Hər bir vətəndaş bu qaydalara əməl etməlidir, bu epidemiyanın yayılmasında rol oynamamalıdır

 

Resurs Analitik İnformasiya Mərkəzi koronovirus pandemiyası ölkəmizdə də mövcud olduqdan sonra bir neçə dəfə mətbuatda çıxış edərək, bu aktiv yoluxma qabiliyyəti olan virusun nə qədər təhlükəli olduğu bundan qorunmaq üçün çox ciddi vacib əsasların möpvcudluğu lakin, qorxmaq üçün heç bir əsasın olmadığı bildirilib. Çünki insanlarımızın təbii immunitetiti, milli-mənəvi dəyərləri istənilən təhlükənin qarşısında durmağa imkan verir.

Mərkəzdən Olaylar.az-a bildirilib ki, Azərbaycan dövlətinin timsalında Azərbaycan Respublikasının Prezidenti və höküməti virus epidemiyası başlayan vaxtdan və pandemiya elan olunan bir dövrə qədər Ümümdünya Səhiyyə Təşkilatı ilə birgə əlaqəli Azərbaycan dövlətinin fəaliyyətini quraraq çox müdrik, çevik və vaxtında qərarlar qəbul edilmişdir. Belə ki, pandemiya, hazırda artıq bütün dünyada vüsət alıb və bəşəriyyət bu bəla ilə üzbəüz ölüm-dirim savaşının getdiyi bir vaxtda Azərbaycan dövləti tərəfindən cənab prezidentin müdrik, vaxtında və çevik qərarları ilə buna qədər önləyici tərbirlər həyata keçirilmişdir.

Resurs Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev bildirir ki, dövlət tərəfindən hər cür tibbi, maddi-texniki ləvazimət və təminat qabaqcadan təmin edilib və müəyyən qərarlar qəbul olunmuşdur: "Buna görə də Azərbaycan dövləti bu epidemiyaya qarşı mübarizəyə administrativ inzibati resursların hamısını cəlb etməklə hazır bir vəziyyətdədir. Və artıq həmin epidemiya bizim sərhədlərimizdən daxil olduqda sozsüz ki, bu da təbiidir, çünki bütün dünyaya yayılıb və bizim dünya ilə sıx əlaqəmiz mövcud idi. Bütün qabaqlayıcı tədbirlər administrativ qaydada ardıcıl olaraq həyata keçirilməyə başlanılmışdır. Bunu da ilk öncə sərhədlərin bağlanması, sonra lokalizasiya tədbirlərini həyata keçirməklə və nəhayət bu pandemiyaya qarşı, bu epidemiyaya qarşı ölkə ərazisində bütün resursları cəlb etməklə mübarizə başlanılmışdır. Bu mübarizədə sözsüz ki, indi bütün dünya məşğuldur. Azərbaycan dövləti də öz administrativ-inzibati resursları ilə və qəbul olunmuş qaydalarla bu mübarizəyə bütün ölkə boyu cəlb olunub.

Rasim Quliyev bildirir ki, möhtərəm cənab prezident xalqa müraciət edərək, yenə bu müdrik və önləyici addımları atdı və özü bir nümünə göstərərək bütün vətəndaşları həmrəyliyə səslədi: "Çünki bu epidemiyanın, bu virusun gəzən ayaqları insanlardır. Bu virus özü bir yerdən başqa yerə hərəkət edə bilmir, bunu ancaq insanlar öz vicudunda bəsləyirlər və ötürürlər. Yəni bu virusun yayılma imkanı yalnız insanların gəzərək bir yerdən başqa yerə aparması və onu başqa bir insana yoluxduraraq onun vicudunda bunun artıb çoxalmasına şərait yaratmasıdır. Bunun mexanizmi budur. Buna görə də möhtərəm prezident dövlətin, hökümətin öhdəsində olan bütün administrativ-inzibati resurslardan istifadə edərək bu epidemiyanın yayılmasının qarşısının alınması və müalicəsi üçün dövlət tərəfindən bütün tədbirlər görülür. Lakin biz əvvələrdə Resurs Analitik İnformasiya Mərkəzi olaraq bu virusla, epidemiya ilə bağlı bir neçə buraxılışlarımızda və yaxud analitik materiallarımızda qeyd etdiyimiz kimi, bu subyektlərdən biri də insandır, vətəndaşdır. Burada əsas məsələ vətandaşların öhdəsinə düşür. Hazırda dövlətin bütün qoyduğu qaydalara vətəndaşlar şüurlu surətdə, anlaşıqlı şəkildə və elmi surətdə əsaslandırılmış şəkildə əməl etməlidir. Yalnız bununla biz düşmənə, bu dünyaya insanın özünün gətirdiyi, bəxş etdiyi bu bəlaya qarşı mübarizə apara bilərik. Ona görə də burada vətəndaş məsuliyyətindən, vətəndaş cavabdehliyindən daha çox söhbət gedir və bütün vətəndaşlar başa düşməlidir ki, bu işdə öz ölkələrinə, öz dövlətlərinə, öz dövlət başçılarına, öz dövlət rəhbərlərinə və hökümətə kömək etməlidirlər. Öz sağlamlığı naminə, cəmiyyətin sağlamlığı naminə, öz ailələrin sağlamlığı naminə yəni hər bir vətəndaş bu qaydalara əməl etməlidir, bu epidemiyanın yayılmasında rol oynamamalıdır. Bu virusun başqa bir vətəndaşa, cəmiyyətə yayılmasının qarşısını almaq üçün vətəndaşlar, insanlar şüurlu surətdə bu virusun hərəkətini dondurmalıdırlar. Dondurmaq da, dayandırmaq da bunun hərəkətini ancaq sabit bir yerdə olmaqdan, yəni evdə qalmaqdan ibarətdir. Biz, dövlətimiz tərəfindən qəbul edilmiş bu ciddi qaydalara əməl etməklə evdə qalmalıyıq ki, bu virusun hərəkəti məhdudlaşsın. Bu virusun yaşama müddəti hesab etsək ki 4-5 gündür. 5 gün evdə oturmaqla, zəruri tələbatlarımızı alıb evdən çölə çıxmasaq, biz beş günə ölmərik, heç kim ölməz.  Və yoluxma heçdə ölüm demək deyil. Faktlar göstərir ki, yoluxan insanların 95 %-i sağalır və əvvəlki sağlamlığına qovuşur."

Rasim Quliyev  Cənab Prezidentin müraciətinə bir daha qoşularaq qeyd edir ki, həmrəy olmalıyıq, bunun üçün insanların həmrəyliyi, birliyi bizim yoluxan bacı-qardaşlarımızın sağalmasına köməyimiz yalnız evdə oturmaq və yoluxanların sağalmasına mənəvi dəstək verməkdir.

Sonda fürsətdən istifadə edərək mərkəzimiz adından vətəndaşlarımıza səslənirik:

"Əziz vətəndaşlarımız,  hər bir kəsin sağlamlığı bizim dövlətimiz üçün çox qiymətlidir. Dövlətimizin ən böyük sərvəti Azərbaycan vətəndaşıdır. Gəlin öz dövlətimizin, öz vətəndaşımızın, öz ailəmizin, özümüzün sağlamlığını düşünərək bu həmrəyliyə qoşulaq və bu virusun inkişafına hərəkət etməyinə şərait yaratmayaq.

Evdə qalaq! Beş gün evdə qalsaq hesab edək ki, bu virusun hərəkətinin, yoluxdurmaq imkanını xeyli məhdudlaşdıracağıq.

Xahiş edirik, hörmətli vətəndaşlar, əziz millətimiz evdə qalaq və dövlətimizə bu çətin işdə birliyimizi nümayiş etdirərək, kömək edək.

Həmrəy olaq. Dövlətimizin, cəmiyyətimizin və gələcəyimizin sağlamlığına öz töhfəmizi verək."