İranla Türkiyə arasında uçuşlar bərpa olunacaq

 Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İstanbulda səfərdə olan İranın Xarici İşlər naziri Cavad Zəriflə görüşündən sonar keçirilən mətbuat konfransında deyib ki, Avqust ayının 1-dən etibarən Türkiyə ilə İran arasında uçuşların bərpa olunması planlaşdırılır. Daşınmaz əmlaklarla əlaqədar İran və Türkiyə arasında saziş imzalanıb. Bu sazişin İran və Türkiyə xalqı arasında əməkdaşlığı daha da genişləndirəcəyinə ümid edir.