AZƏRBAYCAN VII-IX ƏSRLƏRDƏ. AZƏRBAYCAN XALQININ TƏŞƏKKÜLÜ

 Ərəb Xilafətinin Azərbaycanı işğal etməsi. İslam dininin yayılması.

 Xilafətin Azərbaycanda idarəçilik, köçürmə, torpaq və vergi siyasəti.

  Xürrəmilər hərəkatı. Babəkin başçılığı ilə ərəblərə qarşı azadlıq müharibəsi.

  Azərbaycan xalqının və dilinin təşəkkülü.

 Ərəb Xilafətinin Azərbaycanı işğal etməsi. İslam dininin yayılması Ön Qafqaz uğrunda III əsrdən başlamış və fasilələrlə davam edən Bizans və Sasani imperiyası arasındakı müharibə əsasən Azərbaycan ərazisində gedirdi. Müharibə Azərbaycanın təsərrüfatını dağıdır, məhsuldar qüvvələrin inkişafını ləngidirdi. VII əsrin əvvəllərində müharibənin yeni mərhələsi başlandı. İran-Bizans müharibəsindən istifadə edən Albaniya əhalisi Sasanilərin əsarətinə qarşı üsyana başladı və amansızlıqla yatırıldı. Müharibənin son mərhələsi 603-cü ildə Sasani hökmdarı Xosrov Pərvizin (591-628) hücumu ilə başlandı və 25 il davam etdi. Müharibənin əvvəllərində İran qoşunu üstünlüyü ələ alaraq, Misiri tutdu, Bizansın paytaxtı Konstantonopolu təhlükə qarşısında qoydu. Lakin 623-cü ildə 120 min qoşunla Bizans imperatoru II İrakli Dəbili və Naxçıvanı qarət etdi. Azərbaycanın paytaxtı Qazaka şəhərini işğal etdi. Bərdə yaxınlığında Tərtər çayı sahilində düşərgə saldı. Lakin Sasanilər Bizans ordusunu mühasirəyə aldılar. Bizans hökmdarı xəzərlərə xərac və hədiyyələr verərək, onları köməyə çağırdı. Onlar Sasani ordularına güclü zərbələr endirdilər, imperiyanın paytaxtı Mədain (Ktesifon) 47 şəhərində şahənşahın sarayı yandırıldı. Xosrov Pərviz hakimiyyətdən salındı və edam edildi. 629-cu ildə bağlanan müqavilənin şərtinə görə Albaniya yenə də Sasanilərin hakimiyyəti altında qaldı (8, s. 236-237). Bununla belə, 30-cu illərdə xəzərlər Albaniyanı işğal etdilər, Qəbələdə möhkəmləndilər və Albaniya onlara xərac verməli oldu. Beləliklə, ərəblərin hücumu ərəfəsində Azərbaycan Sasanilərin hakimiyyəti altında olub şimal canişinliyinin tərkibində idi və İrandan tam asılı idi. Albaniya İrandan rəsmən asılı olsa da, daxili müstəqilliyini saxlamışdı. 630-cu ildə Ərəbistan yarımadasında yeni dövlətin – Ərəb Xilafətinin əsası qoyuldu. Dövlətin banisi İslam dininin əsasını qoyan Məhəmməd peyğəmbər oldu. Bu hərbi – feodal dövlət yarandığı dövrdən istilalara başladı və ilk zərbə uzun müddət Bizansla müharibələrdə zəifləmiş Sasani İranına dəydi. Ərəb ordusu 633-cü ildə İraq tərəfdən Sasanilər imperiyasının sərhədini keçdi. Albaniya-Girdiman hakimi Varaz Qriqor 634-cü ildə oğlu Cavanşirin rəhbərliyi ilə Sasani hökmdarı III Yezdəgerdin köməyinə qoşun göndərdi. Sasani ordusunun sərkərdəsi Rüstəm idi. 636-cı ildə Kadisiyyə deyilən yerdə döyüş başlandı (2, s. 169-170). Bu döyüşdə Cavanşir igidliyi ilə fərqlənirdi. Sasani hökmdarı ona mirvari ilə bəzədilmiş qızıl kəmər, qızıl dəstəkli qılınc verdi və başına gözəl tac qoydu. 638-ci ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu mühasirəyə aldılar. Cavanşir 3 minlik Alban qoşunu ilə 6 ay şəhəri müdafiə etdi. İran ordusu darmadağın edildi. Müharibənin mənasız olduğunu görən Cavanşir 640-cı ildə Albaniyaya qayıtdı. Ərəblər bilirdilər ki, Cavanşirin vətənində onunla vuruşmaq asan olmayacaq. Cavanşir (616-681) 21 yaşında Albaniyanı idarə etməyə başladı. 7 il vuruşduqdan sonra o, mübarizəni vətənində davam etdi. Əvvəlcə, Albaniyanı İran feodallarından təmizlədi, Bərdədə əsir götürülmüş anasını və qarldaşlarını xilas etdi. Sasanilər imperiyası dağıldıqdan sonra Cavanşir ərəblərə qarşı mübarizəni davam etdirməli oldu. Düşmənin gücünü obyektiv qiymətləndirən Varaz Qriqor oğluna ərəblərlə mübarizəni məsləhət görmədi. Lakin Cavanşir ərəblər Albaniyaya soxulduqda onları qılıncla qarşıladı və 48 Bizans imperatoru ilə ittifaqa girdi. 654-cü və 660-cı illərdə Bizans imperatoru II Konstantin və Cavanşir görüşdülər (8, s. 244). Ərəblərə qarşı müqavimət inadla göstərilirdi. Bu dövrdə Albaniyanın üzərini yeni bir təhlükə aldı, bu Bələncər yaxınlığındakı döyüşdə ərəbləri darmadağın edən xəzərlər idi. VII əsrin 60-cı illərinin əvvəllərində onlar Albaniyaya soxuldular. Cavanşir Kür çayı yaxınlığında onları məğlubiyyətə uğratdı. 3 il sonra xəzərlər böyük qüvvə ilə hücuma keçdilər. Araz çayının sahillərinə qədər gələrək xeyli əsir tutdular. Cavanşir xəzərlərin başçısı ilə sülh bağlayıb qohum oldu. Hər il onlara xərac verməli oldular. Bütün əsirlər və mal-qara geri qaytarıldı. Lakin müəyyən fasilədən sonra xəzərlərin hücumları davam etdi. 60-cı illərin əvvəllərində xilafətdə hakimiyyət Əməvilər sülaləsinin əlinə keçdi. Albaniyanın Bizansla əlaqəsi Ərməniyyə ərazisi ilə mümkün idi. Ərməniyyə ərəblər tərəfindən tutulduqdan sonra bu mümkün olmadı. Həm də Bizans Xilafətlə müqayisədə zəif idi. Albaniya təklikdə özünü qorumaq iqtidarında deyildi. Şimaldan xəzərlərin, cənubdan İran feodallarının hücumlarını nəzərə alaraq Alban hakimi Xilifətlə münasibətləri diplomatik yolla nizama saldı. 667-ci və 670-ci illərdə 2 dəfə Dəməşq şəhərinə gedərək xəlifə Müaviyə ilə görüşdü. Danışıqlar uğurlu oldu. Xəlifə Albaniyanın daxili müstəqilliyinə toxunmadı, vergiləri 1/3 qədər azaltdı. Xəlifənin güzəştə getməsinin səbəbi Albaniyanın strateji-coğrafi mövqeyi, zəngin sərvətləri və Albaniya hökmdarının şəxsi nüfuzu idi. Beləliklə, ilk ərəb işğallarından sonra Azərbaycanın cənub hissəsi-Adərbayqan müstəqilliyini tamamilə itirdi. Xəlifənin canişinləri tərəfindən idarə olunmağa başladı. Albaniya isə Cavanşirin uğurlu siyasəti nəticəsində daxili müstəqilliyini saxlaya bildi və Xilafətin vassalı kimi ancaq vergi ödəmək şərti ilə asılı vəziyyətə düşdü. Ölkənin daxili müstəqilliyinə nail olan Cavanşir bir sıra xarici dövlətlərlə diplomatik münasibətləri saxlamağa çalışırdı. O, Ölkənin daxilində mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün tədbirlər görürdü. Cavanşir müstəqilliyə can atan iri feodallara qarşı ciddi mübarizə aparırdı. 681-ci ildə ölkə daxilində bizanspərəst feodalların sui-qəsdi nəticəsində Cavanşir qətlə yetirildi (8, s. 245-246). Haki- 49 miyyət Varaz Trdata keçdi. Xilafət Albaniyanın tədricən daxili müstəqilliyini ləğv etdi, həmin il Cavanşirin intiqamını almaq bəhanəsi ilə xəzərlər hücuma keçdilər, Qəbələni və Bərdəyə qədər şəhər və kəndləri soyub taladılar (Cavanşir Xəzər xaqanının müttəfiqi və kürəkəni idi). Varaz Trdat çətinliklə sülh bağlayıb onları geri qaytardı. VIII əsrin əvvəllərində Bizansla yeni müharibə ərəfəsində Bizans tərəfdarlarını cəzalandırmaq üçün buraya ərəb qoşunu göndərildi. Qoşunların bir hissəsi 705-ci ildə Albaniyaya gəldi. Cavanşirin sonuncu varisini ailəsi və yaxın adamları ilə Dəməşq şəhərinə aparıb edam etdilər. Bununla da Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti sona çatdı və Albaniyanın daxili müstəqilliyi ləğv edildi. Onun idarə olunması xəlifənin canişininə tapşırıldı. Azərbaycanın Xilafətin tərkibinə daxil edilməsi. Ərəblərin Azərbaycana hücumu 642-ci ildə Nəhavənd və Həmədan döyüşlərindən sonra baş verdi (2, s. 173). Ərəblər Qum və Kaşanı tutdular, Sasani imperiyası tamamilə dağıldı. Sonra Azərbaycana soxuldular. Mərzban İsfəndiyar İbn Fərruxzadın başçılığı ilə döyüşçülərimiz Ərdəbil yaxınlığında döyüşə başladı və məğlubiyyətə uğradılar. İsfəndiyar əsir götürüldü. Sonra qardaşı Bəhram ərəb sərkədəsi Ukba İbn Farkadla döyüşü davam etdi, lakin bu da uğursuz oldu. Ərəblər Gilana və Muğana doğru hərəkət etdilər, Xəzərin qərb sahili ilə şimala doğru irəliləyərək Dərbəndə yetişdilər. Xəlifənin tapşırığı ilə birləşmiş qoşun 643-cü ildə Dərbənddən şimalda Bələncər yaxınlığında xəzərlərlə döyüşə başladı və məğlub oldu, ərəb sərkərdəsi Əbdürrəhman öldürüldü. Ərəb sərkədəsi Bukeyr İbn Abdullahın yanında əsir olan İsfəndiyar 644-cü ildə onunla sülh bağlamağa məcbur oldu. Müqaviləyə görə azərbaycanlılar can vergisi-cizyə verməli idi. Qadınlar, uşaqlar, xəstələr, imkansızlar bundan azad idi. Əhali ərəblərə tabe olmalı, ərəblər isə onların dininə, adət-ənənələrinə və məişət işlərinə qarışmamağı öhdələrinə götürdülər, onlara tabe olmayıb ölkəni tərk etmək istəyənlərə imkan yaradırdılar. Ərəb ordusunda qulluq etmək istəyənləri vergi və mükəlləfiyyətdən azad edirdilər. 50 Bundan sonra ərəb qoşunları Gilan və Muğana doğru hərəkət etdilər. Ərdəbildə qalxan üsyanı yatırtmaq üçün 646-cı ildə buraya yeni ərəb qoşunu gəldi. Yeni müqavilə imzalandı. Vergilərin miqdarı əvvəlkindən xeyli artırıldı. Albaniyada ərəblər ciddi müqavimətə rast gəldilər. Ərəblər etiraf edirdilər ki, bu vaxta qədər vuruşduqları ölkələrin heç birində Azərbaycanda olduğu qədər güclü müqavimətə rast gəlməmişlər. Sərkərdə Salmanın (Əbrürrəhmanın qardaşı) başçılığı ilə Azərbaycana daha güclü ordu göndərildi. Naxçıvanı, Şəki və Gorusu, Beyləqanı, Bərdəni işğal etdikdən sonra müqavilə bağlandı. Onlar Qəbələni, Şəmkiri, Şəkini, Şirvanı, Şabranı çapıb taladılar. Lakin bu uğurlar asanlıqla başa gəlmədi. 653-cü ildə Dərbənddən şimalda Bələncər yaxınlığında xəzərlərlə döyüşdə ərəblər məğlub oldular, sərkərdə Salman öldürüldü. Ərəblər türk döyüşçülərinin igidliyinə heyran idilər. Böyük itkilər olsa da ərəblər Azərbaycan uğrunda mübarizəni davam etdirirdilər. VII əsrdə təsadüfü hallarda baş verən müharibələr VIII əsrdə kiçik fasilələrlə əsrin sonuna qədər davam etdi. 730-cu ildə 300 minlik ordu ilə xəzərlər ərəbləri Ərdəbilə sıxışdırdılar. Savalan dağı yaxınlığında xəzərlər qələbə çaldı. Diyarbəkrə və Mosula çatan xəzərlərin hücumunu Van gölü yaxınlığındakı Hilat şəhəri ətrafında çətinliklə dayandırdılar. Ərəblər böyük ordu ilə hücuma keçdilər və xəzərləri Azərbaycandan çıxartdılar. Sülh bağlayan xəzərlərin bir hissəsi islam dinini qəbul etdi. Xəlifə Harun Ər-Rəşidin dövründə-VIII əsrin 90-cı illərində xəzərlər 100 minlik qoşunla Azərbaycanın şimal hissəsini talan etdi. Xəzər-ərəb müharibələri Azərbaycana dağıntı və fəlakət gətirdi. 100 illik mübarizədən sonra ərəb orduları Azərbaycanın istilasını başa çatdırdı. Ərəblər əhali ilə mülayim rəftar etməyə və lazım gəldikdə onlara güzəştə getməyə məcbur oldular. Xəlifə Əbubəkr sərkərdələrinə göstəriş vermişdi ki, adamları şikəst etməsinlər, qocaları, uşaqları və qadınları öldürməsinlər. Əhalinin adət-ənənələrinə toxunmasınlar. Bununla da əhalidə ərəblərə qarşı münasibət mülayimləşdi. Xilafətin topladığı vergi və töycülər Sasani imperiyasındakından qat-qat az idi. Xalq yadellilərin dağıdıcı basqınlarindan, Bizans-Sasani müharibələrindən hədsiz dərəcədə əziyyət çəkmişdi. 51 Azərbaycanda İslam dininin yayılması siyasi sabitlik və milli birlik üçün təminat verə bilər, belə ki, yeni din humanist, ümidverici, obyektiv və ədalətli idi. İslam qanunları və ehkamları adamları pis əməllərdən çəkindirir, qəlbləri paklaşdırır, onlarda yüksək hisslər və vərdişlər yaradırdı. Başqasının əməyinə və sərvətinə göz dikməməyə, kimsəsizlərə, şikəstlərə, əlacsızlara yardım əli uzatmağa, paxıllıqdan, xudpəsəndlikdən, lovğalıqdan uzaq olmağa çağırırdı. İslam dini Azərbaycanın cənub hissəsində, Muğanda, Mildə, Xəzər sahilində, Kür və Araz çayları boyunda, xüsusilə şəhərlərdə nisbətən sürətlə yayıldı. Təkcə xristianların məskunlaşdığı dağlıq və dağətəyi ərazilərdə yeni dinə müqavimət güclü idi. Digər tərəfdən xristianlar da vahid allaha inandıqlarına və “əhli-kitab” olduqlarına görə ərəblər onları təqib etmirdilər. Azərbaycanda İslam dininin yayılması xalqın taleyində misilsiz dönüş yaratdı. Onun mənəvi inkişafı üçün əsas oldu, mədəni yüksəlişinə təkan verdi. İslama qədərki mədəniyyət məzmununu dəyişərək yeni keyfiyyət kəsb etdi. 2. Xilafətin Azərbaycanda idarəçilik, köçürmə, torpaq və vergi siyasəti Ərəblər əsarətə aldığı əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Əmirlik daha kiçik inzibati vahidlərə-mahal və məntəqələrə (hər mahal 12 məntəqə, hər məntəqə də 12 kəndə) bölünürdü. Əmirliyi xəlifə tərəfindən təyin edən əmir idarə edirdi. Azərbaycanın şimal sərhədi Dərbənd, cənub sərhədi Həmədan şəhəri müəyyən edildi. Əhalini ərəbləşdirmək üçün Bəsirədən, Kufədən, Suriyadan və Ərəbistandan 10 minlərlə ərəb ailəsi köçürüldü. Onlara imtiyazlar verilir və torpaqla təmin edilirdi. Əməvilər sülaləsinədək ilk xəlifənin dövründə vergilər xeyli yüngül idi, həm də Sasanilərdən fərqli olaraq vergi tək-tək adamdan deyil, bütün ölkədən alınırdı. Azərbaycanda xristianlar 2 vergi-xərac (torpaq vergisi) və cizyə (can vergisi) verirdi, müsəlmanlar isə cizyədən azad idilər. Xilafətə kömək etdiyinə görə kilsə vergidən azad idi və dövlət tərəfindən himayə olunurdu. Xəlifə Əli vergi sahəsində islahat keçirdi. 52 Əsas diqqət xərac yığmağa deyil, torpağı səmərəli əkib-becərməyə yönəldildi. Əməvilərin dövründə isə vergi sistemində dəyişiklər edildi. 725-ci ildə Azərbaycanda əhali, mal-qara, torpaq siyahıya alındı. Əvvəl ləğv edilmiş vergilər bərpa olundu. Ruhanilərdən də cizyə alınırdı, vergilərin ümumi məbləği artırıldı. Ağır vergilər təkcə yoxsulları deyil, həm də orta və iri feodalları da müflisləşdirdi. VIII əsrin ortalarında Əməvilər sülaləsini Abbasilər əvəz etdi. Kəndlilərin vəziyyəti daha da ağırlaşdı. Vergi torpağın əkilibəkilməməsindən asılı olmayaraq yığılırdı. Hətta meyvə ağaclarına da vergi qoyuldu. Acgözlüyünə görə xəlifə əl-Mənsur “pul atası” ləqəbini almışdı. Qəddarlığı ilə seçilən xəlifə Harun ər-Rəşidin dövründə (786-809) vergi daha da artırıldı. 15 yaşa çatan kişilər vergi verirdi. Azərbaycanın cənub hissəsindən ildə 4 milyon, Muğandan isə 300 min dirhəm yığılırdı. Daşına bilən əmlakdan “xüms”, malqara, becərilən məhsullardan və meyvədən, qızıl və gümüş sənətkarlıq məmulatlarından “zəkat” (sədəqə) vergisi alınırdı. “Zəkat” ruhanilərin, yetimlərin, şikəstləri və əlacsızların ehtiyacına sərf olunurdu. Xilafətin Azərbaycandan aldığı vergi təxminən 8 milyon dirhəmə yaxın idi. Feodal torpaq mülkiyyətinin əsas forması dövlət torpaqları-divan və ya sultan (xəlifə) torpaqları idi. “İqta” divan torpağından orduda göstədiyi hərbi hünərə və sədaqətli xidmətə görə verilirdi. İqtanın 2 forması vardı: bağışlanan “iqta” sahibinin şəxsi mülkiyyətinə çevrilir və nəsildən-nəslə keçirdi. II isə icarə edilən “iqta”- irsən keçə bilməz, hətta geri alına bilərdi. Mülkiyyət formalarından biri feodal mülkiyyətində olan torpaq idi-mülk, sahibi isə malik adlanırdı, istədikləri kimi istifadə edə bilərdilər. Daha sonra vəqf torpaqları var idi-müsəlman aləmində müqəddəs şəhərlər, pirlər, din uğrunda mübarizlər və şəhidlər üçün verilirdi. Vəqf torpaqları müsəlman din idarələrinin ixtiyarında idi, almaq, satmaq və bağışlamaq olmazdı. İcma torpaqları-kəndlərdə əkin yerləri, biçənəklər, otlaqlar, meşələr, qəbiristanlıqlar və s. ibarət idi. Vergi və mükəlləfiyyətlərin bütün ağırlığı bu torpaqların üzərinə düşürdü. 53 3. Xürrəmilər hərəkatı. Babəkin başçılığı ilə ərəblərə qarşı azadlıq müharibəsi VIII əsrin ortalarında Əməvilər sülaləsinin siyasətinə qarşı Xilafətin mərkəzində və asılı ölkələrdə mübarizə kəskinləşdi. Mərkəzdəki üsyanın əsas iştirakçıları xaricilər deyilən dini təriqətin tərəfdarları idi. Onlar xəlifənin xalq tərəfindən seçilməsini tələb edirdi. Azərbaycanda çıxışlar 748-752-ci illərdə geniş vüsət aldı. 748-ci ildə Beyləqanda başlanan üsyan digər əyalət və şəhərlərə, Bərdəyə və Ərdəbilə yayıldı (8, s. 256). Üsyana Müsafir adlı qəssab başçılıq edirdi. Ərəb əmirləri qorxaraq üsyanın rəhbərlərindən bir neçəsini həbs etdi. Bundan qəzəblənən üsyançılar şəhər əhalisinin köməyi ilə qalaya girib, ərəbləri qılıncdan keçirdilər, əmiri əsir aldılar, məhbusları azad etdilər. Sonra Bərdəyə köməyə getdilər, orada da əmiri əsir alıb öldürdülər. Köməyə gələn yeni ordunu da məğlubiyyətə uğratdılar. Xalq hərəkatı bütün Azərbaycanı bürüdü. Hakimiyyəti ələ keçirən Abbasilər bütün üsyanları amansızlıqla yatıra bildilər. Lakin VIII əsrin 2-ci yarısında Azərbaycanda Xilafətə qarşı çıxışlar yenidən gücləndi. Xəlifə Harun əl-Rəşidin hakimiyyəti dövründə 15-dən artıq üsyan baş verdi. Üsyanların əsas mərkəzi Beyləqan və Bərdə idi. Üsyan Şirvanı, Dağıstanı və Azərbaycanın bütün əyalətlərini bürüdü. Dərbəndlilər xüsusilə fərqlənirdilər. Azərbaycanda azadlıq mübarizəsindən biri xürrəmilər hərəkatı (qədim pəhləvi dilində əbədi od, günəş) müəyyən fasilələrlə 60 ildən artıq davam etmişdilər. Onların şüarı torpağı və istehsal vasitələrini hakim təbəqənin asılılığından xilas etmək idi. Xürrəmilər sosial bərabərlik uğrunda mübarizə aparır, bütün təbəqələrdən olan gənclər üçün istisnasız kəbin hüququ azadlığı, maddi nemətləri insanlar arasında bərabər bölüşdürmək kimi tələblər irəli sürürdülər. Məzdəkilər isə feodal istismarına və hakim təbəqənin firavan həyat tərzinə qarşı mübarizə aparırdılar. Xürrəmilər onlardan fərqli olaraq Azərbaycanın istiqlaliyyətini bərpa etmək istəyirdilər, Vətəni yadellilərdən qurtarmağa çalışırdılar. Xürrəmilər islamın bəzi ehkamlarına qarşı çıxır, qədim dini ayinləri ona qarşı qoyurdular. Onların 54 fikrincə, dünya əbədi mövcud olduğu kimi, insanın ruhu da əbədidir. Orta əsrlərdə bütün çıxışlar milli zəmində başlasa da, sonradan siyasi mahiyyət kəsb edərək, azadlıq müharibəsi səviyyəsinə yüksəldi. Bu, Erkən Orta əsrlərdə Şərqdə islamın bəzi ayinlərinə, feodal zülmünə və ən başlıcası-ərəb əsarətinə qarşı çevrilmiş xalq hərəkatı idi. Xürrəmilər tarixdə ilk dəfə işğalçılara qarşı mübarizədə azadlıq rəmzi kimi qırmızı bayraq qaldırmış və qırmızı paltar geymişlər. Xürrəmilərə başçılıq edən Cavidan və Əbu İmran arasında kəskin mübarizə gedirdi. Cavidan Bəzz qalasının sahibi və xürrəmilərin başçısı idi. Hər il qış vaxtı Zəncan bazarlarında qoyun satardı. 816-cı ildə Babəklə də ilk dəfə bazarda rastlaşmışdı, özü ilə Bəzz qalasına gətirmişdir. Babək 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində kasıb bir ailədə doğulmuşdu, 1 yaşında ikən atasını öldürmüşlər, anası Sərab şəhərinə köçərək oğlunu çətinliklə böyütmüşdür. Babək əvvəlcə çoban, sonra dəvə karvanlarında sarban, Təbrizdə usta yanında şagird işləmişdi. Babəkdən əvvəl 778-ci ildə qalxan üsyan yatırıldı, 2-ci üsyan isə bundan 30 il sonra xəlifə Harun əl-Rəşidin dövründə Cavidanın başçılığı ilə 808-ci ildə baş verdi (8, s. 261). Üsyançılar 100 min nəfərdən artıq sayı var idi. Üsyan çətinliklə yatırıldı, 10 minlərlə adam əsir götürüldü, kişilər öldürüldü, qadınlar və uşaqlar qul bazarlarında satıldı. 816-cı ildə növbəti döyüşlərin birində Cavidan və Əbu İmran bir-birini öldürdülər. Cavidanın dul qadınının təşəbüsü ilə xürrəmilər icmasının başına 18 yaşlı Babək keçdi. Babək olan üsyanları təhlil etdi, uğursuzluğun səbəblərini araşdırdı və belə qənaətə gəldi ki, xalqı ayağa qaldırıb silahlandırmaqla ölkəni əsarətdən xilas etmək olar. O, öz adamlarını Azərbaycanın hər yerinə göndərərək camaatı ərəblərə qarşı müharibəyə çağırdı. Əsgərlərin sayı o qədər artmışdı ki, piyada hesaba alınmadan, təkcə atlılar 20 min nəfər idi. Babək orduda ciddi hərbi intizam yaratdı. Xürrəmilərə Müaviyə, Abdülla (hər ikisi Babəkin qardaşları), Tarxan, Adin, Rüstəm və b. başçılıq edirdi. Xürrəmilərin mərkəzi Azərbaycan idi. Təkcə Azərbaycanın cənubunda və Deyləmdə Babəkin tərəfdarları 300 min nəfərə çatırdı. 55 819-cu ildə xəlifə xürrəmilərə qarşı ilk nizami ordu göndərdi. Qələbədən sonra 10 ilə yaxın müddətdə xürrəmilər Xilafətin bir neçə ordusunu darmadağın etdilər. Babəkilər IX əsr 20-ci illərin əvvəllərində düşməni məğlub edərək, Süniki, Ərsak, Bərdəni, Beyləqanı, Qarabağı, Arranın bir sıra əyalət və şəhərlərini azad etdilər. Babəkin əsas tərəfdarları Z.Bünyadovun qənaətinə görə, ermənilərdən fərqli olaraq, alban knyazları idi. IX əsrin 20-ci illərinin sonuna doğru azadlıq müharibəsi genişlənərək Xilafəti sarsıtdı. Göndərilən güclü ərəb ordusu 2 il hazırlıqdan sonra 829-cu il iyunun 3-də Həşdadsər dağında xürrəmilərlə həlledici savaşi başladı (2, s. 269). Məqsəd Bəzz qalasını ələ keçirmək idi. 150 minlik ərəb ordusundan 30 min nəfəri məhv edildi. Xəlifənin sevimli sərkərdəsi Məhəmməd əl-Tusi öldürüldü. Sonrakı il xürrəmilər Həmədan şəhərini tutdular. Bu, ərəb orduları üzərində 5-ci qələbə idi. IX əsrin 30-cu illərinin əvvəllərində azadlıq müharibəsinin uğurlu dövrü idi. Ərəblər Babəkdən qorxmağa başladılar. 833-cü ilin sonunda Həmədan şəhəri yaxınlığında şiddətli döyüş başladı (8, s. 264). Xürrəmilər ilk dəfə ağır məğlubiyyətə uğradılar. Onların itkisi 60 mindən 100 minə qədər idi. Xəlifə Bizansla müharibəni dayandırdı. Dövlətin fəaliyyətini, bütün ordunu, maddi və hərbi sursatı Babəkilərə qarşı yönəltdi. Yollar sahmana salındı, yollarda keşikçi məntəqələri yaradıldı. Orduya göndərilən ərzağın, silahın və pulun çatdırılması üçün tədbirlər görüldü. Orduda intizam möhkəmləndirildi. 835-ci ildə Afşin adlı məşhur sərkərdə xürrəmilərə qarşı vuruşan orduya baş komandan təyin edildi. O, türk mənşəli idi. Öz qərargahını xürrəmilərin istehkamına yaxın olan Bərzəndə köçürdü və əks kəşfiyyatı gücləndirdi. Kəşfiyyat məlumatı toplamaq, xürrəmilər arasında təfriqə salmaq, onların ən yaxşı sərkərdələrini aradan götürmək gündəlik işə çevrildi. İsma Əl-Kürdi, Tarxan və b. aradan götürülməsi Babəkə ağır zərbə oldu. Xürrəmilər də tədbirli fəaliyyət göstərirdilər. Lakin azadlıq müharibəsinin illərlə uzanması və geniş əraziləri əhatə etməsi ona rəhbərliyi çətinləşdirirdi. İtkilər az deyildi, adamlar uzun sürən müharibədən yorulmuşdular. Bu düşmənin diqqətini cəlb edirdi. Düşmənə isə müntəzəm olaraq yeni qüvvələr gəlirdi. Afşinin tədbirlərindən qorxuya düşən yerli iri feodallar, Babəkin sadiq 56 tərəfdarları və müttəfiqləri Səhl İbn Sumbat, İbn Bəis, Əbu Musa və b. tədricən ondan uzaqlaşdılar. Afşin hərbi təcrübəyə malik sərkərdə, İranın və Azərbaycanın hakimi, səbrli və tədbirli idi. Hətta Babəkin casuslarını da öz tərəfinə çəkirdi. 2 il özünə lazım olan məlumatı topladıqdan sonra həlledici döyüşə hazırlaşdı. Müharibə uzandıqca qüvvələr nisbətindəki fərq ərəblərin xeyrinə dəyişirdi. Buna baxmayaraq, xürrəmilər 836-cı ildə Həşdadsər dağı yaxınlığında döyüşdə qələbə çaldılar (2, s. 273). Ərəb sərkərdəsi Buğa döyüş meydanından qaçdı. 837-ci ildə xəlifə Afşinin köməyinə 2 böyük ordu və 30 milyon dirhəm pul göndərdi. Həmin ilin yayında Afşinin qoşunu Bəzz qalasını mühasirəyə aldı. Afşin qan tökülməsin deyə əvvəl Babəkə sülh təklif etdi, bağışlanması haqqda xəlifədən fərman alacağını dedi. Bu hər 2 tərəf üçün sərfəli idi. Xəlifənin məqsədi Babək kimi sərkərdəni öz tərəfinə çəkib Bizansa qarşı müharibədə istifadə etmək idi. Lakin Babək əqidəsindən dönməyərək, bu təklifləri xəyanət kimi qiymətləndirdi. Son döyüş 837- ci il avqustun 26-da başlandı. Babəkin müttəfiqi Bizans imperatorunun 100 minlik ordusunun arxadan ərəblərə zərbə endirmək cəhdi Bəzz qalasını xilas edə bilmədi. Afşin özü Babəkin sarayına baxan dağın üstündə qurduğu çadırda savaşı izləyirdi. Bəzz qalasının müdafiəsinə Babəkin etibarlı sərkərdəsi Adin (Aydın) başçılıq edirdi. Xürrəmilərin qeyri-adi igidliyi ərəbləri heyrətə gətirmişdi. Ərəblərdən 100 min nəfər, xürrəmilərdən 80 min nəfər həlak oldu (8, s. 266-267). Ərəblər Afşinin göstərişi ilə Bəzz qalasını 3 gün yandırdılar, 8 minə yaxın əsir götürdülər. Onların içərisində Babəkin ailə üzvləri və yaxın qohumları da var idi. Babək Arazdan keçib Arrana gəldi. Onun məqsədi Bizans imperatorunun yanına getmək, yeni ordu toprayıb müharibəni davam etmək idi. Afşin Babəkin bağışlanması haqda xəlifədən məktub aldı, lakin Babək yenə də fikrindən dönmədi. Belə olduqda xəlifə onu diri tutub təhvil verənə 2 milyon dirhəm mükafat verəcəyini bəyan etdi. Babək Bazarçayın sol sahilində Şəki qalasında keçmiş müttəfiqi Səhl İbn Sumbatla qarşılaşdı. Sumbat Babəki aldadıb öz mülkünə gətirərək, onun təhlükəsizliyinə təminat verdi, sonra da xəyanət yolu ilə onu ərəblərə təhvil verdi. Babəki Afşinin Bərzənddəki düşərgəsinə gətir- 57 dilər. Sentyabrın 15-də onu Samirəyə apardılar. 838-ci il yanvarın 4-də onlar Samirəyə yetişdilər. Xəlifə Mötəsimin əmri ilə Babək martın 14-də edam edildi (9, s. 132). Cəllad əvvəlcə onun dirsəkdən qollarını, qıçlarını, sonra isə başını kəsdi. Heç kəs onun iniltisini eşitmədi. Cəllad onun sağ əlini kəsdikdən sonra Babək sol əli ilə bütün üzünü qana boyadı ki, bənizinin solğunluğunu ölümdən qorxmaq kimi hesab etməsinlər. Üsyançıları qorxutmaq üçün başını Xorasana göndərib, bədənini isə hündür bir ağacdan asdılar. Bu qayda ilə Babəkin qardaşı Abdullanı da Bağdad şəhərində edam etdilər. Xürrəmilər hərəkatı hər şeydən əvvəl istiqlaliyyət uğrunda azadlıq müharibəsi idi. Babəkin başçılığı ilə 20 ildən artıq davam edən müharibənin məğlubiyyətinin səbəbləri çox idi: qüvvələr nisbətindəki böyük fərq, azadlıq mücadiləsində imtiyazlı təbəqələrin dönüklüyü, ən başlıcası xristian dininə mənsub əyanların xəyanəti və ərəblərə kömək etməsi, xilafət tərəfindən türk mənşəli sərkərdələrin (Afşin) və döyüşçülərin xürrəmilərə qarşı müharibəyə cəlb edilməsi. Ərəblər yarımmilyon əsgər və zabit itirmişdilər, onlarla ərəb sərkərdəsi öldürüldü və ya əsir götürüldü. Uğursuzluqla nəticələnməsinə baxmayaraq, Xürrəmilər hərəkatı Xilafəti kökündən sarsıtdı, əsarətdə olan digər xalqların azadlıq mübarizəsinə təkan verdi. Azərbaycanda Xilafət əsarətinə qarşı üsyanın yeni dalğası başlandı. IX əsrin 30-cu illərin sonu-40-cı illərin əvvəllərində Varsanda, Bərdədə, Mərənddə, Kür-Araz vadisində güclü çıxışlar oldu. Əbu Musanın başçılığı ilə Kür-Araz vadisindəki üsyançılar Qarabağda dağlar üzərində ucalan Ktiç qalasında mübarizə aparırdılar. Qala 200 minlik ərəblərlə mühasirəyə alınmışdı. Bir il ərzində qalaya 28 dəfə hücum oldu. Sərkərdə Buğa hiylə işlətdərək Əbu Musa başda olmaqla digər rəhbərləri danışıq aparmaq üçün öz qərargahına dəvət etdi və girov götürərək Xilafətin paytaxtına göndərdi. Üsyan çətinliklə yatırıldı. Orta əsrlərdə istiqlaliyyət uğrunda mübarizələr Xilafəti sarsıtdı və əvvəlki mövqeyini bərpa edə bilmədi. IX əsrin 2-ci yarısından etibarən asılı ölkələrdə, o cümlədən Azərbaycanda bir sıra müstəqil dövlətlər meydana gəldi. Xilafətə tabe olan iri dövlətlərdə milli-azadlıq hərəkatları başlandı. 58 Azərbaycan tacirləri təkcə Xilafətə tabe olan ölkələrlə deyil, həm də başqaları ilə ticarət əlaqələri saxlayırdılar. Çoxsaylı tacirləri Azərbaycana təkcə malların bolluğu, gözəlliyi, alverin rəvan getməsi deyil, həm də ucuzluq cəlb edirdi. Azərbaycan şəhərləri Xilafətlə Şimal-Şərqi Avropa və Asiya ölkələri arasında ticarətdə vasitəçilik edirdi. Daxili və dünya bazarlarındakı ticarətdən Azərbaycan tacirləri xeyli mənfəət əldə edir və gəlirin bir hissəsini dövlətin xəzinəsinə verirdilər. Ərəblər Bizansın Qara dənizdən keçən əsas ticarət yolunun istiqamətini dəyişərək, onu Şərqə-Xəzər dənizi tərəfə keçirtdilər. Ərəblərin Ön Qafqazdakı bütün ticarət yollarının kəsişdiyi Bərdə Şimalla tranzit ticarətinin mərkəzinə çevrildi. Erkən Orta əsrlərdə (VII-IX) Xilafətdə və ona tabe olan ölkələrdə sosial-iqtisadi, siyasi və mədəni sahələrdə baş verən dəyişikliklər öz əksini mədəniyyətdə də tapırdı. Ümumi islam mədəniyyətinin zənginləşməsində Xilafətə tabe olan bütün xalqların az və ya çox dərəcədə payı var idi. Kargüzarlıq işlərinin ərəb dilində aparılması Xilafətin inzibati və dövlət idarələrində çalışan azərbaycanlı məmurları məcbur edirdilər ki, ərəb dilini mükəmməl öyrənsinlər. Ona görə də tədricən milli-etnik sərhədlər zəifləyirdi. Dini mənsubiyyət əsas amilə çevrilirdi. Azərbaycandan onlarla istedadlı gənc Ərəb Şərqinin mədəniyyət mərkəzlərinə təhsil almağa gedirdi. Azərbaycanın Ərdəbil, Marağa, Təbriz, Şamaxı və s. iri şəhərlərində təhsil ocaqları, kitabxanalar, məscidlər, əzəmətli abidələr yaranmaqda və inkişaf etməkdə idi. VII-IX əsrlərdə Azərbaycanda ədəbiyyat, hüquqşünaslıq, təbiətşünaslıq, riyaziyyat, astronomiya, maddi mədəniyyət, elm və fəlsəfi fikir, tarix, memarlıq və şəhərsalma və s. inkişaf etməkdə idi. “Albanların tarixi” əsərinin müəllifi Musa Kalankatlı Alban hakimi Cavanşirin müasiri idi. Əsər 3 hissədən ibarət idi: I kitab Bibliya tarixindən başlayır və IV fəsildən başlayaraq Albaniyanın real tarixinin şərhi verilir. II kitab VI əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər baş verən hadisələrlə tamamlanır. III kitabda ərəblərin tarix səhnəsinə çıxması, Cənubi Qafqaza hücumları və bu ərazilərə sahib olmalarından bəhs edilir. Kitab X əsr hadisələrinin şərhi ilə başa çatır. “Kitabi-Dədə Qorqud” dastanı Xilafətin hakimiyyəti dövründə formalaşıb başa çatmışdır. 59 Bu qəhrəmanlıq epopeyası IX əsrin əvvəllərində ərəb dilinə tərcümə edildi və İslam mədəniyyətinin dəyərli incisinə çevrildi. Azərbaycanın ilk ərəbdilli şair və yazıçılarının yaradıcılığı VII-VIII əsrlərə təsadüf edilir: Dəvdək, Musa Şəhavət, İsmayıl ibn Yaşar, onun oğlu Məhəmməd və b. Bu dövrdə şəhərlərin hamısı qala divarları ilə əhatə edilmişdir. Şəhərlərdə saxsı borular vasitəsilə su şəbəkəsi və kanalizasiya qurğuları yaradılırdı. İnşaat sənətinin yeni xüsusiyyəti bişmiş kərpic hörgü texnikasının təkmilləşdirilməsi idi. Azərbaycan memarlığında günbəzli tikililər VIII əsrə qədər geniş yayılmışdı. Bərdə şəhəri yaxınlığında Tərtər çayı üzərində çaylaq daşından hörülmüş körpü və Qazaxda Əskipara kəndi yaxınlığındakı dağda monastr kompleksi Xilafət dövrü memarlığının ən səciyyəvi nümunələridir. 4. Azərbaycan xalqının və dilinin təşəkkülü Hər bir xalqın formalaşması zəruri olan şərtlər bunlar dır: dil, ərazi bütövlüyü, mədəniyyət vahidliyi, məhəlli iqtisadi əlaqələr ümumiliyi. Bu şərtlərin təşəkkül tapması üçün əsrlər lazım gəlir. Xalqın və onun dilinin təşəkkülündə mühüm amillərdən biri ərazi birliyidir. Azərbaycanın sərhədləri Cənubda Zəncan-Qəzvin bölgələri daxil olmaqla Qızılüzən çayından başlayıb Şimalda əzəmətli Qafqazın dağlarına qədər uzanıb Dərbəndi də əhatə edirdi. Şərqdə Xəzər dənizinə, Qərbdə Gürcüstan Respublikasına qədər olan ərazilər, cənub-qərbdə isə Oğuz yurdu İrəvan şəhəri daxil olmaqla indiki Ermənistanın xeyli hissəsini əhatə edirdi. Qədim etnosların etnik mənsubiyyətini sübut edən əsas amillərdən biri dil sayılır. Azərbaycan xalqı əsasən bu ərazinin yerli etnik qrupları olan türk etnoslarından, həmçinin qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli digər einosların qaynayıb-qarışmasından əmələ gəlmişdir. Türk etnoslarının yaşadığı ərazinin sərhədləri qərbdə Anadoludan, Egey dənizindən başlamış şərqdə Çin sərhədlərinə qədər uzanırdı. Azərbaycanda yaşayan türkdilli etnoslar: kimmerlər, skitlər, massaqetlər, saklar, xəzərlər, qıpçaklar və s. idi. Bunları birləşdirən ümumi cəhətlər: eyni ideologiyanın təsiri altında olması 60 (müxtəlif dövrlərdə onlar bütpərəstliyin, atəşpərəstliyin, xristianlığın və İslamın ayələrini icra etməli idilər), tabe olduqları imperiyanın milli əsarətinə qarşı birgə mübarizə aparmaları, yadelli işğalçılara qaşı birlikdə müqavimət göstərmələri. Bir-birini əvəz edən Sasani və Ərəb imperiyaları dövründə qonşu ölkələrin etnosları ilə iqtisadi və mədəni əlaqələr yaranırdı. Eyni imperiyanın tabeliyində olduğundan həmin imperiyanın qanunları ilə idarə olunurdular. Vergi verir, mükəlləfiyyətləri yerinə yetirirdilər. Bu dövrdə türklərin güclü axını olmuşdu. Yeni gələnlər yerli türklərlə birləşirdi. Farslar və ərəblər isə öz dillərini itirir və yerli əhaliyə qaynayıb-qarışırdılar. Eramızın III-IV əsrlərində Cənubi Qafqaz və bütünlükdə Azərbaycanın Sasani, Bizans, Türk Xaqanlığı və Xilafətin arasında gedən müharibələr nəticəsində inkişafı ləngidilirdi. Xristianlığın təbliği xalqımızın formalaşmasına mənfi təsir edən amillərdən idi. Təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq islamın prinsiplərinə zidd olduğu ərəb işğalları dövründə Albaniyanın xristian əhalisi islam dininin təsir dairəsindən kənarda qaldı. Elə o vaxtdan erməni və gürcü kilsələri Albaniyanın qərbində yaşayan əhalini öz dini-siyasi təsir dairələrinə salmaq uğrunda mübarizə aparırdılar. Azərbaycan islamla xristianlıq arasında ən kəskin qarşıdurma məntəqəsinə çevrildi. VII-VIII əsrlərdə İslam dini hakim ideologiyaya çevrildi. Ərəb xilafəti döründə Azərbaycana yadelli orduların hücumlarının qarşısı alındı. Ölkədə iqtisadi və siyasi sabitlik yarandı. Bu sabitlik təsərrüfatın canlanmasına və Azərbaycan mədəniyyətinin inkişafına təkan verdi. Ərəbləşdirmə siyasətinə baxmayaraq, vahid məkan daxilində türk tayfalarının birliyi möhkəmləndi, türk dilinin təşəkkülü başa çatdı. Dini mübarizə sona yetdi. İslam ideologiyası zəminində Azərbaycanın Xilafətə tabe olan ölkələrin xalqları ilə iqtisadi və mədəni əlaqələri genişləndi. Dini birliyin yaranması Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinə daha da dərinləşməsinə səbəb oldu.

AZƏRBAYCAN İNTİBAH DÖVRÜNDƏ. ELM VƏ MƏDƏNİYYƏTİN ÇİÇƏKLƏNMƏSİ Azərbaycanın IX-XI əsr feodal dövlətlərı.

Slavyanların Azərbaycana basqınları

Səlcuq türklərinin Azərbaycanda hökmranlığı.

Şirvanşahlar və Atabəylər dövlətləri. 5. IX-XII əsrlərdə Azərbaycanda sosial-iqtisadi vəziyyət və mədəniyyət.

Şirvanşahlar dövləti

 

 

Atabəylər dövləti

Azərbaycanın IX-XI əsr feodal dövlətlərı IX əsrdə Xilafət zəifləmişdi. Feodal münasibətlərinin möhkəmlənməsi nəticəsində iri feodalların mövqeyi qüvvətlənmiş, əyalət hakimlərinin müstəqilliyi artmış, feodal zülmünə qarşı mübarizə və işğal olunmuş torpaqlarda azadlıq hərəkatları geniş vüsət almışdır. İmperiyanın ucqarlarında xırda feodal dövlətləri-əmirliklər yaranırdı. Bunları sərkərdələr-keçmiş ərəb canişinləri idarə edirdilər. Zaman keçdikcə özlərinin ərəb mənşəyini itirir, yerli xalqlarla qarışırdılar. Abbasilər xilafətinin dağılırması şəraitində Azərbaycanın ayrı-ayrı vilayətlərini idarə edən müxtəlif feodal sülalələri tərəfindən bir sıra yerli dövlətlər yaradıldı. 600 ilə qədər davam edən Sasani və Ərəb əsarətindən sonra yaranan yerli dövlətlər-Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətçilik ənənələrinin dirçəlişi idi. İslam dini bütün Azərbaycan əhalisinin, türk və qeyri-türk etnik qrupların vahid qüvvə ilə birləşməsində mütərəqqi rol oynadı. Bununla belə, ölkədə uzunmüddətli sabitlik yarada bilinməməsi feodal dağınıqlığı və ara müharibələrlə nəticələnirdi. Bir-biri ilə düşmənçilik edən Azərbaycan hakimləri çox vaxt xarici qüvvələri köməyə çağırırdılar. Bundan istifadə edən yadellilər Azərbaycanda möhkəmlənməyə və onun sərvətlərini çapıb-talamağa 62 çalışırdılar. Belə bir şəraitdə vahid Azərbaycan dövlətini yaratmaq nə qədər zəruri olduğu aydın idi. Şirvanşahlar dövləti. Şirvan əvvəllər Azərbaycanın şimalşərqində kiçik bir vilayət idi. Dərbənddən Kür çayına doğru Xəzər dənizi sahillərindəki Azərbaycan torpaqlarını əhatə edirdi. Mərkəzi Şirvan şəhəri idi. Şirvanşahlar dövlətini Məzyədilər-bəzən Seybanilər və ya Yezidilər sülaləsi idarə edirdi. Məzyədilərin görkəmli nümayəndəsi olan Yezid ibn Məzyəd xəlifə Harun ər-Rəşid (786- 809) zamanı Cənubi Qafqaz vilayətinin, o cümlədən Şirvanın hakimi idi. O, xilafətə dayaq məqsədilə Azərbaycana köçürtdükləri Rəbiə tayfasından idi. Misir və Suriyadan köçürülən ərəblər, əsasən, Aran, Şirvan və Dərbənddə yurd salmışdılar. Yezidin özü də burada çoxlu torpaq ələ keçirmişdi. Məzyədilər ilk dəfə Aranda paytaxtı Bərdə olan yarımmüstəqil feodal dövləti-əmirlik yaratmışdılar. Yezid ibn Məzyəd Şirvan valisi kimi Aran, Şirvan, Dərbənd və Ermənistanı idarə edirdi. O, 801-ci ildə Bərdədə ölmüş və burada dəfn olunmuşdur. Sonra növbə ilə onun oğulları Əsəd, Xalid və Məhəmməd Cənubi Qafqaz valisi təyin edildilər. 859-cu ildə Məhəmməd ibn Yezid qədim Gəncəni bərpa etdirib öz iqamətgahını bura köçürdü. Zaman keçdikcə ərəb Məzyədilər nəsli yerli əhali ilə qaynayıb qarışdılar (10, s. 205). IX əsrin sonlarında Aran, Bərdə Sacilərin əlinə keçdiyindən məzyədilərin nümayəndələri Şirvana köçdülər, türkləşməkdə olan ərəb nəsilləri Şirvanda cəmləşdilər. Məzyədilər sülaləsi də özünün ərəb mənşəyini itirdi. 861-ci ildə Məzyədilər sülaləsindən Heysam ibn Xalid Şirvanı müstəqil elan etdi və Şirvanşah titulunu qəbul etdi (2, s. 326). 917-ci ildə qonşu Lahicanşahlıq Şirvanşahlar dövlətinə birləşdirildi. Bununla əlaqədar 918-ci ildə Şirvanşah Əbu Tahir (917-948) hərbi-strateji baxımdan Şamaxını bərpa edib paytaxtı bura köçürdü və Yezidiyyə adlandırdı. Şirvanşahın qoşunları Qəbələ (981-982), Bərdə (982) və Şirvanı (983) ələ keçirdilər. Strateji əhəmiyyətə malik olan Dərbənd əmirliyi də 988-ci ildə Şirvanşahlar dövlətinə birləşdirildi. Türklərin yaşadığı “Dəmir qapı” adlandırılan Dərbənd Azərbaycanın ən qədim vilayətlərindən biri idi. Şirvanşahlar Dərbənd səddini və şəhərin 63 qala divarlarını təmir etdirib möhkəmləndirdi. Dərbənddən sonra Xursan və Tabasaran, Şəki və Sənariyə Şivarşahlar dövlətinə qatıldı. Sacilər dövləti. Sacilər dövlətini türk sülaləsi olan Sacilər (879-941) yaratmışlar. Sacilər mənşəcə Mərkəzi Asiyanın Əşrusən (Usruşana) vilayətinin qədim türk nəsillərindən idilər (9, s. 137). Ərəb ordusunun məşhur sərkərdələri-Afşin Heydər ibn Kavus bu nəsildəndir. Xilafət-Bizans sərhədlərini möhkəmləndirmək üçün Mərkəzi Asiyadan Azərbaycana və Şərqi Anadoluya çoxlu türk tayfaları köçürülürdü. Türklər Xilafət ordusunda mühüm qüvvə idilər. Sacilər sülaləsinin banisi Əbu Sac Divdad da Xilafət ordusunun sərkərdəsi idi. Dövlətə xidmətlərinə görə Azərbaycan mülk olaraq Sacilərə verilmişdi. Sacilər ildə xilafətin xəzinəsinə 120 min dinar xərac göndərirdi. Onun oğulları Məhhəmməd və Yusif ibn Sac da xilafətin sərkərdələrindən idi. Sacilərin hakimiyyti dövründə (879- 941) Azərbaycanın cənub rayonları müstəqil dövlətə çevrilmişdi. Hələ IX əsrin sonlarında (898-900) Məhəmməd ibn Əbu Sacın adına pul kəsilirdi. Yusif ibn Sacın dövründə Sacilər dövləti daha da qüvvətləndi (8, s. 277). 912-ci ildən etibarən Xilafət xəzinəsinə xərac göndərilməsi dayandırıldı. Yusif ibn Sac Ermənistan ərazisini, Tiflis və Kaxetiyanı ələ keçirdi, Şivanşahlar dövlətini də özlərinə tabe etdilər. Beləliklə, Azərbaycan Sacilər dövləti X əsrin əvvəlləri üçün Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Şərq sərhədləri Xəzər dənizi sahillərindən başlanır, qərb sərhədləri İrəvan yanındakı Ani və Dəbil (Dvin) şəhərinə qədər uzanıb gedirdi. Yusif ibn Sac Dərbənd səddini təmir etdirdi. Onun adına Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi müstəqil bir dövlət olduğunu sübut edirdi. Dövlətin paytaxtı əvvəllər Marağa, sonra isə Ərdəbil şəhəri idi. IX əsrin 80-ci illərindən-X əsrin 40-cı illərədək, yəni yarım əsrdən çox bir tarixi dövr ərzində bütün Azərbaycan torpaqlarının vahid Azərbaycan türk dövlətinin-Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan qalx- 64 masına, vahid Azərbaycan türk xalqının formalaşması prosesinin sürətlənməsinə müsbət təsir göstərdi. Salarilər dövləti. Feodal qruplar arasındakı çəkişmədən istifadə edən Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd 941/942-ci ildə axırıncı Saci hökmdarı Deysəmə qalib gəlib, ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd (941-957) Salarilər (941/942-981) sülaləsindən idi. Paytaxt Ərdəbil şəhəri idi. Salarilər dövləti şimaldan Dərbənd keçidindən başlayaraq, cənubda Dəclə və Fərat çaylarının yaxınlarına qədər, şərqdə Gilan da daxil olmaqla Xəzər sahillərindən, qərbdə Ermənistan və Şərqi Gürcüstan da daxil olmaqla geniş əraziləri əhatə edən bir dövlətə çevrildi. Salarilərin hakimiyyəti dövründə Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Azərbaycanın Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı. Müxtəlif etnik qrupların Azərbaycan xalqı ilə qaynayıb-qarışması sürətləndi. Lakin, Mərzban ibn Məhəmmədin ölümündən sonra onun oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət uğrunda gedən ara müharibələri, feodal hərc-mərcliyi, Xəzəryanı Azərbaycan vilayətlərinin tez-tez slavyanların basqınlarına məruz qalması, xüsusilə 943/944- cü ildə Bərdənin qarət olunması (2, s. 364), şəhər əhalisinə dəhşətli divan tutulması 981-ci ildə Salarilər dövlətinin süqutunu daha da sürətləndirdi. Rəvvadilər dövləti. İri Azərbaycan feodallarından biri-Təbriz, Marağa və Əhər hakimi Əbülhica 981-ci ildə axırıncı Salari hökmdarı İbrahim ibn Mərzbanı (962-981) taxtdan salıb yeni Azərbaycan dövlətinin-Rəvvadilər dövlətinin əsasını qoydu (8, s. 284). Bu feodal sülaləsinin soykökü qədim ərəb-Əzdilər nəslinə bağlanırdı. Bu nəslin banisi əslən yəmənli olan ər-Rəvvad əl-Əzdi idi. Rəvvadi əmirliyi zaman-zaman müstəqilləşib, Azərbaycanın bütün cənub torpaqlarını öz nəzarəti altında saxlayırdı. Bundan başqa, Rəvvadilər Muğan hakimiyyətini də asılı vəziyyətə saldılar. 1028-ci ildə Mahmud Qəznəvinin ona qarşı qiyam qaldıran Xorasan oğuzlarına vurduğu ağır zərbədən sonra təqribən 2000 oğuz ailəsi Azərbaycana qaçdı və Rəvvadi hökmdarı Vəhsudanın (1020-1059) ica- 65 zəsi ilə burada yaşadılar (10, s. 209). Rəvvadilər dövlətinin paytaxtını Ərdəbildən Təbrizə köçürdülər. Çünki Təbriz bütün Azərbaycan torpaqlarının iqtisadi, siyasi və mədəni baxımdan birləşdirilməsi üçün çox əlverişli coğrafi mövqedə yerləşmişdi. Şərq ölkələrini Aralıq dəniz və Qara dəniz sahillərilə, həmçinin Dərbənd keçidi vasitəsilə Volqa boyu və Şərqi Avropa ilə birləşdirən beynəlxalq karvan yollarının qovşağında yerləşən Təbriz Rəvvadilərin hakimiyyəti illərində daha da böyüdü və abadlaşdı. Şəddadilər dövləti. Şəddadilər əvvəl Dəbil (Dvin) ətrafında yaşayırdılar. 951-ci ildə mənşəcə müsəlman kürdlərindən olan Məhəmməd ibn Şəddad Salarilər dövlətini ələ keçirib Dəbil əmirliyini yaratmışdı. Şəddadilər 971-ci ildə Gəncəni ələ keçirərək Şəddadilər dövlətinin əsasını qoydular (2, s. 377-378), Bərdə, Şəmkir və s. Azərbaycan torpaqlarında möhkəmləndilər. Fəzl ibn Məhəmməd (985-1030) Gəncə ətrafındakı bütün xırda feodal mülklərini ləğv etdi, mərkəzi hakimiyyəti gücləndirdi. Ata-baba mülkləri olan Dəbili də öz dövlətinə birləşdirdi, erməni hakimi Şəddadilər dövlətinə bac verməyə məcbur oldu. Onun hakimiyyəti dövründə hərbi məqsədlə Araz çayı üzərində salınan Xudafərin körpüsü (1027) Azərbaycanın şimal və cənub əraziləri arasında iqtisadi və mədəni rol oynadı (10, s. 209). Şəddadilərlə Şirvanşahlar arasında sıx əlaqə yaranmışdı, onların qohumluq münasibətləri var idi. Şəddadilər Azərbaycanın cənubunda hökmranlıq edən Rəvvadilərlə və Tiflis əmiri Əbül-fəzl Cəfər ibn Əli ilə də dostluq münasibətləri saxlayırdılar. Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına oğuz tayfalarının köməyi ilə Şəddadilər ağır zərbə vurdular (1037). 1038-ci ildə Bizans və gürcü feodallarının birləşmiş qüvvələrinin Tiflis müsəlman əmirliyini aradan qaldırmaq cəhdi də oğuzların fəal iştirakı ilə baş tutmadı. Şəddadilər dövləti Əbüləsvar Şavurun (1049-1067) dövründə daha da gücləndi. Gürcüstanla və onun müttəfiqi olan Şirvanşahlar dövləti ilə müharibələr aparılırdı. Gürcü çarı IV Baqrat Şəddadilər dövlətinin qüvvətlənməsindən qorxaraq alanlarla ittifaqa girib, 1062-ci ildə onların Dəryal keçidindən Gürcüstan vasitəsilə Azərbaycana hücum etməsinə şərait yaratdı. Şavur Gən- 66 cənin möhkəmləndirilməsi üçün onun ətrafında hasar və xəndəklər çəkdirdi. 1063-cü ildə şəhərə qala qapılarını dəmirçi İbrahim Osman oğluna hazırlatdı. Şəddadilər bu zaman erməni feodallarına və Bizans imperiyasına qarşı uğurla mübarizə aparırdı. Şəddadilərin zərbə qüvvəsi oğuz türkləri, qüvvətli müttəfiqi sonralar Səlcuq türkləri idi (10, s. 210). 2. Slavyanların Azərbaycana basqınları XI əsrin sonlarından başlayaraq slavyanlar-“ruslar” Xəzəryanı vilayətlərə soyğunçuluq yürüşləri təşkil etməyə başladılar. O vaxt Kiyev knyazlarının hərbi drujinalarının üzvləri “rus” adlanırdı. 909-cu ildə onlar 16 gəmi ilə Xəzərə daxil oldular. Dənizin cənubundakı Abaskun adasını ələ keçirdilər. Məğlubiyyətə uğrayan slavyanlar 910-cu ildə yenidən basqınlar etdilər, Sarı adasında və sahil məntəqələrində yanğınlar, talanlar törətdilər. Sonra İran sahillərinə hücum etdilər. Lakin Gilan şahının hərbi qüvvələri onları məğlubiyyətə uğratdılar. Geri çəkilərkən Şirvanşahların qoşunları tərəfindən darmadağın edildilər. 914-cü ildə slavyanlar hər birində 100 döyüşçü olan 500 gəmi ilə Xəzərə daxil oldular. Xəzər xaqanlığının ərazisindən keçdikləri üçün onlara ələ keçirdikləri qənimətin yarısını verməyi vəd etdilər. Əhali hücum gözləmədiyindən qəflətən 50000 nəfərlik hərbi qüvvələrin dəhşətli basqınlarına və talanlarına məruz qaldı. Ruslar Bakı sahillərinə gələrək, sahilə yaxın adalarda düşərgə saldılar və buradan basqınlar edirdilər. Uşaqları və qadınları əsir götürdülər, geri qayıdarkən vəd etdikləri qənimətin bir hissəsini Xəzər xaqanına verdilər. Lakin 15000 nəfərlik müsəlman-türk qoşunları ilə slavyanlar arasında şiddətli döyüş baş verdi. 3 gün davam edən bu döyüşdə ruslar darmadağın edildi, onlardan ancaq 5 minə qədəri qaça bildi. Mənbələrə görə, ruslara qarşı xarəzm, xəzər, burtas (mordva) və bulqar türkləri fəal iştirak edirdilər. 30 il sonra944-cü ildə slavyan drujinaları yenidən Xəzər sahillərində göründülər. Bu zaman onlar Bərdəni ələ keçirmək və Azərbaycanda möhkəmlənmək üçün gəlmişdilər. Kiyev knyazı İqorun (912-945) 67 gəmiləri Kürün mənsəbinə yetişib, Bərdə yaxınlığında Kür sahilində Mübarəki adlı yerdə düşərgə saldılar və buradan Bərdəyə hücum etdilər. Salarilər 5600 nəfərlik qüvvəsi ilə onlara müqavimət göstərə bilmədilər və Bərdə slavyanların əlinə keçdi. Əhali qılıncdan keçirildi və şəhər talan olundu. Lakin bərdəlilər müqavimət göstərməkdə davam edirdilər. Bərdəni itaətdə saxlamağın mümkün olmayacağını yəqin edən ruslar onlardan tələb etdilər ki, gün ərzində şəhərdən çıxıb getsinlər. Çıxmayan əhali yenidən qılıncdan keçirildi, sağ qalanları, şəhər varlılarını məscidə toplayıb adambaşına 20 dirhəm pul tələb etdilər. Pulu olan canını qurtardı, pulu olmayana isə divan tutuldu. Mənbələrə görə, bu zaman Bərdədə 20000 nəfərə qədər adam öldürüldü. Salari hökmdarı Mərzban ibn Məhəmməd 30000 nəfərlik qoşunla şəhəri mühasirəyə aldı. O, düşmənə ağır zərbə vursa da, şəhəri ala bilmədi. Mosul hakimi Əbu Məhəmməd Nəsirəddövlənin Azərbaycanın cənub sərhədlərini pozaraq Xoy və Salması ələ keçirməsi xəbərini alan Mərzban ibn Məhəmməd özünün əsas hərbi qüvvəsilə cənuba getdi. Salarilərin 4000 nəfərlik kiçik bir dəstəsi Bərdənin mühasirəsini davam etdirdi. Əhalinin mübarizə əzmini qıra bilməyən, gündüz döyüşlərində şəhərin mühasirəsini yara bilməyən slavyanlar gecə ikən qalanı yandırıb, qənimətlə birlikdə şəhəri tərk etdilər və ölkələrinə qayıtdılar. 944-cü il basqınlarından sonra Bərdə bir daha özünə gələ bilmədi. Yarım ildən çox slavyanların əlində qalan şəhər dağılmışdı, pul kəsilməsi dayandırıldı, məşhur Bərdə bazarı öz əhəmiyyətini itirdi, bundan sonra şəhərin bərpasına fikir verilmədi. 944-cü il faciəsindən sonra Azərbaycanın şimal torpaqlarında müstəqil dövlət yaradan Şəddadilərin Gəncəni paytaxt seçməsi Bərdənin süqutunu daha da sürətləndirdi. Azərbaycan hakimləri ümumi düşmənə qarşı birləşmək əvəzinə öz aralarındakı ixtilafları həll etmək üçün rus dəstələrini köməyə çağırırdılar. 987-ci ildə Dərbənd hakimi əmir Maymun ibn Əhməd yerli əyanlara qarşı 18 gəmi ilə Dərbəndə hücuma hazırlaşan slavyanlardan kömək istədi. 1030-cu ildə 38 gəmidə yenidən Xəzər sahillərinə hücum edən slavyan drujinaları Bakı yaxınlığında və Kürlə Arazın qovuşduğu yerdə Şirvanşahların qoşunlarını məğlub etdilər. Şəd- 68 dadi hökmdarı Fəzl ibn Məhəmmədin oğlu Musa Beyləqanda qiyam qaldırmış qardaşı Əskuyəni məğlub etmək üçün slavyanları köməyə çağırdı. Qardaşına qalib gəlib, Beyləqan əhalisinə divan tutduqdan sonra o, slavyanlara çoxlu hədiyyə verdi. 1031-1033-cü illərdə alanlar, sərirlər (Dağıstanda Sərir adlanan bölgədə yaşayan xalq) və ruslar Şirvanşahların paytaxtı Yezidiyyə (Şamaxı) şəhərini ələ keçirib, 10 gün ərzində qarət etdilər. 10000 nəfərə qədər adam qılıncdan keçirildi. Lakin xalq düşmənləri Azərbaycandan qovdu. Geri qayıdan yadelliləri Dərbənd hakimi əmir Mansur ibn Maymun məğlubiyyətə uğratdı. Əmirdən qisas almaq üçün 1033-cü ildə hücum edən alanlar və slavyanlar yenidən məğlubiyyətə uğradılar. 3. Səlcuq türklərinin Azərbaycanda hökmranlığı XI əsrin ortalarında Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Öğuz türkləri olan Səlcuq türklərinin adı məşhur türk sərkərdəsi Səlcüğün (qınıq tayfasından) adından əmələ gəlmişdi. Səlcuq türklərinin qoşunları İran və Azərbaycan torpaqlarından keçərək, Bizans qoşunlarına qalib gəldilər. Van gölü hövzəsi, Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqları nəzarət altına alındı. Əvvəlcə, Xorasanda məskən saldılar. 1038-ci ildə paytaxtı Nişapur şəhəri olan ilk Səlcuq dövləti meydana gəldi. Səlcuğun nəvəsi Sultan Toğrulun hakimiyyəti illərində (1040-1063) Səlcuq türkləri daha da qüvvətləndi. 1040-cı il mayın 24-də Dəndənəkan vuruşmasında Qəznəvilər dövlətinin hərbi qüvvələri darmadağın edildi (2, s. 388). 1043-cü ildə dövlətin paytaxtı Nişapurdan Rey şəhərinə köçürüldü. Səlcuq qoşunları üç istiqamətdə - Həmədan, İsfahan, Gilan istiqamətlərində Azərbaycana döğru yürüşə başladılar. Həmədan və İsfahan da daxil olmaqla bütün Qərbi İranı ələ keçirən Səlcuq qoşunu Dəclə çayının sahillərinə çıxdı. Gilan istiqamətində hərəkət edən hissələr Xəzərin cənubundakı torpaqları tutdular və Arazı keçib Arrana daxil oldular. Şəddadilərin hərbi qüvvələri ilə birləşərək, Bizans, erməni və gürcü 69 feodallarının birləşmiş qüvvələrinə ağır zərbələr vurdular. Azərbaycanın cənub əyalətləri Səlcuq sərkərdəsi Həsənin nəzarəti altına keçdi. Səlcuq-Azərbaycan türk qoşunları 1048-ci il sentyabrın 18- də Bizans, erməni və gürcü feodalarının birləşmiş qüvvələrini darmadağın etdilər. Bizans səlcuqlarla sülh bağlamağa məcbur oldu. Sultan Toğrulun hakimiyyətinin ilk illərində bütün Xorasan və Xarəzm (1038-1044), Qərbi İran (1042-1051) Səlcuq türklərinin hakimiyyətinə keçdi. 1055-ci ildə Bağdad da daxil olmaqla İraq tabe edildi. Abbasilər asılı vəziyyətə düşdü. Azərbaycan türkləri, o cümlədən oğuz türkləri Səlcuq türklərinin soydaşları idi. 1054-cü ildə Sultan Toğrulun hərbi qüvvələri Təbrizə yaxınlaşdı (8, s. 285), Rəvvadi hökmdarı Vəhsudan Səlcuq sultanına tabe olduğunu bildirdi. Şəddadi hökmdarı Əbüləsvar Şarur da səlcuqlara tabe oldu. Səlcuq sultanı ilə Şəddadi hökmdarı arasında bir saziş bağlandı: onlar Bizans imperatoruna və erməni-gürcü feodallarına qarşı əlbir hərəkət etsinlər. 1066-cı ildə müqavimətə baxmayaraq, Şirvanşah I Fəribürz səlcuqlara tabe oldu (2, s. 391). Bununla da Azərbaycan bütünlüklə Böyük Səlcuq imperatorluğuna qatılmış oldu. Sasanilər və Ərəb xilafətinin hökmranlıq etdiyi təqribən 600 illik bir tarixi dövrdə bütün türk, habelə qeyri-türk tayfalarının vahid xalq halında qaynayıb-qarışması prosesi gedirdi. Sasanilər və Ərəb xilafətinə qarşı birgə mübarizə bu prosesə müsbət təsir göstərmişdi. Nəticədə Azərbaycanda islam-türk etnik-siyasi amili daha da qüvvətlənmişdi. Azərbaycan isə İslam dünyasında həlledici hərbi-siyasi amilə çevrilən türklüyün başlıca istinadgahı olmuşdu. Səlcuq axınları ərəfəsində vahid Azərbaycan türk xalqının yaranması prosesi, demək olar ki, başa çatmaqda idi. Eyni kökdən və dildən olan, İslamı qəbul etmiş Oğuz-Səlcuq türkləri ilə qədim Azərbaycan türkləri tez bir zamanda qaynayıb-qarışdılar. Azərbaycan türk xalqının təşəkkülü prosesi başa çatdı. Böyük Səlcuq imperatorluğunun yaranması ilə torpaq mülkiyyəti və vergi sistemində də ciddi dəyişikliklər baş verdi. Hərbi-siyasi dayaq yaratmaq məqsədi ilə imperatorluq ərazisinə daxil olan bütün torpaqlar hərbi xidmət əvəzində iqta şəklində Səlcuq əmirləri arasında bölüşdürülürdü. Təkcə Sultan Məlik şah 70 46 min Səlcuq süvarisinə iqta paylamışdı. İqtadarlar əvvəllər onlara verilmiş torpaqlardan vergi (renta) almaqla kifayətlənir, daxili idarəçiliyə və kəndlilərin həyatı ilə əlaqədar məsələlərə qarışmırdılar, zaman keçdikcə iqta irsən keçməyə başlayır, mülk torpaqlarından fərqlənmirdi. Uc torpaqları-sərhədləri qoruyan Səlcuq sərkərdələrinə paylanmış torpaqlardır. Əhalidən əlavə olaraq, Səlcuq döyüşçüləri üçün silah və şərab tədarük edilməyə, onların atlarını nallamaq üçün silah bahası, şərab bahası, nal bahası kimi vergilər, şəhər sənətkarlarından isə onların hazırladıqları sənət məhsullarından pay alınmağa başlandı. XI-XIII əsrlərdə əhali xərac, üşr (üşür), cizyə və bir çox başqa vergi və mükəlləfiyyətlər ödəyirdi. Səlcuq dövləti XI əsrin sonlarında-işğallar ara verdikdə tənəzzülə başladı. İqtadarlar daha mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Əsarət altına alınmış ölkələrin, xalqların azadlıq mübarizəsi genişlənməkdə idi. Bundan başqa I Səlib yürüşü dövründə (1096- 1099) səlibçilərə qarşı mübarizə, Aralıq dənizinin Kiçik Asiya, Suriya və Fələstin sahillərində çox mühüm ərazilərin itirilməsi də Böyük Səlcuq imperatorluğunun tənəzzülünə müəyyən təsir göstərdi. Sonuncu Səlcuq hökmdarı Sultan Səncərin (1118-1157) hakimiyyəti illərində imperatorluq faktiki olaraq, ayrı-ayrı müstəqil dövlətlərə parçalanmışdı. Bu dövlətləri Səlcuq sultanlarının vəliəhdlərinin tərbiyəçiləri-atabəylər idarə edirdilər. 4. Şirvanşahlar və Atabəylər dövlətləri Şirvanşahlar dövləti. Böyük Səlcuq hökmdarı I Məlik şahın hakimiyyətinin sonuna yaxın Şirvanşahlar yenidən qüvvətlənməyə başlamışdı. Bu zaman Fəribürz, sonra oğulları II Mənuçöhr və I Afridun ölkəni müstəqil idarə edirdilər. Səlcuq türklərinə qarşı mübarizədə gürcü çarları Şirvanşahlarla yaxınlaşmağa çalışırdılar. Geniş xarici siyasət planları olan gürcü çarı IV David Bizans imperatoru Aleksey Komnin və qıpçaq türklərinin hökmdarı Atrak ilə ittifaqa girmişdi. O, Qafqazın şimalından Gürcüstana 45.000 nəfərdən çox qıpçaq türk döyüşçüsü köçürtmüşdü. Gürcü və erməni feodalları, 71 Bizans imperiyasının vasitəçiliyi ilə, Səlcuq türklərinə qarşı Qərbi Avropa səlibçiləri ilə əlaqə yaratmışdılar. Bu tədbirlərlə onlar türkmüsəlman amili Qafqazdan sıxışdırıb çıxarmağa, Azərbaycan torpaqlarını öz aralarında bölüşdürməyə çalışırdılar. 1117-ci ildə Demetre Şirvana hücum etdi. 1120-ci ildə isə IV David qüvvətli ordu ilə Şirvana basqın etdi. Şirvanşahlar ordusu məğlubiyyətə uğradı (2, s. 332). IV David Qəbələni talan etdi. 1121-ci ildə Didqori döyüşündə gürcülər, qıpçaq türkləri, osetinlər və Qərbi Avropa səlibçilərinin birləşmiş qüvvələri Səlcuq qoşunlarına qalib gəldilər. 1122-ci ildə Tiflis müsəlman əmirliyi ləğv edildi. Şirvanşah III Mənuçöhrün (1120-1160) zamanında Şirvan-Gürcüstan münasibətlərinin yaxşılaşmasında Böyük Səlcuq imperatorluğunun zəifləməsi ilə yanaşı, III Mənuçöhrün arvadı Tamar və onun gürcü əhatəsi də mühüm rol oynamışdı. Gürcü çarı ilə ittifaqa bel bağlayan III Mənuçöhr Səlcuq türklərindən üz döndərdi. Nəticədə Şirvanşahlar Böyük Səlcuq imperatorluğu ilə ittifaqdan çıxdılar və 40.000 dinar məbləğində illik bac verməkdən imtina etdilər. 1123-cü ildə Səlcuq hökmdarı Sultan Mahmud Şirvana hücum etdi. Lakin birləşmiş qüvvələrə qalib gələ bilməyən Sultan Mahmud çox keçmədən Şirvanı tərk etdi. IV David Şirvan torpaqlarını Gürcüstana qatmaq qərarına gəldi və 1123-1124-cü illərdə dəfələrlə Azərbaycana yürüş etdi. Gürcüstan və Buğurd qalalarını, Şamaxını ələ keçirdi, şəhər və qalalarda gürcü qarnizonları qoyub geri döndü. Lakin 5 ay sonra IV Davidin ölümündən sonra (1125) onlar Şirvanı tərk etməyə məcbur oldular. Hakimiyyət yenidən III Mənuçöhrə keçdi. XII əsrin 30-60- cı illərində Azərbaycan Şirvanşahlar dövləti Cənubi Qafqazda ən qüdrətli siyasi amilə çevrilmişdi. 1160-cı ildə III Mənuçöhrün ölümündən sonra onun oğulları arasında taxt-tac mübarizəsi başlandı. Sarayda yaranmış qarışıqlıqdan istifadə edən Tamar kiçik oğlu və bir qrup əyanla birlikdə qıpçaq turklərinə arxalanaraq, Şirvanı Gürcüstanla birləşdirməyə cəhd göstərdi. Lakin Eldənizlər dövlətinin hakimi Atabəy Şəmsəddin Eldənizin qüvvələrinin köməyi ilə III Mənuçöhrün böyük oğlu I Axsitan (1160-1196) hakimiyyəti ələ keçirdi. O, Səlcuq türkləri ilə dostluq münasibətlərini bərpa etdi. I Ax- 72 sitan ömrünün sonunadək ona arxalandı. Gürcüstan çarlığı ilə dostluq münasibətləri davam edirdi. 1173-cü ildə Şirvanşahın hərbi qüvvələri mərkəzi hakimiyyətə qarşı qiyamı yatırtmaqda gürcü çarı III Georgiyə kömək etdi. I Axsitanın hakimiyyəti dövründə Dərbənd hakimliyi Şirvanşahlardan asılı vəziyyətə salındı. I Axsitan ölkənin ərazisində çoxlu müdafiə qurğuları-qalalar, qüllələr, sədlər inşa və bərpa etdi. 1175-ci ildə Şirvanşahlar dövləti yenidən xarici təcavüzə məruz qaldı. 73 gəmidən ibarət slavyan donanması Azərbaycana hücum etdi, Lənbərana qədər hərəkət etdilər. Şimaldan qıpçaq türkləri Dərbəndi və Şabranı ələ keçirdilər. Şirvanşahın hərbi qüvvələri hər iki hücumu dəf etdi. Buna III Georginin gürcü qoşunları kömək etdi. Bizans şahzadəsi Andronik Komnin də gürcü qoşunlarının ordugahında idi. 1192-ci ildə baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı dağıldı. Şəhər əhalisinin xeyli hissəsi (I Axsitanın ailəsi də) tələf oldu. Paytaxt Bakıya köçürüldü (8, s. 297). Azərbaycan Atabəylər (Eldənizlər) dövləti. Azərbaycan atabəylərinin idarə etdiyi Eldəgizlər dövləti Azərbaycan tarixində İldənizlər və ya Eldəgəzlər dövləti kimi də tanınır. Bu ərazi əvvəllər İraq Səlcuq sultanlığının tərkibinə daxil idi. Böyük Səlcuq imperatorluğunun parçalanması dövründə meydana gələn İraq Səlcuq sultanlığı (1118-1194) İraqı, İranı və Kür çayından cənubdakı Azərbaycan torpaqları da daxil olmaqla Cənubi Qafqazın bir hissəsini əhatə edirdi. Eldənizlər sülaləsinin banisi Atabəy Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Sultan II Toğrul (1132-1134) ona “əmir” titulu verdi və onu öz oğlu Arslan şahın atabəyi təyin etdi. 1136-cı ildə o, Arran hakimi təyin olundu və Bərdəyə göndərildi. Bununla müstəqil Azərbaycan Eldənizlər dövlətinin və bu dövləti idarə edən Eldənizlər sülaləsinin əsası qoyuldu. Şəmsəddin Eldəniz bir çox xırda feodal mülklərini aradan qaldıraraq bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi. O, sultan sarayından iqta aldığı Arranla yanaşı, Azərbaycanın bəzi cənub bölgələrini, habelə Naxçıvanı müstəqil idarə etməyə və öz adından pul kəsdirməyə başladı. Paytaxt əvvəllər Naxçıvan şəhəri idi. Saray İraqda böyük nüfuza malik idi və dövlətin idarə olunmasında yaxından iştirak edirdi. 73 1160-cı ildə “Böyük Atabəy” titulu aldı və oğulluğunu Arslan şahın (1161-1176) İraqda sultan elan edilməsinə nail oldu. Bundan sonra Şəmsəddin Eldəniz bütün İraq Səlcuq sultanlığını özü idarə etməyə başladı. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi oldu, kiçik oğlu Qızıl Arslan isə ordunun ali baş komandanı təyin edildi. Beləliklə, İraq Səlcuq sultanlığı Azərbaycan sultanlığına çevrildi. Kürdən cənubdakı bütün Azərbaycan torpaqları Eldənizlər dövlətinin tərkibində yenidən birləşdirildi. Şirvanşahlar dövləti də Eldənizlərdən asılı hala salındı. Azərbaycan Atabəyləri Azərbaycan üçün daim təhlükə yaradan gürcü torpaqlarını Eldənizlər dövlətinin tərkibinə daxil etmişdilər. 1161-ci ildə gürcü qoşunları o zaman Eldənizlər dövlətinin tabeçiliyində olan Dəbil şəhərinə hücum edib 10 minə qədər adamı qılıncdan keçirmiş, qadınları və uşaqları çılpaq halda Gürcüstana aparmışdılar. Gürcü qadınlarının etirazından sonra onların paltarları özlərinə qaytarılmışdı. Şəmsəddin Eldəniz gürcü qoşunları üzərində bir sıra qələbə qazanmışdı. Gürcü çarları bir daha Azərbaycan sərhədini pozmağa cəsarət etmirdilər. Şəmsəddin Eldənizin hakimiyyətinin sonuna yaxın Eldənizlər dövləti Dərbənd keçidindən İran körfəzinə qədər çox geniş əraziləri-Azərbaycanı, o cümlədən Arran və Şirvan, əlCibal ölkəsi, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyi əhatə edirdi. Hilat, Fars, Xuzistan, Mosul, Kirman və Təbəristan Şəmsəddin Eldənizdən asılı idilər. Mərkəzi hakimiyyətdən iqta almış əmirlərin hərbi qüvvələrindən başqa, hökmdarın özünün 50 min nəfərlik nizami süvari qoşunu vardı. Səlcuq Sultanı III Toğrulun (1176-1194) atabəyi olan Məhəmməd Cahan Pəhləvan (Şəmsəddinin oğlu) hakimiyyətə gəldikdən sonra (1175-1186) paytaxtı Naxçıvandan Həmədana köçürdü (1175), Təbrizi Ağsunqurilərin əlindən aldı, müstəqilliyə can atan iri Səlcuq əmirlərinin müqavimətini qırdı və mərkəzi hakimiyyəti daha da qüvvətləndirdi. Azərbaycanı onun kiçik qardaşı Qızıl Arslan idarə edirdi. O, həm də qardaşı oğulları Əbu Bəkrin və Özbəyin atabəyi idi. İqamətgahı Təbrizdə idi. Məhəmməd Cahan Pəhləvan dövlət vəzifələrinə öz yaxın adamlarını təyin etdi, mərkəzi hakimiyyəti xeyli qüvvətləndirdi, 74 50 min nəfərlik nizami süvari ordusu var idi. Gürcü feodallarını dəfələrlə məğlub etdi. Hətta Abbasi xəlifələri belə Eldənizlər dövlətinin daxili işlərinə qarışa bilmirdilər. Ömrünün sonuna yaxın imperatorluğu oğulları arasında bölüşdürmüşdü. Hakimiyyətə keçən qardaşı Qızıl Arslan (1186-1191) uzun müddət taxt-tacı ələ keçirməyə cəhd edən saray müxalifətinə və iri feodallara qarşı mübarizə apardı. Formal olaraq sultan titulu daşıyan III Toğrul, narazı Səlcuq əmirləri, Məhəmməd Cahan Pəhləvanın arvadı İnanc Xatın, oğlu Qutluq İnanc və b. Qızıl Arslana qarşı birləşdilər. III Toğrulla Qızıl Arslan arasında dəfələrlə qanlı vuruşmalar olub. O, bu münasibətləri sahmana salmaq üçün İnanc Xatınla evləndi, qardaşı oğulları Qutluq İnancla və Əmir Əmiran Ömərlə barışdı. 1191-ci ildə Həmədan vuruşmasında qələbə qazandı, III Toğrulu oğlu Məlikşahla əsir aldı. 1191-ci ildə Qızıl Arslan xəlifə ənNasirin razılığı ilə özünü İraq sultanı elan etdi. Beləliklə, Azərbaycan atabəyləri formal hakimiyyəti, yəni sultan titulunu da ələ keçirdilər. Mərkəzi hakimiyyətin qüvvətlənməsindən narazı qalan iri feodallar və İnanc Xatın onu sui-qəsdlə öldürdülər. Azərbaycanda hakimiyyəti Əbu Bəkr (1191-1210) ələ keçirdi. Məhəmməd Cahan Pələvanın digər oğulları Qutluq İnanc və Əmir Əmiran Ömərin idarə etdikləri İsfahan, Rey vilayətləri və İraqın bir hissəsi Eldənizlər dövlətindən ayrıldı. Bunlar dövlətin tənəzzülünü sürətləndirdi. Vəziyyətdən istifadə edən Xarəzmşahlar, Əyyubilər, Abbasilər, Şirvanşahlar, gürcü çarları fəallaşdılar. 1192-ci ildə Sultan III Toğrul həbsdən qaçdı, Rey, İsfahan və Həmədanı ələ keçirdi (8, s. 304). III Toğrul tərəfindən məğlub edilən Qutluq İnanc kömək üçün Xarəzmşah Təkəşə (1172-1200) sığındı. Təkəş Xorasan, Rey və Həmədanı ələ keçirdi. III Toğrul Təkəş və Qutluq İnancın birləşmiş qüvvələrinə qarşı vuruşmada (1194) öldürüldü. Təkəş Qutluq İnancı aradan götürdü (1196). Eldəniz Əbu Bəkr Xarəzmşahların hərbi qüvvələri üzərində bir sıra qələbə çalsa da, feodal hərc-mərcliyinin qarşısını almaq mümkün olmadı. Şirvanşah I Axsitan Əmir Əmiran Ömərə onun qardaşı Əbu Bəkrə qarşı hərbi qüvvə ilə yardım göstərdi. Gürcü çariçası Tamar və Şirvanşahların 75 birləşmiş qoşunları Şəmkir və Beyləqan vuruşmalarında (1194) Əbu Bəkri ağır məğlubiyyətə uğratdılar. Əmir Əmiran Ömər və gürcülərin hərbi qüvvələri Gəncəyə hücum etdilər. Gəncə əhalisi vətənə xəyanət edən Eldəniz şahzadəsinə şəhərə kafirlərlə gəldiyinə görə təslim olmayacaqlarını bildirdilər. Əmir Əmiran Ömər Gəncəni hiylə ilə ələ keçirdi. Gürcü qoşunları Gəncəni tərk etdikdən sonra gəncəlilər Əmir Əmiran Öməri öldürdülər. Şəhər yenidən Əbu Bəkrin hakimiyyəti altına keçdi. Gürcü qoşunları Dəbili qarət etdilər (1203), Qərbi Azərbaycan torpaqlarının tutulması təhlükəsi yarandı. Xalq və Şirvanşahlar Azərbaycanın qərb sərhədlərinin müdafiəsinə qalxdı. Gürcü qoşunları 1210-1211-ci illərdə Azərbaycan torpaqlarına dağıdıcı basqınlar etdilər. Onlar Naxçıvanı mühasirəyə aldılar, lakin ələ keçirə bilmədilər. Sonra Mərəndi talan etdilər, Təbrizi mühasirəyə aldılar. Şəhər hakimi Zahidə Xatın (Məhəmməd Cahan Pəhləvanın arvadı) çoxlu pul, daş-qaş və sənətkarlıq məhsulları verib şəhəri dağıntıdan qurtardı. Özbəyin (1210-1225) hakimiyyəti illərində Eldənizlər dövlətinin süqutu daha da sürətləndi. Beləliklə, monqolların hücumu ərəfəsində Azərbaycan dövlətlərindən heç biri-nə Eldənizlər, nə də Şirvanşahlar ölkəni xarici təhlükədən qorumağa qadir deyildilər. Monqollara qədərki Azərbaycanın iqtisadi vəziyyəti məhsuldar qüvvələrin artması, ticarətin və əmtəə-pul münasibətlərinin genişlənməsi ilə səciyyələnir. XI-XII əsrlərin vergi sistemi əvvəlki dövrlərin qayda-qanunlarının çoxunu mühafizə etmişdi. XII-XIII əsrlərdə Azərbaycanda 70-dək iri, orta və kiçik şəhərlər vardı. Bu dövrün iri ticarət-sənətkarlıq mərkəzləri Gəncə, Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Dərbənd, Bakı, Şamaxı və Beyləqan idi. XII əsrin I yarısında Gəncənin tərəqqi və inkişafı burada baş verən dağıdıcı zəlzələlər (1122, 1139) və gürcülərin “daha dağıdıcı” basqın və qarətləri ilə ləngidildi. Lakin gəncəlilərin səyi və köməyə gəlmiş sultan canişini Qara Sunqurun öz qoşunu ilə etdiyi yardım nəticəsində XII əsrin sonu XIII əsrin əvvəlləri Gəncə yenidən öz əvvəlki görkəmini qaytara bildi. Təbrizdə də 1042-ci ildə baş vermiş zəlzələdə 40-50 min sakinini və gözəl binalarını itirsə də yenidən bərpa edildi. 76 5. IX-XII əsrlərdə Azərbaycanda sosial-iqtisadi vəziyyət və mədəniyyət Azərbaycanda müstəqil dövlətlərin meydana gəlməsi iqtisadi inkişafın sürətlənməsinə səbəb oldu. Mənbələr Azərbaycanda dənli bitkilərin bütün növlərinin (buğda, arpa, çəltik, darı və s.), müxtəlif texniki bitkilərin (pambıq, boyaqotu, kətan və s.), həmçinin cürbəcür bostan bitkilərinin becərilməsi barədə olduqca maraqlı məlumatlar verirlər. Şirvanda və Dərbənd ətrafında zəfəran, həmçinin kətan becərilirdi. Lənkəran və Şəki bölgələrində müxtəlif çəltik növləri əkilirdi. Aran, xüsusilə, Bərdə vilayəti qırmızı boyaq almaq üçün istifadə olunan qırmızıböcəyi ilə zəngin idi. Kür çayının hər 2 sahili başdan-başa taxıl zəmiləri və pambıq tarlalarından ibarət idi. Əhalinin təsərrüfat həyatında bostan və tərəvəz bitkiləri əkini də mühüm yer tuturdu. Bağçılıq da inkişaf etmişdi. O zaman Təbriz bağlarını salmaq üçün 900-dən çox kəhriz qazılmışdı. Lakin bu kifayət etmirdi. İbn Havqəlin yazdığına görə, Dərbəndlə Səməndər arasındakı üzümlüklərdə 40000-ə qədər tənək vardı. IX-XI əsrlərdə Azərbaycanda ipəkçilik yüksək inkişaf etmişdi. Kənd təsərrüfatının ən yüksək inkişaf etmiş sahəsi maldarlıq idi. Heyvandarlığın əsas forması yaylaq-qışlaq maldarlığı idi. Xəzər balıqla zəngin idi. Kür və Araz çayları boyunca yaşayan əhali balıqçılıqlı da məşğul olurdu. Arıçılıq, bal və mum ixracı da Azərbaycanın iqtisadi həyatında mühüm rol oynayırdı. Cəmiyyətin əsas istehsalçısı kəndlilər idi. 2 qismə-uluclara və azad kəndlilərə bölünürdülər. Uluclar asılı kəndlilər idilər. Ərəb işğalları dövründə yaranmışlar. Öz torpaqlarını itirmək təhlükəsi qarşısında qalan kəndlilərin mühüm bir hissəsi ayrı-ayrı ərəb feodallarının himayəsinə sığınmağa məcbur olurdu. Nəticədə, həmin kəndlilərin torpaqları ərəb feodallarının əlinə keçir və ilcə (yaxud hami) torpaqlar adlanırdı. Uluclar, əsasən, əkinçiliyin yüksək inkişaf etmiş düzən rayonlarda yaşayırdılar. Dövlətə vergi verirdilər. Azad kəndlilər isə dağ rayonlarında yaşayırdılar. Azərbaycan kəndliləri oturaq həyat sürürdü. Torpaq üzə- 77 rində xüsusi mülkiyyət mövcud idi. Süni suvarmaya əsaslanan əkinçiliyin inkişaf etdiyi yerlərdə su üzərində də xüsusi mülkiyyət hökm sürürdü. Feodal torpaq mülkiyyətinin bir neçə növü var idi. Mülk (və ya əmlak) torpaqlar-irsi idi, mülk sahibləri (malik, məlik, və ya mülkədar) torpağı sata və bağışlaya bilərdilər. Camaat (icma) torpaqları-otlaqlar, örüşlər, meşələr, bataqlıqlar və s., bəzən əkin yerləri olurdu. Camaat torpaqları dövlətin mülkiyyətində idi, dövlətə torpaq vergisi-xərac verirdi. Xassə-ayrı-ayrı hökmdarların (xəlifələr, sultanlar və b.) və sülalələrin mülkiyyətində geniş torpaq sahələri vardı. Dövlətə məxsus olan, yəni gəliri birbaşa xəzinəyə gələn torpaqlara divani, və ya divan torpaqları deyilirdi. Şərti torpaq mülkləri-iqta sistemi də inkişaf etməkdə idi. İqta dövlətə xidmət müqabilində verilirdi. İqta sahibləri-iqtadarlar bilavasitə təsərrüfatla və ya təsərrüfatçılıqla məşğul olmur, bir qayda olaraq, öz iqtalarını icarəyə verirdilər. Zaman keçdikcə onlar iqtadarların xüsusi mülkiyyətinə çevrilirdi. Bu dövrdə vəqf torpaqları da yayılmışdı. Bu torpaqlar ayrı-ayrı ruhanilərə, dini və xeyriyyə müəssisələrinə, məscidlərə, mədrəsələrə və s. verilirdi. Kəndlilər vergini vəqf sahibinə və ya dini müəssisəyə verirdilər. Torpaqdan istifadə müqabilində kəndlidən vergi üşr və ya üşur (1/10), sonralar isə xərac adlanırdı. Xərac toplayan vergi məmurları mütəqəbbil və ya amil, maliyyə müfəttişləri isə mütəsərrif adlanırdı. X-XI əsrlərdə xəracın müəyyən bir hissəsini pulla ödəyirdilər. O zaman ərəblər Azərbaycandan 4-4,5 milyon dirhəm, Sacilərin hakimiyyəti dövründə 2 milyon, Salari hökmdarı İbrahimin dövründə də bu qədər xərac alırdılar. Xəracdan başqa, müsəlman əhalisi öz əmlakına görə nəzir verirdi ki, buna da zəkat və sədəqə deyilirdi. Müsəlman olmayan əhalidən can vergisi-cizyə alınırdı. Ərəb işğalı dövründə mərkəzi hakimiyyət tərəfindən müəyyən olunmuş illik xəracı ödədikdən sonra bu feodallar öz torpaqlarında təkbaşına hakimlik edirdilər. IX-X əsrlərdə Azərbaycan dünyanın çoxlu şəhərləri olan ölkələrdən birinə çevrildi. Siyasi müstəqillik iqtisadi tərəqqiyə, o cümlədən sənətkarlıq və ticarətin inkişafına, şəhərlərin meydana gəlməsinə müsbət təsir göstərirdi. 78 Azərbaycanda mədəni həyatın yüksəlməsi ilə səciyyələnən XII əsr Azərbaycan intibah dövrü hesab edilir. Bu dövrdə paytaxt şəhərlər olan Təbrizdə, Şamaxıda, Naxçıvanda, Gəncədə və b. elmi mərkəzlər yaradılmışdı. Şivanşahların və Eldənizlərin saraylarında dövrün ən yaxşı alimləri toplanmışdı. Onların riyaziyyat, təbiətşünaslıq, tibb, kimya, fəlsəfə, məntiq, hüquq, astronomiya, ərəb və fars ədəbiyyatı və b. sahələrdə böyük müvəfəqiyyət və uğurları olmuş, bir çoxları müsəlman mədəniyyəti və elminin xadimləri kimi tanınmışdılar. Bunlardan görkəmli alim Fəridəddin Şirvani 30 il astronomiya ilə məşğul olmuş və bir neçe ulduz cədvəli tərtib etmişdir. XI-XII əsrlərdə təbabət sahəsində yüksək biliyə malik olan həkimlərdən Kafiəddin Ömər ibn Osman, Mahmud xoca, Rəşidəddin, atabəy Özbəyin şəxsi həkimi olan Cəlaləddin Təbib, Mühzəbəddin Təbrizi, Əkmələddin Naxçivani və b. göstərmək olar. Bunlar öz əsərlərində bir çox xəstəliklərin müalicə yolları nəzərdən keçirir, əczaçılıq və müxtəlif xəstəliklərin müalicə prinsipləri haqqındakı bütün məlumatları ümumiləşdirmişlər. Nəzərdən keçirilən dövrdə tarixi, filoloji, fəlsəfi məzmunlu xeyli əsər yaradılmışdır. Hərtərəfli biliyə malik olan Fəxrəddin Əbülfəzi İsmayıl ibn əl-Musanna ət-Təbrizinin qələmə aldığı “Tarixi-Azərbaycan” əsəri də dövrümüzə yetişməyən əsərlərdəndir. “Şərqdə təşkil edilən ilk mükəmməl universitetlərdən birincisi” hesab edilən “Nizamiyyə” mədrəsəsində dərs deyən bir çox alimlər içərisində İsmayıl ibn əl-Musanna ət-Təbrizidən başqa, Xətib Təbrizi, gəncəli Əbu Hafs Ömər ibn Osman ibn Şueyb əl-Cənzini, Tacəddin Əbu-İ-Fədail Məhəmməd ibn əl-Hüseyn ibn Abdullah əlUrməvini, Əbul-Fadl Mahmud ibn Əhməd ibn Məhəmməd əlƏrdəbilini, İbn Sinanın şagirdi Bəhmənyarı, görkəmli mütəfəkkir və sufi olan Şibahəddin Suhrəvərdini və b. göstərmək olar. XI-XIII əsrin əvvəllərində Azərbaycan poetik məktəbi özünün Nizami Gəncəvi, Əbül Üla Gəncəvi, Əfzələddin Xaqani, Fələki Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi və b. sənətkarları ilə məşhur idi. Bu məktəbdə ədəbi sənətlə real həyat arasında bağlılığı, uzlaşmanı təmsil edən, Rudəkidən başlayaraq Firdovsi və b. 79 şairlər, o cümlədən Qətran Təbrizi tərəfindən inkişaf etdirilən farsdilli şerin Xorasan-Türküstan səpkisindən-üslubundan fərqli olaraq yeni poetik “səbki təmtəraqi” adlı Azərbaycan üslubu yaradildi. O dövrün görkəmli alimlərindən olan Əfzələddin Xaqaninin şerinin əhəmiyyətli cəhətlərindən biri də fars dilinin hökmranlıq etdiyi şeir dilinə şairin doğma azərbaycan-türk sözlərini gətirməsidir. Bunlardan şairin “Məra dər parsi fohşi ke quyənd, be torki çərxeşan quyəd ke sənsən” (“farsca mənə söyüş desələr, çərxi fələk onlara türkcə deyər ki, sənsən”) misralı məşhur beytində işlədilmiş “sənsən” sözünü, eləcə də özünün şeir “Divan”-ında işlətdiyi su, Tanrı, vuşaq (uşaq), çuxa, qunduz, xatun, sürmə, qara qız, dağ, xan və s. bu kimi sözləri qeyd etmək olar. XII əsrin ortalarına yaxın yaranan Azərbaycan Atabəyləri dövlətinin hakimiyyəti dövründə Gəncə və Şirvan poetik məktəbləri artıq ən yüksək inkişaf mərhələsinə yetişmişdir. Atabəylər sarayında fəaliyyət göstərən şairlər Xaqani tərəfindən təməli qoyulan yeni üslublu farsdilli Azərbaycan şerini yüksək sənətkarlıq səviyyəsinə çatdırmağa çalışırdılar. Lakin Xaqani zirvəsini fəth etmək, Azərbaycan poeziyasını daha yüksək zirvələrə çatdırmaq səadəti Nizami Gəncəviyə nəsib oldu. Bu dövrdə mənşəcə türk olan Səlcuq hökmdarlarının, Atabəylərin, Şirvanşahların üstünlük verdikləri fars dili özünün inkişafı və təkmilləşməsində məhz Azərbaycan poetik məktəbinin nümayəndələrinə, xüsusilə dahi Nizami Gəncəviyə borcludur. Onun “Xəmsəsi” dünya ədəbiyyatının ən dəyərli nümunəsidir. Şair bu əsəri ilə şeir sənətini saraylardan və məddahlıqdan uzaqlaşdırıb, bu gün başa düşdüyümüz mənada bədii ədəbiyyat yaratdı. O, insanı özünün qəhrəmanı edib, onun hiss və həyəcanlarını, duyğu və düşüncələrini, arzu və istəklərini tərənnüm edirdi. Şəxsiyyət, onun həyatı, mahiyyəti, təfəkkür tərzi və fəlsəfəsi Nizamini düşündürən, onun poemalarının əsas xəttini təşkil edən mövzular idi. Nizami əsərlərində sənətkarlıq, forma və məzmun vəhdətdə olub bir-birini tamamlayırdı. Görkəmli söz ustaları Əmir Xosrov Dəhləvini, Hacı Kirmanini, İmadəddin Kirmanini, Əbdürrəhman Camini, Əlişir Nə- 80 vaini, Hatifini, Füzulini və b. Nizami məktəbinin davamçiları hesab etmək olar. Bütün yuxarıda göstərilənlər, XI-XII əsrlərdə şimallı-cənublu Azərbaycan ərazisində elmin sürətli inkişafını, onun müxtəlif sahələrinə dair onlarla əsərlərin yazıldığını, bu əsərlərin əsasən dövrün elm dili olan ərəb dilində qələmə alındığını, Azərbaycan alimlərinin Yaxın və Orta Şərq müsəlman mədəniyyətinin inkişafında tutduqları əvəzedilməz və əhəmiyyətli mövqelərini açıqlayır. Elmin, mədəniyyətin bu inkişafı ölkənin sosial-iqtisadi vəziyyətinin və şəhər mədəniyyətinin ümumi yüksəlişi ilə bilavasitə bağlıdır. XI-XII əsrlərdə Azərbaycanın ən böyük iqtisadi, siyasi və mədəni mərkəzləri olan Şamaxı, Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Təbriz, Marağa, Urmiya və b. şəhərlərdə müxtəlif səciyyəli abidələr inşa edildi. Orta əsr Azərbaycan memarlığının inkişafını müəyyənləşdirən 3 əsas üslub istiqamətini əks etdirən Şirvan, Naxçıvan və Arran memarlıq məktəbləri də elə bu illərdə təşəkkül tapır. Bu ocaqların üslub istiqamətində lokal cəhətlər, o cümlədən regionun etnik və sosial quruluşu həlledici rol oynayırdı. Əsas tikinti materialı yerli əhəndaşı olan Şirvan-Abşeron memarlıq məktəbi üçün daha dayanaqlı, sadə və çox vaxt asimmetrik kompozisiyalar, saya memarlıq dekoru səciyyəvi olmuşdur. Daşla kərpicin birgə yanaşı işlədilməsi ilə tikilən Arran memarlıq abidələri qamətli kompozisiyası, daha zərif ayrintiları və incə görkəmi ilə Şirvan məktəbi nümunələrindən seçilirdi. Ən yüksək inkişaf mərhələsi Azərbaycan Atabəyləri dövləti dövrünə düşən, əsasən, bişmiş kərpicdən tikilən Naxçıvan-Marağa məktəbi abidələrinə bir sıra xüsusiyyətlər-binanın əsas tikinti kütləsi və üzlük örtüyünə ayrılması, üzləmə bloklarının işlədilməsi, gövdənin karkas sxemi, hər yandan fasadlı olmaq, dekorda həndəsi ornamentin üstünlüyü, şirli kərpiclərin işlədilməsi, epiqrafikanın rolunun artması və s. xasdır. Bu dövrün abidələrindən Bakının-Qız qalası, Mərdəkan qalası, Şamaxının-Gülüstan qalası, Beyləqanın, Gəncənin, Təbrizin, Marağanın müdafiə divarları, Abşeronun (Bakı, Mərdəkan, Nar- 81 daran, Ramana və s.) qalaları, məscid, mədrəsə və xanəgahlar (İçəri şəhərdə Sınıqqala minarəsi, Pir Hüseyn xanəgahı və s.), məqbərələr (Əcəminin yaratdığı memarlıq abidələri-Mömünə xatun-1186, Yusif ibn Küseyr məqbərəsi-1162, Qoşaminarə-1187, Cümə məscidi və s.), körpülər (Xudafərin (1027), Cuqa və s.), Gəncə qala qapıları1063, Şamaxıının Sündü kəndində tikilmiş günbəzli məscid-920, Əlincə qalası, Lerikdə Oğlanqala, X əsrdə Ağoğlan çayı sahilində tikilmiş Amaras monastrı özlərinə məxsus üslubları ilə fərqlənirdi. XII əsrdə Naxçıvan mtmarlıq üslubunda Marağada Göy günbəz, Urmiyada Üç günbəz məscidləri, Culfada sərdabələr ucaldılmışdı. XI-XII əsrlərdə tətbiqi incəsənətin bir sıra sahələrinin (saxsı qablara bəzək vurulması, parçaların rənglənməsi və naxışlanması, ağac, şüşə və s. emalı, metala naxış basılması, xalçaçılıq və s.- də) inkişaf səviyyəsi xeyli yüksəlmişdir. Ümumiyyətlə, XI-XIII əsrlərin əvvəlləri dövrünü Azərbaycan memarlığı tarixində dönüş mərhələsi saymaq olar. Bu dövrün geniş tikinti işləri Azərbaycan memarlığını yeni bina tipləri (qülləvari türbə, mədrəsə), konstruktiv fəndlər (ikiqatlı günbəzlər, mərkəzi dayaqlı tağ örtüyü), memarlıq elementləri (dairəvi minarə, ikiminarəli baştağ), memarlıq bəzəyi vasitələri (həndəsi ornament, şirli kərpic, bloklarla üzləmə) və s. ilə zənginləşdirir.

AZƏRBAYCANDA MONQOL ƏSARƏTİ. AZƏRBAYCAN XALQININ MONQOLLARA QARŞI MÜBARİZƏSİ

 Monqolların Azərbaycanı işğal etməsi.

 Azərbaycan Hülakülər dövlətinin tərkibində.

 XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı və mədəniyyət.

 Monqolların Azərbaycanı işğal etməsi XIII əsrin əvvəllərində Çingiz xanın (1206-1227) yaratdığı Monqol feodal dövləti qonşu vilayətləri işğal etməyə başladı. Bu dövrdə Azərbaycanın şərq sərhədlərində mövcud olan Xarəzmşahlar dövləti iqtisadi və hərbi qüdrətini itirmişdi və monqollarla mübarizə aparmaq iqtidarında deyildi. Ölkədə vahid mərkəzi dövlət olmadığından feodal çəkişmələri hökm sürürdü. Eldənizlərin Atabəylər dövləti, Şirvanşahlar dövləti, Marağada Rəvvadilər nəslindən olan Ağsunqurilər sılaləsi (1108-1227) əvvəlki qüdrətlərini itirmişdilər. Monqollar 1220-ci ildə Azərbaycana ilk dəfə yürüş etdilər (8, s. 322). Monqol sərkərdələri Cəbə və Subutay Zəncan, Ərdəbil, Sərab və b. şəhərləri və kəndləri dağıda-dağıda Təbrizə yaxınlaşdılar. Şəhər möhkəm qala divarları ilə əhatə edildiyindən monqollar danışıqlar aparmağı qərara aldılar. Monqollar böyük xərac aldıqdan sonra qışlamaq üçün Muğana yollandılar. Lakin gürcü çarı IV Georgi ilə Atabəy Özbək arasında hərbi ittifaq bağlandığı barədə məlumat alan monqollar Muğandan Gürcüstana basqın etdilər və gürcü çarını məğlubiyyətə uğratdılar. 1221-ci ilin əvvəllərində Cəbə və Subutayın dəstələri Gürcüstandan yenidən Azərbaycana qayıtdılar və Təbrizə tərəf hərəkət etdilər. Təbriz hakimi Şəmsəddin Tuğrayi xərac verməklə şəhəri qarətdən xilas etdi. Monqollar Ma- 83 rağa üzərinə yürüş etdilər. Əhali ciddi müqavimət göstərdi. Düşmən divardağıdan maşından istifadə edərək şəhərə daxil oldu. Əhaliyə qanlı divan tutuldu. Monqollar Marağadan sonra Ərdəbili tutdular. Ərdəbildən sonra 3-cü dəfə Təbrizə hücum etdilər. Özbək Naxçıvana qaçdı. Əhali Şəmsəddin Tuğrayinin başçılığı ilə şəhərin müdafiəsinə qalxdı. Cəbə və Subutay Təbrizin ciddi mübarizəyə hazır olduğunu görüb açıq döyüşə girməkdən çəkindilər və yenə xərac almaqla kifayətləndilər. Təbriz yenə qarətdən xilas oldu. Monqollar Sərab, Beyləqan şəhərlərini işğal edib, Gəncəyə hücum etdilər. Gəncəlilərin əvvəlcədən hazırlaşdığını bilən monqollar xərac almaqla kifayətləndilər və Gürcüstana getdilər. Sonra Şirvana soxuldular. Şirvanşah Güştasp (1203-1225) qalaların birinə çəkilməli oldu. Şamaxı əhalisi 3 gün mübarizə apardılar, lakin monqollar şəhəri tutdular, şəhərdə əhalinin kökü kəsildi. 1222-ci ildə Şamaxıdan Dərbəndə üz tutdular (8, s. 323). Dərbənd keçidindən keçməyin çətinliyini görən Cəbə və Subutay hiylə işlətdilər. Onlar Şirvanşaha danışıq üçün xəbər göndərdilər. Şirvanşah təklifi qəbul etdi və 10 nəfərlik elçi heyəti göndərdi. Monqollar elçilərin birini öldürüb digərlərini məcbur etdilər ki, onları gizli yollarla Dəbənddən şimala keçirsinlər. Onlar 1223-cü ildə Kalka çayı sahilində rus-qıpçaq qoşunlarına qalib gəldilər, lakin İdilboyunda bulqarlarla döyüşdə məğlub olub Monqolustana qayıtdılar. Azərbaycan 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddinin hücumuna məruz qaldı (9, s. 150). O, İraq, Əcəm, Kirman və Fars vilayətlərini ələ keçirdi. Sonra Marağanı tutdu, Təbrizə yönəldi. Atabəy Özbək, ailəsini qoyub Gəncəyə qaçdı, oradan Əlincə qalasına getdi və burada öldü. Bununla da Eldənizlər sülaləsi süqut etdi. Təbrizlilər şəhər rəisi Şəmsəddin Tuğrayinin qardaşı oğlu Nizaməddinin başçılığı ilə 7 gün mərdliklə vuruşdular, lakin birlik olmadığından Cəlaləddin 1225-ci ilin iyulun 25- də şəhəri tutdu. Nizaməddin Tuğrayi şəhər rəisi təyin edildi. Atabəylərin Gəncədəki canişini Cəmaləddin də şəhəri Cəlaləddinin sərkərdəsi Urxana təslim etdi. Urxan Arranın Beyləqan, Şəmkir şəhərlərini və b. tutdu. Ağsunqurilər dövləti (1227) süqut etdi. 84 Şirvanşahlar isə ildə 100 min dinar xərac verməklə Cəlaləddinin hökmranlığını qəbul etdilər. Cəlaləddin Gürcüstanın şərq hissəsini qarət etdi. Azərbaycanın idarəsi Cəlaləddinin vəziri Şərəf əl-Mülkə tapşırmışdı. Gəncə Cəlaləddinin iqamətgahına çevrilmişdi. Təbrizdə işğalçılara qarşı çıxışlar başlandı. Buna səbəb vəzirin əhalidən qanunsuz yığdığı vergilər idi. Bu barədə məktub alan kimi Cəlaləddin Təbrizə qayıtdı. Şəmsəddin Tuğrayi zindana salındı, qardaşı oğlu Nizaməddin isə qətlə yetirildi. Çox keçmədən Şəmsəddin həbsdən azad edildi. Cəlaləddinin canişinləri yerli əhalini soyub taladılar. O, İraqda ikən yerli feodallar Təbrizdə hakimiyyəti ələ alaraq, Eldənizlər dövlətini bərpa etməyə çalışdılar. Onlar Özbəyin həbsdə olan nəvəsini azad edib hakimiyyətə gətirmək istədilər. Lakin üsyançılar məğlub oldular. Cana gələn xalq Təbrizdə üsyana qalxdı. Lakin Təbriz əyanları, xüsusilə Şəmsəddin Tuğrayi xarəzmlilərə qarşı açıq mübarəzədən çəkindilər. Xalq hərəkatı bütün Azərbaycanı bürüdü. 1231-ci il Gəncə üsyanı xalq hərəkatının ən yüksək zirvəsi oldu (3, s. 20). Sənətkar Bəndərin başçılığı ilə üsyançılar şəhər hakiminin sarayını dağıtdılar, məmurlar və qulluqçular öldürüldü, Xarəzm qornizonu məhv edildi. Cəlaləddinin üsyançılarla danışıqları bir nəticə vermədi, az sonra Cəlaləddin özü qoşun hissələri ilə Gəncə ətrafında məskən saldı və üsyançılara əminamanlıq vəd etdi. Lakin gəncəlilər şəhərdən çıxaraq sultan ordusuna hücum etdilər. Qanlı döyüş baş verdi və üsyançılar şəhərə çəkilməli oldular. Cəlaləddin üsyanı yatırtdı, başçılardan 30 nəfəri edam etdirdi, Bəndər isə tikə-tikə doğrandı. Xoy, Mərənd və Naxçıvanda azadlıq hərəkatı daha geniş vüsət aldı. Monqolların Azərbaycanı və ətraf əraziləri zəbt etmək üçün əlverişli şərait yaranmışdı. 1231-ci ildə Cormoğon noyonun başçılığı ilə monqollar 2-ci dəfə Azərbaycana yürüş etdilər (8, s. 324). Monqollar Marağanı çətinliklə tutdular, əhali üzərinə ağır vergi qoyuldu. Sonra Təbriz şəhəri mühasirəyə alındı. Təbriz əyanları yenə də hədiyyələr hesabına şəhəri qırğından xilas etdilər. Bir çox tanınmış sənətkarlar Qaraqoruma göndərildi. Monqollar Gəncəni də mühasirəyə aldılar. Gəncəlilərin müqaviməti o qədər güclü idi ki, monqollar qala divar- 85 larını dağıtdıqdan sonra bir həftə şəhərə girməyə cürət etmədilər. Düşmən əlinə keçməsin deyə gəncəlilər evlərini yandırır, var-dövlətini məhv edirdilər. Uzun mübarizədən sonra 1235-ci ildə Gəncə işğal olundu. Monqollar Şəmkirdə ciddi müqavimətə rast gəldi. Şəmkirlilər şəhər hakimi Bəhramdan düşmənlə mübarizə aparmağı tələb etdilər. Lakin o, razı olmadı. Monqollar Şəmkirin ətrafındakı xəndəklərə odun və saman dolduraraq qalaya qalxmağa cəhd etdilər. Əhali gecə vaxtı samana od vurdu. Noyon Monqolları xəndəkləri qumla doldurtduraraq atəşi söndürüb şəhərə girə bildilər. Şəmkir yandırıldı, sakinləri qılıncdan keçirildi. Tovuz və Bakı tutuldu. 1239-cu ildə Dərbənd şəhərinin işğalı ilə bütün Azərbaycan monqollar tərəfindən tutuldu (9, s. 151). Monqollar Monqolustana qayıtmadılar və tutduqları ərazilərdə məskunlaşdılar. Azərbaycan və Cənubi Qafqaz əraziləri 1239-1256-cı illərdə Böyük Monqol imperatorluğunun canişinləri tərəfindən idarə olunurdu (3, s. 22). Torpaq sahələri və otlaqlar monqol canişininin ixtiyarında idi. Yerli feodallar torpaq malikanələrindən məhrum oldular, monqolların vassalına çevrildilər. Hər dəfə Böyük Monqol imperatorluğunda yeni xaqan seçildikdə yerli feodallara öz malikanələrini idarə etmək üçün icazə sənədi-yarlıq verilirdi. Bu isə əlavə xərc tələb edirdi. Ölkədə monqol siyasətinə qarşı xalq hərəkatı və üsyanlar başladı. Böyük Monqol xaqanı Münke istilaları davam etdirmək məqsədi ilə 1253-cü ildə Ön Asiyaya qoşun göndərdi. Monqolların 3-cü yürüşü zamanı, 1256-cı ildə Azərbaycan tabe edildi. 1258-ci ilin fevralında Hülakü Bağdadı tutdu və 500 ildən artıq hökm sürən Abbasilər xilafəti süqut etdi. Yeni işğal edilmiş ərazilərdə beşinci monqol ulusu-Hülakü dövləti yaradıldı (8, s. 325). 2. Azərbaycan Hülakülər dövlətinin tərkibində Hülakü dövləti Azərbaycanda bir əsr (1357-ci ilədək) fəaliyyət göstərdi (3, s. 23). Hülakü dövlətinin təsisi və uzun müddət mövcud olması Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına-onun hüdudlarının sabitliyinə, dilinə və s. təsir göstərdi. Tari- 86 xən əlverişli coğrafi şəraiti, gözəl iqlimi və zəngin təbii sərvətləri olan Azərbaycan Hülakü dövlətində mühüm yer tuturdu. Onlar Azərbaycanı Hülakü dövlətinin mərkəzi vilayətinə, Marağanı, Təbrizi, Sultaniyyəni, yenidən Təbrizi paytaxt şəhərinə çevirdilər. Hülakü dövlətinin bütün əraziləri Azərbaycandan-Təbrizdən idarə olunurdu. Qarabağ Elxanilərin yay iqamətgahı, Muğan isə qışlağı idi. Azərbaycana Arran, Şirvan, Şəki, Muğan, Qarabağ, Qaradağ, Naxçıvan, Güştasfi, Arasbar əraziləri daxil idi. Təxmini hesablamalar bu dövrdə Azərbaycan ərazisinin 250 min kv km olduğunu göstərir. Hülakü xan geniş əraziyə malik dövlət təşkil etdikdən sonra köçmə zadəganlara arxalanaraq ali hakimiyyət orqanlarını, hərbi və siyasi işləri, vilayətlərin idarəsini şahzadələrin və məşhur əmirlərin arasında böldü. Şahzadə Yuşmut Arranın hakimi təyin olundu. Hülakü dövləti nə qədər qüvvətli olsa da, köçmə feodalların qüvvətlənməsi mərkəzi hakimiyyətə qarşı mübarizəni gücləndirdi. Elxanilərlə Cuci nəslindən olan Qızıl Ordu xanları arasında Azərbaycan ərazisi uğrunda müharibə gedirdi. Qızıl Ordu xanları Azərbaycanın Çingiz xanın vəsiyyətinə görə Batı xanın payına düşdüyünü iddia edirdilər. Qızıl Ordu xanı Bərkə 1263-cü ildə sərkərdə Noqayın başçılığı ilə 30 minlik qoşunu Şirvana yeritdi. Dərbənd şəhəri tutuldu. Lakin 1265-ci ildə Elxanilər Qızıl orduluları ölkədən qova bildilər. Qızıl Ordu xanlarının 1288 və 1290-cı illərdə yürüşləri də bir nəticə vermədi. Hakimiyyət uğrunda gedən mübarizə Qazan xanın (1295-1304) Qarabağda Hülakü dövlətinin padşahı elan olunması ilə nəticələndi. O, yerli feodallarla əlaqəni möhkəmləndirmək naminə İslam dinini qəbul etdi, adını dəyişdirərək Mahmud adını götürdü. Arranda Arslan oğlunun başçılığı ilə Qazan xana sui-qəsd təşkil edildi. Sui-qəsdin üstü açıldı və onun təşkilatçıları edam olundu. 1297-1298-ci illərdə Azərbaycanın şimalında Taycu oğlunun qiyamını Qazan xan yatıra bildi və mərkəzi dövləti qüvvətləndirdi. Qazan xandan sonra Hülakü dövlətinin taxt-tacına sahib olmuş qardaşı Məhəmməd Olcaytu onun siyasətini davam etdirdi. Onu əvəz edən oğlu, 12 yaşlı Əbu Səid (1316-1335), dövlət idarəsindən kənarda qaldı (3, s. 24). 87 Olcaytunun vəsiyyətinə görə dövlət işlərinin idarəsi Sulduz qəbiləsindən olan baş əmir Çobana həvalə olundu. Əmir Çoban faktiki hökmrana çevrildi. Bundan feodal qruplar narazı oldular. Qonşu dövlətlər də Elxanilərə qarşı mübarizəyə qalxdılar. 1318-ci ildə Xorasanda iğtişaş baş verdi. Qızıl Ordu Hülakü dövlətinə hücuma keçdi, Kür çayının sahillərinə kimi gəldi. Hülakülər əsas qüvvələrini Azərbaycana topladılar və rəqiblərini geri çəkilməyə məcbur etdilər. Şimal sərhədlərini möhkəmləndirdilər. Əmir Çoban bu qələbədə mühüm rol oynadı. Buna baxmayaraq, ölkədə feodal çəkişmələri güclənirdi. Əmir Çobana qarşı açıq mübarizə gedirdi. 1319-cu ildə Gürcüstanda başlanan qiyam Azərbaycanda davam etdi. Naxçıvan qiyamçıların iqamətgahına çevrilmişdi. Onlar Təbrizə, oradan da Sultaniyyəyə getdilər. Qiyamçılarla Əbu Səidin qüvvələri arasında döyüş oldu. Əbu Səid qiyamçıları darmadağın etdi, bu igidliyinə görə ona Bahadır ləqəbi verildi. Əmir Çobanın rəhbərliyi ilə 1319- cu 1325-ci illərdə Qızıl Ordu dövlətinə yürüşlər təşkil olundu və müvəffəqiyyət əldə edildi. Çoban Elxanilər dövlətinin idarəsini bütövlükdə öz əlinə almışdı. Oğlanlarını isə bir sıra vilayətlərə hakim təyin etmişdi. Əbu Səid nəinki siyasi, həm də iqtisadi cəhətdən çobanlardan asılı idi. 20 yaşlı Əbu Səid Çobana qarşı mübarizəyə başladı. O, 1328-ci ildə Çobanı və onun oğullarından ikisini edam etdirdi. 1334-cü ildə Sultaniyyədə baş verən üsyan çətinliklə yatırıldı. 1335-ci ildə ölkə Qızıl orduluların hücumlarına məruz qaldı (8, s. 327). Əbu Səid 60 minlik qoşunla Arrana gəldi. Qızıl Ordu xanı geri çəkilməyə məcbur oldu. Bu zaman Əbu Səid arvadı tərəfindən zəhərlənərək öldürüldü. Özbək xan Kür çayına kimi irəlilədi. Yeni hökmdar Arpa xan rəqibi ölkədən qovdu. Sultan Əbu Səidin ölümü ilə Hülakü dövləti getdikcə tənəzzülə uğradı. Bu zaman “Hülakülər səltənətinin mühafizəsi” adı altında Çobanilər, Cəlairilər, Xorasan əmirləri və Şirvanşahların mübarizəsi başladı. 88 3. XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı və mədəniyyət Azərbaycanın sosial-iqtisiadi həyatı. Monqol yürüşləri Azərbaycanın ictimai-siyasi və mədəni həyatına ağır zərbə vurdu. Monqolların keçdikləri ərazilərdə mədəniyyət abidələri, ticarət yolları dağıdıldı, əkin sahələri tapdalandı, xırmanlar yandırıldı. Muğanda çağırılmış qurultayda Cənubi Qafqaz ərazisi 110 monqol noyonu arasında bölündü. Düşmən əhalini qırdı, sağ qalanlar isə qula çevrilirdi. Sənətkarlar Qaraqoruma və digər yerlərə göndərilirdi. Cavan əsirlərdən ehtiyat hərbi hissələr təşkil olunur və ön cəbhəyə göndərilirdi. Bu, məhsuldar qüvvələrə zərbə vururdu. XIII əsrin ortalarında Hülakü dövlətinin yaradılması, mərkəzi hakimiyyətin qüvvətlənməsi təsərrüfatda müəyyən canlanmaya səbəb oldu. Hülakü və Abaqa xanın zamanında torpaq və vergi siyasəti müəyyənləşdi və mərkəzi idarə sistemi yarandı. 1254-cü ildə Azərbaycanda 10 yaşından 60 yaşınadək bütün kişi qismi siyahıya alındı. Elxanilərin iqtisadi siyasətinin əsasını yerli feodalları torpaq sahibliyindən məhrum etmək və bütün gəlirlərin mənimsənilməsi təşkil edirdi. İşğal olunmuş torpaqlar incu (hökmdar və xan nəslinə məxsus) və divan (dövlət) torpaqlarına çevrildi və köçmə feodalların ixtiyarına verildi. Yeni vergilər də (qopçur-otlaq vergisi-tədricən can vergisi, tamğa-sənətkar və tacirlərdən alınan vergi, kalan və s.) toplanırdı. Vergilərin toplanması icarəyə (müqatiəyə) verilirdi. İcarədarlar qanunsuzluqlara və sui-istifadəyə əl atırdılar. XIII əsrin son rübündə Elxanilər dövlətində iqtisadi və siyasi böhran baş verdi. Keyxatu xan pul islahatı keçirdi, ölkədə kağız pullar-çao tədavülə buraxıldı. Lakin bu, xəzinənin boşalmasının qarşısını ala bilmədi. Monqol yürüşləri şəhər həyatına da ziyan vurdu. Qazan xanın islahatları, xüsusilə vergi və ticarət sahəsindəki tədbirlər şəhər həyatında canlanmaya səbəb oldu. Lakin XIV əsrin 2-ci yarısında siyasi vəziyyət şəhər həyatını daha acınacaqlı hala gətirdi. Şəhər əhalisinin sosial tərkibində sənətkarlar və tacirlər üstünlük təşkil edirdi. 89 Toxuculuq, xalçaçılıq, metalişləmə, dulusçuluq, dəri istehsalı, ağac emalı, bədii sənətkarlıq növləri daha da inkişaf etmişdir. Şirvan ipəyi dünyada məşhurlaşmışdı. Beyləqan öz qənnadı məmulatı ilə, Kağızkonan şəhəri kağız istehsalı ilə tanınırdı. Metalişləmə sahəsində soyuq silah istehsalına xüsusi diqqət yetirilirdi. Hülakü dövlətinin Asiya, Avropa və Afrikanın bir çox ölkələri ilə ikitərəfli intensiv ticarət əlaqələri var idi. Azərbaycan karvan yollarının kəsişdiyi məkana çevrilmişdi. Azərbaycanın daxilindən keçən karvan yollarının uzunluğu təxminən 2000 km-dən artıq idi. Ticarət yolları üzərində karvansaralar tikildi, karvanların təhlükəsizliyi təmin edildi, karvansalar dəstələri yaradıldı. Bakı nefti, Şirvan ipəyi, Təbriz və Şirvan xalçaları, Şəmkirin yun parçaları, Şəkinin dəri məmulatı, Naxçıvanın duzu və s mallar xarici ölkə bazarlarında yüksək qiymətləndirilirdi. Zərbxanalarda tümən, qızıl və gümüş balış, dinar, danq, fils, dirhəm və s. pul vahidi tədavülə buraxılırdı. Qazan xanın islahatları. Hülakü dövlətini iqtisadi və siyasi böhrandan xilas etmək üçün Qazan xan bir sıra islahatlar-torpaq, vergi, məhkəmə, rabitə və ticarət sahələrində islahatlar keçirdi. Torpaq islahatının əsasını monqol qoşun hissələrində qulluq edənlərə torpaq sahələrinin verilməsi- iqta təşkil edir. İqta inci və divan torpaqları, həmçinin bayrat adlanan istifadəsiz torpaqlardan verilirdi. Torpaqla birlikdə suvarma şəbəkələri və s. iqta sahiblərinə verilir. Qazan xanın 1303-cü ildə verdiyi fərmanla kəndlilərin yerini dəyişməsi qadağan edilir (3, s. 68). İqta torpaqları satıla, bağışlana bilməz. İqta sahiblərinin ölümündən sonra onun hərbi işini davam etdirən şəxsə verilir. Qazan xan bayrat torpaqların becərilməsi üçün tədbirlər gördü: sahələr qeydə alındı, sahibkarlığı müəyyənləşdirildi, sahibsiz torpaqlar divanın sərəncamına verildi, becərilməyən torpaqlar dövlət torpaqlarına qatıldı. Həmin torpaqlar yeni sahibkarlara paylandı, bunların hüquqları divan sənədləri ilə qanuniləşdirildi. Qazan xanın vergi islahatı vergilərin növləri, həcmi, toplama üsulu, vaxtı və s. kimi məsələlərdə dəqiq qayda-qanun yaratdı. Vergi verənlərin siyahısı tutuldu, vergi məbləği lövhə- 90 lərə həkk olunub baxımlı yerlərdə nümayiş etdirildi. Qeyri-qanuni vergilərin toplanması qadağan olundu. Vergi toplanması divana həvalə olundu. Məhkəmə sahəsində islahat keçirildi-qazı vəzifəsinə layiqli din xadimləri təyin olundu. 30 illik tarixi keçmiş iddia sənədləri öz qanuni qüvvəsini itirmiş elan olundu. Qazi vəzifəsinə təyin olunanlardan qanuna ciddi əməl edəcəkləri barədə iltizam alınması tətbiq olundu. Qazan xanın rabitə sahəsində tədbirləri vahid rabitə sisteminin yaranmasına səbəb oldu. Əsas yollarda hər 3 fərsəxdən (20 km.) bir rabitə dayanacaqları-yamlar yaradıldı. Yamlara əmirlər təyin olundu. Yollarda karvansaralar tikildi. Qazan xan ticarətin inkişafını təmin etmək üçün vahid pul sistemi yaratdı, çəki və ölçü vahidlərini sabitləşdirdi, ticarət yollarında və bazarlarda gömrük toplanması, karvanların, ticarət mərkəzlərinin qorunması üçün əsaslı tədbirlər gördü. Qazan xanın islahatları ilk vaxtlar təsirli nəticələr verdi, lakin XIV əsrin 30-cu illərində ölkənin iqtisadi vəziyyəti yenidən pisləşməyə başladı. Əbu Səidin dövründə mərkəzi hakimiyyətin zəifləməsi, Xorasanda, Gürcüstanda və başqa vilayətlərdə baş vermiş iğtişaşlar, Qzıl Ordu xanlarının Azərbaycana yürüşləri ölkənin təsərrüfatına, iqtisadiyyatına güclü zərbə vurdu. Çobani əmiri Əşrəfin zülm və çapqınlıqla topladığı vəsait və mal-dövlət 17 xəzinədə saxlanılırdı. Sonralar, Əşrəf Təbrizdən qaçmağa cəhd göstərərkən, onun əmlakını daşımaq üçün 10.000 dəvə və 4000 qatır lazım olmuşdur. Azərbaycan əhalisi Çobani feodallarının zülmündən təngə gəlib vətəni tərk edirdi. XIV əsrin 80-cı illərində ölkədə başlanan feodal çəkişmələri yenidən iqtisadi böhrana gətirib çıxardı. Toxtamış və Teymurun ara verməyən hücumları, daxili ara müharibələri şəhərlərin, kəndlərin dağılmasına, təsərrüfatın daha da geriləməsinə səbəb oldu. Maarif. Monqol-türk qəbilələrinin Azərbaycana gəlişi ölkədə elm və mədəniyyətin inkişafına təsir etdi. Təhsil sisteminin əsasını məktəb və mədrəsə təşkil edirdi. Məktəb əsasən ibtidai təhsil verən elm ocağı idi. Əsas dərslər şəriət dərsləri, dini ehkamların təlimi, Quran oxunması idi. Yetim uşaqların təhsil alması üçün “Dar ülitam” (Yetimlər evi), “Beyt ül-təlim” (Təlim evi) adlanan məktəblər 91 fəaliyyət göstərirdi. Burada hər 10 uşağa bir tərbiyəçi-atabəy təhkim olunurdu. Təhsilin Məzhər formasında şagirdlər elmin müxtəlif sahələri ilə müstəqil məşğul olur, vaxtaşırı öz ustadının yanına gedib məsləhət alır və onun mühazirələrini dinləyirdilər. Mədrəsələr əsasən orta təhsil verirdi. Dini təlimlə yanaşı, dünyəvi elmlər, ictimai və texniki fənlər keçilirdi. Tədrislə 2 müdərris məşğul olurdu-biri şəriət dərslərini, digəri dünyəvi fənləri tədris edirdi. Mədrəsə xərcləri şəxsi hesabdan və ya vəqf əmlakının gəlirlərindən ödənilirdi. Təbrizdə xüsusi elm ocağı-ali mədrəsə Rəbi Rəşidi məhəlləsində yerləşir, Şərqdə ilk ali təhsil ocağı idi. Onun təsisçisi alim, həkim Fəzlüllah Rəşidəddin olmuşdur. Təbriz ali mədrəsəsində 500-ə qədər alim dərs demiş, 7000 tələbə təhsil almışdır. Onlardan 6000 nəfəri başqa ölkələrdən və şəhərlərdən gəlmişlər. Müdavimlər təqaüd alır, yataqxana ilə təmin olunurdular. Ali mədrəsə müasir dövrün tanınmış universitetlərinin göstəriciləri səviyyəsindədir. Bu faktlar hələ 700 il bundan əvvəl Təbrizdə Universitetin (Darülfünun) mövcud olduğunu bildirir. Rəbi Rəşidi məhəlləsində 60000 nüsxə kitaba malik kitabxana var idi. Şam-Qazanda fəaliyyət göstərən 2 kitabxana qiymətli kitablar xəzinəsi hesab olunurdu. 1259-cu ildə Marağada Nəsirəddin Tusinin rəhbərliyi ilə tikilmiş rəsədxana, həmçinin, XIV əsrin əvvəllərində Şam-Qazanda (Təbriz) tikilmiş rəsədxana Şərqdə nücum elminin (astronomiya) mərkəzinə çevrildi. Marağa rəsədxanasında 100-dən artıq alim, 400 min əlyazmaya malik kitabxanası var idi. Marağa rəsədxanasının banisi Nəsrəddin Tusinin (1201-1274) təhsil aldığı Tus şəhərinin adı ilə Tusi ləqəbi qəbul etmiş, bir müddət Ələmut qalasında həbs də qalan Tusi Hülakü xanın əmri ilə azad edildi, əvvəl onun məsləhətçisi, sonra isə Abaqa xanın vəziri oldu. Tibb sahəsində Fəzlullah Rəşiddədinin böyük rolu olmuşdur. Ölkədə əhalinin xəstəliklərdən mühafizə və müalicəsi məqsədi ilə xüsusi müəssisələr-dar üşşəfalar (şəfa evləri) fəaliyyət göstərirdilər. Təbrizin Rəbi Rəşidi məhəlləsində fəaliyyət göstərən şəfa evində Hindistan, Çin, Misir, Şam və s. vilayətlərdən gəlmiş 50 tanınmış həkim çalışırdı. Ölkədə darüxanalar (aptek) mövcud idi. Gəncəli Kirakos Qafqaz Albaniya- 92 sında XIII əsrdə baş vermiş hadisələri, albanların başına gələn müsibətləri qələmə almışdı. Coğrafiya sahəsində Zəkəriyyə Qəzvininin, Həmdullah Qəzvininin, Azərbaycan alimi Əbdürrəşid Bakuvinin əsərləri meydana gəldi. Dilçilik sahəsində Azərbaycan alimləri Hinduşah Naxçıvani və oğlu Məhəmməd Naxçıvani daha çox tanındılar. Bu dövrdə ikidilli, üçdilli lüğətlər meydana gəldi. “Azərbaycan dili” ifadəsi işlənməyə başladı. Azərbaycanda fəlsəfə, hüquq və s. elmlər də inkişaf etdi. Azərbaycan mütəfəkkiri Mahmud Şəbustəri (1287-1320) ərəb və fars dillərinin kamil bilicisi, fəlsəfə, məntiq, etika, psixologiya, anatomiya, mineralogiya elmləri sahəsində tanınmış şəxsiyyət idi. Azərbaycan dilində klassik poeziyanın ilk məlum nümayəndəsi Həsənoğlu Şeyx İzzəddin (XIII əsr) “Pur Həsən” təxəllüsü ilə Azərbaycan və fars dillərində divanlar yaratdı. Nizami ədəbi mühitinə mənsub Əssar Təbrizi (1325-1390) dövrünün tanınmış şairi, alimi olmuşdu. XIV əsr ədəbiyyatında hürufilik xüsusi yer tuturdu. Hürufilik “hərf”sözündən olub, ərəb hərflərinin ilahiliyini, Allahın 2 təzahür yolundan birinin məhz səsdə, nitqdə, hərflərdə olduğunu bəyan edirdi. Hürufilərə görə Allah söz-kəlam şəklində görünür. Odur ki, ərəb əlifbasındakı 28 hərf müqəddəsdir, məhəbbət və gözəlliyin əsasını təşkil edir. Hürufiliyin əsasını Nəimi Fəzlullah (1340-1394) qoymuş, digər nümayəndəsi İmadəddin Nəsimi 1369-cu ildə Şamaxıda anadan olmuşdur. İlk şeirlərini “Hüseyni” təxəllüsü ilə yazan müəllif hürufilərə qoşulduqdan sonra Nəiminin şərəfinə “Nəsimi” təxəllüsü qəbul etdi. XIII-XIV əsrlərdə Azərbaycanda memarlıq daha da inkişaf etdi. Təbriz memarlıq məktəbi Beyləqandan Həmədana, Qəzvindən Şərqi Anadoluya kimi olan böyük bir ərazidə şəhərsalma işinin geniş inkişaf etməsində mühüm rol oynadı. Monqolların 2-ci yürüşündən dağıdılan Gəncə 1239-cu ildən bərpa olunmağa başladı. XIII əsrin sonu-XIV əsrin əvvəllərində Sultaniyyə şəhəri tikildi. Qazan xan Xəzər dənizi yaxınlığında Mahmudabad şəhərini inşa etdirdi. Mərdəkandakı dairəvi qala və dördkünc qala, Nardaran və Ramana qalaları XIII-XIV əsrlərdə inşa olundu. XIII-XIV əsrlərdə Azərbaycanın müxtəlif yerlərində Şərq memarlığına məxsus kubşəkilli, səkkiz- 93 bucaqlı, qülləvari türbələr meydana gəldi. Naxçıvanın Cuğa kəndi yaxınlığında tikilmiş Gülüstan türbəsi Möminə xatın türbəsi üslubunda inşa olundu. 1305-1313-cü illərdə Sultaniyyədə Şərq türbələrinin qiymətli incilərindən sayılan Olcaytu Xudabəndə türbəsi, 1322-ci ildə tikilmiş Bərdə türbəsi, Qarabağlar kəndində memarlıq kompleksindəki türbə (Baştağ) özünəməxsus yer tuturdu. Qoşaminarəni birləşdirən Baştağ XIV əsrin əvvəllərində Hülakü xanın arvadı Qutuy xatının şərəfinə inşa olunmuşdu. Azərbaycan xalçaçılıq sənətində öz dəsti-xətti ilə seçilən Təbriz, Qarabağ, Quba-Şirvan və Gəncə-Qazax xalçaçılıq məktəbləri orta əsrlərdə dünyəvi sənət inciləri yaratdı. Azərbaycanda dulusçuluq, misgərlik, ipəkçilik, toxuculuq və s. sənət növləri inkişaf etdi. Təbriz ustalarından Yusif ibn Əhmədin 1319-cu ildə hazırladığı və indi Londonda Viktoriya və Albert muzeyində saxlanılan bədii kasa və usta Əbdüləziz ibn Şərafəddinin 1399-cu ildə düzəltdiyi tiyan nadir sənət nümunələri idi. Ağırlığı 2 ton, diametri 2,5 m. olan tiyan hazırda Sankt-Peterburqun Ermitaj Muzeyindədir. Tiyan Teymurun sifarişi ilə Təbrizdə hazılanmışdır. Təbriz kitab sənəti miniatür boyakarlığın qüdrətli mərkəzinə çevrilmişdi. Azərbaycanda xəttatlıq da inkişaf etmişdi. Bu dövrün görkəmli musiqişünasları Səfiəddin Urməvi və Əbrülqadir Marağai olmuşlar. Onlar musiqiyə dair bir sıra qiymətli əsərlər yazmışlar.