Sergey Lavrov: “Rusiya və Çin Qərbə qarşı dostluq etmir”

Rusiya Çinlə Qərbə qarşı dostluq etmir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov xorvatiyalı həmkarı ilə keçirdiyi danışıqların yekunları ilə bağlı mətbuat konfransında bildirib.

“Çin Xalq Respublikası ilə münasibətlərimizə gəlincə, bu münasibətlər heç bir konyukturaya tabe deyil və qərbli həmkarlarımızın bu barədə nə düşünməsindən asılı olmayaraq inkişaf edir. Biz heç kimə qarşı Çinlə dostluq etmirik”, - S. Lavrov vurğulayıb.