Torpaqları və bitki aləmi

Yüksək dağlıq ərazilərdə dağ-çəmən torpaqları inkişaf etmişdir. Dağlıq tundra iqlimi şəraitində (5000 m-dən yüksəklikdə) dağ-çəmən torflu torpaqlar formalaşır. Sıra dağların suayırıcı sahəsi boyunca yay otlaqları kimi istifadə edilən dağ çəmənlikləri geniş sahəni tutur. 1 1959-cu ildə Astara rayonunun Gəgiran məntəqəsində yağıntının miqdarı 2767 mm-ə çatmışdı. Azərbaycanın dağ meşələri altında dağ-meşə torpaqları, yüksək qələvili torpaq tipləri inkişaf etmişdir. Lənkəran dağlarının Xəzər dənizinə doğru istiqamətlənmiş cənub-şərq yamaclarında dağ-sarı, yuxa və podzollu torpaqlar geniş sahə tutur. Cənubi Azərbaycanın torpaq örtüyü arid iqlim və kəskin parçalanmış relyef şəraitində formalaşmışdır. Alçaq dağlıq ərazilərdə tipik və açıq-sarı, əksər hallarda skeletli torpaqlar əmələ gəlmişdir. Tipik boz torpaqlar yüksək dağarası çökəkliklərin allüvial-prolüvial mənşəli çöküntüləri üzərində yayılmışdır. Cənubi Azərbaycanda qəhvəyi torpaqlar geniş ərazini örtür. Maqmatik vulkanların püskürməsi nəticəsində yaranan effuziv və intruziv süxurlar üzərində əmələ gəlmiş torpaqlar mikroelementlərlə zəngin olduqlarından onların məhsuldarlığı yüksək olur. Qarabağ vulkanik yaylasını, Savalan və Səhənd dağlarının yamaclarını buna misal çəkmək olar. İqlim şəraitinin kontinentalvarı və quraq keçməsilə əlaqədar Cənubi Azərbaycandakı dağ yamaclarında seyrək kserofit kolluqları və yarımkol friqonoid bitkiləri geniş sahə tutur. Dağarası Çökəkliklərdə və maili düzənliklərdə quru çöl və yarımsəhra bitkiləri inkişaf etmişdir. Qotur-Musalan dağ silsiləsinin şərq yamaclarında enliyarpaqlı meşələr, bozqır və friqonoid bitkilərindən ibarət kolluqlar yayılmışdır. Xəzər dənizinin sahili boyu Üçüncü dövrün dəmirağacı, şabalıdyarpaq palıd, dzelkva və bu kimi relikt bitkilərindən ibarət subtropik meşələr inkişaf etmişdir. Azərbaycan ərazisində müxtəlif yüksəklik diapazonlarında yaranmış mürəkkəb təbii şərait, ayrı-ayrı təbii coğrafi komponentlər arasında baş verən qarşılıqlı əlaqə və təsir nəticəsində on bir landşaft tipi və yarımtipi yaranmışdır. Dağlıq ərazilərdə şiddətli parçalanmış yüksək dağlığın subnival, qismən nival-buzlaq, yüksək dağlığın çəmənlik landşaftı vardır. Orta dağlığın enliyarpaqlı meşə və meşədən sonrakı çəmən-çöl, orta dağlığın dağ kserofit (friqonoid) landşaftları mövcuddur. Dağ ətəklərinin enliyarpaqlı meşə, alçaq dağlığın kserofit, quru çöl və arid meşə, çöl və yarımsəhra landşaftları geniş sahəni əhatə edir. Düzənlik ərazilərdə ovalıq və düzənliklərin meşə-çəmən, quru-çöl və yarımsəhra landşaftları inkişaf etmişdir.

OROQRAFİYA VƏ YÜKSƏKLİK QURŞAQLARI

Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir. Ərazinin yarıdan çoxu əsasən, 400-500 m (Orta və Aşağı Araz çökəkliklərində 800-1000 m), bəzi yerlərdə 100-120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0-50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, yayla və platolardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir. Hündürlüyü Xəzər dənizi sahilində təqribən - 28 m-dən Baş Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. Okean səviyyəsindən alçaqda yerləşən sahələr respublika ərazisinin 18%-ini, hündürlüyü 0 m-dən 200 m-dək olan sahələr 24%-ini, 200 m-dən 500 m-dək 15,5%-ini, 500 m-dən 1000 m-dək 15,5%-ini, 1000 m-dən 2000 m-dək 19,5%-ini, 2000 m-dən 3000 m-dək 6,5%-ini, 3000 m-dən yüksəkdə yerləşən sahələr isə 1%-ini təşkil edir. Orta hündürlük 384 m-dir. Azərbaycan Respublikasının əsas oroqrafiya vahidləri Böyük Qafqaz dağ sistemi, Samur-Dəvəçi ovalığı (Qusar maili düzənliyi ilə birlikdə), Kür çökəkliyi, Kiçik Qafqaz və Talış dağ sistemləridir.

Böyük Qafqaz dağ sisteminin yalnız cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Burada əsas oroqrafiya vahidləri Baş Qafqaz silsiləsi (yaxud Suayrıcı silsilə) və Yan silsilədir. Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikası ərazisində Gürcüstan Respublikası və Dağıstan MR ilə sərhəddəki Tinov-Rosso zirvəsindən (3385 m) başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Dağıstan MR-dadır), bundan cənub-şərqdəki hissəsinin isə hər iki yamacı respublika ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü - 4466 m, Tufandağ - 4191 m, Bazaryur dağı - 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getidkcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir. Baş Qafqaz silsiləsindən şimalda yerləşən və ona paralel uzanan Yan silsilənin Azərbaycan Respublikasındakı hissəsi Şahdağdan (4243 m) başlayaraq cənub-şərqə doğru tədricən alçalır və Beşbarmaq dağında (546 m) qurtarır. Yan silsilə Baş Qafqaz silsiləsindən başlayan çayların (Qusar, Qudyal və.) dərələri ilə kəsilərək ayrı-ayrı massivlərə - platolara (Şahdağ, Qızılqaya, Buduq və s.) bölünmüşdür. Yan silsiləyə şimal-qərbdə paralel istiqamətdə Tələbi-Qaynarca tirəsi (hündürlüyü qərbdə 1000-1100 m, cənub-şərqdə 150-200 m) uzanır. Silsilələr və tirələr bir-birindən dərələr, dağarası çökəkliklər (Şahnabad, Xınalıq, Yerfi, Qonaqkənd, Xaltan, Gilgilçay, Tığçay, Rustov, Pirəbədil və s.) vasitəsilə ayrılır. Baş Qafqaz silsiləsinin cənub yamacı çox yerdə ona paralel uzanan Alazan-Əyriçay çökəkliyinə (bəzi ədəbiyyatlarda Alazan-Həftəran vadisi) enir (bəzi ədəbiyyatlarda Alazan-Əyriçay çökəkliyi Kür çökəkliyinin bir hissəsi kimi verilir). Gürcüstan Respublikası ərazisindən başlanan həmin çökəkliyin Azərbaycan Respublikası ərazisində uzunluğu 210 km, eni 30 km-ə qədərdir. Cənub-şərqdə Baş Qafqaz silsiləsindən Lahıc çökəkliyilə ayrılan Niyaldağ silsiləsi (hündürlüyü 2100 m-dək) uzanır.

Samur-Dəvəçi ovalığı Xəzər dənizinin sahili boyu şimal-qərbdən cənub-şərqə, Azərbaycan Respublikasında Samur çayından Sumqayıt çayınadək uzanır. Ataçayla Sumqayıt çayı arasındakı hissə Boğaz düzü adlanır. Ovalıq şimal-qərbdə (200-250 m hündürlükdə) nisbi hündürlüyü 10-25 m-ə çatan pillə vasitəsilə Qusar maili düzənliyinə keçir. Maili düzənlik cənub-qərbdə Yan silsiləyədək davam edir. Hündürlüyü təqribən 1900 m-ə (Böyük Suval dağı və s.) qədərdir. Ovalığın dəniz sahili hissələri okean səviyyəsindən 28 m-dək aşağıda yerləşir.

Kiçik Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındakı hissəsi, əsasən, ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilə - Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik yayla (Qarabağ yaylasının çox hissəsi), çökəklik (Başkənd-Dəstəfur çökəkliyi və s.) ilə təmsil olunmuşdur (bəzi ədəbiyyatlarda Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir). Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi (Gamış d., 3724 m) uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şahdağ və Murovdağ silsiləsidir (hündürlüyü 3000 m-dək). Pant silsiləsi və təcrid olunmuş halda yüksələn Kəpəz d. (3030 m) Başkənd-Dəstəfur çökəkliyini şərqdə Ağcakənd çökəkliyindən ayırır. Qafqazın şimal yamacının silsilələri şimala doğru alçalaraq Orta Kür çökəkliyində dik yamacla Gəncə-Qazax düzənliyinə keçir. Şərqi Göyçə (Şərqi Sevan) silsiləsi Tərtər çayı və Göyçə (Sevan) gölü hövzələrinin suayrıcısını təşikl edir. Ən yüksək zirvəsi Kəti dağıdır (3437 m). Kiçik Qafqazın cənub-şərq qurtaracağı olan Qarabağ silsiləsi Araz çayına tərəf alçalaraq dağətəyi maili düzənliklərə keçir. Ən yüksək zirvələri Qızqala (2843 m), Qırxqız (2830 m), Böyük Kirs (2725 m) və s. silsilələrinin geniş və hamar suayrıcı fonunda tənha qayalıq yüksəkliklər təşkil edir. Silsilənin şimal yamacında köndələn qollar və çökəkliklər var. Qarabağ silsiləsi şimal-qərbdə enlik istiqamətində uzanan Mıxtökən silsiləsi (Dəlidağ, 3613 m) ilə birləşir. Zəngəzur və Dərələyəz silsilələrinin müvafiq olaraq cənub-qərb və cənub yamacları Azərbaycan Respublikası (Naxçıvan MR) ərazisindədir. Zəngəzur silsiləsi Araz çayı dərəsinədək uzanır.

Bu silsilə Kiçik Qafqazın dağ silsilələri arasında ən yüksəyidir. Orta hündürlüyü təqribən 3200 m-dir. Ən hündür zirvələri (Qapıçıq d. -3906 m, Qazangöldağ - 3814 m və s.) silsilənin cənub hissəsindədir. Zəngəzur silsiləsindən cənub-qərb istiqamətində çoxlu köndələn qollar ayrılır. Ön dağ hissə üçün təcrid olunmuş ekstruzivlər və lakkolitlər (İspandağ - 2410 m, Xanağa - 1910 m, Əlincə - 1810 m və s.) səciyyəvidir.

Zəngəzur silsiləsindən qərbdə Araz çayı dərəsinə tərəf alçalan Dərələyəz silsiləsi (Kükü d. -3210 m, Keçəldağ - 3115 m) yerləşir. Silsilədən cənubda, ön dağlıqda tirə və platolar (Qıvraq, Duzdağ və s.) əsas yer tutur. Əsasən, Zəngəzur və Qarabağ silsilələri arasında yerləşən, dalğavarı səth üzərində iri sönmüş vulkan konusları (Qızılboğaz - 3581 m, Böyük İşıqlı - 3552 m, Ala Göllər - 3175 m və s.) olan Qarabağ yaylası nisbətən geniş yer tutur. Burada orta hündürlük 2000-2500 m-dir. Yayla şimaldan cənuba daralaraq alçalır. Bazarçay və Həkəri çaylarının birləşdiyi yerdə qurtarır.

Talış dağ sistemi Aşağı Araz çökəkliyindən cənub-şərqdə yerləşir (bəzi tədqiqatçılar Talış dağlarını Elburs dağ sisteminin şimal-qərb davamı hesab edirlər). Əsasən, şimal-qərbdən cənub-şərqə təqribən paralel uzanan Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Bunlardan ən uzunu (təqr. 100 km) və hündürü (2500 m-dək) İranla dövlət sərhədi boyu uzanan Talış silsiləsidir. Silsilələr bəzi yerlərdə bir-birilə köndələn qollarla birləşərək qapalı çökəkliklər (Yardımlı, Zuvand və s.) əmələ gətirmişdir. Talış dağları ilə Xəzər dənizi arasından Lənkəran ovalığı uzanır.

Kür çökəkliyi Azərbaycan Respublikası ərazisinin mərkəzi hissəsini tutur. Relyefi əsasən, geniş düzənlik və ön dağlıqlardan ibarətdir. Böyük və Kiçik Qafqaz dağ sistemləri arasında yerləşən bu çökəkliyin əsas oroqrafiya vahidi cənubi Qafqazın ən böyük düzənliyi olan Kür-Araz ovalığıdır. Ovalıq Kür və Araz çayları vasitəsilə Mil-Qarabağ, Şirvan, Muğan-Salyan düzlərinə bölünür. Ovalığın şərq və mərkəzi hissələri okean səviyyəsindən 28 m-dək aşağıdadır. Dağətəyi sahələrdə hündürlüyü 100-250 m, bəzi yerlərdə 400-500 m-ə çatır. Kür-Araz ovalığından şimal-qərbdə Kür çayının sağ sahili boyunca Gəncə-Qazax, cənub-qərbdə isə Araz çayının sol sahili boyunca Aşağı Arazboyu maili düzənlikləri uzanır. Gəncə-Qazax düzənliyi və Kür-Araz ovalığından şimalda Ceyrançöl, Acınohur, Ləngəbiz-Ələt ön dağlıqları yerləşir. Bunlardan ən böyüyü Alazan-Əyriçay çökəkliyinin cənub kənarları boyunca uzanan Acınohur ön dağlığıdır (hündürlüyü 1100 m-dək). Bir neçə silsilə, tirə və onları bir-birindən ayıran çökəklik və dərələrdən ibarətdir.

 Bitki Aləmi

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ayri sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.

Azərbaycan Respublikası üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir. Bunlardan dəmirağacLənkəran akasiyasışabalıdyarpaq palıdQafqaz xirniyibigəvərşümşad və s. göstərmək olar. Respublikada 240 endemik bitki növü mövcuddur.

Azərbaycan florasının tərkbində bütün areal tiplərinin nümunələrinə, yəni qədim meşə, boreal, bozqın, kserofil, səhra, Qafqaz və adventiv bitki tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri ən çox Talışda, boreal tip Böyük və Kiçik Qafqazın dağ zonalarında, az miqdarda isə aşağı qurşaqlarda, kserofil, Qafqaz, bozqır və səhra tipləri isə respublikanın düzən, dağətəyi və bozqır yaylarında, ən çoxu isə Kür-Araz ovalığında yaylımışdır. Adventiv areal tipi isə bir qədər az təsadüf edilir Kür-Araz ovalığı, Xəzəryanı və b. düzənliklərin göl, gölməçə, axmaz və bataqlıq sahələrində zəngin və rəngarəng bitki örtüyü inkişaf etmişdir.

Çay və supaylayıcı kanalların kənarında, bataqlıq yerlərdə, lokal formada isə düzənlik rayonlarda kosmopolit tərkibli qamış cəngəlliklərinə tez-tez rast gəlinir. Belə bataqlıqlarda hündürboylu tülküquyruğu, çiyən, suluf, yumşaq süpürgə, kalış və s. çoxdur. Burada savanna tipli hündürboylu murğuz da cəngərlik yaradır.

Kür-Araz ovalığında tez-tez rast gələn cayırlıq, biyanlıq və lığvər cəngəlliyi nisbətən geniş yayılmışdır. Qarabağ düzündə dəvəayağı, qırxbuğum, poruq, ağlarot, süsən kimi bitki növləri həm əngəllik yaradır və həm də başqa cəngəlliyin tərkbində rast gəlirlər.

Liman və axmazlarda (xüsusilə Ağzıbirçala limanında) ən çox qamışlıq, çiyən, suçiçəyi və s. bitkilərdən ibarət cəngəlliklər mövcuddur. Bataqlıqlarda, sıcaq yerlərdə qovuqca, salviniya, saçaqotu, sufındığı, buynuzyarpaq xüsusi cəngəllik yaradır və Kür-Araz ovalığında özlərinə geniş məskən tapırlar. Qarğı cəngəlliyi də düzən rayonları üçün səciyəvidir.

Talış düzənliklərindəki bataqlıqlarda suçiçəyi, saçaqotu, süsən, qurbağaotu, sarı bataqlıq süsəni, bataqlıca xüsusi formasiyalar yaradır. Qurumuş bataqlıqlar üçün qaymaqçiçək, nanə, qırxbuğum, bigəvər və s. kimi bitkilər səciyyəvidir.

Su-bataqlıq bitkilərinə aşağı, orta, yuxarı və yüksək dağ qurşaqlarında da rast gəlinir. Xüsusilə subalp qurşaqlarında su-bataqlıq bitkiləri çox geniş sahələrdə yayılmışdır. Bu qurşaqlarda 100-dən artıq bataqlıq, göl və gölməçələr vardır.

Geniş Kür-Araz ovalığı, Xəzəryanı və başqa düzənliklərdə səhra və yarımsəhra tipli bitki örtüyü üstünlük təşkil edir. Səhralarda qaraşoranlıq geniş yaylımışdır. Qaraşoranın yerə sərilmiş budaqları təpəciklər yaratmaqla ən çox Lökbatan ətrafında, Muğanda, Şərqi Şirvanda yayılmışdır. Xırda təpəcikli sarıbaş səhralarına ən çox Xəzər ətrafında, Kür-Araz ovalığında rast gəlinir.

Göstərilən zonalarda şahsevdilik səhraları da geniş yayılmışdır. Şahsevdilik səhrasında yuxarıda göstərilən səhralardakı bitkilərdən fərqli olaraq 5-6 növ efemer bitkiyə təsadüf edilir. Şərqi Şirvanda və bir qədər də dağətəyi rayonlarda çərən səhrası əmələ gəlir. Şorangənin 3 növü Kür-Araz ovalığında geniş sahələrdə çox məhsludar yarımsəhralıqlar yaradır. Xüsusilə dağşorangəsi gəngiz dağ ətəkliklərində həm tək və həm də yovşanla birlikdə şorangəlik-yovşanlıq səhrası, bir qədər inkişaf etmiş torpaqlarda isə yarımsəhralıq yaradır. Ağacvarı şorangə (qarağan) az şorlaşmış torpaqlarda rast gəlinir; sezonun tərkibi onlarca müxtəlif efemer və efemeroid bitkilərlə zəngindir. Ağacvarı şorəngə ən çox yovşan, dəvətikanı və biyanla birlikdə xüsusi yarımsəhra cəngəlliyi yaradır. Ümumiyyətlə, respublikada şorəngə cinsinin 22-dək növünə təsadüf edilir ki, bunun da əksəriyyəti xüsusi formasiyalar yaradır. Meyvələmə zamanı çox əlvan görünən şorangə cəngəlliklərinə Şəki yaylasının az şorlaşmış torpaqlarında təsadüf edilir. Yovşanlıq ən geniş yayılmış səhra tiplərindən biridir; müxtəlif torpaqlarda, xüsusilə boz və zəif şorlaşmış torpaqlarda rast gəlir. Çox zaman yovşan şorangə və yaxud çoxillik taxıl otları ilə birlikdə bitərək qarışıq yarımsəhra formasiyaları yaradır. Yovşanlığın bütün variantlarında 30-35-dək və bəzən də 50-55-dək efemer, efemeroid bitki bitir. Məsələn, soğanaqlı qırtıc, yapon toqalotu, bərk quramit, şərq bozağı, durnaotu, xırda qarayonca, göy qarayonca və s. yovşanlığın daimi bitkilərindən sayılırlar. Yovşanlıqda bəzən kolcuqlar da bitir. Dənizkənarı və dəniz altından çıxmış qumsallıqlarda yovşanın başqa növu (qumluq və yaxud dəniz yovşanı), gəvən, İran sarmaşığı, Xəzər xəşənbulu və yüzlərcə başqa efemer bitki növlərinə rast gəlinir. Abşeronun qumsal sahələrində çox zəngin və nadir bitkilər qısaömürlü olsa da, inkişafını yazda fəallaşdırır və tez də solurlar. Yarımbozqırlar və bozqırlarda qifav, daraqvarı qiyaqotu və çoxillik müxtəlif otlar bolluq təşkil edən bitkilərdəndir. Dağ kserofit bitkiliyi çox vaxt bozqırlara birləşərək xüsusi formasiyalar yaradır.

Respublikanın quru və isti rayonlarında (Naxçıvan MR, Cəbrayıl, Zəngilan), Böyük Qafqazın bozqır yaylasında kserofit bitkiliyinə, yəni friqana, şiblək, tikanlı gəvənlik, tıstıslıq, bəzən və cılız ardıclığa, ardıcıq-püstəliyə rast gəlinir. Frinalalar Naxçıvan MR-da 1000-1500 m yüksəkliklərdə müstəqil formasiyalar (cəngəlliklər) yaradır. Bu formasiyalarda 300-dən artıq bitki növünə rast gəlinir. Quraqlıq rayonlarda kəkotu və onun növləri tumil-kəkotu formasiyalarını yaradır. Tumil sahələri üçün murdarça, çölnanəsi, karvanqıran və s. çox səciyyəvidir. Bu tip sahələrdə südləyən, boymadərən, zirinc kimi bitkilər də olur. Respublikada lokal formada şibləklərə, yəni qaratikanlığa, murdarçalığa, dovşanalmalığına, badamlığa, tovulqalığa, yabanı armudluğa, quşarmudluğuna rast gəlmək olur; şaqqıldaq da xüsusi formasiylar yaradır və yaxşı dağ-kserofit bitkiliyinin formalaşmasında bilavasitə iştirak edir. Saqqızağaclıq, ardıclıq, dağdağanlıq, sarağanlıq da respublikaya xas formasiyalardan olmaqla hər biri öz-özlüyündə xüsusi bitki örtüyü əmələ gətirir.

KürArazQanıx və Qabırrı çayları boyu hissə-hissə lentşəkilli lokal formada tuqay meşəliyi var. Bu meşələrin əsasını qovaq, söyüd, iydə, qarağac, tut, yulğun, nar kimi ağac və kollar təşikl edir.

Bəzən dağ çayları boyu və yaxud çay vadilərində xüsusi qarışıq meşəliklər də bərpa olunmuşdur. Burada ən çox çaytikanıiydəsöyüdsumağsarağanyuluntutölməz kolnaritburnuböyürtkən və s. yayılmışdır. Çaytikanı ən çox Şin, Kiş, Dəmiraparaq, Türyan, Göyçay, Ağsu, Vəlvələ və Tərtər çaylarının vadilərində yayılmışdır. Talışın çay kənarında yalanqoz və qızılağac çox vaxt iri meşəlik cəngəlliyi yaradırlar. Qızılağacın başqa bir növü (Alnus barbata) Talışın bataqlıq meşələri üçün səciyyəvidir. Talış meşələrində əncirin yerli endemik növü, xəmirmaya, çəpər sarmaşığı, gəndalaş, cilin müxtəlif növləri, ürəkotu, dişə, bataqlıqlarda süsənlik cəngəlliyi, sarı bataqlıq süsəni, qurbağaotu, bataqlıca xüsusi formasiyalar yaradırlar.

Quba-Xaçmaz, Qarabağ zonaları və eləcə də Alazan-Əyriçay çökəkliyində lokal formalı düzən meşəlikləri yayılmışdır. Bu meşəliklərin əsasını uzunsaplaq palıd, qarağac, yemişan, əzgil və s. təşkil edir. Alazan-Əyriçay vadisi meşəliklərində yuxarıda göstərilən növlərdən başqa, ağcaqayın, cökə, göypüş, qarağac, armud kimi ağac növləri, sarmaşan bitkilərdən isə ağ əsmə, daşsarmaşığı, yabanı üzüm çox yayılmışdır. Düzən meşəliklərində uzunsaplaq palıdın onlarca müxtəlif forması mövcuddur.

Talışın düzən meşəliklərinin səciyyəvi ağac cinslərindən dəmirağac və şabalıdyarpaq palıdı göstərmək olar. Bu relikt ağac cinslərindən əlavə burada Qafqaz vələsi, 2 növ azat ağac, qarağac, alça qovaq, giləzəhərdən ibarət hirkan tipli meşəliklərə rast gəlinir. Bu meşəliklərin aşağı mərtəbələrində bigəvər, danaya kimi həmişəyaşıl kollara da təsadüf edilir. Qafqaz xirniyi bir qədər rütubətli yamaclarda xüsusi cəngəlliklər yaradır. Xəzər şeytanağacı Talışda üstünlük təşkil edir. Bu meşələrin dənizə baxan yamacında Lənkəran akasiyası, cökə və bir çox başqaları xüsusi qarışıq meşəliklər yaradırlar. Dəniz səthindən bir qədər hündürlükdə ağcaqayının başqa bir növü Şərq fıstığı ilə birlikdə hündürboylu sıx meşəliklər əmələ gətirir. Bu tip meşəliyin alt mərtəbələrində qaraçöhrə, şümşad, az miqdarda danaya xüsusi mərtəbəlik yaradırlar.

Böyük və Kiçik Qafqazın dağlıq zonalarında dəniz səthindən 600-1800 m hündürlüklərdə enliyarpaqlı meşələr yayılmışdır. Bu meşələri təşkil edən cinslərdən gürcü palıdını, Şərq fıstığını və yuxarı dağ qurşaqlarında Şərq palıdını göstərmək olar. Fıstıqlıq bu zonada yüksək məhsuldar, çoxtərkibli qarışıq meşələr yaradır. Fıstıq və palıddan əlavə həmin meşələrdə cökə, vələs, 5-6 növ ağcaqayın, xüsusilə Şərq palıdı ilə birlikdə trautfetter ağcaqayını da bitir. Çox sıx fıstıq meşəliyində ot örtüyü olmur, ancaq bir qədər seyrək fıstıqlıqda kol cinsləri ilə birlikdə ot örtüyü də inkişaf edir. Meşə altında sarı rododedron, böyürtkən, gərməşov, gəndalaş, ayıdöşəyinin bir çox növləri və onlarca müxtəlif taxıl otları rast gəlir. Dağların yamacında gürcü palıdı, qarağat və quşarmudu çox yayılmışdır. Yüksək dağ qurşaqlarında isə (1800-2000 m) park tipli meşələr vardır. Park tipli meşələr subalp çəmən və hündürotluq ilə birlikdə subalp seyrək meşəliyi yaradırlar.

Yüksək dağların yamaclarında Şərq palıdı, şimal yamaclarında isə qar uçqunları nəticəsində ağacları əyilmiş tozağacı meşəliyi, Böyük Qafqazın yüksək dağ yamacları üçün isə trautfetter ağcaqayını və tək-tək Qafqaz quşarmudu səciyyəvidir. İynəyarpaqlı meşələr lokal formada Eldar düzündə (Eldar şamı), Böyük və Kiçik Qafqazın dağ rayonlarında (Kox şamı), xüsusilə Balakən rayonunun Bulannıq çay hövzəsində, Göygöl ətrafında (1600 m hündürlükdə) xırda meşəliklər, Kox şamı tozağacı ilə birlikdə isə Göygöl ətrafında iri qayalıqlar ərazisində qarışıq meşəlik yaradır. İynəyarpaqlılardan qaraçöhrə və ardıcın bir çox növəri dağ-meşə zonalarında geniş yayılmışdır. Böyük Qafqazın şimal-qərb zonasında, xüsusilə Zaqatala-Balakən rayonlarının subalp qurşağında kiçik sahələrdə Qafqaz rododendronluğu cəngəlliyi yerləşir.

Dəniz səthindən 1800-3200 m yüksəklikdə müxtəlif tərkibli subalp və alp çəmənliyi, bozqır və çəmən bitkiləri üstündür.

Həqiqi subalp çəmənliyi yüksək dağların relyefindən, xarakteridən asılı olaraq onlarca variantda yayılmaqla müxtəlif formasiyalar yaradır. Subalp qurşağında hündürotluq da xüsusi formasiya əmələ gətirir; tərkibi olduqca müxtəlifdir. Hündürotluq və subalp bitkilərinin əksəriyyəti meşə altından çıxmış bitkilərdən ibarətdir. Hündürotluq ən çox baldırğan, qankəsən, boymadərən, çobantoppuzu, quşqonmaz, yumşaq süpürgə növləri, əvəlik, xaççiçəyi, gicitkən, xəşəmbül, gülçiçəklilər fəsiləsinin müxtəlif nümayəndələri ilə zəngindir. Subalp qurşağında müxtəlif tərkibdə çəmənliklər, az nəm və mezofil çəmənliklər, quru kserofitlər, bozqırlaşmış çəmənlər yayılmışdır. Subalp çəmənliyinin əsasını ağbığ, ala tonqalotu, Qafqaz nazikbaldırı, bənövşəyi arpa, alp dişəsi, topal və üçyarpaq yoncanın bir çox növləri, ətirşah, şehduran, iriçiçək, andız təşkil edir; bura üçün birəotu, bulaqotu, qantəpər, dilqanadan, yemlik, mərcanotu, novruzçiçəyi, skabioza, bağayarpağı, xaçgülü və onlarca başqa bitki səciyyəvidir. Subalp çəmənliyində 1000-ədək bitki növü yayılmışdır.

Alp çəmənləri yüksək dağların zirvələrində, sərt yamaclarda, yəhərvarı dağ aşırımlarında geniş yayılmaqla müxtəlifliyi subalp çəmənlərinə nisbətən az olsa da, xırdaboylu bitki tipləri çox rəngarəng və böyük əhəmiyyət kəsb edir. Alp xalıları iki qrup formasiyadan: xırda şumal torpaqlarda həqiqi alp xalısı (zirəlik, bağayarpağılıq, şehduranlıq, zəncirotuluq) və daşlı yerlərdə alp xalısından (sibbaldiya, zınqırovotluq, makrotomiyalıq) ibarətdir.