İranın ali rəhbəri Xamenei ABŞ və Britaniya istehsalı koronavirus peyvəndlərinin İrana gətirilməsini qadağan edib

İranın Ali Rəhbəri, ayətullah Seyid Əli Xamenei ABŞ və Böyük Britaniya istehsalı olan koronavirus peyvəndlərinin ölkəyə gətirilməsini qadağan edib.

Tehran bürosunun məlumatına görə, bu barədə bu gün İranın Ali Rəhbəri televiziyada çıxışı zamanı bildirib.

“Əgər amerikalılar peyvənd hazırlamağı bacarsaydılar özlərinin durumu hazırkı vəziyyətdə olmazdı. Onlara etimad və inam yoxdur”, - deyə Xamenei vurğulayıb.

O, İranda koronavirus peyvəndinin istehsalını qürurverici hadisə adlandırıb və peyvəndin istehsalında rolu olan bütün şəxslərə təşəkkür edib.

İranın Ali Rəhbəri qeyd edib ki, Qərb İran xalqına tətbiq etdiyi sanksiyalara son qoymalıdır.