Rəvan Bağırov: Fransa dünyada sülh və sabitliyə ciddi təhlükə yarada bilər

BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Mişel Baçelet Fransada təhlükəsizliklə bağlı qəbul edilmiş qətnaməyə münasibət bildirirək sərt tənqid edib və deyib: "Fransada uzun zamandır ki, hüquq-mühafizə orqanlarında irqçiliyin və bu yöndə təcrid edilmənin şahidi oluruq. Bu vəziyyətə təcili müdaxilə edilməlidir, burada müsəlmanların hədəf alınacağından ehtiyatlandığını" bildirib.

Resurs Analitik İnformasiya Mərkəzinin ofis rəhbəri Rəvan Bağırov Fransadakı hazırda gedən irqi-ayrıseçkilik məsələsinə münasibət bildirərkən demişdir:,"Resurs Analitik İnformasiya Mərkəzi olaraq Fransadakı vəziyyəti izləyirik və deyə bilərik ki, hazırda Fransada irqçilik və islamofobiya dövlət siyasəti səviyyəsində həyata keçirilir. Bu yöndə  Fransa Milli Assambleyası  tərəfindən qəbul edilmiş qətnamə və digər tədbirləri sübut göstərmək olar.

            Biz hesab edirik ki, Fransa iqtidarı və bəzi irqçi partiyalar tərəfindən aparılan bu irqçilik və islamofobiya isqamətindəki siyasəti Fransa cəmiyyəti və fransanın mədəni-elmi elitasının ictimai fikrini ifadə etmir. Ancaq belə bir  təhlükə var ki, dövlət tərəfindən  həyata keçirilən bu siyasət nə vaxtsa nəticə etibarilə Fransa cəmiyyətində irqi-ayrıseçkilik idealarını inkişaf etdirə bilər ki, bu da həm fransa cəmiyyəti, həm islam dünyası  üçün, həm də Avropa üçün xoşagəlməz vəziyyətə gətirib çıxaracaq. Həmçinin dünyada sülh və sabitliyə ciddi təhlükə yarada bilər".

 

Resurs Analitik İnformasiya Mərkəzinin mətbuat xidməti