İranla Türkmənistan sərhədləri iyun ayının 10-da açılacaq

Türkmənistanın https://turkmenportal.com/ saytının yaydığı məlumata görə İranın Aşqabaddakı Səfiri Qulam Abbas Arbab bildirib ki, İranla Türkmənistanın sərhədləri tibbi protakola əsasən iyun ayının 10-dan etibarən yenidən açılaraq fəaliyyətə başlayacaq.

Sərhədlərin açılması iyun ayının 1-nə nəzərdə tutulsada COVİD-19 virusu əleyhinə dezinfeksiya profilaktik tədbirlər həyata keçirildiyinə görə Türkmənistanla sərhədlərin açılmasını iyun 10-a qədər təxirə salınmışdı.

Bu barədə razılıq hər iki ölkənin Səhiyyə, Kənd təsərrüfatı, Gömrük və xarici əlaqələr təşkilatlarının video konfrans vasitəsi ilə müzakirələr zamanı qərara alınıb. Hal- hazırda İran Türkmənistan vasitəsi ilə Özbəkistanla da ticarət əlaqələrinin bərpa edilməsi üçün danışıqları davam etdirir.

Xatırladırıq ki, Türkmənistanla İran sərhədləri fevral ayından etibarən İranda Koronovirusun geniş yayılmasına görə bağlanmışdı.