http://sia.az/storage/2019/12/16/ressurs.jpg

"Milli mətbəximizin zənginliti tariximizdir"

Milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Milli dəyərlərimizə dərindən bələd olan görkəmli dövlət xadimi Ümummilli Liderimiz Heydər Əliyev xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi. Bu gün bu mövzunun aktuallığını və əhəmiyyətini nəzərə alaraq “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi bununla əlaqədar olaraq Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birlikdə Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəki şəhərində Xan sarayında Şəkinin mədəniyyət və istirahət guşələrinin birində görüşlər keçirilib. Sonra "Milli mətbəximizin zənginliyi tariximizdir" adlı tədbir "Marxal" İstirahət Kompleksinin konfrans zalında davam etdirilib.

Tədbirdən öncə qonaqlar Dünyanın Tarixi Şəhərləri Liqasına üzv olan Şəki Xan Sarayı ilə tanış olublar.

http://sia.az/storage/2019/12/16/rtrdddf.jpg

Tədbirdə çıxış edən “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri, siyasi ekspert Rasim Quliyev bildirib ki, sağlam insan, sağlam vətəndaş, sağlam düşüncə, sağlam cəmiyyət milli təhlükəsizlik konsepsiyasının əsas prioritetlərindən biridir. Azərbaycan xalqının milli dəyərlərinin qorunması qloballaşma mühitində dünya mədəniyyətinə bəxş etdiyi çoxsaylı mənəvi dəyərlər və milli mədəniyyət nümunələri Azərbaycanın bütün bölgələrində olduğu kimi qədim tarixi olan Şəkidə də kifayət qədərdir. Bunlardan biri cari ilin iyunun 7-də “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESKO-nun ümumdünya irs siyahısına daxil edilib. Hər bir millətin fiziki sağlamlığı, mənəvi və əqli sağlamlığı onun qəbul etdiyi qidalar mətbəxi ilə çox bağlıdır. Milli təhlükəsizlik konsepsiyasının çox vacib elemenlərindən biri də təsadüfi deyil ki, qida təhlükəsizliyilə bağlıdır.

R.Quliyev çıxışında həmçinin rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti, gələcək planları, qarşıda duran vəzifələrdən də danışaraq ətraflı məlumat verib.

Sonra Heydər Əliyev Mərkəzinin Şəki bölməsinin sədri Rəşadət Sadıqov, Şəki “Yuxarı Baş” Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Yusif Məmmədov, Şəki şəhər “Sənətkarlar Evi”nin rəhbəri Yusif Məmmədov, Mənsur Əlizadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölməsinin əməkdaşı Samir Salehov çıxış edərək Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği ilə bağlı görülən işlərdən danışıblar. "Müasir Azərbaycan Qadını" İctimai Birliyinin sədri Kəmalə xanım Muradlı, "Elin Səsi" Milli Dəyərlərimizə Dəstək" Təşkilatının təmsilçisi Ziya Yaqublu, yenilik.az və aydınlıq.az saytlarının baş redaktoru Xanlar Fətullayev, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktorunun müavini Ceyran Əsgərova, "Simurq Azərbaycan" Mədəniyyət Assosiasiyasının vitse-prezidenti Svetlana Bayramova tədbir barədə öz fikirlərini bildiriblər.

Tədbirdə SƏS Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev, QHT təşkilatlarının və Kütləvi İnformasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Rəvan Bağırov,

“Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin Ofis rəhbəri

http://sia.az/storage/2019/12/16/200x200/img-20191216-wa0014.jpg http://sia.az/storage/2019/12/16/200x200/img-20191216-wa0039.jpg http://sia.az/storage/2019/12/16/200x200/resurs.jpg http://sia.az/storage/2019/12/16/200x200/img-20191216-wa0010.jpg http://sia.az/storage/2019/12/16/200x200/rrsurs.jpg http://sia.az/storage/2019/12/16/200x200/img-20191216-wa0006.jpg http://sia.az/storage/2019/12/16/200x200/reesurs.jpg http://sia.az/storage/2019/12/16/200x200/resurss.jpg http://sia.az/storage/2019/12/16/200x200/ttersurs.jpg http://sia.az/storage/2019/12/16/200x200/img-20191216-wa0005.jpg http://sia.az/storage/2019/12/16/200x200/img-20191216-wa0023.jpg http://sia.az/storage/2019/12/16/200x200/ressurs.jpg http://sia.az/storage/2019/12/16/200x200/rresurs.jpg http://sia.az/storage/2019/12/16/200x200/ressdurs.jpg http://sia.az/storage/2019/12/16/200x200/img-20191216-wa0028.jpg http://sia.az/storage/2019/12/16/200x200/img-20191216-wa0033.jpg http://sia.az/storage/2019/12/16/200x200/img-20191216-wa0031.jpg