AZƏRBAYCANDA İBTİDAİ-İCMA CƏMİYYƏTİ

 Azərbaycan ərazisində ilk sivilizasiyanın meydana gəlməsi. Qədim insan məskənləri. Azərbaycanda ibtidai icma cəmiyyəti və onun mərhələləri . İbtidai icma quruluşunun dağılması.

            Azərbaycan ərazisində ilk sivilizasiyanın meydana gəlməsi. Qədim insan məskənləri. Azərbaycan dünyanın ən qədim mədəniyyət ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şəraitə, zəngin fauna və flora aləminə, mülayim iqlimə malik olan Azərbaycan yer kürəsində ibtidai insanın formalaşdığı ərazilərdən biridir. Dünyada ilk insan qalıqları Şərqi Afrikada (Keniya, Tanzaniya) tapılmış, 2-3 mln., Azərbaycanda ibtidai insanın (Qarabağda Azıx, Tağlar, Kəlbəcərdə Zar, Naxçıvanda Qazma, Qazaxda Daşsalahlı, Damcılı, Lerikdə Buzeyir mağaraları) isə 1,5 mln. il b.ə. yaşadığı müəyyən edilmişdir. Azərbaycanda ibtidai icma cəmiyyəti və onun mərhələləri. Bəşər tarixinin inkişafının ilk mərhələsi olan ibtidai-icma cəmiyyəti şərti olaraq üç dövrə bölünür: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü. İbtidai icma cəmiyyətinin ilkin mərhələsi olan Daş dövrü öz növbəsində üç mərhələyə bölünür: - Qədim Daş dövrü (Paleolit); - Orta Daş dövrü (Mezolit); - Yeni Daş dövrü (Neolit). İbtidai insanın Qədim Daş dövrü-Paleolit 3 mərhələyə bölünür: Alt Paleolit, Orta Paleolit və Üst Paleolit. Alt Paleolit ilk insan tipinin yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Bu dövr Qarabağın Quruçay vadisində, Füzuli 11 şəhəri yaxınlığında Azıx mağarasında tapılmış maddi nümunələr əsasında öyrənilmişdir. İbtidai insanlar mənimsəmə təsərrüfatı ilə - yığıcılıq və ovçuluqla məşğul olublar, kiçik qrup, dəstə halında olaraq insan “sürüsü” və ya ulu icmada birləşiblər. Ulu icma kortəbii şəkildə, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır. Əmək alətlərinin düzəldilməsi və oddan istifadə insanların heyvan aləmindən ayrılmasını sürətləndirdi. Azıx mağarasında 700 min il b.ə. aid olan ocaq izləri tapılmışdır. Azıx mağarasında 1968-ci ildə ibtidai insanın alt çənə sümüyünün qalığı tapılmışdır-bu dünyada 4-cü tapıntıdır, Azıxantrop, yəni “Azıx adam” adlanır və 350-400 min b.ə. yaşamışlar. Azıx mağarasında tikili qalığı, müəyyən işarələr cızılmış ayı kəllələri tapılmışdır. Bu sadə dini ayinlərin və totemlərin (heyvanlara inam) yaranması ilə bağlıdır. Alt Paleolit dövrünün sonunda əmək alətləri: çaxmaqdaşı, bazalt və obsidiandan (vulkanik şüşə-dəvəgözü) hazırlanmışdır. (8, s.22) Orta Paleolit 100 min il b.ə.-e. ə. 40-cı minilliyə qədər davam etmişdir. Bu dövr Mustye mədəniyyəti (Fransada yer adıdır. Orta Paleolit əmək alətləri ilk burada tapılmışdır) dövrü adlanır. Qədim insanlar daha geniş əraziyə yayılmışlar: Kiçik Qafqazın cənub-şərq yamacında, Naxçıvan (Qazma), Qarabağ (Tağlar), Qazax (Damcılı) bölgələrində məskən salmışlar. (9, s.12). Yeni insan tipi-neandertal adamı yaranmışdır (Almaniyada yer adı). Ovçuluqla, yem toplamaqla məşğul olurdular, axirət dünyasına inam ilk dəfə bu dövrdə yaranmışdır. Ovsun, heyvanlara (totemlərə), təbiət qüvvələrinə inamla bağlı dini təsəvvür formaları meydana gəlmişdir. Ulu icma yavaş-yavaş sıradan çıxmış, qəbilə icması yaranmağa başlamışdır. Qəbilə icmasının əmələ gəlməsi. Üst Paleolit 40 min il bundan əvvəldən e. ə. 12 - ci minilliyə qədər davam etmişdir.

            Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrində daha çox rast gəlinmişdir. Bu dövrdə Azərbaycanda ağıllı insan tipi “Homo Sapiyens” yaranması başa çatmışdı. Əmək fəaliyyətinin artması şüurun, düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuşdu. Ulu icmanı qan qohumluğuna əsaslanan qəbilə icması-nəsli qə- 12 bilə əvəz etmişdir. Qadının təsərrüfatda rolu daha böyük olduğu üçün qan qohumluğu ana xətti ilə götürüldüyünə görə belə quruluşa ana xaqanlığı – matriarxat deyilir (8, s.24). Mezalit və ya Orta Daş dövrü e.ə. 12-ci minilikdən e.ə. 8-ci minilliyə qədər davam etmişdi. Ox və kaman ixtira edilmişdir. İnsanlar qida ehtiyatlarını artırmağa və heyvanları əhliləşdirməyə nail olmuşlar. Beləliklə, ibtidai maldarlığın əsası qoyulurdu. Toplanmış yabanı bitki toxumlarının bir hissəsini ehtiyat üçün saxlayırdılar. Bu ibtidai əkinçiliyinin meydana gəlməsinə şərait yaradırdı.

            Beləliklə, Mezolit dövründə mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur (1, s. 83). Bu dövr Qobustan abidəsi əsasında öyrənilmişdir. Burada insanlar təxminən e.ə. 12-ci minillikdən yaşamışlar. Onlar ovçuluq, balıqçılıq və yığıcılıqla məşğul olmuşlar. Əmək alətləri kiçik ölçülü-mikrolit, həndəsi formalı, gəzli, üçkünc, kəsici və s. olmuşlar. Sümükdən biz, ox ucu, balıqçılıqda istifadə olunan alətlər düzəldilirdi. Qazaxda Damcılı mağarasında Mezolit dövrünə aid kiçik ölçülü ox ucları, müxtəlif tipli alətlər, cilalanmış, dişli lövhələr tapılmışdır. Qobustan qayalarında bu dövr insanlarının ovsun-totem inamları, dini ayinləri, ov səhnələrini əks etdirən rəsmlər, qadın və müxtəlif heyvan rəsmləri təsvir edilmişdir. Mezolit dövründə insanlar axirət dünyasına inanmış, dəfn zamanı ölülərin yanına məişət əşyaları qoymuşlar. İstehsal təsərrüfatının yaranması. Neolit dövrü e.ə. VII minillikdən başlamışdır. İstehsal təsərrüfatı bu dövrdə yaranmışdı. İnsanlar maldarlıq və əkinçiliklə məşğul olmuş, saxsı qablar hazırlamış, daş alətləri cilalamağı və deşməyi öyrənmiş, toxuculuqla məşğul olmuşlar (9, s.14). Təsərrüfatda olan bu yeniliklərə “Neolit inqilabı” deyilir. Əhali oturaq həyata keçmiş, ovçuluqla, balıqçılıqla məşğul olmuşdur. Əmək alətləri çaxmaqdaşından, obsidandan (vulkanik şüşə-dəvəgözü) hazırlanırdı. Naxçıvanda, Gəncə ətrafında, Təbriz yaxınlığında, Qobustanda, Qazax bölgəsində Neolit dövrü abidələrindən daş toxalar, oraq dişləri, çəkic, balta və lövhələrdən ibarət əmək alətləri tapılmışdır. Eneolit dövrü e.ə. VI-IV minillikləri əhatə etmişdir. İnsanlar ilk dəfə metalla tanış olmuş və misdən alətlər hazırlamışlar. Azər- 13 baycanda bu dövrün yaşayış məskənləri Gəncə-Qazax, Mil-Qarabağ, Muğan, Naxçıvan bölgələrində, Urmiya gölü ətrafında və Təbriz yaxınlığında tədqiq edilmişdir (8, s. 27-28). Əkinçi-maldar tayfalar kiçik kəndlərlə, qəbilə icmaları halında çay kənarında, əkinçilik və maldarlıq üçün əlverişli yerlərdə salınırdı. Yaşayış binaları kiçik, çiy kərpic və möhrədən dairəvi tikilirdi. Evin ortasında və ya divarın yanında ocaq qurulurdu. Belə evlərdə qoşa nigaha əsaslanan ailələr yaşamışlar. Əhali əkinçilik, maldarlıq, balıqçılıq, dulusçuluq, daşişləmə, sümükişləmə, toxuculuq və s. məşğul olmuşlar. Sənətkarlar saxsı qablar, daş və sümükdən əmək alətləri, məişət və bəzək əşyaları hazırlayırdılar.Torpağı toxa ilə şumlayırdılar. Həmin dövr “toxa əkinçiliyi” dövrü adlanır. Taxıl daş oraqla biçilirdi, taxıl ehtiyatı saxsı küplərdə və quyu anbarlarda saxlanırdı. Bir neçə buğda və arpa növü əkib becərirdilər. Ev heyvanları əhliləşdirilmişdi. E.ə. V minilliyin axırlarında Azərbaycanda ilk dəfə atın əhliləşdirilməsinə başlanmışdır. Cəlilabadda Əliköməktəpədə əhliləşdirilmiş at sümükləri tapılmışdır. Tapılmış iy ucluqları toxuculuqla məşğuliyyəti sübut edir. Misdən müxtəlif əmək alətləri və bəzək əşyaları hazırlanmışdır. Qadın müqəddəs varlıq hesab edilirdi. Tapılmış qadın heykəlləri bunu sübut edən maddi mədəniyyət qalıqları idi. Eneolit dövründə anaxaqanlığı nəslinin mövqeyi sona çatmış, icma ağsaqqalları şurası mühüm rol oynamışdır. Ölüləri yaşayış məskənində, binaların arasında və evlərin içərisində basdırırdılar. Ölülərin üzərinə qan rəmzi sayılan qırmızı boya çəkir, yaxud orxa səpirdilər. Eneolitin son mərhələsində e.ə. IV minilliyinin I yarısında metalişləmənin inkişafı başlamışdı. Azərbaycanda metal alətlərdən istifadə. Tunc dövrü e.ə. IV minilliyin sonundan (Azərbaycanda e.ə. II minilliyin sonlarına qədər) başlayır. Tuncun meydana gəlməsi ibtidai cəmiyyətin tələbatından döğmuşdu. Təmiz misdən hazırlanan alətlər tez xarab olurdu. Tunc misə müxtəlif qatışıqlar qatışdırmaqla alınan yeni metal idi. Tunc dövrünü erkən, orta və son tunc dövrü mərhələlərinə bölürlər. Erkən Tunc dövrü e.ə. IV minilliyin 2-ci yarısından III minilliyin sonuna qədər davam etmişdir. Bu dövrə Azərbaycanda Kür-Araz mədəniyyəti səciyyəvidir ki, bu da Qarabağda, Naxçı- 14 vanda, Xaçmazda, Qazaxda, Şəmkirdə, Qobustanda, Urmiya ərazisində və b. bölgələrdə tapılmış zəngin materiallar əsasında tədqiq edilmişdir (8, s.33-34). Yaşayış məskənləri bəzən 3-5 ha çatırdı, çay kənarında, düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə salınırdı, ətrafına müdafiə divarı çəkilirdi. Bunlar Füzuli rayonunda, Təbriz yaxınlığında, Urmiya gölü ətrafında öyrənilmişdir. Evlər dairəvi formada, bünovrəsi daşdan, divarları çiy kərpicdən, bəzi bölgələrdə çubuqdan hörülüb suvanmış daxmalar və yarımqazma evlər formasında tikilirdi. Dini ayinlər üçün ibadətgahlar tikilmişdir. Xaçmaz rayonunda Sərkərtəpə yaşayış məskənində dairəvi planlı böyük ibadət evi aşkar edilmişdir. Belə ibadət evləri Qazax rayonunda Babadərviş və Naxçıvan yaxınlığında Kültəpə yaşayış yerlərində də vardır. Erkən Tunc dövründə 1-ci böyük ictimai əmək bölgüsü meydana gəlmiş, əkinçilik maldarlıqdan ayrılmışdır (8, s. 35). Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olunmuşdur. Süni suvarma yaranmışdır. Şumlama zamanı qoşqu heyvanlarından istifadə edilirdi. Taxılın biçilməsində daş lövhələrdən hazırlanmış oraqlarla yanaşı, tunc oraqlardan da istifadə edilirdi. Taxıl xüsusi quyularda və böyük təsərrüfat küplərində saxlanılır, həvəngdəstələr, dən daşları (kirkirə) və sürtkəclərin köməyi ilə üyüdülürdü. Maldarlığın inkişafında mühüm irəliləyişlər var idi. Davarların (qoyun, keçi və s.) sayının artması, atdan istifadə nəticəsində maldarlığın yeni sahəsi-köçmə (yaylaq) maldarlığı meydana gəlmişdi. Maldar tayfalar əkinçilərə nisbətən daha tez varlanmışlar. Artıq məhsul alışverişin genişlənməsinə imkan vermişdi. Əmlak bərabərsizliyi meydana gəlmişdi (1, s. 114). Azərbaycanın əhalisi sənətkarlığın dulusçuluq, metalişləmə, toxuculuq və s. sahələr ilə məşğul olmuşdur. Saxsı qabların bir qismi xörək və mətbəx qabları idi. Tuncdan əmək alətləri, silahlar, bəzək əşyaları (muncuq, qolbaq və s.) və məişət əşyaları (biz, iynə, bıçaq və s.) hazırlanmışdır. Bəziləri qızıl əşyalar da hazırlamışlar. Qoyunçuluğun inkişafı toxuculuğu genişləndirmişdir. Axirət dünyasına inam var idi. Tunc dövründə ölülər yaşayış məskənlərindən kənarda dəfn edilmiş, bəzi qəbirlərin üzərində kurqanlar (torpaq təpələr) qurulmuşdur. Ölüyandırma və kollektiv dəfnetmə adəti meydana gəlmişdir. Ailədə, təsərrüfatda və ic- 15 timai həyatda kişilərin rolu artmağa başlamışdır. Ailəyə və tayfaya kişilər başçılıq etməyə başlamışlar. Erkən tunc dövründə xış əkinçiliyi və köçmə maldarlığının yaranması kişinin təsərrüfatda rolunu artırmış və anaxaqanlığı (matriarxat) ataxaqanlığı (patriarxat) ilə əvəz edilmişdir (9, s. 21). Orta Tunc dövrü e.ə. III minilliyin axırı və II minilliyin əv. başlamış, II minilliyin ortalarına qədər davam etmişdir. Orta Tunc dövründə sosial və əmlak bərabərsizliyi artmış, tayfalar arasında əlaqələr genişlənmiş, iri yaşayış məskənləri yaranmışdır. İlkin şəhər mərkəzləri də yaranmış və müdafiə divarları ilə əhatə olunmuşdur: Naxçıvandakı İkinci Kültəpə, Oğlanqala, Urmiya sahilindəki Göytəpə, Qarabağdakı Üzərliktəpə. Qədim Naxçıvan şəhəri Orta Tunc dövründə, 3500 il b.ə. tanınmışdır. Artıq təbəqələşmə gedirdi (2-3 otaqlı evlərin olması bunu sübut edirdi). Bağçılıq və bostançılıq kimi yeni təsərrüfat sahələri yaranmışdı. Süni suvarma kanalları yaradılmışdır. Taxılın döyülməsində öküz və ya at qoşulmuş daş vəllərdən istifadə edilmişdir. Taxıl və un ehtiyatı saxsı küplərdə, quyularda saxlanırdı. Üzümçülük və şərabçılıq meydana gəlmişdir. Atdan minik vasitəsi və qoşqu qüvvəsi kimi istifadə edilmişdir. Maldarlığın inkişafı əhalinin ət və süd məhsullarına olan tələbatını ödəməklə yanaşı, tayfalararası ticarətin artmasına şərait yaratmışdır. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi nəticəsində 2-ci böyük ictimai əmək bölgüsü-sənətkarlığın başqa istehsal sahələrindən ayrılması baş vermişdi (8, s. 41). Naxçıvan yaxınlığında II Kültəpədə dulusçuluq məhəlləsi və dulus sobaları tapılmışdır. Qablar naxışlarla bəzədilərkən rəngli boyalardan istifadə edilmişdir. Filizçıxarma işi geniş inkişaf etmişdir. Əridilmiş metalı xüsusi qəliblərə tökərək müxtəlif əmək alətləri, silah, bəzək əşyaları hazırlayırdılar. Döymə və lehimləmə üsullarından istifadə olunmuşdur. Toxuculuq, sümükişləmə, gön-dəri işləmə və daşişləmə kimi sənət sahələri də inkişaf etmişdir. Ovçuluq və balıqçılıq köməkçi məşğuliyyət sahələri idi. Orta Tunc dövründə Azərbaycan ərazisində yaşamış qəbilə və tayfalar böyük tayfa ittifaqlarında birləşmişlər. İri tayfa ittifaqlarının vahid mərkəzləri var idi. Onlara nüfuzlu, varlı adamlar başçılıq edirdi. İctimai və əmlak bərabərsizliyi 16 dərinləşmişdi. Əhalinin dini inamları, mərasim və ayinləri qəbir abidələrinin quruluşunda (daş qutular, kurqanlar), dəfn adətlərində (ölülərin yandırılması, onların üzərinə qırmızı boya çəkilməsi və s.) əks olunmuşdu (1, s. 122). Qaya təsvirlərinin bir çoxu ibtidai ovsunla bağlı olmuşdur. Saxsı qabların, metal əşyaların və bəzək şeylərinin üzəri həndəsi naxışlar, heyvan və bitki rəsmləri ilə bəzədilmişdir. Tunc dövrünün sonu. Erkən Dəmir dövrü. İbtidai icma quruluşu dağılmağa başlayır. Bu dövr e.ə. XIV-XII əsrləri əhatə edir. Erkən (ilk) Dəmir dövrü e.ə. XI-VIII əsrləri əhatə edir. Möhkəm keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan əmək alətləri və silahlar yeni yüksəlişə səbəb oldu. Tayfa ittifaqları daha da güclənmişdi. Azərbaycanda yaşayış məskənləri, qəbir abidələri (kurqanlar, daş qutular, torpaq qəbirlər) və müdafiə tikililəri, siklopik (siklop-təpəgöz, siklopik-böyük ölçülü tava daşlarından hörülmüş qalaçalar-təpəgözlər tikmişlər) qalalar tədqiq edilmişdir. Yaşayış və təsərrüfat binalarının bünövrəsi çay daşları və ya qaya parçalarından qoyulur, divarları çiy kərpicdən hörülürdü, ətrafına müdafiə divarları çəkilirdi. Bu dövrdə sənətkarlıq daha məhsuldar inkişaf etmiş, qonşu ölkələrlə mübadilə və ticarət əlaqələri genişlənmişdi. Tədricən ibtidai icma quruluşu dağılmış, sinifli cəmiyyət yaranmışdı (1, s. 166). Təsərrüfatda yarımköçəri yaylaq maldarlığı ön plana keçmişdir. Kurqan abidələr geniş yayılmışdır. Maldar tayfalar davar və qaramal bəsləyir, öz ehtiyaclarından artıq qalan məhsulu əkinçilər və sənətkarlarla taxıla, əmək alətlərinə, silah və zinət əşyalarına dəyişirdilər. Son Tunc dövründə atdan minik və qoşqu vasitəsi kimi geniş istifadə edilmişdir. Ona sitayiş ayini meydana gəlmişdir. Kurqanlarda dəvə skeletləri də tapılmışdır. Əmək alətləri təkmilləşmiş, iri suvarma kanalları çəkilmişdir. Əkinçilikdə buğda, arpa, darı və s. bitkilər becərilir, taxıl tuncdan və dəmirdən hazırlanmış oraqlarla biçilir, taxıl vəllərlə döyülür, dən daşlari ilə üyüdülürdü. Üzümçülük və şərabçılıq inkişaf etmişdir. Dulusçuluq əmək fəaliyyətində xüsusi yer tuturdu. Saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə olunurdu. Ərzaq ehtiyatlarını saxlamaq üçün müxtəlif çeşidli saxsı qablar hazırla- 17 nırdı. Bu qablar dulusçuluq sobalarında bişirilirdi. Metalişləmədə ustalar zərbetmə, oyma, lehimləmə, həkketmə (qravüra) üsulları ilə qızıl və gümüşdən zinət əşyaları hazırlamışlar. Toxuculuq, sümükişləmə, daşişləmə, ağacişləmə, gön-dəri emalı və b. sənət sahələri də əhəmiyyət kəsb edirdi. E.ə II minilliyin axırı-I minilliyin əvvəllərində dəmirdən müxtəlif əşyalar hazırlanmışdır. Sənətkarlar içərisindən sənətkar-tacirlər qrupu ayrılmışdır (1, s. 163-164). Onlar hazır məhsulun satışı ilə məşğul olmuş, sonralar peşəkar tacirlərə çevrilmişlər. Tayfa başçısının hakimiyyətinin qüvvətlənməsi, dini və hərbi rəhbərliyin onların əlində toplanması bu şəxslərin ilahiləşdirilməsinə gətirib çıxarırdı. Belə tayfa başçıları öləndən sonra ona sitayiş olunur, onların xatirəsini əbədiləşdirmək üçün kurqanlar ucaldılırdı. Bəzən tayfa başçısının arvadını, kənizlərini və qulluqçularını öldürüb onunla birlikdə dəfn edir, sahibi ilə birlikdə atlarını da basdırıdılar. Atları yüyənli-cilovlu, müxtəlif əşyalarla bəzədilmiş halda qəbirə qoyurdular. Bu, axirət dünyasına inam idi. Səma cisimlərinə (Aya, ulduza, Günəşə) inam dərin kök salmışdı. Azərbaycanın zəngin filiz yataqları, cins at növləri, saysız-hesabsız heyvan sürüləri, yüksək keyfiyyətli sənətkarlıq nümunələri ticarətdə, alışverişdə böyük rol oynamışdı. Azərbaycan Assuriya ilə geniş ticarət əlaqələri saxlayırdı. Azərbaycanda Assuriyada istehsal olunmuş şirli gil qablar, silindrik möhürlər, silahlar, bəzək şeyləri tapılmışdı. Xocalıda üzərində mixi xətlə Assuriya padşahının (Adadnirari) adı yazılmış muncuq tapılmışdır. Su yolları ilə ticarət əlaqələri çay (Kür-Araz) və dəniz (Xəzər) vasitəsilə yaradılırdı. Qobustan qayalarında həkk olunmuş müxtəlif gəmi təsvirləri buna sübutdur. 2. İbtidai icma quruluşunun dağılması E.ə. II minilliyin axırı-I minilliyin əvvəllərində ibtidai icma quruluşunun dağılması sürətlənmişdir. Azərbaycanın cənub ərazisində dövlət qurumları, şimal hissəsində iri tayfa ittifaqları mövcud olmuşdur. İri tayfa ittifaqları yaranır (Xocalı-Gədəbəy, TalışMuğan, Naxşıvan, Qobustan-Abşeron, Quba-Xaçmaz, Şəki-Balakən zonalarının iri etnik birləşmələri), bu itifaqa nüfuzlu tayfa başçıları 18 rəhbərlik edirdi. Tayfalar daxilində də güclü təbəqələşmə gedirdi. Əhalinin təbəqələşməsi yoxsul və varlı adamlara məxsus qəbirlərdə (kurqanlar, daş qutular) yaxşı izlənirdi. Kurqanlar böyüklüyü, quruluşu və içərisinə qoyulmuş əşyaların zənginliyi ilə fərqlənirdi. Tunc dövründə əhalinin məişətində və dünyagörüşündə əsaslı dəyişikliklər olmuşdur. Tikinti işində məişət avadanlıqlarının çox növlü və yüksək bədii zövqlə hazırlanması, sitayişlə bağlı bütlərin yaranması, səma cisimlərinə, suya, ağaca, ayrı-ayrı heyvanlara və s. sitayiş izlənilirdi. Məişət əşyaları, bəzək əşyaları həndəsi naxışlarla, insan, heyvan və quş təsvirləri ilə bəzədilirdi. Bu dövrdə qullar olmuşdu. Sahibkarların qullarını da onunla dəfn edirdilər. Qəbirlərdən çoxlu silah-nizə, ox ucluqları, xəncər, qılınc, döyüş baltası, paltar zirehləri, toppuz və s. tapılması həmin dövrdə cəmiyyətin həyatında hərb işinin mühüm yer tutduğunu göstərir. İri tayfa ittifaqlarının yaranması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmlənməsi, cəmiyyətin yoxsullara və varlılara parçalanması və s. amillər e.ə. II minilliyin axırı-I minilliyin əvvəllərində Azərbaycanda ibtidai icma quruluşunun dağılmasını sürətləndirdi (8, s. 56-57).

 AZƏRBAYCAN ƏRAZİSİNDƏ İLKİN VƏ QƏDİM DÖVLƏTLƏR

 Azərbaycan ərazisində qədim tayfa ittifaqları və erkən dövlətlər.

Manna çarlığı. Azərbaycan Midiya və Əhəmənilər dövlətinin tərkibində. Atropaten dövlətinin yaranması, onun sosial-iqtisadi və siyasi vəziyyəti. Alban çarlığı.

 Azərbaycan ərazisində qədim tayfa ittifaqları və erkən dövlətlər. Manna çarlığı. E.ə. III minillikdə Azərbaycanın cənubunda erkən dövlət qurumları meydana gəlmişdi. Həmin dövlət qurumlarının Mesopotamiyanın şəhər dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələri var idi. E.ə. III-II minillikdə Urmiya gölü ətrafında lullubi, kuti, su, turukki, Arazdan şimalda Naxçıvan və Mil-Qarabağ ərazilərində naxç, gərgər tayfaları və s. yaşamışlar. Su (sub) və turukki (turukk) tayfaları lullubi tayfa birliyinə daxil olmuşlar. E.ə. III minillikdə Mesopotamiyada əvvəl Şumer şəhər-dövlətləri, sonra Akkad dövləti mövcud olmuşdur. Azərbaycan ərazisində yaranmış dövlət qurumları ən çox Mesopotamiya dövlətləri ilə hərbi münaqişələrə girməli olurdular. Aratta ilə Şumer arasında gah düşmənçilik, gah da dostluq münasibətləri olurdu. Aratta dövləti Azərbaycanın e.ə. III minilliyin I yarısında siyasi tarixində mühüm rol oynamışdı. Aratta hökmdarları müdrik siyasət yürüdür, öz ölkələrini müdafiə edir, Şumeri tabe etmək tədbirləri görürlər (8, s. 61). Lullubi dövlət qurumu. E.ə. III minilliyin II yarısında Azərbaycanın cənubunda-Urmiya gölündən cənubda yaşayan Lullubi tayfası e.ə. XXIII əsrdə dövlət qurumuna çevrilmişdi. Lullu- 20 bilərin döyüş məharəti qorxu yaradırdı. Buna görə də xet və hurritlər lullubi etnik adını “düşmən”, “yad” mənasında işlədirdilər. Onlar əkinçilik və maldarlıqla məşğul olmuşlar. Lullubilər igid, cəsur tayfa kimi tanınmış, Mesopotamiya ilə ticarət əlaqələri saxlayır, mal mübadiləsi edirdilər. Onlar Səma, Günəş, Ay allahlarına, məhəbbət, məhsuldarlıq ilahələrinə sitayiş edirdilər. Lullubilər Mesopotamiyada olan Akkad dövlətinin hücumlarına məruz qalırdılar. Bu hücumlar Lullubi hökmdarı Anubaninin hakimiyyəti dövründə daha da güclənmişdi. Anubaninin Akkadla mübarizədə əldə etdiyi uğurları onun şərəfinə ucaldılmış qələbə abidəsi – daş kitabəsi (e.ə. XXIII əsr) əks etdirir. Kuti (Quti) dövlət qurumu. Kutilər Urmiya gölündən qərbdə və cənub-qərbdə yaşamışlar, e.ə. III minilliyin II yarısında Kuti (Kutium) dövlət qurumunu yaranmışdılar. Kutilər Akkad ilə hərbi münaqişələrə girirdilər, Şumer şəhərləri ilə müttəfiqlik edir, bəzən onların köməyinə gəlirdilər. E.ə. XXII əsrin əvvəllərində kutilərin hökmdarı Yarlaças Mesopotamiyaya hücum edərək Akkad dövlətini süquta yetirdi. Mesopotamiya 100 ilə yaxın kutilərin hakimiyyəti altında qaldı. Kuti dövlətinin sərhədləri şimalda Urmiya gölünün qərbindən cənubda İran körfəzinə qədər uzanmışdır. Kutilərdə Şumerdə və Akkadda olan idarə sistemi idi, ölkə canişinlər vasitəsilə idarə olunurdu. Şumer və Akkad gəncləri kuti qoşunlarına xidmətə cəlb olunurdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi yazıları ilə tərtib olunurdu. Ay allahına, məhəbbət, bərəkət və məhsuldarlıq ilahəsinə sitayiş edirdilər. Onlar Şumerdə ənənəvi məbəd tikintisini davam edirdilər. Kutilər və hökmdarları türk mənşəli idilər (8, s. 82). E.ə. III minilliyin sonunda (e.ə. XXII əsrin axırlarında) Kuti və Lullubi dövlətləri süquta uğrayaraq xırda vilayətlərə parçalandılar. Turukkilər Urmiya gölünün cənubunda yaşamışlar, Kuti və Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bunlar süquta uğradıqdan sonra turukki tayfaları müstəqil siyasət yürüdürdülər. Onlar Mesopotamiyaya daxil olmuşlar. Aşağı Zab çayının (Dəclə çayının qolu) yuxarı axarında yerləşən ərazilərə gələnlər (kutilər, lullubilər 21 və turukkilər) burada yaşayan tayfalarla ünsiyyətə girərək, həmin torpaqlarda məskunlaşmışlar. Lakin şimalda yaranmış Assuriya dövləti də bu ərazini işğal etmək istəyirdi. Turukkilər torpaqlarını nəinki vermədilər, hətta assuriyalıların nəzarətində olan inzibati və hərbi mərkəz Şuşarra vilayətini tutdular. Onların ardı-arası kəsilməyən hərbi təzyiqi Assuriyanı zəiflətmişdi. Babilistan hökmdarı Hammurapi (e.ə.1792-1750) bu hadisələrə qarışmalı oldu və həmin tayfalara qalib gəldi. E.ə. XIV əsrin sonunda Assuriyanın qüdrəti artdı. Hökmdar I Adadnirari Azərbaycan ərazisinə bir neçə yürüş etmiş, lakin ölkənin içərisinə girə bilməmişdir. I Salmanasarın dövründə kutilər Assuriyaya qarşı üsyan qaldırdılar, lakin üsyan yatırıldı. E.ə. II minilliyində qədim Azərbaycan tayfaları tutukkilər, lullubilər, kutilər və şubarlar Assuriyanın işğalçılıq siyasətinə qarşı çıxmışlar. Qədim Azərbaycan tayfalarının vahid dövlət halında birləşməsi zəruri idi. Manna çarlığı. E.ə. I minilliyin əvvəlində (e.ə. IX əsrdə) Azərbaycanın cənubunda-Urmiya gölü ətrafında Manna dövləti yaranmışdı. Manna adına ilk dəfə e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasarın mixi yazılı kitabəsində tayfa kimi rast gəlinir. Manna dağlıq ölkə idi. Burada çoxlu çaylar var idi. Urmiya gölü duzlu olduğu üçün suvarmaya yaramırdı. Suvarma üçün bu çaylardan istifadə olunurdu. Əhalisi əkinçiliklə məşğul olurdu. Torpağı dəmir toxa və xış ilə şumlayırdılar, taxılı dəmir oraqla biçirdilər. Bağçılıq və üzümçülük də inkişaf etmişdir. Atçılıq geniş yayılmışdır. Subi vilayəti öz atları ilə fərqlənirdi. Əhali oturaq həyat sürürdü. Təsərrüfatda dəvədən də istifadə edirdilər. E.ə. XI əsrdə Manna ərazisində Zamua, Gilzan, Alateye, Surikaş, Gizilbunda, Uişdiş, Zikirtu, Andia və s. vilayətlər meydana gəlmişdi. Urmiya gölündən cənubda yerləşən Zamua əvvələr lullubilərin ölkəsi olmuşdur. E.ə. IX əsrin I yarısında Zamuanı ayrıayrı hakimlər idarə etdiklərinə görə, xarici hücumların qarşısını almaq mümkün olmurdu. Manna hökmdarları ölkəni vahid mərkəzdə birləşdirib, xarici hücumların qarşısını almağa çalışmışlar, lakin buna nail ola bilməmişlər. Mannaya qarşı Assuriyanın, həmçinin 22 Urartu dövlətinin hücumları ara vermirdi. E.ə. IX-VIII əsrlərdə Manna artıq güclü bir dövlətə çevrilmişdi. Assuriya hökmdarı III Tiqlatpalasar VIII əsrin II yarısında Urartu ilə vuruşdu. O, Mannanın Mazamua vilayətini Assuriyaya birləşdirdi, Urmiya gölü hövzəsində yaşayan bir sıra tayfaları oradan köçürdü. O, əsasən, Urartu və Midiya ilə müharibələr aparırdı. Bu dövrdə Manna Assuriyaya müttəfiq kimi baxırdı. Mannanın hökmdarı İranzu (e.ə.740-719) Urartunun işğal etdiyi Manna torpaqlarını geriyə qaytardı, Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi, ölkədə canişinlik sistemi yaratdı. Mannanın ərazisi şimalda Araz çayına çatırdı, cənubda və cənub-şərqdə Kaspi ölkəsi, Parsua və Midiya ilə həmsərhəd idi. İranzunun hökimiyyəti zamanı Manna Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevrildi (8, s. 95). Paytaxtı İzirtu şəhəri idi. Bu dövrdə Mannanın xarici siyasətində 2 meyl var idi: İranzu özü başda olmaqla bir qrup Assuruyaya müttəfiq kimi baxır, bununla da Manna torpaqlarının bütövlyünü qoruyub-saxlamağa çalışırdılar; başqa bir qrup isə Urartu ilə ittifaqa üstünlük verirdi. Onlarin siyasəti Manna hökmdarının mərkəzləşmə siyasətinə mane olurdu. Assuriyaya olan meyl Manna dövlətini Urartu işğallarından xilas etmiş və ölkənin birləşməsi üçün şərait yaratmışdı. Lakin İranzunun mərkəzləşdirmə siyasəti bəzi hakimlərin və canişinlərin xoşuna gəlmirdi. Bundan istifadə edən Urartu hökmdarı I Rusa Zikirtu vilayətinin canişini və bir sıra şəhərlərlə sazişə girdi. Onların təsiri ilə e.ə. 719-cu ildə Mannanın Şuandahul və Durdukka şəhər əhalisi İranzuya qarşı üsyan etdi. Assuriya hökmdarı II Sarqon Manna ilə ittifaqa sadiq qalaraq üsyanı yatırtdı. İranzunun vəfatından sonra onun oğlu Aza (e.ə.718-716) hakimiyyətə gəldi. E.ə. 716-cı ildə Aza sui-qəsd nəticəsində öldürüldü. Azanın ölümündən sonra onun qardaşı Ullusunu (e.ə.716-680) Manna hökmdarı oldu. Mixi yazılarına görə onun hakimiyyətə gəlməsinə Urartu hökmdarı I Rusa kömək etmiş və əvəzində 22 Manna qalasını almışdı. Ullusunu Assuriyadan azad olmaq üçün Urartu ilə ittifaqa girir. Bu Assuriya hökmdarı II Sarqonu qəzəbləndirir və e.ə. 23 716-cı ildə o, Mannaya qoşun yeridir. Ullusunu dağlara qaçır. II Sarqon Mannanın paytaxtını və bir neçə şəhəri yandırdı, Azanın qatillərindən birini tutub dərisini soydurdu və mannalılara göstərdi. Ullusunu gəlib mərhəmət dilədi. II Sarqon Ullusunu hakimiyyətdə saxladı və o, Mannanın yeganə hökmdarı oldu, Assuriyanın siyasi ağalığını tanıdı. Urartu hökmdarı I Rusa Mannaya qarşı təcavüzdən əl çəkmirdi. II Sarqon Ullusunu ilə ittifaqa sadiq qalaraq, e.ə. 715-ci ildə onlara qarşı yürüşə çıxdı və qalib gəldi. Urartu hökmdarı döyüş meydanını tərk edib qaçdı. E.ə. 714-cü ildə II Sarqon Manna, Midiya və b. ölkələrə yürüşə çıxdı. Ullusunu II Sarqonu təmtəraqla qarşıladı və xərac verdi, ordunu ərzaqla təmin etdi. Ullusunu Sarqondan Urartu hökmdarı I Rusanı məğlub etməyi və mannalıların öz yurdlarına qaytarılmasını istədi. II Sarqon bunu yerinə yetirəcəyinə söz verdi. O, mannalılarla ittifaqa böyük əhəmiyyət verirdi. II Sarqon Mannanın Uişdiş vilayətinə gəldi. I Rusa məğlub olaraq Urartuya qaçdı. II Sarqon Urartuya daxil oldu, I Rusa özünü öldürdü. Bundan sonra Urartu bir daha Mannanın daxili işlərinə qarışa bilmədi. Manna qüdrətli dövlətə çevrildi. Manna quldarlıq istehsal formasına əsaslanan dövlət olmuşdur. Dövləti hökmdar idarə edirdi. E.ə. VIII əsrin II yarısında hakimiyyət irsi olaraq atadan oğula keçirdi. Dövlətə qədim Azərbaycan türk sülaləsi başçılıq edirdi. Manna mərkəzləşmiş dövlət idi, vilayətləri canişinlər idarə edirdi. Mannada ağsaqqallar şurası da fəaliyyət göstərirdi. Çox zaman Manna hökmdarları Assuriyaya meylli siyasətə üstünlük vermiş və bununla da ölkənin ərazi bütövlüyünü saxlamışlar. E.ə. VII əsrin I rübündə Qara dəniz sahillərindən hərəkət edərək Qafqaz ərazisindən keçən kimmer, skif və sak tayfaları Mannada da məskən salmışdılar. Onların gəlişi ilə Assuriyanın sərhədlərində təhlükə yarandı. Belə şəraitdə Manna Assuriyanın tabeliyindən çıxdı və tam müstəqil oldu. Manna hökmdarı Ahşeri müstəqil xarici siyasət yürüdürdü. Assuriya hökmdarı Aşşurbanipal Mannaya qoşun yeritdi. E.ə. 650-ci ildə baş verən döyüşdə Ahşeri məğlub oldu. Ahşeriyə qarşı üsyan baş verdi, o öldürüldü. Hakimiyyətə Ahşerinin oğlu Ualli gəldi və Assuriya ilə 24 ittifaqı bərpa etdi. E.ə. 616-cı ildə Ön Asiyanın qüdrətli Assuriya dövləti Midiya və Babilistan ilə mübarizədə təklənən zaman Manna hərbi dəstələri ona kömək etdi. E.ə. 593-cü ildə Manna müstəqil dövlət kimi öz varlığını saxlayırdı. Təxminən e.ə. 590-cı ildə Manna İranın mərkəzində yaranmış Midiya dövlətinin tərkibinə daxil edildi. Mannanın ərazisində zəngin dəmir filizi, qiymətli daş yataqları var idi. İndiki Cənubi Azərbaycan ərazisində-Həsənli qədim yaşayış yerində daş qəliblər tapılmışdır. Əridilmiş metalı həmin qəliblərə tökərək oraq, toxa, balta, xəncər, ox ucları, dəbilqə, bəzək əşyaları və s. hazırlayırdılar. E.ə. VIII-VII əsrlərə aid Ziviyə Manna qalasından qızıl və gümüş döşlük, qılınc qınının və dəstəyinin hissələri, at qoşqu ləvazimatı, gümüş sini, buynuzvari qədəhlər, kəmər, dəmir qılınclar və s. tapılmışdır. Həsənli qazıntılarından tapılan müxtəlif parça qalıqları toxuculuqda qoyun yunundan və keçi qəzilindən istifadə edildiyini göstərir. Mannada boyaqçılıq sənəti də olmuşdu. Mannalıların geyimi: üst paltar uzun, lakin qısaqol, döyüşçülər isə uzun və dizə çatan libas geyirdilər. Mannada memarlıq da inkişaf etmişdi. Mannada müdafiə qalaları və qala-şəhərlər tikilmişdir. Paytaxt olan İzirtu və b. şəhərlər qala divarlarla əhatə olunmuşdur. Həsənli qala-şəhərində 2-3 mərtəbəli binalar, məbədlər tikilmişdir. Təsviri sənətə aid-Həsənli qızıl camının üzərində maraqlı əfsanəvi səhnə təsvir olunmuşdur, Ziviyənin qızıl və gümüş qədəhləri (ritonlar) dağkeçisi, yaxud ceyran başı formasında hazırlanmışdı, bəzilərində şiri yaralayan hökmdar, dizi bükülmüş maral, dağqoçu, həyat ağacı ərafında keçi və qanadlı öküz təsvir edilmişdir (8, s. 111). İbadət üçün tikilən binalarda-məbədlərdə allahların heykəli qoyulurdu. Manna əsatirlərində müxtəlif motivli varlıqlar (qrifon-şir bədənli, qartal qanadlı, şir və ya qartal başlı əfsanəvi heyvan, buynuzvari yay kimi əyilmiş qanadlı qoç, insan sifətli öküz, qanadlı sfinks-şir bədənli, insan başlı əfsanəvi varlıq) mühüm yer tuturdu. Həsənlidə tapılmış qızıl camın yuxarı hissəsində döyüş arabası üstündə 3 Allah (qanadlı)-Günəş, Ay, Külək-yağış allahları təsvir 25 edilmişdir (1, s. 226-227). E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı ilə tanış idi. Ziviyədə tapılmış gümüş sini üzərində bir çox işarələr həkk olunmuşdu-heroqlif yazı növü. Mannada türk, hürri, İran dilləri və s. işlənirdi. Hökmdarların adları da türk söləri ilə izah olunur. Aza-“böyük qardaş”, Ullusunu-ullu-ulu-“böyük, ulu, əzəmətli”, “sun”-sifət şəkilçisi, yəni “ən böyük”, “ən ulu”, “ulu adam”. Beləliklə, Mannada əhalinin əsas dili ən qədim türk dili olmuşdur. Skiflər. E.ə. VII əsrin əvvəllərindən başlayaraq kimmer, skif və sak tayfaları qədim Azərbaycan ərazisinə, Ön Asiyaya yürüşlər etmişlər. Şimali Qafqazın qərb hissəsi kimmerlərin ilkin məskəni sayılır. Onlar e.ə. VIII əsrdə Qara dənizin şimalında və Krım yarımadasında da yaşamışlar. Skiflər (iskitlər) Azərbaycanın şimal ərazilərində, Urmiya gölünün qərbində və şimalında məskən salmışlar. Kimmerlər də Mannanın hüdudlarına gəlmişlər, mannalılar kimmerlər və skiflərlə ittifaqa girmişlər. Azərbaycanda kimmerlərlə bağlı Qımır və Qımırlı (Zaqatala), Kəmərli (Qazax), Qəmərli yer adları qalmışdır. Saklar Urmiya gölünün şimalına qədər olan ərazidə məskunlaşmışlar. Arazla Kürün qovuşduğu 2 çay arasında da saklar yaşamışlar. Bura Balasakan (türkcə bala “çöl”, “düz”), yəni “Sak düzü” adlanır. İndiki Bərdədən Qafqaz dağlarına qədər ərazidə sakasinlər-“saka bənzərlər” yaşamışlar. Saklara massaqetlər də deyirdilər (8, s. 104). Azərbaycanda-Urmiyadan şimalda və qərbdə kimmer, skif və sak tayfaları məskunlaşdığı ərazidə Skif padşahlığı–Manna ilə Urartu arasında yaranmışdır. E.ə. VII əsrin ortalarında bu padşahlığın hökmdarı Tuqdamme Sak və Kuti ölkələrinin (Azərbaycanın cənubu) hökmdarı rütbəsini də daşıyırdı. E.ə. VI əsrin əvvəllərində Midiya ilə rəqabət apara bilməyən Skif padşahlığı tənəzzülə uğradı. Azərbaycanda qazıntılar zamanı skiflərin mədəniyyəti üçün səciyyəvi olan silahlar (ox və nizə ucluqları, qılınclar), tunc güzgülər və s. tapılmışdır. Skif silahları daha mükəmməl olduğundan onlardan bir çox xalqlar, o cümlədən qədim Azərbaycan tayfaları da istifadə etmişlər. 26 2. Azərbaycan Midiya və Əhəmənilər dövlətinin tərkibində. Midiya dövləti İranın mərkəzində meydana gəlmişdi. Mannadan cənubşərqdə yerləşirdi. Adı mixi yazılarda Maday, Matay, Amaday şəklində verilmişdi. Yunan mənbələri Midiya şəklində yazmışlar. Midiya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. E.ə. IX əsrin 2-ci yarısında Assuriya hökmdarları Midiyaya yürüşlər edərək, xırda hömdarları məğlub etdilər. E.ə. VIII əsrin 2-ci yarısında belə yürüşlər çoxalmışdı: III Tiqlatpalasar Midiyadan xərac almışdı, II Sarqon Midiya ərazisini işğal edib Mannaya tabe etdirdi. E.ə. VIII əsrin sonunda Midiyada vahid dövlət yaradılmışdır. Rəvayətə görə, Deyok Ekbatan (indiki Həmədan) şəhərini saldırmış və onu Midiya dövlətinin paytaxtı elan etmişdir. E.ə. 672- ci ildə Fraorta Kaştaritinin (b.e.ə.672-653) başçılığı ilə Midiya Assuriyanın tabeçiliyindən qurtarmış və müstəqil dövlətə çevrilmişdi. E.ə. VII əsrin 50-ci illərində Kaştariti Assuriyaya qarşı yürüş etmiş, skiflərin köməyi ilə o məğlub olmuş və döyüşdə həlak olmuşdur. E.ə. 653-625-ci illər Midiya skiflərin hakimiyyəti altına düşdü. Kiaksar (e.ə. 625-585) skif ağalığına son qoymuş, daxili qüvvələri birləşdirərək Assuriyaya qarşı müharibəyə hazırlaşmışdır. O, Midiya ordusunu yenidən təşkil etmiş, yeni Babilistan dövləti ilə ittifaqa girmiş. Babilistan hökmdarı Nabupalasar cənubdan, Kiaksar isə şərqdən Assuriyaya hücum etmişlər. E.ə. 616-612-ci illərdə onlar Assuriyanın Aşşur, Arbela, Kalat şəhərlərini, paytaxt Nineviyanı tutdular və dağıtdılar. E.ə. 605-ci ildə Asuriya süquta uğradı, torpaqları Midiya və Babilistan arasında bölüşdürüldü. Kiaksar bu qələbədən sonra Egey dənizinin sahilinə çıxmaq məqsədilə Lidiya dövlətinə qarşı müharibəyə hazırlaşdı. O, ilk növbədə Urartunun müstəqilliyinə son qoydu, Manna Midiyanın tərkibinə qatıldı. Manna Midiyadan bir neçə yüz il əvvəl yarandığından, o, Midiyanın ən çox inkişaf etmiş vilayəti idi. Kiaksarın 27 hakimiyyəti dövründə Midiya Ön Asiyanın qüdrətli dövlətinə çevrildi. Kiaksarın vəfatından sonra hakimiyyətə gələn oğlu Astiaqın (e.ə. 585-550) hakimiyyətinin son illərində Midiyanın daxili və xarici vəziyyəti mürəkkəbləşmişdi. Hökmdar ilə zadəganlar arasında ziddiyyətlər artırdı. Bir qrup əyan fars vilayətinin hakimi II Kir ilə gizli sazişə girdi. II Kirin ordusu Astiaq ilə müharibəyə başladı və 3 ildən sonra qələbə çaldı. E.ə. 550-ci ildə Midiya dövləti süqut etdi (1, s. 257). Əhəməni imperiyası. II Kir Midiyanı işğal etdikdən sonra Əhəməni fars dövlətinin əsasını qoydu. Əhəmənilər sülaləsindən olan II Kir özünü Midiya şahı elan etdi. Əhəməni dövlətinin paytaxtı Ekbatan şəhəri oldu. II Kir bir neçə il ərzində Midiyanın bütün ərazisini, Babilistanı, Anadoluda Lidiya dövlətini işğal etdi. Misirə qədər Qərb ölkələri Əhəmənilərə tabe idi. II Kir e.ə. 530-cu ildə Araz çayı yaxınlığında köçəri massaqet tayfaları ilə döyüşdə məğlub edilərək öldürüldü. Massaqetlərin hökmdarı Tomiris adlı bir qadın Kiri məğlub etmiş, başını kəsdirmiş və qanla doldurulmuş tuluğa saldıraraq demişdir: “Sən qan istəyirdin, doyunca iç”. Sakmassaqet tayfaları Orta Asiyada və Şimali Azərbaycanda yaşamışlar. II Kirin oğlu II Kambiz (e.ə.530-522) Misiri işğal etdi. Kambiz Misirdə olarkən, e.ə. 522-ci ildə İranda dövlət çevrilişi olmuş, Qaumata adlı bir maq özünü Kirin oğlu Bardi kimi qələmə vermiş və Əhəməni taxt-tacını ələ keçirmişdir. Əhəmənilər nəslinin nümayəndəsi Qaumatanın yalançı Bardi olduğunu bildirmiş və ona qarşı sui-qəsd təşkil edərək öldürmüşlər. Beləliklə, I Dara (e.ə.522-486) hakimiyyətə gəlir. E.ə. 522-521-ci illərdə Əhəməni dövlətinin tərkibində üsyanlar baş vermiş, lakin yatırılmışdır. I Dara Əhəməni imperiyasını 20 satraplığa (canişinliyə) bölmüşdür. Azərbaycan əhalisi Əhəməni dövlətinə vergi verirdi və onun ordusunu müharibə zamanı hərbi dəstələrlə təmin edirdi. Makedoniyalı İsgəndər (e.ə.336- 323) yürüşü zamanı Əhəməni imperiyasına dağıdıcı zərbələr vurmuşdur. E.ə. 331-ci ildə Şimali Mesopotamiyada Qavqamel adlı yerdə III Dara məğlub olmuşdur (1, s. 268). III Dara imperiyanın Şərq hissəsinə qaçmış və e.ə. 330-cu ildə yolda öz adamı Bes tə- 28 rəfindən öldürülmüşdür. Beləliklə, Əhəmənilər imperiyasına son qoyulmuşdur. Bundan sonra İsgəndər tutduğu ərazilərlə birlikdə Balkan yarımadasından Hindistana qədər əraziləri (Azərbaycanın cənubu da) əhatə edən imperiya yaratmışdır. 3. Atropaten dövlətinin yaranması, onun sosial-iqtisadi və siyasi vəziyyəti. Atropatena dövləti E.ə. 328-ci ildə Makedoniyalı İsgəndər Atropatena dövlətinin ilk hökmdarı olan Atropatı Midiyanın satrapı (canişini) təyin etdi. İsgəndər Hindistanda olarkən Bariaks adlı bir nəfər üsyan qaldırmış, özünü İranın və Midiyanın padşahı elan etmişdir. Atropat üsyanı yatırtmış, Bariaksı əsir edib İsgəndərə təhvil vermiş və İsgəndər onu edam etdirmişdir. Bununla Atropat İsgəndərin hörmətini qazanmışdır. O, qızını isə İsgəndərin ən nüfuzlu sərkərdəsi olan Perdikkiyə ərə vermişdir. Makedoniyalı İsgəndərin ölümündən sonra dövləti müvəqqəti olaraq Perdikki idarə edirdi. Perdikki ilə qohumluq Atropatın Midiyanın satrapı vəzifəsində qalmasına köməklik etdi. Perdikkinin ölümündən sonra (e.ə.321) Midiya müstəqil dövlətə çevrildi (1, s. 277). E.ə. IV əsrin 20-ci illərindən Atropat yeni dövlətin Atropatenanın və ya Atropat Midiyasının hökmdarı oldu. Azərbaycanın coğrafi adının yaranmasını Atropatena ilə bağlayırlar. Azərbaycan adı eramızın VII əsrindən, ərəblərin istilasından sonra çəkilir. Atropatena (Adərbayqan) dövləti əsasən indiki Cənubi Azərbaycanı və Azərbaycan Respublikasının bəzi cənub rayonlarını əhatə etmişdir. Ölkənin qərbində Zaqros dağ silsiləsi uzanırdı, ən böyük düzənlik ərazisi Urmiya gölündən cənubda idi. Şimal hissədə Qaradağ dağ silsiləsi yerləşirdi. Dağların çoxu sıx meşələrlə öltülmüşdü. Atropatenanın mərkəzi şəhəri Qazaka idi. Atropatenada yaşayan tayfalardan biri kaduslar idi. Midiya tayfaları arasında maqlar-atəşpərəstlik dini ayinlərinin əsas icraçısı kimi xüsusi yer tuturdular. Atəşpərəstlik dininin kahini maq adlanırdı. Ərəbdilli qaynaqlarda əhalinin bir hissəsinin azərilərdən ibarət olduğu göstərilirdi (1, s. 288). E.ə. IV 29 əsrdə Atropatena və Albaniya dövlətlərinin meydana gəlməsindən sonra bütün Azərbaycanda vahid xalq yaranmağa başlamışdır. Çay vadilərində, Urmiya gölü ətrafındakı torpaqlarda əkinçilik, bağçılıq və üzümçülük inkişaf etmişdir. Dağlıq ərazilərdə yaylaq maldarlığı inkişaf etmişdir. Ölkənin zəngin faydalı qazıntı yataqlarından dəmir, mis, gümüş, qızıl və s. çıxarılırdı. Atropatenada neft-“Midiya yağı” yataqları da var idi. Sənətkarlar yüksək keyfiyyətli metal və gil qablar, müxtəlif silahlar, toxuculuq məhsulları, bəzək şeyləri və s. istehsal edirdilər. Ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilmişdir. E.ə. 223-cü ildə III Antiox Selevkilər dövlətində hakimiyyətə gəldi. III Antiox Atropatenaya hücum etmiş və qalib gəlmişdir. E.ə. 190-cı ildə Maqneziya döyüşündə romalılar III Antioxu məğlub etdilər və Atropatena yenidən müstəqil oldu (1, s. 300-301). E.ə. I əsrin I yarısında Romanın işğalçılıq siyasəti güclənmişdi. Atropatena Romadan tam asılı olmamış, öz müstəqilliyini əsasən saxlamışdır. Atropatena Roma ilə döyüşə 10 min suvari, 40 min piyada qoşun çıxarmışdır. Parfiya e.ə. 53-cü ildə romalıları məğlubiyyətə uğratdı. Atropatena Parfiyanı müdafiə etdi. Lakin az sonra e.ə. 38-ci ildə romalılar parfiyalıları ağır məğlubiyyətə uğratdı. Roma sərkərdəsi Antoni Atropatenanın mərkəzi şəhərlərindən biri Fraaspaya hücum etmiş, uzun sürən mühasirə bir nəticə verməmiş və romalılar geri çəkilərkən 35 min nəfərə yaxın əsgər itirmişlər. Bu hadisələrdən sonra Parfiya Atropatenanı bütünlüklə özünə tabe etməyə çalışırdı. Belə bir şəraitdə Atropatena Roma ilə dostluq münasibətləri yaratmağa səy etdi. E.ə. 20-ci ildə Atropatenada hakimiyyətə gələn II Ariobarzan 10 ilə qədər Romada yaşamışdır. O, romalıların köməyi ilə Ermənistanın da hökmdarı olmuşdur. Ermənistan müstəqilliyini itirərək, Atropatenadan asılı vəziyyətə düşdü. Eramızın 20-ci ilində Atropatenanın axırıncı hökmdarı Ariobarzın ölümündən sonra Atropatena Parfiyanın Arşakilər sülaləsinin hakimiyyəti altına düşdü. Parfiyanın süqutuna qədər Atropatena bu dövlətin tərkibində qalmışdı. 30 Atropatena dövlətində şəhərlər karvan yolları üzərində və böyük məbədlərin ətrafında yaranmışdır. Bəzilərini hökmdarlar salmışlar. Şəhərlər müdafiə divarları ilə əhatələnmişdi. Tikinti materialları kimi daşdan, çiy və bişmiş kərpicdən, ağacdan istifadə etmişlər. Bəzi ictimai binaların üstü saxsı kirəmitlə örtülürmüşdü. Makedoniyalı İsgəndərin yürüşü nəticəsində yunan mədəniyyəti Atropatena mədəniyyətinə təsir etmişdi. Atropatena əhalisi Zərdüşt dininə sitayiş edirdi. Zərdüştlükdə oda sitayişə görə bu dinə atəşpərəstlik də deyilirdi və Peyğəmbər Zərdüştün adı ilə bağlı idi. Onun e.ə. VII əsrin II yarısı-VI əsrin əvvəllərində yaşadığı güman edilir. Bu dinə Orta Asiyada və İranda sitayiş edilirdi. Müqəddəs kitabı “Avesta” idi. Rəvayətə görə “Avesta”nın ilkin variantı e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər Persopolda Əhəmənilərin sarayını yandırarkən məhv olmuşdur. Dövrümüzə gəlib çatan hissəsi İranda Sasanilər sülaləsi dövründə (III-VII əsr.) yenidən toplanmışdı. Zərdüştlüyə görə, dünyada 2 qüvvə-Xeyir (HörmüzAhuraməzda) və Şər (Əhriman) bir-biri ilə mübarizə aparır və Xeyir axırda qalib gəlir. Bu dinin ehkamlarına görə od, torpaq, su müqəddəs sayılmışdı (1, s. 339-356). Ölünü yandırmaq, torpağa basdırmaq və suya atmaq olmaz, meyitləri xüsusi daxmalarda qoyurlar, onların ətini quşlar və heyvanlar yedikdən sonra, sümüklər qablara yığılıb basdırılırdı. Zərdüştlüyün ən başlıca məbədləri Atropatenanın mərkəzi Qazaka şəhərində yerləşirdi. Zərdüştlük təkallahlı dinlər, xüsusilə islam dini tərəfindən sıxışdırılmışdır. Hazırda ona inananlar 130 min nəfərdir. Onların ən böyük icmaları Hindistanda (parslar) və İrandadır (gəbrlər). 4. Alban çarlığı Yunan tarixçisi Herodot Azərbaycanın şimalında kaspilərdən bəhs edir. Kaspilər adı altında alban tayfaları da nəzərdə tutulurdu. Kaspilər e.ə. V əsrin əvvəllərində İran şahları I Daranın və Kserksin Yunanıstana hərbi yürüşlərində iştirak etmişlər. Əhəmənilərin dövründə alban tayfaları vahid bir ad aitında birləşmişlər.Albanlar 31 26 dildə danışan tayfalardan ibarət idi. Xəzərin qədim adlarından biri də Alban dənizidir. Bir qrup tarixçilər alban tayfalarını Qafqazdilli hesab edirlər. Onlardan müasir dövrdə yaşayan Qəbələ rayonun Nic kəndində udiləri, Quba rayonundakı Xınalıq kəndində xınalıqları, Buduq kəndindəki buduqluları və b. göstərmək olar. Albanlar ucaboylu, ağbəniz və yaraşıqlı olmuşlar. O zaman Albaniyada türkdilli və İrandilli tayfalar da yaşamışlar. Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə Əhəmənilər imperiyası dağıldı. E.ə. IV əsrin axırı-III əsrin əvvəlində Müstəqil Albaniya dövləti yarandı. Albanlar İberiya (Gürcüstan) ilə Xəzər dənizi arasındakı ərazidə yaşamışlar. Albaniya dövləti şimalda Qafqaz dağları, cənubda Atropatena, cənubqərbdə isə Ön Asiya ilə həmsərhəd idi. Albaniyadakı yaşayış məntəqələrinin sayı İberiya və Atropatenadakı yaşayış məntəqələrinin ümumi miqdarından çox olmuşdur. Albaniya dövlətinin ərazisinə indiki Azərbaycan Respublikası ərazisi, Dağıstanın cənub rayonları və Gürcüstanın Alazan (Qanıx) vadisi daxil olmuşdur. Albaniya əhalisi arasında əmlak bərabərsizliyi (binaların fərqləri, qəbir abidələri) var idi. Xristianlıq və islam dini qəbul edilənədək dəfn zamanı qəbirlərə geyim, qab-qacaq, əmək alətləri, silah, ərzaq, bəzək şeyləri qoyulmuşdur. Varlı və yoxsul qəbirlərini birbirindən asan fərqləndirmək olurdu. Albaniyada padşahdan sonra ən hörmətli adam Ay allahının kahinidir. O, müqəddəs əyalətə başçılıq edir, məbəd qulları da onun ixtiyarındadır. Əhali 4 təbəqəyə bölünürdü: padşah, ordu başçısı və hakim 1-ci təbəqəyə, din xadimləri (kahinlər) 2-ci təbəqəyə, hərbiçilər və əkinçilər 3-cü təbəqəyə, təsərrüfatda işləyən adi adamlar isə 4-cü təbəqəyə daxil idi. Qul əməyindən də istifadə olunurdu. Albanlar əkinçilik, bağçılıq, üzümçülük, maldarlıqla məşğul olur, buğda, arpa, darı yetişdirirdilər. Şamaxıda və Qəbələdə şərab istehsal olunan emalatxanaların qalıqları açılmış və şərab saxlamaq üçün istifadə edilən iri küplər tapılmışdır.Taxıl iri xüsusi quyularda və saxsı küplərdə saxlanırdı. Taxılı qayıqvari dən daşları ilə, əl dəyirmanları ilə, eramızın ilk əsrlərindən isə su dəyirmanları ilə üyü- 32 dürdülər. Bağçılıq və bostançılıq, üzümçülük və şərabçılıq inkişaf etmişdir. Maldarlıq, xüsusilə atçılıq inkişaf etmişdir. Metalişləmə geniş yayılmışdır. Sənətkarlar müxtəlif növ silahlar (zireh, qılınc, xəncər, ox, nizə ucluqları), əmək alətləri (balta, bıçaq, oraq, qayçı və s.), bəzək şeyləri (üzük, sırğa, bilərzik, muncuq və s.) hazırlamışlar. Dulusçuluq inkişaf etmişdir. Gildən tikinti materialları (kirəmit, kərpic), müxtəlif qablar, insan və heyvan fiqurları hazırlayır, bunları dulus kürələrində bişirirdilər. Mingəçevirdə çoxlu dulus kürələri aşkar edilmişdir. Eramızın ilk əsrlərində yerli şüşə qablar hazırlanmışdır. Dövlətin yaranması ilə Albaniyada üzük formasında düzəldilmiş, qaş hissəsində dini məzmunlu rəsmlər həkk olunmuş möhürlər meydana gəlmişdir. Toxuculuqda qoyun və dəvə yunundan istifadə olunmuşdur. Boyaçılıq, dülgərlik, dərzilik, çəkməçilik və b. sənət sahələri də inkişaf etmişdir. Daxili və xarici ticarət genişlənmişdir. Ölkə ərazisindən mühüm karvan yolları keçirdi. Albaniyadan keçən beynəlxalq su yolu da çox əhəmiyyətli olmuşdur. Oks çayı (Amudərya), Hirkan (Xəzər) dənizi və Kür çayı vasitəsilə, bir qədər də quru yolla Hindistanın məhsulları Qara dənizə çıxarılırdı. Ticarətdə puldan geniş istifadə edilmişdir. 1958-ci ildə Şamaxıda, 1966-cı ildə Qəbələdə tapılmış gümüş pul dəfinələri albanların ticarətdə puldan istifadə etdiyini və özlərinin də pul kəsdiyini sübut edir. Ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilən pullardır. Qədim şəhərlər dini mərkəzlərin (məbədlərin) ətrafında ayrı-ayrı hökmdarlar tərəfindən salınmışdır. Şəhərlərin ətrafında möhkəm qala divarları tikilmiş, dərin xəndəklər qazılmışdır. Eramızın I əsrində yaşamış Roma müəllifi Böyük Plini yazır ki, Albaniyanın başlıca şəhəri Kabalakadır (Qəbələ)-paytaxt şəhəri idi. E.ə. II əsrdə Aralıq dənizi hövzəsində güclü dövlətə çevrilmiş Roma sərkərdəsi Pompey Albaniya və İberiyanı tutmaq qərarına gəldi. Soyuqlar düşdüyündən, Pompey Kür vadisində qışlamağı qərara aldı. O, ordunu 3 məntəqədə yerləşdirdi Alban padşahı Oroys Kür çayını keçərək hər 3 düşərgəyə eyni vaxtda hücum etməyi qərara aldı. Oroys fikirləşirdi ki, belə halda Roma ordusununu hissə- 33 ləri bir-birinə kömək edə bilməzlər. E.ə. 66-cı ilin dekabrında Kürün sahilində qanlı döyüşdə Roma ordusu qalib gəldi. Pompey albanlarla sülh bağlayıb İberiyaya doğru hərəkət etdi. Albanlar romalırarı izləyərək onlar üçün təhlükə yaratdılar. Buna görə də Pompey e.ə. 65-ci ildə albanlara qarşı yürüşə başladı. Onlar bir neçə albanı əsir alıb öldürməklə hədələmiş və ən qısa yolla aparmağı tələb etmişlər. Albanlar romalılarla Qanıx çayı yaxınlığında qarşılaşmışlar. 60 min piyada və 12 min atlıdan ibarət qoşuna Oroysun qardaşı Kozis başçılıq edirdi. Pompey hiylə işlədərək kiçik atlı dəstələrini irəli çıxartdı, piyadaları isə onlardan arxada gizlətdi. Albanlar dərhal hücuma keçdilər, romalılar geri çəkilərək onları öz arxalarınca apardılar, sonra piyadalar albanları dövrəyə alaraq qırmağa başladılar. Kozis Pompeyə nizə ilə zərbə endirdi, lakin Pompeyin zirehli geyimi onu ölümdən qurtardı. Pompey isə cavab zərbəsi ilə Kozisi ölümcül yaraladı. Sağ qalanlar meşədə gizləndilər, Pompey meşəni yandırdaraq onları qırdırdı. Appian yazır ki, romalılara qarşı qadınlar da vuruşurdular. Döyüşdən sonra albanların əsas qüvvələri Oroysun başçılığı ilə dağlara çəkilmişdi. Pompey Oroysa romalıların düşərgəsinə gəlməyi tələb etdi. Oroys getmədi, lakin hədiyyələr və məktub göndərərək barışıq təklif etdi. Pompey barışığı qəbul etdi. Az sonra ölkənin içərilərinə döğru hərəkət etdi, albanlar güclü müqavimət göstərdilər. Pompey yürüşün təhlükəli olduğunu görərək Xəzərin sahilinə qədər getmək niyyətindən əl çəkdi və albanlarla sülh sazişi bağladı. E.ə. 36-cı ildə romalılar yenidən şərqə yürüş təşkil etdilər. Bu yürüşə Antoni başçılıq edirdi. Yürüşdə 100 min nəfər olan 13 legion iştirak edirdi. Antoni Parfiyanın təzyiqi altında geri çəkilib Misirə getdi. Bu zaman o, öz sərkərdəsi Kanidini Azərbaycanın cənub torpaqlarında saxladı. Bu yürüşdən sonra İberiya və Albaniya romalılardan asılı olduqlarını qəbul etdilər. 68-ci ildə Roma imperatoru Neron Albaniyaya böyük yürüş hazırladı. Lakin Roma üsyanı zamanı Neron öldürüldü. Bir müddət sonra Roma hərbi dəstəsi Xəzər sahillərinə, indiki Abşeron yarımadasına gəlib çatmışdı. Qobustanda, Böyükdaş dağının ətəyində, üzərində latın dilində yazı olan kitabə: “İmperator Domisian Sezar Avqust 34 Germanik. L(yusi) Yuli Maksim, ildırımsaçan XII legionun senturionu” tapılmışdır. Domisian (81-96) Roma imperatoru olmuş, Germanik titulunu isə o, 83-cü ildə almışdır. Qobustan kitabəsi 84-96- cı illərə aiddir. Həmin dövrdə Roma ordusunun Albaniyaya yürüşü və Xəzər sahilinə gəlib çıxması barədə məlumat yoxdur, deməli, Qobustan kitabəsi kiçik hərbi dəstənin Roma nümayəndəliyini müşayiət etdiyini göstərir. Roma imperatoru Adrian (117-138) alban hökmdarı ilə dostluq əlaqələri saxlamış və onlara hədiyyələr göndərmişdir. Albaniyanın Roma ilə əlaqələri III əsrin ortalarına qədər davam etmişdir. Albaniya Roma ilə sıx iqtisadi-siyasi və mədəni əlaqələr saxlamışdır. Lakin Roma Albaniyanı heç vaxt tam işğal edə bilməmişdir. Böyük Qafqaz dağlarından şimalda yaşayan tayfalar qənimət əldə etmək məqsədilə Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza və Ön Asiya ölkələrinə dəfələrlə yürüşlər etmişlər. Alan tayfalarının ən böyük yürüşlərindən biri 72-74-cü illərdə olmuşdu. Onlar qənimət əldə etmək üçün cənuba üz tütmüş, yol boyu onlara heç kəs müqavimət göstərə bilməmişdir. Atropatena padşahı Pakor öz ölkəsini başsız qoyub qaçmış, ailəsi isə əsir düşmüşdür. Sonradan Pakor çoxlu pul verərək, ailəsini geri almışdır. Belə yürüşlər sonralar da davam etmişdir. Albaniya ərazisindəki katakomba qəbirləri (yeraltı sərdabələr) alan tayfaları ilə əlaqəlidir. Mingəçevirdə və Qəbələdə tapılmış-eramızın I-III əsrlərinə aiddir. Katakomba qəbirlərində ölüləri iri küplərdə və ya taxta qutularda dəfn etmişlər. Qəbirlərə məişət qabları, əmək alətləri, alanlara məxsus silahlar (qılınc, xəncər, ox ucları) və bəzək şeyləri qoyulmuşdur. Albanlar mədəni inkişaf səviyyəsinə görə alanlardan üstün olmuşlar. Albaniyanın mədəniyyəti əsasən Qəbələ, Şamaxı, Mingəçevir, Mollaisaqlı (İsmayıllı) və s. abidələr əsasında öyrənilmişdir. E.ə. I minilliyin ortalarından başlayaraq, Albaniyanın özünəməxsus mədəniyyəti yaranırdı. Ölkənin paytaxtı olan Qəbələ şəhərinin ətrafına torpaq sədd çəkilmiş və dərin xəndək qazılmışdır. Belə müdafiə qurğuları Mil düzündəki Təzəkənd və Torpaqqala (Dağıstanın cənubu) şəhər yerləri ətrafında da vardı. Bəzi şəhər ətrafında daşdan 35 müdafiə divarları tikilmişdir. Qəbələ şəhərində binaların bünövrəsi çay daşlarından qoyulmuş, divarları isə çiy kərpicdən hörülmüşdür. Binanın üstü yüksək keyfiyyətli kirəmitlə örtülmüşdür. Alban memarlığında e.ə. III əsrdən başlayaraq kirəmitdən istifadə edilmişdir. Kirəmit istehsalı yunan mədəniyyətinin təsiri altında meydana gəlmişdir. Alban sənətkarları rəngarəng naxışlarla bəzədilmiş zərif gil və metal qablar istehsal etmişlər. Quş və heyvan füqurları formasında düzəldilmiş gil qablar gözəl sənət nümunələridir. Albaniya sənətkarları qızıl, gümüş, mis, rəngli daşlar və şüşədən müxtəlif bəzək şeyləri-bilərzik, sırğa, üzük və s. hazırlamışlar. Albaniya əhalisi hələ e.ə. I minillyin ortalarında yazı ilə tanış idi. Bəzi saxsı nümunələrinin üzərində yazı işarələri vardır. 1902-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində üzərində yunan dilində yazı olan daş tapılmışdır. Albanlar antik dövrdə yunan, latın və yaxın Şərqdə istifadə edilən başqa yazılarla tanış olmuşlar. Qədim albanlar çoxallahlı bütpərəstlik dininə inanmışlar. Göy cisimlərinə sitayiş geniş yayılmışdır. Strabon yazırdı ki, albanlar Zevs-Göy, Helios-Günəş, SelenaAy allahlarına sitayiş edirmişlər. Daha çox Ay allahına sitayiş edirmişlər. Burada əcdadlara inam olmuşdur. Tapılmış insan formalı böyük daş heykəllər də yerli əhalinin dini görüşləri ilə bağlıdır. Albanlar bir çox yaxın və uzaq ölkələrlə əlaqələr saxlamışlar. Arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri albanların mənəvi səviyyəsinin yüksək olduğunu göstərir. 36 III FƏSİL AZƏRBAYCAN ERKƏN ORTA ƏSRLƏRDƏ (III-VII əsrlər) Plan: 1. Azərbaycanda feodal münasibətlərinin bərqərar olması və onun xüsusiyyətləri. 2. Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı üsyanlar. 3. Sasani-Bizans müharıbələri və Azərbaycan. 1. Azərbaycanda feodal münasibətlərinin bərqərar olması və onun xüsusiyyətləri III-V əsrlərdə Azərbaycanda tədricən feodalizmə xas olan ictimai-iqtisadi münasibətlər yaranmağa başlamışdır. Torpaq sahibkarlığının yeni səciyyəvi cəhətləri meydana gəldi. Dövlət torpaqları göstərdiyi yaxşı xidmət müqabilində hərbiçilərə, dövlət işçilərinə paylanır və bəzən ayrı-ayrı xüsusi xildməti olan şəxslərə hədiyyə verilirdi. Belə torpaqlar mülk, torpaq sahibi mülkədar, yəni feodal adlanırdı. Feodalizm cəmiyəti adı buradan yaranmışdır. Kəndli feodaldan asılı olub, onun torpağını becərməli, məhsulun müəyyən hissəsini ona verməli idi. Erkən orta əsrlərdə Azərbaycanda təsərrüfatın natural forması (malikanə daxilində istehsal) üstün mövqe tuturdu. Feodalizmin ilk mərhələsində kəndlilərin istismar edilməsinin əsas forması vergilər və dövlət mükəlləfiyyətlərinin icrası idi. Vergi məhsul və pul formasında verilirdi. Azərbaycanda feodal münasibətlərinin yaranması məhsuldar qüvvələrin inkişafının nəticəsi idi. Erkən orta əsrlərdə Azərbaycanda gedən ictimai-siyasi və iqtisadi proseslər Sasanilər dövləti ilə bağlı idi. Odur ki, Sasanilərdə tədbiq edilən feodal torpaq mülkiyyəti formaları və vergilər Azərbaycanda da tədbiq edilirdi. Feodal torpaq sahibliyinin iki forması var idi: dastaqerd – irsi, xostak-şərti torpaq. 37 Sasani dövlətində əhali 4 təbəqəyə bölünmüşdü: kahinlər, döyüşçülər, mirzələr, vergi verənlər. Vergi verənlər can (gezit) və torpaq (xaraq) vergisi verirdi. Avropadan fərqli olaraq Azərbaycanda feodalların şəxsi təsərrüfatı yox idi. Çünki süni suvarma üçün böyük xərc qoymaq lazım gəlirdi. Kəndlilər asılı olsalar da, təhkimli deyildilər. Feodal, əsasən, öz xüsusi təsərrüfatında məşğul olan kəndlidən məhsul və ya pul ödənişi almaqla kifayətlənirdi. Onu kəndlidən ödəniş almaq daha çox maraqlandırırdı. Avropada feodal münasibətləri gec yaranıb (V əsr), tez süqut etdiyi (XVII əsrin ortaları) halda, Azərbaycanda bu cəmiyyət III-XIX əsrlərdə mövcud idi. 2. Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı üsyanlar Sasanilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan (224-241) Parfiya dövlətini süquta uğratdı və 226-cı ildə Sasanilər dövləti yarandı (9, s. 102). Parfiya dövlətindən asılı olan Atropatena yenidən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasanilər dövlətinin tərkibinə qatıldı. Atropatena iqtisadi səviyyəsinə görə irəlidə gedirdi, həm də əlverişli strateji mövqeyə malik idi. IV əsərdən Atropatena iqtisadi yüksəliş keçirirdi. İran, Çin və Hindistana gedən ticarət yolları buradan keçirdi. Sasanilər Atropatenadan öz orduları üçün əsgər də toplayırdılar. Zərdüştilik onların hakimiyyəti dövründə hakim dinə çevrilmişdi. Şahənşah I Şapur (241-272) itaət altına alınmış ölkələrdə Zərdüştiliyi zorla yaymaq haqqında əmr vermişdi. Ən mühüm Zərdüştilik məbədləri Atropatenada, baş məbəd isə Qazakada yerləşirdi. Şahənşahlar taxta çıxdıqdan sonra dövlətin paytaxtından bu məbədə piyada ziyarətə getməli idi. Ona görə də Atropatena Zərdüştiliyin ideoloji və təlim mərkəzi idi. Zərdüşt ruhaniləri Qazakada dini təlim keçdikdən sonra imperiyanın başqa dini mərkəzlərinə göndərilirdi. Zərdüşt kahinlərinin ixtiyarında çoxlu torpaq sahələri var idi. Əhalinin çox hissəsini əkinçilər təşkil edirdi. Feodalların əksəriyyəti 38 torpaqlarını onlara icarəyə verirdi. Atropatenada əsas vergi xaraq və gezit adlanırdı. Xaraq torpaq vergisi idi. Hər bir mahalın əkin sahələrinin şəhərə yaxın və ya uzaqlığından asılı olaraq məhsulun 1/3- dən 1/6-nə qədər təşkil edirdi. Gezit can vergisi idi, sənətkarlardan ildə 1 dəfə yığılırdı. Sasani şahı I Xosrov vergi yığan məmurlardarın özbaşınalığını azaltmaq, vəsaitin xəzinəyə daxil olmasını təmin etmək üçün vergi islahatı keçirdi. Bütün torpaqlar ölçüldü, zeytun və xurma ağacları hesaba alındı. Vergilər ildə 3 dəfəyə verilməli idi. İslahata görə xaraq torpağın sahəsinə görə alınmağa başlandı. IV əsrdə Albaniya dövlətinin ərazisi şimaldan Qafqaz dağlarından Araz çayınadək, qərbdən İberiyadan Xəzər dənizinədək uzanırdı. Ölkənin vilayətləri: Çola, Lpina, Şəki, Kambisena, Həcəri, Uti, Arsax, Paytakaran və Syünik daxil idi. İndiki Dərbənd şəhərinin yerləşdiyi ərazidən təxminən Beşbarmaq dağına qədər Xəzər dənizi böyunca Çola vilayəti uzanırdı. Üzüm, meyvə və taxılla zəngin idi. “Dəmir qapı” və ya alban qapıları keçidi burada yerləşirdi. Albaniyanın şimal-şərqində dağlıq Şəki vilayəti yerləşirdi. Toxuculuq, ipək parça istehsalı mərkəzi hesab olunurdu. Çola ilə Şəki arasında Lpina vilayəti başdan-başa qoz-fındıq ağaclarından ibarət olan meşələrlə əhatə edilmişdi. Albaniyanın paytaxtı Qəbələ burada yerləşirdi. Tarixi vilayət sayılan Uti Kürün sağ sahilində şəqrdən Paytakaranla, cənubdan isə Arsaxla, şimalda Kür çayı ilə, qərbdə isə İberiya ilə həmsərhəd idi. Uti vilayətində dənli bitki becərilir, qaramal saxlanılır, yun və pambıq parçalar hazırlanırdı. Çoxlu zeytun ağacı bitirdi. Paytakaran vilayəti indiki Azərbaycan Resplikasının cənub-şərqində yerləşib, Xəzər dənizinin sahillərinə qədər uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi. Çoxlu qoyun sürüləri saxlanılır, Kür və Araz çaylarından balıq tutur, duzlayır, qurudurdular. Tarixi Arsax vilayəti sağsahil Albaniyanın (inliki Qarabağın dağlıq hissəsi və Mil düzü) vilayətlərindən ibarət idi. Əhalisi türksoylu albanlar, qarqarlar, hunlar və xəzərlərdən ibarət idi. Məhsuldar düzənliklərində və çay vadilərində dənli və texniki, bostantərəvəz bitkiləri becərilir, üzümçülük inkişaf etdirilirdi. Albaniyada azad sənətkarlar meydana gəlirdi. Toxuculuq üçün başlıca xammal 39 yun, kətan, ipək və pambıq sayılırdı. Albaniya sənətkarları metaldan müxtəlif silahlar, bəzək əşyaları, məişət avadanlığı hazırlayırdılar. Ağac və dəri emalı, daşyonma sənəti də inkişaf etmişdi. Tarixi rəvayətə görə, təxminən e.ə. II əsrdə Albaniyanın hökmdarı Aran (türkcə “ərən, cəsur, qoçaq, mərd”) olmuşdur. Aran Araz çayından tutmuş İberiyanın sərhədlərinə kimi, Albaniyanın düzən və dağlıq ərazisini idarə edirdi. Ölkə hökmdar Aranın mülayim xasiyyətinə və ona verilən ağu -“yaxşı, xoş”- adına görə Ağuan (Albaniya) adlanmışdır. Eramızın I əsrində Albaniyanı yerli hökmdarlar idarə edirdilər. Eramızın I əsrində alban Arşaki (Parfiya Arşaki sülaləsindən fərqli olaraq Albaniya Arşakilər sülaləsi mənşəcə türk idi) nümayəndəsi I Cəsur Vaçaqan Albaniyanın bütün vilayətlərini birləşdirərək, vahid-mərkəzləşdirilmiş dövlət yaratdı. Arşakilər sülaləsi VI əsrin əvvələrinədək Albaniyanın müstəqilliyini qoruyub saxlamışlar. 3. Sasani-Bizans müharıbələri və Azərbaycan 260-cı ildə Sasani şahı I Şapur (241-271) Roma ordusunu məğlubiyyətə uğratdı. Roma imperatoru Valerian əsir düşdü. Albaniya hökmdarı I Vaçe (255-262) Roma ilə ittifaqı Sasanilərə tabe olmaqdan üstün tutmuşdu. 262-ci ildə Albaniya Sasani imperiyasının tərkibinə daxil edildi. I Şapurun ölümündən sonra 272-ci ildə Albaniya yenə də müstəqilliyini qazanda (8, s. 178). Roma imperatoru Avrelianın hakimiyyəti dövründə (270-275) Albaniyada Romaya meylli siyasət aparılırdı. İranda II Şapurun hakimiyyəti dövründə (309-379) Albaniyada daxili vəziyyət mürəkkəbləşdi. Bu dövrdə Albaniyanın Paytakaran vilayətində hökmdar Sanatürk (290- 338) müstəqilliyi qoruyub saxlamaq, Ermənistan və ona arxa olan Romanın işğalçılıq niyyətinin və xristianlığın Albaniyada yayılmasının qarşısını almaq siyasəti yeridirdi. Sanatürk 337-ci ildə albanlardan ibarət 30 minlik ordu toplayıb Ermənistana hücum etdi. Paytaxt Valarşapatı tutdu, 1 il əlində saxladı. Erməni hökmdarı Xosrov qaçıb gizləndi. 338-ci ildə yunan və iber qoşunlarının köməyi ilə 40 erməni sərkərdəsi Vaçe Mamikonyan Sanatürkün dəstələrini Paytakarana sıxışdırdı. II Sapur Sanatürkə kömək etmədi. Sanatürkün bu döyüşdə həlak olduğu göstərilir. Sanatürk həlak olsa da, onun ermənilərə vurduğu zərbə onların xristianlığı yaymaq yolu ilə Azərbaycan torpaqlarını işğal etmək planlarını birdəfəlik iflasa uğratdı. Sanatürklə bağlanmış sazişə görə şimal tayfalarından biri olan hunlar Albaniyanı 4 il erməni müdaxiləsindən qorudular. Sasani hökmdarı II Şapur öz qohumu Arşaki nümayəndəsi Urnayrı (343-371) hakimiyyətə gətirdi. Albaniya daxildə qismən müstəqillik siyasəti, xarici siyasətdə isə Sasani şahı II Şapurla müttəfiqlik münasibətləri saxlayırdı. II Şapur Ermənistanın havadarı olan Romaya qarşı yürüş təşkil etdi. 359-cu ildə Amid yaxınlığında başlanan döyüş II Şapurun qələbəsi ilə başa çatdı (8, s. 181). Albaniyanın Arsax (Qarabağ), Marlar ölkəsi (Naxçıvan), Kaspiana və s. vilayətləri geri qaytarıldı. Sasani şahı II Şapur xristian dininə qarşı təqibi gücləndirdi. Roma imperatoru Valent (364-378) Ermənistanda Roma təsirini bərpa etmək üçün 371-ci ildə Dzirav döyüşünə başladı (2, s. 69). Döyüşdə romalıların köməyi ilə ermənilər qalib gəldi. Urnayr ağır yaralandı. Azərbaycan Uti, Şakasen, Girdiman vadisi və Kolt (Albaniyanın qərb vilayəti) vilayətlərindən məhrum oldu. İtirilmiş vilayətlər 387-ci ildə Roma ilə İran arasında bağlanmış müqaviləyə əsasən geri qaytarıldı. Ermənistan hər iki dövlət arasında bölüşdürüldü, erməni qurumuna son qoyuldu. IV əsrin əvvəlində Albaniyada xristianlıq yayılmağa başladı. Lakin bu dini yalnız Qarabağın dağlıq hissəsində yaşayan feodal əyanları qəbul etdilər. Sasani şahı I Yezdəgerd xristianlığa imkan verir, II Yezdəgerd (438-457) xristianlığa qarşı mübarizəni gücləndirir. Şah Albaniyanın və başqa ölkələrin hakimlərini Ktesifona çağırtdıraraq onları atəşpərəstliyi qəbul etməyə məcbur edir. Yezdəgerdin bacısı oğlu alban hökmdarı II Vaçe (440-463) dayısının təzyiqi ilə xristianlıqdan imtina edir, atəşpərəstliyi qəbul edir. Sünik hökmdarı Vasak Albaniyada Sasani dini uğrunda mübarizə aparır. Albaniyada feodallar 2 qrupa bölünürdü: iri feodallar patriklər, 2-ci qrupa isə xırda və orta feodallardan ibarət azadlar (farsca 41 nəcib) daxil idilər-(patriklərin vassalı hesab olunurdular). Onlar ruhanilər kimi can vergisindən azad idilər, alban və Sasani hökmdarlarına xidmətə görə torpaq payı alırdılar. V-VII əsrlərdə Albaniyada feodal münasibətləri hakim mövqe qazandı. Feodal torpaq sahibliyi 2 yolla formalaşdı: 1) feodalın şəxsi mülkü olan torpaq üzərində irsi mülkiyyət olub dastakert adlanırdı; 2) xostak-şərti torpaq mülkiyyəti, hakim nümayəndələrə vassal xidməti müddətində dövlət tərəfindən müvəqqəti verilən torpaq. Əhalinin əsas hissəsini istehsalçılar-kəndlilər təşkil edirdi. Adsız-sansız adamlar sırasında sənətkarlar, dəmirçilər, daşyonanlar, dülgərlər, xarratlar, zərgərlər daxil idilər. V əsrdə əsirlərlə yanaşı caniləri də qula çevirirdilər. Albaniyada da xaraq və gezit vergiləri toplanırdı. Azərbaycanda bütün inzibati və məhkəmə hakimiyyəti Sasani mərzbanlarının əlində toplanmışdı. Onların ölüm hökmü çıxarmaq hüququ var idi. Sasani şahları köçürmə siyasəti aparırdılar. Bu siyasət etnik dayaq yaratmaq və torpaqsız İran kəndlilərini münbit torpaq sahələri ilə təmin etmək məqsədini güdürdü. Fars ləhcələrində danışan əhali-tatlar strateji əhəmiyyəti olan ərazilərdə məskunlaşdırılırdı. Əsl mənası “yad, özgə” deməkdir. “Tat” anlayışı həm İrandan çıxmış farsları, həm də türk mənşəli etnosları (uyğur, tabqacları) bildirirdi. Dini zəmində Sasani hakimiyyətinə qarşı narazılıqlardan birinə Vardan Mamikopyan başçılıq edirdi. O, ilk növbədə Sasani hakimiyyətinə meyl göstərən vilayətləri tutdu. Erməni dəstələrindən biri Atropatenaya çatdı. Alban hökmdarı II Vaçe Sasanilərə qarşı mübarizəyə qoşulmamışdı. 450-ci ildə Xalxal (Qazax bölgəsində) yanında döyüşdə Sasani dəstələri məğlub oldu (8, s. 185-186). Qafqaz dağlarından Bürk başda olmaqla lpinlər albanlara köməyə gəldi. Ermənilər, gürcülər, xristian albanlar Qafqaz dağlarındakı “Hun keçidinə” gəlib çatdılar. Yezdəgerd tərəfindən tikilmiş qalanı tutub, əhalini taladılar. Alban sülaləsindən olan Vahan qalaya rəis təyin edildi. Vasaq Albaniyaya və Arsax vilayətinə məktubla elçilər göndərdi və Vardan Mamikonyanın tərəfdarlarına sığınacaq verilməməsini tələb etdi. Albaniya Sasanilərə qarşı mübarizəyə qoşul- 42 madı, yalnız Arsax vilayətinin xristianları Vardan Mamikopyana qoşuldu. II Yezdəgerd Ön Qafqaza Mihr-Nerseyin başçılığı altında ordu göndərdi. Xristianlığa qarşı təqibi dayandırdı. Albaniyanın Aran hissəsində köhnə dinlərə, atəşpərəstliyə ibadət bərpa edildi. 451-ci ilin may ayının 26-da Maku yaxınlığındakı Avarayr çölündə Mamikopyanın dəstəsilə Sasani ordusu arasında döyüşdə Vardan Mamikopyan öldürüldü (2, s. 72), xristianlar Aranı tərk edib, Arsax meşələrinə və dağlara qaçdılar. 457-ci ildə II Yezdəgerdin vəfatından sonra II Vaçe atəşpərəstlik dinindən imtina edib, xristianlığı qəbul etdi. O, Albaniyada xristianlığı yaymaqla Sasani hakimiyyətinin tabeçiliyindən çıxmaq istədi. II Vaçe Çora dərəsini tutdu, maskutları öz tərəfinə çəkdi. O, Qafqazın 11 hökmdarı ilə ittifaqa girdi. İlk dövrdə Sasani şahı Firuz qohumu II Vaçeni xoşluqla yola gətirmək istəyir, lakin Vaçenin dönüklüyündən sonra Firuz Haylandur (Onoqur) hunlarını alban hökmdarına qarşı müharibəyə qaldırdı. Onlar 462-ci ildə Albaniyaya soxuldular və 463-cü ildə II Vaçenin hakimiyyətdən əl çəkməsi ilə bitdi. Vaçenin xahişi ilə atasının miras qoyduğu mülk, min evdən ibarət təsərrüfat şah Firuz tərəfindən onun sərəncamına verildi. O, adi zahid həyatı sürməyə başladı. Vaçedən Mömin Vaçaqana kimi 30 il Albaniya hökmdarsız qaldı. Sasani hakimiyyətinə tabeliyində idi. Sasani şahı Balaş (484-488) III Mömin Vaçaqanın Albaniyada hökmdar olmasına razılıq verdi. İranda hakimiyyətə I Qubad gəldi. III Vaçaqan hakimiyyətə müvəqqəti olsa da Arsax ərazisində, 493-cü ildə isə (493-510) Albaniyada tam sahib oldu. O, xristian dinin təbliğinə başladı. III Mömin Vaçaqan 498-ci ildə Aquen kilsə məclisini çağırdı və xristian dininə aid qanunlar qəbul etdi. O, vergilərin miqdarını müəyyənləşdirdi. 510-cu ildə Sasanilər Ön Qafqazda müstəqil dövlət qurumlarını ləğv etdi. Albaniyada Sasani məzrbanlığının uzunmüddətli hökmranlığı dövrü (510-629) başlandı (8, s. 189). III əsrdə Maninin başçılığı ilə Sasani dövlətində azadlıq hərəkatı yayıldı. Bu hərəkat yüksək zümrələrin ağalığına qarşı yönəlmişdi və məzdəkilər hərəkatına güclü təsir göstərmişdi. 481-529- 43 cu illərdə başlanan Məzdəkilər hərəkatının əsas təlimi ədalətli cəmiyyət qurmaq, insanlar arasında əmlak bərabərliyi yaratmaq idi. Bu təlimə görə Xeyirin Şər üzərində qələbəsini Allahın və işıqlı qüvvələrin köməyi ilə təmin etmək olar. I Qubadın (488-531) hakimiyyəti dövründə məzdəkilər hərəkatı genişləndi. I Qubad məzdəkiləri himayə etməyə başladı. O, iri feodalların gündən-günə artan təsirinə qarşı mübarizədə bu hərəkatdan istifadə etdi, lakin məzdəkilər hərakatı təhlükəyə çevrildiyindən I Qubad və onun oğlu Xosrov (531-579) məzdəkilərə qanlı divan tutdu. Məzdək 529-cu ildə edam edildi, 80 mindən artıq adamı öldürüldü. Ermənilər Bizansa arxalanır, xristian dini pərdəsi altında Sasani hakimiyyətinə qarşı çıxır, Azərbaycan torpaqlarını işğal etmək siyasəti yeridirdilər. Bizans və İrandakı siyasi hərc-mərclik Azərbaycanda, xüsusilə Albaniyada xristianlığın mövqeyini zəiflədir, türk etnosların siyasi üstünlüyü şəraitində birləşməsini təmin edirdi. Mehranilər sülaləsi. Girdiman dövləti. VII əsrin əvvəl-lərində Albaniyanın Girdiman vilayətində (Şəmkir-Qazax bölgəsi) Mehranilər sülaləsinin hökmranlığı yaranmışdır. Dövlətin mərkəzi Partav (Bərdə) idi. Mehranilər sülaləsinin banisi Sasani şahı II Xosrovun qohumu Mehran (570-590) olmuşdur. II Xosrovun atasının ölümündə təqsirləndirilən Mehran qorxaraq Albaniyaya Uti vilayətinə qaçaraq xəzərlərlə birləşmək istəyirdi. Bundan ehtiyatlanan II Xosrov Mehrana Albaniyada istədiyi yerə sahib olmaq icazəsini verir. Mehran Girdiman vilayətində Mehrəvan şəhərini saldırdı. Girdiman vilayətində VI əsrin 70-ci illərində türk mənşəli Sabir tayfaları məskunlaşmışdılar. Mehran sabir türklərinin nəslindən idi. 591-ci ildə Bizansla İran arasında bağlanmış müqaviləyə əsasən Girdiman vilayəti Sasanilər hakimiyyəti altında qalmışdı (8, s. 197). Alban-Sabir mənşəli Mehranilər Albaniyada öz hakimiyyətlərini möhkəmləndirdilər. Mehran yerli əyanlardan 12 nəfəri öldürüb bütün Girdiman vilayətinə sahib çıxdı. Onun nəticəsi Vardan (600- 615) Girdiman qalasını tikdirdi. Vardanın nəvəsi Varaz Qriqor (630-642) Bizans imperatoru İraklinin siyasi təsiri altına düşdü. Bu zaman xəzər türkləri Bizansla ittifaqa girib Sasanilərə qarşı müba- 44 rizə aparırdılar. Beləliklə, Varaz Qriqor Albaniyanın hakimi olmuşdur. Varaz Qriqorun oğlu Cavanşir (642-681) bütün Albaniyanın hakiminə çevrildi. O, Bərdəni paytaxt etdi. İlk dövrdə o, Sasani şahı III Yezdəgerdə tabe idi və ərəblərə qarşı vuruşurdu. 651-ci ildə Sasani dövlətinə Ərəb xilafəti son qoydu. Cavanşir Bizans imperatoru tərəfinə keçdi. II Konstatinin (641-668) himayəsi sayəsində Cavanşir İberiya sərhədlərindən Araz çayına və “Hun darvazalarına” (Dərbəndə) kimi ərazini əhatə edən Alban ölkəsinin hakiminə çevrildi (8, s. 197-198). Bu dövrdə Xəzər türklərinin Albaniyaya təkrar hücumlarından ölkəni xilas etmək üçün Cavanşir Xəzər xaqanının qızı ilə evləndi. Cavanşir cənubdan gələn təhlükəni Albaniyadan sovuşdurmaq və Albaniyanın bütövlüyünü saxlamaq üçün yüksəliş mərhələsində olan Ərəb xilafətinin asılılığına keçdi. Erkən Orta əsrlərdə (III-VII əsr) Azərbaycanın vahid dövlətin-Sasanilərin tərkibində olması mədəniyyətin inkişafında böyük rol oynamışdır. Güman edilir ki, Atropatenada Sasani dövlətində tətbiq olunan pəhləvi yazı sistemindən, V əsrin əvvəllərində albanlar isə 52 işarədən ibarət fışıltılı və boğaz səsi ilə zəngin olan öz əlifbasından istifadə edirdilər. 1948-ci ildə Mingəçevirdə aşkar edilmiş qısamətnli epiqrafik abidələr bu yazının bir növüdür. Yazı 21 işarədən ibarətdir, 4 sətirlidir. Üzərində alban yazısı olan dördkünclü ştamp da tapılmışdır. V əsrdə alban dilində fərman tərtib edilmişdir. İslam dinini qəbul etmiş Azərbaycan əhalisi ərəb əlifbasından istifadə etməyə başlamışdır. Bu dövrdə mövcud olan şəhərlərdən Dərbənd, Bərdə (Partav), Çola (Çora), Hunarakert (Hun şəh.), Paytakaran, Təbriz, Şiz, Ərdəbil, Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Qəbələ, Şabran, Xalxal, Beyləqan və s. var idi. Şimala gedən yollar üzərində sədlər tikilmişdir. Beşbarmaq dağından dənizədək qoşa divar uzanırdı. Şirvan səddi (Gilgilçay boyu) Beşbarmaq divarından 23 km şimalda çəkilmiş, Çıraqqala bu səddin başlanğıcında dağ zirvəsində yerləşirdi. Digər sədd Samur çayından şimalda inşa edilmişdir. Ən əzəmətli Dərbənd səddi yüksəklikdən dənizin içinədək uzanırdı. Orta hissəsində qala var idi. Azərbaycan ərazisində Torpaqqala (Alazan çayı 45 sahili), Govuqqala (Ağdam), Cavanşir (İsmayıllı), Çarabkert (Ağdam) qalaları inşa olunmuşdu. Alban məbədlərinin qalıqlarına Qəbələ, Qax, Yuxarı Qarabağ, Şəki, Zaqatala, Mingəçevir, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və s. yerlərdə rast gəlinir. Azərbaycanda təkallahlığa (monoteizmə) keçid tam müstəqil dövlət olmaması şəraitində baş verirdi. Zərdüştliliyin təkallahlılığa çağırışı Azərbaycanda (eləcə də İranda) atəşpərəstlik dini ehkamına qarışdı. Sasani hakimiyyəti illərində Mani, sonra məzdəkilərin təlimlərində Xeyirlə Şərin mübarizəsi ideyası Zərdüştlük dininin təsiri altında meydana gəlmişdir. Atəşpərəstlik, oda sitayiş Sasani imperiyasında dövlət dini səviyyəsinə qaldırılmışdır. Günəşə, Aya, suya, göyə və s. ibadət edirdilər. Sehr, cadu və rəmmallığa inam o qədər dərin imiş ki, Azərbaycanda xristianlığı yayanlar ilk növbədə bu işlərlə məşğul olanları cəzalandırırdılar. Xristianlıq zorla qəbul edilirdi. Albaniyada çoxları qədim dinlərini saxladı. Erkən Orta əsrlərdə Azərbaycanda alban, kaspi, müq, qarqar, udin, girdiman adları daşıyan əhali yaşayırdı. Azərbaycanda yaşayan etnosların çoxu (alban, qarqar, uti, sovde, sakasen, hun, girdiman və s.) türk mənşəli idi. Qədim və Erkən Orta əsrlərdə Azərbaycana 2 böyük etnik axın olmuşdur: I axında türk mənşəli kimmer, skit, sak tayfaları, II axında isə türk mənşəli hun tayfaları (kəngər, pesənək, onoqur, sabir, hun, herlat, oğuz və b.). İlk oğuzlar ümumtürk məkanının tərkib hissəsi olan Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə Dərbənd keçidi və Böyük Qafqazın başqa dağ aşırımlarından keçərək yayılmışdır. Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda Sasani imperiyasının tərkibində olması mütərəqqi hadisə idi. Çünki ölkənin bütün bölgələri arasinda daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Ölkəmizin etnik-siyasi və mədəni birliyinin yaranması yolunda mühüm irəliləyiş baş verdi. Sasani əsarətinə qarşı uzunsürən azadlıq mübarizəsi ölkənin türk və qeyri-türk əhalisini daha sıx birləşdirdi, onların qaynayıb-qarışmasına müsbət təsir göstərdi. Vahid xalqın yaranması prosesi sürətləndi.