qane edir 6,3%

d) Sizin şəxsi fikriniz: Dövlət başçısının siyasətinə, qərarına inanıram, Ali Baş Komandana güvənirəm.

4. Azərbaycan ordusunun torpaqlarımızı azad edəcəyinə əminsinizmi?

a) Bəli, döyüş tapşırıqlarını uğurla yerinə yetirmək gücündədir - 21,2%

b) Xeyr, hələ tam formalaşmayıb ---

c) Azərbaycan silahlı qüvvələri mükəmməl konpakt güclü ordudur və qalib gələcəyinə əminəm  - 79,8%

d) Şəxsi qeydiniz: Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat güclüdür.

5. Pandemiya və hazırkı müharibə sizi qida və maddi ehtiyatlar barədə düşünməyə vadar edirmi?

a) Bəli düşünürük – 5,1%

b) Xeyr narahat etmir – 23,6%

c) Dövlətimizin gücünə inanırıq – 71,3%

d) Şəxsi qeydiniz: Dövlətimizin gücünə inanırıq, dövlətə güvənirik, yaşam tərzi və sosial iqtisadi vəziyyətimiz həmişəki qaydada davam edir, heç bir xüsusi narahatçılıq hiss etmirik.

Ekspert qeydi: Keçmiş illərdə kosmik və digər təbii fəlakətlər, kataklizmlər barədə yayılmış informasiyalar zamanı insanların qida və zəruri təsərrüfat mallarını ehtiyat saxlanc üçün aldıqları hallar olmuşdur. Ona görə də, ticarət mərkəzləri və marketlərdə aparılan monitorinq zamanı vətən müharibəsi başlayandan bu günə qədər ticarət dövriyyəsində heç bir xüsusi dəyişikliyin olmadığı aşkarlandı.

6. Sizcə, bu gün Azərbaycanda və dünyada azərbaycanlıların milli həmrəyliyi ən yüksək həddədirmi?

a) Bəli, yüksək həddədir - 3,2 %

b) Xeyr ən yüksək həddə deyil – 2,7%

c) Azərbaycanda yüksək milli həmrəylik mövcuddur, dünya azərbaycanlılarının da dəstəyini hiss edirik – 86,9%

72 nəfər suallara cavab verməyərək öz xüsusi qeydlərini yazmağa üstünlük vermişdir.

d) Şəxsi qənaətiniz: Azərbaycan xalqı, bütün azərbaycanlılar Ali Baş Komandanın ətrafında birləşib və Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndirir.

7. Sizcə, Azərbaycanın ədalətli savaşında hansı dövlətlər Azərbaycanın yanındadır, hansı dövlətlər əks-cəbhədədir? 

a. Azərbaycanın yanında:                                                                                                                                                                                                

 

1.

Türkiyə

  100%

2.

Pakistan

  100 %

3.

Gürcüstan

  93,6%

4.

Ukrayna

  93,3%

5.

Rusiya

  32,3%

6.

İran

  29,2%

7.

Fransa

  __

8.

ABŞ

  49,1%

9.

Qazaxıstan

  75,8%

10.

Əfqanıstan

  96,7%

11.

Qırğızıstan

  72,1%

12.

Macarıstan

  78,3%

13.

Latviya

  67,8%

14.

Belarusiya

  62,6%

15.

Böyük Britaniya

  51,7%

16.

Almaniya

  29,8%

17.   

İsrail

  78,1 %

                                                                                                                                                                                                                    

b. Əks tərəfdə olan dövlətlər                                                                                                                                                                                                                                                 

1

Fransa

  100%

2.

Rusiya

 67,2% - 5 nəfər çətinlik çəkib cavab verməyib

3.

ABŞ

  47,3% 36 nəfər cavab verməyib

4.

Belarusiya

  0,5 %

5.

Qazaxıstan

  0,7%

6.

İran

  70,1% 7 nəfər cavab verməyə çətinlik çəkib

7.

Böyük Britaniya

  0,9%

8.

Almaniya

  1,2%

9.

Yunanıstan

  89,1%

 

Sorğuda iştirak edən vətəndaşların cavablarını və xüsusən respondentlərin qoyulan sual ətrafında şəxsi fikrini bildirmək üçün açıq saxladığımız cavab yeri test metodu, yaxud istiqamətverici, yönləndiricilik metodikasından kənar obyektiv və real intellektual ifadə və rəyin öyrənilməsinin təhlili cəmiyyətin hazırkı ictimai rəyi barədə ümumi nəticələri ortaya çıxarır. Bu nəticəni ümumiləşdirsək aşağıdakı kimi təsnifat etmək olar.

- Azərbaycanda çox böyük milli ruh və çox güclü milli birlik mövcuddur

- Əhali arasında aparılan maarifləndirmə, təbliğat və təşviqatın müsbət nəticəsi olaraq xalq vətən müharibəsi, ədalətli, haqq müharibəsini, hərbi vəziyyət, müharibənin  qaydaları barədə yüksək məlumata malikdir, dövlətimizə və rəsmi qaynaqlara çox etibar edir və inam-etibardan doğan itaətlə bütün qaydalara sözsüz əməl edir. Yəni bu gün Azərbaycan xalqına qarşı daxili, ideoloji, informatif təxribat həyata keçirmək mümkün deyil.

- Azərbaycan xalqı birmənalı şəkildə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında çox böyük inamla sıx birləşib və hər şeyi ondan eşitimək istəyir. Azərbaycan Prezidentinin hər bir sözü bu gün bütün azərbaycanlılar üçün Ali Baş Komandanın Əmridir – bu, ekspert rəyi deyil, ictimai rəydir.

- Azərbaycan xalqı işğal altında olan torpaqlarımızın işğaldan azad olunacağına böyük inamla, əminliklə müharibəni sona qədər, qələbə çalana qədər davam etdirmək əzmindədir.

- Sosial-iqtisadi məsələlərdə heç bir nigarançılıq hiss etmədən bütün düşüncələr, arzular və şüurlar qələbəyə köklənib, qələbəyə fokslanıb.

- İctimai rəydə artıq Azərbaycan-Türkiyə birliyi bütün sahələr üzrə ən yüksək səviyyəyə yüksəlib bir millət, iki dövlət şüarı özünün real əməli gerçək zirvəsinə yüksəlib. Pakistan, Əfqanıstan, Gürcüstan, Ukrayna kimi ölkələrin ictimai rəydə dost ölkə kimi nüfuzu yüksəlmişdirsə, Rusiya və İran kimi qonşu ölkələrin ictimai rəydə nüfuzu aşağı düşüb. Fransa isə arzuolunmaz ölkəyə çevrilib.

Yeri gəlmişkən, müəyyən olunub ki, əhali vaxtının çoxunu, sutkanın oyaq olduğu bütün vaxtını əsasən informasiya qəbul etməyə yönəldir, eyni zamanda, Azərbaycan vətəndaşları informasiya qaynağı olaraq Azərbaycan informasiya mənbələrini və Türkiyə mənbələrini çox diqqətlə izləyir, Azərbaycan Prezidentinin və Türkiyə Prezidentinin hər sözü və hər kəlməsi çox diqqətlə dinlənilir. Digər mənbələrsə ictimai rəydə çox da etibarlı sayılmır.

Qoyulan suallarda açıq saxladığımız şərh yazmaq üçün bəndi cavablandırarkən respondentlərin əksəriyyəti öz fikirlərini ifadə edərkən, hətta bəzən suallara birbaşa aidiyyatı olmasa belə Azərbaycan Prezidenti Ali Baş Komandanın xarizma və liderlik keyfiyyətini qiymətləndirərək, cəmiyyətin lider amilinə münasibətini önə çəkmişlər.

Rəyi soruşulan respondentlərin münasibətindən ictimai rəydə qonşu ölkələr Rusiya və İranın nüfuzdan düşməsi bir çox ekspertlər tərəfindən narahatlıq yaradan hal kimi qiymətləndirilmişdir. Buna səbəb son dövrlər, xüsusən Azərbaycan sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təxribatından sonra davamlı olaraq Ermənistanın silahlandırılması barədəki informasiyalar Azərbyacan ictimaiyyətində Rusiya və İran kimi vacib tərəfdaş qonşularımıza qarşı narazılıq yaradıb. Əslində regionda Rusiya və İran Azərbaycan üçün çox vacib tərəfdaş qonşular olduğu qədər də Azərbaycan da bu ölkələrə daha çox vacib dost və partnyordur. Sözsüz ki, qonşu ölkələr də ictimai rəyi nəzərə alaraq bu məsələni tənzimləməyə çalışmalıdırlar.

 

Resurs Analitik İnformasiya Mərkəzi