Vladimir Putin: "Çətin vəziyyətdəyik”

 “Dünyadakı durumu və yeni "Omikron" ştamının sürətlə yayılmasını izləyirəm. Bu gün, sözsüz ki, çətin vəziyyətdəyik”.

 Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Rusiya yeni koronavirus alovlanmalarının ortaya çıxması ərəfəsindədir. Yeni il tətilləri ölkədəki epidemioloji vəziyyətə təsir etməyə bilməzdi", - o vurğulayıb.

Rusiya hökumət sədrinin müavini Tatyana Qolikova da ölkədə “Omikron” ştamına yoluxmanın ilin sonundan başladığını və bunun COVID-19-un yayılmasını sürətləndirdiyini bildirib: “Hədəfimiz virusun yayılmasının qarşısının alınması istiqamətində lazımi işləri görməkdir”.

Qeyd edək ki, V.Putin bu gün hökumət üzvləri ilə birlikdə videokonfrans formatında iclas keçirib.