Özbəkistan portalları ermənilərin Azərbaycanın işğal edilmiş torpaqlarında törətdikləri vandalizm aktlarından yazıb

Özbəkistanın “azon.uz” və “daryo.uz” portalları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri barədə məqalələr yayıb.

Məqalələrdə dövlətimizin başçısının bu şəhərlərin ermənilər tərəfindən dağıdılması ilə bağlı fikirləri əks olunub.

Yazılarda Azərbaycan Prezidentinə istinadla deyilir: “Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək”.