Erməni təxribatı davam edir 

 KİV-də yayılan məlumatlara görə Gürcüstanda yaşayan ermənilər orada yaşayan soydaşlarımıza qarşı təxribat törətməyə cəhdləri davam edir.

Belə ki, dünən Sadaxlı kənd polis idarəsində işləyən yerli etnik erməni polis əməkdaşının övladı kənd əhalisinə qarşı kobud və təhqiramiz hərəkətlər edib.

Həmin şəxs idarə etdiyi minik avtomobilini Sadaxlı kəndinin mərkəzində toplaşan sakinlərin üstünə sürüb. Sonra o əl işarələri ilə vətəndaşlara qarşı müxtəlif təhqiramiz hərəkətlər edib.

Bundan hiddətlənən kənd sakinləri xuliqanlıq edən şəxsi cəzalandırmaq istəsələr də kənd ağsaqqalları buna imkan verməyiblər. Ağsaqqallar azərbaycanlı gəncləri erməni təxribatına uymamağa çağırıblar. Kənd ağsaqqalları ermənilərin bu yolla Gürcüstanda da milli qarşıdurma yaratmaga cəhd etdiklərini bildiriblər. Bundan sonra kənd sakinləri hüquq mühafizə orqanlarına müraciət ediblər.

Məsələyə polis qarışıb və həmin erməninin atası orqandan xaric edilib. Faktla bağlı araşdırma