Moskva hökuməti əcnəbilərin orduda xidməti üçün infrastruktur yaradacaq

 

Yaxın vaxtlarda Moskva hökuməti əcnəbilərin hərbi xidmətə daxil olmasını təşkil etmək üçün “Saxarova” miqrasiya mərkəzində tam infrastruktur yaradacaq.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Moskva hökuməti xarici vətəndaşların hərbi xidmətə daxil olmasından ötrü Müdafiə Nazirliyinə kömək etmək üçün Saxarova miqrasiya mərkəzində infrastruktur yaradacaq.

Mer xatırladıb ki, bu yaxınlarda qəbul edilmiş qanuna əsasən, Rusiya ordusunda xidmət etmək üçün bir illik müqavilə imzalayan əcnəbilər Rusiya vətəndaşlığını mümkün qədər sadə şəkildə ala biləcəklər.