Politoloq: “Rəsmi Moskva İrəvanda baş verənlərə daha sərt reaksiya verməlidir”

 

 “Rusiya İrəvanda baş verənlərə, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin davranışına daha sərt reaksiya verməlidir”.

Bunu "Report"un Rusiya bürosuna politoloq Yevgeni Mixaylov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinin keçirildiyi gün Ermənistan paytaxtının mərkəzində Rusiya əleyhinə keçirilən nümayiş ilə bağlı deyib.

"KTMT sammiti başlayan zaman keçirilən anti-Rusiya nümayişindən, eləcə də bir neçə həftə əvvəl Rusiyanın işğalçı adlandırıldığı məşəl yürüşündən belə nəticəyə gəlmək olar ki, Ermənistan ilə başqa cür danışmaq lazımdır. Üstəlik, Paşinyan KTMT bəyannaməsini də imzalamadı. Ermənistanın Rusiyadan nə qədər asılı olduğunu nəzərə alsaq, bu, meydan oxumağa bənzəyir”, - o bildirib.

Onun sözlərinə görə, ABŞ erməni hərbçiləri üçün təlim mərkəzini nahaq yerə məhz indi açmayıb: "Avropa və ABŞ indi böyük səylə Rusiyanın milli maraqlarının olduğu regionlara girməyə çalışır".