Qlobal pandemiyanın mövcud olduğu dövrdə cəmiyyətimizdə epidemiyaya qarşı mübarizədə milli birliyin, mənəvi dəyərlərin, humanizm hisslərinin yüksəlməsi, vətəndaş və insan amilinin ən qiymətli sərvət olduğunun təbliğində Azərbaycan Prezidentinin çağırışına dərhal səs verən və bu sahədə fəal iş aparan Yeni Azərbaycan Partiyasının fəaliyyətini təkcə ölkəmiz üçün deyil, həm də beynəlxalq nümünə kimi örnək saymaq olar.

Eyni zamanda bu fəalliyət proqramı ilə Yeni Azərbaycan Partiyası xalqın etimadını haqq etməklə yanaşı, bu etimada cavabdehlik öhdəliyini də layiqincə qiymətləndirildiyini sübüt edir. Həm iqtidar partiyası kimi dövlətin və hökümətin bu sahədə apardığı rəsmi siyasət ilə, həm də bundan əlavə hər bir partiya üzvünün fəalının iştirak etdiyi maddi-mənəvi, maarifləndirmə və ideoloji işlərlə ciddi struktur fəaliyyəti ilə.

Yeri gəlmişkən qeyd olunmalıdır ki, Yeni Azərbaycan Partiyasının epidemiyaya qarşı fəaliyyətini təkcə ölkəmizdə deyil, regionda örnək və müqayisəolunmaz hesab etmək olar.

 

Resurs Analitik İnformasiya Mərkəzinin mətbuat xidməti