Şarl Mişel: Ukrayna Aİ-nin layiqli üzvü olmaq üçün lazım olan hər şeyi edəcək

Avropa İttifaqı (Aİ) əmindir ki, Ukrayna Aİ-nin layiqli üzvü olmaq üçün lazım olan hər şeyi edəcək. Brüssel ukraynalıların demokratik dəyərlərə olan istəyinə hörmətlə yanaşır.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu fikri Odessada Ukraynanın Baş naziri Denis Şmıqalla görüşdən sonra keçirdiyi mətbuat konfransında söyləyib.

"Biz Ukrayna xalqının Maydanda atılan demokratik dünya dəyərlərinə doğru istəklərinə hörmət edirik. İnanırıq ki, siz Avropa İttifaqının layiqli üzvü olmaq üçün lazım olan hər şeyi edəcəksiniz", - deyə Şmıqal əlavə edib.

Xatırladaq ki, bu gün Ukrayna Aİ üzvlüyünə namizəd ölkə statusunu almaq üçün sorğunun ikinci hissəsini doldurub.