Rusiyanın 11 aeroportda uçuşlara qadağa rejimi yenidən uzadılıb

 “Rosaviasiya” ölkənin cənub və mərkəzi hissəsində yerləşən 11 aeroportda uçuş məhdudiyyətlərini 2022-ci il iyunun 30-dək uzadıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Qurumun məlumatına görə, Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında uçuşlara qoyulan məhdudiyyətlər 2022-ci il iyunun 30-u Moskva vaxtı ilə saat 03:45-ə qədər davam edəcək. Rusiya aviaşirkətlərinə həmin istiqamətlərdə sərnişin daşınmasını təşkil etmək üçün alternativ marşrutlar kimi Volqoqrad, Soçi, Mineralnıye Vodı, Moskva və Stavropol hava limanlarından istifadə tövsiyə olunur. “Rosaviasiya” ölkə ərazisində yerləşən digər aeroportların adi rejimdə fəaliyyət göstərdiyini bildirib.

Xatırladaq ki, Rusiya Ukraynaya qarşı apardığı müharibə çərçivəsində fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.