Gürcüstan saytları: İlham Əliyev: Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var

Gürcüstan kütləvi informasiya vasitələri (KİV) Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərlərindən və dövlətimizin başçısının çıxışlarından materiallar yaymaqda davam edirlər.

AZƏRTAC xəbər verir ki, nüfuzlu report.ge və 24news.ge informasiya portalları bu dəfə Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağın “statusu” barədə fikirlərinə diqqət ayırıblar.

Prezident İlham Əliyevin çıxışına istinadla Azərbaycan, rus, gürcü və ingilis dillərində yayımlanan materiallarda tarixi Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcəyi xüsusi qeyd olunur: “Mən demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq”.

Qeyd edək ki, bu materiallar bu gün ən çox oxunan xəbərlərdən olub.

Materialların tam mətni ilə aşağıdakı linklərdən tanış olmaq olar:

https://report.ge/ru/world/ilham-aliev-ni-o-kakom-statuse-karabaha-rechi-bit-ne-mozhet/

https://report.ge/world/ilham-alievi-qarabaghis-raime-statusze-saubari-gamoritskhulia/

https://report.ge/en/world/ilham-aliyev-it-is-impossible-to-talk-about-any-status-for-karabakh/https://report.ge/world/ilham-alievi-qarabaghis-raime-statusze-saubari-gamoritskhulia/

https://24news.ge/read/id/40949