Prezident Rəcəb Tayyib Ərdoğan: AKP-nin siyasi hakimiyyəti dövründə Türkiyə böyük nailiyyətlər qazanıb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kırşəhər, Kırıkkale, Yoxgan və Sivas vilayət təşkilatlarının növbəti konfransı keçirilib.

videoformatla keçirilən konfranslara qatılan Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan siyasi həmfikirləri qarşısında çıxış edib.

Ədalət və İnkişaf Partiyasının siyasi hakimiyyəti dövründə Türkiyənin böyük nailiyyətlər qazandığına diqqətə çatdıran AKP sədri Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, rəhbərlik etdiyi partiya mühüm hədəflərə çatmaq üçün müəyyən olunan strategiya üzrə fəaliyyətini daha əzmlə davam etdirəcək.

Prezident Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı” siyasi blokunun yaranmasını və birgə fəaliyyətini yüksək dəyərləndirib.

Prezident Rəcəb Tayyib Ərdoğan siyasi həmfikirlərinə müraciət edərək əminliklə deyib: “2023-cü ildə keçiriləcək seçkilərdə “Cümhur ittifaqı” olaraq həm parlament, həm də prezident seçkilərində inamlı qələbə qazanacağıq”.