Litva Prezidenti: “Rusiyanın bizi enerji təchizatı sistemindən ayırmaq ehtimalına hazırıq”

 

“Litva Rusiyanın onu ümumi enerji təchizatı sistemindən ayırmaq ehtimalına hazırdır”.

“Report” xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda “Reuters”ə bildirib.

O əlavə edib ki, gərginliyin artacağı təqdirdə Rusiyanın Litvaya hücum edəcəyinə inanmır, çünki Litva NATO-nun üzvüdür.

G.Nauseda NATO sammitində alyansın Baltikyanı ölkələrdəki kontingentinin artırılıb-artırılması ilə bağlı qərar qəbul edilən zaman Rusiya ilə qarşıdurmanın mümkünlüyü məsələsini qaldıracağını bildirib.