Ermənistanda koronavirusdan ölənlərin sayı sürətlə artır

Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin yaydığı məlumata görə Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı sürətlə artır. Son sutka ərzində daha 566 nəfər koronavirusa yoluxub. Ümumilikdə koronavirusa yoluxanların sayı 14 min 669 nəfərə çatıb. Ölkədə pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 245-ə yüksəlib. Hazırda Ermənistanda 8876 aktiv koronavirus xəstəsi var.