Erməni qarışığı olan məmurların Azərbaycan dövlət atributlarına ciddi əməl etmələri vacibdir

            Sosial şəbəkələrdə bəzi məmurların nəinki Prezidentin komandasına layiq olmadığı, hətta öz hərərkətləri ilə ləkə vurduqları üçün cənab Prezidentin onların da barəsində ölçü götürəcəyinin gözləntisi var. Yəni insanlar Qarabağı dünya güclərin dolaşıq oyunları ilə erməni işğalçılarından azad edən Ali Baş Komandana indi  xalqın güvəni, əminliyi daha da artıb. Xalq cənab Prezidentdən indi daha çox şey umur və məmurlara da növbə gələcəyini gözləyir.

            Tamah, maddi maraq, səlahiyyətdən sui-istifadə və s. bütün bunlara qarşı mübarizə daimi prosesdir. Ancaq məmurların milli ruha yad, vətənpərvərlik hissinin olmaması, xalqa qara camaat kimi baxıb özlərini bir başqa təbəqə və ya hansısa yad elita düşüncəsinin mövcudluğu və xalqdan, milli məfkurə və düşüncədən uzaq, hətta başqa dövlətlərə ya simpatiya ya da açıq lobbiçilik, və yaxud işləyən (şpionaj-ştirliçlər) məmur, məmurlar möhtərəm Prezident İlham Əliyev komandasına yaddılar.

            Cənab Prezident xarici mətbuata bir neçə dildə səlis ədəbi-qramatik səviyyədə xarici dildə müsahibə verir, Azərbaycan dilini təmiz ədəbi dildə danışır və hətta bəzən xalqın işlətdiyi dialekt və şivələrdən istifadə etməklə əsl sadə xalqın danışdığı dilə də nə qədər önəm verdiyini göstərir.

             Azərbaycan Konstitusiyasında dövlət dilinin azərbaycan dili, əlifbamız isə latın əlifbası olduğu birmənalı və açıq şəkildə qeyd olunmuşdur.  Əminəm ki, bu gün hələ də bu millətin, bu dövlətin, bu xalqın çörəyini yeyib, malını oğurlayan kifayət qədər məmur var ki, Azərbaycan dilində normal danışmaq, yazmaq və oxumağı bacarmırlar. Onlara Azərbaycan  dövlət himnini əzbərləmək və ya üzündən oxumaq cəhənnəmi görmək kimi bir şeydir.

            Məmurların attestasiyası ilə məşğul olunsaydı heç olmasa birinci sinif şagirdi səviyyəsində dövlət himnimizi onlara öyrətmək və dövlət dilində danışmaq və yazı-pozu öyrənmək zorunda qalardılar. Xüsusən erməni qarışığı olan məmurların Azərbaycan dövlət atributlarına ciddi əməl etmələri vacibdir.

            Bunu edə biləcək attestasiya komissiyası olmasa da ümidvaram ki, cənab Prezident onları da şəxsi attestasiyada keçirəcəyi gün gələcək, özü də tezliklə.

           Resurs Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev