Yekaterinburqdakı baş konsulluğumuzun əməkdaşları Qələbəyə həsr olunmuş tədbirlərdə iştirak ediblər

Rusiyanın Yekaterinburq şəhərində faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə anım tədbiri və hərbi parad keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun əməkdaşları tədbirlərdə iştirak ediblər. Belə ki, ölkəmizin bu şəhərdəki baş konsulluğunun rəhbəri vəzifəsini icra edən Şöhrət Mustafayev və diplomatik nümayəndəliyin əməkdaşları tədbirlərə qatılaraq ölkəmizin adından xatirə kompleksinin önünə əklil qoyublar.