Türkiyənin Körfəz bələdiyyəsinin binası üzərində Azərbaycan bayrağı asılıb

Türkiyənin Kocaeli vilayətinin Körfəz bələdiyyəsinin binası üzərində Azərbaycan bayrağı asılıb.

AZƏRTAC xəbər verir ki, xüsusi hazırlanmış bu böyük Azərbaycan bayrağının binanın üzərinə asılması Körfəz bələdiyyəsinin sədri Şener Söğütün təşəbbüsü ilə baş tutub.

Türkiyədən növbəti qardaş dəstəyi olan bu bayraq ölçüsünün böyüklüyünə görə İstanbul-Ankara yolundan rahatlıqla görünür.