KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılması yanvarın 19-da yekunlaşacaq

 

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarının Qazaxıstandan qayıtması yanvarın 19-da yekunlaşacaq”.

 TASS-a istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri ordu generalı Sergey Şoyqu açıqlayıb.

“KTMT sülhməramlıları Qazaxıstanda 14 sosial əhəmiyyətli obyekti mühafizə altına alıblar”, - o vurğulayıb.