Avropa Parlamenti bir sıra regionlarda Rusiya pasportları verilən şəxslərin Aİ-yə girişini qadağan edib

 

Avropa Parlamenti Krımda, qondarma Abxaziya və Cənubi Osetiya respublikalarında Rusiya pasportları verilən şəxslərə viza verilməsinin qadağan edilməsinin lehinə səs verib.

“Report” TASS-a istinadən xəbər verir ki, sənədin lehinə 531 deputat, əleyhinə 7 səs verib.

“Vahid viza siyasətini və xarici sərhədləri keçən şəxslərin yoxlanılmasına vahid yanaşmanı təmin etmək məqsədilə, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində və ya Gürcüstanın separatçı bölgələrində yaşayan şəxslərə verilmiş Rusiya sənədləri Aİ-yə vizaların verilməsi və xarici sərhədləri keçmək üçün etibarlı sənədlər kimi qəbul edilmir”, - bildirilib.

Qeyd edilib ki, Rusiya sənədlərinin verildiyi vaxt yetkinlik yaşına çatmayan və ya rəsmi olaraq iş qabiliyyəti olmayan şəxslər üçün istisnalar edilməlidir.