Ukrayna Rusiyanın 51 qanadlı raketini, 5 kamikadze dronunu vurub

 

Rusiyanın atdığı 70 qanadlı raketdən 51-i və 5 kamikadze dronu vurulub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd edilib ki, raketlər Rostov vilayətinin Volqodonsk şəhərindən və Xəzər dənizdən 10 ədəd “Tu-95MS” təyyarəsi, həmçinin Qara dənizdən 2 kiçik raket kateri vasitəsilə atılıb.

Bildirilib ki, Ukraynanın cənubunda 5 ədəd “Lancet” pilotsuz uçuş aparatı zərərsizləşdirilib.