Qurtuluş yaddaşımız

                        Heydər Əliyevin Azərbaycan xalqına üç mirası

            Keçən əsrdə yaşamış Hind yoqa təlimçisi və filosofu Oshonun (Bhagwan Shree Rajneesh) belə bir fikri var ki, hər hansı nəticənin necəliyini dəyərləndirmək elmi yanaşmadır, səbəbini, yəni mövcud faktın niyəsini incələmək isə fəlsəfi yanaşmadır. Yəni fəlsəfədə sual edilir: "Bu niyə mövcuddur?". Elm isə belə sual verir: "Bu necə mövcuddur?"

            Azərbaycan xalqının tarixində və taleyində ən mühüm məqamlardan biri XX əsrin əvvəlində və sonunda öz müstəqil dövlətini qurmasıdır. Sözsüz ki, bir xalq təkcə bugünkü nəsildən ibarət deyil, xalq bir tarix yaşamış və uzun bir ömrü olan gələcək nəsillərdən ibarət böyük bir toplumdur. Xalqın məsuliyyət yükü isə ideya, ziyanur, müdriklik və qəhrəmanlıq səlnaməsi nümunələr baxımından, eyni zamanda bütün müsbət və mənfi əməlləri ilə dövrün, müasir nəsillərinin çiyninə düşür.

             XX əsrin əvvəlində və sonunda...

            Oxşar və fərqli məqamlar, oxşar və fərqli tarixi şərait Azərbaycan məsələsinə  əsrin əvvəlində və sonunda həmin güclərin eyni münasibəti. Əlbətdə bütün bunlar, xalqımızın bu tarixinə məsul və cavabdeh olan şəxs və insanların edə bildikləri və bilmədikləri tarixi, mənəvi, psixoloji, real siyasi, iqtisadi və geosiyasi aspektlərdən araşdırılır və bundan sonra da uzun zaman tədqiqat mövzusu olaraq qalacaq.

            Əsrin sonunda da əvvəlindəki kimi istiqlal bəyannaməsi yaxud müstəqillik aktı imzalandı, yəni millət, xalq azad dövlət qurmaq istəyini bildirdi, bəyan elədi və elan etdi. Və yenə torpaq itkisi, vətənpərvər “ovu”,  fiziki, mənəvi terror ssenarisi mərhələ-mərhələ işləyirdi.

            Əsrin sonunda dünyada baş verən proseslər SSRİ-nin dağılması nəticəsində ortaya çıxan yeni geosiyasi, geoiqtisadi vəziyyət, dünyanın siyasi xəritəsinin yeni reformasiyası bizim regionun da yenilənməsi zərurətini ortaya çıxardırdı. Geosiyasi və geoiqtisadi mühüm əhəmiyyətli, zəngin təbii və mədəni sərvəti ilə regionun əsas güc sahibi, aparıcı dövləti və aparıcı cavabdeh xalqı olan Azərbaycanın bu xarakterik keyfiyyətləri həm xoşbəxtliyi, həm də bədbəxtliyidir.

            Bölünməyimiz, parçalanmağımız və müstəqilliyimizə qarşı hətta əks qüvvələrin, qütblərin, əks maraqların razılığa gəlmə səbəbləri bəlli olduğu kimi XX əsrin sonunda və bu gün də mövcud və aktualdır, nəticəsi isə iki yüz il bölünmüş, parçalanmış vəziyyətdə və müəyyən şərtlər altında yaşamaq zorunda qalmaq, keçən əsrdə dəfələrlə inqilab və dövlət qurmaq cəhdləri, şərqdə ilk demokratik dövlət nümunəsi və dərhal cəmi 23 ay sonra dövlətçiliyin itirilməsi...

            Nəhayət XX əsrin sonu və eyni coğrafi ərazi, geosiyasi, geoiqtisadi əhəmiyyət, təbii, mədəni, mənəvi sərvətlərə məxsus Azərbaycan 1991-ci ilin oktyabrında müstəqilliyini elan etdi və cəmi iyirmi ay sonra 1993-cü ilin iyun ayında formal müstəqilliyin itirilməsi ilə üz-üzə qaldı.

                                                1993- cü ilin iyun- Gəncə hadisələri, yoxsa qiyam?

1993-cü ilin iyun ayı Azərbaycan hakimiyyətində və dövlətində ciddi böhran yetişmişdi. Əslində iqtidar komandası daxilində səriştəsizlik və məsuliyyətsizlik bəzi hallarda xarici kəşfiyyat xidmətlərinin fəaliyyəti qısa zamanda komanda daxilində mənəvi, psixoloji və işgüzar peşəkarlıq baxımından yaranmış böhranı aradan qaldıra biləcək “kapitan” da yox idi. O dövrdəki iqtidar komandasının səriştəsizliyi və qətiyyətsizliyi sayəsində komanda daxilində yaranmış böhran tezliklə idarəçiliyə və dövlət strukturlarına sirayət elədi. Artıq dövlət struktur idarəetmə funksiyası və mexanizmlərin getdikcə coğrafiyası kiçilir, dövlət idarəçiliyi ölkə ərazisində öz funksiyasını tamamilə itirmişdi. Dövlət və hakimiyyət böhranında sözsüz ki, fəallaşan destruktiv elementlər, kriminal şəxs və qruplar, kənardan idarə olunan qüvvələr çaşqın vəziyyətdə idarəolunmaz kütləyə çevrilməyə hazır olan xalqı hər an bir qığılcımla alovlandırıb Azərbaycanı məhv olma ssenarisi aktiv şəkildə həyata keçirdi. Dövlət orqanları cənub və qərb zonalarında tam fəaliyyətsiz vəziyyətdə idi və şimalda da həlledici mərhələyə hazırlıq yekun vəziyyətə gətirilmişdi...- Yeri gəlmişkən bütün bunların qarşısını alıb problemi tamamilə aradan qaldırmaq heç də asan olmadı, müdrik Heydər Əliyev xeyli zaman və enerji sərf etməli olmuşdu.

            Həmin dövrü təhlil edəndə hadisələri, üst-üstə və toquşan maraqları, ayrı-ayrı qüvvələri, dünya və regionda baş verən tarixi və mövcud vəziyyət, neft amili və digər proseslərin analitikasını ümumiləşdirib həmin dövrkü iqtidarın idarəçiliyi idarəolunmaz dalana dirədiyi dövlət, hakimiyyət və xalqın mənəvi-psixoloji, sosial-iqtisadi və idarəetmə böhranından istifadə edən struktiv, destruktiv və planlı şəkildə fəaliyyət göstərən element və qüvvələr Azərbaycan dövlətçiliyinin məhvi istiqamətində hərəkətə keçmişdilər. Bir tərəfdən daxili qarşıdurma və nəzarətsiz silahlı dəstələr, digər tərəfdən ermənistan bayrağı altında muzdlu peşəkarların işğalı genişləndirməsi xalqın böyük psixoloji böhran yaşamasına səbəb olmuşdur.

            Detalların üzərində dayanmadan ümumiləşdirsək Azərbaycan dövləti yalnız bəyan olunmuş və hüquq aktlarında təsbit olunsa da faktiki dövlət və hökümət hətta heç paytaxt Bakıda belə faktiki hakimiyyətə sahib deyildi.

            Dövlət, hökümət, iqtidar ölkəni idarəetməni itirmişdi, xalq isə mənəvi-psixoloji depressiya vəziyyətində böhran yaşayırdı. Bu vəziyyətdə istənilən liderin uğur qazanması çox çətin məsələ idi.

            Bəs Lidersiz mümkün idimi?

Xeyr, belə inqilabi dövrlərdə ideologiya ilə bərabər lider amili vacibdir. Çünki idarəetmə strukuru olmadığı üçün və ya inqilabi dövrlərdə struktur fəaliyyət yaranmadığı, yaxud əhəmiyyətini itirdiyi, yaxud da inqilab (çevriliş) tərəfindən yararsız vəziyyətə düşdüyünə görə lider amili vacib hesab olunur.

            Müdrik Heydər Əliyevi xalq birinci idarəçilikdən tanıyırdı. Onun dünya çapındakı nüfuzu, idarəçiliyi, işgüzarlığı, peşəkarlığı, fenomenal və digər keyfiyyətlərini  Azərbaycan xalqı bildiyi üçün bütün təbəqələrin müddət və etnik və sosial qrupların qəbul edə bildiyi və hətta bütün siyasi qüvvələrin xalq arasındakı nüfuzuna görə əksinə gedə bilməyərək danışıq aparmaq zorunda qaldığı yeganə şəxsiyyət və yeganə lider Heydər Əliyev idi.

            1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətdə olan AXC- Musavat iqtidarının yeganə çıxış yolu yaranmış vəziyyətdən çıxmaq üçün və sonda sosial sifariş və sosial tələbi nəzərə alaraq Heydər Əliyevdən hakimiyyətə gələrək ölkəni, dövləti və xalqı xilas etməsini xahiş etmək qalmışdı.

            Əslində cəmi bir neç ay əvvəl Heydər Əliyevi məhv etmək üçün Bakıdan Naxçıvana silahlılarla dolu təyyarə göndərənlər indi usta siyasət adamı Heydər Əliyevin dövləti idarə etməsi xahişi ilə Naxçıvana təyyaralər göndərirdilər. Bu fakt özü həmin dövrün və həmin iqtidarın mahiyyət və vəziyyətini əks etdirən epizodlardandır.

"Əgər hansısa bir namərd gülləsi, hansısa bir terrorçu gülləsi məni həyatdan götürərsə mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq". - Heydər Əliyev

Heydər Əliyev isə xalqın münasibətindən, izdihamından güc və ilham alan nadir, müdrik usta siyasətçilərdəndir. Bakıda AXC-Musavat, cənubda Əlikram Hümbətov, Gəncə zonasında Surət Hüseynov, Qarabağda erməni və xarici muzdurların işğalı və şimalda “Sadval” adlı təşkilatla əslində xarici xidmətlərin böldüyü 5 parçaya bölünmüş küçələrdə, regionlarda kriminal və digər silahlı dəstələrin aktiv fəaliyyəti ilə kontrol olunmayan situasiyalarda istənilən vaxt silahların atəş açıla biləcəyi gərgin kriminogen durum, iqtidar komandasındakı başıpozuq, psixoloji və milli-mənəvi diskriminasiya.

            Hər nazir özünü bu sahənin mütləq hakimi hesab edirdi. Və belə bir mühitdə ac və yalavac xalq, sözsüz belə böhran vəziyyətlərdə sosial-iqtisadi durum heç də xoşagələn ola bilməzdi və dünyanın hər yerində də idarəçilik pozulduqda və bütün sahələrdə böhran yarandıqda xalqın sosial-iqtisadi vəziyyəti də ağırlaşır ki, əsl kükrəyən kütləvi enerji onda ortaya çıxır və o dağıdıcı enerji ölkəyə və xalqa daha çox zərər vura bilir.

            Belə bir zamanda izdihamın qarşısına yalnız Heydər Əliyev gücü, zəkası və müdrikliyi çıxa bilərdi. Bunu başa düşən AXC-Musavat iqtidarı Heydər Əliyevin arxasınca Naxçıvana təyyarə göndərərək onu itirilmiş hakimiyyəti, strukturları dağılmış dövlətin idarə olunmasına dəvət etdilər. AXC-Musavat iqtidarı xalqın gücündən və enerjisindən istifadə edərək hakimiyyəti ələ keçirmələri üçün bu gücün nəyə qadir olduğunu və bu enerjinin idarə pultunun ermənistanı Azərbaycana qarşı istifadə edənlərin əlinə keçməsi onların və Azərbaycanın tamamilə məhvi ilə nəticələnəcəyini başa düşdüyünə görə vaxtilə terror etmək istədiyi Heydər Əliyevə xilaskar kimi yalvarmağa başladılar.

            Azərbaycanda dövlət quruculuğuna başlamazdan öncə 1993-cü ildə bütün sahələrdə baş vermiş böhranı aradan qaldırmaq və ardıcıl itkilərin qarşısını almaq ərazi işğalını dayandırmaq və bölünmüş azərbaycanı birləşdirmək, insanlara təkcə ümid yox, həm də çörək vermək lazım idi. Və proseslərə dərhal başlayan Ulu Öndər heydər Əliyev bütün bu işləri həyata keçirmək- daxili sabitliyi, dövlət strukturlarının ölkə ərazisində fəaliyyətini, hakimiyyətin bərpa olunmasını, sosial-iqtisadi mexanizmlərin tədricən fəaliyyətə başlamasını, xarici siyasətin nəzəri konsepsiyasını və əməli fəaliyyətini hazırlayıb hərəkətə gətirmək və bütün proseslərdə dəfələrlə baş vermiş xarici terror və dövlət çevrilişləri planlarına qarşı mübarizə aparmaq yeni müstəqil milli dövlət quruculuğu mexanizmini zaman-zaman ardıcıl, prinsipial olaraq həyata keçirib davam etdirərək müstəqil, güclü dövlət qurmağa nail olmaq vəzifəsi qarşıda dayanırdı.                      

Heydər Əliyev Azərbaycan xalqına üç miras bağışladı

Birinci mirası bu gün dünyada nüfuzlu və güclü Azərbaycan dövlətindən söz açırıqsa və 60 milyondan çox Azərbaycanlının dövlətindən qürurla danışa biliriksə bu dövlətin qurucusu Heydər Əliyevdir. Onun qurduğu dövlət bundan sonra iqtidar-müxalifət zaman-zaman dəyişilsə də iqtidar və rejimlərin idarəetmə metodunda fərqlər olsa da bu gün milli dövlətin müstəqil siyasət yürüdə bilməsi üçün güclü dövlətin daxili, xarici, sosial-iqtisadi, neft və geosiyasi, geoiqtisadi, hərbi və digər bütün sahələri əhatə edən struktur və konseptual siyasəti mövcuddur və bu dövləti ən müasir modeldə tarixdə ilk dəfə dağıntılar üzərində qurub-yaradan və ucaldan memar Heydər Əliyev olub. Bu möhür tarixə vurulub.

            İkinci mirası isə etnik tərkibinə görə çox xalqlı və bir çox keçmiş və müasir dil qrupu ailələrinə məxsus əsrlərdən və minilliklərdən eyni mədəniyyəti yaşayan xalqları Azərbaycançılıq ideyası ilə müasir Azərbaycan dövlətini birgə mədəniyyət və birgə dövlət ətrafında birləşdirdi. Mən bu mədəniyyətə və dövlətə ortaq deyə bilmərəm, çünki bir etnik qrup xalqların, məsələn iki min ildən artıq tarixi mədəniyyəti olan Lahıc etnik qrupunun digər etnik və aborigenlə birgə mədəniyyətinin və birgə dövlətinin simvoludur.

"Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi  vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib". - Heydər Əliyev

            Azərbaycan, Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəlində təşəkkül tapsa da Azərbaycan dövlətinin və xalqının düşmənlərinin müasir Azərbaycan dövlətinin parçalamaq və məhv etmək üçün istifadə etdikləri terror növlərindən biri də Azərbaycanı Türk, kürd, ləzgi, talış, lahıc, udin, inqiloy, tat, hapıt və digər xalqların birliyinin pozulmasına nail olmaqdır ki, bunun da qarşısını Heydər Əliyev kimi ümummilli və ümumxalq nüfuz və rəğbəti qazanmış lider aldı və Azərbaycançılıq ideyasını gerçəkləşdirdi.

            Heydər Əliyevin üçüncü mirası milli siyasətin ardıcıl, davamlı, güclü, qüdrətli Azərbaycan dövlətinin və dövlətçiliyin inkişafını təmin etmək üçün ən vacib amil olan siyasi varislik prinsipinin təmin olunması idi.

"İnaniram ki, mənim axıra çatdıra bilmədiyim tale yüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümüdlər bəsləyirəm". - Heydər Əliyev

 Azərbaycan xalqı üçün Heydər Əliyevin ən böyük mirası məhz müstəqil dövlətin qurulması, xalqı bu dövlət ətrafında sıx birləşdirmək qədər də vacib bu siyasətin, bu dövlətin gələcəyini, yaşanan inkişafını təmin edən siyasi varislik məsələsinin həll olunması idi.

            Azərbaycan dövlətinin bugünkü beynəlxalq nüfuzu, siyasi, iqtisadi, hərbi gücü və bütün əldə olunan nailiyyətlər siyasi varisliyin təmin olunmasının nəticəsi və İlham Əliyevin siyasi varislik prinsipinə sədaqətidir.        

Siyasi portretdən ştrixlər- İslahatçı Prezident

"Azərbaycan müstəqil dövlətdir, qürurlu dövlətdir və gələcəyə çox nikbin baxan dövlətdir". - İlham Əliyev

            İlham Əliyevin doğulub, böyüyüb, təlim-tərbiyə aldığı, şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayan ailə mühiti, təhsili və eyni zamanda sağlam və geniş dünya görüşünün kamilləşməsində Ulu Öndərin genetik kodunun daşıyıcısı olmaqla bahəm, onun siyasi məktəbinin yetirməsi, yaxud da Heydər Əliyev siyasətinin ən yaxın izləyicisi və müşahidəçisi olması faktı siyasi portret cizgisində xüsusi iz buraxmış ştrixlərdəndir.

            Hətta Heydər Əliyevin həyatının rəvan olmadığı dövrlərdə istər-istəməz böyük təzyiqi öz üzərində hiss edən oğul Əiyevin siyasi portret cizgilərində iz buraxan bu təzyiqlərə sinə gərmək qətiyyəti İlham Əliyevin xarakterik xüsusiyyətlərində öz əksini tapmışdır.

            Mətinlik, əzmkarlıq, dözüm və iradə, Onun siyasi porterindəki xüsusi ştrix və yaxud ən böyük cizgi-səbrlə, təmkinlə Qalib Gəlmək əzmi və qəti iradə nümayişidir. O, başladığı istənilən layihədə öz qalibiyyətinə, uğurlu nəticəyə böyük inamla əmindir ki, bu da onun xarizmasını şərtləndirən ən vacib keyfiyyətlərdəndir.

            İrsi xüsusiyyət və fitri istedadı, eyni zamanda təlim-tərbiyə, təhsili və keçdiyi heç də rəvan olmayan həyat yolu və böyük siyasi təcrübəsinin Onun siyasi portretində dərin iz buraxmış xarakterik xüsusiyyətlərinin formalaşmasına ciddi təsir göstərdiyi daha aydın görünür.

            Azərbaycan tarixinin ən ciddi, həyati əhəmiyyətli, dönüş məqamı və dönüş mərhələsinin yaşandığı bir dövrdə bu qədim xalqa rəhbərlik, sərkərdəlik etmək missiyası nəsib olmuş İlham Əliyevin geniş analitik təfəkkürü-dərin zəkanın, formalaşdığı və yaşadığı zaman-dövran və mühitin, keçdiyi burulğanlarla zəngin olan siyasi-həyat təcrübəsinin məcmusudur. Onun keçmiş və müasir liderlərdən bir fərqliliyi də, bəlkə də hardasa müəyyən energetik-mistik qanunauyğunluq da var ki, sanki Uca yaradan oğul Əliyevi xarakterik olaraq müasir Azərbaycan coğrafiyası üçün görəvləndirmişdir.

            O, ən böyük azərbaycanlı kimi ölkənin geosiyasi, mədəni-mənəvi əksliklərin və müxtəlif sivilizasiyaların kəsişməsində yerləşdiyi üçün geniş tollerant dünya görüşü ifadə etməyi bacaran nadir siyasətçilərdəndir. O, xaraktercə islahatçıdır, yeniliklərin mənimsənilməsi və daha da modernləşdirilib tətbiq olunmasında daim təşəbbüskardır. Eyni zamanda, xüsusən milli-mənəvi, mədəni və əxlaqi, ənənəvi dəyərlərin qorunub saxlanılmasında mühafizəkardır və bu məsələlərdə konkret münasibət ifadə etməkdən çəkinmir.

            Onda Şərqin uzaqgörən müdrikliyi, qərbin təmkinli, praqmatik soyuqqanlılığı, ancaq eyni zamanda qafqazlıların da mərdliyi və istiqanlılıq xüsusiyyətləri cəmləşmişdir.

Lideri xalqa sevdirən ən vacib və üstün keyfiyyətlərindən biri şəxsiyyətin insanlar, cəmiyyət və xalqın qarşısında sözü ilə əməlinin vəhdət təşkil elədiyini nümayiş etdirməsidir. Bu baxımdan xalqın seçdiyi lider bütün digər xarizmatik keyfiyyətləri ilə bərabər xalq qarşısında verdiyi söz və götürdüyü öhdəliklərə sədaqəti ilə özünün ən yüksək insani keyfiyyət olan  sadiqlik və sədaqət, həqiqət və ədalət xarakterik xüsusiyyətlərini nümayiş etdirir.

Böyük ingilis siyasətçisi və dövlət xadimi Uinston Çörçill demişdir: "Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir".

Resurs Analitik İnformasiya Mərkəzinin sədri Rasim Quliyev