Avropa Parlamentindən mühüm qərar

AP ərazi bütövlüyünün güc yolu ilə təmin edilməsini dəstəklədi

Avropa Parlamenti “Avropa Parlamentinin sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti  Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə” adlı qətnamə qəbul edib. Əvvəllər ölkəmizin ən ciddi tənqidçilərindən biri, Avropa Parlamentinin Litvadan olan deputatı Petras Auştreviçyus tərəfindən həmməruzəçilər Radoslav Sikorski, Anna Fotıqa (hər ikisi Polşa XİN-in keçmiş rəhbərləri olub), Attila Ara-Kovaç (Macarıstan) və Marketa Qreqorovanın (Çexiya) iştirakı ilə hazırlanmış bu qətnamə Azərbaycanın diplomatik qələbələri siyahısına daxil olmaqla bərabər, həm də Avropa İttifaqının prinsipial mövqeyini əks etdirən bir sıra ciddi müddəalardan ibarətdir.

Budəfəki sənədi elə preambulunda Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər” adlı qətnaməsinə istinad edilir. Həmin qətnamədə iki dəfə - 8-ci və 10-cu bəndlərdə erməni qüvvələri tərəfindən tutulmuş ərazilər “işğal edilmiş ərazilər” adlandırılıb. On il bundan əvvəl həmin qətnaməyə bir istinadda Avropa Parlamentinin Cənubi Qafqazda münaqişələrə öz münasibətini bir daha bildirməli və təsdiqləməli olduğu ciddi sərhədlər göstərilmişdi.

Avropa Parlamentinin yeni qətnaməsində də “müqəddəratın təyini hüququ” barədə bircə kəlmə də yoxdur. Qətnamənin vacib cəhəti ondan ibarətdir ki, bu sənəd mövcud oxşar münaqişələrə fərqli yanaşma tətbiq etməyin yolverilməz olmasını dünya birliyi tərəfindən get-gedə daha çox başa düşülməsini əks etdirir.

RealTV